Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-563/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh5, cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-563/2021 Bakı şəhəri 2021-ci il 14 dekabr Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali məhkəməsinin hakimləri Abiyeva Kəmalə Nəbi qızı sədrlik edən və məruzəçi, Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh5, cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulma sı və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 iyul tarixli, 2-2(106)-158/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı1 ASC-nin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış 2014-cü il 25 iyun tarixli 257SF saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% (altı faiz), ödənilmək şərtilə, 14.000 (on dörd min) manat məbləğində kredit vəsaiti verilmişdir.
2. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə 2014-cü il 3 iyul tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan İmişli şəhəri, Həzi Aslanov küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 145.6 kv.m yaşayış, 17.2 kv.m yardımçı sahədən ibarət olan 49 saylı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi olan 1 mərtəbəli 17.4 kv.m sahədən ibarət təsərrüfat evi, 6 kv.m hamam və 1.8 kv.m ayaqyolu İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Müqavilə üzrə öhdəliyin icrasının təminatı üsulu kimi 2014-cü il 3 iyul tarixində Cavabdeh3 və Cavabdeh2 ilə 5890 saylı zaminlik müqaviləsi bağlanmışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2014-cü il 9 iyul tarixində RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən Cavabdeh1 məxsus olan İmişli şəhəri, Həzi Aslanov küçəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü e dilməsi barədə çıxarış əlavə edilmişdir.
5. Cavabdeh1 2019-cu il 3 iyul tarixində ölməsi ilə əlaqədar olaraq, Cavabdeh5 və Cavabdeh4 prosessual hüquq varisliyi üzrə cavabdehlər qismində işə cəlb edilmişdir.
6. Ləğv prosesində olan İddiaçı1 ASC 2020-ci il 18 iyun tarixində kredit borcunun ödənilməsinə dair, 2020-ci il 29 iyun tarixində isə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. 2020-ci il 30 iyul tarixli məktubla bildiriş qeydiyyata alınmışdır. 7. 2020-ci il 19 iyun tarixində ləğv prosesində olan İddiaçı1 ASC tərəfindən Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə 7942.78 manat məbləğində əsas borc, 381.98 manat məbləğində faiz borcu, 1090.62 manat məbləğində cərimə borcu, 1188 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 10603.47 m anat məbləğində borcunun olduğuna dair arayış təqdim olunmuşdur.
8. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışda Cavabdeh1 ləğv prosesində olan İddiaçı1 ASC-yə olan borcu 2019-cu il 1 mart tarixinə əsas kredit borcu 8011,15 manat təşkil etmiş, borcun azaldılmasına 68,28 manat məbləğdə pul vəsaiti yönəldilmiş, qalıq borcun məbləği 7942,87 manat məbləğdə müəyyən edilmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur
9. Məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın likvid qiyməti ilə qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün 036/ZB/21 s aylı, 2021-ci il 28 yanvar tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh1 mülkiyyətində olan İmişli şəhəri, Həzi Aslanov küçəsi, 49 saylı fərdi yaşayış evinin likvid dəyəri 65000 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”da iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 250 manat təşkil etmişdir.
10. İddiaçının məhkəməyə ünvanladığı müraciətində cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının təsirinə düşdüyü, lakin yeni müqavilə bağlanmadığı qeyd olunmuşdur. 11. 2V-42 reyestr nömrəli 2020-ci il 28 yanvar tarixli qanun üzrə vərəsəlik hüququ ha qqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, 2019-cu il 3 iyul tarixdə vəfat etmiş Cavabdeh1 vərəsələri Cavabdeh5 və Cavabdeh4 olmaqla aşağıdakı miras əmlakdan bərabər payda irs almalıdırlar: şəhadətnamə verilən əmlak İmişli şəhəri, Həzi Aslanov küçəsi, 49 saylı fərdi evi və 0,05 ha həyətyanı torpaq sahəsindən ibarətdir.
12. Prosessual hüquq varisliyi üzrə cavabdehlə əvəz edilmiş (həmçinin, prosessual hüquq varisliyi üzrə cavabdehlə əvəz edilmiş Cavabdeh5 nümayəndəsi) Cavabdeh4 2021-ci il 15 aprel tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qismən, yalnız əsas borcun tutulması hissəsində qəbul etdiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin l əğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “iddiaçı”, ləğv prosesində olan İddiaçı1 ASC və ya İddiaçı1 ASC) Cavabdeh1 qarşı – 7942,87 manat məbləğində əsas borc, 381,98 manat məbləğində faiz borcu, 1090,62 manat məbləğində cərimə borcu, 1188 manat məbləğində müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 10603,47 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi, ipoteka qoyulmuş, Cavabdeh1 məxsus İmişli şəhəri, Həzi Aslanov küçəsində, 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 145.6 kv.m yaşayış, 17.2 kv.m yardımçı, 162.8 kv.m ümumi sahədən ibarət 49 saylı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi olan 1 mərtəb əli 17.4 kv.m sahədən ibarət təsərrüfat evi, 6 kv.m sahədən ibarət 1 mərtəbəli hamam və 1.8 kv.m sahədən ibarət 1 mərtəbəli ayaqyoluna tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xahiş etmişdir.
14. İddia tələbi (iddia tələbinin artırılması barədə ərizə) onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 257 SF saylı 25.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 6 faiz ödəmə k şərtilə 14000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 məxsus İmişli şəhəri, Həzi Aslanov küçəsində, 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 145.6 kv.m yaşayış, 17.2 kv.m yardımçı, 162.8 kv.m ümumi sahədən ibarət 49 saylı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi olan 1 mərtəbəli 17.4 kv.m sahədən ibarət təsərrüfat evi, 6 kv.m sahədən ibarət 1 mərtəbəli hamam və 1.8 kv.m sahədən ibarət 1 mərtəbəli ayaqyolu İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Artırılmış iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh 3 və Cavabdeh2 ilə İddiaçı1 ASC arasında zaminlik müqaviləsi bağlanmışdır.
15. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 317.1, 317.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 739.1-ci maddələrinə istinad etmişdir.
16. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir.
17. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 15 aprel tarixli, e-2-2(121)-51/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 7942,87 manat məbləğində əsas borc və 25 manat məbləğində dövlət rüsumu Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, borc tələbinin İmişli şəhəri, Həzi Aslanov küçəsi, 49 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka pre dmeti olan İmişli şəhəri, Həzi Aslanov küçəsi, 49 saylı fərdi evin ilkin satış qiyməti 65000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 7942,87 manat məbləğində əsas borc və 25 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir (hakim Namidar Misirzadə).
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 oğlu və arvadı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə vermişlər və mirası qəbul etmişlər. Bununla da, miras qalmış əmlaka qanun üzrə birinsi növbəli vərəsədirlər. iddiaçı verdiyi krediti miras əmlakı notariat kontoruna ərizə verməklə qəbul etmiş Cavabdeh4 və Cavabdeh5 tələb etməkdə haqlıdır.
19. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 381,98 manat faiz borcu, 1090.62 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1188 manat faiz məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarında qeyd olunmuşdur ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vax tında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.
20. Eyni zamanda, birinci instansiya məhkəməsi "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixdə 551 nömrəli Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab etmişdir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərman hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Bu baxımdan, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkəsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərək məhkəməyə müraciət etmişdir.
21. İddiaçı ilk dəfə ərizə ilə iddia tələbini artırarkən Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində qoyaraq onlara qarşı tələb irəli sürmüş olsa da, sonrada n tələbini dəqiqləşdirərkən qeyd edilən cavabdehlərə qarşı hər hansı tələb yönəltmədiyindən, iddia tələbi onlara aid hissədə rədd olunmalıdır.
22. Bundan başqa, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən, iddaçıya borcu yaranmış və bu səbəbdən də iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. 23. "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan 2021-ci il 28 yanvar tarixli qiymətləndirmə hesabat ilə Cavabdeh1 mülkiyyətində olan İmişli şəhəri, Həzi Aslanov küçəsi, 49 saylı fərdi yaşayış evinin likvid dəyəri 65000 manat məbləğində olması müəyyən olunmuşdur. Bu səbəbdən də "xxxx" MMC tərəfindən alınmış fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən fərdi yaşayı ş evinin ilkin satış dəyəri 65000 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir.
24. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh4 və Cavabdeh5 alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh4 və Cavabdeh5 alınaraq iddiaçıya ödənilməlidir.
25. Həmçinin fərdi yaşayış evinin tərkibi olan fərdi yaşayış evinin tərkibi olan 1 mərtəbəli 17.4 kv.m sahədən ibarət təsərrüfat evi, 6 kv.m sahədən ibarət 1 mərtəbəli hamam və 1.8 kv.m sahədən ibarət 1 mərtəbəli ayaqyolu qeyd edilən fərdi yaşayış evinin tərkib hissəsi olması hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da öz əksini tapdığından, onların ayrıca şəkildə xüsusi göstərilməsinə və iddianın həmin hissədə təmin edilməsinə zərurət yoxdur. Çünki, həmin həmin hissələr fərdi yaşayış evinin tərkib hissəsidir.
26. Bundan başqa, iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdeh Yaşar Mustafayevdən tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir. Satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, ehtimalən belə old uğu təqdirdə icra qurumu məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Bu isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir.
27. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 317.1, 319.1, 385.1, 442.1, 443.1, 445.7, 449.1, 449.2, 470.1, 477.0.4, 739.1, 739.2, 1145, 1151, 1159.1.1, 1243, 1246, 1306.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3, 47.5-ci maddələrinə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixdə 551 nömrəli Fərma nın 1, 5, 6, 8-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı bəndlərinə, Azərbaycan Respublikası MPM-in 50.1, 50.3, 107, 115.0.1, 119.1, maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmayan faiz, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ hissəsində nəticələrin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 iyul tarixli, 2-2(106)-158/2 021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Tale Kərimov, hakimlər Tofiq Heydərov və İsmayıl Əhmədov).
30. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
31. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası MM-in 6.2, 14.1, 14.2.1, 385.1, 427.3, 442, 445.2.1, 470.1, 470.2, 471, 472.1, 477.0.4, 739.1, 739.2, “İpoteka haqqınd a” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3, maddələrinə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixdə 551 nömrəli Fərmanın 1, 5, 6, 8-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
32. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 16 avqust tarixdə iddiaçıya təqdim edilmişdir. 33. 2021-ci il 28 sentyabr tarixdə iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cərimə məbləği, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası AR Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin tutulması hissəsində ləğv edilərək, iddia tələbimizin tam təmin olunması və ya işə yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:
34. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, bank öz üzərinə düşən öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir.
35. Eyni zamanda, Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ünvanlanmış 2019-cu il 7 oktyabr tarixli bildirişdə həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 illik güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Lakin bununla bağlı Cavabdeh1 Əmanətlərin Sığortalanması Fonduna heç bir müraciəti daxil olmamışdır. Məhkəmə Fərmanın tələblərini nəzərə almayaraq Cavabdeh1 iddiaçıya kredit müqaviləsi üzrə borcunun tərkib hissələri olan faiz borcu, cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğini əsassız olaraq silmişdir. Həmin Fərmanın 6-cı bəndində qeyd olunmuşdur ki, banklara tövsiyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər.
36. Fərmanın 10-cu bəndində Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Fərmanın heç bir bəndində fərmanın təsirinə düşən müqavilələrinin məhkəmələr tərəfindən restrukturizasiya olunmayan kredit müqavilərinin faiz, cərimə və Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz məbləği borclarının silinməsi səlahiyyətləri verilməmişdir.
37. Həmçinin, müddəti bitdikdən sonra hesablanan faiz borcuna münasibətdə Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli Qərarı nəzərə alınmamışdır.
38. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 385.1, 442, 443.1, 443.2, 445.7, 739-cu maddələrinə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixdə 551 nömrəli Fərmanın 6, 10-cu bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası MPM-in 386, 416, 417.1.3, 417.1.4, 418.1, 418.2, 418.3 istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
40. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qi ymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
44. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri “319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini ge cikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasi bətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir....” “Maddə
427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borcl u onu vaxtından əvvəl icra edə bilər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənlə şdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilm iş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə
477. Zaminliyə xitam verilməsi... 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündə n iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları bor cun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” 45. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması “... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə
47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi... 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.” 46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 15 iyul tarixli Qərarında nəzərdə tutulmuşdur: “... məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilən cərimə və maliyyə sanksiyalarının ədalətli tətbiqi əsasları qiymətləndirilərkən onların mahiyyət etibarı ilə bərpaedici və ya tənbehedici (məcburi tutulan müəyyən pul məblə ği) xüsusiyyəti nəzərə alınmalıdır.... Müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir.... Qeyd olunduğu kimi, maliyyə sanksiyası və ona hesablanmış dəbbə pulu (penya) qanunvericiliklə müəyyən edilir və onlar dövlət tərəfindən hüquq pozuntusuna yol vermiş subyektlərə göstərilən neqativ təsir vasitəsi olmaqla, hər bir halda publik-hüquqi və ictimai əhəmiyyətli xarakter daşıyır. Belə ki, ümumi (publik) hüquq münasibətləri hakimiyyət xarakterli səlahiyyətlərin realizəsi ilə bağlıdır. Bu cür hüquq müna sibətlərində hüququn məcburetmə funksiyaları qanundan irəli gəlir və bu hüquq münasibətlərinin subyektləri həmin qanunun tələblərindən kənara çıxa bilməzlər. Eyni tələb Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində də müəyyən edilmişdir. Həmin maddənin X hissəsində göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər....”
47. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında aşağıdakılar nəzərdə tutulmuşdur: “...
6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağ lanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər....” “10. Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilsin ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər.”
48. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.
1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV.Ali Məhkəmənin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edil miş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında, onun qəbul edilməsində məqsədin baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Restrukturizasiyanın özü əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Bu məqsədlə Fərmanın ayrı-ayrı bəndlərində qeyd olunmuşdur ki,... ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir (2-ci bənd);... həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək,... (3.2-ci bənd); banklara tövsiyyə edilsin ki:... fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər (6.3-cü bənd); borcları r estrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər (6.3-cü bənd).
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının faiz və cərimənin tutulması tələbinə düzgün olaraq qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qiymət vermiş və belə qənaətə gəlmişdir ki, cavabdehlə restrukturizasiya tətbiq olunmaqla yeni kredit müqaviləsi bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq, iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz borcunu və cəriməni silməli, yeni müqaviləni əsas qalıq borca görə bağlamalı olacaqdı. Çünki faizlərin silinməsi dedikdə Fərmana görə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə və penya) silinməsi başa düşülür (8.9-cu bənd). Bankl ar borclulardan Fərmanın təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını deyil, yalnız əsas borcları tələb edə bilərlər. Bu səbəbdən, iddiaçının tələbinin faiz borcu və cəriməyə aid olan hissədə təmin etməməklə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
52. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 53.Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 iyul tarixli, 2-2(106)-158/2021 saylı qətnaməsi iddiaçının kassa siya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.A.Dadaşov