Məhkəmə qərarları › İş №2-2(102)-561/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-561/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-561/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Nazila Kazemzadehə və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-561/2024 Bakı şəhəri Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, öhdəliyin lazımi qaydada icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Nazila Kazemzadehə və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersi ya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 29 may tarixli, 2-2(103)-526/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC və Cavabdeh1 MMC arasında 2022-ci il 1 fevral tarixində Bank xidmətlərinin göstərilməsinə dair X3 2021-ci il 14 iyun tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-06480LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir.

2. Tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində 2022-ci il 15 fevral tarixli DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfi ndən Borcalana 2024-cü il 15 fevral tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 206.902 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

3. Bank ilə borcalan Cavabdeh1 MMC arasında bağlanmış DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında 2022-ci il 15 fevral tarixli DG**********687 saylı, Nazila Kazemzadeh arasında 2022-ci il 15 fevral tarixli DG**********687 saylı və Cavabdeh3 arasında 2022-ci il 15 fevral tarixli DG**********687 saylı zaminlik müqavilələri bağlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2 023-cü il 13 iyul tarixində Cavabdeh1 MMC, Cavabdeh2, Nazila Kazemzadehə və Cavabdeh3 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda “ABG”, “K.Babak”, “K.Nazila”, “K.Sanaz”) qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 148.972,83 manat əsas borc, 20.596,45 manat faiz borcu, 4.989,76 manat cərimə borcu olmaqla, cəmi 174.559,04 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 65 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə ABG arasında 2022-ci il 1 fevral tarix ində bank xidmətlərinin göstərilməsinə dair X3 2021-ci il 14 iyun tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-06480LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində 2022-ci il 15 fevral tarixli DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana 2024-cü il 15 fevral tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 206.902 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bank ilə borcalan ABG arasında bağlanmış DC00411585-01 saylı maliyyələşdir mə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə K.Babak, K.Nazila və K.Sanaz 2022-ci il 15 fevral tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borcalan maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini icra etməyərək 234 gün kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın 2023-cü il 7 iyun tarixinə iddiaçı qarşısında öhdəlikləri DC00411585-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 148.972,83 əsas borc, 16.234,85 faiz borcu, 3.070,42 manat cərimə borcu olmaqla, cəmi 168.278,10 manat təşkil edir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, ək s halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 q aydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X3 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X4 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 17 ya nvar tarixli 9/8136 saylı rəyi ilə cavabdehlərin 2023-cü il 7 iyun tarixinə iddiaçıya olan əsas borcu 148.972,83 manat, faiz borcu 15.834,22 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 fevral tarixli e-2-2(113)-167/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, DC00411585 01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 148.972,83 manat əsas borc, 20.195,82 manat faiz borcu, 4.989,76 manat cərimə borcu olmaqla, cəmi 174.158,41 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və dövlət rüsumuna görə 63,93 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Z. Pirverdiyev).

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış maliyyələşdirmə üçün ərizələrdən və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə ödəniş qrafikləri, maliyyə arayışları, hesabdan çıxarışların və ekspert rəyinin müqayisəli təhlilindən görünür ki, cavabdehlər üzərinə düşən öhdəliklərini icra etməmişlər.

9. Məhkəmə ekspert rəyi ilə bağlı bildirmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

10. Bundan başqa, faiz borcu i lə bağlı məhkəmə qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan göründüyü kimi ekspert tərəfindən faiz borcu hesablanarkən 2023-cü il 7 iyun tarixinədək olan müddətə hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, faiz borcunu 2023-cü il 9 avqust tarixinədək hesablamışdır. Bu halda məhkəmə hesab etmişdir ki, 2023-cü il 7 iyun tarixinə iddiaçının hesabladığı faiz borcu (16.234,85 manat) ilə ekspert tərəfindən hesablanmış faiz borcu (15.834,22) arasındakı fərq (400,63 manat (16.234,85-15.834,22) 2023-cü il 9 avqust tarixinədək hesablanmış faiz borcundan (20.596,45 manat) çıxılmaqla qalan 20.195,82 manat (20.596,45-400,63) məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir.

11. Həmçinin, məhkəmə iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, həmin müqavilələrə əsasən borcalan borc verənə illik cərimə faizi 15%-dək olmaqla dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab etmişdir ki, maliyyələşdirmə üçün ərizə üzrə tələb olunan 4.989,76 manat dəbbə pulu cavabdehlərdən tutulmalıdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 462.1, 470, 739.1, 741-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpot eka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh ABG apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul olunaraq iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 29 may tarixli, 2-2(103)-526/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdehlərdən iddiaçının xeyrinə faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlərdən iddiaçının xeyrinə 17.733,67 manat faiz borcunun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).

15. Apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyənləşdirərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 29 mart tarixli qərarını nəzərə almamış, iddiaçı bank bütün kredit borcunun geri qaytarılması barədə qarşı tərəfə 20 23-cü il 5 iyul tarixdə iddia ərizəsi təqdim etməklə kredit müqavilənin ləğv edilməsi barədə iradəsini ifadə etdiyindən və qarşı tərəf buna etiraz etmədiyindən kredit müqaviləsi həmin tarixdən ləğv edilmiş hesab edilməli və müqavilə üzrə faiz borcu həmin tarixədək hesablanmalıdır.

16. Bundan əlavə, işdəki ekspert rəyində (bax §7) kredit üzrə faiz borcunun müqavilə üzrə faiz borcunun 2023-cü il 7 iyun tarixinə 15.834,22 manat olduğu, günlük faiz məbləği 70,35 manat müəyyən edilmişdir. Belə olan halda sadə riyazi hesablama ilə 2023-cü il 7 iyun tarixindən müqavilə ləğv edildiyi 2023-cü il 5 iyul tarixədək 27 gün üçün borcalanın 1.899,45 (27x70,35) olduğu, ümumilikdə 2023-cü il 5 iyul tarixinədək cavabdehlərin banka 17.733,67 manat faiz ödəməli olduğu müəyyən olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən qətnamə faiz borcu tutulması hissəsində dəyişdirilərək cavabdehlərdən iddiaçının xeyrinə 17.733,67 manat faiz tutulmalıdır.

17. Həmçinin, cavabdehlərdən müqavilə şərtlərinə əsasən tutulmuş (maliyyələşmə üçün ərizədə öhdəliyin lazımınca icra edilməməsinə görə illik 15 faiz, gündəlik 0,0416 faiz cərimə ödənişi nəzərdə tutulmuşdur) 4.989,76 manat cərimə borcu ilə bağlı məhkəmə qeyd etmişdir ki, borcalan tərəfindən kredit üzrə ödənişlər 2022-ci il 27 oktyabr tarixindən dayandırıldığından müqavilə şərtlərinə əsasən tutulmuş cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğu üçün cərimənin azaldılması və cərimə borcu ilə bağlı hissədə iddianın rədd edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 462. 1, 470, 739.1, 741-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 29 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh ABG kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 20.1. Azərbaycan Respublikası Konstitusiya sının 10, 12 və 60-cı, MPM-in 14.1, 14.2, 88, 217.1, 217.3-cü maddələri üzrə - məhkəmə işə baxarkən iddia tələbinin əsaslandırıldığı və məhkəmə araşdırmasına təqdim edilmiş sübutları qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmamış, işə qərəzli yanaşmış, bununla da cavabdehin qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququnu pozmuşdur. 20.2. Konstitusiyanın 127-ci maddəsinin İV və Vİİ hissələri və İnsan Hüquq və X1 Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi üzrə - apellyasiya məhkəməsi cavabdehin məhkəmə prosesində iştirakını təmin etməmişdir. 20.3. MPM-in 9-cu maddəsi üzrə - məhkəmə öz vəzifəsini həyata keçirməmiş, cavabdehin məhkəmə prosesini təxirə salması ilə bağlı ərizəsinə qiymət verməyərək, onun iştirakı olmadan məhkəmə pro sesini həyata keçirməklə çəkişmə prinsipini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbinin əsaslandırıldığı sübutlar kifayət qədər əsaslı olmuş, iş məhkəmələr tərəfindən tam araşdırılmış, əsas və cərimə borcunun nə qədər təşkil etməsinin hərtərəfli və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş maddi və prosessual hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 14 və 88-ci ma ddəsinin tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci və 217.3-cü maddəsinə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya baxışının hədləri

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericili yin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassatorun şikayətinin dəlillərinə uyğun olaraq mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun i sə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə v ə ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyf iyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayin ə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, kassasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və qətnamənin ləğvi üçün əsas ola bilməz.

29. İlk olaraq qeyd olunmalıdır ki, kassator onun təqdim etdiyi sübutların məhkəmələr tərəfindən nəzərə alınmamasını göstərsə də, mövqeyini əsaslandırmamış, hansı sübutları təqdim etdiyini, həmin sübutların iddianın rədd olunması üçün nə kimi əsas olmasını göstərməmişdir.

30. Digər tərəfdən cavabdeh onun apellyasiya məhkəməsində iştirakının təmin edilmədiyini qeyd etmişdir.

31. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh məhkəmə iclasını n vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmışdır. Cavabdehin nümayəndəsi M.Tanrverdiyev ölkə xaricində olması səbəbindən iclasın təxirə salınmasını xahiş etsə də, bu barədə sübut təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsi MPM-in 376.2ci maddəsinin tələblərinə uyğun olaraq işə baxılmasını mümkün hesab etmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 29 may tarixli, 2-2(103)-526/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar