Məhkəmə qərarları › İş №2-2(102)-563/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-563/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-563/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhram Məmməd oğlu Məmmədlinin məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və s.” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommer siya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 2-2(106)-62/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 2016-cı il 22 sentyabr tarixli 020CRLN16000042 saylı baş kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 30 faiz dərəcəsi ilə 60 ay müddətinə 500.000 manat məbləğində kredit limiti ayrılmışdır.

2. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 2016-cı il 22 sentyabr tarixli 020CRLN16000042 saylı baş kredit müqaviləsinə 2019-cu il 19 sentyabr tarixli 5 nömrəli Əlavə Razılaşma əsasında cavabdehə illik 30 faiz dərəcəsi ilə 2019-cu il 18 sentyabr tarixindən 60 ay müddətinə 2.000.000 manat (USD və ya EUR qarşılığı) kredit limiti ayrılmışdır.

3. İddiaçı ASC ilə Cavabde h3 arasında bağlanmış 2016-cı il 22 sentyabr tarixli 002GRNT16000107 saylı zaminlik müqaviləsindən və həmin zaminlik müqaviləsinə edilmiş əlavə razılaşmalardan görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür.

4. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 2016-cı il 23 sentyabr tarixli 002REAL16000108 saylı ipoteka müqaviləsinə əsasən, 2016-cı il 22 sentyabr tarixli 020CRLN16000042 saylı baş kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 5. 2016-cı il 24 sentyabr tarixli, RX seriyalı, ***** ** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

6. İddiaçı ASC ilə X3 arasında bağlanmış 2017-ci il 21 avqust tarixli, 003REAL17000028 saylı ipoteka müqaviləsinə əsasən, 2016-cı il 22 sentyabr tarixli, 020CRLN16000042 saylı baş kredit müqaviləsinin təminatı kimi X2 məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 7. 2017-ci il 22 avqust tarixli, RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X2 məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqavilələrinə əsasən, Cavabdeh2 aşağıdakı faiz dərəcələri ilə və məbləğlərdə 24 ay müddətinə kreditlər verilmişdir: - 2020-ci il 12 mart tarixli 020CRLN16000042-25 kredit müqaviləsinə əsasən, illik 14 faiz dərəcəsi ilə 925.000.000 manat; - 2020-ci il 19 mart tarixli 020CRLN16000042-26 saylı kredit müqaviləsinə əsasən, illik 14 faiz dərəcəsi ilə 50.000 manat; - 2020-ci il 7 aprel tarixli 020CRLN16000042-27saylı kredit müqaviləsinə əsasən, illik 17 faiz dərəcəsi ilə 50.000 manat; - 2020-ci il 30 aprel tarixli 020CRLN16000042-28 saylı kredit müqaviləsinə əsasən, illik 17 faiz dərəcəsi ilə 60.000 manat; - 2020-ci il 1 iyul tarixli 020CRLN16000042-29 saylı kredit müqaviləsinə əsasən, illik 17 faiz dərəcəsi ilə 115.000 manat; - 2020-ci il 6 avqust tarixli 020CRLN16000042-30 sa ylı kredit müqaviləsinə əsasən, illik 7 faiz dərəcəsi ilə 200.000 ABŞ dolları; - 2020-ci il 28 avqust tarixli 020CRLN16000042-31saylı kredit müqaviləsinə əsasən, illik 7 faiz dərəcəsi ilə 94.000 ABŞ dolları; - 2021-ci il 1 mart tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsinə əsasən, illik 7 faiz dərəcəsi ilə 25.000 ABŞ dolları; - 2021-ci il 30 aprel tarixli 020CRLN16000042-33 saylı kredit müqaviləsinə əsasən, illik 7 faiz dərəcəsi ilə 16.000 ABŞ dolları.

9. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 2021-ci il 6 avqust tarixli 003REAL20000093 saylı ipoteka müqaviləsinə əsasən, 2016-cı il 22 sentyabr tarixli, 020CRLN16000042 saylı baş kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus, ünvan 3i ünvanında yerləşən 24.9248 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü e dilmişdir. 10. 2020-ci il 7 avqust tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus, ünvan 3i ünvanında yerləşən torpaq sahəsi İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

11. İddiaçı ASC-nin 2022-ci il 23 iyun tarixli arayışlarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqavilələri üzrə sonuncunun banka olan borcu aşağıdakı məbləğlərdə olmuşdur: - 2021-ci il 30 aprel tarixli 020CRLN16000042-33 saylı kredit müqaviləsi üzrə 16.000 ABŞ dolları əsas, 1.171,74 ABŞ dolları faiz, 580,37 ABŞ dolları cərimə (ZB-7896 saylı arayışdan); - 2021-ci il 1 mart tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsi üzrə 21.552,46 ABŞ dolları əsas, 1.581,43 ABŞ dolları faiz, 818.6 ABŞ dolları cərimə (ZB-7897 saylı arayışdan); - 2020-ci il 2 8 avqust tarixli 020CRLN16000042-31 saylı kredit müqaviləsi üzrə 85.694,91 manat əsas, 6.420,94 manat faiz, 3.932,11 manat cərimə (ZB-7898 saylı arayışdan); - 2020-ci il 6 avqust tarixli 020CRLN16000042-30 saylı kredit müqaviləsi üzrə 187.240,98 manat əsas, 14.029,08 manat faiz, 8.589,04 manat cərimə (ZB-7899 saylı arayışdan); - 2020-ci il 1 iyul tarixli 020CRLN16000042-29 saylı kredit müqaviləsi üzrə 108.012,63 manat əsas, 19.583,41 manat faiz, 4.806,26 manat cərimə (ZB-7900 saylı arayışdan). - 2020-ci il 30 aprel tarixli 020CRLN16000042-28 saylı kredit müqaviləsi üzrə 54.910,6 manat əsas, 9.994,25 manat faiz, 2.470,15 manat cərimə (ZB-7901 saylı arayışdan). - 2020-ci il 7 aprel tarixli 020CRLN16000042-27 saylı kredit müqaviləsi üzrə 42.891,88 manat əsas, 7.776,76 manat faiz, 1.908,95 man at cərimə (ZB-7902 saylı arayışdan). - 2020-ci il 19 mart tarixli 020CRLN16000042-26 saylı kredit müqaviləsi üzrə 45.708,38 manat əsas, 6.832,42 manat faiz, 2.053,38 manat cərimə (ZB-7903 saylı arayışdan). - 2020-ci il 12 mart tarixli 020CRLN16000042-25 saylı kredit müqaviləsi üzrə 917.542,77 manat əsas, 148.211,38 manat faiz, 41.211,34 manat cərimə (ZB-7904 saylı arayışdan).

12. İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh3 və X2 ünvanlanmış “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış kredit müqavilələri əsasında aldığı kredit üzrə borcun olması və borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə həmin şəxslər məlumatlandırılmışlar.

13. Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərdən görünür ki, 45 manat məbləğində dövlət rüsumu və 345 manat məbləğində xidmət haqqı ödənilmişdir.

14. İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış 2022-ci il 16 may tarixli pretenziya məktubunda borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. 15. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 22 iyun tarixli arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh3 və X1 tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki i craat

16. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 13 iyul tarixində Cavabdeh2, Cavabdeh3 və X2 (bundan sonra– birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh2”, “Cavabdeh3” və “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək; - 2020-ci il 7 aprel tarixli 020CRLN16000042-27 saylı kredit müqaviləsinə əsasən 42.891,88 manat əsas, 7.776,76 manat faiz, 1.908,95 manat cərimə; 2020-ci il 30 aprel tarixli 020CRLN16000042-28 saylı kredit müqaviləsinə əsasən 54.910,6 manat əsas, 9.994,25 manat faiz, 2.470,15 manat cərimə; 2020-ci il 1 iyul tarixli 020CRLN16000042-29 saylı kredit müqaviləsinə əsasən 108.012,63 manat əsas, 19.583,41 manat faiz, 4.806,26 manat cərimə; 2020-ci il 19 mart tarixli 020CRLN16000042-26 saylı kredit müqaviləsinə əsas ən 45.708,38 manat əsas, 6.832,42 manat faiz, 2.053,38 manat cərimə; 2020-ci il 12 mart tarixli 020CRLN16000042-25 saylı kredit müqaviləsinə əsasən 917.542,77 manat əsas, 148.211,38 manat faiz, 41.211,34 manat cərimə; 2020-ci il 6 avqust tarixli 020CRLN16000042-30 saylı kredit müqaviləsinə əsasən 187.240,98 ABŞ dolları əsas, 14.029,08 ABŞ dolları faiz, 8.589,04 ABŞ dolları cərimə; 2020-ci il 28 avqust tarixli 020CRLN16000042-31 saylı kredit müqaviləsinə əsasən 85.694,91 ABŞ dolları əsas, 6.420,94 ABŞ dolları faiz, 3.932,11 ABŞ dolları cərimə; 2021-ci il 1 mart tarixli, 020CRLN16000042-32 saylı kredit müqaviləsinə əsasən 21.552,46 ABŞ dolları əsas, 1.581,43 ABŞ dolları faiz, 818,6 ABŞ dolları cərimə; 2021-ci il 30 aprel tarixli 020CRLN16000042-33 saylı kredit müqaviləsinə əsasən 16.000 ABŞ dolları əsas, 1.171,74 ABŞ dolları faiz, 580,37 ABŞ dolları cərimə olmaqla cəmi 1.413.914,56 manat və 347.611,66 ABŞ dolları məbləğində borcun tutulması; - 1.795,69 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 345 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat mediasiya xərcinin Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xeyrinə tutulması; - tutmanın ipoteka predmetləri olan Cavabdeh2 məxsus ünvan 3ində yerləşən 24.9248 ha torpaq sahəsinə, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə və Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (bundan sonra – birlikdə “ipoteka predmetləri”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh2 məxsus əmlak”, “Cavabdeh3 məxsus əmlak” və “Cavabdeh1 məxsus əmlak”) yönəldilməsi, ipoteka predmetlərinin hərracdan satılması, borcun ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, tutma ipoteka predmetlərinə yönəldikdə və həmin əmlaklar satıldıqda, ən geci 1 ay ərzində cavabdehlərin və digər şəxslərin həmin əmlaklardan çıxarılmaları, əmlakların boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə aralarında bağlanmış 2016-cı il 22 sentyabr tarixli 020CRLN16000042 nömrəli Baş kredit müqa viləsi çərçivəsində cavabdehə illik 30 faiz dərəcəsi ilə 60 aylıq müddətə 500.000 manat kredit limiti ayrılmışdır. Həmin Baş kredit müqaviləsinə 2019-cu il 19 sentyabr tarixli 5 nömrəli Əlavə Razılaşma əsasında cavabdehə illik 30 faiz dərəcəsi ilə 2019-cu il 18 sentyabr tarixindən 60 ay müddətinə 2.000.000 manat (USD və ya EUR qarşılığı) kredit limiti ayrılmışdır. 2020-ci il 1 iyul tarixində Baş kredit müqaviləsinə 6 nömrəli Əlavə Razılaşma bağlanmış, tərəflər arası müqavilə şərtləri üzrə hüquq və vəzifələr müəyyən olunmaqla, limit 2.000.000 manat (USD və ya EUR ekvivalenti) təyin edilmişdir. Cavabdeh2 ilə bağlanılmış 2020-2021-ci illərdə bağlanmış kredit müqavilələrinə əsasən cavabdehə kreditlər verilmiş (bax yuxarıda § 8), 2016-cı il 22 sentyabr tarixli Baş kredit müqaviləsi üzrə borcu n təminatı olaraq Cavabdeh3 ilə 2016-cı il 23 sentyabr tarixli, Cavabdeh1 ilə 2017-ci il 21 avqust tarixli, Cavabdeh2 ilə 2020-ci il 6 avqust tarixli ipoteka müqavilələri bağlanmış və həmin müqavilələrdə göstərilən əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 2022-ci il 23 iyun tarixinə borcalan Cavabdeh2 əsas, faiz və cərimə borcları olmaqla cəmi 1.413.914,56 manat və 347.611,66 ABŞ dolları borcu mövcud olmuşdur.

18. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 317.1, 385.1, 442, 445.1, 445.2.1, 448, 449.1, 449.4, 462.1, 465.2, 470.1, 472.1 və 501-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 34.1.1-ci, 34.1.2, 34.1.3 və 39.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarına istinad olunmuşdur.

19. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 28 sentyabr tarixli e-2-2(121)1683/2022 saylı qərardadı ilə məhkəmə mühasibatlıq və əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizaları təyin olunmuşdur. 20. "xxxx" MMC-nin 2022-ci il 22 noyabr tarixli qiymətləndirmə rəylərindən görünür ki, ünvan 3ində yerləşən 24,9248 ha torpaq sahəsinin bazar dəyəri 120.000 manat, likvid dəyəri 114.000 manat; Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 385.560 manat, likvid dəyəri 366.282 manat; ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 285.000 manat, likvid dəyəri 270.750 manat təşkil etmişdir.

21. Azərbaycan Respu blikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 25 noyabr tarixli 9/7877 saylı ekspert rəyinin nəticə hissəsində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş maliyyə arayışı, hesabdan çıxarış məlumatları, kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 borcunun məbləğləri aşağıdakı kimi müəyyən edilmişdir: - 2020-ci il 12 mart tarixli 020CRLN16000042-25 saylı kredit müqaviləsi üzrə 2022-ci il 12 mart tarixinə əsas kredit borcu 915.652,89 manat, faiz borcu 87.094,14 manat, 2022ci il 23 iyun tarixinə əsas kredit borcu 915.652,89 manat, faiz borcu 123.058,95 manat; - 2020-ci il 19 mart tarixli 020CRLN16000042-26 saylı kredit müqaviləsi üzə 2022-ci il 19 mart tarixinə əsas kredit borcu 45.4 11,90 manat, faiz borcu 4.344,41 manat, 2022-ci il 23 iyun tarixinə əsas kredit borcu 45.411,90 manat, faiz borcu 6.004,46 manat; - 2020-ci il 7 aprel tarixli 020CRLN16000042-27 saylı kredit müqaviləsi üzrə 2022-ci il 7 aprel tarixinə əsas kredit borcu 42.672,89 manat, faiz borcu 5.360,19 manat, 2022-ci il 23 iyun tarixinə əsas kredit borcu 42.672,89 manat, faiz borcu 6.891,67 manat; - 2020-ci il 30 aprel tarixli 020CRLN16000042-28 saylı kredit müqaviləsi üzrə 2022-ci il 30 aprel tarixinə əsas kredit borcu 54.555,45 manat, faiz borcu 7.393,78 manat, 2022-ci il 23 iyun tarixinə əsas kredit borcu 54.555,45 manat, faiz borcu 8.759,18 manat; - 2020-ci il 1 iyul tarixli 020CRLN16000042-29 saylı kredit müqaviləsi üzrə 2022-ci il 1 iyul tarixinə İlkin əsas kredit borcu 107.483 manat, faiz borcu 1 7.663,04 manat, 2022-ci il 23 iyun tarixinə əsas kredit borcu 107.483 manat, faiz borcu 17.256,99 manat; - 2020-ci il 6 avqust tarixli 020CRLN16000042-30 saylı kredit müqaviləsi üzrə 2022-ci il 6 avqust tarixinə əsas kredit borcu 186.539,73 ABŞ dolları, faiz borcu 13.892,03 ABŞ dolları, 2022-ci il 23 iyun tarixinə əsas kredit borcu 186.539,73 ABŞ dolları, faiz borcu 12.332,35 ABŞ dolları; - 2020-ci il 28 avqust tarixli 020CRLN16000042-31 saylı kredit müqaviləsi üzrə 2022ci il 28 avqust tarixinə əsas kredit borcu 85.258,38 ABŞ dolları, faiz borcu 6.714,10 ABŞ dolları, 2022-ci il 23 iyun tarixinə əsas kredit borcu 85.258,38 ABŞ dolları, faiz borcu 5.636,53 ABŞ dolları; - 2021-ci il 1 mart tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsi üzrə 2022-ci il 23 iyun tarixinə əsas kredit borcu 21.511,64 ABŞ dolları, faiz borcu 1.422,16 ABŞ dolları; - 2021-ci il 30 aprel tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsi üzrə 2022-ci il 23 iyun tarixinə əsas kredit borcu 15.986,35 ABŞ dolları, faiz borcu 1.056,88 ABŞ dolları.

22. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 15 mart tarixli e-2-2(121)-27/2023 saylı qətnaməsi ilə: - iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2020-ci il 7 aprel tarixli 020CRLN16000042-27 saylı kredit müqaviləsinə əsasən 42.672,89 manat məbləğində əsas, 5.360,19 manat məbləğində faiz, 195 manat cərimə (dəbbə pulu) borcu; 2020-ci il 30 aprel tarixli 020CRLN16000042-28 saylı kredit müqaviləsinə əsasən 54.555,45 manat məbləğində əsas, 7.393,78 manat məbləğində faiz, 250 manat cərimə borcu; 2020-ci il 1 iyul tarixli 020CRLN16000042- 29 saylı kredit müqaviləsinə əsasən 107.483 manat məbləğində əsas, 17.663,04 manat məbləğində faiz, 485 manat cərimə borcu; 2020-ci il 19 mart tarixli 020CRLN16000042-26 saylı kredit müqaviləsinə əsasən 45.411,90 manat məbləğində əsas, 4.344,41 manat məbləğində faiz, 210 manat cərimə borcu; 2020-ci il 12 mart tarixli 020CRLN16000042-25 saylı kredit müqaviləsinə əsasən 915.652,89 manat məbləğində əsas, 87.094,14 manat məbləğində faiz, 4.125 manat cərimə borcu; 2020-ci il 6 avqust tarixli 020CRLN16000042-30 saylı kredit müqaviləsinə əsasən 186.539,73 ABŞ dolları məbləğində əsas, 13.892,03 ABŞ dolları məbləğində faiz, 860 ABŞ dolları cərimə borcu; 2020-ci il 28 avqust tarixli 020CRLN16000042-31 saylı kredit müqaviləsinə əsasən 85.258,38 ABŞ dolları məbləğində əsas, 6.420,94 ABŞ dolları məbləğ ində faiz, 395 ABŞ dolları cərimə borcu; 2021-ci il 1 mart tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsinə əsasən 21.511,64 ABŞ dolları məbləğində əsas, 1.422,16 ABŞ dolları məbləğində faiz, 85 ABŞ dolları cərimə borcu; 2021-ci il 30 aprel tarixli 020CRLN16000042-33 saylı kredit müqaviləsinə əsasən 15.986,35 ABŞ dolları məbləğində əsas, 1.056,88 ABŞ dolları məbləğində faiz, 60 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1.292.896,69 manat və 333.488,11 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, 1.642 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu, 345 mana t xidmət haqqı və mediasiya xərci olaraq ödənilmiş 400 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi; - Tələbin ipoteka predmetlərinə yönəldilməsi; - Cavabdeh2 məxsus əmlakın ilkin satış qiymətinin 114.000 manat məbləğində, Cavabdeh3 məxsus əmlakın ilkin satış qiymətinin 270.750 manat məbləğində və Cavabdeh1 məxsus əmlakın ilkin satış qiymətinin 366.282 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən iddiaçıya olan borcun ödənilməsi; - Cavabdeh2 məxsus əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2, Cavabdeh3 məxsus əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh3 və Cavabdeh1 məxsus əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh1 qaytarılm ası; - İpoteka predmetləri açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və digər şəxslərin həmin əmlaklardan çıxarılması və həmin əmlakların boşaldılması qət edilmiş; - İddia tələbi qalan hissədə rədd edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 900 manatın 600 manatının Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 300 manatının isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi; - İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1.500 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim – E.Abdullayev). 2

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 25 noyabr tarixli 9/7877 saylı rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Cavabdeh2 kredit müqavilələri üzrə borcunun olması (bax yuxarıda § 22) iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən, iddia qismən təmin edilməlidir.

24. Məhkəmə cərimənin 2020-ci il 7 aprel tarixli kredit müqaviləsi üzrə 1.908,95 manat məbləğində deyil, 195 manat, 2020-ci il 30 aprel tarixli kredit müqaviləsi üzrə 2.470,15 manat məbləğində deyil, 250 manat, 2020-ci il 1 iyul tarixli kredit müqaviləsi üzrə 4.806,26 manat məbləğində deyil, 485 manat, 2020-ci il 19 mart tarixli kredit müqaviləsi üzrə 2.053,38 manat məbləğində deyil, 210 manat, 2020-ci il 12 mart tarixli kredit müqaviləsi üzrə 41.211,34 manat məbləğində deyil, 4.125 manat, 2020-ci il 6 avqust tarixli kredit müqaviləsi üzrə 8.589,04 ABŞ dolları məbləğində deyil, 860 ABŞ dolları, 2020-ci il 28 avqust tarixli kredit müqaviləsi üzrə 3.932,11 ABŞ dolları məbləğində deyil, 395 ABŞ dolları, 2021-ci il 1 mart tarixli kredit müqaviləsi üzrə 818,6 ABŞ dolları məbləğində deyil, 85 ABŞ dolları, 2021-ci il 30 aprel tarixli kredit müqaviləsi üzrə 580,37 ABŞ dolları məbləğində deyil, 60 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq hesab etmişdir. Dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak və sahibkarlıq mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir.

25. Eyni zamanda, Cavabdeh3 digər cavabdehə kredit müqaviləsi üzrə alınmış pula görə zamin olduğundan, qeyd edilən məbləğlərin və həmin məbləğlərə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Buna görə də Cavabdeh3 Cavabdeh2 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd olunan hissədə də təmin edilməlidir.

26. İddia tələbin ipo teka predmetlərinə yönəldilməsi hissəsində də əsaslı olmuşdur. Eyni zamanda, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, həmin əmlakların ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. İş materiallarında olan məhkəmənin qərardadı ilə göstərilən daşınan əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün 2022-ci il 23 noyabr tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə ilkin satış qiymətləri müəyyən edilmişdir. İpoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, Cavabdeh3 məxsus əmlakın ilkin satış qiyməti 270.750 manat, Cavabdeh1 məxsus əmlakın ilkin satış qiyməti 366.282 manat və Cavabdeh2 məx sus əmlakın ilkin satış qiyməti 114.000 manat məbləğində müəyyən olunmaqla, ipoteka predmetləri açıq hərracdan satılmalı və həmin daşınmaz əmlakların satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.

27. İddia tələbi “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi”nə dair hissədə əsassız olmuşdur. Satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir.

28. İddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra 1 ay ərzində həmin əmlakların cavabdehlər tərəfində n boşaldılması və həmin əmlaklardan çıxarılması” hissəsində iddiaçının dəlilləri əsaslı olmuşdur və qeyd edilən daşınmaz əmlaklar ipoteka müqaviləsi üzrə kreditlərin qaytarılması üçün ipotekaya qoyulduğundan, borc ödənilmədiyi təqdirdə ipoteka qoyan, yəni cavabdehlər ipoteka predmeti olan əmlaklardan çıxacağını və boşaldacağını öhdəsinə götürdüyündən iddia tələbi həmin hissədə də təmin edilməlidir. İpoteka müqaviləsi üzrə kredit götürmüş şəxs həmin ipoteka predmeti olan daşınmaz əmlaklara qeydiyyatda olan şəxslərlə birlikdə ipoteka predmeti olan yaşayış sahəsindən çıxmaq öhdəliyini qəbul etmiş və bu öhdəliyin icrası üçün ayrıca məhkəmə qərarı tələb olunmur.

29. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 1.642 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu, 345 manat xidmət haqqı və mediasiya xərci olaraq ödənilmiş 400 manat Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 1.500 manat cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-yə, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 900 manat məbləğinin 600 manatı Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 300 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödəni lməlidir.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.7, 317.1, 319.1, 385.1, 425.1, 442, 443.1, 445.7, 448.1, 448.2, 462.1, 467, 470.1, 472.2 və 739.1-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 39.3.3, 41.1, 59.3 və 59.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) maddələrinə 14.2, 77.1, 107, 115.0.1, 119.1 və 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Cavabdeh2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və təkrar ekspertizalar təyin olunaraq borcun və ipoteka predmetinin dəyərinin təkrar hesablanmaqla yeni rəylər əsasında qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 2-2(106)-62/2023 qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Kərimov, hakimlər – S.Həsənov və P.Əhmədov).

33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü borc tələbi müqavilə müddəti ərzində müqavilədə nəzərdə tutulan qaydada hesablanan əsas borc və faiz borcu məbləğləri hissədə qanuni və əsaslı olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi də məhz təyin etmiş olduğu məhkəmə mühasibatlıq eksperti zası qarşısında hər bir kredit müqaviləsi üzrə müqavilə müddətini nəzərə alaraq suallar qoymuş və verilən ekspert rəyinə uyğun əsas borc və faiz borc məbləğlərini müəyyən etmişdir. Hər bir kredit müqaviləsi üzrə hesablanan cərimə məbləğlərinə gəlincə isə birinci instansiya məhkəməsi tərəfindən MM-in 467-ci maddəsinə müvafiq olaraq cərimə məbləğləri azaldılmışdır.

34. Cavabdeh apellyasiya şikayətində qətnamə ilə müəyyən olunan borc məbləğlərini mübahisələndirərək, yenidən ekspertizanın keçirilməsini xahiş etsə də, ekspert rəyinin həqiqiliyini şübhə altına ala biləcək real bir əsaslandırma gətirməmişdir.

35. Tutmanın ipoteka predmetinə yönəldilməsini istisna edən hər hansı hal iş materialları ilə müəyyən olunmamışdır. Tərəflər arasında bağlanmış ipoteka müqavilələrində bütün mühüm zəruri şər tlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmiş, ipoteka müqaviləsi notariat qaydada təsdiq olunmuş və müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Sonrakı mərhələdə isə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, cavabdehlərə də bununla bağlı müvafiq bildirişlər verilmişdir.

36. Apellyasiya şikayətinin dəlillərini ipoteka predmetlərinin ilkin satış qiymətinin yenidən ekspertizanın keçirilməsi yolu ilə müəyyən olunması hissədə tədqiq edən məhkəmə qeyd etmişdir ki, qiymətləndirmə rəyləri bilavasitə əmlaklara baxış keçirməklə, təmir vəziyyəti (fotoşəkillər əlavə olunmuşdur) və sair hallar nəzərə alınmaqla verilmişdir. Cavabdeh yenidən qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etsə də, işdəki ek spert rəyinin həqiqiliyini şübhə altına ala biləcək bir əsaslandırma gətirməmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, MM-in 6.1, 14.1, 14.2.1, 269.2, 307.1, 307.3-307.7, 317.1, 317.2, 319.1, 385.1, 386.1, 442, 467 və 739.1-ci, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9, 9.1, 10.1, 10.4, 11.1-11.3, 33, 34.1.1, 39.3 və 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 may tarixli Qərarı və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.

38. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 19 iyun tarixində Cavabdeh2 göndərilmişdir.

39. Cavabdeh2 həmin qətnamədən 2023-cü il 18 avqust tarixində kassasiya şikayəti verərək onun ləğv olunması, işin araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

40. MM-in 385, 386, 442, 448, 739 və 740-cı maddələri üzrə - Kredit müqavilələri üzrə Cavabdeh2 tərəfindən ödənişlər edilmiş olsa da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh2 maddi vəziyyəti pandemiya nəticəsində və daha sonra həbs olunmasına görə ondan asılı olmayan səbəbdən pisləşmiş, lakin bank bunu nəzərə almamışdır. Pandemiya zamanı Cavabdeh2 milyonlar dəyərində məhsulları məhv olmuşdur. Cavabdeh2 müqavilə bağlayan zaman sığorta olunmuş, lakin sığorta ziyanı qarşılamamışdır. Qeyd edilən hallar nəzərə alınmamış, əsassız olaraq yüksək borc tələb olunmuşdur. Halbuki müqavilə şərtlərinə əsasən tərəflərin maddi vəziyyəti onların iradəsindən asılı olmayan səbəbdən dəyişdikdə müqavilə şərtlərinə dəyişiklik olunmalıdır. Cavabdeh2 bank tərəfindən hər hansı güzəşt olunmamışdır. Bundan başqa, borc məbləği düzgün hesablanmamış, təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin olunmamış, bununl a bağlı Cavabdeh2 vəsatətləri təmin edilməmişdir. Həmçinin ipoteka ilə yüklü edilmiş əmlakların dəyəri həddindən artıq aşağı hesablanmışdır. Cavabdeh2 2.000.000 manat kredit götürmüşdür və ipoteka predmetləri də həmin dəyərdə olmalıdır ki, öhdəliyin icrasını qarşılasın. Lakin hazırda Cavabdeh2 əmlaklarının dəyəri 700.000 manat hesablanmışdır. Bankın 700.000 manat dəyəri olan ipoteka predmeti qarşılığında 2.000.000 manat kredit verməsi mümkün deyildir. Bu da göstərir ki, məhkəmə araşdırması düzgün aparılmamışdır.

41. MPM-in 9, 14, 77, 88 və 97-ci maddələri üzrə - Məhkəmə prosesləri çəkişmə prinsipinə riayət olunmaqla aparılmamış, Cavabdeh2 həbsdə olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Sübutlara düzgün hüquqi qiymət verilməmiş, sübutlar tam araşdırılmamış, məhkəmə araşdırm ası çəkişmə prinsipi əsasında aparılmamış, Cavabdeh2 vəsatətləri əsassız olaraq təmin olunmamış, vəsatətin təmin olunmaması barədə hər hansı qərardad qəbul edilməmişdir. Ekspertizanın hansı əsaslarla keçirilməməsi barədə Cavabdeh2 məlumatlı deyil. Ekspert rəyi sübut növlərindən biridir, lakin məhkəmə ekspertiza keçirməyərək sübutları tam tədqiq etmədən ədalətli qətnamə qəbul etməmişdir. Həm məhkəmə mühasibatlıq, həm də qiymətləndirmə ekspertizaları düzgün aparılmamışdır. İpoteka predmetlərinin dəyəri hazırkı vaxta olan bazar qiymətinə uyğun deyildir. Bundan başqa, dəfələrlə məhkəmə praktikasında ekspertlərin ayrı-ayrı rəylər təqdim etməsinə rast gəlinir. Lakin tam məhkəmə araşdırması və təkrar ekspertiza tədqiqatları aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 42. 20 23-cü il 26 sentyabr tarixində iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini icra etmədiyini etiraf edir. Bununla bağlı müxtəlif bəhanələr gətirsə də, bu onun kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsinə əsas ola bilməz. Cavabdehin ödənişləri ilə bağlı məhkəməyə təqdim edilmiş maliyyə arayışları və hesabdan çıxarış sənədlərində edilən ödənişlərin məbləği, tarixi dəqiq göstərilmişdir. Bununla bağlı məhkəmələr tərəfindən araşdırmalar aparılmış, habelə həmin maliyyə sənədlər digər sənədlərlə birlikdə məhkəmə mühasibatlıq ekspertizası tərəfindən tədqiq edilmiş və edilmiş ödənişlərin nəzərə alınmaması ilə bağlı pozuntu halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin əmlak və sahibkarlıq mənafelərini nəzərə alaraq, cəmi borc üzrə cərimə məbləğinin kifayət qədər azaldılması barədə qərar qəbul etmişdir.

43. Həmçinin cavabdeh maliyyə vəziyyətinin pisləşməsinin ondan asılı olmayan səbəblərdən baş verməsi halını təsdiq edən heç bir halı təsdiq edə bilmir və yalnız mülahizələrə əsaslanır. Həmçinin ipoteka predmetləri olan əmlakların dəyərinin müəyyən olunması üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası keçirilmiş və qiymətləndirici şirkət "xxxx" MMC tərəfindən əmlaklar bazar dəyərinə uyğun qiymətləndirilmişdir. Apellyasiya instansiya məhkəməsində həmin əmlakların yenidən dəyərləndirilməsinə ehtiyac olması ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə, ipoteka əmlaklarının sığorta etdirilməsinə g örə müvafiq sığorta haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ipoteka əmlakları ilə sığorta ödənişinin həyata keçirilə bilməsi üçün hər hansı sığorta hadisəsi baş verməmişdir.

44. Cavabdeh ümumi şəkildə MM-in normalarına istinad etmiş, ancaq bu normaların pozuntusunun nədən ibarət olduğunu sübut edə bilməmişdir. Belə ki, işdə olan mötəbər sübutlar aşağı instansiya məhkəmələri tərəfindən kifayət qədər araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.

45. Cavabdeh prosessual hüquq normasının pozuntusu kimi öz şikayətində bildirir ki, “ekspertizaların keçirilməsi ilə bağlı verdiyi vəsatətlər təmin edilmədiyinə görə ədalətli qətnamə qəbul edilməmişdir və iş hərtərəfli araşdırılmamışdır”. Cavabdehin bu mülahizələri əsassızdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində keçirilmiş m ühasibatlıq və qiymətləndirmə ekspertizası tədqiqatlarının hansı əsaslarla düzgün aparılmamasını apellyasiya şikayətində də əsaslandıra bilməmiş və mövqeyini ümumi sözlərlə ifadə etmişdir. Cavabdeh şikayət ərizəsində ekspert rəylərində razı olmadığı məqamları göstərməli, bununla öz tələbini hüquqi əsaslarla sübut etməli idi. Bu baxımdan, bu hissədə də cavabdehin fikirləri tamamilə əsassızdır. Apellyasiya məhkəməsinin qətnaməsində bu məsələyə xüsusi diqqət yetirilərək qeyd edilmişdir ki, cavabdeh apellyasiya şikayətində qətnamə ilə müəyyən olunan borc məbləğlərini mübahisələndirərək, yenidən ekspertizanın keçirilməsini xahiş etsə də, işdəki ekspert rəyinin həqiqiliyini şübhə altına ala biləcək real bir əsaslandırma gətirməmişdir. Bundan əlavə, apellyasiya məhkəməsinin qətnaməsində göstərilm işdir ki, qiymətləndiricinin rəyləri bilavasitə əmlaklara baxış keçirilməklə, təmir vəziyyəti (fotoşəkillər əlavə olunmuşdur) və sair hallar nəzərə alınmaqla verilmişdir. Cavabdeh yenidən qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etsə də, işdəki ekspert rəyinin həqiqiliyini şübhə altına ala biləcək bir əsaslandırma gətirməmişdir.

46. İş materiallarında olan ekspert rəylərinin tədqiqi zamanı həmin rəylərin hüquq normaları çərçivəsində tərtib olunduğunu, habelə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlandığı müəyyən olunur. Göründüyü kimi, cavabdeh əsassız mülahizələrlə işin icra mərhələsinə yönəldilməsinin gecikdirilməsinə çalışır. Cavabdeh iddiaçı ilə bağladığı müqavilələr üzrə üzərinə götürmüş öhdəlikləri icra etməmiş, bununla da müqavilə üzrə öhdəlikləri və normativ hüquqi aktların tələblərini pozmuşdur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

47. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də şikayət mümkün hesab edilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edilsə də, iddia qismən təmin olunduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edildiyi hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da a pellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

50. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Konstitusiyasının müvafiq müddəasında “Maddə

13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlı qları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.”

51. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərin ə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

269. Girov və ipoteka hüququ anlayışı... 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.... 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) dig ər kreditorlarına nisbətən üstün qaydada təminat alsın....” “Maddə

307. İpoteka müqaviləsi 307.1. “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir.... 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 307.5. Əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipo teka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yet irmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icras ı zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyy ət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti... 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc ver ən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” 52. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası... 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir....” 53. "İpoteka haqqında" Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

1. Əsas anlayışlar... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə

9. Sonrakı ipoteka 9.1. Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “öhdəliyini” sözü “öhdəliklərini” sözü ilə əvəz edilmişdir.)...” “Maddə

10. İpoteka müqaviləsi 10.1 İpoteka müqaviləsi müstəqil xar akter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “Maddə

11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqa viləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 11.3-cü maddəyə “mahiyyəti,” sözündən sonra “ölçüsü,” sözü əlavə edilmişdir.) “Maddə

33. İpoteka predmetinə tutmanın yönəldilməsi əsaslarıhttps://eqanun.az/framework/9902 (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 33-cü və 35-ci maddələr ləğv edilmişdir.) Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipot eka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.” Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1-ci maddədə “yaranması anı” sözləri “yaranmasına əsas verən hallar” sözləri ilə əvəz edilmişdir.) 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1.1-ci maddədə “vaxtında icra olunmaması” sözləri “icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi” sözləri ilə əvəz edilmiş dir.) 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1.2-ci maddə ləğv edilmişdir.) 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1.3-cü maddədə “yerinə yetirilməməsi” sözləri “baş verməsi” sözləri ilə əvəz edilmişdir.) 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39. 3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə

41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 41.1-ci və 41.2-ci maddələr yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.)...” “Maddə

59. İpoteka predmeti olan yaşayı ş evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Q anunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 59.4-cü maddədə “çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında” sözləri “və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində” sözləri ilə əvəz edilmişdir.)”

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 may tarixli Qərarında müəyyən edilmişdir ki: “Kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məh z ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır.”

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarınd a müəyyən edilmişdir ki: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.”

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki pro sessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur.... Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.”

57. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi... 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.” “Maddə

115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;...” “Maddə

119. Məhkəmə xərclə rinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntus u hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

58. İddiaçı cavabdehlərə qarşı irəli sürdüyü iddia ilə kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetlərinə yönəldilməsini xahiş etmiş, iddia qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

59. Cavabdehin kassasiya şikayətində prosessual pozuntularla bağlı irəli sürülən dəlillər mahiyyət etibarilə ondan ibarətdir ki, məhkəmə prosesləri çəkişmə prinsipinə riayət olunmaqla aparılmamış, Cavabdeh2 həbsdə olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Cavabdeh2 təkrar ekspertiza təyin edilməsinə dair vəsatətləri əsassız olaraq təmin olunmamış, vəsatətin təmin olunmaması barədə hər hansı qərardad qəbul edilməmişdir.

60. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən həmin dəlilləri əsassız hesab edir.

61. Əvvəla, qeyd olunmalıdır ki, cavabdeh həbsdə olmasını birinci instansiya məhkəməsinə ümumiyyətlə bildirməmiş (halbuki Cavabdeh2 məhkəmə prosesi barədə məlumatlı olmuş, vəsatətlərin verilməsi üçün hazırlıq iclasının təxirə salınması barədə məhkəməyə teleqram da göndərmişdir – İİ cild, i/v 104), yalnız birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində həbsdə olduğunu qeyd etmiş, lakin iş materiallarından göründüyü kimi, bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinə hər hansı təsdiqedici sənəd təqdim etməmişdir.

62. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, çəkişmə pri nsipinin açıqlaması olaraq MPM-in 9.2-ci maddəsinin (bax yuxarıda § 57) əsas tələblərindən biri ondan ibarətdir ki, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin şərhinə dair 2019-cu il 18 mart tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə (bax yuxarıda § 56), mülki prosesdə çəkişmə prinsipi hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Həmin prinsipin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə gö rə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən qanunla və məhkəmə tərəfindən təmin edilən bərabər imkana malik olmalıdırlar. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir.

64. Bununla əlaqədar məhkəmə kollegiyasının qənaətinə görə, çəkişmə prinsipinin əsas şərti ondan ibarətdir ki, işə baxan məhkəmə istisnasız olaraq bütün hallarda maraqlı şəxsləri müvafiq icraatın mövcudluğu barədə, o cümlədən məhkəmə iclaslarının vaxtı və yeri barəsində vaxtında və lazımi qaydada məlumatlandırmış olsun. Əgər iddiaçı və cavabdeh, habelə digər maraqlı şəxslər öz mövqelərini məhkəmədə lazımi qaydada əsaslandırmaq və müdafiə etmək, ərizə, şikayə t, vəsatət vermək, digər prosessual hüquqları həyata keçirmək üçün lazımi imkanlara malik olmuşlarsa, deməli, işə baxan məhkəmə çəkişmə prinsipinin reallaşması üçün qanunla onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirmiş hesab edilməlidir.

65. İş materiallarından görünür ki, Cavabdeh2 da ona qarşı irəli sürülən iddia tələblərinə, dəlillərə, sübutlara qarşı öz mövqeyini formalaşdırmağa və müdafiə etməyə bütün prosessual imkanları olmuş, o, məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış və prosessual hüquqlarından öz mülahizələrinə uyğun, sərbəst şəkildə istifadə etmişdir.

66. Bir sözlə, onun məhkəmə iclaslarında fiziki olaraq şəxsən iştirak etməməsinin çəkimə prinsipinin təmin olunmasına heç bir maneçiliyi, mənfi təsiri olmamış, ümumiyyətlə Cavabdeh2 hüquqlarının pozulması ilə nə ticələnməmişdir.

67. Cavabdeh2 təkrar ekspertiza təyin edilməsinə dair vəsatətlərinin əsassız olaraq təmin olunmaması, bu barədə hər hansı qərardad qəbul edilməməsinə dair dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, mübahisələndirilən qətnamədə sözügedən vəsatətlərin verilməsi qeyd olunmuş, bu vəsatətlərə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əks etdirilmiş və bildirilmişdir ki, cavabdeh rəylərin həqiqiliyini şübhə altına ala biləcək real bir əsaslandırma gətirməmişdir.

68. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini tutarlı dəlillərlə mübahisələndirə bilməmişdir.

69. Məhkəmə kollegiyası sözügedən mövqe ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

70. Kassasiya şikayətinin digər dəlilləri kredit müqavilələri üzrə Cavabdeh2 etdiyi ödənişlərin məhkəm ə tərəfindən, maddi vəziyyətinin ondan asılı olmayan səbəblərdən pisləşməsinin isə bank tərəfindən nəzərə almaması, Cavabdeh2 müqavilə bağlayan zaman sığorta edilsə də, sığortanın ziyanı qarşılamaması, ondan əsassız olaraq yüksək borc tələb olunması, bank tərəfindən hər hansı güzəşt olunmaması, borc məbləğinin düzgün hesablanmaması, habelə ipoteka ilə yüklü edilmiş əmlakların dəyərinin həddindən artıq aşağı hesablanması ilə bağlıdır.

71. Bununla əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, sözügedən halların heç biri mövcud qanunvericilikdə kredit borcundan azad olma və ya kredit borcunun azaldılması, yaxud da bank tərəfindən güzəştlərin müəyyən edilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır.

72. Bundan başqa, kassator ondan əsassız olaraq yüksək borc tələb olunmasını, borc məbləğinin düzgün hesablanmamasını bildirərkən yalnız ümumi xarakterli ifadələr işlətməklə kifayətlənmiş, konkret olaraq borcun hesablanmasında hansı səhvlərə yol verildiyini, cavabdehin ödədiyi hansı ödənişlərinin nəzərə alınmadığını tutarlı dəlillərlə əsaslandırmamışdır.

73. Cavabdeh2 müqavilə bağlayan zaman sığorta edilsə də, sığortanın ziyanı qarşılamamasına dair dəlilə gəldikdə isə qeyd olunmalıdır ki, həmin məsələ ümumiyyətlə hazırkı məhkəmə baxışının predmetini təşkil etmir və cavabdehi kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi vəzifəsindən azad etmir.

74. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 57) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 57) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

75. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 2-2(106)-62/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 2-2(106)-62/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar