Məhkəmə qərarları › İş №2-2(102)-560/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-560/2024

20.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-560/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyasının Cavabdeh qarşı “icarə obyektinin boşaldılması, tikilmiş əlavə tikili və qurğuların cavabdehin hesabına sökülməsi, dəymiş ziyanın ödənilməsi” tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin Cavabdeh qarşı eyni tələbə dair iddia ərizələri və iddiaçı Cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyasına qarşı “qanuni sahibkarlıq fəaliyyətinə maneə ola biləcək hərəkətlərin edil məsinin qadağan olunması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRAR 2-2(102)-560/2024 Açar sözlər: icarəyə verilmiş daşınmaz əmlakın boşaldılması \ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızından və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 may tarixli, 22(103)-418/2024 nömrəli qətnaməsindən ilk və üçüncü şəxsin iddiaları üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 1984-cü il 2 iyul tarixli 4/212 nömrəli aktla 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsində yerləşən palçıq müalicəsi nəzdində müalicə-kurort çimərliyinin təşkili üçün Azərbaycan Respublikası kurort həmkarlar ittifaqının idarə edilməsi üzrə sovetliyinin hüzurunda 1,67 ha sahə təriqi ilə ölçülüb ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişanlar qoyulmuşdur.

2. Bakı şəhər X1 İcraiyyə Komitəsinin tikintinin layihələndirilməsinə görə icazə barədə və torpaq sahəsinin ayrılması barədə 1985-ci il 22 mart tarixli qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində “Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkilinə icazə verilmişdir.

3. Bakı şəhər zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsi Baş memarlıq p lanlaşdırma idarəsi tərəfindən 1985-ci il tarixində təsdiq olunmuş 6041 nömrəli inşaat pasportuna görə 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində “Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkili üçün Azərbaycan Respublikası kurort həmkarlar ittifaqının idarə edilməsi üzrə şurasına torpaq sahəsi ayrılmışdır. 4. “Kurortlar” Səhmdar Cəmiyyəti Azərbaycan Respublika Şurası Rəyasət Heyətinin 1992-ci il 20 oktyabr tarixli 20 nömrəli qərarı əsasında Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasının müəssisələrinin bazasında yaradılmışdır. 5. "xxxx" QSC 1992-ci il 3 noyabr tarixində dövlət qeydiyyatına alınmış və "xxxx" Səhmdar Cəmiyyətinin bazasında yaradılmaqla, onun hüquqi varisidir. 6. "xxxx" sanatoriy ası "xxxx" Səhmdar Cəmiyyətinin nizamnaməsinə müvafiq olaraq müstəqil struktur bölməsidir, onun tabeliyində fəaliyyət göstərən hüquqi şəxs statuslu tərkib hissəsidir. "xxxx" sanatoriyası 1998-ci il 22 may tarixində dövlət qeydiyyatına alınmışdır.

7. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2008-ci il 14 may tarixli ekspert rəyinə görə "xxxx" Səhmdar Cəmiyyətinin "xxxx" sanatoriyasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. 8. "xxxx" QSC-nin Müşahidə Şurasının 2012-ci il 11 iyun tarixli 2 nömrəli qərarı ilə "xxxx" Səhmdar Cəmiyyəti "xxxx" QSC adlandırılmış və "xxxx" sanatoriyası QSC-nin tərkib hissəsi kimi təsdiq edilmişdir. 9. "xxxx" QSC-nin Müşahidə Şurasının 2012-ci il 18 iyun tarixli 3 nömrəli qərarı ilə Azərbaycan Respublikası Kurortlar Şurası (indiki "xxxx" QSC) tərəfindən 1985-ci il 8 yanvar tarixli 04-50/11 nömrəli “Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvaristirahət zonasının təşkili ilə əlaqədar müraciətə əsasən Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən 1985-ci il 22 mart tarixli 1/12 nömrəli qərarı ilə ayrılmış 1,67 ha torpaq sahəsi "xxxx" sanatoriyasının istifadəsinə verilmişdir. 10. ünvan 1 ünvanında, 0,03258 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 265,6 m2, tikinti altı sahəsi 736,2 m2 olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına 2013-cü il 25 oktyabr tarixində Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 11. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti (reyestr nömrəsi: **********28-06301) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-dir (2013-cü il 22 oktyabr tarixli texniki pasport).

12. İcarəyə verən "xxxx" SC-nin Şıx sanatoriyası ilə icarəçi Cavabdeh arasında 2021-ci il 1 yanvar tarixli 1 nömrəli icarə müqaviləsi ilə icarəyə verən Bakı şəhəri, Səbaiİ rayonu, Bibi-Heybət qəsəbəsi, Namiq Quliyev, 45 ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəçinin icarəyə verilmişdir. Müqavilə 1 il müddətinə bağlanmışdır. Müqaviləyə əsasən, müqavilənin müddətinin başa çatmasına 1 ay qalmış tərəflər müqaviləyə əlavə və dəyişiklik etməzlərsə, müqavilə hər 2 tərəfin qarşılıqlı razılığı ilə həmin müddətə, həmin şərtlərlə uzadıla bilər. 13. 2022-ci il 1 yanvar tarixdə "xxxx" Sanatoriyası tərəfindən yazılı qaydada Cavabdeh icarə müqaviləsinə xitam verilməsi və icarə obyektini n boşaldılması barədə bildiriş və xəbərdarlıqlar göndərilmiş, Cavabdeh tərəfindən icarə obyekti boşaldılmamışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyası Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan restoran sahibi olan sahibkar, cavabdehin icarə obyekti olan qeyri-yaşayış binasının və torpağının yerləşdiyi ünvandan, yəni mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" QSC tərəfindən "xxxx " Sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" Sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq istifadəsində və sərəncamında olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpağa köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci il 1 yanvar tarixində cavabdehlə iddiaçı arasında 1 nömrəli icarə müqaviləsi 1 il müddətinə bağlanmış və ümumi sahəsi qış aylarında 413,19 m2, yay aylarında 813,19 m2 olan qeyri-yaşayış sahəsi cavabdehə 2022ci il 1 ya nvar tarixinə kimi icarəyə verilmişdir. Müqavilə müddəti bitdikdən sonra sanatoriya tərəfindən icarə müqaviləsinə xitam vermək və icarə obyektini boşaltmaq barədə dəfələrlə yazılı bildiriş və xəbərdarlıqlarına baxmayaraq, cavabdeh tərəfindən icarə obyekti boşaldılmamışdır. Belə ki, 2022-ci il 10 fevral tarixli 15/2 nömrəli, 2022-ci il 27 aprel tarixli 34/2 nömrəli və 2021-ci il 25 oktyabr tarixli 99/2 nömrəli məktublarla yazılı qaydada cavabdehə müraciət olunmuş, müraciətlər cavabsız qalmışdır. Halbuki, məcburi köçkünlər sanatoriyanın digər korpusunu boşaltdıqdan sonra sanatoriyada təmir və yenidən qurma işlərinə başlanılmalı olması, lakin cavabdehin iaşə obyektinə gələnlərin maşın səsi, səsküylərinin sanatoriyaya gələnlərin istirahət və müalicəsinə mane olmasını, eləcə də müqavilə müddəti nin bitməsini nəzərə alaraq icarə münasibətlərinə xitam verilməsini xahiş etmişlər. Cavabdehə müqaviləyə xitam vermək barədə bildirişi müqavilə müddəti bitdikdən 1 ay əvvəl və dəfələrlə sonradan da yazılı qaydada bildirmişlər. Daha sonra mediasiya təklifi, mediasiya prosesi gedişində iddiaçının mülkiyyətində olan icarə obyektini, eləcə də icarəyə verdikləri icarə torpağının boşaldılması, habelə dəymiş ziyan məbləği olaraq 2022ci il 1 yanvar tarixindən icra olunanadək hər ay icarə obyektindən qanunsuz istifadə nəticəsində dəymiş ziyan məbləğinin ödənilməsini tələb etmişlər.

16. İddiaçı Cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyasına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə iddiaçının qanuni sahibkarlıq fəal iyyətinə mane ola biləcək hərəkətlərin edilməsinin iddiaçıya qadağan olunmasını xahiş etmişdir.

17. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, ilk iddiaçının mübahisəli sahəyə heç vaxt heç bir hüququ olmamışdır. Təxminən 2000-ci illərin sonunda iddiaçı bütün dənizkənarı sahələrini zəbt etməyə başlamış, bir sıra sahibkarların əlindən restoranları alınmış və ya onlar diktə edilən şərtlərlə işləməyə məcbur edilmişdir. Nəzərə alınmalıdır ki, icarə müqaviləsi bağlananda artıq çıxarılması istənilən restoran var idi və işləyirdi. Bu icarə müqaviləsinin ləğv edilməsi cavabdehin oradan çıxması üçün əsas ola bilməz. Əgər cavabdehin icarəyə verilmiş sahədən çıxarılmağı istənilirsə, əvvəla icarəyə verilmiş (413,19 və 813,19 m2-lik) sahənin hara olması göstərilməlidir. Oradakı bütün sahə və tikilil ər cavabdehin illərdir ki, istifadəsindədir. O da nəzərə alınmalıdır ki, sanatoriya balıq restoranını tikəsi bir müəssisə deyildir. Sanatoriyada aparılacaq təmir və yenidən qurma işlərini, restorana gələn maşın səslərinin sanatoriyada dincəlməyə gələn insanların müalicəsinə mane olması kimi müqavilənin müddətinin uzadılmasından imtina olunmasına dair göstərilən əsassız səbəblər müqavilənin xitam olunmasının əsas halları kimi qəbul edilməməlidir. Çünki həmin sahədə çoxsaylı restoranlar var və bir restoranın bağlanması orada hansısa nəqliyyat vasitəsinin gəlişini azaldası deyildir. Restoranın ərazisi icarə müqaviləsində müəyyən olunmuş, müvafiq olaraq qış (413,19 m2) və yay ayları (813,19 m2) üçün qeyd edilən sahədən dəfələrlə böyükdür. Oradakı tikililərə gəldikdə hamısı cavabdeh tərəfindən tikilmişdir. İddiaçının icarəyə verdiyi sahə müəyyən oluna bilmədiyinə görə tələbin icra edilməsi mümkünsüzdür. İddianın əsası kimi istinad edilən icarə müqaviləsində hər hansı qeyri-yaşayış sahəsinin icarəyə verilməsi də bildirilmir. O da nəzərə alınmalıdır ki, çıxarılması istənilən yer restorandır və sırf restoran fəaliyyəti üçün tikilmiş sahədir. Hər halda, iddiaçı restoran tikintisi ilə məşğul olan subyekt deyildir. Əgər yüz minlərlə dəyəri olan belə bir restoran tikintisi ilə məşğul olmuşdursa, bunun hansı səbəbdən etməsinin, sanatoriya üçün ayrılmış pulları nə üçün və hansı əsasla balıq restoranının tikintisinə xərcləməsinin də hesabatını verməlidir. Müqaviləyə xitam verilməsi və icarə obyektindən çıxarılması sadəcə iddiaçının sahibkarlıq fəaliyyətinə maneələr yaratmaqdan, onun fəali yyətdə olduğu sahəni zəbt etməkdən başqa bir məqsəd daşımır. Cavabdeh yüz minlərlə pul vəsaiti xərcləyərək Bakı şəhərində sayılıb seçilən restoranı qurmuş, ora xüsusi avtomobil dayanacağı, uşaqlar üçün əyləncə mərkəzi, restorana gələn müştərilərə açıq və qapalı məkanda xidmət göstərmək üçün hər cür şərait yaratmışdır. Eyni zamanda restoranda onlarla sayda işçi daimi olaraq çalışmaqdadır.

18. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi və sonradan Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan restoran sahibi olan sahibkar, Cavabdeh icarə obyekti olan qeyri-yaşayış binasının və torpa ğının yerləşdiyi ünvandan, yəni mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" QSC tərəfindən "xxxx" Sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" Sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq istifadəsində və sərəncamında olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpağa köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Həmin iddia ilk iddiaçının dəlillərinə uyğun əsaslandırılmışdır.

20. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühəndistexniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 07 iyul tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh faktiki istifadəsində olan 9411 kv.m torpaq sahəsinin 6377 kv.m hissəsinin Bakı şəhəri X1 İcraiyyə Komitəsinin 1/12 saylı, xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgi və akta əsasən "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmin üst-üstə düşən hissədə xx.xx.2013-cü il tarixdə tərtib olunmuş Texniki Pasportda öz əksini tapmış “A” və “B” literli xidmət binaları, “İ” literli mövsümi xidmət sahəsi, “İİ” literli yarımçıq tikili, “İV” literli talvar tikililərinin, texniki pasportda qeyd olunmayan bir ədə d gözətçi binasının və “A” literli tikili ilə “İİ” literli tikili arasında inşa edilmiş əlavə tikilinin yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh faktiki istifadəsində olan 9411 kv.m torpaq sahəsinin 3034 kv.m hissəsinin isə 1/12 saylı, xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgi və akta əsasən "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. “Google Earth” internet proqramında mövcud olan illər üzrə görüntülərdə relyefdə əmələ gəlmiş dəyişikliklərdən görünür ki, üst-üstə düşməyən 3034 kv.m sahə 2012-ci və 2017-ci illərdən sonra dənizin doldurulması nəticəsində yaranmışdır. ünvan 4 ünvanda (əvvəlki adı Namiq Quliyev 45) yerləşən, daşınmaz əmlakın Dövlət reyestrindən (Reyestr nömrəsi **********28-06301) xx.xx.2023-cü il tarixli çı xarışa və çıxarışa əlavə edilmiş texniki pasporta əsasən "xxxx" QSC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinə aid 7580 kv.m torpaq sahəsinin bütövlüklə Cavabdeh faktiki istifadəsində olan 9411,0 kv.m torpaq sahəsi ilə hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. Üst-üstə düşən hissədə “A” literli tikili ilə “İİ” literli tikili arasında əlavə tikili, bir ədəd gözətçi binası, bir ədəd sanitar qovşağı və bir ədəd 32 metr uzunluqda, 5,5 metr enində mövsümi xidmət sahəsi tikilisi (qeyd olunan tikililər çıxarış və texniki pasportda göstərilməmişdir) inşa edilmişdir. Eyni zamanda Texniki pasportda qeyd olunan 7580 kv.m sahədən əlavə 1831 kv.m sahənin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Texniki pasportda qeyd olunan 7580 kv.m sahədən əlavə Cavabdeh faktiki istifadəsində olan 1831 kv.m ərazidə bir ədəd 29,5 metr uzunluqda, 5,5 metr enində talvar (mövsümi xidmət sahəsi) tikilisi inşa edilmişdir. “Google Earth” internet proqramında mövcud olan illər üzrə görüntülərdə relyefdə əmələ gəlmiş dəyişikliklərdən görünür ki, Cavabdeh faktiki istifadəsində olan Texniki pasportda qeyd olunan 7580 kv.m sahədən əlavə 1831 kv.m sahə 2017-ci ildən sonra dənizin doldurulması nəticəsində yaranmışdır.

21. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş təkrar məhkəmə mühəndistexniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 16 noyabr tarixli ekspert rəyinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına verilmiş (reyestr nömrəsi **********2806301) texniki pasport da ümumi torpaq sahəsi 0,7580 ha göstərilsə də, faktiki olaraq 0,9175 ha təşkil edir. Texniki pasportda göstərilən “A” literli tikilidə 1 saylı sahə (17,9 kv.metr) sökülmüşdür. “A” literli tikiliyə bitişik tikintialtı sahəsi 151,9 kv.m metal konstruksiyalı materialdan qeyri-yaşayış sahəsi quraşdırılıb. Bundan başqa ərazidə tikintialtı sahəsi 16,5 kv.metr sanitar qovşağı inşa edilib. Həmçinin tikintialtı sahəsi 194,1 kv.metr yüngül konstruksiyalı materialdan (taxta və dəmir) qeyri-yaşayış sahəsi, tikintialtı sahəsi 171 kv.metr talvar və tikintialtı sahəsi 12,3 kv.metr taxtadan köməkçi sahələr quraşdırılıb (faktiki torpaq sahəsində olan bütün tikililər cavabdeh tərəfindən istifadə olunur). Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış tikililəri Azərbaycan Həm karlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********28-06301 reyestr nömrəli qeyri-yaşayış binasının texniki pasport üzrə “A” və “B” literli tikililəri (əlavə inşa olunan tikililər) daxil olmaqla Bakı şəhəri X1 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür). Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış tikililəri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********28-06301 reyestr nömrəli qeyri-yaşayış binasının texniki pasport üzrə “A” və ”B” literli tikililəri (əlavə inşa olunan tikililə r) daxil olmaqla Bakı şəhəri X1 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür).

22. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli e-2-2(113)168/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Axundova) ilk iddia və üçüncü şəxsin iddialarının təmin olunması, cavabdehin icarə obyekti olan qeyri-yaşayış binası və torpağın yerləşdiyi ünvandan - mülkiyyətçi üçüncü şəxsin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binaları və ərazidən, habelə üçüncü şəxs tərəfindən iddiaçıya istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyekti və iddiaçının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, cavabdeh tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaq sahəsində inşa olunmuş və qurulmuş qanunsuz tikililər və qurğular cavabdehin vəsaiti hesabına sökülməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk iddia və üçüncü şəxsin iddiasının bir hissəsini cavabdehin icarə obyektini boşaltması, cavabdehin icarə sahəsindən çıxarılması təşkil etmişdir. Cavabdeh sözügedən tələblərə münasibətdə mübahisəli ərazidə yerləşən qeyri-yaşayış sahələri və torpaq sahəsinin faktiki istifadəsində olmasını inkar etməsə də, sözügedən qeyri-yaşayış sahələrinin üçüncü şəxsin mülkiyyətində olan və iddiaçıdan icarəyə götürdüyü əmlak kompleksi olması, eləcə də istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsinin bir hissəsi olması faktlarını mübahisələndirmişdir.

24. Qeyd edilən mübahisəli halın aydınlaşdırılması üçün iş üzrə məhkəmə tikintitexniki ekspertizası və sonradan təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Məhkəmənin təkrar ekspertiza üzrə ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmamış, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilmişdir. Cavabdehin istinad etdiyi təkrar ekspertizanın rəyi ilə ilk ekspertiza rəyi arasında (cavabdehin istifadəsində olan torpaq sahəsinin 1985-ci ildə üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsinin daxil olması hissəsində) ziddiyyətlərin olması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ilk ekspertiza keçirilərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxə ssisləri ekspertiza tədqiqatına cəlb olunmamış, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin koordinatları müqayisə edilməmişdir. Göstərilən halları nəzərə alaraq, məhkəmə ekspert rəyinin sözügedən hissəsi ilə razılaşmamış və mübahisəli halların aydınlaşdırılması üçün təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etmişdir. Odur ki, məhkəmə ilk ekspertiza rəyinin yuxarıda göstərilən hissəsinin mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlmişdir.

25. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlak kompleksinə dair iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 1 yanvar tarixli 1 nömrəli icarə müqaviləsinin müddəti 2022-ci il 1 yanvar tarixində bitmiş və iddiaçı tərəfindən cavabdehə icarə obyektinin boşaldılmasına dair xə bərdarlıqlar edilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməklə cavabdehin mübahisəli daşınmaz əmlakdan (qeyri-yaşayış sahələri və torpaq sahəsi) istifadə və sahiblik etməsi üçün mövcud olmuş müqavilə əsası aradan qalxmışdır. Digər tərəfdən, cavabdehin faktiki istifadəsində olan daşınmaz əmlak (qeyri-yaşayış sahələri və torpaq sahəsi) üzərində qanunla qorunan əşya hüququna malik olmasını, yəni həmin əmlak üzərində sahibliyinin qanuni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

26. Beləliklə, icarə müqaviləsi üzrə icarə verən iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 697.1-ci maddəsinin tələblərinə əsaslanaraq icarə obyekti olmuş, lakin icarə münasibətlərinə xitam verilməsinə baxmayaraq, icarə verənə qaytarılmamış ə mlakın (qeyri-yaşayış sahələri və ona aid torpaq sahəsinin) qaytarılmasını, üçüncü şəxs isə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi və torpaq sahəsinin qanuni sahibi qismində cavabdehin qanunsuz sahiblik və istifadəsində olan daşınmaz əmlakın (qeyri-yaşayış sahələri və torpaq sahəsinin) qaytarılmasını, eynilə iddiaçı və üçüncü şəxs 1985-ci ildə üçüncü şəxsə ayrılmış və QSC tərəfindən iddiaçının istifadəsinə verilmiş 1,67 ha torpaq sahəsinin qanuni sahibləri qismində həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin qaytarılmasını tələb etməklə haqlı olmuşlar. Ona görə də, məhkəmə cavabdehin icarə obyekti olan qeyri-yaşayış binası və torpağın yerləşdiyi ünvandan mülkiyyətçi üçüncü şəxsin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binala rı və ərazidən, habelə üçüncü şəxs tərəfindən iddiaçıya istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyekti və iddiaçının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması qənaətinə gəlmişdir.

27. Birinci instansiya məhkəməsi ilk iddianın və üçüncü şəxsin iddiasının cavabdeh tərəfindən özbaşına inşa olunmuş və qurulmuş qanunsuz tikililər və qurğuların sökülməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh mübahisəli ərazidə tikililərin onun tərəfindən inşa edilməsi faktını mübahisələndirməmişdir. Bundan əlavə, cavabdeh mübahisəli tikililərin inşa edilməsinin lazımi icazələr alınmaqla (məlumatlandırma icraatı tətbiq olunan tikililərə münasibətdə isə həmin icraat tətbiq edilməklə), eləcə də icarəyə verən iddiaçının razılığı alınmaqla aparılm asını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə üçüncü şəxsin mülkiyyətində olan əmlak kompleksinin və üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsinin daxilində yerləşən, cavabdeh tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaq sahəsində inşa olunmuş və qurulmuş qanunsuz tikililər və qurğuların cavabdehin vəsaiti hesabına sökülməli olması qənaətinə gəlmişdir.

28. İlkin iddiaçının və üçüncü şəxsin iddiasının, istifadələrində və sərəncamlarında olan, cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpaq sahəsinə köçürülmə tələbinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı qətnamə ilə cavabdehin icarə obyekti olan qeyri-yaşayış binası və torpağın yerləşdiyi ünvandan mülkiyyətçi üçüncü şəxsin mülkiyyətində olan ünvan 3 ünvanda ye rləşən icarə obyekti olan qeyri-yaşayış binaları və ərazidən, habelə üçüncü şəxs tərəfindən iddiaçıya istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdeh icarə obyekti və iddiaçının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması qət edilmişdir. İlkin iddiaçı və üçüncü şəxsin mülkiyyətində olan daşınmaz əmlak boşaldıldıqdan sonra icarə obyekti və torpaq sahəsinə tələb irəli sürən şəxslərin köçməsi üçün hər hansı maneə qalmır (cavabdehə münasibətdə). O baxımdan məhkəmə həmin hissəyə ayrıca münasibət bildirməyə lüzumun görməmişdir.

29. Qarşılıqlı iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçı və üçüncü şəxsin iddiaları təmin edildiyindən, cavabdehin mübahisəli ərazidə sahibkarlıq fəaliyyətini həyata keçirməsinin he ç bir hüquqi əsası mövcud olmamışdır. Eləcə də, cavabdeh tərəfindən onun sahibkarlıq fəaliyyətinə mane olacaq hər hansı hərəkətin iddiaçı tərəfindən olunmasını təsdiqləyəcək mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.8, 180.4 və 697.1-ci maddələrinə, “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 3-cü hissəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2 və 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

31. İlk və üçüncü şəxsin iddiaları üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

32. Bakı Apell yasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 may tarixli, 2-2(103)-418/2024 nömrəli qətnaməsi ilə (hakim V.Ə.Baxışovanın sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Şirinovdan və R.Ə.Qurbanovun ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli, e2-2(113)-168/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci il 1 yanvar tarixli 1 nömrəli icarə müqaviləsinin qüvvədə olma müddəti 2022-ci il 1 yanvar tarixində bitmiş, icarəyəverən müqavilə münasibətlərini davam etdirmək niyyətində olmadığını icarəçiyə yazılı bildiriş göndərməklə bildirdiyi halda icarəçi sahəni boşaltmamış və təhvil verməmişdir.

34. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə ekspertizalar təyin edilmiş, müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən icarəyə götürülmüş sahədə iddiaçının texniki pasportunda öz əksini tapmamış, icarəyəverənin razılığı olmadan özbaşına tikililər (gözətçi binası və s) inşa edilmişdir. Həmçinin ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, cavabdehin faktiki istifadəsində olan 9411 m2 torpaq sahəsinin 3034 m2 hissəsi 1985-ci il 22 mart tarixli 1/12 nömrəli qərar və həmin qərara əlavə edilmiş cizgi və akta əsasən üçüncü şəxsə ayrılmış 1,67 ha torpaq sahəsi ilə üst-üstə düşmür. “Google Earth” internet proqramında mövcud olan illər üzrə görüntülərdə relyefdə əmələ gəlmiş dəyişikliklərdən görünür ki, üst-üstə düşməyən 3034 m2 sahə 2012-ci və 2017-ci i llərdən sonra dənizin doldurulması nəticəsində yaranmışdır. Ekspert rəylərinə həm iddiaçıya ayrıc aktı ilə ayrılmış torpaq sahəsinin, həm də E.Məmmədovun faktiki istifadəsində olan sahənin peyk görüntüləri əlavə edilmişdir. Ekspert rəyinə əsasən eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçının texniki pasportunda qeyd olunan 7580 m2 sahədən əlavə cavabdehin faktiki istifadəsində olan 1831 m2 ərazidə bir ədəd 29,5 metr uzunluqda, 5,5 metr enində talvar (mövsümi xidmət sahəsi) tikilisi inşa edilmişdir.

35. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş qeyri-yaşayış sahəsinə apellyatorun vəsatəti əsasında məhkəmə tərəfindən ekspertlərin, mütəxəssislərin və tərəflərin iştirakı ilə yerində müayinə keçirilmiş və iş materiallarına əlavə edilmiş rəylərdə qeyd olunan hallar yerində araşdırılmışdır. Yerli baxış zamanı müəyyən edilmişdir ki, ayrıc aktında iddiaçının qanuni istifadəsində və balansında olan torpaq sahəsinin dəqiq koordinatları öz əksini tapmadığından mütəxəssislər və ekspertlər tərəfindən sahənin hüdudları və yeri miqyas, döngə nöqtələri, yoldan olan məsafə və digər texniki göstəricilər əsasında müəyyənləşdirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdehin faktiki istifadəsində olan 9411 m2 torpaq sahəsinin iddiaçının ayrıc aktının sərhədlərindən kənarda olan hissəsində icarəçi tərəfindən müvafiq icazələr alınmadan inşa olunmuş və restoran kimi fəaliyyət göstərən tikililər mövcuddur.

36. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olma müddəti başa çatdığından və icarəyəverənin icarə münasibətlərini davam etdirmə k niyyətində olmadığından, MM-in 697.1-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 3-cü hissəsinə əsasən, sahənin icarəçi tərəfindən boşaldılmasını, o cümlədən icarəçi tərəfindən sahədə özbaşına inşa edilmiş tikililərin sökülməsini tələb etmək hüququ mövcud olmuşdur. Buna görə də kollegiya ilk iddianın təmin olunduğu hissədə qətnamənin qanuni və əsaslı olması qənaətinə gəlmişdir.

37. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qətnamə ilə cavabdehin iddiaçının ayrıc aktı ilə ona ayrılmış torpaq sahəsindən və üzərində yerləşən tikililərdən çıxarılması və yalnız həmin sahədə özbaşına inşa olunmuş tikililərin sökülməsi qət edildiyindən, iddiaçının qanuni istifadəsinə ayrılmış sahədən kənarda yer ləşən, dənizin qurudulması hesabına yaranmış torpaq sahəsi və üzərindəki tikililər məhkəmə baxışının predmeti deyil. Buna görə də, dənizin qurudulması hesabına yaranmış torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi üçün apellyasiya instansiyası mərhələsində təkrar ekspertiza keçirilməsi barədə cavabdehin vəsatəti əsassız hesab olunaraq təmin edilməmişdir. İlk iddia üzrə tələb qanuni və əsaslı olduğundan cavabdehin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edildiyi təsdiq olunmadığı üçün qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə də qətnamə qanuni və əsaslı hesab olunur.

38. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 180.4, 697.1 və 700cü maddələrinə, “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 3-cü hissəsi və 12-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya ş ikayətinin və ona qarşı etirazın dəlilləri

39. İlk və üçüncü şəxsin iddiaları üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 40.1. Mülki Məcəllənin 157.2, 157.8, 159, 164.1, 164.2, 165, 180.4 və 697.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi apellyasiya şikayətində qeyd edilən dəlilləri tam araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddia edilən torpaq sahəsi iddiaçıya məxsus deyil. Cavabdehin çıxarılması istənilən torpaq sahə si, balıq restoranın ərazisi olmaqla daima cavabdehin (və ondan əvvəlki faktiki sahibinin) istifadə və sahibliyində olmuşdur. Hazırda mübahisələndirilən torpaq sahəsi həmin sahəyə sahiblik etmiş fiziki şəxslərin vəsaiti hesabına (dənizin doldurulması ilə) artırılmış və indiki vəziyyətə gətirilmişdir. Bu hal iş üzrə ekspertiza rəylərindən də görünür. Bu hala dəlalət edən sübutlar məhkəmə tərəfindən tam araşdırılmamışdır. Mübahisəli sahədəki bütün tikililər restoran təyinatlı obyektlərdir. İddiaçı həmin sahədə tikinti işləri aparmadığı kimi heç bir maliyyə vəsaiti də sərf etməmişdir. İddiaçı həmin sahənin və tikililərin ona məxsus olduğunu bildirsə də, bu tikintini nə vaxt, necə tikməsinə dair mötəbər sübutu mövcud deyil. Cavabdeh tərəfindən illər ərzində böyük məbləğdə vəsaitlər xərclənər ək, restoran hazırkı vəziyyətə gətirilmişdir. Ərazinin quruluşu və fəaliyyətinə baxdıqda, iddiaçının nə məqsədlə restoran üçün sahə tikməsi, tikibsə - hansı maliyyə resursları sərf etməsi, ən əsası əgər həmin sahə (tikililər) həqiqətən də iddiaçıya məxsus idisə, hansı səbəbdən son 2 il üçün icarə müqaviləsinin bağlandığı sual olunur. Tərəflər arasında bağlanmış icarə müqaviləsi formal olmuşdur. İddiaçı o müqavilələri görüntü üçün bağlamışdır. Müqavilənin formal olması müqavilənin qiymətindən, ərazinin ölçü və quruluşundan da aydın şəkildə görünür. Cavabdehin mübahisəli sahədən çıxarılması əsassızdır. Məhkəmənin qətnamə çıxararkən istinad etdiyi (çıxarış, texniki pasport, X1 İcraiyyə Komitəsinin 1985-ci il 22 mart tarixli 1/12 nömrəli qərarı və s.) sənədləri mötəbər deyil. Çünki, 1985-ci il 22 mart tarixli qərarda qeyd edilən sahə üzrə koordinatlar sürüşdürülərək cavabdehin ərazisinə aid edilmişdir. Həqiqətdə, X1 İcraiyyə Komitəsinin 1985-ci il 22 mart tarixli 1/12 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi demək olar ki, bütünlüklə “Nar Şərab” restoranın altında olan sahəni əhatə etməlidir. Bu məsələ üzrə əlavə və ətraflı araşdırma aparılmalıdır. İlk iddiaçının və üçüncü şəxsin torpaq sahəsi ilə bağlı təqdim etdikləri sənədlərdə ziddiyyətlər var. Belə ki, iş materiallarında olan **********28-06301 reyestr nömrəli çıxarışda istifadədə olan torpaq sahəsinin ölçüsü 0,03258 ha olsa da, texniki pasportda bu ölçü 7580 m2-dir. Məhkəmələr sənədlər arasındakı bu uyğunsuzluğu araşdırmamışdır. Texniki pasport da reallığı əks etdirmir. Ekspert rəyinə baxdıqda onu da görmək olar ki, iddi açının təqdim etdiyi texniki pasport tərtib edildiyi il dəniz doldurulmamış olsa belə, doldurulmamış hissə texniki pasportda əksini tapmışdır, İddiaçının əməlləri sahibkarın 20 ildən artıq bir müddətə ərsəyə gətirdiyi sahibkarlıq fəaliyyətinin məhv olması ilə bitmir. Bu qanunsuz və qərəzli hadisələr həm də yüzlərlə şəxsin işsiz qalması ilə nəticələnəcək. Qurulmuş bulvar tipli restoranların məhv olunması sahibkarlığın məhv edilməsidir. 40.2. Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 14.2, 88, 97.1, 102.1, 103.1, 217.3 və 254.1.4-cü maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli və “Qavazov Bolqarıstana qarşı iş üzrə” 2008-ci il 6 mart tarixli Qərarları üzrə - apellyasiya məhkəməsi işin hallarını, sübutları düzgün qiy mətləndirməmiş, çəkişmə prinsipini pozmuş və məhkəmədə cavabdehin iştirakını təmin etməmişdir. Nümayəndə və vəkil 2024-cü il 23 may tarixli iclasda üzrlü səbəbdən iştirak edə bilmədiyindən, məhkəmə iclası təxirə salınmalı olduğu halda, məhkəmə işə baxılmasını təxirə salmamışdır. Həmçinin, apellyasiya məhkəməsi iş üzrə icraatı dayandırmalı olduğu halda bunu etməmişdir. Kassator iddiaçının təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın və 2013-cü il 22 oktyabr tarixli qeyri-yaşayış binasının texniki pasportunun ləğv olunması ilə bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmənin nəticəyə gəlməsinə əsas olan ekspert rəyi və sonradan verilmiş mütəxəssis rəyi arasında cidd i fərqlər mövcuddur. Belə ki, 2023-cü il 7 iyul tarixli ekspert rəyində cavabdehin torpaq sahəsinin faktiki ölçüsü 9411,0 kv.m olduğu müəyyən edilmişdir. Lakin iş üzrə mütəxəssis rəyi və sonrakı 2023-cü il 27 oktyabr tarixli ekspert rəyində bu sahə 0,9175 ha təşkil etmişdir. Məhkəmə zamanı yaranan bu (236 m2 sahə) fərq araşdırılmamışdır. Hansı ki, cavabdeh apellyasiya məhkəməsinə təkrar ekspertizanın keçirilməsi məqsədilə vəsatət versə də, vəsatət əsassız olaraq təmin olunmamış, ziddiyyətli məqamlar araşdırılmamışdır. Ümumiyyətlə, məhkəmə işdəki sənədlərə münasibətdə sübutlara yanlış və birtərəfli qiymət vermişdir.

41. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

42. Kassasiya şikayətinə etiraz verilmə mişdir. Kassasiya baxışının hədləri:

43. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə m übahisənin hüquqi aktlarına təsir göstərə bilər.

44. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (2007-ci il 9 oktyabr tarixli 428-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 180.4-cü maddə əlavə edilmişdir). 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu m üqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 46. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun: 9-cu maddəsinin 3-cü hissəsinə əsasən icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, apar ılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, sə s və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz q ətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti üzrə araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti bitdiyindən və cavabdehin mübahisəli daşınmaz əmlaklardan istifadə üçün başqa qanuni əsas mövcud olmadığından, iddiaçı və üçüncü şəxs həmin əmlakların qaytarılmasını və mübahisəli ərazidə inşa olunan özbaşına tikililərinin sökülməsini tələb etməklə haqlı olmuşlar.

50. Kassasiya şikayətinin dəlilləri ilk olaraq iddiaçı və üçüncü şəxsin mübahisəli torpaq sahəsində hüquqlarının olmamasına, onların təqdim etdikləri hüquq müəyyənedici sənədlərin qanunsuz, ekspert rəylərinin əsassız olmasına yönəldilmişdir.

51. Lakin, nəzərə alınmalıdır ki, hazırkı iddia tələbləri iddiaçı və cavabdeh arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir. Təqdim olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və texniki pasportda əks olunan məlumatların həqiqətə uyğun olmamasını təsdiq edən sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.

52. Həmçinin kass ator ekspert rəylərini mübahisələndirsə də, apellyasiya məhkəməsi həmin rəylərin sübut kimi mötəbərliyinə və işə aidiyyətinə səlahiyyətləri çərçivəsində hüquqi vermişlər.

53. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəylərinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

54. Cavabdehin iştirakının təmin edilməməsinə dair kassasiya şikayətinin dəlili açıq-aydın əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh apellyasiya instansiyası məhkəməsindəki məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, məhkəmənin 08 may 2024-cü il tarixdə onun səlahiyyətli nümayəndəsi, Vəkil2 iştirak etmiş, 10 may 2024-cü il tarixdə məhkəmə tərəflərin, o cümlədən cavabdehin və onun nümayəndəsinin iştirakı ilə mübahisəli torpaq sahəsini yerində müayinə etmişdir. Məhkəmənin sonuncu iclasında cavabdehin nümayəndəsi vəsatət verərək, ölkə xaricində olması əsası ilə məhkəmə iclasını təxirə salınmasını xahiş etsə də, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin göstərişlərinə uyğun olaraq işə baxılmasını mümkün hesab etmişdir. Göründüyü kimi, kassatorun istinad etdiyi bu dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz.

55. İş ü zrə icraata apellyasiya məhkəməsi tərəfindən dayandırılmalı olmasına dair kassatorun dəlili həmçinin əsassızdır. Belə ki, qeyd olunduğu kimi, hazırkı iddianın əsasını tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddətinin bitməsi təşkil edir. Digər tərəfdən, müəyyən olunur ki, hazırkı ilk iddia 2022-ci il 22 sentyabr tarixində birinci instansiya məhkəməsinə verilmiş və iddianın əsasında mübahisəli torpaq sahəsinin Bakı şəhər X1 İcraiyyə Komitəsinin tikintinin layihələndirilməsinə görə icazə barədə və torpaq sahəsinin ayrılması barədə 1985-ci il 22 mart tarixli qərarı və Daşınmaz əmlakın Dövlət reyestrindən 2013-cü il 25 oktyabr tarixli Çıxarışa əsasən "xxxx" QSC-nin mülkiyyət və sahibliyində olması dayanmışdır. Cavabdeh isə həmin sənədləri 2024-cü ilin may ayından inzibati məhkəmə icra atı qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iş üzrə icraatın dayandırılmasına dair vəsatəti işin süni uzadılmasına xidmət etdiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməklə prosessual hüquq normaların pozuntusuna yol verilməmişdir.

56. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının araşdırılmaması və iddianın sübut olunmamasına yonəldilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Q ərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni v ə əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk və üçüncü şəxsin iddiaları üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 may tarixli, 2-2(103)-418/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar