Məhkəmə qərarları › İş №2-2(102)-556/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-556/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-556/2022 03.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC, X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, şikayətin forması, tələbin dəqiq göstərilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, X1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyu n tarixli, 2-2(103)-676/2022 saylı qərardadından Cavabdeh3 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Kreditor İddiaçı ASC (bundan sonra – “ASC”) ilə, borcalan Cavabdeh3 MMC (bundan sonra – "xxxx") arasında MMC-yə 2021-ci il 6 mart tarixədək, illik 8 faizlə 350.000 ABŞ dolları məbləğində kreditin verilməsinə dair 2018-ci il 6 mart tarixli kredit müqaviləsi bağlanmışdır. 2. 2018-ci il 6 mart tarixli, 01 saylı zaminlik müqaviləsindən görünür ki, ASC ilə MMC arasında bağlanmış kredit müqaviləsi üzrə zamin Cavabdeh1 (bundan sonra – “S.Baxşəliyev”) borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 3. 2018-ci il 6 mart tarixli, 01 saylı zaminlik müqaviləsindən görünür ki, ASC ilə MMC arasında bağl anmış kredit müqaviləsi üzrə zamin X3 (bundan sonra – “İ.Bahadırov”) borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC MMC-yə və digər cavabdehlərə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 254.155,07 ABŞ dolları əsas borc, 26.235,72 ABŞ dolları faiz, illik beş faizlə hesabalnmış 6.071,48 ABŞ dolları cəmi 286.462,27 ABŞ dolları məbləğində pulun xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə MMC-yə məxsus 0.05733 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 669.3 m2 olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış bina sına (Nübar kafesi) yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında yerinə yetirilməmiş, iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 421.2, 425.1, 443, 448.1, 739.1-ci maddələrinə istinad olunmuşdur.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-37/2022 saylı, 2022-ci il 9 fevral tarixli qətnaməsi ilə iddia tələbi qismən – cavabdehlərdən 253.443,66 ABŞ dolları əsas, 14.777,43 ABŞ dolları faiz borcu, illik 5 faizlə hesablanmış 5.948,89 ABŞ dolları faiz borcu, cəmi 274.169,98 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə m anatla tutularaq ASC-yə ödənilməsi hissəsində təmin edilmiş, tutmanın ilkin satış qiyməti 1.170.000 manat olan MMC-yə məxsus ümumi sahəsi 669,3 kv.m olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir (hakim – E.Əliyev).

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bank qarşısında olan borcu ödəməməklə öhdəliklərinin icrasından yayınmışdırlar. Ekspert rəyinə əsasən iddiaçı ASCyə ödənilməli olan əsas borcun 253.443,66 ABŞ dolları, faiz borcunun 14.777,43 ABŞ dolları, illik 5 faizlə hesablanmış faiz borcunun isə 5.948,89 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin bildirmişdir ki, iddiaçı tutmanın qeyri-yaşayış binası (Nübar kafesi) ilə yanaşı 0,05733 ha torpaq sahəsinə yönəldilməsini də xahiş etsə də, tələb edilən torpaq sahəsi cavabdeh MMC-nin deyil, dövlət mülkiyyətindədir.

8. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386, 421.1, 445.7-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

9. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun, iddianın təmin edilən hissədə ləğv, iddia tələblərinin rədd edilməsi və ya baxılmamış saxlanılması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixl i, 2-2(103)-676/2022 saylı qərardadı ilə cavabdeh MMC tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – V.Baxışova və R.Qurbanov).

11. Məhkəmə kollegiyası bildirmişdir ki, prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Hazırkı halda, qanunvericiliyin göstərilən imperativ göstərişinə əməl olunmamış, şikayətdə “qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi və ya baxılmamış saxlanılması barədə yeni qətnamə qəbul edəsiz” məzmunda xahiş əks olunmuş, cavabdeh MMC qanunvericiliyin tələblərinə zidd olaraq mübahisənin həlli ilə bağlı tələblərini dəqiq bildirməmişdir.

12. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 361.1.4, 363.1.1-1, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Qərardad 2022-ci il 23 iyun tarixdə iş üzrə tərəflərin şəxsi elektron kabinetlərində yerləşdirilmiş, cavabdeh həmin qərardaddan 2022-ci il 4 iyul tarixdə kassasiya şikayəti verərək onun ləğv, qətnamədən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün iş materiallarının apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. MPM-in 363.1.1-1, 361.1.4-cü maddələrinin tələbləri pozulmuşdur. MPM-in tələblərinə tamamilə riayət edilərək, müəyyən edilmiş formada verilmiş apellyasiya şikayətinin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsə dair məlumatlar, barəsində şikayət verilən məhkəmə aktı, tarixi və nəticəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktını hansı hissədə mübahisələndirdiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad olunan faktlar və hallar, onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilmiş, şikayət onu vermiş şəxsin nümayəndəsi tərəfindən imzalanmış və dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut əlavə olunmuşdur. Şikayətdə tələb və qətnamənin hansı hissədə mübahisələndirilməsinin konkret ola raq göstərilməsinə baxmayaraq, apellyasiya məhkəməsi apellyasiya baxışı zamanı tərəfin şikayətə əlavə vermək, vəsatətlər vermək, şikayətdən imtina etmək və s. hüquqlarının da mövcudluğunu nəzərə almadan apellyasiya şikayətini qeyri-mümkün hesab etmiş, lakin şikayətin MPM-in məhz hansı tələblərinə uyğun olmaması göstərilməmişdir. Halbuki, şikayət MPM-in tələblərinə tam riayət olunmaqla tərtib edilmiş və elektron məhkəmə sistemi vasitəsi ilə elektron imza ilə imzalanaraq göndərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının verildiyi gündən 10 gün müddətində verilmiş ( MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya məhkəməsinin qərardadı tam mübahisələndirildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.

18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halları n yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə

361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nə ticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pros essual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;...” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli, 2-2(103)-676/2022 saylı qərardadı ləğv edilməli, iş cavabdeh t ərəfindən Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 fevral tarixli, e-2-2(113)37/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

21. Belə ki, MPM-in tələblərinə əsasən, apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının ha nsı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

22. Məhkəmə kollegiyası iş üzrə qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti MPM-in tələblərinə uyğun tərtib olunmuş, habelə şikayətdə cavabdehin tələbi “qətnamənin iddianın təmin olunduğu hissədə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və ya baxılmamış saxlanılması” şəklində aydın və tam olaraq göstərilmiş, apellyasiya məhkəməsinin cavabdehin apellyasiya şikayətində tələbinin dəqiq göstərilmədiyinə dair mövqeyi isə düzgün olm amış, sonuncunun məhkəməyə müraciət hüququnun əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur.

23. Bu səbəbdən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli, 2-2(103)-676/2022 saylı qərardadı ləğv edilməli, qətnamədən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

25. Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli, 22(103)-676/2022 saylı qərardadı ləğv olunsun. İş qətnamədən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiy a Məhkəməsinə göndərilsin. Qərar qəbul olunduğu andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar