Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-564/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit razılaşmasının ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, Qəribov hakimlər Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Fazil oğluna və Cavabdeh2 qarşı “kredit razılaşmasının ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış b orcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli 22(106)-55/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" QSC ilə Cavabdeh4 arasında 2017-ci il 24 noyabr tarixində bağlanmış 008L**********43 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 120 ay müddətinə 100.000 ABŞ dolları məbləği olmaqla kredit xətti açılmışdır. 2. "xxxx" QSC ilə Cavabdeh4 arasında 2019-cu il 24 dekabr tarixində bağlanmış 008R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh4 15.000 manat məbləğində kredit vəsaiti aylıq 0,4167% olmaqla, 36 ay müddətinə verilmişdir. 3. 2019-cu il 24 dekabr tarixli köçürmə sənədindən görünür ki, 15.000 manat məbləğində kredit vəsaiti Cavabdeh4 müvafiq bank hesabına köçürülmüşdür. 4. "xxxx" QSC ilə Cavabdeh4 arasında 2019-cu il 29 oktyabr tarixində bağlanmış 008R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh4 5.000 manat məbləğində kredit vəsaiti aylıq 1,6667% olmaqla, 12 ay müddətinə verilmişdir. 5. 2019-cu il 29 oktyabr tarixli köçürmə sənədindən görünür ki, 5.000 manat məbləğində kredit vəsaiti Cavabdeh4 müvafiq bank hesabına köçürülmüşdür. 6. "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış 2021-ci il 15 yanvar tarixli 008R**********S saylı sazişin surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh4 arasında 2017-ci il 24 noyabr tarixində bağlanmış 008L**********43 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 2019-cu il 29 oktyabr tarixində bağlanmış 008R********** saylı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişlərə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödəməlidir.
7. Maliyyə arayışından görünür ki, Cavabdeh4 008R********** saylı 2019-cu il 24 dekabr tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə 2021-ci il 20 dekabr tarixə olan əsas borcu 14.964,58 manat, faiz borcu 516,23 manat, cərimə borcu 5.283,42 manat olmaqla, ümumilikdə 20.764,23 manat təşkil edir.
8. Cavabdeh4 008R********** saylı 2019-cu il 29 oktyabr tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə 2021-ci il 20 dekabr tarixə olan əsas borcu 1.341,51 manat, faiz borcu 251,69 manat, cərimə borcu 393,13 manat olmaqla, ümumilikdə 1.986,33 manat təşkil edir. 9. "xxxx " QSC ilə Cavabdeh4 arasında bağlanmış 008L**********43 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədi Cavabdeh1 ilə 2019-cu il 10 dekabr tarixində, Cavabdeh3 ilə 2017-ci il 28 noyabr tarixində zaminlik müqavilələri bağlanmışdır.
10. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 2017-ci il 24 noyabr tarixində bağlanmış ipoteka müqaviləsinə əsasən, Cavabdeh4 mülkiyyətində olan Liman şəhəri, Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 72a saylı fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2017-ci il 27 noyabr tarixində verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Liman şəhəri, Rəsul Rza küçəsi, 72a nömrəli fərdi yaşayış evi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
12. İddiaçı cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərmişdir.
13. İddiaçı tərəfindən Cavabdeh4 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir.
14. İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. 15. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 15 mart tarixli arayışın surətindən görünür ki, İddiaçı QSC tərəfindən 210 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a ) Birinci instansiya məhkəməsindəki icraat 16. "xxxx" QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 Fazil oğluna və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh4”, “Cavabdeh1”, “Cavabdeh3” və “Cavabdeh2”) qarşı Cavabdeh4 ilə bağlanmış 2019-cu il 24 dekabr tarixli 008R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçının хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 14.964,58 manat məbləğində krеdit, 516,23 manat məbləğində faiz və 5.283,42 manat məbləğində cərimə borcu olmaqla, 008R********** saylı krеdit razılaşması üzrə 1.341,51 manat məbləğində krеdit, 251,69 manat məbləğində faiz və 393,13 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 22.750,56 manat məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 210 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; Cavabdeh4 mülkiyyətində olan Liman şəhəri, Rəsul Rza küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 131 kv.m yaşayış, 128.1 kv.m köməkçi sahədən ibarət 72a nömrəli fərdi yaşayış evinin (bunda sonra – “ipoteka predmeti”) açıq hərracdan satılması, 22.750,56 manat məbləğində borcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 210 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə oluna n vəsait hesabına iddiaçıya ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə qalan məbləğin Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 ümumi müştərək qaydada tutulması; ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə 2022-ci il 19 may tarixində iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 2019-cu il 24 dekabr tarixli 008R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 0.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.000 manat məbləğ ində krеdit götürmüş, krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2021-ci il 25 yanvar tarixindən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 35,42 manat ödəmiş, onun 14.964,58 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh4 kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2021-ci il 20 dekabr tarixinə 327 gün üçün hesablanmış faiz borcu 516,23 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 2021-ci il 20 dekabr tarixinə 327 gün üçün hеsablanmış cərimə 5.283,42 manat təşkil edir.
18. Bundan başqa, Cavabdeh4 2019-cu il 29 oktyabr tarixli 008R********** saylı krеdit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 2021-ci il 15 yanvar tarixli 008R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 krеdit razılaşması nın 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2021-ci il 1 mart tarixindən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 3.658,49 manat ödəmiş, onun 1.341,51 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2021-ci il 20 dekabr tarixinə 292 gün üçün hesabl anmış faiz borcu 251,69 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 2021-ci il 20 dekabr tarixinə 292 gün üçün hеsablanmış cərimə 393,13 manat təşkil edir.
19. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh3, Cavabdeh1 zaminlik müqaviləl ərinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka verən Cavabdeh4 ilə iddiaçı arasında bağlanılmış 2017-ci il 24 noyabr tarixli ipoteka müqaviləsi əsasında, ipoteka predmeti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2017-ci il 27 noyabr ta rixində qeydiyyata ipoteka predmetinin Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
20. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 317.1, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34.1.1, 34.1.2, 34.1.3, 39.3, 59.3, 59.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddələrinə istinad etmişdir.
21. Cavabdeh tərəfindən iddia ərizəsinə qaşı etiraz təqdim edilməmişdir.
22. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 6 iyul tarixli e-2-2(121)-1231/2022 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin olunaraq, ekspertizanın keçiril məsi "xxxx" MMC-yə tapşırılmış, sonuncunun 2022-ci il 17 avqust tarixli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, ipoteka predmetinin bazar dəyəri 80.100 manat, likvid dəyəri 72.100 manat təşkil edir.
23. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli e-2-2(121)1231/2022 saylı qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək, iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, sonuncunun 2023-cü il 24 yanvar tarixli 10/7410 saylı rəyində ipoteka predmetinin real bazar qiyməti təqribən 88.000 manat, likvid dəyəri təqribən 79.200 manat məbləğində müəyyən edilmişdir.
24. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 15 fevral tarixli e-2-2(121)-22/2023 say lı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 2019-cu il 24 dekabr tarixli 008R********** saylı kredit razılaşmasının ləğv edilməsi, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada 008R********** saylı krеdit razılaşması üzrə 14.964,58 manat əsas, 516,23 manat faiz, 530 manat cərimə borcunun, 008R********** saylı krеdit razılaşması üzrə 1.341,51 manat əsas, 251,69 manat faiz, 40 manat cərimə borcunun, 210 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 17.894,01 manat məbləğində pul vəsaitinnin tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 79.200 manat məbləğində olmaq la açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən iddiaçıya olan borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh4 qaytarılması, ipoteka predmetinə tutma yönəldildikdən və açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatının Cavabdeh4, 50 manatının isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının d əyəri olan 600 manat məbləğində pul vəsaitinin 400 manatının Cavabdeh4, 200 manatının isə iddiaçıdan alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim – E.Abdullayev).
25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl müqavilənin ləğv edilməsi tələbini cavabdehlərə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən c avab almadığından, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, işin faktiki halları ilə təsdiq olunmuşdur ki, cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir.
26. Kredit müqavilələri üzrə əsas və faiz borcunun qaytarılmasına dair iddia tələbləri əsaslıdır. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Buna görə də, iddia qeyd edilən hissələrdə təmin edilməlidir.
27. Cərimənin ödənilməsinə dair iddia tələbi qismən əsaslıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 008R********** saylı kredit müqaviləsi üzrə cərimənin 5.283,42 manat məbləğində deyil, 530 manat məbləğində, 008R********** saylı kredit müqaviləsi üzr ə cərimənin 393,13 manat məbləğində deyil, 40 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq saymışdır. 28. 210 manat mediasiya xərcinin cavabdehlərdən alınmasına dair iddia tələbi əsaslıdır.
29. Həmçinin borcun ipoteka predmetinə yönəldilərək həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə dair iddia tələbi əsaslıdır. Cavabdeh4 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddia həmin hissədə təmin edilməlidir.
30. Məhkəmə araşdırması zamanı tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirl iyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 24 yanvar tarixli 10/7410 saylı rəyində ipoteka predmetinin real bazar qiyməti təqribən 88.000 manat, likvid dəyəri təqribən 79.200 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.
31. İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və həmin əmlakdan çıxarılmasına dair iddia tələbi üzrə iddiaçının dəlilləri əsaslıdır və qeyd edilən fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditlərin qaytarılması üçün ipotekaya qoyulduğundan, borc ödənilmədiyi təqdirdə ipoteka qoyan, yəni Cavabdeh4 və Cavabdeh2 ipoteka predmeti ola n əmlakdan çıxacağını və boşaldacağını öhdəsinə götürdüyündən iddia tələbi həmin hissədə də təmin edilməlidir.
32. Cavabdeh4 və Cavabdeh2 fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi və əmlakın alıcıya təhvil verilməsinə dair iddia tələbi əsassızdır. Əmlakın təhvil verilməsi üçün ilk öncə həmin əmlaka tutma yönəldilməli və o satılmalıdır. Hazırda ipotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçi və orada olan şəxslərin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, iddia tə ləbi həmin hissədə təmin edilə bilməz.
33. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsinə dair iddia tələbi əsaslıdır, təmin edilməlidir.
34. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulmasına dair iddia tələbi əsassızdır. Satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir.
35. Ekspertiza tədqiqatının dəyəri tərəflərdən tutulmalıdır. İddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın 50 manat ı Cavabdeh4, 50 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 600 manat məbləğində pul vəsaitinin 400 manatı Cavabdeh4, 200 manatı isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.
36. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 269.7, 317.1, 319.1, 385.1, 421.1, 421.2, 423.2, 442, 460.1, 462.1, 462.3, 467, 739.1, 739.2-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 39.3.3, 41.1, 59.3, 59.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2, 26.4-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2020-ci il 20 iyul tarixli 01 saylı qərardadına istinad etməklə əsaslandırmışdır.
37. İddiaçı 2023-cü il 7 aprel tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən – ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə çıхаrılmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
38. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 13 iyun tarixli 2-2(106)-55/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməd ən saxlanılmışdır (sədrlik edən – P.Əhmədov, hakimlər – S.Həsənov və T.Kərimov).
39. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə əldə edilmiş "xxxx" MMC-nin 2022-ci il 17 avqust tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 80.100 manat, likvid dəyəri 72.100 manat məbləğ təşkil edir. Daha sonra təyin edilmiş ekspertiza üzrə əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 24 yanvar tarixli 10/7410 saylı rəyinə görə ipoteka predmetinin real bazar qiyməti təqribən 88.000 manat, hazırkı likvid dəyəri təqribən 79.200 manat məbləğ təşkil edir.
40. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyi ilə də müəyyən edilmişd ir. Həmin rəy uyğun satışların müqayisəsi metodundan istifadə olunmaqla (rəsmi satış qiymətləri müqayisə edilməklə, fərdi yaşayış evinin fərdi xüsusiyyətləri, onun daxili və görünüşü, təmirliliyi və s. nəzərə alınmaqla) aparılmış qiymətləndirmə əsasında tərtib edilmişdir. Rəyə ilkin satış qiymətinin müəyyən olunması üçün əsas olmuş müvafiq təsdiqedici materiallar da əsaslandırılmış şəkildə izahlı formada əlavə edilmişdir. Bununla yanaşı, xüsusi diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 24 yanvar tarixli 10/7410 saylı rəyinin verilməsi üçün əsas olmuş Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli qərardadında ekspertə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-c i maddəsi ilə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.
41. Apellyasiya şikayətində istinad edilən "xxxx" MMC-nin rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əsaslandırılmış müvafiq rəyi ilə müqayisədə daha mötəbər sayıla və qətnamənin ləğvi üçün əsaslar yarada bilməz. Orada ipoteka predmetinin ilkin satış qiymətinə dair göstərilmiş 32.000 manat likvid dəyər isə kəskin dərəcədə olmaqla, real vəziyyəti özündə əks etdirmir.
42. Bütün qeyd edilənlərlə yanaşı, ipoteka predmetinin müqavilə bağlanan zaman tərəflərin qarşılıqlı razılığı ilə dəyərinin 22.500 manat müəyyən edilməsi hazırda onun dəyərinin daha çox olmasını istisna etmir. Müqavilə bağlanan zaman ipoteka qoyanın əsas məqsədi kredit götürmək olduğundan mahiyyətinə varmadan ipoteka predmeti nə istənilən qiymətin müəyyən edilməsi ilə razılaşması, habelə ipoteka predmeti təşkil edən torpaq sahəsi və ya orada yerləşən fərdi yaşayış evində aparılan yaxşılaşdırma, təmir və s. hallar da nəzərə alınmaldır.
43. Apellyasiya şikayətində ilkin satış qiyməti olaraq əmlakın likvid dəyərinin deyil, bazar dəyərinin əsas götürüldüyü qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar qeyd etmişdir ki, qətnamədən də göründüyü kimi, həmin fərdi yaşayış evinin ilkin satış qiyməti onun likvid dəyəri olan 79.200 manat müəyyən edilmişdir. Beləcə, apellyasiya şikayətinin hazırkı dəlili formal xarakter daşımaqla həqiqətə və reallığa uyğun gəlmir, eyni zamanda işdəki sübutlardan daha mötəbər sübutlarla təsdiq edilmir.
44. Beləliklə, apellyasiya şikayətinin yuxarıdakı dəlili əsassız o lmaqla, işin müəyyən edilmiş həqiqi faktiki hallarından da aydın göründüyü kimi, tutmanın ipotekaya yönəldilməsi üzrə keçirilmiş hərracın nəticəsi zamanı ipoteka predmetinin tezliklə satılması ilə yanaşı, mülkiyyətçinin mənafeyinə zidd olaraq daha ucuz qiymətə satılmasına xidmət edir ki, bu da mülkiyyətçinin hüquqlarının qorunması baxımından yolverilən sayıla bilməz.
45. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır.
46. Ona görə də, apellyasiya şikayətinin dəlilləri formal mülahizə hesab edilir. Cavabdehin apellyasiya şikayətində göstərilən formal xarakterli dəlil qətnamənin ləğvi üçün əsas ola b ilməz.
47. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, MM-in 21.1, 269.1, 317.1, 385.1, 386.1, 448.1, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 33-cü maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 01 saylı qərardadının 10, 11-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-ci il 16 iyun tarixində tərəflərə məktub ilə göndərilmiş, elektron kabinetlərində yerləşdirilmişdir.
49. İddiaçı 2023-ci il 11 avqust tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 79.200 manat müəyyən olunması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 50. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 39.3.3-cü maddələri üzrə - Bankın təşəbbüsü ilə "xxxx" MMC-yə müraciət olunmuş və "xxxx" MMC-nin rəyinə əsasən ipoteka predmeti olan əmlakın bazar dəyəri 45.000 manat, likvid dəyəri isə 32.000 manat müəyyən olunmuşdur. "xxxx" MMC-nin və Məhkəmə Ekspertiza Mərkəzinin rəyləri ilə müəyyən edilmiş qiymətlər əmlakın bazar və likvid dəyərini əks etdirmir və əmlak həmin qiymətləndiricilər tərəfindən əsassız olaraq həddindən yüksək qiymətləndirilmişdir. Belə ki, ipoteka müqaviləsi bağlandıqdan sonra hazıradək ipoteka predmeti olan əmlakın dəyəri "xxxx" MMC-nin və Məhkəmə Ekspertiza Mərkəzinin rəylərində qeyd edildiyi kimi bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakın dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağladığı tarixə nisbətən dəyərinin azalması şəklində büruzə verə bilər.
51. Qiymətləndirici tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndir mə metodu təsviri edilməli, xərc metodu, uyğun satışların müqayisəli metodu və s. üsullardan istifadə edilməklə konkret əmlakın qiymətləndirilməsində həmin metodlardan necə istifadə edildiyi, göstərilən nəticəyə necə gəlindiyi, həmin ipoteka predmetinin məbləğinin necə alındığı göstərilməlidir. "xxxx" MMC-nin və Məhkəmə Ekspertiza Mərkəzinin rəylərində əmlakın fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmamış və nəticədə iş üzrə əmlakın dəyərinin reallığa uyğun olmayaq formada həddindən artıq şişirdilərək qeyd edildiyi rəy verilmişdir. Qiymətləndiricilər tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, əmlakın fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. xüsusiyyətlər nəzərə alınmamışdır. Həmçinin rəylərdən əmlakın təmi r vəziyyəti, material sərfi, aşınma səviyyəsi, texniki sistemlərinin vəziyyəti və s. xüsusiyyətlərini müəyyən etmək mümkün deyildir. Əmlakın şəkilləri mövcud deyildir. Şablon sözlərdən istifadə etməklə uzun-uzadı rəyin tərtib olunması həmin rəyin əsaslı olmasına dəlalət etmir. "xxxx" MMC və Məhkəmə Ekspertiza Mərkəzinin rəylərində şablon sözlər, ifadələr təkrarlanır. Rəyləri qısa və konkret, müqayisəli şəkildə tərtib etmək olardı. Yaxın ərazidə oxşar əmlakların rəsmi satış qiymətləri müqayisə olunmaqla yanaşı, obyektin fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmaqla ətraflı, şübhədənkənar rəy verilməli idi. Başqa sözlə qiymətləndiricilər tərəfindən qiymətləndirmə aparılarkən süni surətdə ipoteka predmetinin qiyməti şişirdilmiş, obyektiv tədqiqat ap arılmamış, nəticədə ipoteka predmetinin bazar və likvid qiyməti düzgün müəyyən edilməmişdir. "xxxx" MMC-nin və Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri o zaman əsaslı sayıla bilərdi ki, digər sübutlarla ziddiyyət təşkil etməsin, həmin ərazidə oxşar əmlakların ilkin satış qiymətləri ilə müqayisəli rəy verilmiş olsun.
52. Bundan başqa, iş üzrə tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin qiyməti 22.500 manat müəyyən olunduğu halda, "xxxx" MMC-nin rəyinə əsasən 72.100 manat müəyyən olunduğu halda, "xxxx" MMC-nin rəyinə əsasən ipoteka predmeti olan əmlakın likvid dəyəri isə 32.000 manat müəyyən olunduğu halda, məhkəmə rəylərdən ən yüksək rəyini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müəyyən etdiyi 79.200 manatı ipoteka predmetinin ilkin satış qi yməti kimi qeyd etmişdir. Apellyasiya İnstansiyası məhkəməsi tərəfindən isə bu hal araşdırılmamış və təkrar ekspertiza təyin olunmamışdır.
53. Həmçinin təkrar qiymətləndirilmə barədə vəsatət cavabdeh tərəfindən yox, iddiaçı tərəfindən verilsə də və təkrar qiymətləndirilmə barədə verilmiş vəsatətə əsasən müəyyən olunmuş qiymətləndirilmə rəyi özündən əvvəlki rəydən çox olsa da, hər iki instansiya məhkəməsi bu hala diqqət yetirməmiş və ən yüksək qiyməti ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən etməklə iddiaçının hüquqlarını pozmuşlar.
54. İpoteka predmeti olan əmlakla bağlı "xxxx" MMC-nin və Məhkəmə Ekspertiza Mərkəzinin rəylərində qeyd etdiyi qiymət qətiyyən reallığı əks etdirmədiyindən rəy ilə iddiaçı razı deyil. Ekspertizanın (qiymətləndirmənin) təyin olunması, keçirilməsi və m əhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normaları pozulmuş və ekspert (mütəxəssis) rəyi ilə bağlı iddiaçının əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilməmişdir.
55. MPM-in 88, 102.2, 102.3, 217-ci maddələri üzrə - Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamış, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi, müqavilə üzrə tərəflərin üzərilərinə götürdükləri öhdəliklər, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş əmlakın dəyəri, iddiaçı bank tərəfindən təqdim edilmiş əlavə sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
56. Apellyasiya məhkəməsi bankın təkrar qiymətləndirmə barədə vəsatətini təmin etməmiş, bununla bağlı əsaslandırılmış qərardad qəbul etməmişdir.
57. Apellyasiya instansiya məhkəməsi nin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini təkrarlamaqla kifayətlənmiş, bankın apellyasiya şikayətində qeyd etdiyi dəlillərə ümumiyyətlə münasibət bildirməmiş, Məhkəmə Ekspertiza Mərkəzinin rəyinin əsaslı olduğunu qeyd etməklə kifayətlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
58. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
59. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
60. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 62. “İnsan hüqu qlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 6 Avropa Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir: a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq; b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək; d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malik olmaq; e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək.”
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc ver ənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 64. “İpoteka haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;...”
65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq i üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli 01 saylı qərardadında müəyyən edilmişdir ki: “...
10. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.
11. İlk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna bi ləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir....”
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutl arla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instans iyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
67. İddiaçı cavabdehlərə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbləri irəli sürmüş, iddia qismən təmin edilmiş, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız tutma yönəldilən ipoteka predmetinin qiyməti hissəsində mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini mübahisələndirilən hissədə qüvvədə saxlamışdır.
68. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 24 yanvar tarixli 10/7410 saylı rəyinə istinad etmiş və bunu onunla əsaslandırmışdır ki, həmin rəy uyğun satışların müqayisəsi metodundan istifadə olunmaqla (rəsmi satış qiymətləri müqayisə edilməklə, fərdi yaşayış evinin fərdi xüsusiyyətləri, onun daxili və görünüşü, təmirliliyi və s. nəzərə alınmaqla) aparılmış qiymətləndirmə əsasında tərtib edilmişdir. Rəyə ilkin satış qiymətinin müəyyən olunm ası üçün əsas olmuş müvafiq təsdiqedici materiallar da əsaslandırılmış şəkildə izahlı formada əlavə edilmişdir. Bununla yanaşı, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinin verilməsi üçün əsas olmuş Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli qərardadında ekspertə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.
69. Həmçinin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin rəyinin əsas götürülməli olmasına iddiaçının dəlillərinə cavab olaraq bildirmişdir ki, adıçəkilən rəy Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əsaslandırılmış müvafiq rəyi ilə müqayisədə daha mötəbər sayıla və qətnamənin ləğvi üçün əsaslar yarada bilməz. Orada ipoteka predm etinin ilkin satış qiymətinə dair göstərilmiş 32.000 manat likvid dəyər isə kəskin dərəcədə olmaqla, real vəziyyəti özündə əks etdirmir. Bütün qeyd edilənlərlə yanaşı, 2017-ci il 24 noyabr tarixli ipoteka müqaviləsi bağlanan zaman ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığı ilə 22.500 manat müəyyən edilməsi hazırda onun dəyərinin daha çox olmasını istisna etmir. Bütün bunlarla yanaşı, müqavilə bağlanan zaman ipoteka qoyanın əsas məqsədi kredit götürmək olduğundan mahiyyətinə varmadan ipoteka predmetinə istənilən qiymətin müəyyən edilməsi ilə razılaşması, habelə ipoteka predmeti təşkil edən torpaq sahəsi və ya orada yerləşən fərdi yaşayış evində aparılan yaxşılaşdırma, təmir və s. hallar da nəzərə alınmaldır.
70. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətin in dəlillərini əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyini isə qanuni və əsaslı hesab edir.
71. Əvvəla, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 24 yanvar tarixli 10/7410 saylı rəyində müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiyməti (79.200 manat) ilə "xxxx" MMC-nin 2022-ci il 17 avqust tarixli mütəxəssis rəyindəki qiymət (72.100 manat) arasındakı fərq çox azdır.
72. İkincisi və ən əsası isə, nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin ekspertiza rəyinin əsassızlığına dair dəlilləri yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
73. Hazırkı halda isə, sözügedən pozuntuların mövcudluğu iş materiallarından görünmür.
74. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 66) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 66) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
75. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli 2-2(106)-55/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyun tarixli 2-2(106)-55/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.