Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-564/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı firmasının Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı firmasının Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 may tarixli, 2-2(103)436/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ 1. 2021-ci il 5 iy ul tarixli, SS 29/1640-01479-1 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akta əsasən, xidmət sahəsinin qaz xətti üzərində quraşdırılmış G40 markalı, 77057105 nömrəli rotor tipli “Elster” qaz sayğacı 2021-ci il 29 iyun tarixində xətdən çıxarılmış, 2021-ci il 5 iyul tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib olunmuş və aşağıdakılar müəyyən edilmişdir: - Sayğacın daxili çirklidir. Göstəricilər arasında fərq var. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir; - Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir; - 2021-ci il 29 yanvar - 2021-ci il 29 iyun tarixlərini əhatə edən saatlıq arxivə əsasən, maksimal mütləq təzyiq P=1.62 bar, korreksiya olunmuş maksimal qaz həcmi 27 kub.m, kor reksiya olunmamış qaz həcmi 21 kub.m. qeydə alınmışdır. Arxivə əsasən, son sərfiyyat 2021-ci il 29 iyun tarixində qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 49 ay (2019) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 14.668 kub.m. azdır. Şteyker yenisi ilə əvəz edildi. Pbaza=1.01325 bar, Tbaza=20C. 2. 2021-ci il 5 iyul tarixli, SS 29/1640-01488 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akta görə, Nizami rayonu ərazisində yerləşən xidmət sahəsinin İddiaçı firmasının şadlıq evlərinə məxsus qaz xətti üzərində quraşdırılmış G65 markalı 75080449 nömrəli rotor tipli “Elster” qaz sayğacı 2021-ci il 29 iyun tarixində xətdən çıxarılmış, 2021-ci il 5 iyul tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib olunmuş və aşağıdakılar müəyyən edilmişdir: - Sayğacın daxili çirklidir. Ekranda A və B işarələri var. Göstəricilər arasında fərq var. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. İmpuls vurulan nömrəli plombun simi boşdur. İmpuls öz yuvasından irəli gedir; - Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir; - 2020-ci il 8 dekabr – 2021-ci il 29 iyun tarixlərini əhatə edən saatlıq arxivə əsasən, maksimal mütləq təzyiq P=1.48 bar, korreksiya olunmuş maksimal qaz həcmi 33 kub.m, korreksiya olunmamış qaz həcmi 25 kub.m. qeydə alınmışdır. Arxivə əsasən, son sərfiyyat 2021-ci il 29 iyun tarixində qeydə alınmışdır. Batareyanın istismar müddətini n sonuna 0 ay qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 60.551 kub.m. azdır. Şteyker yenisi ilə əvəz edildi. Pbaza=1.01325 bar, Tbaza=20C. 3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2021-ci il 30 iyul tarixli, ******* nömrəli akt əsasında tərtib edilmiş eyni tarixli “Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə”dən görünür ki, ünvan 1 ünvanında yerləşən, fəaliyyət növü qeyri-əhali olan İddiaçı firmasının şadlıq evlərində aşkar edilmiş nöqsan kimi sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanması barədə 2021-ci il 5 iyul tarixli, SS 29/1640-01488 nömrəli aktına əsasən, G-65 markalı, 75080449 nömrəli sayğa cda impuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 60.551 kub.m. az olması göstərilmişdir. Respublikada qüvvədə olan ГОСТ 2939-63 “Газы. Условия для определения объема" standartının tələblərinə əsasən, istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə təzyiq 1,01325 bar və temperatur 293.15 (20 °C) olmaqla hesablanmalıdır. İİP 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 60.551 m3, əmsal 1.13 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməlidir. Bu baxımdan, cəmi: 60551x1.13=68426 kub.m.
4. İddiaçı tərəfindən cavabdehə ünvanlanan 2021-ci il 18 avqust tarixli pretenziya məktubunda yoxlamanın qanunsuz hesab edilməsi və hesablanmış 17.105,73 manat borcun silinməsi xahiş olunmuşdur. 5. 2021-ci il 6 sentyabr tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”a əsasən, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən yazılı şəkildə imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı firması (bundan sonra – “iddiaçı”) 2021-ci il 9 sentyabr tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 2021-ci il 5 iyul tarixli, SS 29/1640-01429-1 və SS 29/l640-01488 nömrəli, həmçinin “Qazdan istifadə qaydalarının pozulması haqqında” 2021-ci il 30 iyul tarixli, ******* nömrəli aktların ləğv edilməsi və ona h esablanmış 17.105,73 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 2021-ci il 25 iyun tarixli telefonoqramına əsasən, cavabdehin əməkdaşları tərəfindən Dövlət Yoxlamasına aparılmış Nizami rayon xidmət sahəsinin İddiaçı fırması (abonent kodu, **********00192) şadlıq evlərinə məxsus qaz xətti üzərində quraşdırılmış qaz sayğacı 2021-ci il 29 iyun tarixində xətdən çıxarılmış (Forma-2№9024699), 2021-ci il 5 iyul tarixində Birliyin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında SS № 29/164001429-1 və SS JVT» 29/1640-01488 nömrəli aktlar tərtib edilmişdir. Akta əsasən, sayğacın batareyasının istismar müddətinin bitməsi və impuls ötürücüsünün işlək olmaması nəticəsinə gəlinmişdir. Yoxlamanın nəti cəsi olaraq sayğacda guya mövcud olan nasazlığa görə iddiaçı təqsirli bilinmiş, cavabdehin əməkdaşları tərəfindən 2021-ci il 30 iyul tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq, iddiaçıya 68423 m3. 17.105,73 manat əlavə borc hesablanmışdır. Cavabdehin əməkdaşlarının iddiaçının şadlıq evlərində apardığı yoxlama, yoxlamanın nəticəsində hesabladığı borc məbləği əsassız və qanunsuz olmuşdur. Qeyd olunan borc məbləğinin hesablanması ilə bağlı iddiaçıya məlumat veriləndən dərhal sonra (2021-ci il 10 avqust tarixli borcun ödənilməsi ilə bağlı hesab faktura iddiaçıya 2021-ci il 17 avqust tarixində təqdim edilmişdir), iddiaçı 2021-ci il 19 avqust tarixində aparılan yoxlamanın nəticəsinin qanunsuz hesab edilməsini və yoxlamanın nəticəsi olaraq i ddiaçıya hesablanmış 17.105,73 manat borcun silinməsini tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya cavab verilməmişdir.
8. Bundan başqa, cavabdeh tərəfindən “Mediasiya prosesinin tətbiqi barədə təklifə” cavab verilməmiş, mediator tərəfindən 2021-ci il 6 sentyabr tarixinə, saat 11:00-a təyin olunmuş ilkin mediasiya sesiyasında nümayəndələrinin iştirakı təmin edilməmişdir.
9. Qaz sayğacının qüsurlu işləməsi ilə bağlı iddiaçı hər hansı təqsirli hərəkətə yol verməmişdir. Qaz sayğacının normal vəziyyətdə işləməsini təsdiq edən, cavabdeh tərəfindən yerləşdirilən plombu üzərində olmuşdur. Cavabdehin əməkdaşları tərəfindən qaz qurğularına nəzarət edilir. Əgər sayğacda nasazlıq var idisə, xəbərdarlıq edilə və dərhal aradan qaldırıla bilərdi. Qanunvericiliyin tələblərinə görə, qaz paylayıcı ildə b ir dəfədən az olmayaraq istehlakçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) tələblərinə uyğun olaraq təlimatlandırmalıdır. Lakin cavabdeh bu və digər səbəblərdən öz üzərinə düşən vəzifələri yerinə yetirməsə də, iddiaçıya əsassız olaraq borc hesablamışdır. İddiaçı daim qazpaylayıcı tərəfindən iddiaçının obyektlərinə verilmiş qazın dəyərini vaxtlı-vaxtında ödəmiş, yoxlama aparılarkən bu cür yoxlamaların aparılması üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmamışdır. Cavabdehin əməkdaşları tərəfindən aparılan həmin yoxlamanın nəticəsi olaraq tərtib olunmuş aktlarda yoxlamaların müvafiq vahid məlumat reyestrində qeydə alınması ilə bağlı məlumat yoxd ur. Bu səbəbdən, aparılan yoxlama qanunsuz hesab edilməli, yoxlamanın nəticəsi olaraq tərtib olunmuş aktlar ləğv olunmalı, iddiaçıya hesablanmış 17.105,73 manat borc silinməlidir.
10. İddia tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanununun (bundan sonra – “2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanun”) 3.2, 31.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin (bundan sonra – “Əsasnamə”) 1.4, 1.5-ci bəndlərinə, Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1-ci maddəsinə istinad olunmuşdur.
11. İddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-243/2022 saylı, 2022-ci il 28 fevral tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı iddiası üzrə “aktların ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir (hakim – K.Hüseynov).
13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 fevral tarixli, e-2-2(113)-243/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən **********00192 saylı abunə kodu üzrə 2021-ci il 30 iyul tarixli akta əsasən hesablanmış 17.105,73 manat məbləğində borc silinmişdir (hakim – K.Hüseynov).
14. Məhkəmə qeyd etmişdir ki, abonent saldosundan iddiaçıya hal-hazıra kimi qazdan istifadəyə görə 20.198,84 manat borc hesablandığı görünür. İddiaçı tərəf qeyd olunan borcdan 17.105,75 manat borcun qanunsuz olduğunu bildirərək onun silinməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab olunmalı, iddia 17.105,75 manat borcun silinməsi hissəsində təmin edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanunun 3.2, 31.2.3-cü maddələrinə, Əsasnamənin 1.4, 1.5, 5.2-ci 5.2-ci bəndlərinin əvvəlki redaksiya sının mətninə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh həmin qətnamədən 2022-ci il 30 mart tarixində apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 may tarixli, 2-2(103)-436/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – V.Baxışova və R.Qurbanov)
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh mübahisəli yoxlama barədə məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verməmiş, 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Q anunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Abonentin qanunsuz hərəkətləri barədə aktın tərtib olunması və həmin akta əsasən, abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi (əlavə sərfiyyat hesablanması) bilavasitə həmin Qanun ilə nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsi olmuş və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan qaz sayğaclarının göstəricilərinin oxunması istisnasına daxil olmamışdır.
19. Cavabdeh sahibkarlıq subyekti ilə bağlı hər hansı yoxlama aparılmadığını bildirsə də, onun iş üzrə mübahisəli aktlarda qeyd etdiyi kimi, əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan sayğaclara baxış keçirilmiş, baxış zamanı sayğaclar xətdən çıxarılaraq laboratoriya yoxlamasına göndərilmiş, qanun pozuntusunun aşkarlanması barədə aktlar tərtib olunmuş, nəticədə iddiaçıya əlavə sərfiyyat (cərimə) hesablanmışdır. Mübahisəli baxış, o cümlədən baxış zamanı sayğacların xətdən çıxarılaraq laboratoriya yoxlamasına göndərilməsi birbaşa 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanunun 2.1-ci maddəsinin təsir dairəsinə düşür. Qanun yoxlamanın nəticəsində akt tərtib edilməməsi və sanksiyalar tətbiq edilməməsi halında belə hər növdən olan müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd və baxışın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıla bilməyəcəyini açıq bəyan etmişdir. Həmin tələb Əsasnamənin 1.4-cü bəndində əks olunmuşdur və bu tələb Əsasnamə ilə həm də “habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüqu qi şəxslər” kimi cavabdehə də aid edilmişdir.
20. Bundan əlavə, həm “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində, həm də Qaydaların 2.10-cu bəndində nəzərdə tutulmuşdur ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanunda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
21. Şikayətin mübahisəli borc məbləğinin iddiaçı tərəfindən qüsurlu sayğacdan istifadə nəticəsində yaranması barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən dəlil araşdırılmış, qanunsuz istifadə faktının təsbit edildiyi fərz olunan hal da 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanunun qeyd olunan imperativ göstərişlərinin mübahisəyə tətbiqinə maneə olmamışdır. Digər tərəfdən, hazırkı iş üzrə veri lən məhkəmə qiymətləndirməsi də qazdan istifadə zamanı yol verilən qanunsuzluq faktlarının güman edilən mövcudluğunun məhkəmə kollegiyası tərəfindən təsdiq, yaxud təkzibi ilə bağlı olmamaqla, yalnız baxılan konkret kazusda həmin Qanunun tələblərinə əməl olunub-olunmaması ilə əlaqədardır.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 2013-cü il 2 iyul tarixli, 714İVQ nömrəli Qanunun 2.1, 2.3, 3.1, 3.2, 13.1, 13.2, 13.3, 13.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 2013cü il 28 avqust tarixli, 955 nömrəli Fərmanının 4.3, Əsasnamənin 1.4, 1.5, Qaydaların 2.10, 5.2, 5. 4, 5.5-ci bəndlərinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 23 may tarixində iddiaçı və cavabdehə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
24. Cavabdeh həmin qətnamədən 2022-ci il 28 iyun tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi, iş materiallarının yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. Qaydaların 1.3-cü bəndinin tələbi pozulmuşdur. Cavabdeh istehlakçını təbii qazla təmin etmiş və abonentin qaz təminatı sayğac işləməyən dövrdə də dayandırılmamışdır.
26. Qaydaların 3.3-cü bəndinin tələbi pozulmuşdur. Sayğac quraşdırıldıqdan sonra sayğac çıxarılıb labo ratoriyaya göndərilənə qədər qazdan istifadə olunmuşdur. Qeyd olunan sayğacın texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına istehlakçılar özü məsuliyyət daşıyırlar. Apellyasiya instansiya məhkəməsinin cavabdehin həyata keçirdiyi tədbirlərin 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanunun tələblərinin pozulması ilə bağlı olmasına əsaslanması anlaşılan olmamışdır.
27. Qaydaların 4.1 və 4.8-ci bəndlərinin tələbi pozulmuşdur. Qazın alqı-satqısı müqaviləsinin 2.1.6-cı yarımbəndinə uyğun olaraq istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotu aparılır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, kommersiya işi üzrə cavabdeh tərəfindən 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanunun tələbləri pozulmu şdur. Belə ki, cavabdeh təşkilat tərəfindən sahibkarlıq subyektində aparılan yoxlamalar reyestrdə qeydiyyata alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi şikayəti bu əsasa görə təmin etməmişdir. Qaydaların 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaz sayğacı balans mənsubiyyəti sərhədində quraşdırılmış qurğudur və sahibkarlıq subyekti ərazisinə daxil deyil.
28. Qaydaların 5.2-ci bəndinin tələbi pozulmuşdur. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Cavabdeh bu müddəaya əsaslanaraq qeyd etmişdir ki, sayğaca baxış keçirilməsi yoxlama hesab oluna bilməz
29. Qaydaların 5.4-cü bəndinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin təmin olunmaması barədə qənaətə gələrkən qaz sayğacının işləmədiyi dövrdə qazın dəyəri üzrə hesablaşmaların aparılmasının mümkün olması müddəasını nəzərə almamışdır. Qaydaların 5.4-cü bəndindən belə aydın olur ki, qaz sayğacının işləmədiyi dövrdə qazın dəyəri üzrə hesablaşmalar aparıla bilər. Belə olan halda, məhkəmə bu iş üzrə ekspertiza təyin etməli, faktiki sərfiyyata görə hesablanmalı olan borc məbləğini müəyyən etməli olduğu halda bunu etməmiş, hesablanmış bütün borc məbləğini silməklə konkret dövr üzrə istehlak olunmuş və dəyəri ödənilmə miş borc məbləğini silmişdir. Bununla məhkəmə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Əgər məhkəmə sərfiyyata görə hesablanmış borc məbləğini artıq hesab etmişdirsə belə bunu qətnamədə qanuni əsaslarla göstərməli idi. 30. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinin tələbi pozulmuşdur. Həmin Qanunun 1-ci maddəsində nəzərdə tutulan yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Belə olan halda, Qanunun bu maddəsinə əsaslandıqda qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması, eyni zamanda sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edi lən həmin sayğaclara müdaxilə hallarının aşkarlanması və zəruri qanunauyğun hərəkətlərin cavabdeh tərəfindən aparılmasının qeyri-qanuni olmadığı görünür. Apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X1”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunmuşdur.
31. MPM-in 77, 88-ci maddə lərinin tələbləri pozulmuşdur. Borc məbləği istismarda olan qaz sayğacının işləmədiyi dövr üçün istehlak olunan qaz sərfiyyatının hesablanması nəticəsində yaranmışdır.
32. MPM-in 217, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. Qətnamənin qanuniliyi və əsaslılığı işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmasını, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasını özündə əks etdirir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə borcun silinməsinə səbəb olan hallar araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir.
33. Qaz sayğacı balans mənsubiyyəti sərhədində quraşdırılmış qurğudur və sahibkarlıq subyekti ərazisinə daxil deyil. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 1.1.3-cü yarımbəndinə əsasən, yoxlayıcı orqanyoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı və ya publik hüquqi şəxs kimi müəyyən olunmuşdur. Cavabdeh isə dövlət orqanı deyil, sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyətinə malik olmayan dövlət müəssisəsidir. Belə ki, cavabdeh Qanunun 28.2-ci maddəsində göstərilmiş, yoxlamanın nəticəsinə uyğun olaraq sahibkarın fəaliyyəti üzrə hər hansı bir məhdudlaşdırıcı tədbirin (istehsalın, satışın qadağan edilməsi, malın dövriyyədən çıxarılması və geri çağırılması və s.) həyata keçirilməsi səlahiyyətlərinə malik deyil.
34. Müqavilə münasibətləri daxilində ayda bir dəfədən az olmayaraq istehlakçıların qaz sayğacına te xniki baxışın keçirilməsi (göstəricilərin qeydə alınması) və ya qanunsuz istehlak hallarının müəyyən edilməsi məqsədilə qaz paylayıcının balans mənsubiyyətinə aid olan qaz xəttinə baxış keçirilməsi cavabdehin funksional vəzifələrinə aiddir və istehlakçının sahibkarlıq fəaliyyətinin yoxlaması ilə əlaqəsi yoxdur. Cavabdeh istehlakçının (abonentin) sahibkarlıq fəaliyyətini yoxlamır, müqavilə münasibətləri daxilində vəzifələrinin icrasını həyata keçirir. Qazpaylayıcısı ilə istehlakçı arasında bağlanmış “Təbii qazın alqısatqısı” müqaviləsində öz əksini tapmış bəndə uyğun olaraq, istehlakçının istismarında olan qaz qurğularının tam və dəqiq uçotunun aparılması (2.1.6. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıc ının vəzifəsidir) Birliyin vəzifəsi kimi müəyyən olunmuşdur. Müqavilə üzrə vəzifənin icrası zamanı "xxxx" ASC-nin smeta sənədlərində nəzərdə tutulmuş təbii qazdan sayğaca müdaxilə etməklə istifadə etməsi halı aşkar olunmuş və müvafiq qaydada aktlaşdırılmış, bunun nəticəsində Birliyə dəymiş ziyan hesablanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Cavabdeh 2022-ci il 19 avqust tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin isə dəyişiklik edilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
36. Etiraz onunla əsaslandırılmışdır ki, qaz sayğacının qüsurlu işləməsi və sayğacın qeyd etmədiyi artıq sərfiyyata yol verilməsi ilə bağlı cavabdehin gəldiyi qənaət mötəbər olmamış, cavabdehin subyektiv ehtimallarına əsaslanmışdır. Ola bilsin ki, həmin dövrdə pandemiya ilə əlaqədar şadlıq evləri işləmədiyindən təbii olaraq qaz sayğacının üzərindəki göstəricilər əvvəlki dövrlərə nisbətən az olub. Təsadüfi deyildir ki, yoxlama ilə bağlı tərtib olunmuş SS № 29/1640-01488 nömrəli, 2021-ci il 5 iyul tarixli aktın nəticə hissəsində göstərilir ki, yoxlamanın nəticəsi: Xətalar normaya uyğundur. Batereya və impuls ötürücüsü tələb olunur.
37. Qaz sayğacının qüsurlu işləməsi ilə bağlı iddiaçı hər hansı təqsirli hərəkətə yol verməmişdir. Qaz sayğacının normal vəziyyətdə işləməsini təsdiq edən cavabdeh tərəfindən yerləşdirilən plombu üzərində olmuşdur. Kassasiya şikayətində göstərildiyi kimi, Qaydaların 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin əməkdaşları tərəfindən qaz sayğacına nəzarət edilir, qaz sayğacının göstəricilərinə əsasən hər ay iddiaçıya hesab təqdim edir və firma da vaxtlı-vaxtında hesablanmış borcu ödəyir. Əgər sayğacda nasazlıq var idisə xəbərdarlıq edilə və nasazlıq dərhal aradan qaldırıla bilərdi. Bundan başqa, Qaydaların tələblərinə görə, qazpaylayıcı ildə bir dəfədən az olmayaraq isteklakçıları təlimatlandırmalıdır. Əgər qaz sayğacında bir qüsur var idisə, Qaydaların 4.9-cu bəndinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən bununla bağlı firmaya hər hansı bir xəbərdarlıq edilə bilərdi. Cavabdeh bu və digər səbəblərdən öz üzərinə düşən vəzifələri yerinə yetirməsə də, qanunsuz olaraq qaz sayğacını yoxlamaq adı ilə çıxardıb laboratoriyaya apararaq iddiaçıya əsassız və qanunsuz borc hesablamışdır. İddiaçı daim qazpaylayıcı tərəfindən firmanın obyektlərinə verilmiş qazın dəyərini vaxtlı-vaxtında ödəmişdir.
38. Cavabdeh tərəfindən yoxlama aparılarkən bu cür yoxlamaların aparılması üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası bu halı öz qətnaməsində kifayət qədər ətraflı və qanunvericiliyin tələbləri baxımından dəqiq əsaslandırmışdır. Kassasiya şikayətində cavabdeh iddiaçının şadlıq evlərinə məxsus qaz xətti üzərində quraşdırılmış qaz sayğacı ilə bağlı cavabdehin əməkdaşlarının hərəkətlərini, tərtib olunan sənədləri sahibkarlıq sahəsində aparılan yoxlamalara aid olmaması ilə bağlı dəlillər gətirmiş, lakin həmin dəlillər əsassız olmuşdur. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələri mübahisəyə düzgün olaraq 20 13-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanunun müddəalarını tətbiq etmişlər.
39. Cavabdeh kassasiya şikayətində əsaslandırmağa cəhd edir ki, iddiaçının şadlıq evlərinin qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacının yoxlanması, aktlar tərtib edilməsi və yoxlanmanın nəticəsinə əsasən firmaya 17.105.73 manat əlavə borc hesablanması ilə bağlı cavabdehin hərəkətləri sahibkarlıq subyektlərində aparılan yoxlamalara aid deyildir. İş materiallarında olan, cavabdehin qurumları və əməkdaşları tərəfindən tərtib edilmiş aktlar bunun belə olmadığını əyani şəkildə təsdiq edir. Cavabdehin həyata keçirdiyi yoxlama bilavasitə sahibkarlıq sahəsində aparılan yoxlamalara aid olmuşdur.
40. Cavabdeh Qaydaların 2.10-cu bəndinə, 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanunun 3.2, 31.2.3-cü maddələrinə, Əsasnamənin 1.4, 1.5-ci bəndlərinə istinad edərək qeyd etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən aparılan yoxlamanın nəticəsi olaraq tərtib olunmuş aktlarda yoxlamaların müvafiq vahid məlumat reyestrində qeydə alınması ilə bağlı məlumat mövcud olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 05/6422-14 saylı, 2021-ci il 7 sentyabr tarixli məktubunda cavabdehin iddiaçıda keçirdiyi yoxlamanın reyestrdə qeydiyyata alınmadığı göstərilmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də şikayət mümkün hesab edilmişdir.
42. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 44. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibk arların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, s u, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “Maddə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə
13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlam a barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.”
45. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 28 avqust tarixli, 955 nömrəli Fərmanının müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulmuşdur: “4. Müəyyən edilsin ki:... 4.3. həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respub likasının Ədliyyə Nazirliyi həyata keçirir;...”
46. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....”
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “2. Qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu və istismarı... 2.10. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğuların a “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir....” “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfin dən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”
48. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən as ılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 may tarixli, 2-2(103)-436/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
50. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəaları ilə yalnız elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması ilə bağlı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməsi istisna hal kimi nəzərdə tutulmuş, digər bütün hallarda yoxlayıcı orqanların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalı olması müəyyənləşdirilmişdir.
51. Qeyd edilənləri nəzərə alan məhkəmə koll egiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh sahibkarlıq subyekti ilə bağlı hər hansı yoxlama aparılmadığını bildirsə də, onun əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan sayğaclara baxış keçirilmiş, baxış zamanı sayğac xətdən çıxarılaraq laboratoriya yoxlamasına göndərilmiş, qanun pozuntusunun aşkarlanması barədə akt tərtib olunmuş, nəticədə iddiaçıya əlavə sərfiyyat hesablanmışdır. Bütün bunlar isə o deməkdir ki, mübahisəli baxış, o cümlədən baxış zamanı sayğacın xətdən çıxarılaraq laboratoriya yoxlamasına göndərilməsi birbaşa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinin təsir dairəsinə düşür.
52. Məhkəmə kollegiyası kassasiya şikayə tinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 2.1-ci maddəsinin tələbinin pozulmasına dair dəlili ilə də razılaşmayaraq qeyd edir ki, istinad olunan maddə həmin Qanunun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq sahəsində aparıla bilən yoxlamaların dairəsini müəyyənləşdirir. Həmin yoxlamalar isə hər bir halda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilməlidir.
53. Kassasiya şikayətinin qaz sayğacının balans mənsubiyyəti sərhədində quraşdırılmış qurğu olması və sahibkarlıq subyektinin ərazisinə daxil olmamasına dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, ca vabdehin aşağı instansiya məhkəmələrində müvafiq sübutlarını təqdim etmək imkanı olmuşsa da, cavabdeh bu hüququndan istifadə etməmiş, balans mənsubiyyətinə dair dəlilini kassasiya şikayətində qeyd etmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxladığı üçün, cavabdeh müvafiq sübutlarını aşağı instansiya məhkəmələrinə təqdim etməli olduğu halda, həmin sübutları təqdim etmədiyinə görə onun yuxarıda qeyd edilən dəlili apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil.
54. Şikayətin mübahisəli borc məbləğinin iddiaçı tərəfindən nasaz sayğacdan faydalanması nəticəsində yaranmasının məhkəmə tərəfindən nəzərə alınmaması b arədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, qanunsuz istifadə faktının təsbit edildiyi fərz olunan hal da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd olunan imperativ göstərişlərinin mübahisəyə tətbiqinə maneə deyildir.
55. Cavabdehin kassasiya şikayətinin “qaz paylayıcının balans mənsubiyətinə aid olan qaz xəttinə baxış keçirilməsinin müqavilə münasibətlərinin icrasından irəli gəlməsi ilə bağlı” dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinin tələbinə görə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) həmin Qanunun 3.2ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
56. Bundan başqa, kassasiya şikayətinin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğundan, hazırkı halda məhkəmə kollegiyası həmin dəlillərin qiymətləndirilməsini prosessual qanunvericiliyin tələblərinə uyğun hesab etmir. MPM-in 385-ci maddəsinin t ələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Bundan fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə ilə razılaşır.
57. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilm əklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 may tarixli, 2-2(103)-436/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 may tarixli, 22(103)-436/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.