Məhkəmə qərarları › İş №2-2(102)-559/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-559/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-559/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ 2-2(102)-559/2024 Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliyin icrası, iddia müddətinin tətbiqi üçün əsaslar Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması ” tələbinə dair kommersiya işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 29 mart tarixli, 2-2(108)-8/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2012-ci il 24 oktyabr tarixli, 33F12 saylı Təminatlı Kredit müqaviləsinə əsasən, bu müqavilə bir tərəfdən İddiaçı ASC-nin 12 saylı filialı, etibarnamə əsasında çıxış edən filial rəhbəri X3 şəxsində və digər tərəfdən hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri Nümayəndə3 şəxsində müvafiq şərtlərlə razılığa gəlinərək imzalanmışdır. Həmin müqavilənin: -1.1-ci bəndinə əsasən, Borc verən Borc alana modern uşaq bezlərinin yaradılması məqsədi ilə 700000 manat məbləğində 60 ay müddətinə 2017-ci il 24 oktyabr tarixinə kimi illik 6%, ö dəniş annuitet olmaqla kreditin verilməsini, Borc alan isə Kredit məbləğini qəbul etməyi, Kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. -2.1-ci bəndinə əsasən, kredit üzrə verilmiş məbləğlər üzrə faizlər istifadə edilmiş günlərin sayına görə illik 6% hesablanır. -2.2-ci bəndinə əsasən, kredit üzrə faizlər ssuda hesabı üzrə borcun yarandığı gündən hesablanır. -2.3-cü bəndinə əsasən, borc alan tərəfindən kredit üzrə borc verənə ödənilməli olan əsas borc və faizlər 3.6-cı bəndində göstərilmiş müddətdə ödənilmədikdə həmin əsas borc və faizlər gecikdirilmiş hesab olunur. -3.6-cı bəndinə əsasən, kredit üzrə borc alana verilən kredit vəsaitindən istifadə müddətinin başlanma tarixi ilk tranşın borc alanın ssuda h esabına köçürülmə tarixi və bitmə tarixi 2017-ci il 24 oktyabr sonra saat 16:00 hesab olunur. -3.8-ci bəndinə əsasən, əsas borc məbləği 2 tranşla verilsin: 1-ci tranş 250000 manat, 2-ci tranş 450 000 manat. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2012-ci il 24 oktyabr tarixli, 33F12 saylı kredit müqaviləsinə (bundan sonra – “kredit müqaviləsi”) əsasən 2022-ci il 28 oktyabr tarixinə birinci tranş üzrə 45.271,88 manat faiz borcu, 33.402,97 manat cərimə borcu, cəmi 78.674,85 manat, ikinci tranş üzrə 39.991,15 manat faiz borcu, 46.765,55 manat cərimə borcu, cəmi 86.756,70 manat bo rc məbləğinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində rüsumun və məhkəməyə ödənilmiş 56 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 12 saylı filialı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə modern uşaq bezlərinin hazırlanması məqsədi ilə SKMF vəsaiti hesabına illik 6% olmaqla 60 ay müddətinə, iki tranşla 700.000 manat məbləğində təminatlı kredit verilmiş, birinci tranşla 2012-ci il 1 noyabr tarixində 250.000 manat, ikinci tranşla isə 2013-cü il 30 oktyabr tarixində 450.000 manat kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazı mınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdehə borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. Bundan əvvəl iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş, lakin həmin Məhkəmənin 2019-cu il 5 avqust tarixli, 2-2(087)-43/2019 nömrəli qərardadı ilə iddia tələbləri baxılmamış saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2016-cı il 1 fevral tarixli 21(81)-1404/2016 nömrəli qərarına əsasən iddiaçı müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu iddiaçının ləğvedi cisi təyin edilmişdir. İddiaçı tərəfindən cavabdehə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, cavabdehlər təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur.

4. Cavabdeh birinci instansiya məhkəməsində etiraz edərək, qanunla müəyyən edilmiş müddətin keçdiyini, əsas borcun ödənildiyini, 2017-ci ilin oktyabr ayından sonra 5 il müddətin keçdiyini, ödənilmiş 250.000 manat pul vəsaitinin isə özlərinin razılaşması əsasında banka qaytarıldığını göstərmişdir.

5. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsində, iddiaçının cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia qaldırdığı, qanunvericilikdə müqavilə tələblərindən irəli gələn mübahisələrə üç illik iddia müddətinin şamil edildiyi, tərəflər arasında müqavilənin isə 2012-ci il 24 oktyabr tarixdə bağlandığı, müqavilənin bitdiyi 2017-ci il 24 oktyabr tarixindən, yəni altı ildən artıq müddətin keçdiyi, iddia ilə məhkəməyə müraciət edilmədiyi qeyd olunmuş və iddiaçının cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddiası üzrə iddia müddətini tətbiq etməklə tələbin rədd olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Azərbaycan Respublikası Mərkəzi X2 Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikasının X1 X5 tərəfindən məhkəməyə ünvanlanmış 2023-cü il 16 mart tarixli, 01/149 nömrəli məktuba əsasən, cavabdeh və iddiaçı arasında bağlanılmış kredit müqaviləsi üzrə modern uşaq bezlərinin istehsalı məqsədilə 2012-2013-cü illərdə cəmiyyətə ayrılmış 700.000 manat həcmində kredit vəsaitindən sonuncu dəfə 2018-ci il 30 oktyabr tarixində 101.119,0 manat həcmində əsas məbləğ ödənilərək kredit borcunun bağlanılması təmin edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 22 may tarixli, 9/3215 nömrəli ekspert rəyinə əsasən, 1-ci tranş üzrə 2018-ci il 30 oktyabr tarixinə əsas borc üzrə - 242525,15 manat, faiz borcu üzrə-29143,44 manat, 2022-ci il 28 oktyabr tarixinə əsas borc üzrə - 0,0 manat, faiz borcu üzrə - 21668,59 manat, 2-ci tranş üzrə 2018-ci il 30 oktyabr tarixinə əsas borc üzrə - 347563,73 manat, faiz borcu üzrə - 37884,45 manat, 2022-ci il 28 oktyabr tarixinə əsas borc üzrə - 0,0 manat, faiz borcu üzrə - 36820,09 manat müəyyən edilmiş, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün cavabdehə cərimə borcu hesablanmamışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 21 sentyabr tarixli, 726 nömrəli rəyinə əsasən, cavabdehin iddiaçıya 2022-ci il 28 oktyabr tarixinə (maliyyə arayışının verildiyi tarixə) birinci tranş üzrə faiz borcu 21668,59 manat, ikinci tranş üzrə faiz borcunun isə 36820,09 manat təşkil etdiyi müəyyən edilmişdir.

9. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2023-cü il 23 noyabr tarixli, e-2-2(123)-15/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim E.Salmanov).

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 12 saylı filialı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında verilən 700.000 manat məbləğində kredit vəsaitindən əsas borc və faizlər cavabdeh tərəfindən həm iddiaçı təşkilatın özünə, həm də faizlər olmadan əsas borc kredit müqaviləsi ilə əlaqəsi olmayan SİF-ə ödənilərək, üzərinə götürdüyü öhdəliyi pozmuşdur.

11. Belə ki, əsas borcun cavabdeh tərəfindən 2017-ci il 17 fevral tarixli, 60 nömrəli, 2016-cı il 1 avqust tarixli, 30 nömrəli, 2016-cı il 23 fevral tarixli, 95 nömrəli, 2016-cı il 28 aprel tarixli, 23 nömrəli, 2016-cı il 21 dekabr tarixli, 118 nömrəli, 2016-cı il 14 sentyabr tarixli, 79 nömrəli qəbzlər əsasında SİF-ə ödənilərək hal-hazırda kredit borcunun bağlanılması Naxçıvan Muxtar Respublikasının X1 X4 2023-cü il 27 oktyabr tarixli, 73 nömrəli məktubu ilə, SİF-ə ödənilmiş əsas borc məbləğlərinin də SİF tərəfindən iddiaçı təşkilata ödənilməsi-hesabdan çıxarış məlumatları ilə (iş materiallarının 1-ci cildinin 210cu səhifəsində 2019-cu il 19 noyabr tarixində ödənilmiş 250.000,00 manat və həmin cildin 216-cı səhifəsində 2019-cu il 19 noyabr tarixdə ödənilmiş 348,628.09 manat ödəmə əsas götürülərək), iddiaçının təqdim etdiyi 2019-cu il 31 oktyabr tarixli müqaviləyə 1 saylı əlavə ilə, o cümlədən, iddiaçının nümayəndəsi Nümayəndə2 2023-cü il 8 fevral tarixli məhkəmə iclasında verdiyi izahı ilə öz təsdiqini tapmışdır. İddiaçı təşkilatın nümayəndəsi əsas məbləğin ödənilməsini qəbul etdiyindən, məhkəmə tərəfindən bunun mübahisələndirilməyən hal olduğu müəyyən edilmişdir.

12. Məhkəmə tərəflər arasında razılaşma olmadan cavabdeh tərəfindən üçüncü tərəfə, yəni SİF-ə ödəmənin aparılmasını qeyri-qanuni hesab edərək, kredit müqaviləsinin 7.4.1ci və 7.4.4-cü bəndinin tələblərinin cavabdeh tərəfindən pozulduğu qənaətinə gəlmişdir.

13. Belə ki, kredit məbləğinin bir hissəsi birbaşa banka ödənilən anadək cavabdehin faiz borcu qalmamış, qalan hissəsi isə qeyri-qanuni yolla müqavilə üzrə tərəf olmadığı təqdirdə SİF-ə ödənilərək SİF vasitəsilə banka ödənildiyindən, həmin məbləği iddiaçı bankın qəbul etməsinə baxmayaraq müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. İddiaçının hesabd an çıxarış məlumatlarından müəyyən edilmişdir ki, 2015ci il 30 dekabr tarixindən öhdəliklərin icra edilməli olduğu vaxt dövrünə qədər, yəni 2017ci il 24 oktyabr tarixinə qədər əldə etməli olduğu faizlərdən məhrum edilmişdir. Nəticə etibarı ilə məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsinin 5.1-ci bəndinə müvafiq olaraq iddiaçı bu müqavilə üzrə borc alanın, üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyinə görə faiz borcu ilə yanaşı dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.

14. Beləliklə, cavabdehin iddiaçı təşkilata faiz və cərimə borcunun olub-olmaması istiqamətində araşdırmalar apararkən məhkəmə təqdim edilmiş əlavə ekspert rəyindən müəyyən etmişdir ki, həmin rəyin 3-cü vərəqinin cədvəl hissəsində, cavabdehin 1-ci tranş borcu üzrə 250.000,00 manat kredit məbləğindən və 2-ci tranş üzrə 450.000,00 manat kredit məbləğindən 2015-ci il 30 dekabr tarixindən sonra aparılan ödənişlərin cavabdeh təşkilat tərəfindən birbaşa iddiaçıya ödənilməsi kimi nəzərə alınaraq faiz borcu hesablanmışdır.

15. Bununla yanaşı məhkəmə bildirmişdir ki, iddiaçının nümayəndəsi Nümayəndə1 2023-cü il 14 noyabr tarixli etirazında “2023-cü il 21 sentyabr tarixli, 726 saylı” ekspert rəyində tərəflərindən ekspertə tələb olunan bütün sənədlər göndərilməsinə baxmayaraq yalnız SİF tərəfindən verilmiş sənədlərin nəzərə alındığını, təqdim etdikləri hesabdan çıxarış məlumatlarının və digər sənədlərin nəzərə alınmadığını bildirsə də, iş üzrə aparılmış ekspertiza zamanı iddiaçı tərəfindən ekspertə rəy verilməsi üçün hər hansı sənədlərin təqdim edilmədiyi göz qabağındadır. 16. 2015-ci il 30 dekabr tari xindən sonra cavabdeh tərəfindən kredit borcunun birbaşa iddiaçı təşkilata ödənilməməsi, eyni zamanda göstərilən tarixdən sonra ödəmələrin SİF-ə aparıldığı və həmin halı təsdiq edən qəbzlərin işə əlavə edildiyi nəzərə alındıqda məhkəmə, 1-ci tranş üzrə 2017-ci il 24 oktyabr və 2019-cu il 19 noyabr tarixlərində ödəmənin cavabdeh tərəfdən həyata keçirilməsi kimi göstərilməsi hissəsində ekspert rəyi ilə razılaşmamışdır

17. Belə ki, məhkəmə təyin edilmiş əlavə məhkəmə-mühasibat ekspertizasının nəticəsində ekspert rəyi ilə, borclunun iddiaçıya ödənilməmiş əsas borc üzrə faizlərin olmasına dair hissəsində razılaşaraq, həmin borcun nə qədər təşkil etməsi məsələsinə toxunmamışdır.

18. Bundan əlavə məhkəmə bildirmişdir ki, 2013-cü il 28 dekabr tarixli, ekran-unikal kod nömrəsi 1***-******* olan, 2015-ci il 23 oktyabr tarixli, ekran-unikal kod nömrəsi 1**********5 olan, 2015-ci il 30 noyabr tarixli, ekran-unikal kod nömrəsi 1***-*******2 olan, 2015-ci il 30 noyabr tarixli, ekran-unikal kod nömrəsi 1***-*******2 olan, 2014-cü il 12 fevral tarixli, ekran-unikal kod nömrəsi 1***-******* olan, 2015-ci il 30 dekabr tarixli, ekranunikal kod nömrəsi 1***-******* olan, 2015-ci il 5 avqust tarixli, ekran-unikal kod nömrəsi 1***-*******2 olan qəbzlərdə kredit məbləği üzrə aparılmış ödəmələr Nümayəndə3 tərəfindən cavabdehə ödənilmiş kimi göstərilsə də, iş materiallarının 1-ci cildinin 117-ci səhifəsində olan hesabdan çıxarış məlumatlarından həmin ödənişlərin əslində cavabdeh tərəfindən iddiaçıya ödənildiyi müəyyən olunur.

19. Bununla yanaşı məhkəmə vurğulamışdır ki, 2023-cü il 6 mart tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi izahında “Pulun faktiki olaraq 2019-cu il 19 noyabr tarixində Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iddiaçı təşkilata köçürüldüyünü” bildirməsi ilə iş materiallarının 1-ci cildinin 210-cu vərəqində öz əksini tapmış, 2019-cu il 19 avqust – 2023-cü il 27 fevral tarixlərini əhatə edən hesabdan çıxarışdan 1-ci tranş üzrə cəmi 250.000 manat kredit məbləğinin 2019-cu il 19 noyabr tarixində cavabdeh təşkilat tərəfindən ödənilməsi kimi göstərilməsi halı özünü inkar etmiş, bununla da həmin məbləğin SİF tərəfindən iddiaçının 8-5268345-3 nömrəli bank hesabına köçürülməsi təsdiq edilmiş, eyni zamanda, yuxarıda göstərilən hal ilə oxşar olaraq iş materiallarının 1-ci cildinin 216-cı vərəqində öz əksin i tapmış, 2019-cu il 19 avqust – 2023-cü il 27 fevral tarixlərini əhatə edən hesabdan çıxarışdan cəmi 348.628 manat kredit məbləği 2019-cu il 19 noyabr tarixində SİF tərəfindən iddiaçının 8-5268345-8 nömrəli bank hesabına köçürülmüşdür.

20. Məhkəmə iddia müddətinin tətbiq olunaraq iddiadan imtina edilməsi barədə qərar çıxarılmasının qanunauyğun olması qənaətinə gəlmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti 2017-ci il 24 oktyabr tarixində bitərək, cavabdeh tərəfindən iddiaçıya kredit məbləği üzrə ödənilən sonuncu tarixdən (2015-ci il 30 dekabr) sonra, o cümlədən, təqdim edilmiş qəbzlər üzrə SİF-ə ödənilən tarixlərdən sonra birbaşa hər hansı ödəniş etmədiyi nəzərə alınaraq iddia müddətinin axımı 2017-ci il 24 oktyabr tarixinin ertəsi gün, yəni 2017-ci il 25 oktyabr tar ixindən başladığından, iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına əsas olan hallar müşayiət edilmədiyindən, müqavilə tələbləri üzrə üç il iddia müddətinin iş üzrə tətbiqində 2020-ci il 25 oktyabr tarixinə təsadüf etdiyindən, iddiaçı təşkilat isə yalnız 2022-ci il 3 noyabr tarixində mediasiyaya müraciət edərək daha sonra 2023-cü il 12 yanvar tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə qeyd etmişdir ki, qanunla müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır.

21. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, iddiaçıya son ödəmə 2015-ci il 30 dekabr tarixində olduğundan, həmin tarixdən SİF-in iddiaçıya ödəmə apardığı 2019-cu il 19 noyabr tarixinədək iddiaçı hərəkətsiz qalmışdır (iddiaçının iddiası üzrə işlərin baxılmamış saxlanılması halı istisna olmaqla).

22. B undan əlavə, kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən bu müqavilə əsasında ona məxsus olan tələbi başqa şəxslərə vermək borc verənin hüququ kimi göstərilsə də, həmin maddənin tələbinə müvafiq surətdə iddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə SİF arasında bağlanılan müqavilə əlaqələndirildikdə görünür ki, həmin müqavilə 101.119 manat olmaqla 2018-ci il 30 oktyabr tarixində cavabdeh tərəfindən SİF-ə sonuncu ödəniş edildikdən müəyyən müddət sonra, cavabdehə xəbər verilmədən və məlumatlandırılmadan, yəni 2019-cu il 31 oktyabr tarixində bağlanmışdır. Həmin tarixdən etibarən artıq ödənilməsi başa çatdırılmış məbləğlərin Əmanətlərin Sığortalanması Fondu tərəfindən nəzərə alınması və Fondun hesabına köçürülməsi nəzərdə tutulduğundan, o cümlədən, göstərilən tarixlərdən sonra m üqavilənin bağlanması nəticəsində digər təşkilatların öz mənafelərinə uyğun hərəkət etmələri mülki dövriyyə azadlığının təminatı kimi çıxış edən borclunun sərbəst iradə ifadəsinin, müqavilə maraqlarının pozulmasına səbəb olmuş və cavabdehin iradə ifadəsi nəzərə alınmadan, xəbərdar edilmədən və müqaviləni bağlayan tərəflərin sənədləşmə xatirinə həmin müqaviləni bağladıqlarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin müqaviləyə əsasən SİF tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ödənilən məbləğlər cavabdehin ödəməsi kimi nəzərə alına bilməz və həmin müqavilə bu halı təsdiq edən sübut deyildir.

23. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.1,14.2-14.2.1, 324.1, 324.2, 372.1, 372.2, 373.2, 374.1, 374.2, 375.1, 375.2, 376, 377.1, 377.2, 385.1, 386.1, 389.1, 389.2, 390.1, 390.5, 399.3, 419.1, 419.2, 425.1, 427.3, 442, 462.1, 739.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarına, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM”) 76.1, 76.2, 88, 103.1, 107, 108.1-108.1.1, 108.2, 112.1- 112.1.1, 112.2, 115.0-115.0.1, 119.1, 124.2, 218.1 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

25. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının 2024cü il 29 mart tarixli, 2-2(108)-8/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmuş, iddia tələbləri qismən təmin edilərək, cav abdehdən kredit müqaviləsinə əsasən 2022-ci il 28 oktyabr tarixinə birinci tranş üzrə 21.668,59 manat faiz borcu, 1.670,14 manat cərimə borcu, cəmi 23.338,73 manat, ikinci tranş üzrə 36.820,09 manat faiz borcu, 2.338,27 manat cərimə borcu, cəmi 39.158,36 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – S.Bəylərli, hakimlər – Ə.Allahverdiyev və M.Allahverdiyev).

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi üzrə təqsirli pozuntu kimi müəyyən edilən hərəkətləri ilə əsas borcu icranı qəbul etməyə ixtiyarlı olan iddiaçıya deyil, müqavilənin icrasında maraqlı olan SİF-ə (müqavilənin tərəfi olmayan üçüncü şəxsə) ödəməklə öhdəliklərin icra edilmədiyi bütün hallar üçün riski, məsuliyyəti öz üzərinə götürmü şdür. Bütün bunlara görə də SİF-ə ödənilmiş əsas borc üzrə məbləğlərin sonuncu tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi gün 2019-cu il 19 noyabr tarixində iddia müddətinin axımı kəsilmişdir. Belə olan təqdirdə iddia müddəti 2022-ci il 20 noyabr tarixində bitməli idi. İddiaçı isə iddia müddəti bitməmiş, hazırkı kommersiya mübahisəsi ilə əlaqədar 2022ci il 3 noyabr tarixində mediasiya orqanına müraciət etmiş və ilkin mediasiya sessiyasının nəticəsindən asılı olaraq 2023-cü il 12 yanvar tarixində iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə mülki-prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etməklə iddia müddətini buraxmamışdır.

27. Məhkəmə iddia tələbində və iş üzrə alınmış ekspert rəylərində göstərilən faiz və cərimə borclarını müqayisə edərək vurğ ulamışdır ki, iddiaçının nümayəndəsi ekspert rəyi ilə razı olduqlarını bildirmiş, cavabdeh tərəf isə birinci və apellyasiya instansiyası məhkəmələrində göstərilən ekspert rəylərini mübahisələndirməmişdir.

28. Həmçinin məhkəmə onu da bildirmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cavabdehə cərimə hesablamamışdır. Buna görə də məhkəmə hazırkı tədqiqatla cavabdehə cərimə hesablanmaması qənaətinə gəlmişdir.

29. Məhkəmə dəbbə puluna münasibət də qeyd etmişdir ki, iddianın cəriməyə aid hissələrində tələb olunan məbləğlərin 5 faiz həcmində, yəni 1-ci tranş üzrə iddia edilən 33402.97 manat cərimə borcunun 1670.14 manat və 2-ci tranş üzrə iddia edilən 4676 5.55 manat cərimə borcunun 2338.27 manat miqdarda təmin edilməsi məqsədəmüvafiqdir.

30. Məhkəmə öz mövqeyini MM-in 372.1, 372.2, 380.1, 380.2, 373.2, 377.2, 385.1, 425.1, 425.2, 431.1, 433.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 448.4, 739.1, 739.2, 462.1, 467-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, apellyasiya instansiyası məhkəməsi aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur:

33. MM-in 373.2, 384.0.4, 390, 399.3, 419-cu maddələri üzrə - öhdəlik hüquq münasibətlərinin yaranma tarixinə əsasən, tərəflər arasında kredit müqaviləsi 2012-ci il 24 oktyabr tarixində bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən öhdəliklərin icra müddəti üçün 60 ay müəyyən edilmiş, 14.1-ci bəndinə əsasən isə müqavilənin qüvvədə olma müddətinin müddətsiz olaraq bu müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi tarixədək qüvvədə qalacağı müəyyən edilmişdir. Müqavilənin qeyd edilən müddəalarından da aydın olur ki, öhdəliklərin icra müddəti ilə müqavilənin qüvvədə olma müddəti fərqli anlayışlardır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə kreditin 60 ay müddətinə verildiyi v ə həmin müddətdə geri qaytarılması aşkar surətdə qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

35. Etiraz onunla əsaslandırılmışdır ki, 2019-cu il 19 noyabr tarixində ödənilən məbləğin Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi cavabdehin borcu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirilməli və iddia müddətinin axımı həmin tarixdən kəsilməsi əsas götürülməlidir. Cavabdehin iddiaçıdan götürdüyü kredit məbləği SİF-in vəsaiti hesabına verilməsini, cavabdeh tərəfindən uzun müddət SİF-ə ödəniş etməsini nəzərə aldıqda kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmişdir. Kassasiya baxışının hədlə ri

36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

37. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hə rəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur....” “Maddə

433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu s übuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin m əbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” 39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş an ına qədər qüvvədə sayılır....”

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassa siya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, cavabdehin iddiaçı qarşısında kredit müqaviləsi üzrə icra olunmamış öhdəliyinin qalması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

43. Kassasiya şikayətinin dəlilləri iddia müddətinin axımının başlanması anı ilə bağlıdır.

44. Məhkəmə kollegiyası bununla bağlı apellyasiya məhkəməsinin əsaslandırılması ilə razılaşır və bir daha qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini ixtiyarlı olan şəxsə deyil, müqavilənin tərəfi olmayan SİF-ə icra etməklə, öhdəliklərin icra edilmədiyi bütün hallar üçün riski, məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, SİF-ə ödənilmiş əsas borc üzrə məbləğlərin sonuncu tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi gün 2019-cu il 19 noyabr tarixində iddia müddətinin axımı kəsilmişdir. İddiaçı isə həmin tarixdən hesablanan iddia müddəti bitməmiş, hazırkı kommersiya mübahisəsi ilə əlaqədar 2022-ci il 3 noyabr ta rixində mediasiya orqanına müraciət etmiş və ilkin mediasiya sessiyasının nəticəsindən asılı olaraq 2023-cü il 12 yanvar tarixində iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə mülki-prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır.

45. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 29 mart tarixli, 2-2(108)-8/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar