Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-555/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Agentliyə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit öhdəliyi barədə qeydlərin silinməsi üçün zəruri məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdеh Agentliyinə qarşı “kredit borcunun silinməsi və bu barədə müvafiq məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndər ilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 iyun tarixli 2-2(103)-552/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Agentlik arasında bağlanmış Agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında: - 2015-ci il 29 mart tarixli müqaviləyə əsasən, iddiaçıya 100.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir; - 2015-ci il 15 iyul tarixli müqaviləyə əsasən, iddiaçıya100.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir; - 2018-ci il 10 sentyabr tarixli müqaviləyə əsasən, iddiaçıya 200.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir.
2. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində aparılan cinayət işi üzrə dəymiş ziyana görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2020-ci il 27 oktyabr tarixində 70.000 manat və 2020-ci il 11 noyabr tarixində 5.000 manat olmaqla, cəmi 75.000 manat məbləğində pul vəsaiti Baş Prokurorluğun depozit hesabına ödənilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 3 noyabr tarixli 1(100)-87/2021 saylı hökmünə və Xüsusi Müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəyinə əsasən həmin vəsait dövlət büdcəsinə köçürülmüşdür (əsas: Azərbaycan Respublikası Baş Prokurorluğunun 2022-ci il 2 mart tarixli 20/240 nömrəli məktubu). 3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Agentlik qarşısında 2023-cü il 31 oktyabr tar ixinə əsas məbləğ üzrə 124.341,33 manat, faiz borcu üzrə 6.631.04 manat və cərimə borcu üzrə 40.000 manat həcmində öhdəlikləri mövcuddur. Eyni zamanda, X2 ayrılmış kreditlə bağlı açılan cinayət işi üzrə iddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 75.000 manat həcmində pul vəsaiti cavabdehin müvafiq hesablarına köçürülmədiyindən həmin vəsaitin borc üzrə mühasibat qalığından (124.341,33 manat) silinməsi aparılmamışdır ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə ünvanlanmış 2023-cü il 6 noyabr tarixli 3-222/2-2252/2023 nömrəli məktub).
4. Agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə heyvandarlığın inkişafı məqsədilə X2 ayrılmış 200.000 manat həcmində kredit vəsaitinin təyinatdan kənar istifadəsi ilə əlaqədar cinayət işi açılmışdır. Qeyd olunan iş üzrə Agentliyinin xəzinə hesabına 125.000 manat ödəniş edilmişdir. Eyni zamanda 75.000 manat məbləğində ödənişin müvafiq hüquq mühafizə orqanlarının depozit hesabına köçürülməsi məsələsi ilə bağlı qeyd olunmuşdur ki, həmin vəsait zərərçəkmiş olaraq Agentliyinə ödənilməmişdir. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Agentliyi qarşısında 75.000 manat ödənilməmiş vəsait və borc ödənişinin gecikdirilməsinə görə 20.000 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 95.000 manat borcu qalmışdır (əsas: Agentliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş 2021-ci il 14 oktyabr tarixli 22/xx/xx-420 4 nömrəli məktub). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 75.000 manat əsas, 40.000 manat cərimə borcu olmaqla cəmi 115.000 manat kredit borcunun silinməsi və bu barədə müvafiq məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin hallarına istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın adı əvvəlcə Agentliyi, daha sonra Dövlət Xidməti olmuş, hazırda isə Agentliyidir. İddiaçıya ümumilikdə 400.000 manat kredit ayrılmış, kredit m üqavilələrinin ümumi şərtlərinə əsasən, müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1%, lakin kreditin 10%-dən çox olmamaq şərti ilə cərimə ödəyir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının cavabdehə əsas borc üzrə 49.341,33 manat borcu vardır. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq 40.000 manat cərimə hesablanmışdır. Belə ki, ayrılmış kredit məbləğinə görə cinayət işi başlanıldığından borc qalmış məbləğin ödənilməsi yubanmışdır. Cavabdeh isə heç bir əsas olmadan kredit müqavilələri ilə nəzərdə tutulmuş maksimum məbləğdə cərimə pulunu iddiaçıya hesablamışdır. Cavabdehin hesabladığı əsas borcla və cərimə borcu ilə bağlı hissəsi yuxarıda qeyd edilən hissədə əsassızdır. Hazırda iddiaçının cavabdeh qarşısında əsas borc üzrə 49.341, 33 manat, faiz borcu üzrə 6.631,04 manat olmaqla cəmi 55.972,37 manat borcu qalmışdır.
7. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, baxılmış cinayət işi üzrə 75.000 manat dövlət büdcəsinə köçürülmüş, cavabdehə ödənilməmiş və həmin pul cavabdehdə açıqda qalmışdır. Bundan başqa, cavabdeh iddiaçının digər 4 öhdəliyinin də mövcud olduğunu və 40.000 manat cərimənin yalnız 75.000 manat məbləğə aid olmadığını, ümumi bütün məbləğlərə görə hesablanmış məbləğ olduğunu bildirmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 11 mart tarixli e-2-2(113)-796/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Pirverdiyev).
9. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən 75.000 manat məbləğində pul vəsaiti cavabdehin hesabına deyil, dövlət büdcəsinə ödə nildiyindən iddiaçı həmin məbləğin kredit borcundan silinməsini tələb etməkdə haqlı olmamışdır.
10. İddia tələbinin 40.000 manat cərimənin silinməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, göstərilən cərimə məbləğinin hansı əsasla silinməli olmasına dair iddiaçı tərəfindən hər hansı əsas göstərilməmiş, eyni zamanda həmin cərimə məbləğinin 75.000 manat məbləğə görə hesablanması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin mövqeyinə görə, cərimə məbləği hətta 75.000 manat məbləğə görə hesablanmış olsaydı belə, mübahisələndirilən əsas məbləğlə bağlı yuxarıda göstərilənlərə əsasən iddia cərimə məbləğinin silinməsi hissəsində də təmin oluna bilməzdi.
11. Məhkəmə iddianın müvafiq məlumatın "xxxx" MMC-yə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsi nə münasibətdə qeyd etmişdir ki, həmin tələb digər tələblərə əsaslanmaqla onlardan asılı olduğundan və həmin tələblər üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 399.1, 442, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 iyun tarixli 2-2(103)-552/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qi smən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdеh tərəfindən iddiaçıya əsassız hesablanmış 75.000 manat əsas borc məbləği, 20.000 manat dəbbə pulu silinmiş və bu barədə müvafiq məlumatın "xxxx" MMC-yə göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – V.Baxışova və R.Qurbanov).
15. Məhkəmə kollegiyasının mövqeyinə görə, hökmlə (bax § 2) müəyyən edilmişdir ki, iddiaçı tərəfin kredit müqaviləsini bağlamaqda məqsədi kredit məbləğini mənimsəmək olmuşdur. Belə ki, iddiaçı tərəfindən sözügedən kredit müqaviləsinin sırf görünüş üçün, yəni həqiqətdə heç bir hüquqi nəticə yaratmaq niyyəti olmadan edilən iradə ifadəsi nəticəsində bağl andığı təsdiq edilmişdir. 2018-ci il 10 sentyabr tarixli kredit müqaviləsi özlüyündə bağlandığı andan etibarsız əqd olmuşdur.
16. İddiaçı etibarsız əqdin etibarsızlığından doğan nəticəni, yəni kredit məbləğinin cavabdehə qaytarılması vəzifəsini (200.000 manatın 125.000 manat hissəsinin qaytarılmasını cavabdeh məktubla etiraf etmişdir) yerinə yetirmiş, 75.000 manat pul vəsaiti isə cinayət işi çərçivəsində dövlət büdcəsinə qaytarılmışdır. Kredit dövlət orqanı tərəfindən verildiyindən, həmin vəsait dövlət büdcəsindən ayrıldığından və son nəticədə dövlət büdcəsinə qayıtdığından iddiaçı cavabdeh qarşısında kredit məbləğini qaytarmaq öhdəliyini yerinə yetirmişdir. Öhdəliyin yerinə yetirilməsi isə öhdəliyin (əqdin etibarsızlığından doğan) xitamına səbəb olur. Birinci instansiya məhkəməsi işin qey d edilən faktiki hallarına uyğun olmayan hüquq normalarını tətbiq etmiş, tərəflər arasında yaranmış hüquq münasibətlərini düzgün müəyyən etməmişdir.
17. Məhkəmə kollegiyası iddia tələbinin cərimə pulunun silinməsi hissəsini qismən əsaslı hesab etməklə vurğulamışdır ki, cavabdehin təqdim etdiyi hesabdan çıxarışa əsasən, etibarsız hesab olunmuş əqd üzrə 20.000 manat cərimə məbləği hesablandığından, iddiaçının iddia etdiyi 40.000 manat cərimə məbləğindən yalnız 20.000 manat hissəsi silinməlidir. Digər 20.000 manat hissənin isə silinməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Belə ki, bu cərimə məbləği digər etibarlı kredit müqavilələri əsasında hesablanmışdır.
18. İddiaçının hazırkı tələbləri irəli sürməkdə məqsədi, yəni təmin edilməsini istədiyi mənafe cavabdeh qarşısında borc öhdəliyinin mövcud olmamasının təsbit edilməsidir. İddiaçı bunu apellyasiya baxışında da açıqca ifadə etmişdir. İddiaçının “öhdəliklərə xitam verilməsi barədə qərar qəbul edilsin” tələbi də əslində bu mənafeyi təmin etməyə yönəlmiş təsbitetmə iddiasıdır.
19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 337.1, 337.3, 337.4, 337.5, 340.1, 385.1, 399.1, 442, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
20. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, onun qismən – iddianın təmin edilməmiş hissəsində ləğv, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
21. Qətnamədən həmçinin cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
22. MM-in 425-ci maddəsi, “Banklar Haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü, “Kredit Büroları” haqqında Azərbaycan Respublikası Qanunun 2.0.2, 16.1.116.1.5, 6.1-ci maddələri üzrə - Ayrılmış kredit məbləğinə görə cinayət işi başlanıldığından borc qalmış məbləğin ödənilməsi üzrlü səbəbdən yubanmışdır. Cavabdeh isə heç bir əsas olmadan kredit müqavilələri ilə nəzərdə tutulmuş maksimum məbləğdə cərimə pulunu iddiaçıya hesablasa da, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən əlavə 20.000 manat cərimənin hesablanmasına dair heç bir əsaslı sübut təqdim olunmamasına baxmayaraq apellyasiya məhkəməsi iddia tələbinin cərimə pulunun silinməsinə dair hissəsini qismən əs aslı hesab etmişdir. İddiaçı hər hansı kredit müqaviləsinin etibarsızlığı tələbini irəli sürməmişdir. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən cərimənin hesablanması ilə bağlı ətraflı arayışın verilməsinə görə dəfələrlə məhkəmə iclasını təxirə salsa da, cavabdeh sadəcə kredit müqavilələri üzrə sadə arayış təqdim etmiş, iddiaçıya məhkəmədən öncə təqdim edilmiş məlumatları məktub formasında məhkəməyə təqdim etmişdir.
23. Kredit müqavilələri üzrə 4 ədəd 5.000 manat olmaqla cəmi 20.000 manat cərimənin hesablanması barədə açıqlama məhkəmə kollegiyasına təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş arayışda əsas borclardan ən az qalan X1 müqaviləsindən görünür ki, cavabdehə 1.376 manat ödənilməmiş əsas borc və 57.56 manat faiz borcu qalmışdır. Həmin əsas borca 5.000 manat cərimə borcunun hesab lanması anlaşılan deyildir. Belə ki, hazırkı işlə bağlı verilmiş kreditlər təyinatı üzrə istifadə edilmədiyi üçün cinayət işi olmuş və bu səbəbdən də qeyd edilən məbləğlərin ödənilməsi üzrlü səbəbdən gecikmiş, cavabdehdə bundan istifadə edərək maksimum cərimə hesablamışdır. Qətnamə 20.000 manat cərimə borcunun silinməməsi hissəsində əsaslı olmamışdır. Hazırda iddiaçının cavabdeh qarşısında əsas borc üzrə 49.341.33 manat, faiz borcu üzrə 6.631.04 manat olmaqla cəmi 55.972.37 manat borcu qalmışdır.
24. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə kollegiyası dəfələrlə cavabdehdən cərimənin hesablanması barədə ətraflı arayış istəsə də, cavabdeh bilərəkdən həmin arayışı təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddianı digər 20.000 manat cərimənin silinməsi hissəsində də əsaslı hesab edərək iddianı tam tə min etməli idi. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
25. MM-in 385.1, 399.1, 442, 739.1 və 739.2-ci maddələri üzrə - İddiaçı tərəfindən mübahisələndirilən 75.000 manat məbləğində pul vəsaiti cavabdehin hesabına deyil, dövlət büdcəsinə ödənildiyindən və 75.000 manat həcmində pul vəsaiti Agentliyin müvafiq hesablarına köçürülmədiyindən iddiaçı həmin məbləğin kredit borcundan silinməsini tələb etməkdə haqlı deyildir. İddia tələbinin 40.000 manat cərimənin silinməsi hissəsinə münasibətdə isə qeyd olunur ki, həmin məbləğin bir hissəsi digər müqavilələrlə, digər hissəsi isə hazırda mübahisələndirilən müqavilə ilə bağlı olmuşdur. Həm digər müqavilələr, həm də hazırkı müqavilələr üzrə vaxtında lazımi ödənişlər aparılmadığından müqavilə şərtlərinə uyğun olaraq cərimələr hesablanmışdır. İdd ia tələbi əsaslı olmadığından mübahisələndirilən müqavilə üzrə də cərimələr silinə bilməz.
26. MPM-in 218.3-cü maddəsi üzrə - Apellyasiya məhkəməsi iddia tələbindən kənara çıxaraq tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız əqd sayılmalı olması nəticəsinə gəlmişdir.
27. Ali Məhkəmənin 2023-cü il 11 may tarixli 2-2(102)-164/2023 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmalıdır. Belə ki, həmin iş üzrə də apellyasiya məhkəməsi eyni səhvə yol vermiş, iddia tələbindən kənara çıxaraq müqavilənin ləğv edilmiş olması ilə bağlı qərar qəbul etmişdir. Hazırkı iş üzrə də apellyasiya məhkəməsi iddia tələbindən kənara çıxmış, belə bir iddia tələbi olmadığı halda tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız əqd sayılmalı olması barədə qətnamə çıxarmışdır. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırıl ması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
46. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “ Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
532. Öhdəliyə depozit ə qoyma nəticəsində xitam verilməsi anlayışı 532.1. Əgər kreditor icranın qəbulunu yubandırırsa və ya onun olduğu yer məlum deyildirsə, borclu icra predmetini saxlanmaq üçün məhkəməyə və ya notariata verə bilər, pulları və ya sənədli qiymətli kağızları isə notariusun depozit hesabına qoya bilər. Depozitə qoyma barəsində borclu ləngimədən kreditora bildiriş göndərməlidir.... 532.3. Əgər depozitə qoyulmuş əşyanın qaytarılması istisnadırsa, borclu öz öhdəliyindən azad edilir, çünki bu halda depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulur....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....”
47. Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər....”
48. Azərbayc an Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu... 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətlərinin dəlillərini aşağıdakı səbəblərdən qismən əsaslı hesab edir.
50. Apellyasiya instansiyası məhkəməsi tərəfindən silinməsi qət edilmiş 75.000 manat məbləğində əsas borc hissəsində cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, iddiaçı tərəfindən həmin pul vəsaiti cavabdehin hesabına deyil, dövlət büdcəsinə ödənildiyindən və cavabdehin müvafiq hesablarına köçürülmədiyindən sözügedən məbləğ i ddiaçının kredit borcundan silinə bilməz.
51. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə razılaşmır.
52. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində aparılan cinayət işi üzrə dəymiş ziyana görə iddiaçı tərəfindən 2020-ci il 27 oktyabr tarixində 70.000 manat və 2020-ci il 11 noyabr tarixində 5.000 manat olmaqla, cəmi 75.000 manat məbləğində pul vəsaiti Baş Prokurorluğun depozit hesabına ödənilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 3 noyabr tarixli 1(100)-87/2021 saylı hökmünə və Xüsusi Müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəyinə əsasən həmin vəsait dövlət büdcəsinə köçürülmüşdür.
53. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, kredit dövlət o rqanı tərəfindən verildiyindən, həmin vəsait dövlət büdcəsindən ayrıldığından və son nəticədə dövlət büdcəsinə qayıtdığından iddiaçı cavabdeh qarşısında kredit məbləğini qaytarmaq öhdəliyini yerinə yetirmişdir.
54. Məhkəmə kollegiyası məhkəmənin bu mövqeyini tamamilə haqlı hesab edir və əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri bilir.
