Məhkəmə qərarları › İş №2-2(102)-558/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-558/2019

25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-558/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İnvestisiya Bankına qarşı iş üzrə QƏRAR (Açar söz: kredit müqaviləsi üzrə pul tələbi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İnvestisiya Bankına qarşı pul tələbinə dair ilkin və qarşılıqlı iddiaçı Cavabdeh İnvestisiya Bankının cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(10 3)-139/19 saylı 20 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh və ya qarşılıqlı iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx» MMC Cavabdeh İnvestisiya Kommersiya Bankı ASC-ə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən 15420 manat və 34373 ABŞ dollarının tutularaq iddiaçı “xxxx» MMC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh ”Cavabdeh” İKB arasında 30 yanvar 2015-ci il və 22 may 2015-ci il tarixlərdə kredit müqavilələri bağlanmışdır. 30 yanvar 2015-ci il tarixli, 25-BİZ-1-0-13-15 saylı kredit müqav iləsinə əsasən 680 000 manat kredit ayrılmışdır. Həmin kredit qaytarılarkən 15420 manat artıq tutulmuşdur. 22 may 2015-ci il tarixli,25-BİZ-2-0-74-15 saylı kredit müqaviləsinə əsasən 250 000 USD kredit ayrılmışdır. Həmin kredit qaytarılarkən 34373 USD kredit artıq tutulmuşdur. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4, 1092, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə və 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi maddələrinin şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarlarına istinad etmişdir. Cavabdeh İKB ASC məhkəmədə iddiaçı “xxxx” MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq “xxxx” MMC-dən “Cavabdeh İKB” ASC-nin xeyrinə 30 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5105,95 manat cərimə borcu olmaqla cəmi 5105,95 manat və 22 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 9876,02 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 9876,02 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İKB ASC qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-yə 30 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İKB ASCdə 20 faizlə 24 ay müddətinə 680000 manat məbləğində və 22 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 22 faizlə 24 ay müddətinə 250000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra eməkdən boyun qaçırır. 2018-ci il fevralın 21-dək İddiaçı MMC-nin banka 30 yanv ar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5105,95 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5105,95 manat və 22 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 9876,02 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 9876,02 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qarşılıqlı iddia tələbinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 448.1, 21, 465.2-ci maddələrinə istinad edilmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-400/2018 saylı, 02 oktyabr 2018- ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh İKB ASC-dən 15543,38 manat və 25955,98 ABŞ dolları tutularaq iddiaçı “xxxx» MMC- yə ödənilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. İlkin iddi a üzrə cavabdeh/qarşılıqlı iddiaçı Cavabdeh İKB ASC apellyasiya şikayəti verərək ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-139/19 saylı 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-400/2018 saylı, 02 oktyabr 2018- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan ödəniş qəbzlərinə və eləcədə hər iki instansiya zamanı keçirilmiş ekspertiza rəylərinə əsasən iddiaçı tərəfindən iki müqavilə üzrə müvafiq olaraq 15543,38 manat və 25955,98 ABŞ dolları məbləğində artıq ödəmə olmuşdur. Cavabdeh tərəfindən isə bu halı təkzib edən hər hansı sənəd təqdim edilməmişdir. Bundan əlavə, ekspert rəyinə əsasən cavabdeh tərəfindən qeyd edilmiş məbləğlər müqavilələrin bitmə tarixindən sonrakı dövrə hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-139/19 saylı 20 avqust 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh/qarşılıqlı iddiaçı Cavabdeh İKB ASC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə məhkəmənin istinad etdiyi ekspert rəyi ilə borc düzgün hesablanmamışdır. Kassator hesab edir ki, təkrar ekspertiza təyin edilməli ekspert rəyi təqdim edilmiş digər sübutlarla birgə qiymətləndirilməli idi. Lakin məhkəmə təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. Kassator MM-nin 385.1, 442, 445. 1, 445.2.1, 428.4, 449.4, 462.3, 465.2-ci maddələrinə, MPM-nin 97.1, 102.2, 101.3, 417.1.4, 418.1, 418.2-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-139/19 saylı 20 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirkaı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-139/19 saylı 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə gəldiy i yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh İnvestisiya Bankı arasında 25BİZ1-0-13-15 nömrəli, 30.01.2015-ci il tarixində və 25BİZ-1-0-74-15 nömrəli, 22.05.2015-ci il tarixində kredit müqaviləsini bağlanması, 25BİZ-1-0-13-15 nömrəli, 30.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 24 ay müddətinə 680000 manat məbləğində kredit verilməsi, kreditin illik faiz dərəcəsi 20%, FİFD 22,11%, gecikdirilmiş borc yaranacağı halda tətbiq edilmiş sanksiyalar – hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1%-i məbləğində müəyyən edilməsi, 25BİZ-1-0-74-15 nömrəli, 22.05.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 24 ay müddətinə 250000 ABŞ dolları məbləğində kredit verilməsi, kreditin illik faiz dərəcəsi 22%, FİFD 24,13%, gecikdirilmiş borc yaranacağı halda tətbiq edilmiş sanksiyalar – hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,1%-i məbləğində müəyyən edilməsi işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan mübahisəsiz hallarına aiddir. Hazırkı iş üzrə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti hesab edir ki, 25-BİZ-1-0-13-15 saylı kredit müqaviləsinə əsasən ayrılmış 680 000 manat kredit qaytarılarkən 15420 manat artıq tutulmuşdur. 22 may 2015-ci il tarixli, 25-BİZ-2-0-74-15 saylı kredit müqaviləsinə əsasən ayrılmış 250 000 USD kredit qaytarılarkən 34373 USD kredit artıq tutulmuşdur. Hazırkı iş üzrə Cavabdeh İnvestisiya Bankı hesab edir ki, “xxxx” MMC müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra eməkdən boyun qaçırır. Bel ə ki, 2018-ci il fevralın 21-dək İddiaçı MMC-nin banka 30 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5105,95 manat cərimə borcu və 22 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 9876,02 ABŞ dolları cərimə borcu vardır. Belə ki, Cavabdeh İnvestisiya Bankı tərəfindən təqdim edilmiş 21.02.2018-ci il tarixli maliyyə arayışına əsasən 25-BİZ-1-0-13-15 nömrəli kredit müqaviləsinə əsasən 30.01.2015-ci ildə verilmiş 680000 manat kredit məbləğindən əsas borc 680000 manat, 20% hesabı ilə 189599,48 manat ödənilmişdir,ödənilməmş əsas borc və faiz borcu yoxdur, 5105,95 manat cərimə üzrə qalıq borcu yazılmışdır. Cavabdeh İnvestisiya Bankı tərəfindən təqdim edilmiş 21.02.2018-ci il tarixli maliyyə arayışına əsasən 25-BİZ-2-0-74-15 nömrəli kredit müqaviləsinə əsasən 26.05.2015-ci ildə verilmiş 25 0000 ABŞ dolları kredit məbləğindən əsas borc 250000 ABŞ dolları, 22% hesabı ilə 130803,08 manat ödənilmişdir,ödənilməmş əsas borc və faiz borcu yoxdur, 9876,02 ABŞ dolları cərimə üzrə qalıq borcu yazılmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının vəsatəti əsasında məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14426 nömrəli, 04 sentyabr 2018-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı MMC ilə Cavabdeh İKB ASC arasında bağlanmış 30.01.2015-ci il tarixli, 25 BİZ -1-0-1315 saylı və 22.05.2015-ci il tarixli, 25 BİZ-2-0-74-15 saylı kredit müqavilələri üzrə İddiaçı MMC tərəfindən Cavabdeh İKB ASC-yə ödənilməli olan borc qalığı müəyyən olunmamış, birinci müqavilə üzrə borcalan tərəfindən 15543,38 manat məbləğində ikinci müqavilə üzrə borcalan tərəfindən 25955,98 ABŞ dolları məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Qeyd olunan ekspert rəyinə istinad edən birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin etmişdir. Apellyasiya icraatı zamanı Cavabdeh İKB ASC tərəfindən vəsatət verilmiş, həmin vəsatət əsasında əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10790 nömrəli, 22 iyul 2019-cu il tarixli ekspert rəyinə əsasən İddiaçı MMC ilə Cavabdeh İKB ASC arasında bağlanmış 30.01.2015-ci il tarixli, 25 BİZ -1-0-13-15 saylı və 22.05.2015-ci il tarixli, 25 BİZ-2-0-74-15 saylı kredit müqavilələri üzrə İddiaçı MMC tərəfindən Cavabdeh İKB ASC-yə ödənilməli olan borc qalığı müəyyən olunmamış, birin ci müqavilə üzrə borcalan tərəfindən 15543,38 manat məbləğində ikinci müqavilə üzrə borcalan tərəfindən 25955,98 ABŞ dolları məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Həmçinin 30.01.2015-ci il və 22.05.2015- ci il tarixli müqavilələr üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında Cavabdeh İKB ASC tərəfindən müqavilələrin bitdiyi tarixdən sonrakı dövrdə faiz hesablanması öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər, həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə borcalan tərəfindən ilk müqavilə üzrə 15543,38 manat məbləğində, ikinci müqavilə üzrə 25955,98 ABŞ dolları məbləğində artıq ödəniş aparıldığı iş materiallarında olan ödəniş qəbzləri və ekspert rəyləri ilə sübuta yetirilir. Cavabdeh tərəfindən isə isə bu halı təkzib edən hər hansı sübut təqdim edilməmişdir. Kassator kassasiya şikayətində təkrar məhkəmə ekspertizasının keçirilməli olmasına dair dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi Cavabdeh İKB ASC tərəfindən verilmiş vəsatət əsasında əlavə m əhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin ekspertiza nəticəsində verilmiş rəy isə cavabdehin iddia etdiklərini təkzib etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara əsasən hərtərəfli və obyektiv araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə əsaslı nəticəyə gəlinmiş, kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Qeyd edilənləri nəzərə alan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1-ci maddəsi ilə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-139/19 saylı 20 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar