Məhkəmə qərarları › İş №2-2(102)-562/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-562/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-562/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 22(105)-70/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Xalça istehsalı emalatxanaları binal arının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsi ilə əlaqədar olaraq İddiaçı ASC (“Sifarişçi”), Cavabdeh MMC isə (“İcraçı”) olaraq, müvafiq qaydada ayrı-ayrılıqda 2017-ci il 30 mart tarixli (Ağdam rayonu, Quzanlı qəsəbəsi; tikinti quraşdırma işlərinin ümumi dəyəri smetaya uyğun olaraq ƏDV ilə birlikdə 1.906.880 manat təşkil etmişdir), 2017-ci il 24 aprel tarixli (Xaçmaz rayonu, Qaradağ Buduq kəndi; tikinti quraşdırma işlərinin ümumi dəyəri smetaya uyğun olaraq ƏDV ilə birlikdə 1.891.100 manat təşkil etmişdir), 2017-ci il 25 aprel tarixli (Tovuz rayonu, Düz Çırdaxan kəndi; tikinti quraşdırma işlərinin ümumi dəyəri smetaya uyğun olaraq ƏDV ilə birlikdə 1.885.640 manat təşkil etmişdir), 2017-ci il 1 may tarixli (Ağstafa şəhəri, Hüseyn Arif küçəsi; tikinti quraşdırma işlərinin ümu mi dəyəri smetaya uyğun olaraq ƏDV ilə birlikdə 1.812.480 manat təşkil etmişdir), 2017-ci il 1 may tarixli (Qəbələ şəhəri, Elçin Kərimov küçəsi; tikinti quraşdırma işlərinin ümumi dəyəri smetaya uyğun olaraq ƏDV ilə birlikdə 1.828.560 manat təşkil etmişdir), 2017-ci il 1 may tarixli (İsmayıllı şəhəri, S.Ə. Şirvani və M.Gəncəvi küçəsinin kəsişməsi; tikinti quraşdırma işlərinin ümumi dəyəri smetaya uyğun olaraq ƏDV ilə birlikdə 1.699.940 manat təşkil etmişdir), 2017-ci il 23 may tarixli (Quba şəhəri; tikinti quraşdırma işlərinin ümumi dəyəri smetaya uyğun olaraq ƏDV ilə birlikdə 1.711.000 manat təşkil etmişdir) və 2017-ci il 19 iyun tarixli (Qazax şəhəri, Nizami küçəsi; tikinti quraşdırma işlərinin ümumi dəyəri smetaya uyğun olaraq ƏDV ilə birlikdə 1.808.940 manat təşkil etmişdir) “Tikinti ü çün Baş Podrat Müqavilə”ləri bağlanmış və həmin müqavilələr əsasında qeyd olunan xalça istehsalı emalatxanaları tikilərək təhvil verilmişdir.

2. Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə ünvanlanmış 2017-ci il 27 noyabr tarixli 29/2017 nömrəli pretenziya məktubunda tərəflər arasında 2017-ci ildə bağlanmış müqavilələr əsasında yaranmış 3.597.915 manat məbləğində borcun 5 gün müddətində Cavabdeh MMCyə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

3. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2022-ci il 5 avqust tarixli AX02/0179/2022 nömrəli pretenziya məktubunda tərəflər arasında 2017-ci ildə bağlanmış müqavilələr əsasında yaranmış 4.179.165,12 manat məbləğində borcun 5 gün müddətində İddiaçı QSC -yə ödənilməsini xahiş etmiş, əks təq dirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 4. 2022-ci il 5 sentyabr tarixli MŞB/6-5399 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC-yə sessiyanın tarixi, saatı və yeri barədə 6 gün öncə poçt vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İddiaçı QSC tərəfindən ilkin mediasiya sessiyası üçün 400 manat məbləğində vəsait ödənmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 20 sentyabr tarixində Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 22 aprel tarixli 1(103)-667/2022 saylı qərarı ilə qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 yanvar tarixli 1(101)- 205/2022 saylı hökmü ilə müəyyən edilmiş cavabdeh tərəfindən iddiaçıya vurulmuş 4.290.232,73 manat məbləğində ziyan, 400 manat məbləğində mediasiya xərci və 2.535,12 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4.293.167,85 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 17 fevral tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi üzrə cavabdehə ödənilməli olan 111.067,61 manat məbləğində pul vəsaitinin hazırkı iddia üzrə iddiaçıya ödənilməli olan 4.293.167,85 manat pul vəsaitindən qarşılıqlı əvəzləşdirilərək çıxılması, tələblərin əvəzləşdirilməsindən sonra qalan 4.182.100,24 manat məbləğində vurulmuş ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (“Sifarişçi”) ilə cavabdeh (“İcraçı”) arasında 2017-ci il ərzində respublikanın 8 rayonu ərazisində xalça istehsalı emalatxanalarının binalarının tikintisi üzrə müqavilələr bağlanılmışdır (bax yuxarıda § 1). İddiaçı cavabdehə qarşı tərəflər arasında 2017-ci il 23 may tarixində bağlanmış Quba xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair müqavilədən irəli gələn öhdəliklərini icraçı vaxtında yerinə yetirmədiyinə görə “pul tələbi”nə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 166.100 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh i sə iddiaçıya qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ilkin iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, iddiaçıdan 1.219.089,90 manat əsas borc və 267.605,10 manat ƏDV olmaqla, ümumilikdə 1.486.695 manat məbləğində pul vəsaitinin tutulması, 261.982 manat məbləğində anbar qalığı olan mal-materialın geri qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli e-2-2(119)14/2020 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “pul tələbi” barədə ilkin iddia tələbi təmin edilərək, cavabdehdən 166.100 manat məbləğində cərimə (penya) və 30 manat məbləğində ödənilmiş dövlət rüsu mu olmaqla, cəmi 166.130 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddiası üzrə isə cavabdehə qarşı “borcun tutulması” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdehdən 121.062,61 manat məbləğində borc və 5 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 121.067,61 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 17 fevral tarixli 22(105)-12/2021 saylı qətnaməsi ilə qismən təmin olunmuş, Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli 2-2(119) -14/2020 saylı qətnaməsi cavabdehdən 166.100 manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən 10.000 manat məbləğində cərimənin (penya) iddiaçının xeyrinə tutulması, qətnamənin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 noyabr tarixli 2-2(102)-400/2021 saylı qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 17 fevral tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 17 fevral tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi qanuni qüvv əyə minmiş və məhkəmənin 2022-ci il 27 yanvar tarixli 2-2(105)12/2021 saylı icra vərəqi üzrə icra icraatı başlanılmışdır. İddiaçının İdarə Heyətinin sədri vəzifəsində işləmiş, "xxxx" MMC-nin təsisçisi olan 2021-ci il 5 noyabr tarixdə vəfat etmiş X2 Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 179.4, 213.3, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 yanvar tarixli 1(101)-205/2022 saylı hökmü ilə X3 (bundan sonra – “V.Muradov”) CM-in 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 22 aprel tarixli 1(103)-667/2022 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 yanvar tarixli 1(101)205/2022 saylı hö kmü qüvvəsində saxlanılmış və həmin hökm qanuni qüvvəsini almışdır.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 yanvar tarixli 1(101)-205/2022 saylı hökmü ilə müəyyən olunmuşdur ki: 1) Ağdam xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 402.555,78 manat (ƏDV-li 475.015,82 manat) artıq daxil edilməklə, 630.297,49 manat (ƏDVli 743.751,04 manat); 2) Xaçmaz xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikintiquraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 387.115,57 manat (ƏDV-li 456.796,37 manat) artıq daxil edilməklə, 633.356,06 manat (ƏDV-li 747.360,15 manat); 3) Ağstafa xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikintiquraşdırma işlərinə sərf o lunan material, işçilik və digər xərclərin dəyəri cəmi 361.112,59 manat (ƏDV-li 426.112,86 manat) artıq daxil edilməklə, 515.380,75 manat (ƏDV-li 608.149,29 manat); 4) Tovuz xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikintiquraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 390.784,70 manat (ƏDV-li 461.125,95 manat) artıq daxil edilməklə 568.819,48 manat (ƏDV-li 671.207 manat); 5) Qəbələ xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 355.748,33 manat (ƏDV-li 419.783,03 manat) artıq daxil edilməklə, 541.877,53 manat (ƏDV-li 639.415,49 manat); 6) İsmayıllı-1 xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 389.096,88 manat (ƏDV-li 459.134,32 manat) artıq daxil edilməklə, 540.707,18 manat (ƏDV-li 638.034,47 manat); 7) Quba xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 270.016,89 manat (ƏDV-li 318.619,93 manat) artıq daxil edilməklə, 400.621,61 manat (ƏDV-li 472.733,50 manat); 8) Qazax xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 323.136,48 manat (ƏDV-li 381.301,06 manat) artıq daxil edilməklə 459.172,63 manat (ƏDV-li 541.823,72 manat) olmaqla, ümumilikdə 4.290.232,73 manat məbləğində pul vəsaiti qanunsuz olaraq cavabdeh vasitəsi ilə iddiaçının hesabından köçürülmüşdür. Qanuni qü vvəyə minmiş həmin məhkəmə hökmü ilə müəyyən olunmuş cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın məbləği 4.290.232,73 manat təşkil etmişdir. Göstərilən pul vəsaiti dövlət büdcəsindən iddiaçıya ayrılaraq cavabdehin təqdim etdiyi hesablar əsasında köçürüldüyündən, vurulmuş ziyanın geri qaytarılması zəruri olmuşdur.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 384.0.4. 1091, 1092.1-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində “qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuş cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın məbləği 4.290.232,73 manat təşkil edir. Göstərilən pul vəsaiti dövlət büdcəsindən iddiaçıya ayrılaraq cavabdehin təqdim etmiş olduğu hesablar əsasında köçürüldüyündən, vurulmuş ziyanın geri qaytarılması zəruridir” qeyd olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Muradov CM-in 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 22 aprel tarixli 1-(103)-667/2022 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 yanvar tarixli, 1(101)-205/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmış və hökm qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 22 aprel tarixli 1(103)-667/2022 saylı qərarında qeyd olunmuşdur ki: “birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi X5 və X4 məhkəmədə izahat verərək bi ldirmişlər ki, Vidadi Muradov tərəfindən iddiaçıya ziyan dəymişdir. Xahiş edir ki, həmin ziyan Vidadi Muradov və ailə üzvlərinin üzərinə həbs qoyulmuş əmlakları hesabına ödənilsin”. Həmin cinayət işin materiallarından görünür ki, V.Muradova aid əmlakların üzərinə həbs qoyulmuşdur və həbs qoyulmuş əmlakların satışından əldə edilmiş vəsait hesabına dövlət büdcəsinə olan borclar və zərərçəkmişlərin pulları ödənilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Muradovun təqsiri tam sübuta yetirilmişdir və iddiaçıya vurulmuş ziyanın V.Muradov və ailə üzvlərinin, üzərinə həbs qoyulmuş əmlakları hesabına ödənilməsi qanuna müvafiq olmuşdur.

11. Birmərtəbəli xalça istehsalı binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərinin yerinə yetirilməsinə dair Baş Podrat Müqavilələrinin şərtlərinə əs asən, cavabdeh bütün layihələri uğurla başa çatdırmış və dövlət əhəmiyyətli layihələr olan həmin xalça emalatxanaları iddiaçı tərəfindən istismara qəbul edilmişdir. Tikinti-quraşdırma işlərinin müəyyən mərhələlərində cavabdehin iradəsindən kənar olaraq (hava şəraitinin əlverişsizliyi) işdə tikintinin ümumi vəziyyətinə təsir etməyəcək ölçülərdə gecikmələr olmuşdur. Bu səbəbdən iddiaçı 2017-ci il 12 iyun tarixində ləngimələr və çatışmazlıqların aradan qaldırılması üçün cavabdehə 10 gün vaxt vermiş və işçi qrupunun iclas protokolunun surətini cavabdehə göndərmişdir. 2017-ci il 22 iyun tarixli 08/2017 saylı məktubla iddiaçıya rəsmi olaraq bildirilmişdir ki, cavabdeh tərəfindən görülən tədbirlər nəticəsində nöqsanlar aradan qaldırılmışdır. Cavabdeh işlərə başladığı andan, xüsusən də 2017-ci i lin iyun ayından etibarən iddiaçının rəhbərliyi cavabdehin işinə hədsiz dərəcədə müdaxilələr etməyə başlamış, obyektlərdə çalışan mühəndis və texniki işçiləri əsassız olaraq obyektlərdən uzaqlaşdırmış, işləri heç bir mühəndislik təhsili və təcrübəsi olmayan şəxslərə həvalə etmişdir. Cavabdeh tərəf dəfələrlə şifahi və yazılı olaraq bu barədə iddiaçının rəhbərliyinə müraciət etmiş olsa da, bunun heç bir nəticəsi olmamışdır. Görülmüş işlərin və alınmış malmaterialın pulunu cavabdehə ödəməkdən imtina edən iddiaçıya 2017-ci il 27 noyabr tarixli 29/2017 saylı pretenziya məktubu göndərilmişdir. Pretenziyanın göndərilməsindən sonra iddiaçı 2017-ci ilin dekabr ayından başlayaraq müqavilə və smeta üzrə görülən işlərdən ödəməli olduğu vəsaiti çətinliklə hissə-hissə 2018-ci ilin sonuna qədər ödəmişdir. Müqavilə və smetada nəzərdə tutulmayan, lakin iddiaçının istəyi ilə görülən əlavə işlərdən ödəməli olduğu 1.486.695 manatdan isə heç bir ödəniş edilməmişdir. Əksinə, uzun müddət görülmüş işlərin və alınmış mal-materialın pulunu cavabdehə ödəməkdən imtina etmiş iddiaçının rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalınmışdır.

12. İddiaçı tərəfindən cavabdehin görmüş olduğu əlavə işlərə görə yaranmış olan 1.486.695 manat borcunu ödəməməsi və qanunsuz olaraq saxladığı mal materialın geri qaytarılmaması cavabdehin işini iflic vəziyyətə salmışdır. Podrat müqavilələrinin 2-ci bəndinin tələbinə əsasən cavabdeh 8 rayonda layihələndirilən birmərtəbəli xalça istehsalı binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında tikib təhvil vermişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmi ş “Obyektlərin istismara qəbul aktları” da bunu təsdiq etmişdir. Digər tərəfdən, cavabdehin təqdim etmiş olduğu 2 saylı Formaların ən sonuncuları 2017-ci ilin dekabr ayı olmaqla, iddiaçı tərəfindən təsdiq olunmuşdur. İddiaçının rəhbərliyinin əməllərinin qanunazidd olduğu və bu qanunazidd əməllərin şəxsən özü və rəhbəri olduğu iddiaçı üçün ağır nəticələrinin olacağı barədə cavabdeh tərəfindən 2017-ci il 14 sentyabr tarixli 19/2017 saylı, 18 sentyabr tarixli 20/2017 saylı, 2 oktyabr tarixli 23/2017 saylı, 2 oktyabr tarixli 24/2017 saylı, 6 dekabr tarixli 32/2017 saylı, 11 dekabr tarixli 33/2017 saylı, 2018-ci il 15 yanvar tarixli 01/2018 və 02/2018 saylı, 12 iyul tarixli 13/2018 saylı, 23 iyul tarixli 34/2018 saylı və 8 sentyabr tarixli 35/2018 saylı məktublarla müraciət olunmuşdur. İddiaçın ın cavabdehə olduğu borcun vaxtında ödənilməməsi nəticəsində, sonuncu tərəfindən də digər şirkətlərlə bağlı müqavilələr üzrə öz öhdəliklərinin vaxtında yerinə yetirilməsi mümkün olmamış və nəticə etibarı ilə cavabdehə külli miqdarda zərər vurulmuşdur. Belə ki, bir neçə şirkət pulun gecikdirilməsinə görə cavabdehə qarşı cərimələr hesablanmışdır. Eyni mübahisə üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli 2-2(119)-14/2020 saylı qətnaməsi ilə iddiaçının ilkin iddia tələbi təmin edilərək, cavabdehdən 166.100 manat məbləğində cərimə (penya) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 166.130 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdehin qarşılıqlı iddia tələbini isə qismən təmin olunaraq, iddiaçıdan 121.062,61 manat məbləğində b orc və 5 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 121.067,61 manat məbləğində pul vəsaitinin cavabdehin xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 17 fevral tarixli 2-2(105)12/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 166.100 manat cərimənin iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilməsi, cavabdehdən 10.000 manat cərimə (penya) iddiaçının xeyrinə tutulması, qətnamənin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 10 noyabr tarixli 2-2(102)-400/2021 saylı qərarı ilə kassasiya şikay ətləri təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 17 fevral tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli e-2-2(119)-29/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – Z.Sadiqov).

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanan müqavilələrin icrası zamanı yaranmış mübahisəli hallarla əlaqədar qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 yanvar tarixli 1(101)-205/2022 nömrəli hökmü ilə podrat müqavilələrinin bağlandığı və icra edildiyi dövrdə iddiaçının İdarə Heyətinin sədri olmuş mərhum V.Muradov CM-in 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Həmin hökmdə təqsirləndirilən şəxs V.Muradovun ittiham olunduğu digər cinayət əməlləri ilə yanaşı, cavabdehin bank hesabına da cəmi 12.240.332,43 manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olmuş, həmin pul vəsaitinin 7.950.099,7 manatının aparılmış tikinti üzrə sərf edilmiş xərclərə yönləndirilməklə ödənilməsindən sonra tanışı X7 və qeyriləri tərəfindən qeyd edilən Şirkətin həmin hesabından ayrı-ayrı hüquqi və fiziki şəxslərə məxsus bank hesablarına müxtəlif məbləğdə köçürülmüş pul vəsaiti üzrə cəmi 4.290.232,73 manat məbləğdə pul vəsaitinin bilavasitə nağdlaşdırılmasından sonra Bakı şəhəri ərazisində istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri tərəfindən həmin pul vəsaitinin qeyd edilən müddət ərzində özünə verilməsinə nail olmaqla, mənimsənilməsi barədə də ittiham verilmişdir.

15. Hazırkı iddia ərizəsində də iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş iddia tələbində “Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 yanvar tarixli 1(101)-205/2022 saylı hökmü ilə müəyyən edilmiş cavabdeh tərəfindən iddiaçıya vurulmuş 4.290.232,73 manat məbləğində ziyanın tutulması” xahiş olunur.

16. Lakin həmin hökmlə cavabdeh tərəfindən iddiaçıya 4.290.232,73 manat məbləğində ziyan vurulması təsdiq edilmir. Halbuki hökmdə cavabdehin hesabına “iddia tələbində qeyd olunan 4.290.232,73 manat məbləğində pul vəsaitinin artıq ödənilməsində” təqsirli şəxs olaraq iddiaçının İdarə Heyətinin mərhum sədri V.Muradovun olduğu təsbit olunmuş və sonuncunun bu əməli hökmdə “tanışı X7 və qeyriləri tərəfindən qeyd edilən Şirkətin həmin hesabından ayrı-ayrı hüquqi və fiziki şəxslərə mə xsus bank hesablarına müxtəlif məbləğdə köçürülmüş pul vəsaiti üzrə cəmi 4.290.232,73 manat məbləğdə pul vəsaitinin bilavasitə nağdlaşdırılmasından sonra Bakı şəhəri ərazisində istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri tərəfindən həmin pul vəsaitinin qeyd edilən müddət ərzində özünə verilməsinə nail olmaqla mənimsənilməsi” kimi qeyd olunmuşdur.

17. Həmin hökmlə pulun bilavasitə nağdlaşdırılaraq mənimsənilməsində cavabdehin və yaxud onun vəzifəli şəxslərinin təqsirli olması, həmçinin artıq ödənilən pulun hər hansı bir hissəsinin cavabdeh və yaxud onun vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi müəyyən olunmamışdır. Qanuni qüvvəsini almış məhkəmə hökmünə əsasən tərəflər arasında bağlanmış Baş Podrat Müqavilələri üzrə artıq ödənilmiş və iddiaçının İdarə Heyətinin sədri olmuş V.Muradov t ərəfindən mənimsənildiyi təsdiq olunmuş pul vəsaitinin əsassız varlanmanın predmeti olaraq cavabdehdən tutulmalı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və vurulmuş ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 752.1, 753.1, 1091.1, 1091.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” və “Qavazov Bolqarıstana qarşı” işlər üzrə qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 82.3, 82.4, 88, 106.1, 106.3, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı 2023-cü il 13 mart tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 2-2(105)-70/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – İ.Dəmirov, hakimlər – F.Məmmədov və L.Rəhimli).

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 yanvar tarixli 1(101)-205/2022 saylı hökmündə cavabdeh tərəfindən iddiaçıya 4.290.232,73 manat məbləğində ziyan vurulması təsdiq olunmamışdır. Həmin hökmdə cavabdehin hesabına “iddia tələbində qeyd olunan 4.290.232,73 manat məbləğində pul vəsaitinin artıq ödənilməsində” təqsirli şəxs olaraq iddiaçının İdarə Heyətinin mərhum sədri V.Muradovun olduğu təsbit olunmuş və sonuncunun bu əməli hökmdə “tanışı X7 və qeyriləri tərəfindən qeyd edilən Şirkətin həmin hesabından ayrı-ayrı hüquqi və fiziki şəxslərə məxsus bank hesablarına müxtəlif məbləğdə köçürülmüş pul vəsaiti üzrə cəmi 4.290.232,73 manat məbləğdə pul vəsaitinin bilavasitə nağdlaşdırılmasından sonra Bakı şəhəri ərazisində istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri tərəfindən həmin pul vəsaitinin qeyd edilən müddət ərzində özünə verilməsinə nail olmaqla mənimsənilməsi” kimi qeyd olunmuşdur. Həmin hökmlə pulun bilavasitə nağdlaşdırılaraq mənimsənilməsində cavabdehin və yaxud sonuncunun vəzifəli şəxslərinin təqsirli olması, həmçinin artıq ödənilən pulun hər hansı hissəsinin cavabdeh və yaxud onun vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi müəyyən olunmamışdır.

22. Belə olduğu halda, qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 yanvar tarixli 1(101)-205/2022 saylı hökmünə əsasən Baş Podrat Müqavilələri üzrə artıq ödənilmiş və iddiaçının İdarə Heyətinin sədri olmuş V.Muradov tərəfindən bilavasitə nağdlaşdırılaraq mənimsənilməsində cavabdehin və yaxud onun vəzifəli şəxslərinin təqsirli olması və mənimsənilməsi müəyyən edilməmişdir.

23. Apellyasi ya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 752.1, 753.1, 1091.1, 1091.2, MPM-in 14.2, 77.1, 82.3, 82.4, 88, 106.1, 217.4, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 16 iyun tarixində tərəflərə göndərilmiş, tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.

25. İddiaçı 2023-cü il 16 avqust tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 26. 2023-cü il 29 avqust tarixində cavabdehin nümayəndəsi ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təqdim edilən müddətdən 2 ay keçməsinə əsasən kassasiya şikayətinin qeyri-mümkün hesab olunması bar ədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. İddiaçı 2023-cü il 4 sentyabr tarixində cavabdehin ərizəsinə etiraz olaraq bildirmişdir ki, iddiaçı müəyyən olunmuş müddətdə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti təqdim edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

28. MM-in 21-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi iddiaçıya cavabdeh tərəfindən ziyan vurulmasını, bununla əsassız varlanmasını nəzərə almamış, iddiaçının hüquqlarının və qanuni mənafeyinin müdafiəsi imkanlarını məhdudlaşdırmışdır.

29. MM-in 1091-ci maddəsi üzrə - Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 yanvar tarixli 1(101)-205/2022 saylı hökmü ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilələrə əsasən ümumilikdə 4.2 90.232,73 manat məbləğində pul vəsaiti qanunsuz olaraq cavabdeh vasitəsi ilə iddiaçının hesabından köçürülmüşdür. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən olunmuş halları təhrif etmiş, iddiaçı tərəfindən cavabdehin təqdim etdiyi hesablar üzrə artıq ödənilmiş vəsaitlərin mənimsənilməsində sonuncunun və ya onun vəzifəli şəxslərinin təqsirli olmasının müəyyən edilmədiyini göstərməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Halbuki cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə ifadələrində cavabdeh tərəfindən iddiaçıdan pulun mənimsənilməsi faktı öz təsdiqini tapmışdır. Bu da birbaşa əsassız varlanma halının mövcudluğuna dəlalət edir.

30. MPM-in 82.4-cü maddəsi üzrə - Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehin təqdim etmiş olduğu hesablar üzrə 4.290.232,73 manat m əbləğində pul vəsaiti qanunsuz olaraq köçürülmüş və bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 yanvar tarixli 1(101)-205/2022 saylı hökmü ilə öz təsdiqini tapmışdır.

31. MPM-in 217.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi işin hallarına istinad edərək öz mövqeyini əsaslandıra bilməmiş, təqdim olunmuş sübutlar qiymətləndirilmədən, məhkəmə tədqiqatı materiallarına istinad olunmadan ümumi mülahizələr irəli sürülmüşdür.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarı üzrə - Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiy ası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə 75

3. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olma dan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidə n sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə icla sında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır.” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. İddiaçı cavabdehdən qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci 28 yanvar il tarixli 1(101)- 205/2022 saylı hökmü ilə müəyyən edilmiş iddiaçıya vurulmuş 4.290.232,73 manat məbləğində ziyanın əvəzini tələb etmiş, iddia rədd olunmuş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

40. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi yekun nəticə ondan ibarət olmuşdur ki, məhkəmə hökmündə cavabdeh tərəfindən iddiaçıya 4.290.232,73 manat məbləğində ziyan vurulması təsdiq edilmir. Həmin hökmdə iddiaçının hesabına “iddia tələbində qeyd olunan 4.290.232,73 manat məbləğində pul vəsaitinin artıq ödənilməsində” təqsirli şəxs olaraq İddiaçı ASC-nin İdarə Heyəti nin mərhum sədri X2 olduğu təsbit olunur və onun bu əməli hökmdə “tanışı X7 və qeyriləri tərəfindən qeyd edilən Şirkətin həmin hesabından ayrı-ayrı hüquqi və fiziki şəxslərə məxsus bank hesablarına müxtəlif məbləğdə köçürülmüş pul vəsaiti üzrə cəmi 4.290.232,73 manat məbləğdə pul vəsaitinin bilavasitə nağdlaşdırılmasından sonra Bakı şəhəri ərazisində istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri tərəfindən həmin pul vəsaitinin qeyd edilən müddət ərzində özünə verilməsinə nail olmaqla mənimsənilməsi” kimi qeyd olunur. Həmin hökmlə pulun bilavasitə nağdılaşdırılaraq mənimsənilməsində cavabdehin və yaxud onun vəzifəli şəxslərinin təqsirli olması və həmçinin artıq ödənilən pulun hər hansı bir hissəsinin cavabdeh və yaxud onun vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi müəyyən olunmur.

41. İd diaçı isə özünün kassasiya şikayətində buna etiraz edərək göstərir ki, cavabdeh MMCnin direktoru Qanuni nümayəndə ifadələrində cavabdeh tərəfindən iddiaçıdan pulun mənimsənilməsi faktı öz təsdiqini tapmışdır.

42. Lakin nə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarında, nə də ki, ümumiyyətlə iş materiallarında həmin dəlil öz təsdiqini tapır. Mübahisələndirilən qətnamədən də göründüyü kimi, iddiaçının istinad etdiyi hökmlə pulun bilavasitə nağdılaşdırılaraq mənimsənilməsində cavabdehin və yaxud onun vəzifəli şəxslərinin təqsirli olması və həmçinin artıq ödənilən pulun hər hansı bir hissəsinin cavabdeh və yaxud onun vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi müəyyən olunmur. Odur ki, həmin dəlil əsaslı hesab edilə bilməz.

43. Kassasiya şikayətində göstərilən digər eyniməzmunlu dəlillər a pellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

44. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

45. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 38) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 38) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

46. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 2-2(105)-70/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 iyun tarixli 22(105)-70/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar