Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1141/2023 19.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 30 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 20264,1 manat məbləğində əsas borc, 3647,54 manat məbləğində ƏDV borcu, 1095,95 manat məbləğində əldən çıxmış fayda və 200 manat məbləğində mediasiya üçün ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 25207,59 manat məbləğdə pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 22 aprel 2022-ci il tarixli AZK 22-04/22 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi Cavabdeh MMC elektrik-quraşdırma işlərinin görülməsini və bu işlərlə əlaqədar malların təqdim edilməsini icraçı İddiaçı MMC-yə həvalə edir, İcraçı isə qeyd olunan xidmətlərin göstərilməsini və malların təqdim edilməsini öz öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş, İcraçı Hesab-Faktura və Elektron-Qaimə təqdim etdiyi tarixdən sonra 5 (beş) bank günü ərzində “Sifarişçi” tərəfindən “İcraçı”nın hesablaşma hesabına köçürmə yolu ilə ödəniləcəkdir. 24 avqust 2022-ci ildə icraçı İddiaçı MMC tərəfindən 458008 nömrəli 36493,86 manat dəyərində elektron qaimə vurulmuşdur. Lakin, sifarişçi Cavabdeh MMC bu günədək ödənişi tam şəkildə təmin etməmişdir. İcraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanmış 24 avqust 2022-ci il tarixli AZK 22-04/22 nömrəli xidmət müqaviləsinə əsasən 20264,1 manat məbləğində əsas borc və 3647,54 manat ƏDV (X4) borcu olmaqla, cəmi 23911,64 manat məbləğində borcu qalmışdır. Bu baxımdan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 24 avqust 2022-ci il tarixli AZK 22-04/22 nömrəli xidmət müqaviləsinə əsasən ödənilməmiş 11 ay ərzində 1095,95 manat məbləğdə əldən çıxmış faydanın da ödənilməsi zəruriyyəti yaranmışdır (20264,10 manat məbləğində əsas borc + 3647,54 manat ƏDV borcu = cəmi 23911,64 x 5 / 100 / 12 x 11 = 1095,95 manat). İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və Cavabdeh nümayəndələri məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh MMC isə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, sifarişçi Cavabdeh (VÖEN **********) ilə icraçı İddiaçı (VÖEN **********) arasında bağlanmış 22 aprel 2022-ci il tarixli AZK 22-04/22 nömrəli Xidmət Müqaviləsinin şərtlərinə uyğun olaraq "Sifarişçi" elektrik-quraşdırma işlərinin görülməsini və bu işlərlə əlaqədar malların təqdim edilməsini “İcraçı”ya həvalə edir, “İcraçı” isə qeyd olunan xidmətlərin göstərilməsini və malların təqdim edilməsini öz öhdəsinə götürür (1.1-ci bənd). Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, “İcraçı” hazırki Müqavilənin 1.1-ci bəndində göstərilmiş xidmətlərə və təqdim ediləcək mallara görə ödənişin Sifarişçi tərəfindən vaxtlı-vaxtında ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə göstərilən xidmətlərin və təqdim ediləcək malların dəyəri bu müqavilənin aynlmaz hissəsi olan Əlavələrdə və X1 göstəriləcəkdir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, ödəniş qaydası: ödəniş, “İcraçı" Hesab- Faktura və Elektron-Qaimə təqdim etdiyi tarixdən sonra 5 (beş) bank günü ərzində “Sifarişçi" tərəfindən “İcraçı"nın hesablaşma hesabına köçürmə yolu ilə ödəniləcəkdir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, “İcraçı” və “Sifarişçi” hazırki Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetirməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. İş materiallarında olan, 22 aprel 2022-ci il tarixli AZK 22-04/22 nömrəli Xidmət Müqaviləsi üzrə tərtib edilərək sifarişçi Cavabdeh və icraçı İddiaçı tərəfindən imzalanaraq təsdiq olunmuş 10 avqust 2022-ci il tarixli 06 nömrəli "Qiymət Razılaşma” Protokolundan görünür ki, həmin 06 nömrəli Protokola əsasən 22 aprel 2022-ci il tarixli AZK 22-04/22 nömrəli Xidmət Müqaviləsi üzrə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdehnə ƏDV (X4) daxil ümumilikdə cəmi 36493,86 manat (30927 manat xidmətin dəyəri + 5566,86 manat ƏDV) dəyərində xidmətlərin göstərilməsi barədə razılığa gəlinmişdir. İş materiallarında olan 24 avqust 2022-ci il tarixli EBCC 458008 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, 22 aprel 2022-ci il tarixli AZK 22-04/22 nömrəli Xidmət Müqaviləsi üzrə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdehnə ƏDV daxil cəmi 36493,86 (otuz altı min dörd yüz doxsan üç manat 86 qəpik) manat (30927 manat xidmətin dəyəri + 5566,86 manat ƏDV) dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh tərəfindən tərtib edilərək imzalanıb-möhürlənmiş “Yerinə yetirilmiş işlərin qəbul Aktı-2022-ci il” ilə müəyyən olunur ki, 22 aprel 2022-ci il tarixli AZK 22-04/22 nömrəli Xidmət Müqaviləsinin icrası ilə əlaqədar icraçı İddiaçı tərəfindən göstərilmiş 36493,86 (otuz altı min dörd yüz doxsan üç manat 86 qəpik) manat (30927 manat xidmətin dəyəri + 5566,86 manat ƏDV) dəyərində xidmətlər sifarişçi Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Maliyyə Arayışında göstərilir ki, icraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanılmış 22 aprel 2022-ci il tarixli AZK 22-04/22 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-yə 30927 manat əsas məbləğ və 5566,86 manat məbləğində ƏDV ödəniş etməli idi. Cavabdeh MMC tərəfindən 10662,9 manat məbləğində əsas borc və 1919,32 manat məbləğində ƏDV ödənişi edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 5% bank uçot dərəcəsini nəzərə almaqla 1095,95 manat məbləğində əldən çıxmış fayda hesablanmışdır. 01 noyabr 2023-cü il tarixə Cavabdeh MMC-nin 20264,1 manat məbləğində əsas borc, 3647,54 manat məbləğində ƏDV borcu və 1095,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 25007,59 manat məbləğində borcu olmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Göründüyü kimi, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, sifarişçi Cavabdeh MMC (VÖEN **********) ilə icraçı İddiaçı MMC (VÖEN **********) arasında bağlanmış 22 aprel 2022-ci il tarixli AZK 22-04/22 nömrəli Xidmət Müqaviləsi əsasında göstərilən elektrik-quraşdırma və daşınma xidmətləri üzrə iddiaçı (icraçı) İddiaçı tərəfindən cavabdeh (sifarişçi) Cavabdehnə cəmi 36493,86 manat məbləğində Elektron Qaimə təqdim olunsa da, sonuncu həmin elektron qaimədə qeyd olunan xidmət haqqı məbləği üzrə ƏDV daxil ümumilikdə cəmi 23911,64 (iyirmi üç min doqquz yüz on bir manat 64 qəpik) manat məbləğində pul vəsaitini ödəməmişdir (20264,1 manat xidmətin dəyəri + 3647,54 manat ƏDV). Ona görə də, hazırkı iddia ərizəsində ödənilməmiş ƏDV daxil cəmi 23911,64 manat məbləğində əsas borcun və həmin əsas borcun ödənişinin gecikdirildiyinə görə hesablanmış 1095,95 manat məbləğində əldən çıxmış faydanın və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdeh "X3" MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, 22 aprel 2022-ci il tarixli AZK 22-04/22 nömrəli Xidmət Müqaviləsi üzrə yaranmış xidmət haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "X3" MMC ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddia tələbi Cavabdeh MMC-dən 22 aprel 2022-ci il tarixli AZK 22-04/22 nömrəli Xidmət Müqaviləsi üzrə göstərilmiş xidmətlərə görə ümumilikdə ödənilməmiş cəmi 23911,64 (iyirmi üç min doqquz yüz on bir manat 64 qəpik) manat məbləğində əsas borcun İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Lakin, İddiaçı iddia tələbində Cavabdeh MMC-dən "1095,95 manat məbləğində əldən çıxmış faydanın” tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Buna görə də "1095,95 manat məbləğində əldən çıxmış faydanın tutulması” hissəsində iddia tələbi əsaslılığı sübut olunmadığı üçün təmin edilməməlidir. Həmçinin, iddia tələbinin “mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi də əsaslıdır və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə əsasən mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 23911,64 manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqının əvəzi İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, Cavabdehndən iddianın təmin olunan hissəsinə mütənasib olaraq hesablanan 161,73 (yüz altmış bir manat 73 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 23911,64 (iyirmi üç min doqquz yüz on bir manat 64 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 24111,64 (iyirmi dörd min yüz on bir manat 64 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 161,73 (yüz altmış bir manat 73 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1141/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1141/2023
19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver