Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-569/2023 01.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh1 və Cavabdeh2 Mirvaliollaha qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 olmaqla) iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, xidmət müqaviləsi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 2-2(103)- 502/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 27 sentyabr tarixində Cavabdeh1 və X1rşı (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda “Cavabdeh1” və “M.Seyedmohammad”) iddia ərizəsi ilə, 2023-cü il 10 yanvar tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, M.Seyedmohammaddan 18.000 manat əsas vəsait və 2.100 manat dəymiş zərər olmaqla, cəmi 20.100 manat; Cavabdeh1 isə 10.000 ABŞ dolları əsas vəsait və 1.125 ABŞ dolları dəymiş zərər olmaqla, cəmi 11.125 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməs ini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “A-Medikal” klinikasında direktor vəzifəsində çalışır. Əvvəlcədən tanıdığı Cavabdeh1 onu İran İslam Respublikasının vətəndaşı olan həkim-fizioterapevt M.Seyedmohammad ilə tanış etmişdir. 2020-ci ilin yanvar ayında M.Seyedmohammad iddiaçıya “A-Medikal” klinikasını işlətmək istədiyini demişdir. Həmin vaxt klinika işləmədiyindən iddiaçı onun klinikanı işlətməsinə razılıq vermişdir. Bununla bağlı aralarında olan şifahi razılaşmaya görə, cavabdeh həkim kollektivinin təşkil edilməsi, tibbi ləvazimatın alınması və klinikanın kütləvi informasiya vasitələrində reklamı üçün 18.000 manat pul istəmiş, iddiaçı da həmin pulu 2020-ci ilin yanvar ayında adı çəkilən klinikada ona vermişdir. Cavabdeh 3-4 ay ərzində vəd etdiyi prosesi tamamlayacağını bildirsə də, heç bir tədbir görməmişdir. 2019-cu ilin dekabr ayında Cavabdeh1 iddiaçıdan 10.000 ABŞ dolları borc istəmişdir. İddiaçı 5-6 aya qaytarmaq şərti ilə onunla razılaşmış və 10.000 ABŞ dollarını borc vermişdir. İddiaçı sonradan aldadıldığını görərək cavabdehlərdən verdiyi pulu geri istəsə də, cavabdehlərin heç biri pulun qaytarılması istiqamətində tədbir görməmişdir. Borclular M.Seyedmohammad və Cavabdeh1 iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq, vəsaiti qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar iddiaçını əldə edə biləcəyi gəlirlərdən məhrum etmişlər. Belə ki, Cavabdeh1 2019-cu ilin dekabr ayında 5-6 aylıq aldığı pulu 2020-ci ilin 6-cı ayından qanunsuz saxlamışdır. 2022-ci ilin sentyabr ayı da nəzərə alınmaqla 27 ay ərzində ödəniş edilməmiş dir. M.Seyedmohammad isə aldığı pul müqabilində vədini 3-4 ay ərzində yerinə yetirməmiş, 2020-ci ilin may ayından tələb edilsə də, 18.000 manat vəsaitini qanunsuz olaraq 28 ay özündə saxlamışdır. Bu səbəbdən iddiaçının verdiyi pulu, o cümlədən dəymiş zərərin əvəzini geri almaq hüququnun təmin olunması üçün məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət vardır.
3. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, cavabdehlərin iddiaçı ilə heç bir münasibətləri olmayıb. Klinikanın sahibi – qohumu və həmkəndlisi olan A.Əmiraslanovdur. Sonuncunu M.Seyedmohammad ilə tanış etmiş və yeni klinakının fəaliyyətə başlamasında hər ikisi kömək etmişdir. İddiaçı isə A.Əmiraslanovun köməkçisidir. Bütün işlərə nəzarət etmə cavabdehə tapşırıldığından iddiaçı prinsipə düşmüş və hər vəchlə onlara mane olmuşdur. Həmçinin, A.Əmiraslanov onu ofisinə dəvət edib avtomobil alması üçün 10.000 ABŞ dolları pulu ona bağışlamışdır. “A-Medikal” adlı klinika açılacaqdı, həkimlər dəvət edilib həmin klinakada fəaliyyət göstəriləcəkdi. M.Seyedmohammad klinikanın sahibi – A.Əmiraslanova biznes planı təqdim etmiş və həmin biznes planına uyğun olaraq cavabdehlər klinika açılana qədər təmir işlərini başa çatdırmalı, klinikanın reklamını həyata keçirməli və həkimlərin gətirilməsi məsələsini həll etməli idi. Bütün xərcləri A.Əmiraslanov qarşılayacaqdı. Belə ki, sonuncu M.Seyedmohammad ilə şərik idi, Cavabdeh1 isə baş həkim kimi təyin olunacaqdı. A.Əmiraslanov klinika üçün M.Seyedmohammada 15-16 min manat pul vermişdir. M.Seyedmohammad da İran İslam Respublikasından 10-a yaxın həkim gətirmiş, onlar həftələrlə Bakıda qalmışdır. Eləcə də Tibb Universitetinin şöbəsinin birində mayalanma avadanlığı təmir olunmalı idi, klinikanın təbliğatı üçün rayonlara maşınlar ayrılmalı, rayonlara işçilər göndərməli idi. Nəzərdə tutulan bütün bu işlər görüldü. Pandemiya dövrünə təsadüf etdiyi üçün klinika fəaliyyətə başlamadı.
4. M.Seyedmohammad da iddiaya etiraz edərək bildirmişdir ki, 18.000 manat məbləğində pul məhz A.Əmiraslanov (X3 – bundan sonra – “A.Əmiraslanov”) tərəfindən verilmiş, həmçinin klinika üçün müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi üçün ilkin danışıqlar da məhz onunla aparılmışdır. Eləcə də göstərilən xidmətlər barədə də hesabatlar məhz A.Əmiraslanova verilmişdir. Lakin sonradan layihədən imtina edilmiş, iranlı həkimlərlə yox, türkiyəli həkimlərlə işləmək qərarına gəlinmişdir. Cavabdehl ə A.Əmiraslanov arasındakı münasibət şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibət olmuş və həmin münasibətdə vəkalət alan – cavabdeh xidmətləri əvəzsiz olaraq göstərmişdir. Belə olan halda, onun məsuliyyəti MM-in 779.2-ci maddəsi ilə məhdudlaşır. Həmçinin müqavilə münasibətlərinə xitam verən də məhz A.Əmiraslanov olmuşdur. Həmin müqavilə üzrə cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmiş, İran İslam Respublikasından həkimləri dəvət etmiş, onları klinikanın şəraiti ilə tanış etmiş, internet səhifəsinin domenini almış, instaqram səhifəsinin yaradılması, həmin həkimlərin orada tanıdılmasını həyata keçirmiş, xəstəxananın loqosunun hazırlanmasını təmin etmişdir. İddiaçı klinikanın direktoru olduğuna görə onunla cavabdehin müəyyən münasibətləri olmuş, lakin cavabdehin xi dmət göstərməli olduğu şəxs məhz A.Əmiraslanov idi. İddiaçı subyektiv hüququ olmayan şəxsdir. İş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərindədir və səs yazıları dinlənilsə, aydın olacaq ki, iddiaçı orada sadəcə icraçıdır. Bütün danışıqlar, bütün münasibətlər A.Əmiraslanov ilə aparılıb. A.Əmiraslanovu daha əvvəl tanımamış, sonuncu ilə Cavabdeh1 vasitəsi ilə tanış olmuşdur. İddiaçını isə A.Əmiraslanovun nümayəndəsi, işçisi kimi tanımışdır. A.Əmiraslanov ilə danışıqlar aparılmış, biznes plan tərtib olunmuşdur. Daha sonra sonuncu Rusiya Federasiyasına getməsi ilə əlaqədar müqavilənin tərtib olunmasını iddiaçının vəkilinə həvalə etmiş, iddiaçı da əlaqələndirici şəxs olmuşdur. Razılıq isə belə olmuşdur ki, klinika fəaliyyətə başlayandan sonra əldə olunan qazanc yarı-yarıya bölünəcəkdir. A.Əmirasl anov biznes planında nəzərdə tutulan işlərin görülməsi, xidmətlərin göstərilməsi üçün hissə-hissə (2 və ya 3 dəfə olmaqla) 18.000 manat pulu cavabdehə təqdim etmişdir. Tapşırığın icrası üçün xidmət haqqı kimi klinikanın açılışına qədər hər ay 3.000 manat pul ödənilməli olsa da, heç bir ödəniş edilməmişdir. Göstərilən xidmətlərin dəyəri 10.000 manat civarında olmuş, qalan pul razılaşdırılmış xidmət haqqı, əldə edilmiş avadanlıqların dəyəri ödənilmədiyindən onun tərəfindən qaytarılmamışdır.
5. Üçüncü şəxs A.Əmiraslanov bildirmişdir ki, qeyd olunan pul vəsaiti iddiaçıya məxsus idi və sonuncu həmin pul vəsaitini ona vermiş və cavabdehlərə təqdim etməyi ondan xahiş etmişdir. Həmin pul vəsaiti iddiaçının şəxsi vəsaitidir, o, sadəcə olaraq qeyd olunan vəsaiti cavabdehlərə təqdim etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 mart tarixli e-2-2(113)-178/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim – N.Əhmədova).
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu işdə iştirak edən şəxslərin izahatlarından ibarətdir və iddiaçının cavabdehlərə qarşı tələbləri bir-biri ilə bağlı olan ayrı-ayrı tələblər olduğundan hər bir tələb üzrə ayrı-ayrılıqda məhkəmənin qəti mövqeyi şərh olunmalıdır. Cavabdeh1 pulun tutulması tələbi ilə bağlı
8. İddiaçı 10.000 ABŞ dolları pul vəsaitinin məhz onun tərəfindən Cavabdeh1 borc verildiyini qeyd edərək, həmin pulu və dəymiş zərəri tələb edir. İddiasının əsası kimi istinad etdiyi halı təsdiq edən sübut kimi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırma zamanı və məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatlara və üçüncü şəxsin məhkəmələrə təqdim etdiyi ərizədə qeyd etdiyi yazılı izahata istinad edir.
9. Cavabeh isə iddiaya etiraz edərək, iddiaçı ilə aralarında hər hansı öhdəlik münasibətinin olmadığını, 10.000 ABŞ dolları pul vəsaitinin A.Əmiraslanov tərəfindən ona bağışlandığını qeyd edir.
10. Sübutetmə vəzifəsi və yükünün bölüşdürülməsi qaydasını nəzərə alan məhkəmə hesab etmişdir ki, tələb olunan pul vəsaitinin qəbul edilməsi cavabdeh tərəfindən etiraf edildiyindən, lakin həmin pulun iddiaçıya məxsus olması və borca verilməsi inkar olunduğundan qeyd edilən məbləğin məhz borc münasibətlərindən irəli gələrək öz vəsaiti hesabına verildiyini sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbinə uyğun olaraq onun tərəfindən cavabdehə borc pul verilməsi faktının mövcud olduğunu sübut etməlidir. Çünki işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Bu baxımdan, hazırkı mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü tələb edilən 10.000 ABŞ dolları pul vəsaitinin ona məxsus olması və onun tərəfindən cavabdehə borc verilməsi faktının sübut edilməsidir.
11. Sübutların mümkünlüyü qaydalarına uyğun olaraq, predmeti 3.000 manatdan artıq olan borc müqaviləsinin bağlanması məhz yazılı müqavilənin təqdim olunması ilə təsdiq oluna bilər. Lakin iddiaçı cavabdehə 10.000 ABŞ dolları məbləğində borc pul verdiyini təsdiq edən yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə iddiaçıdan 10.000 ABŞ dolları aldığını və həmin məbləği borc kimi aldığı faktını da qəbul etməmişdir. Borc müqaviləsinin bağlanması sübut edilmədiyi kimi, təqdim edilən pulun mülkiyyətçisi qismində məhz iddiaçının olduğu, pula mülkiyyət hüququnu borc məqsədi ilə cavabdehə verdiyi sübutlarla təsdiqlənmir.
12. Belə ki, məhkəməyə təqdim olunan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Ceyhun Hüseynovun 2020-ci il 27 iyul tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsviri hissəsindən görünür ki, cavabdeh istintaqa izahatında “Azər müəllim ona avtomaşın almaq üçün 10.000 ABŞ dolları pul vermişdir....İddiaçı pul almamış və həmin 10.000 ABŞ dolları pulu Azər müəllim Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən “A-Club” deyilən of isində verib bildirmişdir ki, bu pulu götür özünə avtomaşın al, piyada gəzmə. Bu söhbət ikimizin arasında qalacaq və bu jesti mən sənə edirəm. O isə həmin pulu ilkin ödəniş ödəyib özü üçün kreditlə Hyundai Accent markalı avtomaşın almışdır” bildirmişdir.
13. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma zamanı cavabdeh hazırkı kommersiya mübahisəsi üzrə məhkəmədə verdiyi izahatla oxşar izahat vermiş, 10.000 ABŞ dolları vəsaitin A.Əmiraslanov tərəfindən ona “jest” edildiyini qeyd etmişdir.
14. A.Əmiraslanovun nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə, qeyd olunan pul vəsaitinin iddiaçıya məxsus olduğu, sonuncunun həmin pul vəsaitini A.Əmiraslanova verdiyi və cavabdehlərə təqdim etməyi ondan xahiş etdiyi, həmin pul vəsaitinin iddiaçı nın şəxsi vəsaiti olduğu, A.Əmiraslanovun sadəcə olaraq qeyd olunan vəsaiti cavabdehlərə təqdim etdiyi qeyd olunmuşdur.
15. İddiaçı tərəfindən elektron iş materiallarına əlavə olunan A.Əmiraslanovun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı yazılı ərizədə qeyd olunmuşdur ki, M.Seyedmohammad və Cavabdeh1 müxtəlif vaxtlarda onun tərəfindən verilən 18.000 manat və 10.000 ABŞ dolları pul iddiaçıya məxsus olmuşdur.
16. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxsin ərizədə qeyd etdiyi hallar da izahatdan ibarət olub hər hansı başqa sübutlarla öz təsdiqini tapmır.
17. Bundan başqa, üçüncü şəxs 18.000 manat və 10.000 ABŞ dolları pulun onun tərəfindən cavabdehlərə verildiyini qeyd etsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, M.Seyedmohammadə 10.000 manatı A.Əmiraslanov, 8. 000 manatı isə iddiaçı, Cavabdeh1 isə 10.000 ABŞ dollarını iddiaçı özü vermişdir. 2020-ci il 27 iyul tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsviri hissəsindən isə görünür ki, iddiaçı izahatında 18.000 manat pulu M.Seyedmohammadə 2020-ci ilin yanvar ayında klinikada özünün verdiyini qeyd etmişdir.
18. Göründüyü kimi, iddiaçı və üçüncü şəxsin izahatları, eyni zamanda iddiaçı tərəfin müvafiq şikayət əsasında aparılan araşdırma zamanı verdiyi izahatla məhkəmədə verdiyi izahatlar ziddiyyətlidir, eyni fakt barəsində bir-birinə zidd ifadələrin verilməsi isə anlaşılmazdır. Belə olan halda üçüncü şəxsin ərizə ilə məhkəməyə təqdim etdiyi yazılı izahatı mötəbər sübut kimi qiymətləndirilə və cavabdehin əleyhinə yozula bilməz.
19. İddiaçı cavabdehlə aralarında borc müqavil əsindən irəli gələn öhdəlik hüquq münasibətinin olduğunu, ona məxsus pul vəsaitinə mülkiyyət hüququnu cavabdehə keçirdiyini, borc pul verdiyini sübuta yetirə bilmədiyindən, beləliklə də, subyektiv hüquqa malik olmadığından iddia tələbi Cavabdeh1 10.000 ABŞ dolları əsas vəsaitin tutulması hissəsində əsassızdır, təmin olunmamalıdır. Eləcə də, 1.125 ABŞ dolları dəymiş zərərin tutulması tələbi əsas borcun tutulması tələbi ilə bağlı olduğundan və əsas borcun tutulması hissəsində tələb əsassız olduğundan iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Cavabdeh2 Mirvaliollahdan pulun tutulması tələbi ilə bağlı
20. İddiaçı müvafiq xidmətlərin göstərilməsi üçün cavabdehə verilən 18.000 manat və dəymiş zərərin əvəzi olaraq 2.100 manat məbləğində pul vəsaitini tələb edir. İddiasının əsası kimi i stinad etdiyi halı təsdiq edən sübut kimi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırma zamanı və məhkəmə iclasında verilən izahatlara və üçüncü şəxsin məhkəmələrə təqdim etdiyi ərizədə qeyd etdiyi yazılı izahata istinad edir.
21. Cavabdeh iddiaya etiraz edir və iddiaçının subyektiv hüququnun olmadığını, xidmət müqaviləsininin A.Əmiraslanov ilə bağlanıldığını və lazımınca icra edildiyini qeyd edir.
22. Məhkəməyə təqdim olunan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Ceyhun Hüseynovun 2020-ci il 27 iyul tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsviri hissəsindən görünür ki, cavabdeh istintaqa izahatında “söhbət zamanı Azər müəllim Xətai rayonu ərazisində yerləşən “AzərTürk” Klink asını və Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən “Azər-Türk” Klinikasının lahiyəsinin işlənib hazırlanmasını, tibbi avadanlıqlarla təchiz olunmasını və İranlı həkimlərin həmin Klinikalara cəlb olunmasım təklif etmiş, onlar isə onun təklifini qəbul edib ümumi razılığa gəlmişlər. Bundan sonra o biznes plan hazırlayıb ilkin olaraq işlərə başlamışdır. Bunun üçün hissə-hissə Azər müəllim ona 18.000 manat pul vermişdir. Bu pulun verilməsində məqsəd Klinikanın fəaliyyətə başlamasına qədər birgə işlərin görülməsi və reklam işləri, İranlı həkimlərin Bakı şəhərinə gətirilməsi və digər işlərin görülməsi olmuşdur. O, işə başlayıb İranlı həkimləri Bakı şəhərinə dəvət etmiş, onların Bakı şəhərində qalmaları üçün otel xərclərini və digər xərclərini çəkmiş və diplomlarının sutərlərini çıxanb Azər müəllim in işlərini aparan şəxs kimi tanıdığı Vüqar adlı şəxsə vermişdir. İrandan dəvət olunmuş həkimlərin miqrasiya sənədlərinin qaydaya salınması üçün bir ayadək vaxt çəkməsini bəhanə edərək Vüqar aralarında olan razılaşmanı pozaraq Azər müəllimin verdiyi 18.000 manat pulun qaytarılmasını tələb etməyə başlamışdır. O isə təklif etmişdir ki, Klinikanın açılması üçün xərclənən pulları hesablayıb ümumi məbləğdən çıxaq və yerdə qalan pulun əvəzinə isə bahalı tibbi avadanlığı veriləcək pulun təminatı kimi həmin Klinikaya yerləşdirək satılandan sonra həmin pul onlara qaytarılar” bildirmişdir.
23. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma zamanı cavabdeh hazırkı kommersiya mübahisəsi üzrə məhkəmədə verdiyi izahatla oxşar izahat vermiş, xidmət münasibətlərinin A.Əmir aslanov ilə olduğunu bildirmişdir.
24. Üçüncü şəxsin izahatı tələbin əsasını təşkil edən halı təsdiq edən sübut kimi nəzərə alına bilməz.
25. Eləcə də cavabdeh məhkəməyə iddiaçı və üçüncü şəxs ilə cavabdeh arasında vatsap vasitəsilə aparılan audio yazışmalar təqdim etmişdir. Məhkəmə əvvəlcə həmin sübutların qəbul edilməsi ilə bağlı iddiaçının nümayəndəsi və vəkilinin etirazlarına münasibətdə aşağıdakıları qeyd etmişdir.
26. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyət inin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz (N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 5 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2021-ci il 12 aprel tarixli Qərar).
27. Belə olan halda, hazırkı audio sübutlar birbaşa əlaqədar tərəflər arasında olan danışıqları əks etdirdiyindən məhkəmə həmin sübutları yolverilən hesab etmişdir.
28. Təqdim olunan səs yazıları və yazışmalarından görünür ki, iddiaçı ilə cavabdeh arasındakı audio yazışmalarda göstərilən xidmətlərlə bağlı cavabdehin suallarına iddiaçı tərəfindən “Azər müəllimlə danışaram”, “Azər müəllimlə dəqiqləşdirərəm” cavabları verilir, klinikanın adı üçüncü şəxslə dəqiqləşdirilir, loqo ilə bağlı iddiaçı məhz üçüncü şəxsin istəklərini cavabdehə çatdırır, “Azər müəllim veri lən pulun hesabatını istəyir”.
29. Eləcə də vatsap danışıqlarının aparıldığı mobil telefon nömrələrindən 055 *** ** ** nömrəsinin iddiaçıya məxsus olduğu sonuncunun nümayəndəsi və vəkili tərəfindən də təsdiq olunur.
30. Məhkəməyə təqdim edilən sübutlar əsasında müəyyən olunmuşdur ki, tapşırıq müqaviləsi üzrə vəkalət verən qismində məhz üçüncü şəxs çıxış edir. Belə ki, görülməsi planlaşdırılan istənilən iş üçüncü şəxsə təqdim edilir, göstərilən istənilən xidmət üçüncü şəxslə dəqiqləşdirilir və müvafiq pulların hesabatı da məhz üçüncü şəxsə verilir. Bu isə Mülki Məcəllənin 781-ci maddəsində nəzərdə tutulmuş vəzifənin məhz vəkalət alana – üçüncü şəxsə yönəlməsi ilə də təsdiq olunur. Həmin maddədə göstərilir ki, vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gediş i haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. İş materiallarında olan audio yazışmalarla da təsdiq olunan tapşırıq müqaviləsindən irəli gələn subyektiv hüquqların məhz üçüncü şəxsdə cəmləşməsi – verilən pulların hesabatının üçüncü şəxsə verilməsi, tapşırığın məzmununu təşkil edən klinikanın loqosu barədə layihələr üzrə yekun razılığı üçüncü şəxsin verməsi, klinikanın adının məhz sonuncu ilə dəqiqləşdirilməsi və s. kimi hallar vəkalət alının informasiya və hesabat vermək vəzifəsinin məhz üçüncü şəxsə istiqamətləndiyini təsdiq edir.
31. İddiaçının nümayəndəsi tanınmış həkim olan üçüncü şəxslə iddiaçının dostluq münasibətində olduğu, bu səbəbdən sonuncunun tibb sahəsində onlara köməklik göstərdiyini bildirsə də, klinikanın fəaliyyət göstərməsinin təmin edilməs i üçün maliyyə-texniki – loqonun müəyyənləşdirilməsi, maliyyə hesabatının verilməsi kimi qeyri-tibbi məsələlərin də məhz üçüncü şəxslə razılaşdırılması nəzərə alındığında iddiaçının arqumentlərinin əsassız olduğu, sözügedən tapşırıq müqaviləsinin tərəfi – vəkalət verəni qismində iddiaçının çıxış etmədiyi aydın olur.
32. Beləliklə, iddiaçı adıçəkilən xidmət müqaviləsinin tərəfi olmadığından, ondan irəli gələn hər hansı subyektiv hüquqa da malik deyildir.
33. İddiaçı tapşırıq müqaviləsindən irəli gələn subyektiv hüquqa malik olmadığından cavabdeh tərəfindən təqdim edilmiş, müqavilənin lazımınca icra olunmasını göstərən sübutların tədqiq edilməsinə zərurət yoxdur.
34. Məhkəmə həmçinin nəzərə almışdır ki, tələb etmək hüququ (obyektiv mənada) olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi ola n şəxs isə cavabdehdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin üzərinə hər hansı bir vəzifə qoyulması və ya üçüncü şəxsin digərlərindən tələb etmək hüququ qanunla nəzərdə tutulmamışdır.
35. Birinci instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 739.1, 740.2, 777, 781-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 81, 82, 106.1, 106.3-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 5 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2021-ci il 12 aprel tarixli Qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkə məsinin “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
36. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnaməni ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 2-2(103)-502/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
38. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövgeyi ilə razılaşaraq hesab etmişdir ki, işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və p rosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normaları ilə əsaslandırmışdır (bax bu qərarın 35-ci bəndinə).
40. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, işin yenidən araşdırılması məqsədilə apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. MM-in 443.1, 443.3, 449.1, 777-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi mü ddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarı üzrə Məhkəmə işdə olan sübutlara yalnış qiymət verərək hesab etmişdir ki, iddiaçı adıçəkilən xidmət müqaviləsinin tərəfi olmadığından, ondan irəli gələn hər hansı subyektiv hüquqa da malik deyildir. Üçüncü şəxsin digərlərindən tələb etmək hüququ qanunla nəzərdə tutulmamışdır. İddiaçı tibb elmləri doktoru A.Əmiraslanovla uzun zamandı dostluq edirlər. İddiaçı yeni başlamaq istədiyi biznesdə A.Əmiraslanovdan kömək istəyərək işin təminatlı olması üçün M.Seyedmohammadla danışıqlar aparmasını xahiş etmiş və A.Əmiraslanov tərəflərin razılaşmalarını dinləyib iddiaçı tərəfindən danışıqlar aparmışdır. İddiaçı bunu inkar etmir. İddiaçı dəfələrlə məhkəmədə A.Əmiraslanovdan köməklik aldığını bildirmişdir. A.Əmiraslanovun köməklik etməsi, danışıqlar aparması onu müqavilə tərəfinə çevirmir. A.Əmiraslanov vəsaitlərin iddiaçıya aid olduğunu açıq şəkildə qeyd etmişdir. Əsas olaraq Cavabdeh1 münasibətdə borcun iddiaçı tərəfindən verilməsinin öz təsdiqini tapmadığı və eləcə də üçüncü şəxsin ərizədə qeyd etdiyi halların da izahatdan ibarət olub hər hansı başqa sübutlarla öz təsdiqini tapmadığı qeyd edir. - Cavabdeh1 münasibətdə:
1. Tərəflər, eləcə də məhkəmə Cavabdeh1 10.000 ABŞ dolları almasını təsdiq edir.
2. Məhkəmə heç bir sübut olmadan yalnız cavabdehin borcun ödənməsindən yayınmaq məqsədilə söylədiyi “10.000 ABŞ dollarının idddiaçı tərəfindən deyil, A.Əmiraslanov tərəfindən verildiyini və bağışlandığını” qəbul edir. Halbuki A.Əmiraslanov Cavabdeh1 10.000 ABŞ dolları bağışladığını qəbul etmiş və həmin vəsaitin iddiaçıya aid olduğunu dəfələrlə yazılı şəkildə bildimişdir. A.Əmiraslanov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə və Bakı İnzibati Məhkəməsinə ünvanladığı yazılı ərizələrdə M.Seyedmohammad və Cavabdeh1 müxtəlif vaxtlarda onun tərəfindən verilən 18.000 manat və 10 000 ABŞ dolları pul iddiaçıya məxsus olduğunu bildirmişdir. A.Əmiraslanov cavabdehin “jest etmiş, pulu bağışlamış” ifadələrini təsdiq etmədiyi halda, əksinə vəsaitin iddiaçıya məxsus olmasını təsdiq etdiyi halda nədənsə məhkəmə özgə pulunu heç bir qarşılığı olmadan əldə edən, əməksiz gəlir əldə edən şəxsləri hər cür vəchlə müdafiə etməyə çalışır. Hətta pulu verən şəxsin ərizəsini yalnış qiymətləndirməyə cəhd edir. - M.Seyedmohammadə münsaibətdə:
1. Tərəflər, eləcə də məhkəmə M.Seyedmohammadin 18.000 manat almasını təsdiq edir
2. Məhkəmə işdə olan sübutlara yalnış qiymət verərək, hətta sübut kimi qəbul edilməməli səs yazısını qəbul edərək səs yazılarını belə yalnış qiymətləndirmişdir.
3. Cavabdeh xidmət münasibətlərinin iddiaçı ilə deyil, A.Əmiraslanov ilə olduğunu bildirir və qanunsuz yazılmış səs yazısına istinad edərək (bu halda vatsap yazışmaları deyil, gizli yazılmış səs yazısını nəzərdə tuturuq) hesab edir ki, o, xidmət müqaviləsini A.Əmiraslanovla bağlamışdır. Halbuki cavabdehin bu iddiası üçüncü şəxs tərəfindən təsdiq edilmir. Əksinə, tərəfin iddiaçı olduğunu dəfələrlə bildirmişdir.
4. İddiaçı dəfələrlə məhkəmədə bildirsə də ki, A.Əmiraslanov onun 20 illik dostudur, tibb sahəsində professordur, ona görə də cavabdehlə danışıqlar aparmasını ondan xahiş etmişdir. A.Əmiraslanov ona kömək məqsədilə bu danışıqları aparmışdı r. Məhkəmə nədənsə bu hala ümumiyyətlə qiymət verməmişdir. A.Əmiraslanov əqdin tərəfi olmadığı halda, prosesdə üçüncü şəxs olduğu halda məhkəmə yanlış olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 5 avqust tarixli qərarına (Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz) istinad edərək A.Əmiraslanova aid səs yazısını sübut kimi qəbul etmişdir.
5. Əgər cavabdehlər deyirlərsə, pulu üçüncü şəxsdən almışam, pul onundur. Onda üçüncü şəxs bunu təsdiq etməlidir. Üçüncü şəxs bunu təsdiq etmədiyi halda məhkəmə cavabdehin ifadələrini mötəbər sübut kimi qəbul etməsi nət icədə yalnış qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Tərəflər iddiaçı ilə vatsap yazışmalarında pulu iddiaçıdan almalarını inkar etmirlər. Gah bankdan pul götürüb qaytarmaq istədiklərini, gah da özlərinə məxsus tibbi avadanlıqları satıb verəcəklərini bildirirlər.
42. MPM-in 200-ci maddəsi üzrə - Məhkəmə gizli yazılmış üçüncü şəxsə məxsus səs yazısını (hətta bu səsin kimə məxsusluğu məlum olmadığı halda) əsassız olaraq sübut kimi qəbul etmiş və üçüncü şəxsin razılığı olmadan səsləndirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
44. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirilidiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxla nılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz ed ilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
740. Borc müqaviləsi üzrə faizlər... 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir....” “Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” “M addə
779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır....” “Maddə
781. Vəkalət verənə informasiya və hesabat vermək vəzifəsi Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.”
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadi sənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları... 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq ol unduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Mübahisənin mahiyyəti üzrə iddiaçı M.Seyedmohammaddan xidmət müqaviləsi üzrə 18.000 manat əsas vəsait və 2.100 manat dəymiş zərər olmaqla, cəmi 20.100 manat, Cavabdeh1 borc müqaviləsi üzrə 10.000 ABŞ dolları əsas vəsait və 1.125 ABŞ dolları dəymiş zərər olmaqla, cəmi 11.125 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını xahiş etmiş, iddia rədd edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.
49. Aşağı məhkəmənin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iş üzrə belə qənaətə gəlmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.
50. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
51. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
52. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndi rmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax bu qərarın 47-ci bəndinə) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax bu qərarın 47-ci bəndinə) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
53. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 2-2(103)-502/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 iyun tarixli 22(103)-502/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.