Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-56/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-nəqarşı iş üzrə QƏRAR (açar sözlər:müqavilədə tərəflər öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun hər hansı dəbbə pulunu ödəməli olduğu barədə müvafiq müddəa nəzərdə tutmamışlar) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi xxx, vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı əsas borcun və dəbbə pulu borcunun tutulması barədə iddia tələbi, Cavabdeh MMC-nin İddiaçı MMC-nə qarşı qabaqcadan ödənilmiş vəsaitin qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-556/2019 saylı qətnaməsindən Cavabdeh MMC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC (onun direktorunun şəxsində) arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış “CMT1808/1 saylı müqavilə əsasında cavabdehə xx xxxxxx 2017-ci il tarixdə 42.140 mant məbləğində “Epocon SP 980 Y” adlı mal göndərildiyini, müqavilə şərtlərində alıcıya mal göndərildikdən sonra 5 iş günü ərzində malın dəyərinin bank köçürmə yolu ilə və ya nəğd qaydada iddiaçıya ödənilməsi nəzərdə tutulsa da, cavabdehin özlərinə düşən öhdəliyi yerinə yetirmədiyini göstərərək, tərəflər arasında bağlanmış müqavilə üzrə 42.140 manat malın dəyərinin, 2.107 manat dəbbə pulunun tutulmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, “xx xxxxxx 2014 ci il tarixli, CMT 1808/1 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-nin “Cavabdeh“ MMC-nə 1 kq ƏDV-siz 1.00 AZN dəyərində “EPOCON SP 980Y” markalı beton qatqısı ilə təmin etməyi, “Cavabdeh“ MMC-nin isə hər kq 1.00 manat olmaqla alınmış malın dəyərini ödəməyi üzərinə götürdüyünü, İddiaçı MMC tərəfindən gətirilirmiş beton qatqısının dəyərinin tam ödənildiyini, İddiaçı MMC şirkəti tərəfindən müqavilə üzrə gətirməli olduqları 85.938 kq beton qatqısının gətirilmədiyini, buna baxmayaraq “Cavabdeh“ MMC-nin həmin malın dəyərini qabaqcadan ödədiyini, Cavabdeh MMC cavabdeh tərəfindən müqavilə öhdəliyinin yerinə yetirməsini xahiş etsə də, sonuncunun hal-hazırkı vaxta qədər müqavilə üzrə gətirilməli olan beton qatqısını və ya ödənilmiş olan artıq məbləği geri qaytarmadığını, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2014-cü ildən, yəni müqavilə bağlandığı vaxtdan hal hazırkı vaxtadək 584.900 kq mal tədim edildiyini (1kq x 1,00 = 584.900 manat), ödənilmiş məbləğin isə 670.837,80 manat təşkil etdiyini, İddiaçı MMC-dən gətirilməmiş məhsul un dəyərinin 85.938 kq təşkil etdiyini, gətirilməmiş məhsula dair qabaqcadan ödənilmiş pul vəsaiti şirkətdən geri istənilsə də, hal-hazırkı vaxtadək ödənilməmiş qaldığığnı göstərərək, İddiaçı MMC-dən müqavilə üzrə gətirilməmiş 85.938 kq məhsula dair qabaqcadan ödənilmiş 85.938 manat pul vəsaitinin alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)394/2019 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən tərəflər arasında balanmış müqavilə üzrə malın dəyəri kimi 42.140 manat, dəbbə pulu qismində 2.107 manat və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ümumilikdə 44.277 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilmiş, qarşılıqlı iddia təmin edilməmiş, qarşılıql ı iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-yə aid edilmişdir (hakim – R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-556/2019 saylı qətnaməsi ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlill əri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “İddiaçı“ MMC ilə “xxxx” MMC arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış CMT 1808/1 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC “xxxx” MMC-nə 1 kq ƏDV-siz 1.00 AZN manat dəyərində “EPOSON SP 980Y” markalı beton qatqısı ilə təmin etməyi öhdəsinə götürmüş,İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə müqavilə bağlandığı 2014-cü ildən hal-hazırki vaxta qədər 584.900 kq (1kq x 1.00=584.900.00) mal gətirlmiş, ödənilmiş məbləğ isə 670.837.80 manat təşkil edir, İddiaçı MMC tərəfindən gətrilməmiş məhsul 85.938 kq təşkil edir, müqavilədə birbaşa müəyyən edilmişdir ki, “malgöndərən” və “alı cı” 1 kq Enocon SP 980 Y-nin qiymətini ƏDV-siz 1.00 manat müəyyən edir, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək alınan beton qatqılarının ümumi çəkisi 584.900 kq, ödənilmiş məbləğ 670.837.80 manat, gətirilməmiş məhsul 85.937 kq. x =1.00= 85.937.80 manat təşkil edir, şirkətlər arasında əldə olunmuş şifahi razılaşmaya əsasən ödənilmiş artıq maliyyə vəsaitinin əvəzinə əlavə beton qatqısı gətirilməsi razılaşdırılsa da “İddiaçı“ MMC razılaşma ilə gətirməli olduqları beton qatqısını gətirməmiş, bununla da o, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin nümayəndəsi X6 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il t arixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçının vəkili Səlimova Sevil Mürüd qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etmə məsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Səlimova Sevil Mürüd qızının, cavabdehin nümayəndəsi X3, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)- 556/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “İcraçı” adlandırılacaq “xxxx” MMC ilə “Sifarişçi" adlandırılacaq Cavabdeh MMC arasında “Malgöndərən” tərəfindən “Epocon SP 980 Y” beton əlavələrinin “Alıcıya göndərilməsi ilə bağlı xx xxxxxx 2018-ci il tarixli, CMT1808/1 nömrəli müqavilə imzalanmış, müqavilə çərçivəsində göndərilən “mal” Malgöndərənin xüsusi mülkiyyətidir və üzərində üçüncü şəxslərin hüququ yoxdur, müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin qiyməti təhvil verilmiş mallara uyğun tərtib edilən qaimə-fakturalar əsasında müəyyənləşəcək, müqavilənin 5.2-ci bəndinə əsasən 1 kq “Epocon SP 980 Y”-nin qiyməti ƏDV-siz 1,00 manat müəyyən edilmiş, müqavilənin 5.3-cü bəndinə əsasən göndərilən «mal»ı «Malgöndərən» qaimə faktura, sertifikat və digər müşayət edən sənədlərlə birgə «Alıcı»ya müvafiq qaydada təhvil verməlidir; 5.4-cü bəndinə əsasən göndərilən «mal»ın qiymətinin ödənilməsi mal təhvil alındıqdan sonra bank köçürmə yolu ilə və ya nağd qaydada 5 (beş) bank günü ərzində aparılır, müqavilə şərtlərinə əsasən «mal» təhvil verildikdən sonra onun dəyəri ödənilməlidir, iddiaçı tərəfindən xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx xxxxxx 2017-ci ildə həmin tarixli elektron hesab fakturası ilə 28.120 kq olan “Epocon SP980Y” markalı mal Cavabdeh MMC-yə təqdim edilmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən ona istinad etmişdir ki, xx.xx.2017-ci il tarixli Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışa görə “xxxx” MMC-nin adı dəyişdirilərək, İddiaçı MMC adlandırılmış,tərə flər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli müqavilənin 5.2-ci bəndinə əsasən 1 kq “Epocon SP 980 Y”-nin qiyməti ƏDV-siz 1,00 manat müəyyən edilsə də, ödəniş tapşırıqlarına, qaimə-fakturalara, elektron vergi hesab fakturalarına görə xx xxxxx 2015-cı il tarixdən etibarən, 1 kq qiyməti (ƏDV-siz) 1,27 manat göstərilməklə, «Epocon SP 980 Y» markalı mal cavabdehə təqdim olunmuş, keçən müddət ərzində cavabdeh tərəfindən hər hansı pretenziya olunmadan 1 kq “Epocon SP 980 Y”-nin dəyəri 1,27 manat qəbul edilməklə, dəyəri tamamilə ödənilmiş, sonuncu dəfə xx xxxxxx 2017-ci idə təqdim edilmiş 28.120 kq malın dəyəri ödənilməmiş (28.120x1,27=35712,4 manat), 28.120 kq olan “Epocon SP980Y” markalı malın cavabdehə Cavabdeh MMC-yə təqdim olunması işin mübahisələndirilməyən halıdır (ƏDV ilə birlikdə 42.140 manat), hazırkı halda, cavabdehin “Epocon SP 980 Y” markalı malın qaimə-fakturada müəyyən edilən dəyərinə (1,27 manat) etirazının olması işin materiallarından müəyyən edilmir, 1 kiloqramın dəyəri 1,27 manat olan «Epocon SP 980Y» markalı malın verilməsini təsdiq edən qaimə-fakturalar hər iki tərəfin möhür və vəzifəli şəxslərinin imzası ilə təsdiqlənmiş, qaimə-fakturalar yeni qiymətlə iki tərəfli təsdiqləndiyi halda, satıcının təklifi, yəni ofertası alıcı tərəfindən qəbul edilmiş, yəni aksept olunmuş sayılır, yəni tərəflər malın 1 kq üçün 1,27 manat qiymətlə bağlı razılığa gəlmişlər, bununla da, ilk iddia üzrə İddiaçı MMC tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixdə bağlanmış müqavilə üzrə öz öhdəliyini yerinə yetirdiyi sübut olunur, Cavabdeh MMC öz qarşılıqlı iddiasının əsası kimi gətirdiyi dəlili təsdiqləyən, həm də iddiaçının dəlilini inkar edən heç bir tutarlı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda cavabdeh tərəf müqavilə şərtlərinə baxmayaraq, qarşılıqlı iddia ilə iddia olunan 85.938 kq malın dəyərinin əvvəlcədən ödənilməsinin səbəblərinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, işin apellyasiya qaydasında araşdırılması zamanı, cavabdehin nümayəndəsi hər iki tərəfin rəhbərliyinin qabaqcadan ödənişlə bağlı şifahi razılığının olmasını bildirsə də, bu barədə yazılı heç bir sübut təqdim etməmiş, beləliklə, xx.xx.2017-ci il tarixli 005065 saylı elektron vergi hesab-fakturasına əsasən Cavabdeh MMC-nə təqdim edilmiş, «Epocon SP980Y» markalı malın dəyəri ( 1 kiloqramın dəyəri 1.27 manat olmaqla, 35712 manat + 0.18 % ƏDV) olan 42.140 manat məbləğində borc ödənilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyy ən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. İş materiallarındakı xx xxxxxx 2014-cü il tarixli müqavilədə tərəflər öhdəliyin icra e dilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun hər hansı dəbbə pulunu ödəməli olduğu barədə müvafiq müddəa nəzərdə tutmamışlar və buna görə də həmin müqavilə üzrə öhdəliyini icra etməyən borcludan müqavilə üzrə dəbbə pulunun tutulması qanunvericiliyin istinad edilən normaları ilə ziddiyyət təşkil edir. Bununla belə işə baxan birinci instansiya məhkəməsi iddia tələbini dəbbə pulu hissəsində təmin edərkən həmçinin Mülki Məcəllənin 462, 463 və 467-ci maddələrinə istinad etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə dəbbə puluna dair hər hansı bənd nəzərdə tutulmadığından, bu hal qanuni hesab edilə bilməz. Apellyasiya məhkəməsi tərəfindən isə bu halda qətnamə həmin hissədə ləğv edilərək, tələbə bu hissədə yenidən qiymət verilməli olduğu halda qətnamə Mülki Məcəllənin digər normalarına istinad olunmaqla qüvvədə saxlanılmışdır. Bundan əlavə müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin qiyməti təhvil verilmiş mallara uyğun tərtib edilən qaimə-fakturalar əsasında müəyyənləşəcək, müqavilənin 5.2-ci bəndinə əsasən isə 1 kq “Epocon SP 980 Y”-nin qiyməti ƏDV-siz qəti olaraq 1,00 manat müəyyən edilmiş, müqavilənin 5.3-cü bəndinə əsasən göndərilən «mal»ı «Malgöndərən» qaimə faktura, sertifikat və digər müşayət edən sənədlərlə birgə «Alıcı»ya müvafiq qaydada təhvil verməlidir, iş materiallarından isə malın qiymətinin dəyşməsi barədə tərəflər arasında hər hansı yazılı razılaşmanın mövcudluğu təsdiq olunmur və işə baxmış məhkəmələr tərəfindən də malın dəyərinin sonradan hansı səbəblərdən dəyişdirilməsinə dair müvafiq araşdırma aparılma mış, bununla da cavabdehin qarşılıqlı iddiasının, apellyasiya şikayətinin iş üçün mühüm əhəmiyyət daşıyan dəlilləri məhkəmə qiymətləndirilməsindən kənarda qalmışdır. Mülki Məcəllənin 423.1-ci maddəsinə uyğun olaraq müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. İşə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 45 saylı arayışına əsasən isə beton qatqısının topdan satış qiymətləri 2015-ci ildə 0,70 manat, 2016-2017-ci illərdə isə 0,85 manat olmuş, apellyasiya məhkəməsi tərəfindən isə bu sənədin hansı səbəbdən qəbul edilmədiyi qətnamədə əsaslandırılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bidjiyeva Rusiya ya qarşı” xx xxxxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X5rşı, x xxxxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından da göründüyü kimi İddiaçı MMC-nin iddia ərizəsinə q oşmada yalnız “icarə” müqaviləsinin və cavabdehə göndərilmiş məktubun surətləri və dövlət rüsumu qəbzinin əlavə edildiyi qeyd edilmiş, iddia ərizəsinə cavabdeh tərəfindən iddia ərizəsinin alınmasına dair isə hər hansı sübut əlavə edilməmiş, poşt bildirişi isə iddiaçının da qeyd etdiyinə görə cavabdehə hansısa məktubun göndərilməsi barədədir. İşdə həmçinin iddiaçının hüquqi şəxs statusunu təsdiq edən müvafiq nizamnamə və kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış, apellyasiya məhkəməsinin istinad etdiyi “xxxx” MMC-nin adının dəyişdirilərək, İddiaçı MMC adlandırılması barədə xx.xx.2017-ci il tarixli Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarış da yoxdur və bu sənədlər məhkəmələr tərəfindən tələb edilərək iş materiallarına əlavə olunmamış, beləliklə, işə baxılarkən iddiaçın ın hüquqi statusu dəqiq müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İş materiallarına 2016-cı il tarixli qaimə fakturaların əsli təqdim edilsə də, iddia tələbinin əsasını təşkil edən xx.xx.2017-ci il tarixli 005065 saylı elektron vergi hesab-fakturası və xx xxxxxx 2014-cü il tarixli müqavilə və bank ödəniş sənədləri kserosurət olmaqla onlara sübut qismində istinad edilməsi istisna olunur. Mülki Məcəllənin “Müqavilənin bağlanması anı” adlanan 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəll ənin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. İş materiallarındakı xx xxxxxx 2014-cü il tarixli müqavilənin 6.1 və 6.2-ci bəndlərinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2014-cü il tarixədək qüvvədədir. Müqavilə müddətinin başa çatmasına ən azı 30 gün qalanadək tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi barədə digər tərəfi xəbərdar etməzsə, müqavilə tərəflər arasında eyni müddətə uzadılmış hesab edilir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə yeni qiymətlərlə məhsul göndərilərkən qeyd edilən bənd lər nəzərə alınmaqla tərəflər arasında qüvvədə olan müqavilə mövcud olmuş, bu zaman tərəflər arasında hər hansı yeni müqavilənin bağlanmasına dair təklif və ona müvafiq cavab verilməsinə də zərurət olmamışdır. Hazırkı halda isə mübahisə müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və bu dəyişikliyin mülki qanunvericiliyin tələblərinə uyğun olubolmamasından ibarətdir ki, iş materiallarından da göründüyü kimi işə baxmış məhkəmələr işin həmin hallarını düzgün qiymətləndirməmiş, bu isə öz növbəsində səhv məhkəmə qərarının qəbul olunması ilə nəticələnmişdir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin əda lətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenunmunun xx xxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qan unları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, işdəki mövcud və əldə ediləcək sübutların düzgün hüquqi qiymətləndirilməsi və mübahisənin obyektiv həlli təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, iş üzrə maddi və pr osessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-556/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, Cavabdeh kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-556/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə
Məhkəmə qərarları › İş №2-2(102)-56/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-56/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver