Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-558/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Bəhram Məmməd oğlu Məmmədlinin məruzəsi ilə, hakimlər Bəhman Fərhad oğlu Qəribov və Aqil Əzizağa oğlu Abbasovdan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 2-2(103)-490/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Mülkiyyətçi "xxxx" MMC ilə idarə edən İddiaçı M MC arasında 2017-ci il 27 dekabr tarixli REL- 27/12/17-850 saylı “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyekt(lər)i idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. Qeyd olunan müqavilənin: - 2.1-ci bəndinə əsasən, idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. - 5.1-ci bəndinə əsasən, bu müqav ilənin müddəti qüvvəyə minmə tarixindən etibarən 10 il müddətinə davam edəcək.
2. Mülkiyyətçi "xxxx" MMC ilə idarə edən İddiaçı MMC arasında bağlanmış 2017-ci il 27 dekabr tarixli PMD-27/12/17-850 saylı “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqaviləyə 1.11 saylı əlavəyə əsasən, ünvan 1 ünvanında yerləşən sahəsi 14.807,80 m2 olan obyekt 20 il müddətinə icarə və idarəetməyə verilmişdir. Həmin əlavənin: - 2-ci bəndinə əsasən, idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. - 3-cü bəndinə əsasən, hazırkı əlavə aid olduğu müqavilənin tərkib hissəsidir və tərəflər arasında 2018-ci il 15 may tarixindən etibarən yaranmış münasibətlərə tətbiq olunur.
3. İcarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC arasında 2018-ci il 12 mart tarixli 164 saylı “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan ünvan 1 ünvanında, “Vurğun Residence” yaşayış kompleksinin +3,60 və 0.00 səviyyələrində yerləşən, ümumi sahəsi 3.452 m2 təşkil edən qeyri-yaşayış sahəsini təyinatına uyğun istifadə üçün icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin: - 1.3-cü bəndinə əsasən, icarəçi icarəyə verilən əmlakdan ticarət fəaliyyətinin həyata keçirilməsi məqsədilə istifadə edəcəkdir. - 2.1-ci bəndinə əsasən, icarə müddəti 2018-ci il 1 noyabr tarixindən başlayır və hazırkı müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 2023-cü il 31 oktyabr tarixində saat 23:59-da başa çatacaq. - 3.1-ci bəndinə əsasən, icarə haqqı və digər ödənişlər aşağıda göstərilən qaydada hesablanır və ödənilir: - 3.1.1-ci bəndinə əsasən, icarə müddətinin 2018-ci il 1 noyabr tarixindən - 2021-ci il 31 oktyabr tarixinədək olan dövrü ərzində hər ay ƏDV daxil 40.733 manat aylıq icarə haqqı ödəyəcək; - 3.1.2-ci bəndinə əsasən, icarə müddətinin 2021-ci il 1 noyabr tarixindən - 2022-ci il 31 oktyabr tarixinədək olan dövrü ərzində hər ay ƏDV daxil 44.806,96 manat aylıq icarə haqqı ödəyəcək; - 3.1.3-cü bəndinə əsasə n, icarə müddətinin 2022-ci il 1 noyabr tarixindən - 2023-cü il 31 oktyabr tarixinədək olan dövrü ərzində hər ay ƏDV daxil 48.880,32 manat aylıq icarə haqqı ödəyəcək; - 3.1.4-cü bəndinə əsasən, icarəyə verilən əmlakın hər kv.m-nə görə ƏDV daxil 1,18 manat olmaqla cəmi ƏDV daxil 4.073,36 manat mərkəzi havalandırma sistemi xidmətlərinə görə aylıq ödəniş ödəyəcək. - 3.2-ci bəndinə əsasən, icarəçi icarəyə verilən əmlakda bu icarə müddəti ərzində istifadə etdiyi elektrik enerjisinə, su və çirkab sularının axıdılmasına, telefon (o cümlədən beynəlxalq, mobil, şəhər telefon danışıqları) və internet xidmətlərinə, habelə təchiz olunan digər kommunal xidmətlərə görə ödənişlərin təmin edilməsi öhdəliyini daşıyacaq. - 3.4-cü bəndinə əsasən, icarə haqqı və müqavilə üzrə digər ödənişlər hər cari ayın i lk 10 günü ərzində həyata keçiriləcək və icarəyə verənin müvafiq hesab-fakturada göstərilən bank hesabına köçürmə yolu ilə hər ay üzrə əvvəlcədən ödənilməlidir. - 8.3-cü bəndinə əsasən, icarəçi müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və/və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyəcək.
4. Mülkiyyətçi "xxxx" MMC ilə idarə edən İddiaçı MMC arasında 2017-ci il 27 dekabr tarixli PMD-27/12/17-856 saylı “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyekt(lər)i idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyekt(lər)in s əlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. Qeyd edilən müqavilənin: - 2.1-ci bəndinə əsasən, idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. - 5.1-ci bəndinə əsasən, bu müqavilənin müddəti qüvvəyə minmə tarixindən etibarən 10 il müddətinə davam edəcək.
5. Mülkiyyətçi "xxxx" MMC ilə idarə edən İddiaçı MMC arasında bağlanmış 2017-ci il 27 dekabr tarixli PMD-27/12/17-856 saylı “Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” müqaviləyə 1.116 saylı əlavəyə əsasən, ünvan 2 ünvanında yerləşən s ahəsi 5.575,60 m2 olan obyekt 10 il müddətinə icarə və idarəetməyə verilmişdir. Həmin əlavənin: - 2-ci bəndinə əsasən, idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malikdir. - 3-cü bəndinə əsasən, hazırkı əlavə aid olduğu müqavilənin tərkib hissəsidir və tərəflərin təsdiq şərti ilə qüvvəyə minərək, mülkiyyətçi və idarə edən arasında müvafiq icarə və idarəetmə münasibətlərinə 2021-ci il 1 iyul tarixindən etibarən şamil olunur və icra edilir.
6. İcarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC arasında 2018-ci il 18 aprel tarixli 024 saylı “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmı şdır. Həmin müqaviləyə əsasən, icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasında ümumi sahəsi 5.575,60 m2 təşkil edən dördmərtəbəli qeyri-yaşayış binasını (zirzəmi və mansard sahələri daxil olmaqla) təyinatına uyğun istifadə üçün tam yararlı vəziyyətdə icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilənin: - 1.3-cü bəndinə əsasən, icarəçi icarəyə verilən əmlakdan ticarət fəaliyyətinin həyata keçirilməsi məqsədilə ticarət mərkəzi kimi istifadə edəcəkdir. - 2.1-ci bəndinə əsasən, icarə müddəti 2018-ci il 1 may tarixindən başlayır və hazırkı müqavilənin müddəalarına uyğun olaraq artırıl mayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 2023-cü il 30 aprel tarixində saat 23:59-da başa çatacaq. - 3.1-ci bəndinə əsasən, icarə haqqı və digər ödənişlər aşağıda göstərilən qaydada hesablanır və ödənilir: - icarəyə verilən əmlakla bağlı icarəçi 2018-ci il 1 may tarixindən - 2018-ci il 31 iyul tarixini əhatə edən müddətdə hər ay üçün icarəyə verənə ƏDV daxil 75.000 manat aylıq icarə haqqı ödəyəcək; - icarəyə verilən əmlakla bağlı icarəçi 2018-ci il 1 avqust tarixindən - 2019-cu il 30 iyun tarixini əhatə edən müddətdə hər ay üçün icarəyə verənə ƏDV daxil 85.000 manat aylıq icarə haqqı ödəyəcək; - icarəyə verilən əmlakla bağlı icarəçi 2019-cu il 1 iyul tarixindən - 2020-ci il 30 iyun tarixini əhatə edən 1 illik müddətdə hər ay üçün icarəyə verənə ƏDV daxil 95.000 manat aylıq ic arə haqqı ödəyəcək; - icarəyə verilən əmlakla bağlı icarəçi 2020-ci il 1 iyul tarixindən - 2023-cü il 30 aprel tarixini əhatə edən müddətdə hər ay üçün icarəyə verənə ƏDV daxil 100.000 manat aylıq icarə haqqı ödəyəcək. - 3.2-ci bəndinə əsasən, icarəçi icarəyə verilən əmlakda bu icarə müddəti ərzində istifadə etdiyi elektrik enerjisinə, telefon (o cümlədən beynəlxalq, mobil, şəhər telefon danışıqları) və internet xidmətlərinə, habelə təchiz olunan digər kommunal xidmətlərə görə ödənişlərin təmin edilməsi öhdəliyini daşıyacaq. - 3.4-cü bəndinə əsasən, icarə haqqı və müqavilə üzrə digər ödənişlər hər cari ayın ilk 10 günü ərzində həyata keçiriləcək və icarəyə verənin müvafiq hesab-fakturada göstərilən bank hesabına köçürmə yolu ilə hər ay üzrə əvvəlcədən ödənilməlidir. - 8.3-cü bəndinə əsasən, icarəçi müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və/və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyəcək.
7. İcarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC arasında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 12 mart 2018-ci il tarixli 164 saylı müqaviləyə dəyişikliklərin edilməsinə dair 2018-ci il 1 noyabr tarixində 1 nömrəli əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmanın: - 1-ci bəndinə əsasən, icarə müqaviləsinin 3.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: - 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə icarə haqqı və digər ödənişlər 2019-cu il 1 yanvar tarixindən başlayaraq aşağıda göstərilən qaydada hesablanır və ödənilir: - 3.1.1-ci bəndinə əsasən, icarə müddətinin 2019-cu il 1 yanvar - 2021-ci il 31 oktyabr tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaka görə ƏDV daxil 40.733 manat məbləğində aylıq icarə haqqı; - 3.1.2-ci bəndinə əsasən, icarə müddətinin 2021-ci il 1 noyabr - 2022-ci il 31 oktyabr tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaka görə ƏDV daxil 44.806,96 manat məbləğində aylıq icarə haqqı; - 3.1.3-cü bəndinə əsasən, icarə müddətinin 2022-ci il 1 noyabr - 2023-cü il 31 oktyabr tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaka görə ƏDV daxil 48.880,32 manat məbl əğində aylıq icarə haqqı; - 3.1.4-cü bəndinə əsasən, icarəyə verilən əmlakın hər kv.m-nə görə ƏDV daxil 1,18 manat olmaqla cəmi ƏDV daxil 4.073,36 manat mərkəzi havalandırma sistemi xidmətlərinə görə aylıq ödəniş ödəyəcək. - 6-cı bəndinə əsasən, bu əlavə razılaşma tərəflərin qanunu təmsilçiləri tərəfindən təsdiq olunması şərti ilə qüvvəyə minərək, 2019-cu il 1 yanvar tarixində qüvvəyə minir.
8. İcarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC arasında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 2018-ci il 12 mart tarixli 164 saylı müqaviləyə əlavə və dəyişikliklərin edilməsinə dair 2022-ci il 13 iyun tarixində əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmanın: - 1-ci bəndinə əsasən, icarə müqaviləsi üzrə icarə haqqı və digər ödənişlər 2022-ci il 1 iyul tarixindən başlayaraq aşağıd a göstərilən qaydada hesablanır və ödənilir: - 1.1-ci bəndinə əsasən, icarə müddətinin 2022-ci il 1 iyul - 2022-ci il 31 oktyabr tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaka görə ƏDV daxil 34.890,24 manat məbləğində aylıq icarə haqqı; - 1.2-ci bəndinə əsasən, icarə müddətinin 2022-ci il 1 noyabr - 2023-cü il 31 oktyabr tarixləri aralığını əhatə edən dövrünün hər ayı üçün icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaka görə ƏDV daxil 38.963,60 manat məbləğində aylıq icarə haqqı; - 1.3-cü bəndinə əsasən, icarəyə verən tərəfindən bu əlavə razılaşmaya dair 1 nömrəli qoşmanın 1-2-ci bəndlərində nəzərdə tutulmuş təmizlik və texniki xidmətlərin göstərilməsinə görə icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-nə görə ƏDV daxil 2,36 manat olmaqla cəmi ƏDV daxil 8.146,72 manat məbləğində aylıq haqq; - 1.3-cü bəndinə əsasən, icarəyə verən tərəfindən bu əlavə razılaşmaya dair 1 nömrəli qoşmanın 3-cü bəndində nəzərdə tutulmuş mühafizə xidmətlərinin göstərilməsinə görə icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kv.m-nə görə ƏDV daxil 1,18 manat olmaqla cəmi ƏDV daxil 4.073,36 manat məbləğində aylıq haqq. - 8-ci bəndinə əsasən, bu əlavə razılaşma tərəflərin qanunu təmsilçiləri tərəfindən təsdiq olunması şərti ilə qüvvəyə minərək, 2022-ci il 1 iyul tarixindən icra olunur.
9. İcarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC arasında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 2018-ci il 12 m art tarixli 164 saylı müqaviləyə əlavə və dəyişikliklərin edilməsinə dair 2022-ci il 13 iyun tarixli əlavə razılaşmaya 1 nömrəli Qoşma olan icarəyə verilən əmlakın yerləşdiyi binada icarəyə verən tərəfindən göstərilən müvafiq təmizlik, texniki və mühafizə xidmətləri barədə razılığa gəlmişlər.
10. İcarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC arasında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 2018-ci il 18 aprel tarixli 024 saylı müqaviləyə xitam verilməsi barədə 2022-ci il 13 iyun tarixində razılaşma bağlanmışdır. Həmin razılaşmanın: - 1-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 2022ci il 20 iyun tarixində xitam verilir. - 2-ci bəndinə əsasən, icarəçi icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın icarəyə verənə təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının, icarə müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini bu razılaşmada, həmçinin tərəflər arasında imzalanacaq borcun ödənişi qaydasının tənzimi haqqında müvafiq razılaşmada nəzərdə tutulmuş qaydada təmin etməlidir. - 3-cü bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, 2022-ci il 13 may tarixindən etibarən xitam tarixi daxil olmaqla, müvafiq dövr ərzində elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə borc istisna olmaqla, icarəçinin xitam tarixinə icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 509.130,40 manat təşkil edir. Elektrik enerjisi üçün kommunal xidmət haqqı üzrə hesab icarəçi tərəfindən ayrıca olaraq ödəniləcəkdir. Həmçinin icarə müqa viləsinin 8.3-cü bəndinə əsasən, icarəçiyə icarə haqqının və ya icarə müqaviləsindən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün 2022-ci il 13 iyun tarixinə tətbiq edilən dəbbə pulu üzrə icarəçi tərəfindən təmin edilməli olan məbləğ ƏDV xaric 26.164,69 manat təşkil edir və həmin məbləğin ödənişi ayrıca olaraq həyata keçirilir. - 4-cü bəndinə əsasən, icarəçi 2022-ci ilin may və iyun ayının müvafiq hissəsi üçün borcun (2022-ci ilin may ayı üçün ƏDV daxil 100.000 manat məbləğində icarə haqqı üzrə borc, 2022-ci il 13 may tarixinədək ƏDV daxil 7.616,40 manat məbləğində elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə borc, 2022-ci ilin iyun ayının müvafiq hissəsi üçün ƏDV daxil 66.666,66 manat məbləğində icarə haqqı üzrə borc, həmçinin icarəyə verən tərəfindən məbl əği xitam tarixinədək bildiriləcəyi təqdirdə 2022-ci il 13 may tarixindən etibarən xitam tarixi daxil olmaqla, müvafiq dövr ərzində elektrik enerjisinə görə kommunal xidmət haqqı üzrə borc) xitam tarixinədək tam ödənilməsini təmin etməlidir. Borcun qalan hissəsinin ödənişi qaydası tərəflər arasında ayrıca imzalanacaq borcun ödənişinin tənzimlənməsi haqqında müvafiq razılaşmada təsbit ediləcəkdir. - 5-ci bəndinə əsasən, icarə müqaviləsinə xitam verilməsi icarəçini icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərin icrasından azad etmir.
11. İcarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC arasında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 2018-ci il 18 aprel tarixli 024 saylı müqaviləyə xitam verilməsi barədə 2022-ci il 13 iyun tarixli razılaşmaya dəyişikliklərin edilməsinə dair 2022ci il 20 iyun tarixində razılaşma bağlanmışdır. Həmin razılaşmanın: - 1-ci bəndinə əsasən, xitam razılaşmasının 3-cü bəndinin sonuncu cümləsi bu razılaşmanın tətbiq edildiyi tarixdən etibarən qüvvədən düşmüş hesab edilmiş və dəbbə pulu ilə əlaqədar məsələlər tərəflər arasında imzalanacaq borcun ödənişinin tənzimi haqqında müvafiq razılaşmada nəzərdə tutulacaq qaydada tənzimlənir. - 2-ci bəndinə əsasən, xitam razılaşmasının 4-cü bəndi bu razılaşmanın tətbiq edildiyi tarixdən etibarən qüvvədən düşmüş hesab edilmiş və borcun ödənişi qrafiki tərəflər arasında imzalanacaq borcun ödənişinin tənzimi haqqında müvafiq razılaşmada nəzərdə tutulacaq qaydada tənzimlənir. - 5-ci bəndinə əsasən, bu razılaşma tərəflərin təsdiqi şərti ilə qüvvəyə minərək, 2022ci il 20 iyun tarixindən etibarən icra olunur.
12. İddiaçı MMC (kreditor) ilə Cavabdeh MMC (borclu) arasında bağlanmış “mövcud borcun etirafı və ödənişin tənzimlənməsi haqqında” 2022-ci il 18 iyul tarixində razılaşma bağlanmışdır. Həmin razılaşmanın: - 1-ci bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, borclunun 2022-ci il 30 iyun tarixinə icarə müqavilələri üzrə kreditora ödəməli olduğu ümumi borc ƏDV daxil 619.016,61 manat təşkil edir. - 2-ci bəndinə əsasən, bu razılaşmanın 1-ci bəndində qeyd edilmiş borc məbləğinə əlavə olaraq, icarə müqavilələrinin 8.3-cü bəndinə əsasən borcluya icarə haqqının və ya icarə müqavilələrindən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verdiyi üçün 2022-ci ilin iyun ayınadək tətbiq edilən dəbbə pulu üzrə borclu tərəfindən təmin edilməli olan məbləğ ƏDV xaric 11.820,80 manat təşkil edir. Bu razılaşmanın 3-cü bəndində müəyyən edilmiş hissələrlə (və ya bu hissədən daha artıq olmaqla) bu razılaşmada nəzərdə tutulmuş müddət çərçivəsində həyata keçirildiyi təqdirdə kreditor bu bəndin birinci cümləsində əks etdirilmiş dəbbə pulunu borcludan tələb etməyəcəkdir. Bu bəndin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna olmaqla, kreditor həm bu bəndə əsasən tətbiq olunan, həm də razılaşmanın digər müvafiq bəndlərinə əsasən hesablanacaq dəbbə pulunu tələb etmək hüququnu özündə saxlayır. - 3-cü bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, bu razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş borcun ödənişi aşağıdakı cədvəldə müəyyən edilmiş qrafikə uyğun olaraq müvafiq hissələrlə və qaydada təmin edilərək, 2022-ci ilin iyul ayından etibarən ardıcıl gələn müvafiq aylar ərzin də hər hansı fasiləyə yol vermədən, 2023-cü ilin yanvar ayının sonunadək tam həcmdə təmin edilməlidir. - 4-cü bəndinə əsasən, bu razılaşmanın 3-cü bəndində nəzərdə tutulmuş ödənişlər (iyul ayı üçün ödəniş istisna olmaqla – həmin ödəniş iyul ayının sonunadək həyata keçirilməlidir) hər müvafiq ayın ilk 10 təqvim günü ərzində kreditorun bank hesabına köçürmə yolu ilə ödənilməlidir. - 8-ci bəndinə əsasən, kreditor bu razılaşmanın 3-cü bəndində nəzərdə tutulmuş borc məbləği üzrə ödənişlərin həyata keçirilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ödəniş məbləğinin 0,1 faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. - 9-cu bəndinə əsasən, borc məbləği, dəbbə pulu, faizlər, habelə onların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və y a lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi üzrə borclu kreditor qarşısında tam həcmdə məsuliyyət daşıyır. - 17-ci bəndinə əsasən, bu razılaşma tərəflərin təsdiqi şərti ilə qüvvəyə minərək, tərəflər arasındakı müvafiq münasibətlərə 2022-ci ilin iyul ayından etibarən şamil olunur və borclu bu razılaşma üzrə öz öhdəliklərini tam təmin edənədək öz qüvvəsində qalır. 13. 2022-ci il 15 yanvar tarixli hesab-ödəniş vərəqəsinə əsasən, həmin tarixə İddiaçı MMC-nin (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə) elektrik enerjisindən istifadəyə görə borcu (1.415,53 manat ƏDV daxil) 9.279,60 manat təşkil edir. 14. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair (1.415,53 manat ƏDV daxil) cəmi 9.279,60 manat dəyərində 2022-ci il 17 yanvar tarixli, EBBP seriyalı, 698773 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. 15. 2022-ci il 21 yanvar tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 7.864,07 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 16. 2022-ci il 21 yanvar tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBP seriyalı, 698773 nömrəli elektron qaiməyə əsasən 1.415,53 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 17. 2022-ci il 21 yanvar tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 20.456,33 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 18. 2022-ci il 21 yanvar tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC -nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBP seriyalı, 789876 nömrəli elektron qaiməyə əsasən 3.682,14 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 19. 2022-ci il 18 fevral tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 19.366,38 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 20. 2022-ci il 18 fevral tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBR seriyalı, 199001 nömrəli elektron qaiməyə əsasən 3.485,95 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 21. 2022-ci il 14 fevral tarixli hesab-ödəniş vərəqəsinə əsasən, həmin tarixə İddiaçı MMC-nin (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə) elektrik enerjisindən istifadəyə görə borcu (1.339,02 manat ƏDV daxil) 8.778 manat təşkil edir. 2 2. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair (1.339,02 manat ƏDV daxil) cəmi 8.778 manat dəyərində 2022-ci il 14 fevral tarixli, EBBR seriyalı, 199352 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. 23. 2022-ci il 18 fevral tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 7.438,98 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 24. 2022-ci il 18 fevral tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBR seriyalı, 199352 nömrəli elektron qaiməyə əsasən 1.339,02 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 25. 2022-ci il 14 mart tarixli hesab-ödəniş vərəqəsinə əsasən, həmin tarixə İddiaçı MMC-nin (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə) elektrik enerjisindən istifadəyə görə borcu (1.192,03 manat ƏDV daxil) 7.814,40 manat təşkil edir. 26. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair (1.192,03 manat ƏDV daxil) cəmi 7.814,40 manat dəyərində 2022-ci il 14 mart tarixli, EBBS seriyalı, 884637 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. 27. 2022-ci il 17 mart tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 6.622,37 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 28. 2022-ci il 17 mart tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBS seriyalı, 884637 nömrəli elektron qaiməyə əsasən 1.192,03 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 29. 2022-ci il 17 mart tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 18.165,27 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 30. 2022-ci il 17 mart tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBS seriyalı, 991269 nömrəli elektron qaiməyə əsasən 3.269,75 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 31. 2022-ci il 12 aprel tarixli hesab-ödəniş vərəqəsinə əsasən, həmin tarixə İddiaçı MMC-nin elektrik enerjisindən istifadəyə görə borcu (1.369,22 manat ƏDV daxil) 8.976 manat təşkil edir. 32. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair (1.369,22 manat ƏDV daxil) cəmi 8.976 manat dəyərində 2022-ci il 12 aprel tarixli, EBBU seriyalı, 304594 saylı elektron qaimə tərti b edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. 33. 2022-ci il 15 aprel tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 7.606,78 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 34. 2022-ci il 15 aprel tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBU seriyalı, 304594 nömrəli elektron qaiməyə əsasən 1.369,22 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 35. 2022-ci il 15 aprel tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 21.436,09 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 36. 2022-ci il 15 aprel tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBU seriya lı, 418311 nömrəli elektron qaiməyə əsasən 3.858,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 37. 2022-ci il 12 may tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 18.828,33 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 38. 2022-ci il 12 may tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBW seriyalı, 093708 nömrəli elektron qaiməyə əsasən 3.389,10 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 39. 2022-ci il 13 may tarixli hesab-ödəniş vərəqəsinə əsasən, həmin tarixə İddiaçı MMC-nin (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə) elektrik enerjisindən istifadəyə görə borcu (1.161,82 manat ƏDV daxil) 7.616,40 manat təşkil edir. 40. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisin ə dair (1.161,82 manat ƏDV daxil) cəmi 7.616,40 manat dəyərində 2022-ci il 13 may tarixli, EBBW seriyalı, 215887 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. 41. 2022-ci il 19 may tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 6.454,58 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 42. 2022-ci il 19 may tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBW seriyalı, 215887 nömrəli elektron qaiməyə əsasən 1.161,82 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 43. 2022-ci il 16 iyun tarixli hesab-ödəniş vərəqəsinə əsasən (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə), həmin tarixə İddiaçı MMC-nin elektrik enerjisindən istifadəyə görə borcu (1.3 77,27 manat ƏDV daxil) 9.028,80 manat təşkil edir. 44. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair (1.377,27 manat ƏDV daxil) cəmi 9.028,80 manat dəyərində 2022-ci il 16 iyun tarixli, EBBY seriyalı, 301572 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. 45. 2022-ci il 17 iyun tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 7.651,53 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 46. 2022-ci il 17 iyun tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBY seriyalı, 301572 nömrəli elektron qaiməyə əsasən 1.377,28 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 47. 2022-ci il 17 iyun tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 20.733,08 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 48. 2022-ci il 17 iyun tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBU seriyalı, 418311 nömrəli elektron qaiməyə əsasən 3.731,95 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 49. 2022-ci il 13 iyul tarixli hesab-ödəniş vərəqəsinə əsasən, həmin tarixə İddiaçı MMC-nin (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə) (Səbail rayonu, Nizami 52, 54 ünvanı üzrə) elektrik enerjisindən istifadəyə görə borcu (1.834,35 manat ƏDV daxil) 12.025,20 manat təşkil edir. 50. "xxxx" ASC tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair (1.834,35 manat ƏDV daxil) cəmi 12.025,20 manat dəyərində 2022-ci il 13 iyul tarixli, EBBZ seriyalı, 863574 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. 51. 2022-ci il 15 iyul tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 10.190,85 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 52. 2022-ci il 15 iyul tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBZ seriyalı, 863574 nömrəli elektron qaiməyə əsasən 1.834,35 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 53. 2022-ci il 15 iyul tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə avans olaraq 4.880,06 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 54. 2022-ci il 18 iyul tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 27.111,42 ma nat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 55. 2022-ci il 18 avqust tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 29.495,75 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 56. 2022-ci il 18 avqust tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBCB seriyalı, 865960 nömrəli elektron qaiməyə əsasən 5.309,24 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 57. 2022-ci il 15 sentyabr tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 31.185,69 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 58. 2022-ci il 15 sentyabr tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBBU seriyalı, 418311 nömrəli elektron qaiməyə əsasən 5.613,42 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 59. 2022-ci il 13 oktyabr tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 24.650,14 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 60. 2022-ci il 13 oktyabr tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə 4.437,03 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 61. 2022-ci il 17 noyabr tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" ASC-yə EBCJ seriyalı, 036464 nömrəli elektron qaiməyə əsasən 4.013,20 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 62. 2022-ci il 18 noyabr tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 22.295,55 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 63. 2022-ci il 16 dekabr tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 22.994,88 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. 64. 2023-cü il 19 yanvar tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 23.857,71 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir.
65. Cavabdeh MMC-nin istifadə etdiyi elektrik enerjisinin 2022-ci il 15 iyul - 2023-cü il 15 yanvar tarixləri arası dövrü təsdiq edən aktlarla müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən 2022-ci il 15 iyul - 2022-ci il 15 avqust tarixləri arası dövr üzrə 2.336,4 manat; 2022-ci il 15 avqust - 2022-ci il 15 sentyabr tarixləri arası dövr üzrə 2.134 manat; 2022-ci il 15 sentyabr - 202 2-ci il 2022-ci il 15 oktyabr tarixləri arası dövr üzrə 2.134 manat; 2022-ci il 15 oktyabr - 2022-ci il 15 noyabr tarixləri arası dövr üzrə 2.107,6 manat; 2022-ci il 15 noyabr - 2022-ci il 15 dekabr tarixləri arası dövr üzrə 1.878,8 manat və 2022-ci il 15 dekabr - 2023-cü il 15 yanvar tarixləri arası dövr üzrə 1.170,4 manat dəyərində elektrik enerjisini sərf olunub. 66. "xxxx" ASC tərəfindən verilmiş 2022-ci il 1 avqust tarixindən 2022-ci il 1 avqust tarixinədək dövrü əhatə edən (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən EBCA seriyalı 962322 nömrəli elektron qaimə üzrə 39.924 manat ödəniş edilmişdir. 67. 2022-ci il 7 oktyabr tarixli, OD10 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, EBBQ seriyalı 589660 nömrəli elektron qaimə üzrə (Vurğun) fevral ay ının icarə haqqı olan 33.050,85 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına köçürülmüşdür. 68. "xxxx" ASC tərəfindən verilmiş 2022-ci il 10 oktyabr tarixindən 2022-ci il 10 oktyabr tarixinədək dövrü əhatə edən (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən EBBQ seriyalı 589660 nömrəli elektron qaimə üzrə (Vurğun) fevral ayının icarə haqqı olan 33.050,85 manat ödəniş edilmişdir.
69. İddiaçı MMC tərəfindən 2022-ci ildə icarə haqqı və istifadə edilmiş elektrik enerjisinə dair (ƏDV daxil) cəmi 882.525,33 manat dəyərində o cümlədən 9.279,60 manat məbləğində 27 yanvar tarixli, EBBQ seriyalı, 287080 saylı; 8.778 manat məbləğində 25 fevral tarixli, EBBR seriyalı, 900344 saylı; 100.000 manat məbləğində 3 mart tarixli, EBBS ser iyalı, 158302 saylı; 7.814,40 manat məbləğində 30 mart tarixli, EBBT seriyalı, 543695 saylı; 100.000 manat məbləğində 3 aprel tarixli, EBBT seriyalı, 791013 saylı; 8.976 manat məbləğində 26 aprel tarixli, EBBV seriyalı, 227767 saylı; 100.000 manat məbləğində 8 may tarixli, EBBV seriyalı, 903789 saylı; 7.616,40 manat məbləğində 1 iyun tarixli, EBBX seriyalı, 400735 saylı; 66.666,66 manat məbləğində 3 iyun tarixli, EBBX seriyalı, 565005 saylı; 9.028,81 manat məbləğində 22 iyun tarixli, EBBY seriyalı, 740560 saylı; 2.760,93 manat məbləğində 15 sentyabr tarixli, EBCD seriyalı, 897570 saylı; 2.221,99 manat məbləğində 19 yanvar tarixli, EBBP seriyalı, 827167 saylı; 48.880,32 manat məbləğində 2 fevral tarixli, EBBQ seriyalı, 589660 saylı; 2.402,39 manat məbləğində 16 fevral tarixli, EBBR seriyalı, 418086 saylı; 48.880,32 manat məbləğində 3 mart tarixli, EBBS seriyalı, 159039 saylı; 2.129,59 manat məbləğində 18 mart tarixli, EBBT seriyalı, 113901 saylı; 48.880,32 manat məbləğində 3 aprel tarixli, EBBT seriyalı, 790902 saylı; 2.089,99 manat məbləğində 20 aprel tarixli, EBBU seriyalı, 793340 saylı; 48.880,32 manat məbləğində 8 may tarixli, EBBV seriyalı, 903740 saylı; 2.296,79 manat məbləğində 19 may tarixli, EBBW seriyalı, 633871 saylı; 48.880,32 manat məbləğində 3 iyun tarixli, EBBX seriyalı, 564729 saylı; 2.314,39 manat məbləğində 22 iyun tarixli, EBBY seriyalı, 741472 saylı; 2.521,19 manat məbləğində 15 iyul tarixli, EBCA seriyalı, 120832 saylı; 47.110,32 manat məbləğində 4 avqust tarixli, EBCB seriyalı, 232972 saylı; 2.336,39 manat məbləğində 19 avqust tarixli, EBCC seriyalı, 20 5501 saylı; 47.110,32 manat məbləğində 5 sentyabr tarixli, EBCD seriyalı, 223887 saylı; 2.133,99 manat məbləğində 22 sentyabr tarixli, EBCE seriyalı, 303175 saylı; 47.110,32 manat məbləğində 3 oktyabr tarixli, EBCG seriyalı, 330939 saylı; 2.133,99 manat məbləğində 21 oktyabr tarixli, EBCH seriyalı, 664774 saylı; 51.183,68 manat məbləğində 2 noyabr tarixli, EBCİ seriyalı, 470939 saylı; 2.107,59 manat məbləğində 22 noyabr tarixli, EBCJ seriyalı, 677483 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
70. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 2018-ci il 12 mart tarixli 164 saylı və 2018-ci il 18 aprel tarixli 024 saylı müqavilələr üzrə 2022-ci il 30 iyun tarixinə qalıq borc haqqında cədvələ əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin borcu icarə haqqı üzrə cəmi 554.068,26 manat (o cümlədən “Grandezza” – 309.666,66 manat, “Vurğun” – 244.401,60 manat), kommunal xidmət haqqı cəmi 64.948,35 manat (o cümlədən “Grandezza” – 51.493,21 manat, “Vurğun” – 13.455,14 manat) və dəbbə pulu 11.820,80 manat (o cümlədən “Grandezza” – 5.511,16 manat, “Vurğun” – 6.309,64 manat) olmaqla ümumi borc 630.837,41 manat (o cümlədən “Grandezza” – 366.671,03 manat, “Vurğun” – 264.166,38 manat) təşkil edir.
71. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 2018-ci il 12 mart tarixli 164 saylı müqavilə üzrə 2022-ci il 25 noyabr tarixli qalıq borc haqqında cədvələ əsasən müəyyən edilir ki, 2019-cu ilin yanvar ayından 2022-ci ilin noyabr ayınadək o lan dövr ərzində ümumilikdə icarə və elektrik haqqı üzrə cəmi ƏDV daxil 2.051.015,29 manat hesablanmış, ƏDV daxil 1.628.410,75 manat ödəniş edilmiş və qalıq borc ƏDV daxil 422.604,54 manat, o cümlədən 2019-cu ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək olan müddətdə hesablanmış icarə və elektrik haqqı üzrə ödənişlərin hamısı edilmiş qalıq borcu olmamış, lakin 2022-ci ilin yanvar ayından 2022-ci ilin noyabr ayınadək qismən ödənişlər edilsə də, həmin müddətdə qalıq borcu ƏDV daxil 422.604,54 manat təşkil etmişdir.
72. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 2018-ci il 18 aprel tarixli 024 saylı müqavilə üzrə 2022-ci il 25 noyabr tarixli qalıq borc haqqında cədvələ əsasən müəyyən edilir ki, 2018-ci ilin mart ayından 2022-ci 20 iyun tarixinədək olan dövr ərzində ümumilikdə icarə və elektrik haqqı üzrə cəmi ƏDV daxil 4.398.159,21 manat hesablanmış, ƏDV daxil 4.034.238,41 manat ödəniş edilmiş və qalıq borc ƏDV daxil 363.920,80 manat, o cümlədən 2018-ci ilin mart ayından 2022-ci ilin yanvar ayınadək olan müddətdə hesablanmış icarə və elektrik haqqı üzrə ödənişlərin hamısı edilmiş qalıq borcu olmamış, lakin 2022-ci ilin yanvar ayından 2022-ci 20 iyun tarixinədək qismən ödənişlər edilsə də həmin müddətdə qalıq borcu ƏDV daxil 363.920,80 manat təşkil etmişdir.
73. İddiaçı tərəfindən Cavabdehnə 2022-ci il 11 avqust tarixli FMG-01/22/248 nömrəli pretenziya məktubu ünvanlanaraq borc məbləğinin ən geci 15 avqust 2022-ci il tarixinədək tam həcmdə təmin olunması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə ba ğlı xəbərdarlıq edilmişdir. 74. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 2022-ci il 20 sentyabr tarixli arayışdan görünür ki, İddiaçı MMC mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
75. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 3 oktyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və 2023-ci il 11 yanvar tarixində iddiaçı iddia tələbinin həcminin artırılması barədə sonuncu ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası, ünvan 1 ünvanında “Vurğun Residence” yaşayış kompleksinin +3,60 və 0.00 səviyyələrində yerləşən, ümumi sahəsi 3.452 m2 təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 2018-ci il 12 mart tarixli 164 nömrəli müqavilə (bundan sonra – “2018-ci il 12 mart tarixli müqavilə”) üzrə ƏDV daxil 475.667,02 manat əsas borc, 26.187 manat dəbbə pulu üzrə borc, Azərbaycan Respublikası, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 5.575,60 m2 təşkil edən dördmərtəbəli qeyri-yaşayış binasının (zirzəmi və mansard sahələri daxil olmaqla)) icarəyə verilməsi haqqında 2018-ci il 18 aprel tarixli 024 nömrəli müqavilə (bundan sonra – “2018ci il 18 aprel tarixli”) üzrə ƏDV daxil 363.920,80 manat əsas borc, 31.553,19 manat dəbbə pulu üzrə borc olmaqla, ümumilikdə 897.328,02 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın da daxil olduğu 1.070,73 manat məbləğində dövlət r üsumunun, cəmi 898.398,75 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
76. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı üçün kommersiya baxımından səmərəli olmasa belə, borc məbləğinin ödənilməsi üçün cavabdehə bütün güzəştlər edilmiş və borcu hissə-hissə ödəməklə, cavabdehin öz öhdəliklərini təmin etməsi üçün kifayət qədər vaxt verilmişdir. Lakin iddiaçının tərəflər arasında yaranmış mübahisəni uzun müddət mövcud olan əməkdaşlıq münasibətləri çərçivəsində könüllü şəkildə həll etməsi cəhdlərinə cavabdeh tərəfindən əməli tədbir şəklində müsbət cavab verilməmiş və iddiaçının səylərinə uyğun olan mütənasib münasibət sərgilənməmişdir. Mübahisənin bir daha məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə pretenziya bildirişi göndərilmiş və 2022-ci il 9 avqust tarixinə müvafiq dövr üçün kommunal xidmət haqları üzrə borc istisna olmaqla, ümumilikdə ƏDV daxil 668.648,12 manat məbləğində əsas borc, həmçinin əlavə olaraq 57.740,19 manat məbləğində dəbbə pulunun ən geci 2022-ci il 15 avqust tarixinədək (həmin tarix daxil olmaqla) tam həcmdə təmin olunmayacağı təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin və dəbbə pulunun deyil, həm də cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə məhəl qoymamış və xitam tarixindən xeyli müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğ inin ödənilməsi istiqamətində heç bir addım atmamışdır.
77. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 399.4, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.3, 445.7, 462.1, 462.3, 463.1, 465.2 və 700.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 24.2 və 26.1-ci maddələrinə istinad olunmuşdur.
78. Cavabdehin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək məhkəməmühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 fevral tarixli e-2-2(113)-189/2023 saylı qərardadı ilə həmin vəsatət rədd edilmişdir (hakim – L.Əliyeva).
79. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 fevral tarixli e-2-2(113)-189/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2018-ci il 12 mart tarixli müqavilə üzrə ƏDV daxil 475.667,02 manat məbləğində əsas borc, 20.000 manat məbləğində dəbbə pulu; 2018-ci il 18 aprel tarixli müqavilə üzrə ƏDV daxil 363.920,80 manat məbləğində əsas borc, 15.000 manat məbləğində dəbbə pulu, cəmi 874.587,82 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 645 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 116 manat məbləğində dövlət rüsumu kəsiri tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).
80. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 2018-ci il 12 mart və 2018-ci il 18 aprel tarixli müqavilələr üzrə iddiaçıya borclarının olması faktını təsd iq etsə də, borcun etirafı barədə razılaşma ilə təsdiq edilmiş borcdan əlavə hesablanmış borc məbləğləri ilə razılaşmadığı bildirmişdir. Beləliklə, mübahisəli icarə müqavilələri üzrə cavabdehin iddiaçıya icarə haqqı və elektrik enerjisinə görə borclarının məbləği mübahisə predmetini təşkil etmişdir. 81. 2022-ci il 20 iyun tarixində xitam verilmiş 2018-ci il 18 aprel tarixli müqavilə üzrə əsas borcun (icarə haqqı və elektrik enerjisinə görə borclar) məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış borcun etirafı barədə müqavilədə 2022-ci il 30 iyun tarixinə cavabdehin iddiaçıya hər iki icarə müqaviləsi üzrə əsas borcunun cəmi ƏDV daxil 619.016,61 manat təşkil etməsi müəyyən edilmişdir. Həmin borcun 361.159,87 manat hissəsi 024 saylı icarə müqaviləsi üzrə, 257.856,74 m anat hissəsi isə 164 saylı icarə müqavilə üzrə yaranmış borc olmuşdur. 2022-ci il 30 iyun tarixindən sonra 024 saylı icarə müqaviləsi üzrə əsas borc məbləğində "xxxx" ASC tərəfindən müvafiq icarə sahəsi üzrə 2022-ci il 13 iyun - 2022-ci il 13 iyul tarixlərini əhatə edən dövr üçün elektrik enerjisindən istifadəyə görə hesablanmış ƏDV daxil 12.025,20 manat məbləğinin 7 günlük (2022-ci il 13 iyun – 2022-ci il 20 iyun) müddət üçün olan hissəsi – 2.760,93 manat əlavə edilmişdir (bununla bağlı iddiaçı tərəfindən cavabdehə 2022-ci il 15 sentyabr tarixli, EBCD seriyalı, 897570 saylı elektron qaimə də göndərilmişdir). Odur ki, 2018-ci il 8 aprel tarixli, 024 saylı icarə müqaviləsi üzrə əsas borcu ƏDV daxil 363.920,80 manat (361.159,87 manat +2.760,93 manat) təşkil etmişdir. 82. 2018-ci il 12 mart t arixli müqavilə üzrə borcun məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, borcun etirafı barədə razılaşmaya əsasən, 2022-ci il 30 iyun tarixinə həmin müqavilə üzrə əsas borcun (icarə haqqı və elektrik enerjisindən istifadəyə görə borc) 257.856,74 manat olması müəyyən edilmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə icarə müqaviləsinin şərtlərinə əsasən 2022-ci ilin avqust, sentyabr və oktyabr aylarında hər ay üçün 47.110,32 manat, noyabr və dekabr aylarında isə hər ay üçün 51.183,68 manat olmaqla cəmi ƏDV daxil 243.698,32 manat məbləğində icarə haqqı borcu hesablanmışdır. Eləcə də nəzarət sayğacının göstəricilərinə əsasən 2022-ci ilin iyul ayı üçün 2.521,19 manat, avqust ayı üçün 2.336,39 manat, sentyabr ayı üçün 2.133,99 manat, oktyabr ayı üçün 2.133,99 manat, noyabr ayı üçün 2.107,60 manat və dekabr ayı üçün 1.878,8 manat olmaqla, cəmi ƏDV daxil 13.111,96 manat məbləğində elektrik enerjisindən istifadəyə görə borc hesablanmışdır. Beləliklə 2022-ci ilin iyul ayından – dekabr ayının sonunadək olan (2022-ci il 15 dekabr tarixinədək olan müddət üçün elektrik enerjisindən istifadəyə görə borc da daxil olmaqla) dövr üçün cavabdehə 164 saylı icarə müqaviləsi üzrə hesablanmalı olan əsas borc 256.810,28 manat (243.698,32 + 13.111,96), 2022-ci ilin iyul ayınadək yaranmış və borcun etirafı barədə razılaşma ilə təsdiq edilmiş borcla birlikdə cəmi borc 514.667,02 (256.811,48+257.856,74) manat təşkil etmişdir. Sözügedən müddət ərzində - 2022-ci ilin oktyabrında həmin borcdan ƏDV daxil 39.000 manat ödənilmişdir. Odur ki, 2022-ci ilin sonuna 164 saylı icarə müqaviləsi üzrə üzrə cavabdehin iddiaçıya əsas borcu (elektrik enerjisindən istifadəyə görə 2022-ci il 15 dekabr tarixinə hesablanmış borc daxil olmaqla) ƏDV daxil 475.667,02 manat (514.667,0239.000) təşkil etmişdir.
83. Cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi borcun etirafı barədə razılaşmada 2023-cü ilədək olan borc məbləğinin müəyyən olunması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, istinad edilən razılaşmanın məzmunundan da göründüyü kimi, həmin razılaşmada hər iki müqavilə üzrə 2022-ci il 30 iyun tarixinə olan borc məbləği təsdiq olunmuş və həmin borcun 2023-cü ilədək ödənilməsini nəzərdə tutan qrafik müəyyən edilmişdir. Beləliklə sözügedən razılaşmada cavabdehin iddia etdiyi kimi, mübahisəli icarə müqavilələri üzrə 2022-ci ilin sonunadək olan borc məbləği deyil, 2022-ci il 3 0 iyun tarixinə olan borc məbləği müəyyən edilmişdir. Tərəflərin icarə müqavilələri üzrə 2022-ci il 30 iyun tarixinə olan borc məbləğinin təsdiq etməsi faktı isə cavabdehi həmin tarixdən sonrakı müddətdə yaranmış borc məbləğlərini ödəmək öhdəliyindən azad etməmişdir.
84. Cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2018-ci il tarixli, 164 saylı icarə müqaviləsi üzrə 20.000 manat və xx.xx.2018-ci il tarixli, 024 saylı icarə müqaviləsi üzrə 15.000 manat məbləğində müəyyən edilməlidir.
85. Bundan əlavə, məhkəmə icarə haqqı və elektrik enerjisindən istifadəyə görə hesablanmış məbləğlərlə razı olmaması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh icarə haqqı və elektrik enerjisindən istifadəyə görə borcların düzgün hesablanmamasını iddia etsə də göstərilən dəlilləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materialları ilə icarə haqqı borclarının icarə müqavilələrinin şərtlərinə əsasən, elektrik enerjisindən istifadəyə görə borcların isə nəzarət sayğacının göstəricilərinə və "xxxx" ASC tərəfindən təqdim olunmuş hesabfakturalara əsasən hesabladığı müəyyən edilmişdir.
86. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 670,73 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
87. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (iddia tələbinin həcminin artırılması da nəzərə alınmaqla) üzrə ödənilmə li olan dövlət rüsumunun məbləği 1.187,33 manat təşkil edir.
88. İş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
89. Mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 400 manat və dövlət rüsumunun əvəzi olaraq 645 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, cavabdehdən 116 manat məbləğində dövlət rüsumunun kəsiri tutularaq dövlət büdcəsinə ödənilməlidir.
90. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 467, 700.1 və 882.1ci, MPM-in 4.6, 14.2, 77.1, 107, 113.1, 113.2, 115.0.9, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
91. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
92. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 2-2(103)-490/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
93. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır.
94. Eyni zamanda, cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab etmişdir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.
95. Apellyasiya insta nsiyası məhkəməsi gəldiyi nəticəni MM-in 442, 443.1, 448.1, 462.1, 467, 700.1 və 882.1-ci, MPM-in 14.2 və 77.1, maddələrinə istinad etməklə əsaslandırmışdır.
96. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 19 iyun tarixində cavabdehə göndərilmişdir.
97. Cavabdeh həmin qətnamədən 2023-cü il 21 avqust tarixində kassasiya şikayəti verərək onun ləğv olunması, işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
98. MM-in 467-ci maddəsi üzrə - Əsas borca münasibətdə cavabdehdən 2018-ci il 12 mart tarixli müqavilə üzrə 20.000 manat və 2018-ci il 18 aprel tarixli müqavilə üzrə 15.000 manat məbləğində cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğun dan azaldılmalıdır. Kassator yüskək həddə hesablanmış dəbbə pulunun məhkəmə tərəfindən qeyd olunan məbləğdə azaldılmasını tərəflərin mənafeyinə uyğun hesab etmir. 2018-ci il 12 mart tarixli müqavilə üzrə 26,187 manat, 2018-ci il 18 aprel tarixli müqavilə üzrə isə 31.553,19 manat dəbbə pulunun ödənilməsi tələb olunsa da, onun hansı meyarlar üzrə hesablanmasını təsdiq edən maliyyə arayışı təqdim edilməmişdir. Həmin dəbbə pulunun məbləğinin nə vaxtdan hesablandığı və gecikmə günlərinin sayı iddia ərizəsində və sübutlarla əsaslandırılmamışdır. İstər icarəyə verən tərəf, istər işə baxan məhkəmələr cəriməni hesablayarkən, pandemiya vəziyyətini nəzərə almamışlar. Belə ki, pandemiya səbəbindən cavabdehə məxsus mağazalarda satış olmamış və bununla cavabdeh zərərlə işləmiş və icarə haqlarını ödəməkd ə çətinlikləri yaranmışdır. Belə olan halda əlavə cərimənin tətbiq edilməsi cavabdehin vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarır.
99. MPM-in 14.1-ci maddəsi üzrə - Aşağı instansiyası məhkəmələrinin araşdırması işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.
100. MPM-in 88-ci maddəsi üzrə - İşə baxmış məhkəmələr mübahisə obyektləri ilə bağlı işdə olan sübutları dəqiq tədqiq etməli, həmin məlumatları sübut kimi qəbul etmədikdə bunu əsaslandırmalı, qəbul etdiyi halda isə digər sübutlarla əlaqəli təhlil edib qiymətləndirməlidir.
101. MPM-in 97.1-ci maddəsi üzrə - Məhkəmə mövcud ziddiyyətlərin aydınlaşdırılması üçün müvafiq ekspertiza təyin edilməsini təmin etməli və qüsurun malın alınmasından əvvəl və ya malın təhvil verilməsindən sonra yaranmasını müəyyən edərək, m övcud sübutlar əsasında iddia tələbi üzrə qiymətləndirilmənin aparılmasını təmin etməli idi. İşin hərtəfəli, tam və obyektiv araşdırılması və qanuni və əsaslı qərarın qəbul edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət olunsa da, məhkəmə əsassız olaraq vəsatəti rədd etmişdir.
102. MPM-in 386-cı maddəsi üzrə - Apellyasiya məhkəməsinin tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Belə ki, iddia tələbində göstərilən borc məbləğləri dəqiq müəyyən edilməmiş, iddiaçı tərəfindən birtərəfli qaydada tərtib olunmuş sənədlər iş materiallarına əlavə edilmişdir. İddiaçı tərəfindən təqdim olunan sənədlər iddia tələbində göstər ilən məbləği özündə tam əks etdirmir. İddiaçının iddia tələbində və təqdim etdiyi sənədlərdə cavabdehin hansı aylar üzrə icarə haqqının ödənilmədiyi və hər ay üzrə nə qədər borc yarandığını qeyd olunmur. (ƏDV və icarə haqqı üzrə ayrı-ayrılıqda) 2018-ci il 12 mart tarixli müqavilə üzrə kommunal xidmət haqqı (elektrik, su və s.) üzrə 26.567,10 manat, 2018-ci il 18 aprel tarixli müqavilə üzrə isə 54.254,14 manat pulun ödənilməsi tələb edilsə də, hansı kommunal xidmətlər göstərdiyini, kommunal xidmətlərə, elektrik enerjisinə və sudan istifadəyə görə ayrı-ayrılıqda nə qədər borc təşkil etməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı hər iki müqavilə üzrə cəmi 80.821,24 manat məbləğində kommunal xidmətlərə görə, elektrik enerjisinə və sudan istifadəyə görə ayrı-ayrılıqd a nə qədər borc təşkil etməsini tələb etsə də, həmin müqavilə üzrə icra haqqının hansı aylar üzrə tələb etdiyini, göstərmiş olduğu kommunal xidmətlər üzrə (elektrik, su və s.) haqqının ayrı-ayrılıqda nə qədər təşkil etdiyini və hansı xidmətlər göstərdiyini qeyd etməmiş və sübut edəcək sənədləri təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
103. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
104. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də şikayət mümkün hesab edilmişdir.
105. Hazırkı icra at çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
106. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
107. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzər də tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə bo rcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir....“
108. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ... 4.6. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Resp ublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.” “Maddə
113. Dövlət rüsumu kəsirinin ödənilməsi 113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 113.2. İddia tələbləri artırıldıqda, rüs umun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir.” “Maddə
115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:... 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
109. İddiaçı icarə müqavilələri üzrə cavabdehdən icarə haqqı borcunun və cərimənin ödənilməsini tələb etmiş, iddia qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən saxlamışdır.
110. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə aşağıdakı səbəblərdən razılaşmır.
111. Dəlillərin bir qismi ondan ibarətdir ki, müqavilələr üzrə cavabdehdən tutulan 20.000 manat və 15.000 manat məblə ğində cərimə pulu yüksək olduğundan azaldılmalıdır. Dəbbə pulunun hansı meyarlar üzrə hesablanmasını təsdiq edən maliyyə arayışı təqdim edilməmiş, dəbbə pulunun məbləğinin nə vaxtdan hesablandığı və gecikmə günlərinin sayı iddia ərizəsində və sübutlarla əsaslandırılmamışdır. Cərimə hesablanarkən nəzərə alınmamışdır ki, pandemiya səbəbindən cavabdehə məxsus mağazalarda satış olmamış və bununla cavabdeh zərərlə işləmiş və icarə haqlarını ödəməkdə çətinlikləri yaranmışdır.
112. Halbuki birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsi ilə tələb etdiyi dəbbə pulunu azaldaraq cavabdehdən bir mübahisəli müqavilə üzrə müəyyən edilmiş əsas borcun cəmi 4,2%-i, digəri üzrə isə cəmi 4,1%-i həcmində dəbbə pulu tutmuş, apellyasiya instansiyası məhkəməsi həmin hesablama ilə razılaşmışdır.
113. Məhkə mə kollegiyası MM-in 467-ci maddəsinə (bax yuxarıda § 107) istinadən belə qənaətə gəlir ki, həmin nisbət ədalət prinsipinə və formalaşmış məhkəmə təcrübəsinə uyğundur, ona görə də yüksək hesab edilə bilməz.
114. Daha sonra kassator qeyd edir ki, mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət olunsa da, məhkəmə əsassız olaraq vəsatəti rədd etmişdir.
115. Əvvəla, ekspertizanın təyin olunması MPM-in 97.1-ci maddəsində (bax yuxarıda § 108) məhkəmənin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Baxılan işdə də məhkəmələr nəticəyə gəlmək üçün işdəki materialları yetərli hesab etdiklərindən mühasibatlıq ekspertizasının təyin olunmasına hər hansı zərurət görməmişlər.
116. Belə ki, birinci instansiya məhkəməsinin ekspertizanın təyin olunmasına dair cavabdehin vəsa təti üzrə qəbul etdiyi 2023-cü il 3 fevral tarixli qərardadda (İİ cild, i/v 141147) qeyd edilmişdir ki, iş materiallarından iddiaçının iddianın əsaslığını sübuta yetirmək üçün kifayət qədər sübutları (ödəniş tapşırıqları, köçürmənin aparılması haqqında bildirişlər, elektron qaimələr, hesab-ödəniş vərəqələri, hesabdan çıxarışlar və digər sənədlər) məhkəməyə təqdim etdiyi müəyyən edilir. Cavabdehin nümayəndəsi isə iddiaçı tərəfindən müqavilələr üzrə icarə haqqına, eləcə də elektrik enerjisindən istifadəyə görə hesablanmış borc məbləğlərini mübahisələndirsə də, həmin məbləğlərin əsaslılığını təkzib edəcək hər hansı sübutu (ödəniş sənədlərini, borcun məbləği barədə hesablamalarını əks etdirən məlumatı və s.) məhkəməyə təqdim etməmişdir. Göstərilən sübutlar təqdim edilmədən sözügedən ekspertiza tədqiqatının aparılmasının mümkün olmaması isə açıqaşkardır. Odur ki, hazırki vəziyyətdə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilməmişdir.
117. İkincisi isə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iş materialları ilə icarə haqqı borclarının icarə müqavilələrinin şərtlərinə əsasən, elektrik enerjisindən istifadəyə görə borcların isə nəzarət sayğacının göstəricilərinə və "xxxx" ASC tərəfindən təqdim edilmiş hesab-fakturalara əsasən hesablandığı müəyyən edilmişdir.
118. Elə kassasiya şikayətində də cavabdeh bu məsələ ilə əlaqədar yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmiş, cavabdehdən tutulmalı olan pul vəsaitinin həcmini müəyyən edərkən işə baxan məhkəmələrin hesablamalarda konkret olar aq hansı səhvlərə yol verdiklərini, hansı ödənişləri nəzərə almadıqlarını tutarlı dəlillərlə əsaslandıra bilməmişdir.
119. Nəhayət kassatorun digər dəlilləri isə ondan ibarətdir ki, iddia tələbində göstərilən borc məbləğləri dəqiq müəyyən edilməmiş, iddiaçı tərəfindən birtərəfli qaydada tərtib olunmuş sənədlər iş materiallarına əlavə edilmişdir, iddiaçı tərəfindən təqdim olunan sənədlər iddia tələbində göstərilən məbləği özündə tam əks etdirmir, iddiaçının iddia tələbində və təqdim etdiyi sənədlərdə cavabdehin hansı aylar üzrə icarə haqqının ödənilmədiyi və hər ay üzrə nə qədər borc yarandığı qeyd olunmur, hansı kommunal xidmətlər göstərdiyini, kommunal xidmətlərə, elektrik enerjisinə və sudan istifadəyə görə ayrı-ayrılıqda nə qədər borc təşkil etməsini təsdiq edən sənədlər iddia ərizəsi nə əlavə edilməmişdir.
120. Kassasiya şikayətində göstərilən həmin eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi sözügedən dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
121. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
122. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassatorun dəlillərində göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 1 08) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 108) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
123. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 2-2(103)-490/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
124. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 22(103)-490/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.