55. Sözügedən hökmdən məlum olur ki, hazırkı cavabdeh həmin cinayət işi üzrə mülki iddiaçı olmuşdur. Bu səbəbdən də, mübahisəli vəsaitin dövlət büdcəsinə köçürülməsi hissəsində hökmlə razı olmadığı təqdirdə onu müvafiq qaydada mübahisələndirmək hüququna malik idi. Lakin hökmün hazırkı cavabdeh tərəfindən mübahisələndirilməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
56. Bundan başqa, MM-də borclunun borclu olduğu pul vəsaitini prokurorluğun depozit hesabına qoymaqla müqavilə öhdəliyini icra etməsinə dair birbaşa normalar nəzərdə tutulmasa da, MM-in 532.1 və 532.3-cü maddələrində (bax § 46) öhdəliyə depozitə qoyma (o cümlədən pulların və ya sənədli qiymətli kağızların notariusun depozit hesabına qoyulması) nəticəsində xitam verilməsi institutu təsbit edilmişdir.
57. Məhkəmə kollegiyası hesab edir ki, həmin normaların hazırkı mübahisəyə analogiya qaydasında tətbiqi mümkündür. Belə ki, iddiaçı ondan tələb olunan vəsaiti səlahiyyətli hüquq mühafizə orqanı kimi prokurorluğun depozitinə yerləşdirməklə öhdəliyin icrası istiqamətində üzərinə düşən vəzifəni yerini yetirmiş, bu vəsait məhkəmənin müvafiq hökmünə əsasən dövlət büdcəsinə köçürülmüş, həmin cinayət işində mülki iddiaçı və hazırkı kommersiya işində cavabdeh olan dövlət qurum u isə bu hökmü müvafiq hissədə mübahisələndirməmiş, beləliklə pulun dövlət büdcəsinə köçürülməsinə etiraz etməmişdir (hər halda belə faktların mövcudluğu işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir). Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, həmin vəsaitin bilavasitə cavabdehin hesabına deyil, məhkəmənin müvafiq hökmünə və Xüsusi Müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəyinə əsasən dövlət büdcəsinə köçürülməsi iddiaçıdan asılı olan səbəb kimi qiymətləndirilə və iddiaçı MM-in 448.1 və 448.2-ci maddələrinin (bax § 46) tələblərinə uyğun olaraq sözügedən öhdəliyin icra olunmamasına görə təkrar mülki məsuliyyətə cəlb edilə bilməz.
58. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə, mübahisəli borc vəsaitinin iddiaçıya münasibətdə silinməmiş saxlanılması üçün cava bdehin hüquqi əsası qalmamış, ona görə də apellyasiya instansiyası məhkəməsi həmin məsələdə qanuni və əsaslı nəticəyə gəlmişdir.
59. Bununla belə, məhkəmə kollegiyası 2018-ci il 10 sentyabr tarixli kredit müqaviləsinin özlüyündə bağlandığı andan etibarsız əqd olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi (bax § 15) ilə razılaşmır.
60. Belə ki, apellyasiya instansiyası məhkəməsinin özünün də qeyd etdiyi kimi, iddiaçı tərəfin kredit müqaviləsini bağlamaqda məqsədi kredit məbləğini mənimsəmək olmuşdur.
61. Cavabdehin, yeni kredit verən təşkilatın müvafiq vəzifəli şəxslərinin isə krediti cinayətkar məqsədlərlə iddiaçıya verməsi məhkəmənin hökmü ilə müəyyən edilməmişdir.
62. Məhkəmə kollegiyasının mövqeyinə görə, uydurma əqdin bağlanması müqavilənin hər iki tərəfinin bu istiqamətd ə bir-biri ilə razılaşdırılmış şəkildə aktiv hərəkətlər etməsini şərtləndirir. MM-in 340.1-ci maddəsinin (bax § 46) məzmunundan da aydınlaşır ki, qarşı tərəfin arzu və istəyi olmadan bir tərəfin uydurma əqd bağlaması qeyri-mümkündür.
63. O da qeyd olunmalıdır ki, 2018-ci il 10 sentyabr tarixli kredit müqaviləsinin etibarsız olmasına nə iddiaçı, nə də ki cavabdeh istinad etmişdir. Ümumiyyətlə, belə bir iddia tələbi də mövcud deyildir.
64. Odur ki, apellyasiya instansiyası məhkəməsi sözügedən kredit müqaviləsini uydurma əqd olması barədə qənaətə gələrkən hüququn tətbiqində səhvə yol vermişdir.
65. Bu səhv isə öz növbəsində digər iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur.
66. Belə ki, iddia tələbinin cərimə pulunun silinməsi hi ssəsində apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, etibarsız hesab olunmuş əqd üzrə 20.000 manat cərimə məbləği hesablandığından, iddiaçının iddia etdiyi 40.000 manat cərimə məbləğindən yalnız 20.000 manat hissəsi silinməlidir. Digər 20.000 manat hissənin isə silinməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Belə ki, bu cərimə məbləği digər etibarlı kredit müqavilələri əsasında hesablanmışdır.
67. Məhkəmənin həmin mövqeyini həm cavabdeh, həm də iddiaçı mübahisələndirmişdir.
68. Yuxarıda qeyd edildiyi kimi, 2018-ci il 10 sentyabr tarixli kredit müqaviləsinin etibarsız olmasına dair nəticə səhv olduğundan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin etibarsız hesab olunmuş həmin müqavilə üzrə hesablanmış 20.000 manat cərimə məbləğinin silinməli o lmasına dair nəticəsini də qanunsuz və əsassız hesab edir.
69. Bundan başqa, iddiaçı cəmi 40.000 manat cərimənin silinməli olmasına dair mövqeyini ayrılmış kredit məbləğinə görə cinayət işi başlanıldığından borc qalmış məbləğin ödənilməsinin üzrlü səbəbdən yubadılması, cavabdehin isə heç bir əsas olmadan kredit müqavilələri ilə nəzərdə tutulmuş maksimum məbləğdə cərimə pulunu hesablaması, bununla bağlı cavabdehin məhkəməyə heç bir sübut təqdim etməməsi ilə əsaslandırmışdır.
70. Apellyasiya instansiyası məhkəməsi isə həmin dəlillər üzrə əsaslandırma apararaq mübahisəli cərimənin hər bir kredit müqaviləsi üzrə ayrı-ayrılıqda düzgün hesablanıb-hesablanmamasına, həmin cərimənin silinməsi üçün əsasların mövcud olub-olmamasına qiymət vermək əvəzinə, etibarsız hesab olunmuş 2018-ci il 10 sentyabr tarixli kredit müqaviləsi üzrə hesablanmış 20.000 manat cərimə məbləğinin silinməli olmasının, qalan 20.000 manat cərimə isə digər etibarlı kredit müqavilələri əsasında hesablandığından onun silinməsi üçün heç bir hüquqi əsasın olmadığının qeyd edilməsi ilə kifayətlənmişdir.
71. Beləliklə, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini vermiş iddiaçının bu məsələ ilə əlaqədar bütün dəlilləri üzrə ətraflı (müfəssəl) hüquqi dəyərləndirmə aparmadan apellyasiya şikayətini qismən təmin etməklə MPM-in 392.2-ci maddəsinin (bax § 48) tələblərini, habelə Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının 17-ci bəndini (bax § 47) pozmuş, əsassız nəticəyə gəlmişdir.
72. Belə olan təqdirdə isə, sözügedən məsələ üzrə birmənalı nəticəyə gəlmək qeyrimümkündür.
73. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunu düzgün tətbiq etməmiş, nəticədə cavabdeh tərəfindən iddiaçıya hesablanmış 20.000 manat dəbbə pulunun silinməsi hissəsində MPMin 217.1-ci maddəsinə (bax § 48) zidd olaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bu səbəbdən də qətnamənin həmin hissədə dəyişdirilmədən saxlanması mümkün deyildir.
74. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 75.000 manat əsas borcun silinməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi yekun nəticə, yuxarıda qeyd olunduğu kimi, düzgün olduğundan məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin həmin hissədə də lə ğv edilməsini məqsədəmüvafiq hesab etmir.
75. Odur ki, kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 iyun tarixli 2-2(103)-552/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən – cavabdeh tərəfindən iddiaçıya hesablanmış dəbbə pulunun silinməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
76. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən mübahisəli cərimənin hər bir kredit müqaviləsi üzrə ayrı- ayrılıqda düzgün hesablanıb-hesablanmamasına, həmin cərimənin silinməsi üçün əsasların mövcud olub-olmamasına qiymət verməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
77. Göstərilənlərə əsasən və MPM-i n 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Cavabdеh Agentliyinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 iyun tarixli 2-2(103)-552/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən – cavabdeh tərəfindən iddiaçıya hesablanmış dəbbə pulunun silinməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.