Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-566/2024 15.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Xnın cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-566/2024 Bakı şəhəri 15 noyabr 2024-cü il Açar sözlər: icarə müqaviləsi, kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə tələb üzrə kəsici müddətin hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakim Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlundan və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Xnın cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apel lyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024 il 5 iyun tarixli, 2-2(103)-553/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət üzrə Xna məxsusdur. 2. 2021-ci il 15 yanvar tarixli icarə müqaviləsi ilə H.Şahmarova (icarəyəverən) ona məxsus qeyri-yaşayış sahəsini aylıq 2.000 manat müqabilində Cavabdeh1 MMC-nin (icarəçi) istifadəsinə verməyi, icarəçi isə 2024-cü il 15 yanvar tarixinədək icarəyə götürməyi və bunun müqabilində icarəyə verənə müqavilə ilə razılaşdırılmış miqdarda icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə m üvafiq olaraq həyata keçirilir.
3. H.Şahmarova icarə müqaviləsinin 7-ci bəndinə istinad edərək, 2021-ci il 15 iyun tarixindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə "xxxx" MMC-yə 2021-ci il 1 may tarixində bildiriş göndərmişdir. 2021-ci ilin iyun ayının sonunda "xxxx" MMC icarə sahəsindən çıxmışdır. 4. 2021-ci il 25 oktyabr tarixli icarə müqavilələri ilə H.Şahmarova ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 389,9 kv.m olan qeyri-yaşayış sahəsinin 199,9 kv.m hissəsini aylıq 2.600 manat müqabilində "xxxx" MMC-yə, 190 kv.m hissəsini isə 2.400 manat icarə haqqı müqabilində X1 icarəyə vermişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 may tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh H.Şahmarovaya qarşı iddia tələbi qismən təmin edilərək, 2021-ci il 15 yanvar tarix li icarə müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 MMC-nin istifadə və sahibliyinə verilmiş, cavabdeh H.Şahmarovaya məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən H.Şahmarova tərəfindən Cavabdeh1 MMC-nin çıxarılması qeyriqanuni hesab edilmiş, qeyri-yaşayış sahəsi 2021-ci il 15 yanvar tarixli icarə müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin istifadə və sahibliyinə verilmiş, H.Şahmarovaya məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh1 MMC-nin istifadəsi ilə bağlı H.Şahmarova tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 28 noyabr tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Kommersiya Məhkəməs inin 2023-cü il 11 avqust tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər "xxxx" MMC-yə və X1 qarşı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının istifadə hüququnun həyata keçirilməsinə yaradılan məhdudiyyətlərin aradan qaldırılması və cavabdehlərin həmin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 1 noyabr tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 11 iyul tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh H.Şahmarovaya qarşı tərəflər arasında bağlanmış 2021-ci il 15 yanvar tarixli icarə müqaviləsinin müddətinin 1 il 10 ay müddətinə, yəni 2025-ci il 15 no yabr tarixinə qədər uzadılması tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı X Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi (əlavə cavabdehin cəlb edilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC və MMC-nin təsisçisi Cavabdeh2 ona vurduqları zərərin dəyəri olan 340.000 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 2021-ci il 15 yanvar tarixli icarə müqaviləsinə əsasən, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 389,9 kv.m. olan qeyri-yaşayış sahəsini həmin tarixdən MMC-yə icarəyə vermişdir. 2021-ci ilin may a yında MMC-yə iki dəfə yazılı xəbərdarlıq göndərərək, onunla olan icarə münasibətlərinə 2021-ci il 15 iyun tarixindən xitam verdiyini, ən geci 2021-ci il 1 iyul tarixədək icarəyə götürülmüş qeyri-yaşayış sahəsini boşaldaraq ona təhvil verməsini istəmişdir. Cavabdeh MMC 2021-ci il 30 iyun tarixində icarə obyektini boşaldaraq, oradan çıxmışdır. Lakin, cavabdeh MMC qeyriyaşayış sahəsindən çıxarkən ona qarşı qəzəbli olduğundan, əmlaklarını qəsdən məhv edərək, ona külli miqdarda zərər vurmuşdur. İddiaçı hesab etmişdir ki, cavabdeh MMCdən onun əmlakına qəsdən vurduğu zərərin dəyəri alınaraq, ona ödənilməlidir. İddia ərizəsinə əlavə olunan "xxxx" MMC-nin 2023-cü il 19 oktyabr tarixli qiymətləndirmə rəyindən müəyyən olunur ki, bu zərərin dəyəri 340.000 manat təşkil edir.
10. Bakı Kommersiya Məhkəmə sinin 2024-cü il 4 mart tarixli, e-2-2(113)-694/2024 nömrəli qətnaməsi ilə (hakim L.Əliyeva) iddia tələbi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi əvvəla iddianın cavabdeh MMC-yə qarşı olan hissəsi ilə bağlı qeyd etmişdir ki, icarə obyekti olmuş ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 2021-ci ilin iyun ayının sonundan icarəyə verənə (iddiaçıya) qaytarılması işin mübahisəsiz halı olduğundan və iddiaçı hazırkı iddia ilə 2023-cü il 6 dekabr tarixində, yəni icarəçi icarə sahəsini geri qaytardığı tarixdən təxminən iki il yarım sonra məhkəməyə müraciət etdiyindən iddiaçının hazırkı iddia qaldırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 697.4-cü maddəsində nəzərdə tutulmuş kəsici müddəti buraxması açıq-aşkardır.
12. İddianın digər Cavabdeh2 qarşı olan hissəsinə münas ibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin şəxsə münasibətdə iddiasının faktiki və hüquqi əsasını göstərməmişdir. İddiaçının həmin cavabdehə qarşı hazırkı iddiasını cavabdeh MMC-nin təsisçisi qismində sonuncunun MMC-nin vurduğu ziyana görə məsuliyyət daşımalı olması mövqeyindən çıxış edərək qaldırdığını ehtimal etsək qeyd edilməlidir ki, birincisi, cavabdehin etirazında qeyd etdiyi kimi hazırkı tələb cavabdeh MMC-nin “dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər” ilə bağlı olmadığı üçün MMC-nin təsisçisi kimi Cavabdeh2 həmin öhdəliyə görə məsuliyyət daşıması istisna olunur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46, 87.1, 443.1, 443.7, 697.4, 700.3, 1096.1, 1097.1-ci; Mülki P rosessual Məcəllənin 14.2, 77.1, 82.3, 107, 124.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 iyun tarixli, 2-2(103)-553/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən – V.Baxışova, ha kimlər – R.Qurbanov və Z.Şirinov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, hüquqi şəxsin icarəsinə verilmiş sahəyə vurulmuş maddi ziyanın hansı əsasla təsisçidən tutulması iddia ərizəsində əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, MM-in normalarına əsasən təsisçi hüquqi şəxsin öhdəliyinə görə məsuliyyət daşımadığından iddia təsisçiyə qarşı hissədə əsassızdır.
17. Həmçinin, məhkəmə düzgün olaraq hesab etmişdir ki, MM-in 697.4-cü maddəsinə əsasən icarəyəverənin əmlakın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə icarəçiyə qarşı iddiası 6 aylıq kəs ici müddət keçdikdən sonra qüvvədən düşdüyündən cavabdeh MMC-nin sahəni 2021-ci ilin iyun ayında icarəyəverənə qaytardığı nəzərə alınarsa icarəverənin iddiası kəsici müddət ötürülməklə verildiyi üçün təmin edilə bilməz.
18. Apellyasiya şikayətində iddiaçı qeyd etmişdir ki, MM-in 697.4-cü maddəsində qeyd olunmuş müddət icarə müqaviləsinin müddətinin bitdiyi 2024-cü il 15 yanvar tarixindən hesablanmalıdır. Məhkəmə kollegiyası bu dəlillə bağlı bildirmişdir ki, 697.4-cü maddənin mətnindən göründüyü kimi kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başladığından apellyasiya şikayəti əsassızdır.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 46, 87.1, 443.7, 443.7, 697.4, 700.3, 1096.4, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmı şdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
20. İddiaçı kasasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: MM-in 697.4-cü maddəsi üzrə - məhkəmələr iddiaya kəsici müddəti tətbiq etməkdə haqlı olmamışdır. İstinad olunan maddi hüquq norması MM-in “Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələrini” tənzimləyən 697-ci maddəyə daxildir. Adından göründüyü kimi, norma kirayə hüquq münasibətlərinə xitam verilməsindən sonrakı prosesləri tənzimləyir. Lakin, tərəflər arasındakı bu münasibətlərə məhkəmən in yazdığı kimi 2021-ci ilin iyun ayının sonunda xitam verilməmişdir. Həmin tarixdə cavabdehin kirayəyə verilmiş ünvandan çıxarılması Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvədə olan 2022-ci il 27 may tarixli 2-2(113)-1491/2022 nömrəli qətnaməsi ilə qeyri-qanuni hesab olunmuşdur. Bu məhkəmə aktı, eləcə də, bu qətnamədən sonra cavabdeh MMC-nin digər iddiaları tərəflər arasında kirayə hüquq münasibətlərinin bitməməsi deməkdir. Çünki, məhkəmə mübahisələrinin davam etdiyi müddətdə, eləcə də, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvədə olan 2022-ci il 27 may tarixli 2-2(113)1491/2022 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası zamanı cavabdehin icarə obyektinə qayıdıb-qayıtmayacağı dəqiq məlum deyildi, bu proseslərin sonunun gözlənilməsi vacib idi, ona görə ki, cavabdeh icarə obyekt inə qayıdacağı və obyektdə olan iddiaçıya məxsus əşyalardan yenidən istifadəyə davam edəcəyi halında hazırkı iddianın verilməsinə ehtiyac qalamayacaqdı. Bütün bu məsələlərə zamanla aydınlıq gəldikdən sonra və həmdə, müqavilənin müddəti 2024-cü il 15 yanvar tarixdə bitdiyindən, hazırkı iddiaya 2021-ci ilin iyun ayının sonundan hesablanmaqla MM-in 697.4-cü maddəsi ilə müəyyən olunmuş 6 aylıq müddətin tətbiq olunması əsassızdır. MPM-in 217.2. maddəsi üzrə - Məhkəmə kollegiyası istinad etdiyi maddi hüquq normasını düzgün tətbiq etməyərək, qanuni və əsaslı qətnamə qəbul etməmişdir.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
23. Cavabdeh MMC kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. Etiraz onunla əsaslandırılmışdır ki, MMC artıq 3 ildən çoxdur ki, həmin qeyriyaşayış sahəsindən istifadə etmir, kirayə hüquq münasibətlərinə faktiki olaraq xitam verilib, həmin qeyri-yaşayış sahəsinin faktiki istifadəçisi "xxxx" MMC və X2r. Belə olan təqdirdə iddiaçı ilə cavabdeh MMC arasında kirayə hüquq münasibətlərindən söhbət gedə bilməz, bu münasibətlərə 2021-ci il 30 iyun tarixində cavabdehin sözügedən icarə obyektindən zorla çıxarılması nəticəsində xitam verilmişdir. Cavabdehlər tərəfindən iddiaçıya ziyan vuracaq heç bir əməl törədilməmiş və buna görə də törədilməmiş bir əmələ görə hər hansı bir nəticənin, o cümlədən ziyanın olmasına dair iddia irəli sürmək tamamilə əsassızdır. İşin ha llarından da göründüyü kimi iddiaçı onun əmlakına cavabdehlər tərəfindən ziyan vurulmasını təsdiq edən heç bir mötəbər sübut göstərməmişdir. Kassasiya baxışının hədləri
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual q anunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: “Maddə
46. Hüquqi şəxsin təsisçilərinin məsuliyyəti Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.” “Maddə
697. Kirayə hüquq münasibətlə rinə xitam verilməsinin nəticələri... 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.” “Maddə
700. İcarə müqaviləsi... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı q ayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhk əməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir.
31. Hazırkı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 697.4-cü maddəs i ilə nəzərdə tutulan 6 aylıq kəsici müddətini düzgün tətbiq etmişdir.
32. Belə ki, həmin maddənin ikinci cümləsinə əsasən kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Göründüyü kimi, kirayəyə verən tərəfindən vurulan zərərin əvəzini tələb etmə müddətinin axımı müqavilənin rəsmi xitam verildiyi, məhkəmə mübahisələrinin tamamlandığı və başqa məqamla deyil, məhz kirayə predmetinin qaytarıldığı tarixlə nəzərdə tutulmuşdur ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ona cavabdeh MMC tərəfindən 2021-ci ilin iyun ayının sonunda qaytarılması işin müəyyən olunan halıdır. Hazırkı iddia isə 06 dekabr 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə verilmişdir.
33. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, müb ahisəli qeyri-yaşayış sahəsindən iddiaçı tərəfindən cavabdeh MMC-nin çıxarılmasının qeyri-qanuni olması qüvvədə olan Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 may tarixli qətnaməsi ilə müəyyən olunan haldır. Hazırda iddiaçının özünün qanunsuz hərəkətlərinə və bu hərəkətlərdən müdafiə məqsədi ilə cavabdehin məhkəməyə müraciət etməsinə istinad etməklə, müddətin hesablanma anının öz xeyrinə müəyyən edilməsinə dair iddiaçının dəlili MPM-in 47.1-ci maddəsinə görə əsaslı hesab oluna bilməz.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı q ətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024 il 5 iyun tarixli, 22(103)-553/2024 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.