Məhkəmə qərarları › İş №2-2(102)-566/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-566/2022

20.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-566/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı tikinti və təchizat İdarəsi, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Hesablama Palatası, Cavabdeh6 MMC-yə qarşı iş üzrə QƏRARDADİ İş № 2-2(102)-566/2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin (bundan sonra – “iddiaçı”)cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı tikinti və təchizat İdarəsi, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Hesablama Palatası, Cavabdeh6 MMC-yə (bundan sonra “cavabdehlər) qarşı “dövlət satınalmasının nəticələrinin və satınalma müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyun tarixli, 2-2(103)-627/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılaraq aşağıdakı qərarı qəbul etdi: İŞ ÜZRƏ QƏBUL E DİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 may tarixli Sərəncamına Əlavədə nəzərdə tutulan Azərbaycan Respublikasının müxtəlif rayonlarında 31 modul tipli məktəbin quraşdırılması işlərinə dair Tikinti İdarəsi tərəfindən elan edilən dövlət satınalmasında cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – “Təhsil Nazirliyi”) Tikinti İdarəsinin, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (bundan sonra – “Agentlik”), Cavabdeh1 (bundan sonra – “Maliyyə Nazirliyi”) və Azərbaycan Respublikasının Hesablama Palatasının (bundan sonra – “Palata”) əməllərinin qanunsuz və əsassız hesab edi lməsi, təkliflər sorğusu proseduru üzrə dövlət satınalmasının nəticələrinin və satınalma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında 2021-ci il 26 may tarixli Sərəncam imzalanmışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.3-cü yarımbəndində göstərilmiş 10.000.000 manat Təhsil Nazirliyinə ayrılmış və Nazirlik bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu Sərəncamdan irəli gələn digər məsələlər həll edilməlidir. Həmin Sərəncam əsasında, Tikinti İdarəsi tərəfindən “Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinə dair” təkliflər sorğusu proseduru üzrə sənədlərə dair ilk elan vermiş, elanda “Modul tipli məktəblərin quraşdırılması” üzrə Tikinti İdarəsi tərəfindən keçiriləcək satınalma prosedurunda iştirak etmək üçün bir çox sənədlər tələb edilmişdir.

3. Daha sonra Tikinti İdarəsi tərəfindən “Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinə” dair təkliflər sorğusu proseduruna dəvət edilməsi barədə yenidən elan verilmiş və şərtlər ağırlaşdırılmışdır. Sərəncamda qeyd olunan müqavilənin tələb ol unan yerinə yetirilmə müddəti 2021-ci ilin dekabr ayına kimi müəyyən edilmişdir.

4. Tikinti İdarəsi Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərini “Təkliflər sorğusu proseduru” ilə satın alınmasını elektron portal (elan 2021-ci il 8 iyul) üzərindən həyata keçirir. Saytlardan əldə edilən məlumatlara görə ehtimal dəyəri 10 milyon manat olan 31 ədəd modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulmuşdur. Satınalmada iştirak etmək məqsədi ilə tender komissiyasına dəfələrlə müraciət olunmasına baxmayaraq heç nə əldə olunmamışdır. 5. 2021-ci il 7 iyul tarixində Təhsil İdarəsinin Tender Komissiyasına elektron qaydada yazılı müraciət olunmuş və “Bu sənədlər kağız daşıyıcısı formasında Tender Komissiyasına təqdim olunmalı, sənədlərin təhlilindən sonra satınalma prosedurun da iştirak məsələsinə baxılacaqdır” bildirilmişdir. Modul tipli məktəblərin quraşdırılmasını qiymətləndirmək məqsədi ilə saytda göstərilən ərazilərdəki Ağsu, Şabran, Quba, Gədəbəy, Xaçmaz və digər rayonlarda məktəblərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, satınalma proseduru başlamamışdan əvvəl məktəblərin bəziləri 50%, bəziləri isə 70%-i quraşdırılmışdır. Modul tipli məktəblərin quraşdırılmasında iştirak etməkdə israrlı olduğu bildirilmiş və aidiyyəti orqanlara şikayət göndərilmişdir.

6. Vergi ödəyicisi olan iddiaçının sahibkarlıq subyekti kimi bərabər əsaslarla, bərabər hüquqlarla və bərabər imkanlarla qeyd edilən dövlət satınalmalarında iştirak etmək hüquqları qanunsuz və əsassız olaraq məhdudlaşdırılmış, bu satınalmalarda iştirak etməyə imkan verilməmiş və sahibkarlıq subyekti olaraq xidmət göstərmək və qazanc əldə etmək hüququndan məhrum edilmişdir.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “Dövlət satınalma haqqında” Azərbaycan Respublikası Qanunun 1.1, 2-5, 8, 9, 11-13, 16, 18, 48, 54-61, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1.3, 2.1, 2.2, 4.1, 4.3, 9, 14.2, 26, 30, 77.1, 88, 216, 217, 218.1, 220.4-cü maddələrinə istinad edilmişdir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, keçirilən mediasiyaya dair xərcin və ödənilməmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Təhsil Nazirliyindən və Tikinti İdarəsindən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh Palata tərəfindən iddia tələbinə dair məhkəməyə etiraz təqdim edil ərək, iddiaçının cavabdehlər “dövlət satınalmasının nəticələrinin və müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə iddia tələbinin Azərbaycan Respublikası Hesablama Palatasına münasibətdə təmin edilməməsini xahiş etmişdir. İddia ərizəsində göstərilən məsələlər dövr olaraq 2021-ci ili əhatə edir və mübahisə predmeti üzrə Hesablama Palatası tərəfindən Tikinti İdarəsində kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirilməmişdir.

10. Cavabdeh Tikinti İdarəsi tərəfindən iddia tələbinə dair məhkəməyə etiraz təqdim edilərək, iddiaçının “dövlət satınalmasının nəticələrinin və müqaviləsinin etibarsız hesab edilməsi” nə dair tələbləri tamamilə qanunsuz və əsassız olması ilə bağlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, 2021-ci il 26 iyul tarixində satınalma proseduru keçirilmiş, iştirakçıların təklifləri onların analoji işlərdə, potensial imkanı, maşın-mexanizm və kadr imkanları, maliyyə vəziyyətinin dayanıqlı olması və müqavilənin vaxtında yerinə yetirilməsi meyarları əsasında qiymətləndirilmiş və müqayisə edilmişdir. Nəticədə Tender komissiyasının qərarı ilə qalib elan edilmişdir.

11. Cavabdeh Təhsil Nazirliyi tərəfindən iddia tələbinə dair məhkəməyə etiraz təqdim edilərək, “dövlət satınalmasının nəticələrinin və müqaviləsinin etibarsız hesab edilməsi” nə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Təhsil müəssisələrinin binalarının inşası, əsaslı və ya cari təmiri, maddi-texniki təchizatı işlərinin həyata keçirilməsi prosesində mülki-hüquqi müqavilə tərəfdaşları ilə münasib ətdə sifarişçi (satın alınan təşkilat) statusunda Təhsil Nazirliyi təmsil edir və verilən sifarişləri yalnız dövlət büdcəsindən ayrılan təyinatlı (müvafiq maddələr üzrə) vəsaitlər çərçivəsində icra edilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 5 aprel tarixli e-2-2(113)-554/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim – F. Qasımov).

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın ilk (əsas) tələbinə mahiyyəti üzrə mülki mühakimə icraatı qaydasında baxıla bilmədiyindən, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən birbaşa asılı olan ikinci tələbə də (baxmayaraq ki, ikinci tələbə mülki mühakimə icraatı qaydasında baxıla bildiyi, lakin kommersiya mübahisəsi olmadığı əsası ilə iş həmin hissədə ümumi məhkəməyə göndərilə bilərdi) eyni h üquqi müstəvidə qiymət verilməlidir. Belə ki, əgər ilk iddia tələbi uğurlu olarsa, iddiaçı daha sonra həmin tələbdən asılı olan ikinci tələbini irəli sürə bilərdi. Əks halda, həm ikinci tələb, həm də onun ilk tələbi həll olunmadan baxılması üçün ümumi məhkəməyə göndərilməsi yalnız formallıq ifadə edəcək və prosessual qənaət prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. Çünki, ilk tələb həll olunmadan ikinci tələbin təqdim olunduğu anda əsassızlığı və qanunsuzluğu açıq və aşkardır ki, iddianın bu qaydada formal rəddi ədalət mühakiməsinin statusuna, ümumi prinsiplərinə və məqsədlərinə ziddir.

14. Həmin qərardaddan iddiaçı şikayət verərək, 2022-ci il 5 aprel tarixli, e-2-2(113)554/2022 saylı qərardadın ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə sonrakı prosessual hərəkətlərin yerinə y etirilməsini xahiş etmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 aprel tarixli, e-2-2(113)-554/2022 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır (hakim – F.Qasımov).

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.1, 2.2.2, MPM-in 261.0, 261.0.1, 262.3, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 2.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. İddiaçı 2022-ci il 23 aprel tarixində apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə prosessual hərəkətlər yerinə yetirilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyun tarixli, 2 -2(103)-627/2022 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R. Qurbanov və V. Baxışova).

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisənin əsas tərəfləri iddiaçı və Təhsil Nazirliyi, sonuncu isə inzibati orqandır. Qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericilik sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. İddiaçı isə inzibati orqan olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Cavabdeh inzibati orqanın h azırkı mübahisə üzrə hərəkətləri (qərarları) mülki dövriyyənin bərabər hüquqlu subyekti qismində malların (işlərin və xidmətlərin və sair) dövlət vəsaiti hesabına alınması, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanması, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsi ilə də əlaqədar olmamışdır.

20. Mübahisə iddianın “cavabdehlərin əməllərinin qanunsuz və əsassız hesab edilməsi, həmin təkliflər sorğusu proseduru üzrə dövlət satınalmasının nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair hissədə mülki iş də deyil. İddianın “satınalma müqaviləsinin etibarsız hesab edilməsi”nə dair əlavə (asılı) tələbinin hüquqi müqəddəratı, “cavabdehlərin əməllərinin qanunsuz və əsassız hesab edilməsi, həmin təkliflər sorğusu proseduru üzrə dövlət satınalmasının nəticələrinin etibars ız hesab edilməsi” barədə ilk (əsas) tələbi ilə bağlı mübahisənin həllindən bilavasitə asılı olduğu üçün, əgər ilk (əsas) tələb uğurlu olarsa, daha sonra həmin tələbdən asılı olan ikinci tələb irəli sürülməlidir.

21. Belə ki, mövcud məhkəmə təcrübəsinə əsasən “satınalma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. İlk (əsas) tələb müsbət həll olunmadan ikinci (asılı) tələbin təqdim edilidiyi anda əsassızlığı və qanunsuzluğu aşkardır ki, ikinci tələb haqqında iddianın bu qaydada irəli sürülməsi formal olmaqla yanaşı, prosessual qənaət prinsipi ilə ziddiyyət təşkil edəcəyi kimi, ədalət mühakiməsinin statusuna, ümumi prinsiplərinə və məqsədlərinə də zidd olmuşdur.

22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublik ası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 13, İPM-in 1.1, 2.1, 2.2, 2.2.1, 2.2.5, MPM-in 24.2, 25.125.2, 26.1, 261.0.1, 262.3, 384.0.5, 398.0.1, Azərbaycan Respublikası “Sahibkarlıq fəaliyyəti haqqında” Qanununun 1-ci maddəsi, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 1.1, 2.0.2, 2.0.6, Azərbaycan Respublikası “Dövlət satınalmaları haqqında” Qanununun 1.1, 37.1-37.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarın 15.4, 17, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının 12, 14, 23-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.

23. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 28 iyun tarixdə iş üzrə tərəflərə göndərilmiş və iddiaçının vəkilinə məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir.

24. İddiaçı 2022-ci il 7 iyul tarixində kasasiya şikayəti verməklə həmin qərardadın ləğv edilməsi və yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. MM-in 13, “İnzibati icraat haqqında” Qanununun 1.1, 2.0.1, 2.0.2, 2.0.6-cı maddələrinin, Azərbaycan Respublikası “Dövlət satınalmaları haqqında” Qanununun 1.1, 37 Azərbaycan Respublikası “Sahibkarlıq fəaliyyəti ha qqında” Qanununun 1-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 9-cu bəndinin tələbləri pozulmuşdur. Belə ki, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi pozulmuş, birinci instansiya və apellyasiya instansiya məhkəmələri hüququn tətbiq olunmasında səhv buraxmışlar və öz qərardadlarında istinad etdikləri maddi hüquq normalarını səhv təfsir etmişlər. Belə olan halda, həm birinci həm apellyasiya instansiya məhkəmələri yuxarıda qeyd olunan maddi hüquq normalarınının tələblərini pozmuşdurlar.

26. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi, 125-ci maddəsinin Vİİ hissəsi, 127-ci maddəsinin İİ hissəsinin maddəsinin tələbləri pozulmuşdur. Məhkə mə hazırki işlə bağlı maddənin tələblərini pozaraq işə qanuna zidd olaraq qiymət vermişdirlər.

27. MPM-in 1, 9, 14.1, 76, 77.1, 24-26, 261.0.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, işin kommersiya məhkəməsində baxılması üçün mahiyyətin kommersiya xarakterli olması, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmamışdır. Kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olan olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi bu hüquq münasibətlərini nəzərə almayaraq, iş üzrə icraata xitam verilməsini qət etmişdir.

28. İPM-in 1.1, 2.1, 2.2.1, 2.2.2, 2.2.5-ci maddələrinin tələbləri pozulmuşdur. Mübahisələndirilən mübahisə o zaman inzibati məhkəmədə baxıla bilər ki, qeyd olu nan inzibati orqanın inzibati hüquq nəticəsində yaranmış fəaliyyəti yaranmışdırsa. İnzibati orqanın qanunsuz əməlləri yalnız iddiaçının konkret hüquqlarının pozulması ilə əlaqədar deyil, həm də dövlət satınalması ilə bağlı inzibati orqanların öz üzərinə düşən mülki vəzifə və öhdəlikləri ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olmuşdur. Məhkəmə iddianın bir hissəsinin inzibati mübahisə, digərini isə kommersiya mübahisəsi hesab edirdisə, bəhs edilən işə qismən-inzibati mübahisə hesab etdiyi hissədə iddiaya xitam verməli, kommersiya mübahisəsi hesab etdiyi hissədə icraatı davam etdirilməli idi.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələr ə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının tələbləri pozulmuşdur. Məhkəmənin 1-ci tələb hesab etdiyi hissə ilə 2-ci tələb hesab etdiyi hissə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan kommersiya mübahisəsi olduğuna görə bir-biri ilə ayrılmaz və qırılmaz bağlı olmaqla vahid üzvi vəhdət təşkil edir və biri-birini tamamlayır və buna görə də həmin tələblərə ayrı-ayrılıqda müxtəlif məhkəmələr tərəfindən ayrı-ayrı aidiyyət üzrə baxıla bilməz. Burada əsas və yeganə mübahisə və iddia tələbi satınalmanın nəticələrinin və satınalma müqaviləsinin etibarsız hesab edilməsinə yönəlməsidir. Cavabdehlərin məhz həmin dövlət satın alınmasındakı əməllərinin qanunsuz və əsassız hesab edilməsi tələb edilir. İddiaçı təkliflər sorğusu proseduru üzrə prosesdə bilavasitə iştirak etmədiyi və cavabdehlərin qanunsuz və əsassız hesab etdiyi əməlləri məhz həmin prosesdən əvvəl başladığı, davam etdiyi və başa çatdığı üçün cavabdehlərin əməlləri qanunsuz və əsassız hesab edilməlidir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarının tələbləri pozulmuşdur. Belə ki, iddianın kommersiya mübahisəsi olmaması əsası ilə inzibati məhkəməyə göndərilməli olması barədə dəlili tamamilə qanunsuz və əsassızdır. Çünki, bəhs edilən iş üzrə bütün tərəflər hüquqi şəxslərdir və tərəflər arasındakı mübahisə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə b ağlı meydana gəlmişdir. Məhkəmənin irəli sürdüyü “dəlillər” tamamilə ziddiyyətli, qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin qeyd etdiyindən fərqli olaraq iddiada iki tələb yoxdur, iddiada yalnız bir tələb var: “dövlət satınalmasının nəticələrinin və satınalma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair”.

31. Təhsil Nazirliyinin nümayəndəsinin işə kommersiya məhkəməsində baxılması ilə bağlı fikri ilə razılaşaraq, kasasiya qaydasında baxılacaq işə əlavə edilən qərardan başqa, digər oxşar məhkəmə qərarlarının da mövcud olub-olmamasını tam obyektiv və hərtərəfli araşdırıb, şikayət üzrə qanuni və əsaslı qərar qəbul etməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİ ŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadı təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kasasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” dair 2015-ci il 10 aprel tarixli 4 saylı Qərarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, i şə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır....

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təh lil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir....”

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” dair 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri ) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə m übahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....

23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi ki mi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir....” 39. “Dövlət satınalma haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ M a d d ə

1. Qanunun tətbiq dairəsi 1.1. Bu Qanun, bu Qanunun 1.2–1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir....” “ M a d d ə 3

7. Tender komissiyasının qərarı 37.1. Tender komissiyası müstəqil dir və bu qərarını bu Qanuna uyğun tam sərbəst qəbul edir. 37.2. Tender prosedurları zamanı və tenderin nəticələrinə dair qərar çıxarılarkən tender komissiyası üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Qərar tender komissiyasının bütün üzvləri tərəfindən imzalanır....”

40. Azərbaycan Respublikası “Sahibkarlıq fəaliyyəti” haqqında Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ M a d d ə

1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

41. Azərbaycan Respublikası “İnzibati müddəalarında aşağıdakılar nəzərdə tutulur: ic raat” haqqında Qanunun müvafiq “Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir....” “Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar... 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;...”

42. Azərbaycan Respublikası İnzibati-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir....” “Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati o rqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);... 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);...”

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq o laraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə qaydasında baxılmalı deyildirsə;...” icraatı “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri... 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir....” İV. KASsASİYA İNSTA NSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının t ələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir.

46. Belə ki, işin halları ilə müəyyən edilir ki, Tikinti İdarəsi tərəfindən elan edilən dövlət satınalmasında cavabdeh bu tenderi həyata keçirən müvafiq icra hakimiyyəti orqanı olduğundan, yəni verilən tələb inzibati orqanın hərəkətlərinin mübahisələndirməsindən ibarət olduğundan həmin tələblərə İnzibati Prosessual Məcəlləsinin, “İnzibati icraat haqqında” Qanunun tələblərinə, o c ümlədən “İnzibati və Mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında da ifadə edilmiş hüquqi mövqeyə əsasən inzibati məhkəmə icraatında baxılmalıdır.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrini n tələblərinə riayət edilmişdir.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyun tarixli, 2-2(103)-627/2022 saylı qərardadı dəyişdirilmədən saxlansın. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar