Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-56/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı LPO “X” ASC-nin cavabdeh “Y” şirkətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı iddiaçı Ləğv prosesində olan “X” ASC-nin ləğvedicisi "F"-in vəkili cavabdeh “Y”-in vəkilinin iştirakı ilə, İddiaçı LPO “X” ASC-nin cavabdeh “Y” şirkətinə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə iddiaçı və cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəm əsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(103)-BAM/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarından görünür ki, “X” ASC (bundan sonra – “ASC”) ilə “Y" şirkəti (bundan sonra – “Şirkət”) arasında 2012-ci il 15 may tarixində KP/TB/GUAR-1/15-05-2012 saylı qarantiya müqaviləsi (bundan sonra – “15-05 saylı müqavilə”) bağlanmışdır. 2. 15-05 saylı müqaviləyə görə: 2.1. Qarant (ASC) Prinsipalın (Şirkətin) tapşırığı ilə müqavilə üzrə öhdəçilik götürmüşdür ki, kənd təsərrüfatına aid ağır texnikanın alınması üçün 126.850 avrodan artıq olmayan məbləğin bu müqavilə ilə nəzərdə tutulan şərtlərlə və hüdudlarda Benefisiara – Almaniyanın “Z” Şirkətinə (bundan sonra – “Z”) ödənilməsi haqqında yazılı öh dəlik-qarantiya verir (1.1-ci bənd). 2.2. Qarantiya verilməsinə görə Prinsipal Qarantiya məbləğinin 2012-ci il 15 may tarixindən həmin il 15 avqust tarixinə kimi illik 6% miqdarında haqq (minimum 1.000 AZN) ödəməlidir (1.2-ci bənd). 2.3. Z-dən kənd təsərrüfatına aid ağır texnikanın alınmasından sonra ödəniş şərtlərini pozduğu halda Qarant Benefisiarın yazılı tələbi ilə 126.850 avrodan artıq olmayan məbləği Benefısiara ödəməlidir (2.1-ci bəndi). 2.4. Qarant tərəfindən Benefisiara qarantiya üzrə hər hansı məbləğin ödənildiyi gün Prinsipalın Qarant qarşısında həmin məbləğdə kredit öhdəliyinin yarandığı gün hesab edilir və yaranmış borc illik 20% hesablanmaqla 90 bank gün müddətində müvafiq ssuda hesabında uçota alınır. Borc məbləği bu müddət ərzində qaytarılmadıqda Prinsipal əsas borc məbləği ndən və faizlərdən əlavə Qaranta vaxtında qaytarılmayan məbləğin illik 30 % miqdarında cərimə faizləri ödəyir (4.4-cü bənd).
3. ASC ilə Şirkət arasında 2012-ci il 18 may tarixində KP/TB/GUAR-18-05-2012 saylı qarantiya müqaviləsi (bundan sonra – “18-05 saylı müqavilə”) bağlanmışdır. 4. 18-05 saylı müqavilə 2012-ci il 17 may tarixindən həmin il 15 avqust tarixinə kimi 475.925 avrodan artıq olmayan məbləğdə yazılı öhdəlik-qarantiya verilməklə 15-05 saylı müqavilə ilə eyni şərtlərlə bağlanmışdır (bax yuxarıda § 2).
5. ASC tərəfindən verilmiş 2013-cü il 19 noyabr tarixli 255/13 saylı arayışdan görünür ki, Şirkətin 15-05 saylı müqavilə üzrə 2013-cü il 14 noyabr tarixinə 7.881,91 avro ödənilməmiş faiz üzrə, 200 manat swift xərci, 200 manat ödənilməmiş düzəliş xərci, 15 avro ödənilməmiş benefisi ar xərci, 225,35 avro ödənilməmiş ödəniş xərci üzrə, cəmi 8.122,26 avro, 400 manat, 1805 saylı müqavilə üzrə 2013-cü il 13 noyabr tarixinə 125.850 avro ödənilməmiş əsas borc üzrə, 48.201,99 avro ödənilməmiş faizlər üzrə, cəmi 174.051,99 avro borcu vardır.
6. ASC tərəfindən verilmiş 2013-cü il 18 oktyabr tarixli 05/6965-13 saylı bildirişin təsdiq edilmiş surətindən görünür ki, Şirkətlə ASC arasında 2011-ci il 20 aprel tarixində bağlanmış 126.030 avro məbləğində qarantiya müqaviləsinin, bundan əlavə 2012-ci il 15 may tarixində bağlanmış qarantiya müqaviləsinin şərtlərinə əsasən, ASC tərəfindən Şirkətə 2012-ci il 12 sentyabr tarixindən 3 ay müddətinə 475.925 avro kredit vəsaiti ayrılmışdır. Qarantiya müqavilələrinin bəndlərindəki şərtlər yerinə yetirilməmiş, sözügedən müqavilələrə əsasən qara ntiyalar üzrə haqq və komisyon haqları tam və vaxtlı-vaxtında həyata keçirilməmiş, müqavilələrin şərtləri pozulmuşdur. Belə ki, Şirkətin 2013-cü il 17 oktyabr üçün ASC-yə 2011-ci il 20 aprel tarixli müqaviləyə əsasən qarantiyalar üzrə ödənilməmiş haqq və komisyon haqları 8.121 avro və 400 manat, 2012-ci il tarixli 15 may qarantiya müqaviləsinə əsasən qarantiyalar üzrə ödənilməmiş haqq və komisyon haqları 40.306,90 avro və 1.409,81 manat, ayrılmış kredit vəsaiti üzrə borc 125.850 avro, faiz borcu 34.812,98 avro, ümumilikdə 209.090,88 avro və 1.809,81 manat borcu vardır.
7. ASC tərəfindən 2013-cü il 18 oktyabr tarixli 05/6965-13 nömrəli bildirişlə Şirkətə yaranmış borc məbləğinin 3 gün ərzində banka könüllü ödənilməsi, əks təqdirdə mübahisənin məhkəmə yolu ilə həll olunacağı barədə rəsmi xəb ərdarlıq edilmişdir.
8. Şirkətin Azərbaycan Respublikasındakı Filialının dövlət reyestri məlumatlarının təsdiq edilmiş surətindən görünür ki, bu filial (VÖEN 2001360221, təşkilati-hüquqi forması-digər kommersiya təşkilatı) 2008-ci il 26 noyabr tarixində dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. ASC 2014-cü il 5 fevral tarixində Şirkətə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
10. İddia tələbi yuxarıda §§ 1-7-də göstərilən hallarla əsaslandırılmış və bildirilmişdir ki, ASC tərəfindən prosessual qanunvericilikdə təsbit olunmuş məhkəmə və ərazi aiddiyyəti qaydalarına tam əməl olunmuşdur. Belə ki, hazırkı cavabdeh hüquqi şəxsin daimi fəaliyyət g östərən qurumu Y-nin Azərbaycan Respublikasındakı filialıdır ki, qarantiya müqavilələri məhz həmin qurum vasitəsilə hüquqi şəxslə bağlanmışdır.
11. Bu səbəblərdən dolayı ASC-nin nümayəndəsi Şirkətdən ASC-nin xeyrinə 15-05 saylı müqavilə üzrə 7,881,91 avro faiz, 200 manat swift xərci, 200 manat ödənilməmiş düzəliş xərci, 15 avro ödənilməmiş benefisiar xərci, 225,35 avro ödənilməmiş ödəniş xərci, cəmi 8.122,26 avro, 400 manat borcun, 18-05 saylı müqavilə üzrə 125.850 avro əsas borc, 48.201,99 avro, cəmi 174.051,99 avro borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 may tarixli 2(82)-Bİİ/2014 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Şirkətdən 15-05 saylı müqavilə üzrə 7.881,91 avro faiz borc u, 18-05 saylı müqavilə üzrə 125.850 avro əsas borc, 48.201,99 avro faiz borcu, cəmi 181.933,9 avro borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat tutularaq ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim – Z.T).
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas və faiz borcunun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
14. Ödənilməmiş swift xərci, benefisiar xərci, düzəliş xərci və ödəniş xərcləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, ASC bu xərcələrlə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.
15. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – “MM”) 385.1, 386.1, 4 42, 443.1, 445.2.1, 448.1, 449.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1, 217, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – “ARK”) 19-cu maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – “AMP”) “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının 10-cu bəndinə istinad etməklə əsaslandırmışdır.
16. Şirkət 2014-cü il 11 noyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 17. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 noyabr tarixli 2(82)-Bİİ/2014 saylı qərardadına əsasən apellyasiya şikayəti və ona əlavə olunan sənədlər geri qaytar ılmışdır (hakim – Z.T).
18. Şirkət 2014-cü il 9 dekabr tarixində şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. 19. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 9 dekabr tarixli qərardadına əsasən şikayət rədd edilmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim – Z.T).
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.01.2015-ci il tarixli 22(103)-BAM/2015 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 noyabr tarixli 2(82)-1281/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – M.T, hakimlər – N.M, K.A).
21. Şirkət 2018-ci il 2 avqust tarixində qərardaddan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 21 yanvar tarixli 2-2(103)BAM/2015 saylı qərardadını və 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 9 dekabr tarixli 2(82)-Bİİ/2014 saylı qərardadını ləğv edib, şikayətin mahiyyəti üzrə apellyasiya qaydasında araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 5 dekabr tarixli 2-2(102)-AM/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 21 yanvar tarixli 2-2(103)-BAM/2018 saylı qərardadı ləğv edilmiş və iş apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – K.B, hakimlər – İ.D, S.H).
23. B akı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-2(103)-BAM/2019 saylı qərardadı ilə şikayət təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 noyabr tarixli 2-2(82)-Bİİ/2014 saylı qərardadı ləğv edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 may tarixli 2-2(82)-Bİİ/2014 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət Şirkətə münasibətdə buraxılmamış hesab edilmiş, apellyasiya mümkün sayılmış, işə baxılması məhkəmə iclasına təyin edilmiş, eyni tarixli digər qərardadla iddiaçı “X” ASC ləğv prosesində olan “X” ASC-nin ləğvedicisi "F" fondu (bundan sonra – “F”) ilə əvəz edilmişdir (sədrlik edən – V.M, hakimlər – S.S, İ.Ə). b) Apellyasiya instansiyası məhk əməsindəki birinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 iyun tarixli 22(103)-BAM/2019 saylı qətnaməsi ilə Şirkətin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 may tarixli 2-2(82)-Bİİ/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.M, hakimlər – S.S və İ.M).
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin yeganə dəlilini əsassız saymışdır. Belə ki, 15-05 saylı və 18-05 saylı müqavilələr məhz Şirkətlə bağlanmışdır. MM-in 53.2-ci maddəsi də hüquqi şəxsin filialının onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölməsi olmasını təsbit etmişdir. Odur ki, MPM-nin 261-ci maddəsi ndə nəzərdə tutulan icraat xitam verilmə əsasları iş üzrə müəyyən edilmir.
26. Şirkətin təqdim etdiyi 2019-cu il 17 may tarixli müstəqil auditor rəyi onun ASC-yə olan borclarının ödənildiyini təsdiq edən sənəd deyil. Belə ki, MPM-in 81-ci maddəsinə əsasən, əgər Şirkət ASC-yə olan borcları bank vasitəsilə ödədiyini irəli sürürsə, həmin ödənişlərin təyinatını təsdiq edən sənədləri (ödəniş tapşırığı, mədaxil qəbzi, ekspert rəyi və sair) məhkəməyə təqdim etməli idi. Onun təqdim etdiyi digər materiallar isə Azərbaycan Respublikasının dövlət dilində olmadığı və tərcüməsi notariat qaydasında təsdiq edilmədiyi üçün müzakirə edilmir.
27. Məhkəmə bu qənaətini birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş hüquq normalarından başqa (bax yuxarıda § 15), həmçinin MM-in 53.2, 427.3, 448.2, 478, 489.1-ci, MPM-nin 81-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
28. Həmin qətnamədən Şirkət 2019-cu il 19 avqust tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli 2-2(102)-AM/2019 saylı qərarı ilə k assasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 iyun tarixli 2-2(103)BAM/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – X.M, hakimlər – A.H və R.N).
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şirkət auditor rəyini qarantiya müqavilələri üzrə öhdəliklərin onun tərəfindən yerinə yetirilməsini təsdiq edən sübut kimi təqdim etmişdir. Müvafiq olaraq məhkəmənin, sübut dəyəri daşıdığı üçün həmin rəyi MPM-nin 88-ci maddəsindən irəli gələn işdəki digər sübutlarla birgə tədqiq etmək və qiymətləndirmək vəzifəsi olmuşdur. Apellyasiya instasniyası məhkəməsi isə sübutların mümkünlüyünə dair norma kimi çıxış edən MPM-nin 81-ci maddəsinə istinadla ümumiyyətlə həmi n sübutu yoxlamaqdan və qiymətləndirməkdən imtina etmiş, bu zaman prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
31. Hazırkı halda auditor rəyinə münasibətdə MPM-nin 81-ci maddəsinin tətbiqi düzgün deyildir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsindən göründüyü kimi, auditor rəyi hər hansı halı qəti müəyyən edən sübutetmə vasitəsi deyil, hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.
32. Beləliklə, hüquqi əhəmiyyəti olan rəsmi sənəd kimi auditor rəyi məhkəmədə tərəflərin tələb və etirazlarını əsaslandıran halları müəyyən edən sübutetmə vasitələrindən biridir. Ona görə də, məhkəmə ona təqdim olunmuş auditor rəyini iş üzrə mübahisələndirilən halları aydanlaşdırmağa yönəlmiş sübutlardan biri kimi qəbul etməklə müvafiq qaydada tədqiq etmək və qiymətləndirmək v əzifəsi daşıyır.
33. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəyə prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində cavabdehin sübut kimi təqdim etdiyi auditor rəyinin yoxlanılması və qiymətləndirilməsi təmin edilməmişdir. Həmin sübuta qiymət verilməməsi müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilib-edilmədiyi ilə bağlı məsələ üzrə də nəticənin dəqiq müəyyən edilmədiyinə dəlalət edir. Təkrar apellyasiya baxışında auditor rəyinin, eləcə də ondan irəli gələn mümkün digər halların və sübutların işdəki digər sübutlarla birgə tədqiq edilməsi və qiymətləndirilməsi təmin olunmalıdır.
34. Məhkəmə öz qərarını MPM-nin 76.1, 88-ci, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8-ci maddələrinə istinad etm əklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 mart tarixli 22(103)-BAM/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur (sədrlik edən – V.B, hakimlər – E.N, C.Y): qarantiya müqavilələrinin şərtlərinə əsasən Şirkət (filialı) tərəfindən 2014-cü il 12 may tarixinədək ASC-yə filialın həmin bankdakı hesabından akseptsiz qaydada silinmələr də nəzərə alınmaqla hansı məbləğdə ödəniş edilmişdir (əsas borc və faiz üzrə) və 2013-cü il 19 noyabr tarixinədək banka qalıq faiz borcu nə qədər təşkil etmişdir?
36. Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 17 iyul tarixli məhkəmə-mühasibat ekspertizasının 9/994 nömrəl i rəyində qeyd olunmuşdur ki, 15-05 saylı müqavilə üzrə hesabdan çıxarış məlumatları tam təqdim edilmədiyindən Şirkətin həmin müqavilə üzrə ASC-yə olan borcunu müəyyən etmək mümkün olmadı. Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 18-05 saylı müqavilə şərtləri əsas götürülməklə bu müqavilə üzrə Şirkət tərəfindən 350.075 avro məbləğində ödəniş olmuş və 2013-cü il 19 noyabr tarixinə ASC-yə olan faiz və əsas borcu 162.900,28 avro (əsas borc üzrə 125.850 avro, faiz borcu üzrə 37.050,28 avro) məbləğində müəyyən edilir.
37. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 22(103)-BAM/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2014-cü il 12 may tarixli 2-2(82)-Bİİ/2014 saylı qə tnaməsi qismən -18-05 saylı müqavilə üzrə faiz borcu tutulması hissəsində dəyişdirilmiş, həmin müqavilə üzrə Şirkətdən ASC-nin xeyrinə 37.050,28 avro faiz borcunun tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, Şirkətdən Məhkəmə Ekspertiza Mərkəzinin hesabına 200 manat ekspertiza xərci tutulmuşdur (sədrlik edən – V.B, hakimlər – R.Q və C.Y).
38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Almaniyanın “Z” şirkətinin filialı Azərbaycan Respublikasında 2008-ci il 26 noyabr tarixində qeydiyyata alındığından Azərbaycan məhkəmələri Azərbaycanda filial olan cavabdehə qarşı qaldırılmış iddiaya baxmaqda səlahiyyətli olmuşlar.
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Şirkət tərəfindən təqdim edilmiş audit rəyində Şirkətin ASC- yə olan əsas və faiz borcunun tam ödənildiyi qeyd edilsə də, rəydə hansı müqavilə üzrə borcun tam ödənilməsinin nəzərdə tutulduğu, hər bir müqavilə üzrə faiz borcunun auditor tərəfindən hansı məbləğdə müəyyən edildiyi qeyd olunmamışdır. Bundan əlavə, rəydə Şirkətin ödənişinin cəmi 469.619,6 avro təşkil etdiyi qeyd edilsə də, ASC-nin maliyyə arayışlarına əsasən, hər iki müqavilə üzrə ödənişlərin məbləği 476.925 avro müəyyən olunur. Göründüyü kimi, auditor Şirkətin həyata keçirdiyi ödənişlərin məbləğini belə düzgün hesablamamış və ödənişləri ASC-nin arayışlarındakı məbləğlərdən az göstərmişdir. Eyni zamanda, hər iki qarantiya müqaviləsi üzrə əsas borcun məbləği ümumilikdə 602.775 avro təşkil etdiyi halda, Şirkətin cəmi 469.619,6 avro ödəniş etməklə bütün borcu ödədiyinə dair auditor rəyində qeyd edilənlərin əsassız olduğu müəyyən olunur. Buna görə də, həmin audit rəyi işin hər hansı halını müəyyən edən mötəbər sübut kimi qəbul edilə bilməz.
40. Şirkət tərəfindən məhkəməyə 15-05 saylı müqavilə üzrə faiz ödənildiyini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, həmin müqavilə üzrə Şirkətdən faiz borcu tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.
41. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, 18-05 saylı müqavilə üzrə faiz borcu 37.050,28 avro məbləğində müəyyən edilməli, apellyasiya şikayətinin dəlilləri qalan hissələrdə əsassız hesab edilərək təmin edilməməlidir.
42. Məhkəmə bu qənaətini MPM-nin 14.2, 77.1, 88, 261, 440.1-ci maddələrinə, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
43. Həmin qətnamədən 2020-ci il 20 oktyabr tarixində F kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməyən hissədə tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
44. Həmçinin həmin qətnamədən 2020-ci il 11 noyabr tarixində Şirkət kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) iddiaçının kassasiya şikayətinin dəlilləri
45. Bank tərəfindən tərtib olunmuş maliyyə arayışı hesabdan çıxarış məlumatlarını tam əks etdirdiyindən faiz borcunu əsaslı olaraq 48.201,99 avro müəyyən etmişdir. Faiz borcu məbləğinin hesablanma qaydası əsaslıdırsa, faiz borcu həcminə görə obyektivdir və müşt ərinin Bank qarşısında öz vəzifələrinin icrasından məsuliyyətsizcəsinə yayınması nəticəsində əmələ gəlmişdir. Kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə isə faiz borcunu azaldarkən yalnızca məbləği azaltmaqla kifayətlənmiş qətnaməni əsaslandırmamışdır.
46. İddiaçnını kassasiya şikayəti ARK-nın 25, 26, 61 və 129-cu, MM-nin 339.4-cü, MPM-nin 9.3, 76.1, 80, 88, 217.3, 405.0.1, 418.1, 418.2-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırılmışdır. a) cavabdehin kassasiya şikayətinin dəlilləri
47. Ekspert qarşısında qoyulmuş suallarda audit rəyinin dig ər iş materiallarla qarşılıqlı araşdırılması nəzərdə tutulmadığndan bu audit rəyi sübutuna ekspertiza rəyində qiymət verilməmiş və nəzərə alınmamışdır. Belə olan halda ekspertizanın keçirilməsi qeyri-mümkün olduğundan ekspert məhkəməyə vəsatətlə müraciət etmək məcburiyyətində qalmışdır. Ekspertin bu vəsatəti ilə bağlı məhkəmə 5 vərəqdə əlavə sənədlər təqdim etmiş, lakin vəsatə tam təmin edilməmişdir. Belə halda, ekspert rəyində 1-ci suala cavab vermək mümkün olmadığı bildirilmiş, 2-ci suala isə cavab vermək üçün isə yalnız Şirkətin ASC-dəki hesabından 35.0075 avro məbləğində ödəniş olunduğu müəyyən edilmiş, lakin Cavabdeh ana şirkətinin Almaniyada olan bank hesabından ASC-nin hesabına ödənilən pul vəsaitləri nəzərə alına bilməmiş və bunun nəticəsi olaraq 2-ci sualda göstərilən banka olan ə sas borc və faizlər 162.900,28 avro məbləğində yanlış olaraq müəyyən edilmişdir.
48. Ümumiyyətlə, qətnamədə ASC tərəfindən onun öz adından tərtib və təsdiq edilən müxtəlif arayışlar mötəbər sübut kimi qəbul edilmiş və onların əsasında Şirkətin ASC-yə borclu olması sübut edilmiş fakt kimi qəbul edilmişdir.
49. Məhkəmə Şirkət tərəfindən təqdim edilmiş audit rəyinə hüquqi qiymət verərkən nəzərə almamaışdır ki, auditor qarşısında qoyulan sual və auditor rəyində təsdiq etdilmış faktlar ümumiyyətlə Şirkətin baş ofisinin hesabı olan Almaniya Bankından ASC-nin hesabına bilavasitə ödədiyi vəsaitin nə zaman və hansı miqdarda olmasını və ASC-yə münasibətdə Şirkətin bank hesabi üzrə yaranmış ümumiyyətlə bütün təyinatlı kerditor borcunu olub olmamasın müəyyən etmişdir.
50. Bundan əlavə, məhkəmə hesab e dir ki, qeyd edilən audit rəyi işin hər hansı halını müəyyən edən mötəbər sübut kimi qəbul edilə bilməz. Burada məhkəmə ASC-nin öz maraqlarının müdafiəsi üçün təqdim etdiyi maliyyə arayışına hüquqi qiymət vermədən, onu əvvəlcədən mötəbər sübut kimi qəbul edir və xüsusi bilik tələb edən sahə üzrə müstəqil ekspertin rəyi ilə müqayisədə mötəbərliyinə üstünlüyü ASC-nin arayışına verir və auditorun cavab verəcəyi suallara obyektiv, qərəzsiz, hərtərəfli və tam digər sübutlarla birlikdə baxdıqdan sonra qiymət vermək əvəzinə, yalnız ASC-nin arayışı əsasında özü qiymət verir və əsas borcun məbləğinin ümumilikdə 602.775 Avro təşkil etdiyini bildirir.
51. Bununla belə, məhkəmə prosesi bitdikdən sonra iş materialları ilə tanış olarkən müəyyən edilmişdir ki, 5 vərəqdə apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertə 2020ci il 17 iyun tarixində (ekspertin vəsatəti daxil olduqdan 1 ay 7 gün keçdikdən sonra) göndərilmiş sənədlərin hansı qaydada, kim tərəfindən, hansı tarixdə və kimin tələbi ilə məhkəməyə təqdim edilməsi müəyyən edilmir. Buradan belə nəticəyə gəlmək olar ki, həmin 5 vərəqdən ibarət sənəd məhkəmə tərəfindən ASC-dən qeyri-prosessual qaydada əldə edilmiş və bu yeni sənədlərin qəbul edilməli olub-olmamasına məhkəmə tərəfindən MPM-nin 371-ci maddəsi qaydasında hüquqi qiymət verilməmişdir. Əslində isə 5 vərəq sənəd MPM-nin 89-cü maddəsi qaydasında tərtib edilmiş yazılı sübut kimi qəbul edilə bilməz, çünki onlar lazımi qaydada təsdiq edilməmiş və həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ASC-dən asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandı rılmamışdır.
52. Apellyasiya baxışında məhkəməyə tərəfimizdən bildirilmişdir ki, məhkəmə ekspertizasının auditor rəyində olan ziddiyyətlər məhz prosessual pozuntu ilə əldə edilmiş ASC tərəfindən tərtib edilmiş 5 vərəq sənədlər səbəbindən yarandığından eksperti məhkəməyə dəvət edib ona suallar vermək və ya təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Lakin məhkəmə ASC tərəfindən tərtib edilmiş sənədləri mötəbər sübut kimi qəbul edib iş üzrə qətnamə qəbul etmişdir.
53. Cavabdeh kassasiya şikayətini ARK-nın 25, 127 və 129-cu, MM-nin 339.4-cü, MPM-nin 8, 9, 76.1, 81, 88, 89, 101, 201, 371, 377, 380.1, 420-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şər h edilməsinə dair” 2019-cu il 18 mart Qərarına, “İnsan Hüquqları üzrə” Avropa Konvensiyanın 6-cı paraqrafının 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Fuşe Fransaya qarşı” (§ 34), “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” (§ 56), “Klimentyev Rusiyaya qarşı” (§ 95) qərarlarına istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
54. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
55. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam əsaslı olmadığını, işə baxılarkən bir çox maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi, iddiaçının kassasiya şikayətinin təmin edilməsi ni, cavabdehin kassasiya şikayətinin rədd edilməsini, qətnamənin qismən ləğv edilərək, iddia tələbinin təmin olunmayan hissədə də tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
56. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı olmadığını, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi, cavabdehin kassasiya şikayətinin təmin edilməsini, iddiaçının kassasiya şikayətinin rədd edilməsini, qətnamənin tam ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
57. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
58. İş üzrə iddiaçı və cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
60. ARK-nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 19.Pul vahidi İ. Azərbaycan Respublikasının pul vahidi manatdır. İİ. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir. İİİ. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.”
61. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
53. Nümayəndəliklər və filiallar... 53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəs ini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilm əli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
478. Qarantiya anlayışı Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.” “Maddə
489. Qarantın prinsipial a qarşı reqres tələbləri 489.1. Qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul ol an şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
62. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarın ı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri... 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutla rın tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
102. Əlavə və təkrar ekspertiza... 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.” “Maddə
217. Qətnamənin qanuni liyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallar da xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmiş sə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmiş sə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” “Maddə
440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, iş də iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun....” 63. “Auditor xidməti haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
2. Audit anlayışı Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.” “Maddə
8. Auditor rəyi Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli sürülən tələbləri Auditorlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir.”
64. AMP-nin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının müvafiq müddəalarında aşağıdakı lar nəzərdə tutulmuşdur: “2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
10. Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. 17-ci bəndinə əsasən, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.”
65. KMP-nin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarında qeyd edilmişdir ki: “... Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o q ədər qərar” qaydasına çevrilir....”
66. KMP-nin “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarında qeyd edilmişdir ki: “Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olun an işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı).”
67. İHAM-ın “Kraska İsveçrəyə qarşı iş üzrə” 1993-cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermə dən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30).
68. İHAM-ın “Van de Huk Niderlanda qarşı iş üzrə” 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyəti nəzərə alınaraq göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
69. İHAM-ın “Hiro Balani İspaniyaya qarşı iş üzrə” 1994-cü il 9 dekabr, “Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə” 2007-ci il 21 yanvar tarixli qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərar larını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
70. İşin materiallarını, kassasiya şikayətlərinin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(103)80/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti isə qismən təmin edilməlidir.
71. Məhkəmə kollegiyası iddiaçı kassatorun 2012-ci il 18 may tarixli qarantiya müqaviləsi üzrə ekspertin 37.050,28 avro məbləğində hesabladığı faiz borcunun azlığına dair dəlili (bax yuxarıda § 45) ilə aşağıdakı səbəblərdən razılaşmır.
72. MPM-ə 2019-cu il 29 noyabr tarixində əlavə edilmiş və 2020-ci il 1 mart tarixindən qüvvəyə minmiş 102.3-cü maddəyə (bax yuxarıda § 62) görə, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər.
73. Lakin işin materiallarında olan 2020-ci il 26 avqust tarixli məhkəmə iclasının protokolundan görünür ki, sözü gedən ekspert rəyi tədqiq olunarkən həmin iclasda iştirak edən Bankın n ümayəndəsi belə vəsatət verməmişdir.
74. Halbuki işin materiallarında olan xəbərnamədən görünür ki, ekspert rəyi Banka 2020-ci il 20 avqust tarixində təqdim olunmuşdur. Göründüyü kimi, Bankın həmin ekspert rəyi ilə ətraflı tanış olması və mövqeyinin formalaşdırılması üçün 6 gün vaxtı olmuşdur.
75. Bununla əlaqədar iddiaçı kassatorun faiz borcunun azlığı haqqında narazılığı qəbuledilməzdir.
76. Məhkəmə kollegiyası iş üzrə ekspertiza ilə bağlı qanun pozuntularına yol verilməsinə, ekspert rəyinin qüsurlu olmasına, auditor rəyinə düzgün qiymət verilməməsinə dair cavabdeh kassatorun dəlilləri (bax §§ 47-52) ilə razılaşaraq bu məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab edir.
77. Əvvəla, işin materiallarından görünür ki, əlavə materialların təqdim olunmasına da ir ekspertin vəsatəti daxil olduqdan sonra məhkəmə MPM-nin 9-cu maddəsində (bax yuxarıda § 62) nəzərdə tutulmuş çəkişmə prinsipini, habelə Şirkətin MPM-nin 47.2-ci maddəsində (bax yuxarıda § 62) nəzərdə tutulmuş prosessual hüquqlarını pozaraq bununla bağlı birtərəfli qaydada yalnız Banka müraciət etmiş, Bankdan aldığı sənədləri qarşı tərəfin onlara dair münasibətini öyrənmədən ekspertə göndərmişdir.
78. Həmçinin qeyd etmək lazımdır ki, vəsatətə əsasən ekspertə təqdim olunmuş materiallar tam və hərtərəfli tədqiqatın aparılması üçün yetərli olmamışdır. Bunun nəticəsidir ki, ekspert rəyində 15-05 saylı müqavilə üzrə hesabdan çıxarış məlumatları tam təqdim edilmədiyindən ekspertiza qarşısında qoyulmuş iki sualdan birincisinə cavab vermək, həmin müqavilə üzrə borcu müəyyən etmək mümkün olmamışd ır.
79. İşin materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 26 tarixli iclasının protokolundan görünür ki, Şirkət ekspertizanın nəticələri ilə razılaşmamış, ekspert rəy verərkən Şirkətin təqdim etdiyi audit rəyi və sənədlərini nəzərə almadığını, Bankın təqdim etdiyi hesabdan çıxarış ilə Şirkətin təqdim etdiyi sənədlər arasında ziddiyyətlərin aradan qaldırılmadığını bildirmiş, bu səbəbdən təkrar ekspertizasının aparılmasını təklif etmiş, qarşı tərəf bu təklifə etiraz etməyərək məsələni məhkəmənin mülahizəsinə buraxmışdır.
80. MPM-ə 2019-cu il 29 noyabr tarixində əlavə edilmiş və 2020-ci il 1 mart tarixindən qüvvəyə minmiş 102.3-cü maddənin (bax yuxarıda § 62) tələbinə görə, işdə iştirak edən şəxsin əlavə və ya təkrar ekspertiza təyin edilməsinə dair vəsatət vermək h üququ vardır və məhkəmə həmin vəsatəti rədd etdikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
81. Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi yerində müşavirə edərək heç bir əsas gətirmədən Şirkətin müvafiq vəsatətini təmin etməmiş, bununla da istinad olunan prosessual tələbi pozmuşdur. Həmin pozuntu mübahisənin düzgün həllinə imkan verməmiş, işin həllinə birbaşa təsir etmiş, iş üzrə bütün hallar araşdırılmamış, nəticədə əsaslandırılmamış qətnamə qəbul olunmuşdur.
82. Bundan başqa, məhkəmə Şirkətin təqdim etdiyi audit rəyini iki səbəbdən işin hər hansı halını müəyyən edən mötəbər sübut kimi qəbul etməmişdir. Birinci səbəb rəydə Şirkətin Banka olan əsas və faiz borcunun tam ödənildiyi qeyd edilsə də, hansı müqavilə üzrə borcun tam ödənilməsinin nəzərdə tutulduğu, hər bi r müqavilə üzrə faiz borcunun hansı məbləğdə müəyyən edildiyinin qeyd ounmamasıdır. Lakin bu zaman məhkəmə nəzərə almamışdır ki, auditor qarşısında qoyulmuş sualın məqsədi və ona auditor rəyində verilmiş cavab Şirkətin baş ofisinə xidmət edən Almaniya bankından bilavasitə iddiaçı Bankın hesabına daxil olmuş vəsaitin auditi olmuşdur.
83. Rəydə audit qarşısında qoyulmuş suala cavab olaraq bildirilmişdir ki, 2012-ci ilin oktyabr və dekabr aylarında “Y” şirkətindən onun Azərbaycan Respublikasındakı filialının “X” ASC-dəki hesabına ümumilikdə 469.619,6 Avro vəsait daxil olmuşdur ki, bu da bank zəmanətlərinin və bank xidmət haqqının və faizlərin tam ödənilməsinə yönəldilmişdir.
84. Audit rəyinin mötəbər sübut kimi qəbul edilməməsinin ikinci səbəbi isə, rəydə Şirkətin etdiyi ödənişin cəmi 469.619,6 Avro təşkil etdiyi qeyd edilsə də, Bankın maliyyə arayışlarında hər iki müqavilə üzrə ödənişlərin məbləğinin 476.925 Avro göstərilməsi, habelə əsas borcun məbləği ümumilikdə 602.775 Avro təşkil etdiyi halda, rəydə Şirkətin cəmi 469.619,6 Avro ödəniş etməklə bütün borcu ödənildiyinin qeyd edilməsi olmuşdur.
85. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Bankın birtərəfli qaydada təqdim etdiyi maliyyə arayışlarına əsaslanaraq audit rəyində göstərilmiş borcun hesablanmasının nəticələrini şübhə altına almış, audit rəyinə düzgün əsaslandırılmış qiymət verməyərək onu qeyri-mötəbər hesab etmiş, obyektivlik prinsipini gözləməmiş, beləliklə MPM-nin 88-ci maddəsinin tələblərini (bax § yuxarıda 62) də pozmuşdur.
86. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, audit rəyinin mötəbə r sübut kimi qəbul edilməməsi üçün məhkəmənin gətirdiyi hər iki səbəb əsassızdır. Məhkəmə Bankın təqdim etdiyi maliyyə arayışı, ekspert rəyi ilə audit rəyində əks olunanlar arasındakı ziddiyyəti aradan qaldırmaq, qaranlıq məqamlara aydınlıq gətirmək əvəzinə, audit rəyini əsassız olaraq qeyri-mötəbər sübut kimi kənara qoymuş, iş üzrə əsaslandırılmış qərar qəbul etməmişdir.
87. Halbuki Ali Məhkəmənin iş üzrə qəbul etdiyi 2019-cu il 12 noyabr tarixli qərarda verilmiş göstəriş məhz təkrar apellyasiya baxışında auditor rəyinin, eləcə də ondan irəli gələn mümkün digər halların və sübutların işdəki digər sübutlarla birgə tədqiq edilməsi və qiymətləndirilməsi idi.
88. Lakin həmin göstəriş yerinə yetirilmədiyindən MPM-nin 420-ci maddəsinin (bax yuxarıda § 62) tələbi pozulmuş, işdə olan qeyri-müəyyə nliklər, ziddiyyətlər aradan qaldırılmamışdır.
89. MPM-nin 418.3-cü maddəsinə (bax yuxarıda § 62 ) uyğun olaraq, mübahisənin düzgün həllinə təsir edən və ya edə bilən kobud prosessual pozuntular apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.
90. AMP-nin mövqeyinə görə, qətnamədə iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədikdə, məhkəmənin qəti nəticəsi şərh edilmədikdə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadıqda, qətnamə əsaslı hesab edilə bilməz; kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər (bax yuxarıda § 64).
91. KMP- nin bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (bax yuxarıda § 66).
92. İHAM-ın mövqeyi də ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olubolmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmə lər tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (bax yuxarıda §§ 67-69).
93. Bu tələblərdən irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, məhkəmənin həmin halları əsaslandırdığı sübutlar, bu və ya digər sübutları, işdə iştirak edən şəxslərin istinad etdiyi hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu hüquq normaları göst ərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.
94. Qətnamə mövcud situasiyaya hüquqi qiymət verməklə bərabər ədalətin bərpa edilməsinə yönəlməlidir. Ədalətli məhkəmə araşdırması hüququ əsas insan hüquq və azadlıqları arasında olmaqla bərabər, digər hüquqların qarantı rolunda çıxış edir. Ədalətli məhkəmə araşdırması hüququ işin məhkəmədə baxılması və qərar əldə edilməsi hüququnu deyil, məhz işin ədalətli baxılması və ədalətli məhkəmə qərarlarının əldə edilməsi hüququnu ehtiva edir. Əks halda, bu hüququn xəyali və nəzəri hala gəlməsi, digər hüquqları da qeyri-praktiki və illuziya halına gətirə r.
95. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə qətnamə qanuni və əsaslı olmadığından, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-nin 217.1 və 217.3-cü maddələrinin (bax yuxarıda § 62) tələblərinə uyğun deyildir.
96. Belə vəziyyətdə qətnamənin qüvvədə saxlanılması mümkün deyildir. Təkrar apellyasiya baxışı zamanı qeyd olunan pozuntular aradan qaldırılmalı, tərəflərin bütün dəlillərinə qiymət verilməli, iş üzrə düzgün araşdırma aparılmalıdır.
97. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2020-ci il 26 avqust tarixli 22(103)-BAM/2020 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın.