Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-29/2023 01.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, Cavabdeh qanuni təmsilçisi Səmədov Zəfər Yaqub oğlunun və vəkili - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 1(103)-667/2022 saylı qərarı ilə qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü ilə müəyyən edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə vurulmuş 4290232,73 manat məbləğində ziyan, 400 manat məbləğində mediasiya xərci və 2535,12 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4293167,85 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi üzrə Cavabdeh MMC-yə ödənilməli olan 111067,61 manat məbləğində pul vəsaitinin hazırkı iddia üzrə İddiaçı ASCyə ödənilməli olan 4293167,85 manat pul vəsaitindən qarşılıqlı əvəzləşdirilərək çıxılması, tələblərin əvəzləşdirilməsindən sonra qalan 4182100,24 manat məbləğində vurulmuş ziyanın Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“Sifarişçi”) ilə Cavabdeh (“İcraçı”) arasında 2017-ci il ərzində Respublikanın 8 rayonu ərazisində xalça istehsalı emalatxanalarının binalarının tikintisi üzrə aşağıdakı müqavilələr bağlanılmışdır: - 1) Ağdam xalça istehsalı emalatxanası binasının tikintiquraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 30 mart 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 2) Xaçmaz xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 24 aprel 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 3) Ağstafa xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 4) Tovuz xalça istehsalı emalatxanası binasmın tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 25 aprel 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 5) Qəbələ xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 6) İsmayıllı-1 xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi; 7) Quba xalça istehsalı emalatxanası binasının tikinti- quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 23 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi - Tərəflər arasında xx.xx.2017cil il tarixdə imzalanan qiymət dəqiqləşdirmə protokoluna əsasən müqavilə dəyəri smeta ilə uyğunlaşdırılması məqsədilə ƏDV ilə birlikdə ******* manat müəyyən edilmişdir; 8) Qazax xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair ümumi dəyəri ƏDV ilə birlikdə ******* manat təşkil edən 19 iyun 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsi. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı tərəflər arasında 23 may 2017-ci il tarixdə bağlanmış Quba xalça istehsalı emalatxanası binasının tikinti-quraşdırma və abadlaşdırma işlərinin görülməsinə dair müqavilədən irəli gələn öhdəliklərini İcraçı vaxtında yerinə yetirmədiyinə görə “pul tələbi”nə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 166100 manat pulun Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC isə İddiaçı ASC-yə qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin ilkin iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ASC-dən 1219089,90 manat əsas borc və 267605,10 manat X7maqla, ümumilikdə ******* manat məbləğində pul vəsaitinin tutulması, 261982 manat məbləğində anbar qalığı olan mal-materialın geri qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli e-2-2(119)-14/2020 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə ilkin iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 166100 manat məbləğində cərimə (penya) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 166130 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiası üzrə isə cavabdeh İddiaçı ASC-yə qarşı “borcun tutulması” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən 121062,61 manat məbləğində borc və 5 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 121067,61 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-2(119)-14/2020 saylı qətnaməsi Cavabdeh MMCdən 166100 manat məbləğində cərimənin İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmiş, Cavabdehndən 10000 manat məbləğində cərimənin (penya) İddiaçı ASC-nin xeyrinə tutulması, qətnamənin apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən İddiaçı ASC və Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 noyabr 2021-ci il tarixli 2-2(102)-400/2021 saylı qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və Məhkəmənin 27 yanvar 2022-ci il tarixli 2-2(105)-12/2021 saylı icra vərəqi üzrə icra icraatı başlanılmışdır. Habelə, İddiaçı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş, "xxxx" MMC-nin təsisçisi olan 05 noyabr 2021-ci ildə vəfat etmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 1(103)-667/2022 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü qüvvəsində saxlanılmış və həmin Hökm qanuni qüvvəsini almışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü ilə müəyyən olunmuşdur ki: - 1) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 30 mart 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Ağdam xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikintiquraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 402555,78 manat (ƏDV-li 475015,82 manat) artıq daxil edilməklə, 630297,49 manat (ƏDV-li 743751,04 manat); 2) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 24 aprel 2017-ci il tarixli Tikinti üçün baş podrat müqaviləsinə əsasən Xaçmaz xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 387115,57 manat (ƏDV-li 45679637 manat) artıq daxil edilməklə, 633356,06 manat (ƏDV-li 747360,15 manat); 3) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Ağstafa xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 361112,59 manat (ƏDV-li 426112,86 manat) artıq daxil edilməklə, 515380,75 manat (ƏDV-li 608149,29 manat); 4) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 25 aprel 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Tovuz xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 390784,70 manat (ƏDV-li 461125,95 manat) artıq daxil edilməklə 568819,48 manat (ƏDV-li 671207 manat); 5) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Qəbələ xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 355748,33 manat (ƏDV-li 419783,03 manat) artıq daxil edilməklə, 541877,53 manat (ƏDV-li 639415,49 manat); 6) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 01 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən İsmayıllı-1 xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 389096,88 manat (ƏDV-li 459134,32 manat) artıq daxil edilməklə, 540707,18 manat (ƏDV-li 638034,47 manat); 7) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 23 may 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Quba xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 270016,89 manat (ƏDV-li 318619,93 manat) artıq daxil edilməklə, 400621,61 manat (ƏDV-li 472733,50 manat); 8) İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış 19 iyun 2017-ci il tarixli tikinti üçün baş podrat müqaviləsinə əsasən Qazax xalça istehsalı müəssisəsi üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə sərf olunan material, işçilik və digər xərclərin dəyəri cəmi 323136,48 manat (ƏDV-li 381301,06 manat) artıq daxil edilməklə 459172,63 manat (ƏDV-li 541823,72 manat) olmaqla, ümumilikdə 4290232,73 (dörd milyon iki yüz doxsan min iki yüz otuz iki manat 73 qəpik) manat məbləğində pul vəsaiti qanunsuz olaraq Cavabdeh MMC vasitəsi ilə İddiaçı ASC-nin hesabından köçürülmüşdür. Qanuni qüvvəyə minmiş həmin məhkəmə hökmü ilə müəyyən olunmuş Cavabdeh MMC tərəfindən Cəmiyyətə vurulmuş ziyanın məbləği 4290232,73 manat təşkil edir. Göstərilən pul vəsaiti dövlət büdcəsindən İddiaçı ASC-yə ayrılaraq Cavabdeh MMC-nin təqdim etdiyi hesablar əsasında köçürüldüyündən, vurulmuş ziyanın geri qaytarılması zəruridir. Mübahisənin mediasiya qaydasında həll edilməsi uğurlu olmamış və iddiaçı tərəfindən mediasiya xərci kimi 400 manat ödənilmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)- 12/2021 saylı qətnaməsi üzrə tərəflər arasında qarşılıqlı öhdəliklərin əvəzləşdirilməsi aparılmalı, o cümlədən Cavabdeh MMC-yə ödənilməli olan 111067,61 manat pul vəsaiti Cəmiyyətə qaytarılmalı olan 4293167,85 manat (2535,12 manat dövlət rüsumu və 400 manat mediasiya xərci daxil olmaqla) pul vəsaitindən çıxılmaqla, cəmi 4182100,24 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Cavabdeh MMC-yə 05 avqust 2022-ci il tarixli pretenziya məktubu ünvanlanmasına və vurulmuş ziyanın 5 gün müddətində ödənilməsi tələb edilməsinə baxmayaraq qeyd edilən ziyan məbləği indiyədək iddiaçıya ödənilməyib. Bu səbəbdən İddiaçı ASC məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 384.0.4-cü, 1091-ci (əsassız varlanma) və 1092.1-ci maddələrinin məzmunları qeyd olunmaqla, həmin iddia tələbi Mülki Məcəllənin “əsassız varlanma” normaları ilə əsaslandırılmışdır). Cavabdeh tərəfindən məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə kommersiya işi üzrə icraata xitam verilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin iddia ərizəsində qeyd olunur ki, “qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuş Cavabdeh MMC tərəfindən Cəmiyyətə vurulmuş ziyanın məbləği 4290232,73 manat təşkil edir. Göstərilən pul vəsaiti dövlət büdcəsindən Cəmiyyətə ayrılaraq Cavabdeh MMC-nin təqdim etdiyi hesablar əsasında köçürüldüyündən, vurulmuş ziyanın geri qaytarılması zəruridir”. Lakin iddiaçı ərizəsində göstərmir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü İddiaçı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş, 05 noyabr 2021-ci ildə vəfat etmiş X4 barəsindədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Bakı Apellyasiya Məhkəməsinin, 22 aprel 2022-ci il tarixli 1-(103)-667/2022 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır və hökm qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 1-(103)-667/2022 saylı qərarında qeyd edilir ki, “birinci instansiya məhkəməsində İddiaçı ASC-nin nümayəndəsi X6 və X5 məhkəmədə izahat verərək bildirmişlər ki, Vidadi Muradov tərəfindən İddiaçı ASC-yə ziyan dəymişdir. Xahiş edir ki, həmin ziyan Vidadi Muradov və ailə üzvlərinin üzərinə həbs qoyulmuş əmlakları hesabına ödənilsin”. Həmin cinayət işin materiallarından görünür ki, X3 aid əmlakların üzərinə həbs qoyulmuşdur və Qanunvericiliyin tələblərinə uyğun olaraq üzərinə həbs qoyulmuş əmlakların satışından əldə edilmiş vəsait hesabına dövlət büdcəsinə olan borclar və zərərçəkmişlərin pulları ödənilir. Cavabdeh tərəf hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X1 təqsiri tam sübuta yetirilmişdir və İddiaçı ASC-yə vurulmuş ziyan Vidadi Muradov və ailə üzvlərinin üzərinə həbs qoyulmuş əmlakları hesabına ödənilməsi qanuna müvafiqdir. Bundan başqa, işin mahiyyəti üzrə cavabdeh tərəf qeyd edir ki, sifarişçi İddiaçı ASC və icraçı Cavabdeh MMC arasında 30 mart 2017-ci il tarixli Ağdam rayonunda, 25 aprel tarixli 2017-ci il Tovuz rayonunda, 24 aprel 2017-ci il tarixli Xaçmaz rayonunda, 01 may 2017-ci il tarixli Ağstafa şəhərində, 01 may 2017-ci il tarixli İsmayıllı şəhərində, 01 may 2017-ci il tarixli Qəbələ şəhərində, 23 may 2017-ci il tarixli Quba şəhərində və 19 iyun 2017-ci il tarixli Qazax şəhərində layihələndirilən birmərtəbəli xalça istehsalı binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərinin yerinə yetirilməsinə dair Baş Podrat Müqavilələri imzalanmışdır. Müqavilələrin şərtlərinə əsasən, İcraçı yuxarıda göstərilən ünvanlarda layihələşdirilən birmərtəbəli xalça istehsalı binalarında tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında təhvil verməli, Sifarişçi isə öz növbəsində işlərin aparılması üçün lazımi şərait yaratmalı, işlərin nəticələrini qəbul etməli və müqavilə dəyərini ödəməlidir. Cavabdeh MMC “icraçı” olaraq bütün layihələri uğurla başa çatdırmış və dövlət əhəmiyyətli layihələr olan həmin xalça emalatxanaları İddiaçı ASC tərəfindən istismara qəbul edilmişdir. Tikinti-quraşdırma işlərinin müəyyən mərhələlərində İcraçının iradəsindən kənar olaraq (hava şəraitinin əlverişsizliyi) işdə tikintinin ümumi vəziyyətinə təsir etməyəcək ölçülərdə gecikmələr olmuşdur. Ona görə də, Sifarişçi təşkilat 12 iyun 2017-ci il tarixdə ləngimələr və çatışmazlıqların aradan qaldırılması üçün icraçıya 10 gün vaxt vermiş və işçi qrupunun iclas protokolunun surətini İcraçıya göndərmişdir. 22 iyun 2017-ci il tarixli 08/2017 saylı məktubla sifarişçiyə rəsmi olaraq bildirilmişdir ki, icraçı tərəfindən görülən tədbirlər nəticəsində nöqsanlar aradan qaldırılmışdır. İcraçı işlərə başladığı andan, xüsusən də 2017-ci ilin iyun ayından etibarən Sifarişçinin rəhbərliyi İçraçının işinə hədsiz dərəcədə müdaxilələr etməyə başlamış, obyektlərdə çalışan mühəndis və texniki işçiləri əsassız olaraq obyektlərdən uzaqlaşdırmış, işləri heç bir mühəndislik təhsili və təcrübəsi olmayan şəxslərə həvalə etmişdir. İcraçı tərəf dəfələrlə şifahi və yazılı olaraq bu barədə iddiaçının rəhbərliyinə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Görülmüş işlərin və alınmış mal-materialın pulunu İcraçıya ödəməkdən imtina edən iddiaçıya 27 noyabr tarixli 2017-ci il 29/2017 saylı pretenziya göndərilmişdir. Pretenziyanın göndərilməsindən sonra İddiaçı ASC 2017-ci ilin dekabr ayından başlayaraq müqavilə və smeta üzrə görülən işlərdən ödəməli olduğu vəsaiti çətinliklə hissə-hissə 2018-ci ilin sonuna qədər ödəmişdir. Müqavilə və smetada nəzərdə tutulmayan, lakin Sifarişçi təşkilatın istəyi ilə görülən əlavə işlərdən ödəməli olduğu ******* manatdan isə heç bir ödəniş edilməmişdir. Əksinə, uzun müddət görülmüş işlərin və alınmış mal-materialın pulunu icraçıya ödəməkdən imtina edən iddiaçının rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-nin görmüş olduğu əlavə işlərə görə yaranmış olan ******* manat borcunu ödəməməsi və qanunsuz olaraq saxladığı mal-materialın geri qaytarılmaması onun işini iflic vəziyyətə salmışdır. Podrat müqavilələrinin 2-ci bəndinin tələbinə əsasən Cavabdeh MMC yuxarıda adları çəkilən 8 rayonda layihələndirilən birmərtəbəli xalça istehsalı binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında tikib təhvil vermişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş “Obyektlərin istismara qəbul aktları” da bunu təsdiq edir. Digər tərəfdən cavabdehin təqdim etdiyi 2 saylı Formaların ən sonuncuları 2017-ci ilin dekabr ayı olmaqla, iddiaçı tərəfindən təsdiq edilmişdir. İddiaçı ASC rəhbərliyinin əməllərinin qanunazidd olduğu və bu qanunazidd əməllərin şəxsən özü və rəhbəri olduğu İddiaçı ASC üçün ağır nəticələrinin olacağı barədə cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli 19/2017 saylı, xx.xx.2017-ci il tarixli 20/2017 saylı, xx.xx.2017-ci il tarixli 23/2017 saylı, xx.xx.2017-ci il tarixli 24/2017 saylı, xx.xx.2017-ci il tarixli 32/2017 saylı, xx.xx.2017-ci il tarixli 33/2017 saylı, xx.xx.2018-ci il tarixli 01/2018 saylı, xx.xx.2017-ci il tarixli 02/2018 saylı, xx.xx.2018-ci il tarixli 13/2018 saylı, xx.xx.2018-ci il tarixli 34/2018 saylı və xx.xx.2018-ci il tarixli 35/2018 saylı məktublarla müraciət olunmuşdur. Təəssüf ki, edilən müraciətlərin heç bir nəticəsi olmamış və məlum hadisələr baş vermişdir. İddiaçı ASC-nin Cavabdeh MMC-yə olduğu borcun vaxtında ödənilməməsi nəticəsində, sonuncu tərəfindən də digər şirkətlərlə bağlı müqavilələr üzrə öz öhdəliklərinin vaxtında yerinə yetirilməsi mümkün olmamışdır və nəticədə Cavabdeh MMC-yə külli miqdarda zərər vurulmuşdur. Belə ki, bir neçə Şirkət pulun gecikdirilməsinə görə Cavabdeh MMC-yə qarşı cərimələr hesablamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, eyni mübahisə üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-2(119)- 14/2020 saylı qətnaməsi ilə İddiaçı ASC-nin ilkin iddia tələbi təmin edilərək, Cavabdeh MMCdən 166100 manat məbləğində cərimə (penya) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 166130 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbin isə qismən təmin edilərək, iddiaçıdan 121062,61 manat məbləğində borc və 5 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 121067,61 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-nin xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh MMCdən 166100 manat cərimənin iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh MMC-dən 10000 manat cərimə (penya) iddiaçının xeyrinə tutulması, qətnamənin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2-2(102)-400/2021 saylı Qərarı ilə kassasiya şikayətləri isə təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, İddiaçı ASC və Cavabdeh MMC arasında olan mübahisə məhkəmələr tərəfindən artıq baxılmışdır və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə keçirilən məhkəmə baxış iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 1(103)-667/2022 nömrəli qərarı ilə qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 nömrəli hökmünə əsasən müəyyən edilən Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə vurulmuş 4290232,73 manat məbləğində ziyan, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 400 manat məbləğində ödənilmiş mediasiya xərci və 2535,12 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4293167,85 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)- 12/2021 nömrəli qətnaməsi üzrə Cavabdeh MMC-yə ödənilməli olan 111067,61 manat məbləğində pul vəsaitinin hazırkı iddia üzrə İddiaçı ASC-yə ödənilməli olan 4293167,85 manat pul vəsaitindən qarşılıqlı əvəzləşdirilərək çıxılması və həmin tələblərin əvəzləşdirilməsindən sonra qalan 4182100,24 manat məbləğində vurulmuş ziyanın Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və iddiaçı tərəf bu iddia tələbi ilə əlaqədar mövqeyini - Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 nömrəli hökmündə və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)- 12/2021 nömrəli qətnaməsində müəyyən edilən hallarla və Azərbaycan Respublikası Mülki Məcəlləsinin “əsassız varlanmanın” təsbit olunduğu normaları ilə əsaslandırdı. Məhkəmə iclaslarında Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini qəbul etmədiyini bildirib, “iddia tələbinə qarşı verilmiş yazılı Etirazda” yazılanlara uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 nömrəli hökmündə, Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2-2(119)-14/2020 nömrəli qətnaməsində və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)- 12/2021 nömrəli qətnaməsində müəyyən edilən hallarla, o cümlədən də, direktoru olduğu Cavabdeh MMC-nin və yaxud direktor olaraq onun özünün İddiaçı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş X1 Hökmdə qeyd olunan pulların mənimsənilməsində heç bir təqsirinin olmaması və buna görə də həmin hökmlə Cavabdeh MMC-nin heç bir məsuliyyətə cəlb olunmaması, həmin hökmə görə İddiaçı ASC-yə vurulmuş zərərin X3 məxsus əmlaklar hesabına ödənilməli olması, iddia ərizəsində qeyd olunan müqavilələr üzrə Cavabdeh MMC-nin baş podratçı, sifarişi yerinə yetirən şirkətlərin isə subpodratçı olmaları, İddiaçı ASC tərəfindən ödənilən müqavilə ödənişlərinin bilavasitə işi icra edən subpodratçı şirkətlərin hesabına köçürməsi, İddiaçı ASC-nin İdarə Heyətinin mərhum sədri X1 Hökmdə qeyd olunan pulun nağdlaşdırılmasında iştirak etməməsi, İddiaçı ASC ilə Cavabdeh MMC arasında Baş Podrat Müqavilələrinin olması, həmin müqavilə öhdəlikləri üzrə İddiaçı ASC tərəfindən Cavabdeh MMC-nin hesabına müqavilələrdə nəzərdə tutulan müvafiq pul məbləğlərinin ödənilməsi və sonuncu tərəfindən də həmin pul məbləğlərinin müqavilə öhdəliklərinin yerinə yetirilməsinə sərf edilməsi ilə əsaslandırdı. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil da iddia tələbini qəbul etmədiyini bildirib, əsassız olduğu üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 nömrəli hökmü ilə müəyyən edilmiş hallarla əsaslandırdı. 17 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 da iddia tələbini qəbul etmədiyini bildirib, “iddia tələbinə qarşı verilmiş yazılı Etirazda” yazılanlara uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini – Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)- 205/2022 nömrəli hökmü və sifarişçi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə icraçı Cavabdeh arasında bağlanmış Baş Podrat Müqavilələrinin şərtlərinin icra olunması ilə əsaslandırmışdı. Lakin, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 01 fevral 2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin məhkəmə iclasına gəlməmiş və məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən onun iştirakı olmadan məhkəmə araşdırmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və iş materiallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ağdam, Xaçmaz, Ağstafa, Tovuz, Qəbələ, İsmayıllı-1, Quba və Qazax xalça istehsalı emalatxanaları binalarının tikintiquraşdırma və abadlaşdırma işlərinin görülməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Sifarişçi”, Cavabdeh isə - “İcraçı” olaraq, müvafiq qaydada ayrı-ayrılıqda 30 mart 2017-ci il tarixli, 24 aprel 2017-ci il tarixli, 25 aprel 2017-ci il tarixli, 01 may 2017-ci il tarixli, 01 may 2017-ci il tarixli, 01 may 2017-ci il tarixli, 23 may 2017-ci il tarixli və 19 iyun 2017-ci il tarixli Tikinti üçün Baş Podrat Müqavilələri bağlanmış və həmin müqavilələr əsasında qeyd olunan xalça istehsalı emalatxanaları tikilərək təhvil verilmişdir. Lakin, həmin müqavilələrin icrası zamanı pul ödənişlərində yaranmış mübahisə ilə əlaqədar 19 iyun 2019-cu ildə sifarişçi İddiaçı ASC “166100 manat məbləğində penyanın” tutulması üçün icraçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iş üzrə Cavabdeh MMC isə İddiaçı ASC-yə qarşı “1219089,90 manat əsas borc və 267605,10 manat ƏDV borcu olmaqla, ümumilikdə ******* manat məbləğində pul vəsaitinin tutulması və 261982 manat dəyərində anbar qalığı olan mal-materialın geri qaytarılması” barədə qarşılıqlı iddia ərizəsi vermişdir. Həmin kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli e-2-2(119)-14/2020 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə Cavabdeh MMC-dən 166100 manat məbləğində cərimənin (penyanın) İddiaçı ASC-nin xeyrinə tutulması, qarşılıqlı iddia üzrə isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən 121062,61 manat məbləğində borcun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 nömrəli qətnaməsi ilə qismən təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli e-2- 2(119)-14/2020 nömrəli qətnaməsi “Cavabdehndən 166100 (yüz altmış altı min yüz) manat məbləğində cərimənin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması” hissəsində dəyişdirilmiş və Cavabdehndən 10000 (on min) manat məbləğində cərimənin (penya) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qətnamənin apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən İddiaçı ASC və Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətləri isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 noyabr 2021-ci il tarixli 2-2(102)-400/2021 nömrəli qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)- 12/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan müqavilələrin bağlandığı və icra edildiyi dövrdə İddiaçı ASC-nin İdarə Heyətinin sədri olmuş mərhum X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunması barədə qəbul edilmiş və qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 nömrəli hökmü ilə müəyyən olunur ki, mərhum X1 məhkum olunduğu cinayət əməllərinə digərləri ilə bağlanmış müqavilələrlə yanaşı, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanılmış yuxarıda qeyd olunan Baş Podrat Müqavilələrinin icrası zamanı dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin də mənimsənilməsi əməlləri də daxil edilmişdir. Həmin Hökmə əsasən müəyyən olunur ki, yuxarıda qeyd olunan Baş Podrat Müqavilələrinin icrası zamanı İddiaçı ASC-nin İdarə Heyətinin sədri olmuş X4 tərəfindən ümumilikdə 4290232,73 (dörd milyon iki yüz doxsan min iki yüz otuz iki manat 73 qəpik) manat məbləğində pul vəsaiti qanunsuz olaraq Cavabdeh MMC vasitəsi ilə İddiaçı ASC-nin hesabından köçürülmüşdür. Bundan başqa həmin Hökmün təsviri-əsaslandırıcı hissələri ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs X1 verdiyi tapşırıq əsasında ayrı-ayrı vaxtlarda tərtib olunmuş ödəniş tapşırıqları əsasında İddiaçı ASC-nin hesabından dövlət büdcəsindən ayrılmış vəsaitdən digər hüquqi şəxslərlə yanaşı, podratçı təşkilat Cavabdeh MMC-nin bank hesabına da cəmi 12240332,43 manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub, həmin pul vəsaitinin 7950099,7 manatının aparılmış tikinti üzrə sərf edilmiş xərclərə həmin Şirkətdə mahiyyəti üzrə yönləndirilməklə ödənilməsindən sonra tanışı X8 və qeyriləri tərəfindən qeyd edilən Şirkətin həmin hesabından ayrı-ayrı hüquqi və fiziki şəxslərə məxsus bank hesablarına müxtəlif məbləğdə köçürülmüş pul vəsaiti üzrə cəmi 4290232,73 manat məbləğdə pul vəsaitinin bilavasitə nağdlaşdırılmasından sonra Bakı şəhəri ərazisində istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri tərəfindən həmin pul vəsaitinin qeyd edilən müddət ərzində özünə verilməsinə nail olmaqla, Cavabdeh MMC vasitəsi ilə 4290232,73 manat məbləğində ... (digər hüquqi şəxslərlə əlaqədar da bu üsulla müxtəlif məbləğlərdə pulu nağdılaşdırması da ittihama daxil edilmişdir) ... ümumilikdə qeyd edilən qaydada 23 bina üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla ona etibar edilmiş cəmi 14404927,12 (on dörd milyon dörd yüz dörd min doqquz yüz iyirmi yeddi manat on iki qəpik) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə edərək istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə təkrarən talayıb, qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış vəsaitlərin qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq ölkə ərazisində xalçaçılığın inkişaf etdirilməsi ilə əlaqədar emalatxana və yun tədarük məntəqələrinin tikintisi, infrastrukturunun yaradılmaqla, avadanlıqlar və dəzgahlarla təchizatı, xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadəsinə yönəldilməsi ilə əlaqədar həmin Cəmiyyətin fəaliyyətini pozaraq qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Eyni zamanda, həmin Hökmdə qeyd olunur ki, X4 ittiham olunduğu cinayət əməllərini törətməsi ilə əlaqədar 22314515,52 manat mənimsəyərək ziyan vurduğundan ona məxsus olan 30587044,16 manat dəyərində özünə və ailə üzvlərinə məxsus əmlak və səhm paylarının və aktivləri üzərinə həbs qoyulmuş və İddiaçı ASC-nin İdarə Heyətinin sədri olmuş X1 təqsirli bilindiyi cinayət işi üzrə məhkəmə araşdırması zamanı zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin nümayəndələri təqsirləndirilən şəxs X4 tərəfindən İddiaçı ASC-yə ziyan vurulduğunu bildirib, həmin ziyanın Vidadi Muradovun və ailə üzvlərinin üzərinə həbs qoyulmuş əmlakları hesabına ödənilməsini xahiş etmişlər. Həmin Hökmə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-nin 179.4, 213.3, 308.2 və 313-cü maddələri üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra xx.xx.2021-ci il tarixdə öldüyündən CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməməsi, CM-nin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq ona cəza təyin edilməməsi, üzərinə həbs qoyulmuş ümumilikdə dəyəri 30288116,16 (otuz milyon iki yüz səksən səkkiz min bir yüz on altı manat, on altı qəpik) manat təşkil edən əmlakların xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması, X2 və ailə üzvlərinin adlarına olan üzərinə həbs qoyulmuş əmlaklar, səhm payları və aktivlərin satışından əldə olunan gəlirdən 640922,04 manat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin hesabına keçirilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli 1(103)-667/2022 nömrəli Qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 nömrəli hökmü qüvvəsində saxlanılmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi məktub və müraciətlərlə müəyyən olunur ki, yuxarıda qeyd olunan və iddiaçı tərəfin iddia tələbini əsaslandırdığı məlum Baş Podrat Müqavilələrinin icrası üzrə yaranmış mübahisəli hallarla əlaqədar tərəflər arasında müxtəlif yazışmalar aparılmşdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinin tələblərinə görə, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Beləliklə də, yuxarıda qeyd olunanlarla və məhkəmə araşdırması zamanı təsdiq olunan işin konkret halları ilə müəyyən olunur ki, Ağdam, Xaçmaz, Ağstafa, Tovuz, Qəbələ, İsmayıllı-1, Quba və Qazax xalça istehsalı emalatxanaları binalarının tikintiquraşdırma və abadlaşdırma işlərinin görülməsi ilə əlaqədar İddiaçı ASC ilə Cavabdeh MMC arasında müvafiq qaydada bağlanmış Tikinti üçün Baş Podrat Müqavilələri əsasında müxtəlif subpodratçı təşkilatlar cəlb edilməklə, həmin xalça istehsalı emalatxanaları tikilərək təhvil verilmiş və bu Müqavilələr üzrə də İddiaçı ASC tərəfindən Cavabdeh MMCnin hesabına həmin Müqavilələrdə nəzərdə tutulan pul vəsaitləri köçürülmüşdür. Lakin, bu Müqavilələrin icrası zamanı yaranmış mübahisəli hallarla əlaqədar qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli e-2-2(119)-14/2020 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 nömrəli qətnamələri əsasında yekun olaraq Cavabdeh MMC-dən 10000 manat məbləğində cərimənin (penyanın) İddiaçı ASC-nin xeyrinə tutulması, qarşılıqlı iddia üzrə isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-dən 121062,61 manat məbləğində borcun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması qət edilmişdir (həmin qətnamələr əsasında verilmiş icra sənədi icra mərhələsindədir). Eyni zamanda, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 nömrəli hökmü ilə yuxarıda qeyd olunan müqavilələrin bağlandığı və icra edildiyi dövrdə İddiaçı ASC-nin İdarə Heyətinin sədri olmuş mərhum X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Həmin Hökmdə təqsirləndirilən şəxs X1 ittiham olunduğu digər cinayət əməlləri ilə yanaşı, podratçı təşkilat Cavabdeh MMC-nin bank hesabına da cəmi 12240332,43 manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub, həmin pul vəsaitinin 7950099,7 manatının aparılmış tikinti üzrə sərf edilmiş xərclərə yönləndirilməklə ödənilməsindən sonra tanışı X8 və qeyriləri tərəfindən qeyd edilən Şirkətin həmin hesabından ayrı-ayrı hüquqi və fiziki şəxslərə məxsus bank hesablarına müxtəlif məbləğdə köçürülmüş pul vəsaiti üzrə cəmi 4290232,73 manat məbləğdə pul vəsaitinin bilavasitə nağdlaşdırılmasından sonra Bakı şəhəri ərazisində istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri tərəfindən həmin pul vəsaitinin qeyd edilən müddət ərzində özünə verilməsinə nail olmaqla, mənimsənilməsi barədə də ittiham verilmişdir. Hazırkı iddia ərizəsində də iddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı verilmiş iddia tələbində “Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü ilə müəyyən edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə vurulmuş 4290232,73 manat məbləğində ziyanın tutulması” xahiş olunur. Lakin, həmin Hökmlə Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə 4290232,73 manat məbləğində ziyan vurulması təsdiq edilmir. Halbuki, Hökmdə Cavabdeh MMC-nin hesabına “iddia tələbində qeyd olunan 4290232,73 manat məbləğində pul vəsaitinin artıq ödənilməsində” təqsirli şəxs olaraq İddiaçı ASC-nin İdarə Heyətinin mərhum sədri X1 olduğu təsbit olunur və onun bu əməli Hökmdə “tanışı X8 və qeyriləri tərəfindən qeyd edilən Şirkətin həmin hesabından ayrı-ayrı hüquqi və fiziki şəxslərə məxsus bank hesablarına müxtəlif məbləğdə köçürülmüş pul vəsaiti üzrə cəmi 4290232,73 manat məbləğdə pul vəsaitinin bilavasitə nağdlaşdırılmasından sonra Bakı şəhəri ərazisində istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri tərəfindən həmin pul vəsaitinin qeyd edilən müddət ərzində özünə verilməsinə nail olmaqla mənimsənilməsi” kimi qeyd olunur. Yəni, həmin Hökmlə pulun bilavasitə nağdılaşdırılaraq mənimsənilməsində Cavabdeh MMC-nin və yaxud onun vəzifəli şəxslərinin təqsirli olması və həmçinin, artıq ödənilən pulun hər hansı bir hissəsinin Cavabdeh MMC və yaxud onun vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi müəyyən olunmur. İddiaçı tərəf isə “Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü ilə müəyyən edilmiş 4290232,73 manat məbləğində ziyanın Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə” hazırkı iddia tələbini iddia ərizəsində və məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin “əsassız varlanma” münasibətlərini nizamlayan 1091-ci və 1092.1-ci maddələri ilə əsaslandıraraq, 4290232,73 manat məbləğində pul vəsaitinin əsassız varlanmanın predmeti kimi Cavabdehndən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, qanuni qüvvəsini almış məhkəmə Hökmünə əsasən tərəflər arasında bağlanmış Baş Podrat Müqavilələri üzrə artıq ödənilmiş və İddiaçı ASC-nin İdarə Heyətinin sədri olmuş X4 tərəfindən mənimsənildiyi təsdiq olunan pul vəsaitinin əsassız varlanmanın predmeti olaraq Cavabdeh MMC-dən tutulmalı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 1(103)-667/2022 saylı qərarı ilə qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü ilə müəyyən edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə vurulmuş 4290232,73 manat məbləğində ziyan, 400 manat məbləğində mediasiya xərci və 2535,12 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4293167,85 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi üzrə Cavabdeh MMC-yə ödənilməli olan 111067,61 manat məbləğində pul vəsaitinin hazırkı iddia üzrə İddiaçı ASC-yə ödənilməli olan 4293167,85 manat pul vəsaitindən qarşılıqlı əvəzləşdirilərək çıxılması, tələblərin əvəzləşdirilməsindən sonra qalan 4182100,24 manat məbləğində vurulmuş ziyanın Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi” barədə iddia tələbi, yəni “Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 1(103)-667/2022 saylı qərarı ilə qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)-205/2022 saylı hökmü ilə müəyyən edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə vurulmuş 4290232,73 manat məbləğində ziyan, 400 manat məbləğində mediasiya xərci və 2535,12 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4293167,85 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)-12/2021 saylı qətnaməsi üzrə Cavabdeh MMC-yə ödənilməli olan 111067,61 manat məbləğində pul vəsaitinin hazırkı iddia üzrə İddiaçı ASC-yə ödənilməli olan 4293167,85 manat pul vəsaitindən qarşılıqlı əvəzləşdirilərək çıxılması, tələblərin əvəzləşdirilməsindən sonra qalan 4182100,24 manat məbləğində vurulmuş ziyanın Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-29/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-29/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver