Məhkəmə qərarları › İş №2-2(102)-556/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-556/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-556/2023 30.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh 1, Cavabdeh 2, Cavabdeh 3 və Cavabdeh 4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə iddia müddətinin tətbiqi, apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçının cavabdehlərə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 2-2(103)-545/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. *** Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 2010-cu il 18 oktyabr tarixli 145 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcalan bankdan 36 ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 85.000 manat məbləğində kredit götürmüşdür. 2. *** Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh1 arasında bağlanmış 2010-cu il 18 oktyabr tarixli 110 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, *** Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 2010-cu il 18 oktyabr tarixli 145 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını t əmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. 3. *** Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh4 və Cavabdeh2 MMC arasında bağlanmış 2009-cu il 15 iyul tarixli 17 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, *** Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 2009-cu il 15 iyul tarixli 55 nömrəli kredit müqaviləsi üzrə və həmin müqaviləyə gələcəkdə ediləcək əlavə və dəyişikliklər nəzərə alınmaqla Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evi *** Azərbaycan Respublikası Bakı şəhərində Filialının xeyrinə ipoteka ilə yü klü edilmişdir. 4. *** Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh4 və Cavabdeh2 MMC arasında bağlanmış 2009-cu il 15 iyul tarixli 17 nömrəli ipoteka müqaviləsinə 2010cu il 18 oktyabr tarixli dəyişiklik edilməsinə dair Razılaşmada qeyd edilmişdir ki, 1) *** Bakı filialı ilə Cavabdeh2 MMC arasında 2009-cu il 15 iyul tarixində 80.000 manat məbləğində kredit verilməsi barədə 24 ay müddətinə 55 saylı kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən kreditin təminatı olaraq, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ sahəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 157 kv.m yaşayış 107,2 kv.m köməkçi sahədən ibarət 369/3701100/1108 nömrəli bağ evi və 1.000 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, (seriya N 0175164) (2009-cu il 27 fevral tarixli qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********51-11301). Həmin ipoteka müqaviləsi 2009-cu il 15 iyul tarixində Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən ipotekanın qeydiyyatına dair 2009-cu il 28 iyul tarixdə MH seriyalı ******* saylı çıxarış verilmişdir. 2) Cavabdeh2 MMC tərəfindən 2009-cu il 15 iyul tarixli kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmiş və *** Bakı filialı ilə Cavabdeh2 MMC arasında 2010-cu il 18 oktyabr tarixində 85.000 manat məbləğinə 36 ay müddətinə yeni kredit verilməsinə dair müqavilə imzalanmışdır. 3) Hazırkı razılaşma ilə ipoteka saxlayan və ipoteka qoyan razılığa gəlirlər k i, tərəflər arasında bağlanmış 2009-cu il 15 iyul tarixli 17 saylı ipoteka müqaviləsinin müddəti *** Bakı Filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 2010-cu il 18 oktyabr tarixli 145 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunması tarixinə qədər uzadılır. 4) Bu razılaşma dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 5) Bu razılaşma 5 nüsxə tərtib olunur. Onlardan biri ipoteka qoyanda, biri ipoteka saxlayanda, biri borcalanda, biri müqaviləni təsdiq edən müvafiq notariat orqanında və biri isə ipotekanı qeydiyyata alan dövlət orqanında qalır. 6) İpoteka qoyan öhdəlik götürür ki, ipoteka qoyulmuş əmlakın sığorta müqaviləsinin müddəti bitdikdən sonra həmin əmlakın 36 ay müddətinə yenidən sığortalanmasını təmin edəcəkdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komi təsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MH seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 157 kv.m yaşayış, 107.2 kv.m köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına 2009-cu il 27 fevral tarixdə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 3231 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********).

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiy yata alınmış və MA seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evi Cavabdeh2 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün *** Azərbaycan Respublikası Bakı şəhərində Filialının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 7. 2022-ci il 5 yanvar tarixli 247 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan *** Azərbaycan Respublikası Bakı şəhərində Filialı tərəfindən ipoteka qoyan Cavabdeh4 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 2022-ci il 7 yanvar tarixində həmin idarədə qeydə alınmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən *** Azərbaycan Respublikası Bakı şəhərində Filialına ünvanlanmış 2022-ci il 18 yanvar tarixli **********20 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. 9. 2021-ci il 30 dekabr tarixli 246 nömrəli bildirişdən görünür ki, cavabdehlərə yuxarıda qeyd olunan müqavilə üzrə borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət e diləcəyi barədə xəbərdarlıq edilmişdir. 10. 2022-ci il 5 yanvar tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin 2022-ci il 23 may tarixə 2010-cu il 18 oktyabr tarixli 145 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 43.594,88 manat, faiz borcu 43.022,73 manat olmaqla, cəmi 86.617,61 manat məbləğində borcu vardır. 11. 2021-ci il 22 aprel tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh2 MMC tərəfindən *** Azərbaycan Respublikası Bakı şəhərində Filialına 3.000 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. 12. 2021-ci il 25 iyun tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh2 MMC tərəfindən *** Azərbaycan Respublikası Bakı şəhərində Filialına 1.000 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. 13. "xxxx" MMC tərəfindən verilən əmla kın qiymətləndirilməsi barədə 2022-ci il 4 avqust tarixli, ƏEM/A 17-537/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinin 2022-ci il 4 avqust tarixinə likvid dəyəri 118.000 manat, bazar dəyəri 131.000 manat müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 18 noyabr tarixli, 9/4989 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 2010-cu il 18 oktyabr tarixli, 145 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 MMC-nin 2013-cü il 18 oktyabr tari xinə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan əsas və faiz borcu ümumilikdə 62.697,09 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 43.559,15 manat, fazi borcu üzrə 19.137,95 manat. Rəydə qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4 45.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən 2013-cü il 18 oktyabr tarixindən sonrakı dövrdə ümumilikdə 4.000 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödəniş faiz borcundan silinir. Belə olan halda Cavabdeh2 MMC ilə *** Bakı Filialı arasında bağlanmış 2010-cu il 18 oktyabr tarixli, 145 saylı kredit müqaviləsi üzrə 2013-cü il 13 oktyabr tarixdən 2022-ci il 4 may tarixinədək kredit borcu üzrə illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, Cavabdeh2 MMC-nin *** Bakı Filialına olan borcu aşağıdakı kimi müəyyən olunur: 2022-ci il 5 yanvar tarixinə əsas kredit borcu 43.559,15 manat, faiz borcu 33.027,44 manat; 2022-ci il 4 may tarixinə əsas kr edit borcu 43.559,15 manat, faiz borcu 33.747,38 manat. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 15. *** Azərbaycan Respublikası Bakı şəhərində Filialı (bundan sonra – “iddiaçı”) Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MD”, “AM”, “Cavabdeh1” və “Cavabdeh4”) qarşı 2022-ci il 4 may tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 43.594,88 manat əsas borc, 43.022,73 manat faiz borcu olmaqla, cəmi 86.617,61 manat məbləğində borcun, ödənilmiş 400 manat mediasiyaya dair xərcin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh4 xüsusi mülkiyyətində olan (çıxarış: Seriya MH, №0175164 2009-cu il 27 fevral tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51- 11301 qeydiyyata alınmışdır) Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m yaşayış, 107,2 m köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə (bundan sonra – “İpoteka Predmeti”) yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması və tutma İpoteka Predemtinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi (işin hallarına (bax bu qərarın 1-12 bəndlərinə) istinad edilərək) onunla əsaslandırılmışdır ki, iddiaçı və MD arasında bağlanmış 2010-cu il 18 oktyabr tarixli 145 saylı kredit müqaviləsi çərçivəsində MD-yə 85.000 manat, illik 20% dərəcəsi ilə 36 aylıq müddətə kredit verilmişdir. Həmin müqavilə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin təminatı kimi X1 ipotekaya qoyulmuş, bu barədə Cavabdeh4 ilə iddiaçı arasında 2009-cu il 15 iyul tarixli 17 saylı ipoteka müqaviləsinə də yişiklik edilməsinə dair 2010-cu il 18 oktyabr tarixli razılaşma imzalanmış və müqavilə Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunda müvafiq qaydada rəsmiləşdirilmişdir. Bununla əlaqədar ipoteka hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MA №0130586, qeydiyyat tarixi 2010-cu il 20 oktyabr, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı” haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 3231 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 2010-cu il 18 oktyabr tarixli 110 saylı zaminlik müqaviləsinə əsasən borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin borcalan ilə birlikdə Bank qarşısında birgə məsuliyy ət daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin AM MD-yə zamin duraraq banka 2010-cu il 12 avqust tarixli qaranti məktubu vermişdir ki, AM borcalan ilə birlikdə məsuliyyət daşıyacaqdır. Kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə tələblər borcalan və zaminlər tərəfindən pozulmuş, borc öhdəliyini icra etməkdən boyun qaçırmışlar. 2022-ci il 10 yanvar tarixinə borcalan MD-nin kredit müqaviləsi üzrə iddiaçıya 43.594,88 manat əsas, 43.022,73 manat faiz olmaqla, cəmi 86.617,61 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə ve rilmiş və ərizə bu orqanda qeydə alınmışdır. İddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunmuş, mediator təyin edilmişdir. 2021-ci il 22 dekabr tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında cavabdehlərin 10 gün əvvəlcədən sms və məktub vasitəsilə məlumatlandırılmasına baxmayaraq, iştirak etməmişlər. İddiaçının nümayəndəsi tərəfindən 400 manat mediasiya xərci ödənilmiş, mediator tərəfindən 2021-ci il 22 dekabr tarixli A-018/2021 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış təqdim edilmişdir.

17. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin (bundan sonra – “MPM”) 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qay dada iddiaçının xeyrinə 43.594,88 manat əsas borc, 43.022,73 manat faiz borcu olmaqla, cəmi 86.617,61 manat məbləğində borcun, 2013-cü il 13 oktyabr tarixindən 2022-ci il 4 may tarixinədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18.662,19 manat faiz borcunun, 2022-ci il 4 may tarixindən qətnamənin faktiki icra olunan gününə 43.594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın İpoteka Predmetinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracda satışda n əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, tutma İpoteka Predmetinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 317.1, 442, 445.1, 445.2.1, 448, 449.1, 449.4, 470.1, 472.1, 501-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 4, 34.1.1, 34.1.2, 34.1.3, 39.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına istinad etmişdir.

19. Cavabdeh4 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, müqavilə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin təminatı kimi İpoteka Predmeti ipotekaya qoyulmuş, kredit götürən tərəfindən kredit öhdəliyi lazımi qaydada və vaxtında ödənilməmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi lazımınca icra edilməməsinə əsasən 90 gün ərzində faiz və digər hesablamaları hesablayaraq məhkəməyə müraciət etməli idi. Bu qanunun tələbidir. İddiaçı faiz hesablamalarını 90 gün müddətində 13 il müddətində hesablayaraq qanunun tələblərini pozmuşdur. Qanunsuz müqavilədən kənar 43.000,73 manat faiz borcu yaratmışdır. Bundan əlavə, MM-in 373-cü maddəsinin tələbinə əsasən müqavilə öhdəlikləri üzrə 3 il müddət müəyyən edilir. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən 13 il sonra məhkəməyə müraciət edilərək, 3 illik iddia müddəti də buraxılmışdır. Məhkəmə tərəfindən hazırkı kommersiya işi üzrə iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia ərizəsi rədd edilməlidir.

20. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 23 iyun tarixli e-2-2(113)-2627/2022 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi üzrə ekspertiza təyin olunmuşdur. 21. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 2022-ci il 4 avqust tarixli ƏEM/A 17-537/22 saylı qiymətləndirmə rəyindən müəyyən olunmuşdur ki, İpoteka Predmetinin 2022-ci il 4 avqust tarixinə likvid dəyəri 118.000 manat, bazar dəyəri 131.000 manat müəyyən edilmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 18 noyabr tarixli 9/4989 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, MD-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 2010-cu il 18 oktyabr tarixli 145 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla MD-nin 2013-cü il 18 oktyabr tarixinə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan əsas və faiz borcu ümumilikdə 62.697,09 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 43.559,15 manat, faiz borcu üzrə 19.137,95 manat. Tədqiqat zamanı müəyyən edilmişdir ki, MD tərəfindən 2013-cü il 18 oktyabr tarixdən sonrakı dövrdə ümumilikdə 4.000 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödəniş faiz borcundan silinir. Belə olan halda MD ilə iddiaçı arasında b ağlanmış 2010-cu il 18 oktyabr tarixli 145 saylı kredit müqaviləsi üzrə 2013-cü il 13 oktyabr tarixdən 2022-ci il 4 may tarixədək kredit borcu üzrə illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, MMC-nin iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən olunur: 2022-ci il 5 yanvar tarixinə əsas kredit borcu 43.559,15 manat, faiz borcu 33.027,44 manat; 2022-ci il 4 may tarixinə əsas kredit borcu 43.559,15 manat, faiz borcu 33.747,38 manat.

23. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 yanvar tarixli e-2-2(113)-78/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər MD və Cavabdeh1 müştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcu, 14.609,43 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu, 400 manat mediasiya xə rci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, cəmi 77.751,53 manat məbləğində pul tutularaq ləğv prosesində olan iddiaçıya ödənilməsi, tutmanın İpoteka Predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğ müvafiq olaraq Cavabdeh4 qaytarılması, İpoteka Predmetinin ilkin satış qiyməti 118.000 manat məbləğində müəyyən edilməsi, İpoteka Predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatın ın dəyəri olan 145 manat pulun cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).

24. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə MD arasında 2010-cu il 18 oktyabr tarixli 145 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bank tərəfindən 36 ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 85.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh4 və MD arasında 2009-cu il 15 i yul tarixli 17 nömrəli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən iddiaçı ilə MD arasında bağlanmış 2009-cu il 15 iyul tarixli 55 nömrəli kredit müqaviləsi üzrə və həmin müqaviləyə gələcəkdə ediləcək əlavə və dəyişikliklər nəzərə alınmaqla MD-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 tərəfindən onun mülkiyyətində olan İpoteka Predmeti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra iddiaçı ilə Cavabdeh4 və MD arasında bağlanmış 2009-cu il 15 iyul tarixli 17 nömrəli ipoteka müqaviləsinə 2010-cu il 18 oktyabr tarixli dəyişiklik edilməsinə dair Razılaşma imzalanmışdır. İddiaçı ilə Cavabdeh1 arasında 2010cu il 18 oktyabr tarixli 110 nömrəli zaminlik müqaviləsi bağlanılmış və həmin zaminlik müqaviləsinə əsasən iddiaçı ilə MD arasında bağlanmış 2010-cu il 18 oktyabr tarixli 145 nömrəli kredit müqaviləsi üzrə MD-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin – Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

25. İddia tələbinin bir hissəsini cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 43.594,88 manat əsas borc, 43.022,73 manat faiz borcunun tutulması təşkil edir.

26. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiklərini (borcalan və zamin), belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasın ı tələb etmək hüququna malik olmasını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 18 noyabr tarixli 9/4989 nömrəli ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcu iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

27. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2013-cü il 13 oktyabr tarixindən 2022-ci il 4 may tarixinədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18.662,19 manat faiz borcunun, 2022-ci il 4 may tarixdən qətnamənin faktiki icra olunan gününə 43.594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin tutulması təşkil edir.

28. Qanunvericilik normaları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 18 noyabr tarixli 9/4989 nömrəli ekspert rəyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı icranı gecikdirmiş cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır və iddia həmin hissədə qismən təmin edilərək, 2010-cu il 18 oktyabr tarixli 145 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5 %-lə hesablanmış 14.609,43 manat məbləğ cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə qeyri-müəyyən olduğundan təmin olunmamalıdır. Belə ki, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, müqavilə müddəti bitdikdən sonra 2022-ci il 4 may tarixinədək 5% ilə hesablanmış faiz borcu 14.609,43 manat (33.747,38 manat – 19.137,95 manat = 14.609,43 manat) təşkil edir.

29. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlər AM və Cavabdeh4 müştərək qaydada tutulmasına münasibətdə qeyd etmişdir ki, sözügedən şəxslər iddia tələbinin borcun tutulması hissəsində iddiaçı tərəfindən cavabdeh qismində qoyulsa da, iş materiallarından AM və Cavabdeh4 tərəfindən kredit müqaviləsi üzrə MD-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında zamin və ya hər hansı qisimdə birgə məsuliyyət daşımaq barədə öz üzərlərinə hər hansı məsuliyyətin götürülməsi müəyyən edilməmişdir. Cavabdeh4 yalnız 2010-cu il 18 oktyabr tarixli 145 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ona məxsus olan əmlakı bankın xeyrinə ipot eka ilə yüklü etmişdir. İddiaçının istinad etdiyi, yuxarıda qeyd olunan məktub isə AM-dən hazırkı pul məbləğinin tutulmasının qət edilməsi üçün əsas ola bilməz.

30. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş gönd ərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.

31. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, tutma 2009-cu il 15 iyul tarixli 17 nömrəli ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə 2010-cu il 18 oktyabr tarixli dəyişiklik edilməsinə dair Razılaşmaya əsasən İpoteka Predmetinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh4 qaytarılmalıdır.

32. İpoteka predmetinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəydən m üəyyən olunmuşdur ki, İpoteka Predmetinin likvid dəyəri 118.000 manat təşkil edir. Belə olan halda, İpoteka Predmetinin ilkin satış qiyməti 118.000 manat məbləğində müəyyən edilməlidir.

33. İddia tələbinin bir hissəsini də tutma İpoteka Predmetinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması təşkil edir. İddia həmin hissədə qismən təmin edilməli, İpoteka Predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılmalı, əmlak boşaldılaraq təhvil verilməli, qalan hissədə isə təmin olunmamalıdır.

34. İddianın ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay son ra ipoteka qoyanın ipoteka predmeti olan daşınmaz əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən, ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə ipoteka qoyanın istifadə hüquqlarının itirilmiş hesab edilməsi onun qanunla qorunan hüquqlarını pozur. Ona görə də iddia tələbi ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanın, eləcə də kimliyi məlum olmayan digər şəxslərin ipoteka predmeti olan daşı nmaz əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində iddia rədd edilməlidir.

35. Tərəflər arasında müqavilə 2010-cu il 18 oktyabr tarixində bağlansa da, MD tərəfindən 2021-ci il 24 aprel tarixində 3.000 manat, 2021-ci il 25 iyun tarixində isə 1.000 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Hazırkı tələblə bağlı isə iddiaçı 2022-ci il 4 may tarixində məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan müəyyən olunmuşdur ki, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir, fasilədən sonra iddia müddəti yenidən başlanır və fasiləyə qədər keçmiş vaxt isə yeni müddətə daxil edilmir. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətlər i müxtəlif formada ifadə oluna bilər. Bunlardan biri kimi borcun qismən ödənilməsi təşkil edir. Cavabdeh tərəfindən isə qeyd edildiyi kimi, 2021-ci il 25 iyun tarixində iddiaçının hesabına ödənişin edilməsi, cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkət kimi qəbul edilir. Ona görə də hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir.

36. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 269, 270.1, 372.1, 373.1, 373.2, 374.1, 374.2, 375.2, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 470, 472, 739-cu, “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 39.3, 41.1, 59.3.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ” 2014-cü il 24 dekabr tarixli, 2018-ci il 28 noyabr tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.

37. Qətnamə Cavabdeh4 2023-cü il 10 fevral tarixində rəsmi olaraq çatdırılmışdır.

38. Cavabdeh4 2023-cü il 21 mart tarixində apellyasiya şikayəti verərək, həmin qətnaməni ipoteka qoyan Cavabdeh4 aid olan hissədə ləğv edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

39. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 8 iyun tarixli 2-2(103)-545/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni tutmanın İpoteka Predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddia çıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 qaytarılması, ona İpoteka Predmetinin ilkin satış qiymətinin 118.000 manat məbləğində müəyyən edilməsi, İpoteka Predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

40. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 36 ay müddətinə verilib və kreditdən istifadə müddəti 2013-cü il 18 oktyabr tarixində başa çatır.

41. Hazırkı iddia ərizəsi isə 2022-ci il 4 may tarixində, yəni 2 013-cü il 18 oktyabr tarixindən hesablanmaqla təxminən 8 il 7 ay keçdikdən sonra verilmişdir. Halbuki MM-in 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli qərarında isə müəyyən edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

43. Göründüyü kimi iddiaçı MM-in 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehin 2013-cü il 18 oktyabr tarixindən sonra 3 il müddətində ödənişlər etdiyini və ya digər etirafedici hərəkətlər etməsini təsdiq edən sübutları təqdim etməmişdir.

44. MD tərəfindən 2021-ci il 22 aprel tarixində 3.000 manat və 2021-ci il 25 iyun tarixində 1.000 manat məbləğində pul vəsaitinin iddiaçının hesabına ödənilməsi isə birinci instansiya məhkəməsinin istinad etdiyi kimi MM-in 380.1-ci maddəsində göstərilən iddia müddətinin axımının kəsilməsi hallarına aid edilə bilməz. Belə ki, MM-in 380-ci maddəsinin mənasına görə, iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır. MM-in 383-cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir.

45. Həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutlar təqdim edilməmiş və Cavabdeh4 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

46. Sonuncu ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh4 borcalan deyil, ipoteka qoyan olsa da, iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququna malikdir.

47. Belə ki, MM-in 323-1-ci maddəsinə əsasən, daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məx sus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir.

48. Eyni zamanda, birinci instansiya məhkəməsində borcalan tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə, habelə qətnamədən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamə yalnız ona aid hissədə, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir.

49. Ona görə də hazırda kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsinə qiymət verilməklə hazırkı apellyasiya baxışının predmetinə aid məsələnin həll edilməsi kredit müqaviləsi üzrə borcun tutulması tələ binə qiymət verilməsi kimi qiymətləndirilməməlidir. Çünki yuxarıda qeyd edildiyi kimi, hazırki apellyasiya baxışının həddi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsindən ibarətdir.

50. Qeyd olunan halları və MM-in 376 və 375.2-cı maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə aid hissədə iddia rədd edilməlidir. 51..Belə ki, MM-in 376-cı maddəsinin tələblərinə görə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

52. MM-in 375.2-ci maddəsinə görə isə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia mü ddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

53. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MM-in 323-1, 373.2, 375.2, 376, 379.1, 380.1, 383-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 19 iyun tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

55. İddiaçı 2023-cü il 13 avqust tarixində kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassaiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

56. MM-in 375.2-ci maddəsi üzrə - Borcalan tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməmiş, həmçinin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Kredit müqaviləsi “borc verən” (hazırkı halda İddiaçı bank) və “borc alan” (MD) arasında bağlanmışdır və ipoteka qoyan Cavabdeh4 kredit müqaviləsinin tərəfi deyil. İddia müddəti kreditin qaytarılmasının tələb edilməsi hüququ ilə bağlıdır və istənilən halda, bu müqavilədən irəli gələn münasibətlərin subyekti Cavabdeh4 ola bilməz. Belə olan halda, kredit müqaviləsinin tərəfi olmayan şəxsin həmin müqavilədən irəli gələn mübahisə - kreditin qaytarılmasının tələb edilməsi üzrə MM-in 375.2-ci maddəsində nəzərdə tutulan “mübahisə tərəfi” hesab edilmədiyi aşkardır. Cavabdeh4 isə yalnız ipote ka müqaviləsinin tərəfidir və yalnız özünün tərəf olduğu ipoteka müqaviləsindən irəli gələn hüquq və öhdəliklərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilər. Digər tərəfdən, öhdəlik hüququna aid olan kredit müqaviləsindən fərqli olaraq, ipoteka hüququ məhdud əşya hüququ olmaqla hər hansı müddətlə məhdudlaşdırılmamışdır. Qeyd edilən müddəa Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən 2022-ci il 11 fevral tarixli Qərarında da təsbit edilmişdir: “girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır.” Göründüyü kimi, ipoteka qoyan məhdud əşya hüququ ilə yüklü etdiyi əmlak hüquqları barədə hər hansı iddia müddətinin ötürülməsi barədə tələb irəli sürə bilməz və bu barədə MM-in 375.2- ci maddəsində nəzərdə tutulmuş ərizə verə bilməzdi. Bundan əlavə, yalnız borc verənlə borc alanın kredit müqaviləsi üzrə münasibətlərindən yaranan faktlarla iradəvi münasibət bildirilməsi də həmin iki subyektə aid olmaqla, əlavə öhdəlik üzrə tərəfin səlahiyyətinə aid deyil. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı işdə iddia bilavasitə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə deyil, borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı olmuşdur. Yəni, ilk növbədə məhkəmə borcun tutulmalı olması məsələsini həll etdikdən sonra tələbin ipoteka predmetinə yönəldilməsi məsələsini həll edir. Birinci məsələ - borcun ödənilməsi ilə bağlı öhdəliklərin icrası vəziyyəti və s. məsələlər borc verənlə borc alanan dəlillərinə və təqdim etdikləri sübutlara əsasən həll edildiyindən, ip oteka qoyanın tərəf olmadığı müqavilə üzrə iddia müddətinin tətbiqinə dair ərizə verməsi və həmin ərizə əsasında iddia müddətinin tətbiq edilərək, iddia tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsi tamamilə əsassız və qanunsuz olmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsindən belə çıxır ki, borclunun hüquqlarına aid olan məsələ onun iradəsi olmadan (iddia müddətinin tətbiqinə dair ərizə verilmədən, həmçinin borcun tutulmasını qət etmiş birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmədən) həll edilmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olmaqla yanaşı həm də daxilən ziddiyyətlidir və hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Belə ki, cavabdeh borcludan kredit borcunun, faizlərin və s. tutulması hissəsind ə qətnamə qüvvədədir ki, bu da həmin tələb üzrə iddia müddətinin tətbiq edilmədiyinə dəlalət edir. Əks təqdirdə, iddia müddəti tətbiq olunmuş tələb təmin edilə bilməzdi. İpoteka qoyanın apellyasiya şikayətinin təmin olunaraq, iddianın ipoteka predmetinə tələb yönəldilməsi hissəsinin rədd edilməsi isə məhz iddia müddətinin tətbiqi ilə əsaslandırılır. Bundan əlavə, MM-nin 323-1-ci maddəsinə istinad etməklə həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqinin əsaslandırılması da düzgün hesab edilə bilməz. Belə ki, 323-1-ci maddə əmlakın mülkiyyətçisinin ipoteka saxlayana qarşı “qarşılıqlı tələbini”, xüsusi olaraq isə “pul öhdəliklərinin əvəzləşdirilməsi” və “tələbdən şikayətin verilməsi” ilə bağlı qarşılıqlı tələbi ehtiva edir. İddia müddətinin tətbiqinə dair ərizə isə qarşılıqlı tələb hesab edilə bilməz.

57. MM-in 380-ci maddəsi üzrə - MD tərəfindən 2021-ci il 22 aprel tarixində 3.000 manat və 2021-ci il 25 iyun tarixində 1.000 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Göründüyü kimi, hazırkı halda MM-in 380-ci maddəsində nəzərdə tutulmuş hal baş vermişdir. Apellyasiya məhkəməsi isə həmin normaya genişləndirici şərh verməklə, hesab etmişdir ki, MM-in 380-ci maddəsinin mənasına görə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır. MM -in 383-cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir. Məhkəmənin istinad etdiyi MM-in 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Lakin məhkəmə, MM-in 383-cü maddəsinin həmin Məcəllənin 380-ci maddəsinin tətbiqi üçün hansı əsası yaratdığına və ümumiyyətlə, həmin maddə ilə əlaqələndirilməsinə aydınlıq gətirməmişdir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2018-ci il 28 noyabr tarixli qərarın dakı hüquqi mövqeyə görə: “Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; -əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.” Məhkəmə nəzərə almamışdır ki, öhdəliyin icrası üçün müəyyən edilmiş müddətin keçməsi özü-özlüyündə həmin öhdəliyin xitamına səbəb olmur. Hazırkı işdə cavabdeh üç illik iddia müddətindən sonra da, yəni, xitam verilməmiş öhdəliyini qismən də olsa yerinə yetirməkdə davam etmiş, başqa sözlə desək, iradəvi xarakterli hərəkət edərək borcun qismən ödənilməsini həyata keçirmişdir. Əgər nəzərə alınsa ki, iddia müddətinin tətbiqi yalnız tərəfin verdiyi ərizə əsasında məhkəmə tərəfindən tətbiq edilə bilər və həmin müddət kəsiyində iddia müddətinin ötürülüb-ötürülməməsi barədə ümumiyyətlə mübahisə yaranmamışdı, əksinə, borclu bu müddətdən sonra da öhdəliyin icrasına yönəlmiş hərəkətlər etmişdi, onda məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyi aşkardır.

58. MPM-in 217.3-cü maddəsi üzrə - Kassasiya şikayətində verilən əsaslandırmadan da göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı bankla aksessor öhdəlikdən irəli gələn tələb üzrə cavabdehin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məlumdur ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Hazırkı halda, əsas öhdəliyə xitam verilməmişdir, əsas öhdəlik üzrə iddiaçı banka münasibətdə müqavilən in qarşı tərəfi yalnız borcalan MD-dir, onun tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilməmişdir və borcun tutulmasına (əsas öhdəliyin icrasına məcbur edilməyə) dair birinci instansiya məhkəməsinin qətnaməsindən də şikayət verilməmişdir. Belə olan halda, mübahisənin hazırda şikayət verilən qətnamədə göstərilən qaydada həll edilməsi, həmçinin MPM-in 217.3-cü maddəsinin də tələblərinə uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

60. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

62. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdi yi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.”

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli qərarında müəyyən edilmişdir ki: “... əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxır sa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur....”

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keç irməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi 233.1. Bu Məcəllənin 355 -7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri...... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır......” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

66. Baxılan işdə, iddiaçı cavabdehlərə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələblərini irəli sürmüş, ipoteka qoya n Cavabdeh4 iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə ərizə vermiş, lakin birinci instansiya məhkəməsi iddia müddətinin tətbinə əsas olmadığı qənaətinə gələrək iddianı qismən təmin etmişdir. Həmin qətnamədən, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin edərək mübahisələndirilən hissədə sözügedən qətnaməni ləğv etmiş və iddianı rədd etmişdir.

67. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən ona istinad etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Lakin hazırkı apellyasiya baxışının həddi apellyasiya şikayətinin dəlillərinə görə, yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsindən ibarət olduğundan, iddia tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə aid hissədə rədd edilməlidir.

68. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və idddiaçının kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

69. Belə ki, iş üzrə yekun nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi MMin 375.2 və 376-cı maddələrinə istinad etmişdir.

70. MM-in 375.2-ci maddəsinin (bax bu qərarın 62-ci bəndinə) məzmununa görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Həmin ərizə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

71. MM-in 376-cı maddəsinin (bax bu qərarın 62-ci bəndinə) tələblərinə görə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov və s.) üzrə də iddia müddəti keçir.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MM-in 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 11 fevral tarixli qərarında formalaşdırdığı hüquqi mövqelərə (bax yuxarıda bu qərarın 63-cü bəndi) görə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən MM-in 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilm iş olur.

73. Məhkəmə kollegiyası istinad olunan hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, əgər əsas tələblər üzrə iddia müddəti ötürülmüşdürsə və məhkəmə MM-in 375.2-ci maddəsinə uyğun olaraq, cavabdehin müvafiq ərizəsinə əsasən həmin əsas tələblər üzrə iddia müddətini tətbiq edərək bu iddia tələblərini rədd etmişdirsə, MM-in 376-cı maddəsinə uyğun olaraq, sözügedən tələblərin təminatına dair tələblər, yəni aksessor tələblər üzrə də iddia müddəti ötürülmüş hesab olunur.

74. Əks halda, yəni əgər əsas tələblər üzrə məhkəmə cavabdehin müvafiq ərizəsi əsasında iddia müddətini tətbiq edərək bu iddia tələblərini rədd etməmişdirsə, sözügedən tələblərin təminatına dair tələblər, yəni aksessor tələblər (girov və s.) üzrə də iddia müddəti ötürülmüş hesab oluna bilməz.

75. Baxılan işdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilməsinə baxmayaraq, məhkəmə həmin instansiyada işə baxılmanın hədlərinə dair MPM-nin 372.6cı maddəsinin tələblərini (bax bu qərarın 64-cü bəndinə) pozaraq, qətnaməni həm də kredit borcunun tutulması hissəsində də yoxlamış, həmin hissədə iddia müddətinin ötürülməsi qənaətinə gələrək, aksessor tələb olan ipoteka predmetinə tutma yönədilməsi hissəsində iddia müddətini tətbiq etmişdir.

76. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın əsas borc və faiz borcunun təmin edilməsi hissəsindən apellyasiya şikayəti verilmədiyindən, qətnamə həmin hissədə qanuni qüvv əyə minmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin iddianın əsas borc və faiz borcunun tutulması hissəsində iddia müddətinin ötürülməsi qənaətinə gəlməsi, qətnamənin qanuni qüvvəyə minən hissəsi ilə uyğunluq təşkil etməmiş, MPM-nin 233-cü maddəsinin tələbləri pozulmuşdur (bax bu qərarın 64-cü bəndinə).

77. Məhkəmə kollegiyası MM-in 375.2, 376-cı maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin kredit öhdəliyi üzrə iddia müddətinin ötməsini əsas gətirərək birinci instansiya məhkəməsinin qətnaməsini tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv etməklə, qeyd olunan maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, MPM-in 217.1 və 372.6-cı maddələrinin tələblərinə zidd (bax bu qərarın 64-cü bəndinə) nəticəyə gəlmişdir.

78. Bundan əlavə, qeyd edilməlidir ki, Cavabdeh4 apellyasiya şikayətində tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia müddətinin ötürülməsindən əlavə, digər maddi və prosessual hüquq pozuntularına dair dəlillər də gətirmiş, lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində həmin dəlillər üzrə də heç bir hüquqi qiymətləndirmə aparmamışdır.

79. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

80. Göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 2-2(103)-545/2023 saylı qətnaməsi madd i və prossual hüquq normalarının pozulmasına görə ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

81. Məhkəmə kollegiyası MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 22(103)-545/2023 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar