Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-57/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı MTK cavabdehlər “xxx” QTSC-yə və “Cavabdeh2nə (üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya şöbəsinin iştirakı ilə) qarşıiş üzrə QƏRAR (iş № 2-2(102)-57/19) Bakı şəhəri 30 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının direktoru Qənbər Fətullayevin və vəkili Əkrəm Həsənovun iştirakı ilə, İddiaçı MTK cavabdehlər “xxx” QTSC-yə və “Cavabdeh2nə (üçüncü şəxs Binəqədi rayon İcra və Probasiya şöbəsinin iştirakı ilə) qarşı boruların geri qayt arılması və satılmış boruların dəyərinin ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 02 oktyabr 2018-ci il tarixli 2-2(103)-548/2018 qətnaməsindən cavabdeh “xxx” QTSC tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 yanvar 2019-cü il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 30 iyun 2014-cü il tarixdə “Cavabdeh2”xxxx“MKM-Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan İddiaçı MTK arasında “Borc müqaviləsi” bağlanmışdır. Borc müqaviləsinə əsasən iddiaçı 2-ci cavabdehə 2.099.200 manat məbləğində pul vəsaitini 2 il müddətinə borc vermişdir. Borc müqaviləsinin 1.1-ci və 2.2.2-ci bəndlərinə əsasən 2-ci cavabdehə məxsus ümumi çəkisi 2620 ton olan 2200 ə dəd dəmir borular 1 tonu 800 manat qiymətixxxxiddiaçının ərazisində təminat (girovun saxlanc növü) kimi saxlanılır. 13 iyul 2016-cı il tarixdə iddiaçıxxxx2-ci cavabdeh arasında notarial qaydasında “Borcun əvəzləşməsinə dair müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən ödənilməmiş borcun müqabilində iddiaçının ərazisində saxlanılan ümumi çəkisi 2620 ton olan 2200 ədəd dəmir borular 1 tonu 800 manat qiymətixxxxiddiaçının mülkiyyətinə keçmişdir. Bununla 2-ci cavabdehin iddiaçı qarşısındakı öhdəliyinə xitam verilmişdir. 2016-cı ilin sentyabr ayının ortalarında iş həftəsinin sonunda Binəqədi rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları iddiaçının ərazisinə gələrək sözügedən dəmir boruların üzərində həbsin olduğunu və onları aparacaqlarını bildirmişlər. Borular iddiaçıya məxsus olması barədə sənədlərin təqdim edilməsinə baxmayaraq, icra məmurları bir gün (qeyri-iş günü) ərzində 2141 ədəd boruları daşımışlar. Qeyri-iş günü olduğu üçün iddiaçı heç bir tədbir görə bilməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, boruların həbsinə və daşınmasına əsas Binəqədi rayon İcra və Probasiya Şöbəsinin təqdimatı üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2016-cı il tarixli qərardadı olmuşdur. Qərardad 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2015-ci il tarixli 2(81)- 509/2015 saylı qətnaməsinin icrası çərçivəsində qəbul edilmişdir. Qətnaməxxxx2-ci cavabdehdən “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin xeyrinə ******* manat məbləğinin tutulması qət edilmişdir. Qərardadla 2-ci cavabdehə məxsus 2100 ədəd boruların üzərinə həbs qoyulmuş, qətnamə üzrə borc tələbi həmin bo rulara yönəldilmiş və onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. Halbuki, həmin anda artıq 13 gün idi ki, “Borcun əvəzləşməsinə dair” müqaviləyə əsasən həmin borular iddiaçının mülkiyyətində idi. Bunu və cavabdeh tərəfindən boruların 2-ci cavabdehə məxsus olduğuna dair təsdiqedici sənədlərin məhkəməyə təqdim edilmədiyini rəhbər tutaraq, iddiaçı qərardaddan şikayət vermiş və Bakı Apelyasiya Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli 8-2(103)-21/2016 saylı qərardadıxxxxqərardad ləğv olunmuş və iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 07 fevral 2017-ci il tarixli 8-2(81 )-65/2017 saylı qərardadıxxxx1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi borulara həbs qoyulması və s.xxxxbağlı Binəqədi rayon İcra və Probasiya Şöbəsinin təq dimatını təmin etməmişdir. Cavabdehin şikayəti Bakı Apelyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli 8- 2(103)-15/17 saylı qərardadıxxxxtəmin edilməmişdir. Lakin cavabdehin kasasiya şikayəti üzrə sonuncu qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2-2(102)-252/2017 saylı qərarı xxxxləğv edilmiş, habelə 2100 ədəd boruların üzərinə həbs qoyulmuş, qətnamə üzrə borc tələbi həmin borulara yönəldilmiş və onların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. Qərarın əsaslandırıcı hissəsində həmçinin vurğulanır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən sözügedən borular artıq cavabdehə təklif olunmuş və ******* manat dəyərixxxx(Cavabdehin 2-ci cavabdehə qarşı ******* manat məbləğindəki pul tələbindən çıxılmaq ş ərti ilə) 21 sentyabr 2016-cı il tarixli akt üzrə sonuncunun mülkiyyətinə keçmişdir. Paralel olaraq cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçıxxxx2-ci cavabdeh arasındakı “Borc müqaviləsi”nin və “Borcun əvəzləşməsinə dair müqavilə”nin etibarsız hesab edilməsini və iddiaçı tərəfindən aparılmış boruların cavabdehə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2017-ci il tarixli 2-2(81)-560/2017 saylı qətnaməsixxxxcavabdehin iddia tələbi rədd edilmişdir. Həmin qətnamədə həmçinin borulara cavabdehin deyil, məhz iddiaçının mülkiyyət hüququ təsdiq edilmişdir. Qətnamədən şikayət edilməmiş və qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, sözügedən borulara dair həm 1 saylı Bakı İnzibati-İqtisa di Məhkəməsinin 26 iyul 2016-cı il tarixli qərardadı, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2-2(102)-252/2017 saylı qərarı qəbul edilərkən onlar artıq iddiaçının mülkiyyətində idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2017-ci il tarixli 2-2(102)-252/2017 saylı Qərarı qəbul edilən anda “Borcun əvəzləşməsinə dair müqavilə”nin etibarlığını təsdiq edən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 02 iyun 2017-ci il tarixli 2-2(81)-560/2017 saylı Qətnaməsi hələ qanuni qüvvəyə minməmişdi. Buna görə də, Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında cavabdehin borulara münasibətdə mülkiyyət hüququnu vurğulayarkən sırf 21 sentyabr 2016-cı il tarixli aktı rəhbər tutmuş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2017-ci il tarixli 2-2(81) -560/2017 saylı qətnaməsini nəzərə almamışdır. Təsadüfi deyil ki, qərarda o cümlədən deyilir: “Hazırda 30.06.2014-cü il tarixli “Borc müqaviləsi” və 13.07.2016-cı il tarixli “Borcun əvəzləşdirilməsinə dair” müqavilə məhkəmə qaydasında mübahisələndirildiyindən, kollegiya həmin müqavilələrin etibarlılığı məsələsinə toxunmadan bəzi xüsusatları da qeyd etməyi zəruri hesab edir”. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi həmin müqavilələrin etibarlılığına qiymət verməmiş və iddiaçının borulara münasibətdə mülkiyyət hüququnun olub-olmamasına münasibət bildirməmiş, 21 sentyabr 2016-cı il tarixli aktı rəhbər tutaraq cavabdehin borulara münasibətdə mülkiyyət hüququnu tanımışdır. İddiaçıxxxxcavabdehin mübahisəsinə isə mahiyyəti üzrə hüquqi qiymət verilməmiş, bu məsələ açıq saxlanılar aq «Borc müqaviləsi»nin və “Borcun əvəzləşməsinə dair müqavilə”nin etibarlı olub-olmamasından asılı etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2017-ci il tarixli 2-2(81)- 560/2017 saylı qətnaməsi isə qüvvəyə mindiyi andan bu məsələdə nöqtəni qoymuşdur. Həmin qətnamədə həmçinin borulara cavabdehin deyil, məhz iddiaçının mülkiyyət hüququ təsdiq edilmişdir. Belə ki, “Borcun əvəzləşməsinə dair müqavilə” etibarlıdırsa, deməli, iddiaçının borulara münasibətdə mülkiyyət hüququ cavabdehdən əvvəl yaranmış və deməli, daha mötəbərdir. Bu nəticəni şübhə altına ala biləcək yalnız bir məqam ola bilər: İddiaçıxxxxcavabdeh eyni, yoxsa fərqli borulara iddialıdırmı? Yəni nəzərə alaraq ki, qərarda da vurğulandığı kimi, söhbət əvəzedilən əşyalardan gedir, iddiaçı yalnız o halda boruları cav abdehdən tələb edə bilər ki, “Borcun əvəzləşməsinə dair müqavilə” üzrə onun mülkiyyətinə məhz cavabdehdə olan boruların keçməsini sübut etmiş olsun. Söhbətin məhz eyni borulardan getməsi üç halla sübut olunur. Əvvəla, 2-ci cavabdehin digər borulara malik olması haqda heç bir məlumat yoxdur. Daha sonra, borular məhz iddiaçının ərazisində yerləşirdi və cavabdehin sahibliyinə verilmək üçün məhz həmin ərazidən daşınıb. Bu kontekstdə qərarda da xatırlanan iddiaçının Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia cavabdehin deyil, iddiaçının xeyrinə olan sübutdur. Belə ki, həmin iddiaxxxxdə təsdiq olunur ki, borular məhz onun sahibliyindən qanunsuz alınaraq Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən başqa yerə daşınmışdır. Nəhayət, söhbət fərqli əşyalardan gedirsə, niyə cavabdeh 1 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Borc müqaviləsinin və Borcun əvəzləşməsinə dair müqaviləsinin etibarsız hesab edilməsini və iddiaçı tərəfindən aparılmış boruların cavabdehə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir ? Ən əsası cavabdeh bu iddiasıxxxxözü təsdiq etmişdir ki, “Borcun əvəzləşməsinə dair müqavilə”xxxxiddiaçının mülkiyyətinə məhz cavabdehin sonradan qanunsuz olaraq əldə etdiyi borular keçmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsixxxxmüəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən borular hazırda cavabdehin qanunsuz sahibliyindədir və üçüncü şə xslərə özgəninkiləşdirilir. Məhkəmə tərəfindən boruların saxlanıldığı əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, sözügedən boruların 527 ədədi satılmış ümumi dəyəri 502,088.00 manat və hazırda yalnız 1614 ədəd boru cavabdehin qanunsuz sahibliyindədir. İddiaçı MTK cavabdehlər “xxx” QTSC və “16 №-li X11 Tresti”nə (üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin iştirakı ilə) qarşı iddia ərizəsi, iddia tələbinin dəyişdirilməsi barədə 11 iyun 2018-ci il və 29 iyun 2018-ci il tarixli ərizələrlə (İİ cild i. v 27-30)1614 ədəd borunun “xxx” QTSC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı MTK-ya qaytarılması və “xxx” QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088,00 manat məbləğin cavabdehlərdən tutularaq İddiaçı MTKya ödənilməsi barədə 1 sa ylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 25 iyul 2018-ci il tarixli iş № 2-2(81)-449/2018, (sədrlik edən hakim A.Hüseyn) qətnaməsixxxxiddianın qismən təmin edilməsi, 1614 ədəd boru cavabdeh “xxx” QTSC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı MTK-ya qaytarılması, cavabdeh “xxx” QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088,00 manat məbləğinin və 30 manat dövlət rüsumunun əvəzi cavabdeh xxx” QTSC-dən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsiqət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh “xxx” QTSCapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarın ləğv edilməs i, iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 02 oktyabr 2018-ci il tarixli iş № 2-2(103)548/2018 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qətnaməsixxxxbirinci instansiya məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdeh “xxx” QTSC-nin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr dəmir boruların cavabdehin sahibliyində olmasının qanuni və yaxud qanunsuz olmasını ümumiyyətlə araşdırmamış və yaxud da ki, məqsədli şəkildə araşdırmaqdan imtina et mişdir. Çünki araşdırılacağı təqdirdə müəyyən olunacaqdır ki, dəmir borular nəinki cavabdehin sahibliyinə qanuni şəkildə verilmiş, ümumiyyətlə cavabdehin mülkiyyəti hesab olunur. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2015-ci il tarixli, 2(81)-509/2015 saylı qətnaməsixxxxiddiaçı “xxx” QTSC-nin cavabdeh 16 saylı X4 qarşı “pul tələbi”nə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh 16 saylı X2 iddiaçı “xxx” QTSC-nin xeyrinə ******* manat əsas borcun, 308000 manat cərimə borcunun, cəmi ******* manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnaməxxxxişin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 16 saylı X3 iddiaçı “xxx” QTSC-yə olan pul borcu onlar arasında bağlanılmış 01 oktyabr 2013-cü il tarixli, 17 nömrəli müqavilə üzrə öhdəliklərin 16 saylı X5 tərəfindən tam şəkildə icra edilməməsi səbəbindən yaranmışdır. Yuxarıda qeyd edilən qətnaməxxxxmüəyyən edilir ki, hazırkı iddia tələbində göstərilən dəmir borular lap əvvəlindən “Biləcəri Təmir-Quraşdırma” QTSC-yə məxsus olmuş, sonuncu tərəfindən 16 saylı X4 satılmış və sonuncu tərəfindən dəmir boruların dəyərini təşkil edən pul ödənilmədiyindən, “xxx” QTSC-nin iddiaçına əsasən həmin boruların dəyərinin alınması barədə qətnamə çıxarılmışdır. İddia predmeti olan dəmir boruların lap əvvəldən “xxx” QTSC-yə məxsus olması barədə müvafiq sənədlər tərəfindən təqdim edilərək, iş materiallarına əlavə edilsə də, məhkəmə tərəfindən qətnamədə həmin sübutlara ümumiyyətlə qiymət verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2015- ci il tarixli, 2(81)-509/2015 saylı qətnaməsi qanuni qüvvəsini aldığından, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə təqdim edilmiş icra vərəqinə əsasən icra məmuru tərəfindən 25 iyun 2015-ci il tarixdə 4975 saylı icraata başlamaq haqqında qərar qəbul edilərək, iş üzrə icraata başlanılmış, borclu 16 saylı X2 icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü olaraq təmin edilməsi təklif edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi özünün 26 iyul 2016-cı il tarixli qərardadıxxxx“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 45.1, 50.2-ci maddələrinə istinad etməklə qəbul etdiyi qərardadla icra məmurunun təqdimatının qismən təmin edilməsi, borclu 16 saylı X4 məxsus aşkar olunmuş 2100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və həmin boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Beləliklə də, yuxarıda qeyd edilən məhkəmə qətnaməsi və həmin qətnamənin icrasının yekunu olaraq aşkar edilmiş 2041 ədəd dəmir borular, boruların təhvil verildiyi 09 sentyabr 2016-cı il tarixdən “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin mülkiyyəti hesab olunur. Bununla bağlı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyun 2017-ci il tarixli, 2-2(102)-252/2017 saylı qərarının əsaslandırıcı hissəsində (7-ci vərəqin sonunda) göstərilmişdir ki, «Kollegiyası qeyd edir ki, icra haqqında və mülki qanunvericiliyin tələblərinə görə, tələbin əmlaka yönəldilməsixxxxbağlı məhkəmə qərardadı icra edildiyindən və üzərinə həbs qoyulmuş borular tələbkarın bi rbaşa sahibliyinə təhvil verildiyindən, həmin əmlak üzərində tələbkar “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin qanunla qorunan mülkiyyət hüququ yaranmışdır. Təəssüflər olsun ki, əksi barədə heç bir mötəbər sübut olmadığı halda, birinci və apelyasiya instansiyası məhkəmələri “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin mülkiyyətində olan dəmir boruların digər bir hüquqi şəxsə verilməli olması barədə qətnamə qəbul etmişdir. Mübahisəli boruların müqavilə əsasında “xxx” QTSC tərəfindən 16 saylı X4 verilməsi və 16 saylı X3 də həmin borulara görə “xxx” QTSC qarşısında öhdəliyinin yaranması işin mübahisələndirilməyən halı olmaqla yanaşı qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2015-ci il tarixli qətnaməsixxxxdə tam sübut olunmuşdur. Bundan əlavə, adı çəkilən dəmir borular “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin mülkiyyətinə verildikdən sonra, həmin dəmir borular “Biləcəri Təmir-Quraşdırma” QTSC tərəfindən boruların istehsalçısı olan zavod qarşısında olan borcunun ödənilməsi məqsədilə əvəzləşdirilmiş və boruların məbləği “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin zavod qarşısında olan borcun məbləğindən çıxılmışdır. Belə olan vəziyyətdə həmin dəmir borularla bağlı iddiaya cavab verməli olan təşkilat “Biləcəri Təmir-Quraşdırma” QTSC deyil, məhz həmin zavod olmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2-2(103)-548/2018 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı MTK-nin iddia tələblərinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Ə.Həsənov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsinin isə dəyişiklik edilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının direktoru Q.Fətullayev də vəkili Ə.Həsənovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsinin isə dəyişiklik edilmədən saxlanı lmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının direktorunun və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehinkasasiya təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbayc an Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsixxxxbağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 02 oktyabr 2018-ci il tarixli, 2-2(103)-548/2018 saylı qətnamə ilə, cavabdeh “xxx” QTSC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2-2(81)-449/2018 saylı qətnaməsinin də yişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Mülki Məcəllənin 157.2, 157.5, 157.8-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsinə dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdeh “xxx” QTSC-nin kasasiya şikayətixxxxəlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı MTK cavabdehlər “xxx” QTSC və “16 nömrəli X11 Tresti”nə (üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi) qarşı iddia ərizəsi, iddia tələbinin dəyişdirilməsi barədə 11 iyun 2018-ci il və 29 iyun 2018-ci il tarixli ərizələrlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1614 ədəd borunun “xxx” QTSC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı MTKya qaytarılması və “xxx” QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502088,00 manat məbləğin cavabdehlərdən tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2-2(81)-560/2017 saylı qətnaməsinə əsasən iddiaçı “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin cavabdehlər “16 nömrəli X11 Tresti”nə və “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və dəmir bor uların geri qaytarılması” barədə iddia tələbi təmin edilməmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, “xxx” QTSC həmin qətnamədən apelyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı MTK hazırkı tələbində 30 iyun 2014-cü il tarixdə “16 nömrəli X11 Tresti”xxxx“MKM - Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan İddiaçı MTK arasında “Borc müqaviləsi”nin bağlanmasına, müqaviləyə əsasən iddiaçının ikinci cavabdeh “16 nömrəli X11 Tresti”nə ******* manat məbləğində pul vəsaitini borc verməsinə, müqavilənin 1.1, 2.2.2-ci bəndlərinə əsasən ümumi çəkisi 2620 ton olan 2200 ədəd dəmir boruların 1 tonu 800 manat qiymətixxxxiddiaçının ərazisində təminat (girovun saxlanc növü) kimi saxlanılmasına, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2100 ədəd borunun üzərinə həbs qoyulmas ı, borc tələbinin həmin borulara yönəldilməsi və həmin boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi barədə 26 iyul 2016-cı il tarixli qərardadı qəbul edilməmişdən 13 gün əvvəl, yəni, 13 iyul 2016-cı il tarixdə iddiaçıxxxxikinci cavabdeh arasında notariat qaydasında “Borcun əvəzləşməsinə dair müqavilə” bağlanaraq, müqaviləyə əsasən ödənilməmiş borcun müqabilində iddiaçının ərazisində saxlanılan ümumi çəkisi 2620 ton olan 2200 ədəd dəmir boruların 1 tonu 800 manat qiymətixxxxiddiaçının mülkiyyətinə keçməsinə, həmçinin hazırkı iş üzrə cavabdeh “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin qeyd olunan müqavilələri məhkəmə qaydasında mübahisələndirməsinə baxmayaraq, qanuni qüvvədə olan məhkəmə qətnaməsixxxxsonuncunun tələbinin təmin olunmamasına istinad etmişdir. Cavabdeh “Biləcəri Təmir-Quraşdır ma” QTSC-nin kasasiya şikayətinin dəlili ondan ibarətdir ki “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin 16 nömrəli X1rşı pul tələbinə dair iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2015-ci il tarixli qətnaməsixxxxtəmin edilmiş, həmin qətnamənin icrasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2017-ci il tarixli qərarına əsasən məcburi icra tədbirləri qismində 16 nömrəli İnşaat X9 məxsus boruların üzərində mülkiyyət hüququ tanınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Biləcəri TəmirQuraşdırma” QTSC tərəfindən İddiaçı MTK-ya 13 iyul 2016-cı il tarixli “Borcun əvəzləşdirilməsinə dair” müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırılmışdır. Bu isə hər iki tərəfin məhz eyni borulara iddialı olmasını və hazırda mübahisəsi gedən boruların məhz 2016-cı il tarixli “Borcun əvəzləşdirilməsinə dair” müqaviləyə əsasən İddiaçı MTK-ya verilmiş borular olmasını təsdiq edir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı hazırkı iddia tələbi üzrə əmlakın, yəni, boruların cavabdeh “Biləcəri TəmirQuraşdırma” QTSC-nin qanunsuz sahibliyindən tələb olunmasını xahiş edir (vindikasiya iddiası) və tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsınə istinad edir. Həmin maddənin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olma sa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məlum olduğu kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün bir neçə şərtin məcmu halda mövcud olması tələb edilir: 1) Vindikasiyanın subyekti - tələb olunan əmlaka öz mülkiyyət hüququnu, yaxud ona sahibliyinin əsasını sübut etməli olan şəxsdir; Mülkiyyətçi (və ya qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs) sahibliyindən çıxmış əşya üzərində faktiki hakimiyyətdən məhrum olmalıdır; 2) Əşya naturada saxlanmalı və digər şəxsin faktiki sahibliyində olmalıdır; 3) Əşya fərdi-müəyyən əşya olmalıdır; 4) Vindikasiya iddiası müqavilədən kənar xarakter daşıyır və mülkiyyət (və ya məhdud əşya hüququnu) mütləq subyektiv hüquq kimi qoruyur. Yəni, əgər mülkiyyətçi (və ya qanuna və ya m üqaviləyə əsasən əmlaka sahiblik edən şəxs) və əşyanın faktiki sahibi mübahisəli əşyaxxxxəlaqədar bir-birixxxxmüqavilə və ya digər öhdəlik hüquq münasibətixxxxbağlıdırlarsa, onda bu növ iddianın irəli sürülməsi istisna edilir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MTK, mübahisəli boruların “16 nömrəli Təmir İnşaat İstehsalat Tresti” (“Borc alan”)xxxxbağlanmış 13 iyul 2016-cı il tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə”yə əsasən mülkiyyət hüququ ona məxsus olmasına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o, əşyaya mülkiyyətçi hüququxxx xsahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Yuxarıda artıq göstərildiyi kimi, “Biləcəri Təmir-Quraşdırma” QTSC tərəfindən İddiaçı MTK-ya qarşı “30 iyun 2014-cü il tarixli borc müqaviləsinin və 13 iyul 2016-cı il tarixli borcun əvəzləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və İddiaçı MTK tərəfindən aparılmış boruların MTK-dan alınaraq iddiaçıya təhvil verilməsi” barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2017-ci il tarixli, 2-2(81)-560/17 saylı qətnaməsinə əsasən rədd edilmişdir, həmin qətnamə mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, həmin qətnaməxxxxsözügedən müqavilələrin etibarlı olması müəyyən edilməklə yanaşı, həmçinin qeyd olunmuşdur ki, “İddiaçının dəmir borular üzərində hər hansı əşya hüququ, o cümlədən mülkiyyət hüququ mövcud olmadığından o, 157.2-ci maddədə nəzərdə tutulmuş tələblə çıxış etmək hüququna malik deyildir. Çünki 157.2-ci maddədə təsbit edilmiş tələb hüququ məhz mülkiyyət hüququnun hər hansı üçüncü şəxs tərəfindən pozulması halında meydana çıxmaqla pozulmuş mülkiyyət hüququnun müdafiəsinə yönəlir. Bu mənada, mülkiyyət hüququ mövcud deyilsə, onun pozulması və pozulmuş hüququn bərpasından söhbət gedə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsixxxxmüəyyən edilmış faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddianın predmeti olan 1614 ədəd borunun cavabdeh - “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin naturada, faktiki sahibliyində olması həmin cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin kasasiya şikayətinin dəlillərixxxxbağlı, yəni, Azərbaycan Respublikası Ali Məhkəməsinin məcburi icra tədbirləri qismində icra məmurunun təqdimatı üzrə qəbul etdiyi, 30 iyun 2017-ci il tarixli, 2-2(102)-252/17 saylı qərarına əsasən borclu 16 saylı X4 məxsus aşkar olunmuş 2100 ədəd borunun üzərinə həbs qoyulması, borc tələbinin həmin borulara yönəldilməsi və həmin boruların xüsusi mühafizə sahəsində yerləşdirilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, “Hazırda 30 iyun 2014-cü il tarixli “Borc müqaviləsi və 13 iyul 2016-cı il tarixli “ Borcun əvəzləşdirilməsinə dair” müqavilə məhkəmə qaydasında mübahisələndirildiyindən, Kollegiya həmin müqavilələrin etibarlılığı məsələsinə toxunmadan bəzi xüsusatları qeyd etməyi zəruri hesab edir”, müddəaların gəldikdə məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər də əsassızdır, belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin istinad olunan qərarı ilə, İddiaçı MTK-nın sözügedən borular üzərində mülkiyyət hüququnu müəyyən edən, 13 iyul 2016-cı il tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə”yə hüquqi qiymət verilməmiş, eləcə də həmin borularla bağlı hazırkı iş üzrə tərəflər arasında mübahisə mahiyyəti üzrə həll edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sözügedən boruların İddiaçı MTK-nın qanuni əsaslarla mülkiyyətində olması, iş üzrə cavabdeh “xxx” QTSC-nin isə hər hansı əşya hüququnun olmamasını müəyyən edən, 02 iyun 2017-ci il tarixli, 2-2(81)-560/17 saylı qətnaməsixxxx“xxx” QTSC razılaşmış və qətnaməni apelyasiya qaydasında mübahisələndirməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, İddiaçı MTK sözügedən işdə hər hansı prosessual statusda iştirak etmədiyi üçün, istənilən halda Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin qaydaları ona münasibətdə predyusial xarakter daşıya bilməz. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini 1614 ədəd borunun “xxx” QTSC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı MTK-ya qaytarılması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda iddia tələbinin “Biləcəri Təmir-Quraşdırma” QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502088 manat məbləğinin cavabdehlərdən tutularaq İddiaçı MTK-ya ödənilməsı hissəsixxxxbağlı apelyasiya instansiyası məhkəməsi doğru olaraq göstərmişdir ki, İddiaçı MTKxxxx16 nömrəli X11 Tresti arasında imzalanmış borcun əvəzləşdirilməsinə dair 13 iyul 2016-cı il tarixli müqavilədə borcun 2200 ədəd boruxxxxəvəzləşdirilməsi qeyd olunsa da, birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdeh “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin nümayəndəsi 1614 ədəd borunun mövcud olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansı z sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olmasıxxxxbağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, cavabdeh “xxx” QTSC tərəfindən satılmış boruların dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Satılmış boruların dəyərinə gəldikdə isə, bu məsələdə birinci və apelyasiya instansiya məhkəməsinin hesablamaları düzgün olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini 527 ədəd borunun dəyəri olan 502088 manat məbləğinin tutularaq İddiaçı MTK-ya ödənilməsi hissəsində də tam təmin edərkən, doğru olaraq icra qurumunun verdiyi qiyməti deyil, tələb olunan pulun miqdarının, 13 iyul 2016-cı il tarixli “Borcun əvəzləşdirilməsinə dair müqavilə”xxxxmüəyyən edilmiş qiymətə uyğunluğunu nəzərə almışdır (527 ədəd x 954 manat = 502758 manat). Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qə tnaməsi qanuni və əsaslı olduğundan dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxx” QTSC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyanın 02 oktyabr 2018-ci il tarixli, 2-2(103)-548/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-2(102)-57/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-57/2019
30.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver