Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-70/2023 08.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə və vəkili X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2-2(119)- 29/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(103)-667/2022 saylı qərarı ilə qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 1(101)- 205/2022 saylı hökmü ilə müəyyən edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə vurulmuş 4290232,73 manat məbləğində ziyan, 400 manat məbləğində mediasiya xərci və 2535,12 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4293167,85 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-2(105)-12/2021 saylı qətnaməsi üzrə Cavabdeh MMC-yə ödənilməli olan 111067,61 manat məbləğində pul vəsaitinin hazırkı iddia üzrə İddiaçı ASCyə ödənilməli olan 4293167,85 manat pul vəsaitindən qarşılıqlı əvəzləşdirilərək çıxılması, tələblərin əvəzləşdirilməsindən sonra qalan 4182100,24 manat məbləğində vurulmuş ziyanın Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“sifarişçi”) ilə Cavabdeh (“icraçı”) arasında 2017-ci il ərzində Respublikanın 8 rayonu ərazisində xalça istehsalı emalatxanalarının binalarının tikintisi üzrə aşağıdakı müqavilələr bağlanılmışdır: - 1) Ağdam xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 30 mart 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 2) Xaçmaz xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 24 aprel 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 3) Ağstafa xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 4) Tovuz xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 25 aprel 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 5) Qəbələ xalça istehsalı emalatxanası binasının tikintiquraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 6) İsmayıllı-1 xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 7) Quba xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 23 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi tərəflər arasında xx.xx.2017-ci il tarixdə imzalanan qiymət dəqiqləşdirmə protokoluna əsasən müqavilə dəyəri smeta ilə uyğunlaşdırılması məqsədilə ƏDV ilə birlikdə ******* manat müəyyən edilmişdir; 8) Qazax xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 19 iyun 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı tərəflər arasında 23 may 2017-ci il tarixdə bağlanmış Quba xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair müqavilədən irəli gələn öhdəliklərini İcraçı vaxtında yerinə yetirmədiyinə görə “pul tələbi”nə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 166100 manat pulun Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC isə İddiaçı ASC-yə qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin ilkin iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ASC-dən 1219089,90 manat əsas borc və 267605,10 manat X10maqla, ümumilikdə ******* manat məbləğində pul vəsaitinin tutulması, 261982 manat məbləğində anbar qalığı olan mal-materialın geri qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli e-2-2(119)-14/2020 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə ilkin iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 166100 manat məbləğində cərimə (penya) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 166130 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiası üzrə isə cavabdeh İddiaçı ASC-yə qarşı “borcun tutulması” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən 121062,61 manat məbləğində borc və 5 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 121067,61 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-2(119)-14/2020 saylı qətnaməsi Cavabdeh MMC-dən 166100 manat məbləğində cərimənin İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmiş, Cavabdehndən 10000 manat məbləğində cərimənin (penya) İddiaçı ASC-nin xeyrinə tutulması, qətnamənin apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən İddiaçı ASC və Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 noyabr 2021-ci il tarixli 2-2(102)-400/2021 saylı qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2- 2(105)-12/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və Məhkəmənin 27 yanvar 2022-ci il tarixli 2-2(105)-12/2021 saylı icra vərəqi üzrə icra icraatı başlanılmışdır. Habelə, İddiaçı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş, "xxxx" MMC-nin təsisçisi olan 05 noyabr 2021-ci ildə vəfat etmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(103)-667/2022 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü qüvvəsində saxlanılmış və həmin hökm qanuni qüvvəsini almışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü ilə müəyyən olunmuşdur ki: - 1) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 30 mart 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Ağdam xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 402555,78 manat (ƏDV-li 475015,82 manat) artıq daxil edilməklə, 630297,49 manat (ƏDV-li 743751,04 manat); 2) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 24 aprel 2017-ci il tarixli Tikinti üçün baş podrat müqaviləsinə əsasən Xaçmaz xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 387115,57 manat (ƏDV-li 45679637 manat) artıq daxil edilməklə, 633356,06 manat (ƏDVli 747360,15 manat); 3) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Ağstafa xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 361112,59 manat (ƏDV-li 426112,86 manat) artıq daxil edilməklə, 515380,75 manat (ƏDV-li 608149,29 manat); 4) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 25 aprel 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Tovuz xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 390784,70 manat (ƏDV-li 461125,95 manat) artıq daxil edilməklə 568819,48 manat (ƏDV-li 671207 manat); 5) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Qəbələ xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 355748,33 manat (ƏDV-li 419783,03 manat) artıq daxil edilməklə, 541877,53 manat (ƏDV-li 639415,49 manat); 6) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən İsmayıllı-1 xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 389096,88 manat (ƏDV-li 459134,32 manat) artıq daxil edilməklə, 540707,18 manat (ƏDV-li 638034,47 manat); 7) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 23 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Quba xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 270016,89 manat (ƏDV-li 318619,93 manat) artıq daxil edilməklə, 400621,61 manat (ƏDV-li 472733,50 manat); 8) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 19 iyun 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Qazax xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 323136,48 manat (ƏDV-li 381301,06 manat) artıq daxil edilməklə 459172,63 manat (ƏDVli 541823,72 manat) olmaqla, ümumilikdə 4290232,73 (dörd milyon iki yüz doxsan min iki yüz otuz iki manat 73 qəpik) manat məbləğində pul vəsaiti qanunsuz olaraq Cavabdeh MMC vasitəsi ilə İddiaçı ASC-nin hesabından köçürülmüşdür. Qanuni qüvvəyə minmiş həmin məhkəmə hökmü ilə müəyyən olunmuş Cavabdeh MMC tərəfindən Cəmiyyətə vurulmuş ziyanın məbləği 4290232,73 manat təşkil edir. Göstərilən pul vəsaiti dövlət büdcəsindən İddiaçı ASC-yə ayrılaraq Cavabdeh MMC-nin təqdim etdiyi hesablar əsasında köçürüldüyündən, vurulmuş ziyanın geri qaytarılması zəruridir. Mübahisənin mediasiya qaydasında həll edilməsi uğurlu olmamış və iddiaçı tərəfindən mediasiya xərci kimi 400 manat ödənilmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi üzrə tərəflər arasında qarşılıqlı öhdəliklərin əvəzləşdirilməsi aparılmalı, o cümlədən Cavabdeh MMC-yə ödənilməli olan 111067,61 manat pul vəsaiti Cəmiyyətə qaytarılmalı olan 4293167,85 manat (2535,12 manat dövlət rüsumu və 400 manat mediasiya xərci daxil olmaqla) pul vəsaitindən çıxılmaqla, cəmi 4182100,24 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Cavabdeh MMC-yə 05 avqust 2022-ci il tarixli pretenziya məktubu ünvanlanmasına və vurulmuş ziyanın 5 gün müddətində ödənilməsi tələb edilməsinə baxmayaraq qeyd edilən ziyan məbləği indiyədək iddiaçıya ödənilməmişdir. Bu səbəbdən İddiaçı ASC məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə “iddia tələbinə qarşı yazılı etiraz” təqdim edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə kommersiya işi üzrə icraata xitam verilməsi xahiş olunmuş və həmin “etiraz” onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin iddia ərizəsində qeyd olunur ki, “qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuş Cavabdeh MMC tərəfindən Cəmiyyətə vurulmuş ziyanın məbləği 4290232,73 manat təşkil edir. Göstərilən pul vəsaiti dövlət büdcəsindən Cəmiyyətə ayrılaraq Cavabdeh MMC-nin təqdim etdiyi hesablar əsasında köçürüldüyündən, vurulmuş ziyanın geri qaytarılması zəruridir”. Lakin iddiaçı ərizəsində göstərmir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)- 205/2022 saylı hökmü İddiaçı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş, 05 noyabr 2021-ci ildə vəfat etmiş X6 barəsindədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(103)-667/2022 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmış və hökm qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(103)-667/2022 saylı qərarında qeyd edilir ki, “birinci instansiya məhkəməsində İddiaçı ASC-nin nümayəndəsi X9 və X8 məhkəmədə izahat verərək bildirmişlər ki, Vidadi Muradov tərəfindən İddiaçı ASC-yə ziyan dəymişdir. Xahiş edir ki, həmin ziyan Vidadi Muradov və ailə üzvlərinin üzərinə həbs qoyulmuş əmlakları hesabına ödənilsin”. Həmin cinayət işin materiallarından görünür ki, X5 aid əmlakların üzərinə həbs qoyulmuşdur və Qanunvericiliyin tələblərinə uyğun olaraq üzərinə həbs qoyulmuş əmlakların satışından əldə edilmiş vəsait hesabına dövlət büdcəsinə olan borclar və zərərçəkmişlərin pulları ödənilir. Cavabdeh tərəf hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X2 təqsiri tam sübuta yetirilmişdir və İddiaçı ASC-yə vurulmuş ziyan Vidadi Muradov və ailə üzvlərinin üzərinə həbs qoyulmuş əmlakları hesabına ödənilməsi qanunamüvafiqdir. Bundan başqa, işin mahiyyəti üzrə cavabdeh tərəf qeyd edir ki, sifarişçi İddiaçı ASC və icraçı Cavabdeh MMC arasında 30 mart 2017-ci il tarixli Ağdam rayonunda, 25 aprel tarixli 2017-ci il Tovuz rayonunda, 24 aprel 2017-ci il tarixli Xaçmaz rayonunda, 01 may 2017-ci il tarixli Ağstafa şəhərində, 01 may 2017-ci il tarixli İsmayıllı şəhərində, 01 may 2017-ci il tarixli Qəbələ şəhərində, 23 may 2017-ci il tarixli Quba şəhərində və 19 iyun 2017-ci il tarixli Qazax şəhərində layihələndirilən birmərtəbəli xalça istehsalı binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərinin yerinə yetirilməsinə dair Baş Podrat Müqavilələri imzalanmışdır. Müqavilələrin şərtlərinə əsasən, İcraçı yuxarıda göstərilən ünvanlarda layihələşdirilən birmərtəbəli xalça istehsalı binalarında tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında təhvil verməli, Sifarişçi isə öz növbəsində işlərin aparılması üçün lazımi şərait yaratmalı, işlərin nəticələrini qəbul etməli və müqavilə dəyərini ödəməlidir. Cavabdeh MMC “icraçı” olaraq bütün layihələri uğurla başa çatdırmış və dövlət əhəmiyyətli layihələr olan həmin xalça emalatxanaları İddiaçı ASC tərəfindən istismara qəbul edilmişdir. Tikinti-quraşdırma işlərinin müəyyən mərhələlərində İcraçının iradəsindən kənar olaraq (hava şəraitinin əlverişsizliyi) işdə tikintinin ümumi vəziyyətinə təsir etməyəcək ölçülərdə gecikmələr olmuşdur. Ona görə də, Sifarişçi təşkilat 12 iyun 2017-ci il tarixdə ləngimələr və çatışmazlıqların aradan qaldırılması üçün icraçıya 10 gün vaxt vermiş və işçi qrupunun iclas protokolunun surətini İcraçıya göndərmişdir. 22 iyun 2017-ci il tarixli 08/2017 saylı məktubla sifarişçiyə rəsmi olaraq bildirilmişdir ki, icraçı tərəfindən görülən tədbirlər nəticəsində nöqsanlar aradan qaldırılmışdır. İcraçı işlərə başladığı andan, xüsusən də 2017-ci ilin iyun ayından etibarən Sifarişçinin rəhbərliyi İçraçının işinə hədsiz dərəcədə müdaxilələr etməyə başlamış, obyektlərdə çalışan mühəndis və texniki işçiləri əsassız olaraq obyektlərdən uzaqlaşdırmış, işləri heç bir mühəndislik təhsili və təcrübəsi olmayan şəxslərə həvalə etmişdir. İcraçı tərəf dəfələrlə şifahi və yazılı olaraq bu barədə iddiaçının rəhbərliyinə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Görülmüş işlərin və alınmış malmaterialın pulunu İcraçıya ödəməkdən imtina edən iddiaçıya 27 noyabr tarixli 2017-ci il 29/2017 saylı pretenziya göndərilmişdir. Pretenziyanın göndərilməsindən sonra İddiaçı ASC 2017-ci ilin dekabr ayından başlayaraq müqavilə və smeta üzrə görülən işlərdən ödəməli olduğu vəsaiti çətinliklə hissə-hissə 2018-ci ilin sonuna qədər ödəmişdir. Müqavilə və smetada nəzərdə tutulmayan, lakin Sifarişçi təşkilatın istəyi ilə görülən əlavə işlərdən ödəməli olduğu ******* manatdan isə heç bir ödəniş edilməmişdir. Əksinə, uzun müddət görülmüş işlərin və alınmış mal-materialın pulunu icraçıya ödəməkdən imtina edən iddiaçının rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-nin görmüş olduğu əlavə işlərə görə yaranmış olan ******* manat borcunu ödəməməsi və qanunsuz olaraq saxladığı mal-materialın geri qaytarılmaması onun işini iflic vəziyyətə salmışdır. Podrat müqavilələrinin 2-ci bəndinin tələbinə əsasən Cavabdeh MMC yuxarıda adları çəkilən 8 rayonda layihələndirilən birmərtəbəli xalça istehsalı binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında tikib təhvil vermişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş “obyektlərin istismara qəbul aktları” da bunu təsdiq edir. Digər tərəfdən cavabdehin təqdim etdiyi 2 saylı Formaların ən sonuncuları 2017-ci ilin dekabr ayı olmaqla, iddiaçı tərəfindən təsdiq edilmişdir. İddiaçı ASC rəhbərliyinin əməllərinin qanunazidd olduğu və bu qanunazidd əməllərin şəxsən özü və rəhbəri olduğu İddiaçı ASC üçün ağır nəticələrinin olacağı barədə cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli 19/2017 saylı, xx.xx.2017-ci il tarixli 20/2017 saylı, xx.xx.2017-ci il tarixli 23/2017 saylı, xx.xx.2017-ci il tarixli 24/2017 saylı, xx.xx.2017-ci il tarixli 32/2017 saylı, xx.xx.2017-ci il tarixli 33/2017 saylı, xx.xx.2018-ci il tarixli 01/2018 saylı, xx.xx.2017ci il tarixli 02/2018 saylı, xx.xx.2018-ci il tarixli 13/2018 saylı, xx.xx.2018-ci il tarixli 34/2018 saylı və xx.xx.2018-ci il tarixli 35/2018 saylı məktublarla müraciət olunmuşdur. Təəssüf ki, edilən müraciətlərin heç bir nəticəsi olmamış və məlum hadisələr baş vermişdir. İddiaçı ASC-nin Cavabdeh MMC-yə olduğu borcun vaxtında ödənilməməsi nəticəsində, sonuncu tərəfindən də digər şirkətlərlə bağlı müqavilələr üzrə öz öhdəliklərinin vaxtında yerinə yetirilməsi mümkün olmamışdır və nəticədə Cavabdeh MMC-yə külli miqdarda zərər vurulmuşdur. Belə ki, bir neçə Şirkət pulun gecikdirilməsinə görə Cavabdeh MMC-yə qarşı cərimələr hesablamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, eyni mübahisə üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-2(119)-14/2020 saylı qətnaməsi ilə İddiaçı ASC-nin ilkin iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 166100 manat məbləğində cərimə (penya) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 166130 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, iddiaçıdan 121062,61 manat məbləğində borc və 5 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 121067,61 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-nin xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-2(105)-12/2021 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh MMC-dən 166100 manat cərimənin iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh MMC-dən 10000 manat cərimənin (penyanın) iddiaçının xeyrinə tutulması, qətnamənin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2-2(102)-400/2021 saylı qərarı ilə kassasiya şikayətləri təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, İddiaçı ASC və Cavabdeh MMC arasında olan mübahisə məhkəmələr tərəfindən artıq baxılmışdır və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2-2(119)-29/2023 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2-2(119)- 29/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“Sifarişçi”) ilə Cavabdeh (“İcraçı”) arasında 2017-ci il ərzində Respublikanın 8 rayonu ərazisində xalça istehsalı emalatxanalarının binalarının tikintisi üzrə aşağıdakı müqavilələr bağlanılmışdır: 1. Ağdam xalça istehsalı emalatxanası binasının tikintiquraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə 1.812.480,00 manat təşkil edən 30 mart 2017- ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 2. Xaçmaz xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə 1.891.100,00 manat təşkil edən 24 aprel 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 3. Ağstafa xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə 1.812.480,00 manat təşkiledən 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 4. Tovuz xalça istehsalı emalatxanası binasının tikintiquraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə 1.885.640,00 manat təşkil edən 25 aprel 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi;
5. Qəbələ xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə 1.891.100,00 manat təşkil edən 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 6. İsmayıllı-1 xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə 1.699.940,00 manat təşkil edən 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 7. Quba xalça istehsalı emalatxanası binasının tikintiquraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə 1.711.000,00 manat təşkiledən 23 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi. Tərəflər arasında xx.xx.2017-cil il tarixdə imzalanan qiymət dəqiqləşdirmə protokoluna əsasən müqavilə dəyəri smeta ilə uyğunlaşdırılması məqsədilə ƏDV ilə birlikdə 1.661.000,00 manat müəyyən edilmişdir; 8. Qazax xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə 1.808.940,00 manat təşkil edən 19 iyun 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı tərəflər arasında 23 may 2017-ci il tarixdə bağlanmış Quba xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair müqavilədən irəli gələn öhdəliklərini İcraçı vaxtında yerinə yetirmədiyinə görə “pul tələbi”nə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 166.100 (bir yüz altmış altı min yüz) manat pulun Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilkin iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ASC-dən 1219089,90 (bir milyon iki yüz on doqquz min səksən doqquz manat 90 qəpik) manat əsas borc və 267 605,10 (iki yüz altmış yeddi min altı yüz beş manat 10 qəpik) manat X15 borcu olmaqla, ümumilikdə 1486 695 (bir milyon dörd yüz səksən altı min altı yüz doxsan beş) manat məbləğində pul vəsaitinin tutulması, 261982 (iki yüz altmış bir min doqquz yüz səksən iki) manat məbləğində anbar qalığı olan malmaterialın geri qaytarılması və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, e-2-2(119)-14/2020 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi” barədə iddia tələbi təmin edilmiş, Cavabdehndən 166.100 (yüz altmış altı min yüz) manat məbləğində cərimə (penya) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 166.130 (yüz altmış altı min yüz otuz) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiası üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 121062,61 (yüz iyirmi bir min altmış iki manat 61 qəpik) manat məbləğində borc və 5 (beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 121.067,61 (yüz iyirmi bir min altmış yeddi manat 61 qəpik) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-12/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-14/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qətnaməsi Cavabdehndən 166.100 (yüz altmış altı min yüz) manat məbləğində cərimənin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində dəyişdirilmiş, Cavabdehndən 10000 (on min) manat məbləğində cərimənin (penya) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qətnamənin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən İddiaçı ASC və Cavabdeh MMC tərəfindən verilmiş kassasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2- 2(102)-400/2021 saylı qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 2(105)-12/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-12/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və Məhkəmənin 2-2(105)-12/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqi üzrə icra icraatı başlanılmışdır. İddiaçı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş, "xxxx" MMC-nin təsisçisi olan, 05 noyabr 2021-ci ildə vəfat etmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 205/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-667/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 205/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü qüvvəsində saxlanılmışdır. Hökm qanuni qüvvəsini almışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Cəmiyyət ilə Cavabdeh MMC arasında bağlanılmış 30 mart 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Ağdam xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 402.555,78 manat (ƏDV-li 475.015,82 manat) artıq daxil edilməklə, 630.297,49 manat (ƏDV-li 743.751,04 manat); Cəmiyyət ilə Cavabdeh MMC arasında bağlanılmış 24 aprel 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Xaçmaz xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 387.115,57 manat (ƏDV-li 456.796,37 manat) artıq daxil edilməklə, 633.356,06 manat (ƏDV-li 747.360,15 manat); Cəmiyyət ilə Cavabdeh MMC arasında bağlanılmış 1 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Ağstafa xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 361.112,59 manat (ƏDV-li 426.112,86 manat) artıq daxil edilməklə 515.380,75 manat (ƏDV-li 608.149,29 manat); Cəmiyyət ilə Cavabdeh MMC arasında bağlanılmış 25 aprel 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Tovuz xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 390.784,7 manat (ƏDV-li 461.125,95 manat) artıq daxil edilməklə 568.819,48 manat (ƏDV-li 671.207 manat); Cəmiyyət ilə Cavabdeh MMC arasında bağlanılmış 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Qəbələ xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 355.748,33 manat (ƏDV-li 419.783,03 manat) artıq daxil edilməklə, 541.877,53 manat (ƏDV-li 639.415,49 manat); Cəmiyyət ilə Cavabdeh MMC arasında bağlanılmış 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən İsmayıllı-1 xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti- quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 389.096,88 manat (ƏDV-li 459.134,32 manat) artıq daxil edilməklə, 540.707,18 manat (ƏDV-li 638.034,47 manat); Cəmiyyət ilə Cavabdeh MMC arasında bağlanılmış 23 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Quba xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 270.016,89 manat (ƏDV-li 318.619,93 manat) artıq daxil edilməklə, 400.621,61 manat (ƏDV-li 472.733,5 manat); Cəmiyyət ilə Cavabdeh MMC arasında bağlanılmış 19 iyun 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Qazax xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 323.136,48 manat (ƏDV-li 381.301,06 manat) artıq daxil edilməklə 459.172,63 manat (ƏDV-li 541.823,72 manat) olmaqla, ümumilikdə 4.290.232,73 manat (dörd milyon iki yüz doxsan min iki yüz otuz iki manat yetmiş üç qəpik) məbləğində pul vəsaiti qanunsuz olaraq Cavabdeh MMC vasitəsi ilə İddiaçı ASC-nin hesabından köçürülmüşdür. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuş Cavabdeh MMC tərəfindən Cəmiyyətə vurulmuş ziyanın məbləği 4.290.232,73 manat təşkil edir. Göstərilən pul vəsaiti dövlət büdcəsindən Cəmiyyətə ayrılaraq Cavabdeh MMC-nin təqdim etdiyi hesablar əsasında köçürülmüşdür. Təqdim edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 30 mart 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən dəyəri cəmi 402.555,78 manat (ƏDV-li 475.015,82 manat) artıq daxil edilməklə, 630.297,49 manat (ƏDV-li 743.751,04 manat); 24 aprel 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən dəyəri cəmi 387.115,57 manat (ƏDV-li 456.796,37 manat) artıq daxil edilməklə, 633.356,06 manat (ƏDV-li 747.360,15 manat); 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən dəyəri cəmi 361.112,59 manat (ƏDV-li 426.112,86 manat) artıq daxil edilməklə 515.380,75 manat (ƏDV-li 608.149,29 manat); 25 aprel 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən dəyəri cəmi 390.784,7 manat (ƏDV-li 461.125,95 manat) artıq daxil edilməklə 568.819,48 manat (ƏDV-li 671.207 manat); 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən dəyəri cəmi 355.748,33 manat (ƏDV-li 419.783,03 manat) artıq daxil edilməklə, 541.877,53 manat (ƏDV-li 639.415,49 manat); 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən dəyəri cəmi 389.096,88 manat (ƏDV-li 459.134,32 manat) artıq daxil edilməklə, 540.707,18 manat (ƏDV-li 638.034,47 manat); 23 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən dəyəri cəmi 270.016,89 manat (ƏDV-li 318.619,93 manat) artıq daxil edilməklə, 400.621,61 manat (ƏDV-li 472.733,5 manat); 19 iyun 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən dəyəri cəmi 323.136,48 manat (ƏDV-li 381.301,06 manat) artıq daxil edilməklə 459.172,63 manat (ƏDV-li 541.823,72 manat) olmaqla, ümumilikdə 4.290.232,73 manat (dörd milyon iki yüz doxsan min iki yüz otuz iki manat yetmiş üç qəpik) məbləğində pul vəsaiti qanunsuz olaraq Cavabdeh MMC vasitəsi ilə İddiaçı ASC-nin hesabından köçürülmüşdür. Bu da əsassız varlanma halının yaranmasını özündə ehtiva edir. Məhkəmə qətnamədə qeyd edilən normaya istinad etsə də, düzgün tətbiq etməmişdir. Nəzərə almamışdır ki, cavabdeh tərəfindən 4.290.232,73 manat (dörd milyon iki yüz doxsan min iki yüz otuz iki manat yetmiş üç qəpik) məbləğində pul vəsaiti qanunsuz olaraq köçürülmüş və bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü ilə öz təsdiqini tapmışdır.
İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə və vəkili X7 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
ƏSASLANDİRİCİ HİSSƏ
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ağdam, Xaçmaz, Ağstafa, Tovuz, Qəbələ, İsmayıllı-1, Quba və Qazax xalça istehsalı emalatxanaları binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Sifarişçi”, Cavabdeh isə - “İcraçı” olaraq, müvafiq qaydada ayrı-ayrılıqda 30 mart 2017-ci il tarixli, 24 aprel 2017-ci il tarixli, 25 aprel 2017-ci il tarixli, 01 may 2017-ci il tarixli, 01 may 2017-ci il tarixli, 01 may 2017-ci il tarixli, 23 may 2017-ci il tarixli və 19 iyun 2017-ci il tarixli Tikinti üçün Baş Podrat Müqavilələri bağlanmış və həmin müqavilələr əsasında qeyd olunan xalça istehsalı emalatxanaları tikilərək təhvil verilmişdir. Lakin, həmin müqavilələrin icrası zamanı pul ödənişlərində yaranmış mübahisə ilə əlaqədar 19 iyun 2019-cu ildə sifarişçi İddiaçı ASC “166100 manat məbləğində penyanın” tutulması üçün icraçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iş üzrə Cavabdeh MMC isə İddiaçı ASC-yə qarşı “1219089,90 manat əsas borc və 267605,10 manat ƏDV borcu olmaqla, ümumilikdə ******* manat məbləğində pul vəsaitinin tutulması və 261982 manat dəyərində anbar qalığı olan mal-materialın geri qaytarılması” barədə qarşılıqlı iddia ərizəsi vermişdir. Həmin kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli e-2-2(119)-14/2020 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə Cavabdeh MMCdən 166100 manat məbləğində cərimənin (penyanın) İddiaçı ASC-nin xeyrinə tutulması, qarşılıqlı iddia üzrə isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən 121062,61 manat məbləğində borcun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 nömrəli qətnaməsi ilə qismən təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli e-2-2(119)-14/2020 nömrəli qətnaməsi “Cavabdehndən 166100 (yüz altmış altı min yüz) manat məbləğində cərimənin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması” hissəsində dəyişdirilmiş və Cavabdehndən 10000 (on min) manat məbləğində cərimənin (penya) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qətnamənin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən İddiaçı ASC və Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətləri isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 noyabr 2021-ci il tarixli 2-2(102)-400/2021 nömrəli qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2- 2(105)- 12/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan müqavilələrin bağlandığı və icra edildiyi dövrdə İddiaçı ASC-nin İdarə Heyətinin sədri olmuş mərhum X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunması barədə qəbul edilmiş və qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 1(101)-205/2022 nömrəli hökmü ilə müəyyən olunur ki, mərhum X2 məhkum olunduğu cinayət əməllərinə digərləri ilə bağlanmış müqavilələrlə yanaşı, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış yuxarıda qeyd olunan Baş Podrat Müqavilələrinin icrası zamanı dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin də mənimsənilməsi əməlləri də daxil edilmişdir. Həmin Hökmə əsasən müəyyən olunur ki, yuxarıda qeyd olunan Baş Podrat Müqavilələrinin icrası zamanı İddiaçı ASC-nin İdarə Heyətinin sədri olmuş X6 tərəfindən ümumilikdə 4290232,73 (dörd milyon iki yüz doxsan min iki yüz otuz iki manat 73 qəpik) manat məbləğində pul vəsaiti qanunsuz olaraq Cavabdeh MMC vasitəsi ilə İddiaçı ASC-nin hesabından köçürülmüşdür. Bundan başqa həmin Hökmün təsviri-əsaslandırıcı hissələri ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs X2 verdiyi tapşırıq əsasında ayrı-ayrı vaxtlarda tərtib olunmuş ödəniş tapşırıqları əsasında İddiaçı ASC-nin hesabından dövlət büdcəsindən ayrılmış vəsaitdən digər hüquqi şəxslərlə yanaşı, podratçı təşkilat Cavabdeh MMC-nin bank hesabına da cəmi 12240332,43 manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub, həmin pul vəsaitinin 7950099,7 manatının aparılmış tikinti üzrə sərf edilmiş xərclərə həmin Şirkətdə mahiyyəti üzrə yönləndirilməklə ödənilməsindən sonra tanışı X11 və qeyriləri tərəfindən qeyd edilən Şirkətin həmin hesabından ayrı-ayrı hüquqi və fiziki şəxslərə məxsus bank hesablarına müxtəlif məbləğdə köçürülmüş pul vəsaiti üzrə cəmi 4290232,73 manat məbləğdə pul vəsaitinin bilavasitə nağdlaşdırılmasından sonra Bakı şəhəri ərazisində istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri tərəfindən həmin pul vəsaitinin qeyd edilən müddət ərzində özünə verilməsinə nail olmaqla, Cavabdeh MMC vasitəsi ilə 4290232,73 manat məbləğində ... (digər hüquqi şəxslərlə əlaqədar da bu üsulla müxtəlif məbləğlərdə pulu nağdılaşdırması da ittihama daxil edilmişdir) ... ümumilikdə qeyd edilən qaydada 23 bina üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla ona etibar edilmiş cəmi 14404927,12 (on dörd milyon dörd yüz dörd min doqquz yüz iyirmi yeddi manat on iki qəpik) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə edərək istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə təkrarən talayıb, qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış vəsaitlərin qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq ölkə ərazisində xalçaçılığın inkişaf etdirilməsi ilə əlaqədar emalatxana və yun tədarük məntəqələrinin tikintisi, infrastrukturunun yaradılmaqla, avadanlıqlar və dəzgahlarla təchizatı, xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadəsinə yönəldilməsi ilə əlaqədar həmin Cəmiyyətin fəaliyyətini pozaraq qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Eyni zamanda, həmin Hökmdə qeyd olunur ki, X6 ittiham olunduğu cinayət əməllərini törətməsi ilə əlaqədar 22314515,52 manat mənimsəyərək ziyan vurduğundan ona məxsus olan 30587044,16 manat dəyərində özünə və ailə üzvlərinə məxsus əmlak və səhm paylarının və aktivləri üzərinə həbs qoyulmuş və İddiaçı ASC-nin İdarə Heyətinin sədri olmuş X2 təqsirli bilindiyi cinayət işi üzrə məhkəmə araşdırması zamanı zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin nümayəndələri təqsirləndirilən şəxs X6 tərəfindən İddiaçı ASC-yə ziyan vurulduğunu bildirib, həmin ziyanın Vidadi Muradovun və ailə üzvlərinin üzərinə həbs qoyulmuş əmlakları hesabına ödənilməsini xahiş etmişlər. Həmin Hökmə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-nin 179.4, 213.3, 308.2 və 313-cü maddələri üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra xx.xx.2021-ci il tarixdə öldüyündən CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməməsi, CM-nin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq ona cəza təyin edilməməsi, üzərinə həbs qoyulmuş ümumilikdə dəyəri 30288116,16 (otuz milyon iki yüz səksən səkkiz min bir yüz on altı manat, on altı qəpik) manat təşkil edən əmlakların xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması, X3 və ailə üzvlərinin adlarına olan üzərinə həbs qoyulmuş əmlaklar, səhm payları və aktivlərin satışından əldə olunan gəlirdən 640922,04 manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına keçirilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli 1(103)-667/2022 nömrəli Qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 nömrəli hökmü qüvvəsində saxlanılmışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlmişdir. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2-2(119)-29/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ağdam, Xaçmaz, Ağstafa, Tovuz, Qəbələ, İsmayıllı-1, Quba və Qazax xalça istehsalı emalatxanaları binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsi ilə əlaqədar İddiaçı ASC ilə Cavabdeh MMC arasında müvafiq qaydada Tikinti üçün Baş Podrat Müqavilələri bağlanmış və Müqavilələr əsasında müxtəlif subpodratçı təşkilatlar cəlb edilməklə, həmin xalça istehsalı emalatxanaları tikilərək təhvil verilmiş və bu Müqavilələr üzrə də İddiaçı ASC tərəfindən Cavabdeh MMC-nin hesabına həmin Müqavilələrdə nəzərdə tutulan pul vəsaitləri köçürülmüşdür. Lakin, bu Müqavilələrin icrası zamanı yaranmış mübahisəli hallarla əlaqədar Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli e-2-2(119)-14/2020 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 nömrəli qətnamələri qəbul edilmiş və qətnamələr əsasında yekun olaraq Cavabdeh MMC-dən 10000 manat məbləğində cərimənin (penyanın) İddiaçı ASC-nin xeyrinə tutulması, qarşılıqlı iddia üzrə isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən 121062,61 manat məbləğində borcun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması qət edilmişdir.Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 nömrəli hökmü ilə yuxarıda qeyd olunan müqavilələrin bağlandığı və icra edildiyi dövrdə İddiaçı ASC-nin İdarə Heyətinin sədri olmuş mərhum X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuş, həmin hökmdə təqsirləndirilən şəxs X2 ittiham olunduğu digər cinayət əməlləri ilə yanaşı, podratçı təşkilat Cavabdeh MMC-nin bank hesabına da cəmi 12240332,43 manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub, həmin pul vəsaitinin 7950099,7 manatının aparılmış tikinti üzrə sərf edilmiş xərclərə yönləndirilməklə ödənilməsindən sonra tanışı X11 və qeyriləri tərəfindən qeyd edilən Şirkətin həmin hesabından ayrı-ayrı hüquqi və fiziki şəxslərə məxsus bank hesablarına müxtəlif məbləğdə köçürülmüş pul vəsaiti üzrə cəmi 4290232,73 manat məbləğdə pul vəsaitinin bilavasitə nağdlaşdırılmasından sonra Bakı şəhəri ərazisində istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri tərəfindən həmin pul vəsaitinin qeyd edilən müddət ərzində özünə verilməsinə nail olmaqla, mənimsənilməsi barədə də ittiham verilmişdir. Hazırkı iddia ərizəsində də iddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı verilmiş iddia tələbində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022ci il tarixli 1(101)-205/2022 saylı hökmü ilə müəyyən edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə vurulmuş 4290232,73 manat məbləğində ziyanın tutulması xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmündə Cavabdeh MMC tərəfindən İddiaçı ASCyə 4290232,73 manat məbləğində ziyan vurulması təsdiq edilmir. Həmin hökmdə Cavabdeh MMC-nin hesabına “iddia tələbində qeyd olunan 4290232,73 manat məbləğində pul vəsaitinin artıq ödənilməsində” təqsirli şəxs olaraq İddiaçı ASC-nin İdarə Heyətinin mərhum sədri X2 olduğu təsbit olunur və onun bu əməli hökmdə “tanışı X11 və qeyriləri tərəfindən qeyd edilən Şirkətin həmin hesabından ayrı-ayrı hüquqi və fiziki şəxslərə məxsus bank hesablarına müxtəlif məbləğdə köçürülmüş pul vəsaiti üzrə cəmi 4290232,73 manat məbləğdə pul vəsaitinin bilavasitə nağdlaşdırılmasından sonra Bakı şəhəri ərazisində istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri tərəfindən həmin pul vəsaitinin qeyd edilən müddət ərzində özünə verilməsinə nail olmaqla mənimsənilməsi” kimi qeyd olunur. Həmin hökmlə pulun bilavasitə nağdılaşdırılaraq mənimsənilməsində Cavabdeh MMC-nin və yaxud onun vəzifəli şəxslərinin təqsirli olması və həmçinin, artıq ödənilən pulun hər hansı bir hissəsinin Cavabdeh MMC və yaxud onun vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinin tələblərinə görə, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmünə əsasən tərəflər arasında bağlanmış Baş Podrat Müqavilələri üzrə artıq ödənilmiş və İddiaçı ASC-nin İdarə Heyətinin sədri olmuş X6 tərəfindən bilavasitə nağdılaşdırılaraq mənimsənilməsində Cavabdeh MMC-nin və yaxud onun vəzifəli şəxslərinin təqsirli olması və mənimsənilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, e-2-2(119)-29/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.