Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-565/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh 1 və Cavabdeh 2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, qarantiya, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, iddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 may tarixli 2-2(103)-465/2025 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qay dasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC (qarant) ilə Cavabdeh2 MMC (prinsipal) arasında 2023-cü il 3 may tarixli 009-GRM-068-2023 nömrəli qarantiya müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən? “Qarant” “Prinsipal”ın müraciətinə əsasən "xxxx" MMC ilə imzalanmış 2021-ci il 4 aprel tarixli 1456/SC-0183 nömrəli müqaviləyə əsasən, "xxxx" MMCnin xeyrinə avans qarantiyasını verməyi, prinsipal isə bu qarantiya üzrə müəyyən edilmiş muzdu qaranta ödəməyi öhdəsinə götürür. - 2.1-ci maddəsinə əsasən qarantiya məktubu təqdim edildiyi tarixdən 2024-cü il 30 yanvar tarixinədək qüvvədədir. - 3.1-ci bəndinə əsasən, qarant prinsipalın xahişi ilə benefisiarın tender elanına əsasən 688.184,90 manat bank qarantiyası verəcəkdir. Bu müqavilə qüvvəyə mindikdən sonra qarant tərə findən qarantiya məktubu hazırlanaraq benefisiara təqdim edilir. 3. 2023-cü il 3 may tarixli 009-GRM-068-2023 nömrəli Qarantiya müqaviləsinə kreditin ayrılmasına dair Əlavənin şərtlərinə uyğun olaraq qarant benefisiara ödənilmiş qarantiya məbləği həcmində prinsipala 6 ay müddətinə kredit verir.
4. Qarantiya müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinin təminatı kimi “Qarant” ilə Cavabdeh1 arasında 2023-cü il 3 may tarixli 009- GZM068-2023 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır.
5. Müqavilələr tərəflərin elektron imzaları ilə imzalanaraq təsdiq olunmuşdur. 6. 2024-cü il 14 iyun tarixli kredit hesabından çıxarışa əsasən bank tərəfindən Cavabdeh2 MMC-yə 2023-cü il 28 dekabr tarixində 6 ay müddətinə 605.040,06 manat qarantiya krediti verilmişdir.
7. Cavabdeh2 MMC-nin 2023-cü il 28 dekabr tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 2024-cü il 24 dekabr tarixinə ödənilməli əsas borcu 483.765,74 manat, faiz borcu 105.976,96 manat müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı ASC (bundan sonra - “iddiaçı”) 2024-cü il 16 may tarixində Cavabdeh1 və Cavabdeh2 MMC-yə (bundan sonra - birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC” və “Cavabdeh1”) qarşı iddia ərizəsi, sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 483.765,74 manat əsas, 105.976,96 manat faiz, müqavilə müddətinin bitmə tarixindən sonra əsas borc məbləğinə hesablanmış 12.026,95 illik beş faiz, cəmi 601.769,65 manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında bağlanmış 2023cü il 3 may tarixli 009-GRM-068-2023 nömrəli müqaviləyə əsasən iddiaçı MMC-nin lehinə öz öhdəliklərini tam yerinə yetirəcək müddətə kimi 688.184,90 manat “İcra” və “Avans” kontrqarantiya məktubları verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə 2023-cü il 3 may tarixli 009-GRM-068-2023 nömrəli Müqaviləyə əsasən MMC-nin iddiaçı qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh1 MMC-yə zamin durmuşdur. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, MMC götürdüyü bоrcun qaytar ılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 6 noyabr tarixli 9/6516 nömrəli ekspert rəyinə əsasən 2024-cü il 28 iyun tarixinə (müqavilənin müddətinin bitmə tarixinə) əsas borc 483.765,74 manat, faiz borcu 42.171,98 manat müəyyən edilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 5 fevral tarixli e-2-2(113)-217/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2023-cü il 3 may tarixli müqaviləyə əsasən əsas borc üzrə 483.765,74 manat, faiz borcu üzrə 42.171,98 manat olmaqla, cəmi 525.937,72 manat, əsas borca illik 5 faiz hesablanmaqla 12.026,95 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur (hakim – K.Hüseynov).
12. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş, iddiaya etiraz bildirməmiş və qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişlər. Cavabdehlərin nümayəndəsi və vəkili yalnız məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı məhkəməyə elektron sistem vasitəsilə vəsatət göndərməklə kifayətlənmişdir.
13. Belə olan halda, iddia tələbi əsas və faiz borcun tələb edilməsi hissəsində qismən əsaslıdır və əsas borc üzrə 483.765,74 manat və faiz borcu üzrə 42.171,98 manat məbləğində pul müştərək cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
14. İş materiallarından da, göründüyü kimi, qarantiya müqaviləsinin müddəti 2024-cü il 30 yanvar tarixində bitmiş, iddianın dəyişdirilməsinə dair ərizə isə Məhkəməyə təxmini 11 ay sonra yəni, 2024-cü il 24 dekabr tarixində edilmişdir. Belə olan halda, iddiaçının əsas borca illik 5 faiz hesablanmaqla 12.026,95 manat tələb etməsi halını nəzərə alan məhkəmə hesab etmişdir ki, qeyd edilmiş məbləğdə pul (483.765,74x5/100=24.188,287 (1 il üçün), 24.188,287/12=2.015,690 (1 ay üçün), 2.015,690x11=22.172,59)) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7, 470.1, 472.1, 472.2, 478, 479.1, 479.2, 480, 739.1, 743.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14. 2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdehlər apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən - iddianın təmin olunduğu hissədə ləğv, iddianın tamamilə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 may 22(103)-465/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
18. Məhkəmə kollegiyası işin hallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlm işdir.
19. Cavabdeh MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Apellyasiya şikayətində ödənişlərin düzgün silinmədiyini və borcun düzgün hesablanmadığını göstərsə də, bu mövqeyini əsaslandıra bilməmişdir. 2023-cü il 3 may tarixli 009-GRM-068-2023 nömrəli Qarantiya müqaviləsinə kreditin ayrılmasına dair Əlavənin şərtlərin 7-ci maddəsinə əsasən prinsipial bu krediti və ona hesablanmış faizləri 6 ay müddətində tamamilə ödəməyə borcludur. Beləliklə, tərəflər ödənişlərin annuitet qaydada aparılmasını razılaşdırmışdır. Bu qayda aylıq ödənişə həm əsas borcun bir hissəsinin, həm də əsas borcun qalığına əsasən hesablanmış faiz borcunun ödənilməsini nəzərdə tutur. Ödənişlərin qrafik üzrə aparılmaması isə əsas borc qalığının azalmaması və faiz borcunun a rtmasına səbəb olur. Ona görə də müqavilə üzrə faiz borcu və MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu ilə bağlı dəlillər əsassızdır.
20. Həmçinin cavabdehin məhkəmə tərəfindən çəkişmə prinsipini pozulması ilə bağlı dəliləri də əsassızdır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi 2024-cü il 17 may tarixli bildirişlə hazırlıq iclasını 2024-cü il 14 iyun təyin edilməsi barədə tərəfləri məlumatlandırmışdır. Tərəfin məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılması iş materiallarına əlavə edilmiş çıxarış və xəbərnamə (səh. 59, 62) ilə öz təsdiqini tapır. Bundan başqa, iş materiallarına əlavə edilmiş ərizə, orderə və etibarnaməyə əsasən birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı cavabdeh nümayəndəsi və vəkili tərəfindən təmsil edilmiş dir. Daha sonra 2 hazırlıq iclası təyin edilmiş və bu barədə cavabdehə bildirişlə məlumat verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi 3 dəfə hazırlıq iclası təyin etmişdir. Bu baxımdan, cavabdehin işlə bağlı öz dəlillərini və etirazlarını təqdim etməyə kifayət qədər imkanı olmuşdur. Belə olduğu təqdirdə cavabdeh tərəfin heç bir məhkəmə iclasında iştirak etməməsi, məhkəmə iclasın təxirə salınması barədə ərizələrinə heç bir sübut əlavə etməməsi, cavabdehin çəkişmə prinsipinə istinad edərək prosessual hüquqlarından sui-istifadəsi kimi qiymətləndirilməlidir.
21. Eyni zamanda cavabdeh apellyasiya şikayətində məhkəmənin cavabdehin kredit borcunun məbləğinin iş üzrə verilmiş ekspert rəyi əsasında müəyyənləşdirilməsinin düzgün olmadığını, həmin ekspert rəyi ilə iddiaçıya edilmiş ödən işlərə dair sənədlər arasında kəskin fərq olduğunu göstərmiş, lakin ekspert tərəfindən həyata keçirilmiş hesablamanın hansı hissədə düzgün olmadığını əsaslandıra bilməmişdir. Ekspertiza rəylərindən görünür ki, MMC tərəfindən iddiaçıya 2024-cü il 17 iyul tarixinədək ümumilikdə 132.298,66 manat məbləğində ödəniş edilmişdir. Ödənilmiş 132.298,66 manat məbləğində puldan 11.024,34 manat faiz borcuna, 121.274,32 manat isə əsas borca silinmişdir. 2023-cü il 3 may tarixli 009-GRM-0682023 nömrəli qarantiya müqaviləsi və həmin müqavilə əsasında imzalanmış kreditin ayrılmasına dair 2023-cü il 3 may tarixli əlavənin şərtlərinə əsasən MMC-nin 2024-cü il 28 iyun tarixinə iddiaçıya olan borcu 550.492,68 manat müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarışa əsasən 2024-cü il 17 iyul tarixind ə 24.554,96 manat məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. Həmin ödəniş nəzərə alındıqda MMC-nin 483.765,74 manat əsas borcu, 42.171,98 manat faiz borcu qalmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, ekspert rəyinin məhkəmə tərəfindən sübut kimi nəzərə alınmaması üçün əsaslar olmadığından MMC-nin 2015-ci il 28 oktyabr tarixli 988H nömrəli və 2017-ci il 24 fevral tarixli CBHK-0039 nömrəli kredit müqavilələri üzrə borcunun məhkəmə tərəfindən düzgün müəyyənləşdirilmədiyinə dair cavabdehin apellyasiya şikayəti əsassızdır.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 432.4, 470.1, 472.1, 472.2, 478, 479.1, 479.2, 480, 739.1, 740.8, 743.1-ci; MPM-in 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
23. MMC kassasiya şikayəti verərək həmin qətnamənin ləğv ed ilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. MM-in 425.2, 440.1, 440.2-ci maddələri üzrə - Maddi hüquq normasından məlum olur ki, iddiaçı ilə MMC arasında bağlanmış “kreditin ayrılmasına dair” 2023-cü il 3 may tarixli əlavəyə əsasən aparılmış ödənişlər əsas borcun, yəni borclu üçün daha ağır olan tələbin ödənilməsinə yönəldilməli idi. Buna baxmayaraq, MMC-nin iddiaçıya etmiş olduğu ödənişlər, xüsusilə faizlərin silinməsinə yönəldilmiş, nəticədə MMC-nin vəziyyəti süni şəkildə ağırlaşdırılmışdır. Göründüyü kimi, apellyasiya məhkəməsi qeyd olunan maddələrdə nəzərdə tutulmuş hüquq normasını tətbiq etməli olduğu halda onu tətbiq etməmiş və bunun nəticəsində maddi hüquq normasının pozulmasına yol vermişdir.
25. MPM-in 9.1 və 9.3-cü maddələri üzrə - Apellyasiya məhkəməsi cavabdehin nümayəndəsinin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
26. MPM-in 81 və 88-ci maddələri üzrə - Məhkəmə işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan, subyektiv mülahizəsinə əsasən qiymət vermiş, yenidən prosessual hüquq normasının pozuntusuna yol verməklə, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
27. MPM-in 102.2-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi həqiqətə nail olmaq, iş üzrə qanuni qətnamə qəbul etməkdən ötrü, işdə olan ekspert rəyi ilə razılaşmam alı və təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi (bununla bağlı tərəfimizdən vəsatət verilmişdir). Belə ki, cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlərə dair sənədlərlə ekspert rəyində göstərilən məqamlar ziddiyyətlidir. Buna baxmayaraq, məhkəmə təkrar ekspertiza təyin etməkdən yayınmış, nəticədə prosessual hüquq normasını pozmuşdur.
28. Kassator şikayətin "xxxx" bölməsində qeyd etmişdir ki, MMC kreditin ayrılmasına dair müqavilə üzrə borcu demək olar ki, ödəmişdir. Lakin iddiaçı ödənişləri faiz borcuna silmiş, nəticədə MMC-nin iddiaçıya süni şəkildə borc öhdəliyi yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
30. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisə ləndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 432.4 Öhdəliyin hissə-hissə icra sı... 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məs uliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır...” “Maddə
478. Qarantiya anlayışı Qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Maddə
479. Prinsipialın öhdəliyinin qarantiya ilə təmin edilməsi 479.1. Qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. 479.2. Qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. Maddə
480. Qarantiyanın əsas öhdəlikdən asılı olmaması Qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir.” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklind ə borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
740. Borc müqaviləsi üzrə faizlər... 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir....” “Maddə
743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər....”
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
35. Apellyasiya məhkəməsinin, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyinə, çəkişmə prinsipini pozduğuna dair dəlillər bilavasitə iş materialları ilə təkzib olunmaqdadır. Belə ki, tərəflər apellyasiya instansiyası məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış (i/v 152-162), lakin cavabdeh heç bir üzrlü səbəb bildirmədən həmin iclasda iştirak etməmişdir. Qanun məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmiş şəxsin üzrlü səbəblər olmadan gəlmədiyi hallarda apellyasiya instansiyası məhkəməsinin üzərinə iclası təxirə salmaq vəzifəsini qoymamışdır (MPM-in 376.2-ci maddəsi – bax § 33).
36. Kassasiya şikayətinin digər dəlilləri ilə eyniməzmunlu olan dəlillər isə iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
37. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
38. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq p ozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 33) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
39. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 may tarixli 2-2(103)-465/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 14 m ay tarixli 22(103)-465/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.