Məhkəmə qərarları › İş №2-2(102)-57/2020

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-57/2020

27.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-57/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər İlqar Ağababaş oğlu Dadaşov və X4 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı Şirkətin vəkili Nümayəndə2 və cavabdeh MMC-nin vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Britaniyanın Virjin adalarında hüquqi şəxs kimi qeydiyyata alınmış “xxxx” Şirkətinin Cavabdeh MMC-yə qarşı televiziya kanallarının yayımının dayandırılması və maddi zərərin ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tar ixli qətnaməsindən iddiaçı şirkət tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev; iş No 2-2(82)619/2018) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş No 2-2 (103)50/2019) iddiaçı şirkət tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin qismən - cavabdeh MMC tərəfindən Cavabdeh TV vasitəsi ilə yayımlanan A-media 1, BBBBBBBBBBBB, A-media Premium, qqqqq, “pppppp”, “tttttt” və “rrrrrr” televiziya kanall arının yayımının dayandırılması, həmin televiziya kanalların adının yayımlanan proqramların siyahısından və bununla əlaqədar bütün reklam daşıyıcılarından çıxarılması hissəsində ləğv olunması; həmin hissədə iddia tələbinin təmin olunması; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər R.Nəbizadə və Z.Quliyev; iş No 2-1(102)-297/19) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi; işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi; şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və A.Hüseyn; iş No 2-2(103)-611/2019) iddiaçı Şirkətin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı Şirkət kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Britaniyanın Virjin adalarında hüquqi şəxs kimi qeydiyyata alınmış “xxxx” şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC tərəfindən Cavabdeh TV vasitəsi ilə yayımlanan AAAAAAAAAA, “BBBBBBBBBBBB”, “zzzzzzzzzzz”, “qqqqq”, “pppppp”, “tttttt” və “rrrrrr” televiziya kanallarının yayımının dayandırılması, həmin televiziya kanalların adı nın yayımlanan proqramların siyahısından və bununla əlaqədar bütün reklam daşıyıcılarından çıxarılması və zərərin ödənilməsi və gəlirin tutulması əvəzinə iddiaçı şirkətin xeyrinə 1.066.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına nisbətdə Mərkəzi Bank tərəfindən müəyyən etdiyi məzənnə ilə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı şirkət Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnaməni ləğv edərək işin yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmi şdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yol vermiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlillərinə dair hər hansı yazılı etiraz məhkəmə kollegiyasına təqdim edilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı şirkətin vəkili Nümayəndə2 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, iş üzrə tərəflər arasında qarşılıqlı razılaşma əldə olunduğu və müvafiq müqavilə bağlandığı üçün iddiadan və kassasiya şikayətindən imtina etdiklərini bildirməklə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası icl asında çıxış edən cavabdeh MMC-nin vəkili Nümayəndə1 qarşı tərəfin vəkilinin təqdim etdiyi ərizənin təmin edilməsinə etiraz etmədiklərini və tərəflər arasında mübahisə olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin vəkillərinin izahatlarını dinləyib, iddiadan və kassasiya şikayətindən imtina edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında ərizənin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, həmin ərizə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla hazırkı iş üzrə icraata xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Hazırki iş üzrə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən narazı qalan iddia çı Şirkət, həmin qətnamədən kassasiya şikayəti versə də, sonradan müvafiq ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddiadan və kassasiya şikayətindən imtina etdiklərini bildirməklə iş üzrə icraata xitam verilməsini edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslındaralmışdır ki, iş üzrə tərəflər arasında razılaşma əldə olunmaqala müvafiq müqavilə bağlanmışdır. Eyni zamanda məhkəmə kollpgiyasının iclasında çıxış edən cavbdeh MMC-nin vəkili iddiaçının vəkilinin dediklərini təsdiqlənmiş və ərizənin təmin edilməsinə dair qərardad çıxarımasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı şirkətin ərizəsində həm iddiadan, həm də kassasiya şikayətindən imtnadan bəhs olunduğundan və bunlarla əlaqədar icra olunmalı prosessual hərəkətlərin pro sessual nəticələri arasında fərq mövcud olduğundan, məhkəmə kollegiyası tərəfindən ilk hərəkt, yəni iddiadan imtina qəbul olunmaqla ərizə həmin hissədə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinn qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bu zaman iddiaçı şirkətə izah olunmalıdır ki, onun hazırki iddiadan imtina edilməsi haqqında ərizəsi məhkəmə kollegiyası tərəfindən qəbul olunub müvafiq prosessual hərəkətlər edildikdən sonra, həmin şirkət cavabdeh MMC-yə qarşı eyni məzmunlu iddia tələbləri ilə məhkəmədə çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazı lır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə müvafiq olaraq hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən tə sdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə uyğun olaraq olaraq iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 417.1.5-ci maddəsinə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Onagörədə, iddiaçı şirkətinərizəsi iddiadan imtina edilməsi hissəsində təminedilməli, iddiadan imtina qəbul edilməəli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraataxitamverilməlidir. Şərhedilənlərəəsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası MPMnin 417 və 419-cu maddələrinirəhbərtutaraq məhkəməkollegiyası QƏRARAALİR İddiaçı Britaniyanın Virjin adalarında hüquqi şəxs kimi qeydiyyata alınmış “xxxx” Şirkəti tərəfindənverilmişərizəsi iddiadan imtina hissəsində təminedilsin. İddiaçı Britaniyanın Virjin adalarında hüquqi şəxs kimi qeydiyyata alınmış “ xxxx” Şirkətinin Cavabdeh MMC-yə qarşı iddiasından imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilisn. Hazırki iş üzrə icraata xitam verilsin. \pƏsli ilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar