Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-559/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 İB-nin cavabdeh X1 qarşı iş üzrə QƏRAR Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı1 İB-nin cavabdeh X1 qarşı “borc” tələbi barədə iddiasına dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 aprel tarixli, 2-2(104)- 11/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ
1. İddiaçı1 il ə X3 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” 2017-ci il 24 oktyabr tarixli, 3205-10-17 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər.
2. Abonentin saldosundan görünür ki, Cavabdeh2nın 2019-cu ilin may ayınadək İB-yə olan borcunun məbləği 32.739,40 manat təşkil etmişdir. 3. 2019-cu il 10 may tarixli, FM-01/13-276 saylı pretenziya məktubundan görünür ki, istehlak olunmuş təbii qaz üzrə yaranmış borcun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir.
4. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 iyul tarixli, e-2- 2(083)-269 saylı qətnaməsi ilə iddiaçı cavabdehin iddiaçıya qarşı “qaz təzyiqinin az verilməsi səbəbindən istixanada istiliyin normadan aşağı olması nəticəsində əldən çıxmış fayda kimi dəymiş 80.**0 manat zərərin İB-dən tutulub ona verilməsi”nə dair iddia tələbi qismən təmin edilmiş, iddiaçıdan 29.**0 manat məbləğində pulun tutularaq cavabdehə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Vəliyev).
5. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 21 fevral tarixli, 2-2(104)-14/2020 saylı qətnaməsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 iyul tarixli e-2-2(083)-269 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim İ.Şəfiyev, hakimlər Ş.Rzaquliyev və A.Hüseynzadə). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 6. 2019-cu il 27 iyun tarixində İddiaçı1 (bundan sonra “iddiaçı”) cavabdeh X1 (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, qaz istehlakına görə yaranmış 32.739,40 məbləğində borcun və ödənilmiş 30,40 məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi yuxarıda §§ 1-3-də göstərilən hallara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 443.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 5.5-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 2**0-ci il 29 iyun tarixli, 356 saylı Fərmanına istinad etməklə əsaslandırmışdır.
8. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən qaz az verilmiş, vaxtında verilməmiş, nəticədə Cavabdeh2ya xeyli ziyan dəymişdir.
9. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 avqust tarixli, 2-2(083)355/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 32.739,40 manat məbləğində pul və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının hesablaşma hesabına ödənilməsi qət edilmişdir (hakim K.Rzayev).
10. Həmin məhkəmə MM-in 385.1, 386.1, 389.1, 442-ci maddələrinə istinad edərək, gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” 2018-ci il 23 noyabr tarixli GA-612 nömrəli müqavilə bağlanmış, təbii qazdan istifadəyə görə 32.739,40 manat məbləğində borc yaranmış, bununla bağlı tərəfələr arasında üzləşmə aktı tərtib edilmişdir.
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki bir inci icraat
12. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 7 sentyabr tarixli, 2-2(104)-16/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 avqust tarixli e-2-2(83)-355/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, cavabdehdən 24.555,88 manat qazdan istifadə haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 manat olmaqla, cəmi 24.577,88 manat tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər Ş.Rzaquliyev və Ə.Məmmədov).
13. Apellyasiya instansiyası mə hkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehə məxsus qaz sayğacı iddiaçının nümayəndələri tərəfindən 2019-cu il 25 yanvar tarixdə çıxarılmış və 2019-cu il 10 oktyabr tarixində sayğac yerinə quraşdırılmışdır. İstixananın fəaliyyətdə olduğu 2019-cu il 25 yanvar tarixindən 2019-cu il 1 may tarixinədək olan dövr üzrə, yəni sayğac olmadığı dövrə görə ümumilikdə 16.408 manatlıq, o cümlədən 2019-cu ilin 25 yanvar tarixindən 31 yanvar tarixinədək 1.399,2 manatlıq, fevral ayı üçün 6.529,6 manatlıq, mart ayı üçün 7.229,2 manatlıq, aprel ayı üçün 1.250 manatlıq qaz sərfiyyatı hesablanmışdır. İB-nin nümayəndəsi həmin hesabatın hansı əsaslarla aparılmasını izah edə bilməmiş və bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.
14. Məhkəmə hesab etmişdir ki, 2019-cu il 25 yan var tarixindən 2019-cu il 1 may tarixinədək olan dövr üzrə istifadə edilmiş qazın dəyərinin müəyyən edilməsi ilə bağlı aparılmış hesabat X2nın 5.4-cü bəndinə (əvvəlki ayın orta gündəlik sərfinə) uyğun olmamışdır. Cavabdehə məxsus obyekt istixanadır. İstixanada hərarətin tənzimlənməsi havanın temperaturu ilə birbaşa əlaqəli olmaqla aprel, mart və s. aylarda istifadə edilmiş qazın həcmi ilə yanvar ayında istifadə edilmiş qazın həcmi müxtəlifdir. Buna görə də yanvar ayında istifadə edilmiş qazın orta gündəlik sərfinə uyğun olaraq fevral, mart, aprel ayları üçün sərfin müəyyən edilməsi düzgün olmayacaqdır. Bu səbəbdən də iddiaçı 2019cu il 25 yanvar tarixindən 2019-cu il 1 may tarixinədək olan dövr üzrə, yəni sayğac olmadığı dövrə görə əvvəlki ilin həmin ayları üzrə istifadə edilmiş qazın orta gündəlik sərfinə uyğun olaraq hesabat aparmaqda haqlı ola bilərdi.
15. İddiaçı sayğac olmadığı dövrə görə 16.408 manatlıq qaz sərfiyyatını hansı əsaslarla aparılmasını izah edə, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilmə bilmədiyinə görə məhkəmə kollegiyası hesab etmişdir ki, 2019-cu il 25 yanvar tarixindən 2019-cu il 1 may tarixinədək olan dövr üzrə, yəni sayğac olmadığı dövrə görə əvvəlki ilin həmin ayları üzrə istifadə edilmiş qazın orta gündəlik sərfinə uyğun olaraq hesabat aparılmaqla istifadə edilmiş qazın həcmi müəyyən edilməlidir.
16. Məhkəmə qeyd etmişdir ki, istixanada sayğac göstəricilərinə əsasən 2018-ci ilin yanvar ayında 5.437,4 manatlıq, fevral ayında 3.667,6 manatlıq, mart ayında 2.547,8 manatlıq, aprel ayında isə 921 manatlıq qaz istifadə edilmişdir. İşin müb ahisə olunmayan halına əsasən sayğac 2019-cu il 25 yanvar tarixində çıxarılmışdır ki, 2018-ci ilin yanvar ayı üzrə 6 günlük qaz sərfi 1.087,48 manat (5.437,4:30x6) təşkil etmişdir. Beləliklə, 2018-ci ilin yanvar ayının 6 günündə və fevral-aprel aylarında ümumilikdə 8.224,48 manatlıq (1.087,48+3.667,6+2.547,8+921,6) qaz istifadə edilmişdir. İddiaçı tərəfindən isə həmin dövrə görə 16.408 manatlıq qaz sərfiyyatı hesablanmışdır ki, bu analoji olaraq əvvəlki ilə görə 8.183,52 manat (16.408-8.224,48) çox olmuşdur. Buna görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, həmin məbləğ 2019-cu il 1 may tarixinədək cavabdehdən tələb edilən 32.749,4 manat borc məbləğindən çıxılaraq iddia tələbi 24.555,88 manat (32.739,4 – 8.183,52) hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməlidir.
17. İşin ma teriallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2020-ci il 21 fevral tarixli qətnaməsindən göründüyü kimi, cavabdeh qazın olmaması ilə əlaqədar yox, qazın təzyiqinin az verilməsi ilə bağlı istixanada istiliyin normadan aşağı olması nəticəsində vurulmuş zərəri tələb etmişdir ki, bu da 2019-cu il 25 yanvar tarixindən 2019cu il 1 may tarixinədək olan dövr ərizində cavabdehin istixanasında qazdan istifadə edilməsi anlamına gəlmişdir.
18. Məhkəmə gəldiyi nəticəni MM-nin 567-ci maddəsinə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, QİQ-in 4.9, 5.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiy ası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22(102)-158/2021 saylı qərarı ilə kasssasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 7 sentyabr tarixli 2-2(104)-16/2020 saylı qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim B.Məmmədli, hakimlər - S.Hüseynova və A.Hüseynov)
21. Məhkəmə kollegiyası məhkəmənin hesablamasının “X2”nın 5.4-cü bəndi ilə üstüstə düşməməsinə dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmişdir. Belə ki, “X2”nın 5.4-cü bəndinə görə, qaz sayğacı müvafiq qaydada çıxarıldıqda, sayğacın olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
22. Məhkəmə isə qətnamənin əsaslandırıcı hissəsində hüquq normalarından biri kimi “X2”nın 5.4-cü bəndinə istinad etsə də, sayğacın olmadığı mübahisəli dövr üzrə qaz istehlakı sərfiyyatının hesablanmasını başqa qaydada həyata keçirmiş, subyektiv mülahizələr əsasında mübahisə predmeti olan ildən əvvəlki ilin müvafiq aylarındakı sayğac göstəriciləri üzrə hesablama aparmışdır. Halbuki belə hesablama metodu “X2”nda nəzərdə tutulmamışdır.
23. Beləliklə, məhkəmə maddi hüquq normasının pozuntusuna yol vermiş, tətbiq edilməli hüququ tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmiş, MPM-nin 217.1-ci maddəsinin təl əbini pozmuşdur. c) Apellyasiya instansiyasındakı ikinci icraat
24. Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-2(104)-116/2021 saylı qərardadıyla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi qərara alınmışdır.
25. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 15 noyabr tarixli, 9/6794 saylı ekspert rəyinə əsasən, cavabdehə məxsus qeyriyaşayış sahəsinin 2019-cu il 25 yanvar tarixdən 2019-cu il 1 may tarixədək olan müddət üzrə qazın orta günlük sərfiyyatı 2018-ci ilin dekabr ayının orta günlük sərfiyyatına uyğun götürülmüş və dəyəri 18.816.08 manat təşkil etmişdir.
26. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 aprel tarixli, 2-2(104)-11/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2019-cu il 21 avqust tarixli, 2-2(83)-355/2019 saylı qətnaməsi qismən ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, cavabdehdən təbii qazdan istifadə haqqına görə 16.331.4 manat pul və ödənilmiş 30.4 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçının hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, ekspertiza xərcləri müştərək qaydada tərəflərə aid edilmişdir (sədrlik edən-məruzəçi hakim İ.Həsənov, hakimlər F.Mehtiyev, A.İsgəndərova).
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmamış, hesab etmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəm ə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir.
28. Həmin məhkəmə MPM-nin 217.4 və 88-ci maddələrinə istinadla müəyyən etmişdir ki, cavabdehə məxsus istixananın təbii qazla təmin edilməsi üçün quraşdırılmış qaz sayğacı iddiaçı təşkilatın nümayəndələri tərəfindən 2019-cu il 25 yanvar tarixində çıxarılmış və 2019-cu il 10 oktyabr tarixində sayğac yerinə quraşdırılmışdır. İstixananın fəaliyyətdə olduğu 2019-cu il 25 yanvar tarixdən 2019-cu il 1 may tarixədək olan dövr üzrə, yəni sayğac olmadığı dövrə görə 16.408 manatlıq qaz sərfiyyatı hesablanmışdır. Tələb olunan təbii qazdan istifadə haqqının geri qalan 16.331,40 manat hissəsi isə cavabdehin qaz sayğacının göstəriciləri üzrə hesablanmış məbləğdir.
29. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüq uq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Eyni zamanda, müqavilə öhdəlikləri üzrə normalara istinad edilməlidir.
30. Bundan başqa, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
31. Hazırda tələb olunan məbləğ iki hissədən - sayğacın göstəriciləri üzrə təbii qazdan istifadəyə gör ə hesablanmış 16.331,40 manat puldan və 2019-cu il 25 yanvar tarixindən 2019-cu il 1 may tarixinədək olan dövr üzrə, yəni sayğac olmadığı dövrə görə qaz sərfiyyatı üzrə hesablanmış 16.408 manat puldan ibarətdir.
32. Məhkəmə iddia tələbinin sayğacın göstəriciləri üzrə təbii qazdan istifadəyə görə hesablanmış 16.331,40 manat pul hissəsini əsaslı hesab edərək gstərmişdir ki, həmin məbləğ sayğacın göstəriciləri üzrə hesablanmış və bu abonentin saldosunda öz əksini tapmışdır, cavabdeh tərəfindən istifadə edilmiş qazın dəyəri ödənilməlidir.
33. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin 2019-cu il 25 yanvar tarixindən 2019-cu il 1 may tarixinədək olan dövr üzrə, yəni sayğac olmadığı dövrə görə qaz sərfiyyatı üzrə hesablanmış 16.408 manat pulun cavabdehdən tələb edilməsi əsassızdır.
34. Hazırki v əziyyətdə cavabdehdən həmin dövr üzrə qazdan istifadəyə görə pulun tələb edilməsi yolverilməzdir, ona görə ki, iş üzrə qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 oktyabr tarixli, 22(104)-33/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş təbii qazın təzyiqi normadan aşağı olduğu üçün dəfələrlə birliyə müraciət edilmiş, birlik tərəfindən 2019-cu il 25 yanvar tarixində sayğac götürülmüş və 2019-cu il 10 oktyabr tarixində quraşdırılmışdır.
35. Bununla belə birlik tərəfindən 2019-cu ilin yanvar ayının 25-dən may ayının 1-dək olan dövr üçün 16.408 manatlıq qaz sərfiyyatı hesablanmışdır. Halbuki, qanuni qüvvəsini almış qətnamə ilə müəyyən edilmişdir ki, həmin dövr ərzində cavabdehə məxsus istixanaya verilmiş qazın tə zyiqi normadan aşağı olmuşdur. Məhz bu hal həmin iş üzrə iddiaçıya maddi ziyanın ödənilməsi üzrə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlinmişdir.
36. Məhkəmə hesab etmişdir ki, 2019-cu ilin ilk 4 ayı üçün qaz təzyiqi normadan aşağı olduğundan, bununla cavabdeh maddi ziyana uğradığından, iddiaçının tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan “istehlakçını nominal təzyiqdən aşağı olmamaqla qazla təmin etmək” vəzifəsini icra etmədiyindən 3 ay üzrə sərfiyyata uyğun hesablanmış məbləğin tələb edilməsi əsassızdır.
37. Məhkəmə gəldiyi nəticəni i MM-in 386.1, 390.1-ci, MPM-in 217.3, 217.4, 218.1 372.1, 372.6, 372.7-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respub likası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may taixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.4, 1.5, 4.1, 4.9, 5.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
38. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində k, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 aprel tarixli 2-2(104)11/2022 saylı qətnaməsinin iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin olunmayan hissəsində ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3-cü bəndinin tələbləri pozulmuşdur-kommersiya işinin m ateriallarına nəzər yetirdikdə görülür ki, iddiaçı istehlakçını təbii qazla təmin etmiş və abonentin qaz təminatı hətta sayğac olmayan dövrdə belə dayandırılmamışdır.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 3.3, 4.1, 4.8, 5.2-ci bəndlərinin tələbləri pozulması qeyd olunsa da, pozuntunun konkret nədən ibarət olması göstərilməiş, həmin bəndlərin mətnlərinə istinad olunmuşdur.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 5.4 və 6.2-ci bəndinin tələbləri pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi qətnaməsində istehlakçının iddiaçıya qaz təzyiqinin aşağı olması ilə bağlı dəfələrlə müraciət etməsinə əsaslansa da, işin materiallarında bu nu sübut edəcək hər hansı bir dəlil mövcud deyildir. Kommersiya işi üzrə Ali Məhkəmənin 2021-ci il 13 aprel tarixli, 2-2(102)-158/2021 saylı Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2020-ci il 2 sentyabr tarixli, 2-2(104)-16/2020 saylı Qətnaməsi ləğv edilmişdir. Ali Məhkəmənin qeyd olunan qərarında vurğulanmışdır ki, "apellyasiya instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində hüquq normalarından biri kimi, “X2”nın 5.4-cü bəndinə istinad etsə də, sayğacın olmadığı mübahisəli dövr üzrə qaz istehlakı sərfiyyatının hesablanmasını başqa qaydada həyata keçirmiş, subyektiv mülahizələr əsasında mübahisə predmeti olan ildən əvvəlki ilin müvafiq aylarındakı sayğac göstəriciləri üzrə hesablama aparmışdır. Halbuki, belə hesablama qaydası X2nda nəzərdə tutulmamışdır. Dolayısı ilə qeyd olunan qərarından belə anlaşılır ki, borcun mövcud olması və iddiaçı tərəfindən istifadə olunmuş qaz sərfiyyatına görə borcun hesablanması mübahisələndirilmir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi yalnız hesablanmış borc məbləği ilə bağlı olmuşdur. Yəni, apellyasiya instansiyası məhkəməsinin birinci dəfə qətnaməsinin ləğv edilməsinə əsas borc məbləğinin apellyasiya instansiya məhkəməsi tərəfindən hesablanmasının düzgün aparılmamasıdır. Məhkəmə iş üzrə sayğacsız dövr üçün borcun hesablanmasının aparılması üçün ekspertiza təyin etmişdir. 2011-ci il 15 noyabr tarixli ekspert rəyi ilə 2019-cu il 25 yanvar tarixdən 2019-cu il 1 may tarixədək olan müddət üzrə qazın günlük sərfiyyatı 2018-ci ilin dekabr ayının orta günlük sərfiyyatına götürülmüşdür. 2019-cu il 25 yanvar tarixdən 2019-cu i l 1 may tarixədək qazın orta aylıq sərfiyyatının dəyəri 18.816,08 (990,32m3 X 95 gün X 0,20 manat) manat təşkil edir. Apellyasiya instansiya məhkəməsi borcun hesablanması barədə ekspertiza təyin etmiş və ekspert tərəfindən bu barədə müvafiq rəyi təqdim edilsə də, apellyasiya instansiya məhkəməsinin qətnaməsində bu rəyə hüquqi qiymət verilməmişdir. Məhkəmə bu hala qiymət verməməklə iş üzrə ədalətli məhkəmə qətnaməsi qəbul etməmişdir.
42. MPM-in 217-ci maddəsinin tələbi pozulmuşdur-apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, 2019-cu ilin ilk 4 ayı üçün qaz təzyiqi normadan aşağı olduğundan, bununla cavabdeh maddi ziyan vurulduğundan, iddiaçının tərəflər arasında bağlanmış "Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqavilənin 2.1.1-ci b əndində nəzərdə tutulan "istehlakçını normal təzyiqdən aşağı olmamaqla qazla təmin etmək" vəzifəsini icra etmədiyindən, 3 ay üzrə sərfiyyata uyğun hesablanmış məbləğin tələb edilməsi əsassızdır. Qaz təzyiqinin normadan aşağı olması ümumiyyətlə qazın olmaması anlamına gələ bilməz. Qaz təzyiqinin aşağı olması o demək deyil ki, qazdan istifadə halı mövcud olmamışdır. Cavabdeh özü də ümumiyyətlə təbii qazın olmamasından deyil, təzyiqin olmamasından narazı olmuşdur. Bu hal məhkəmə qətnaməsində də qeyd olunmuşdur.
43. MPM-in 220.4-cü maddəsinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə borcun silinməsinə səbəb olan hallar araşdırılmamış və qiymət verilməmişdir. d) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı eti raz təqdim edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
46. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nə zərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
48. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nə zərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” 49. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur. “Maddə
11. Qaz fəaliyyəti sahəsində müqavilələr...
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”
50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may taixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «X2»nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “1. ÜMUMİ MÜDDƏALAR... 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 1.5. İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respubl ikasının Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir....” “4. QAZ SAYĞACLARİNİN QURAŞDİRİLMASİ VƏ İSTİSMARİ 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.... 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qa z sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki ba xışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir....” “5. QAZİN DƏYƏRİNİN ÖDƏMƏ ŞƏRTLƏRİ... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır....”
51. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunm uş sübutlarla əsaslandırır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar..... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən n əzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 53. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən kassasiya şikayətini dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab etmir.
55. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən və iddiaçı tərəfindən mübahisə edilməyən hallarına əsasən cavabdehin təbii qazdan istifadəyə görə yaranmış, iddia olunan 32.739 manat məbləğində borcu iki hissədən - sayğacın göstəriciləri üzrə təbii qazdan istifadəyə görə h esablanmış 16.331,40 manat və 2019-cu il 25 yanvar tarixindən 2019-cu il 1 may tarixinədək olan dövr üzrə, yəni sayğac olmadığı dövrə görə qaz sərfiyyatı üzrə hesablanmış 16.408 manat borcdan ibarətdir.
56. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının tələbi 16.331,40 manat borcun tutulması hissəsində təmin edilmiş, qətnamə həmin hissədə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən hazırki icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı 2019-cu il 25 yanvar tarixindən 2019-cu il 1 may tarixinədək olan dövr üzrə, yəni sayğac olmadığı dövrə görə təbii qaz sərfiyyatı üzrə hesablanmış 16.408 manat borcun tutulması tələbinin təmin olunmaması hissəsində yoxlanılır.
57. Yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi d üzgün olaraq, baxılan iş üzrə tərəflərin iştira etdiyi, digər kommersiya mübahisəsəsi üzrə qəbul edilmiş, qanuni qüvvədə olan (Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 oktyabr tarixli, 2-2(1040-33/21 saylı qətnaməsi) məhkəmə aktına əsaslanaraq belə qənaətə gəlmişdir ki, sözügedən mübahisəli dövrdə cavabdehə (istinad olunan işdə isə iddiaçıya) məxsus istixanaya verilmiş qazın təzyiqi normadan aşağı olmuş, nəticədə sonuncuya ziyan vurulmuşdur. Odur ki, 2019-cu ilin ilk 4 ayı üçün qaz təzyiqi normadan aşağı olduğundan, bununla hazırki işdə cavabdeh maddi ziyana uğradığından, iddiaçı tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan “istehlakçını nomina l təzyiqdən aşağı olmamaqla qazla təmin etmək” vəzifəsini icra etmədiyindən həmin dövr üzrə sərfiyyata uyğun hesablanmış məbləğin tələb edilməsi əsassızdır.
58. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsinin nəticəsi MPM-nin 82.3-cü maddəsinin (bax yuxarıda §51), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may taixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «X2»nın 1.4, 1.5-ci bəndlərinin (bax yuxarıda §50) və tərəflər arasında bağlanmış «Qazın alqı-satqısı barədə» 3295-10-17 saylı, 2017-ci il 24 oktabr tarixli müqavilənin 2.1.1-ci bəndinin tələblərinə uyğun olmuşdur.
59. Kassasiya instansiyasında birinci dəfə baxılarkən qəbul edilmiş qərarda ifadə olunmuş göstərişlərə və iş üzrə verilmiş ekspert rəyinin sübut kimi qiymətləndirilməməs inə gəldikdə (§ 41-42), qeyd olunmalıdır ki, həmin qərar qəbul edilərkən hazırki iş üzrə preyudisial əhəmiyyətə malik, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 oktyabr tarixli, 2-2(1040-33/21 saylı qətnaməsi qəbul edilməmiş və qüvvəyə minməmişdi.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi MPM-nin 420-ci maddəsinin tələbinə zidd olmamış, qətnamənin ləğvinə əsas olan maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir.
61. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmay an qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14.2, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
62. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmad ığından kassasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
63. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 aprel tarixli 22(104)-11/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.A.Dadaşov