Məhkəmə qərarları › İş №2-2(102)-57/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-57/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-57/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC BOKT-nın Cavabdeh-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi N.Nəcəfzadənin,iddiaçının nümayəndəsi X4, vəkili XXXoğlunun, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC BOKT-nın Cavabdeh-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya işi üzrə Cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 05 avqu st tarixli, 2-2(103)-1/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 10340 saylı, xx.xx.2007-ci il tarixli kredit sazişi - açılmış kredit xəttinin 10.219.908,91 ABŞ dolları, kredit xəttindən müqavilənin 4.1-ci bəndinə əsasən ilk istifadə tarixi xx.xx.2007 (6 il 6 ay-xx.xx.2014), kredit xətti üzrə son istifadə tarixi xx.xx.2007 (müqavilənin 4.1-ci bəndinə əsasən 6 il 6 ay-xx.xx.2014), faiz dərəcəsi -müqavilənin 5.3cü bəndinə əsasən illik 15 %. Həmin müqavilə üzrə maliyyə arayışına əsasən öhdəliyin icra müddəti bitdiyi tarixə cavabdehin faiz borcu 412.984,32 ABŞ dolları təşkil edir, iddiaçı tərəfindən həmin müqavilə üzrə 1.980.472,77 ABŞ dolları əsas borc, 328814,22 ABŞ dolları faiz borcu, 299.929,83 ABŞ dolları cərimə tələb edi lmişdir. 2. 10627 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi - açılmış kredit xəttinin məbləği 4.800.000 ABŞ dolları, kredit xəttindən ilk istifadə tarixi xx.xx.2008-ci il, öhdəliyin icrasının bitmə tarixi xx.xx.2014-cü il, faiz dərəcəsi - müqavilənin 6.1-ci bəndinə əsasən illik 16 %. Həmin müqavilə üzrə maliyyə arayışına əsasən öhdəliyin icra müddəti bitdiyi tarixə cavabdehin faiz borcu 1.122.425,43 ABŞ dolları təşkil edir, iddiaçı tərəfindən həmin müqavilə üzrə 4.764.282 ABŞ dolları əsas borcu, 906.444,64 ABŞ dolları faiz borcu, 766.520 ABŞ dolları cərimə tələb edilmişdir. 3. 10590 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi - açılmış kredit xəttinin məbləği 9.026.155,97 ABŞ dolları, kredit xəttindən ilk istifadə tarixi xx.xx.2008-ci il (6 il 6 ayxx.xx.2015), kredit xətti üz rə son istifadə tarixi xx.xx.2008 (6 il 6 ayxx.xx.2015), faiz dərəcəsi -müqavilənin 5.2-ci bəndinə əsasən illik 15 %. Həmin müqavilə üzrə maliyyə arayışına əsasən öhdəliyin icra müddəti bitdiyi tarixə cavabdehin faiz borcu 1.332.488,31 ABŞ dolları təşkil etmiş, iddiaçı tərəfindən həmin müqavilə üzrə 6.769.617,04 ABŞ dolları əsas borc, 1.042.648,86 ABŞ dolları faiz borcu, 854.664,15 ABŞ dolları cərimə faizi tələb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2007-ci il tarixli, 10340 saylı kredit müqaviləsi üzrə 1.980.472,77 ABŞ dolları əsas, 328.814,22 ABŞ dolları faiz, 299.929,83 ABŞ dolları cərimə faizi, cəmi 2.608.833,43 ABŞ dolları, xx. xx.2008-ci il tarixli, 10590 saylı kredit müqaviləsi üzrə 6.769.617,04 ABŞ dolları əsas, 1.042.648,86 ABŞ dolları faiz, 854.664,15 ABŞ dolları cərimə faizi, cəmi 8.666.929,59 ABŞ dolları, xx.xx.2008-ci il tarixli, 10627 saylı kredit müqaviləsi üzrə 4.764.282 ABŞ dolları əsas, 906.444,64 ABŞ dolları faiz, 766.520 ABŞ dolları cərimə faizi, cəmi 6.437.246,64 ABŞ dolları borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli, 10340 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 16% olmaqla 16 ay müddətinə 10.219.908,91 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2008-ci il tarixli, 10590 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 72 ay müddətin ə 9.026.155,97 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinə görə cavabdeh kredit üzrə hesablanan borcu müqavilə ilə müəyyən olunan 15% dərəcəsi ilə müqavilə bağlandığı tarixdən 6 ay keçdikdən sonra 12 bərabər hissələrlə banka ödəməli idi. Kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə borc alan borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə 15%-lə cərimə faizləri ödəməlidir. Bundan sonra xx.xx.2008-ci il tarixli, 10627 saylı “Revolver” tipli kredit müqaviləsinə əsasən cavabdehə illik 16% olmaqla 24 ay müddətinə 4.800.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəld ikdə borc alan borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə 16%-lə cərimə faizləri ödəməlidir. Kredit müqaviləsi üzrə borcun və faizlərin qrafikə uyğun olaraq ödənilməsi barədə Bank tərəfindən cavabdehlə aparılmış danışıqlar, edilmiş müraciətlər heç bir nəticə verməmiş, cavabdeh üzərinə düşən öhdəliyi pozmaqda davam etmişdir. Bankın kredit uçotu registrindən təqdim edilən maliyyə arayışlarına əsasən cavabdehin iddiaçıya xx.xx.2007-ci il tarixli, 10340 saylı kredit müqaviləsi üzrə 1.980.472,77 ABŞ dolları əsas, 328.814,22 ABŞ dolları faiz, 299.929,83 ABŞ dolları cərimə faizi, cəmi 2.608.833,43 ABŞ dolları, xx.xx.2008-ci il tarixli, 10590 saylı kredit müqaviləsi üzrə 6.769.617,04 ABŞ dolları əsas, 1.042.648,86 AB Ş dolları faiz, 854.664,15 ABŞ dolları cərimə faizi, cəmi 8.666.929,59 ABŞ dolları, xx.xx.2008-ci il tarixli, 10627 saylı kredit müqaviləsi üzrə 4.764.282 ABŞ dolları əsas, 906.444,64 ABŞ dolları faiz, 766.520 ABŞ dolları cərimə faizi, cəmi 6.437.246,64 ABŞ dolları borcu vardır. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 15 oktyabr tarixli, 2(82)1891/2015 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2007-ci il tarixli, 10340 saylı kredit müqaviləsi üzrə 1.980.472,77 ABŞ dolları əsas borc, 328.814,22 ABŞ dolları faiz borcu, 299.929,83 ABŞ dolları cərimə faizi, cəmi 2.608.833,43 ABŞ dolları, xx.xx.2008-ci il tarixli, 10590 saylı kredit müqaviləsi üzrə 6.769.617,04 ABŞ dolları əsas borc, 1.042.648,86 ABŞ dolları faiz borcu, 854.664,15 AB Ş dolları cərimə faizi, cəmi 8.666.929,59 ABŞ dolları, xx.xx.2008-ci il tarixli, 10627 saylı kredit müqaviləsi üzrə, 4.764.282 ABŞ dolları əsas borcu, 906.444,64 ABŞ dolları faiz borcu, 766.520 ABŞ dolları cərimə faizi, cəmi 6.437.246,64 ABŞ dollarının Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir (hakim – M.Hacəbəyova).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında 10340 saylı, xx.xx.2007-ci il tarixli kredit sazişi, 10627 saylı, xx.xx.2008-ci il tarixli və 10590 saylı, xx.xx.2008-ci il tarixli kredit müqavilələri imzalanmış, cavabdeh kredit sazişi və kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək borcunu və kreditlərə hesablanmış faizləri tam ödəmədiyinə görə onun iddiaç ıya xx.xx.2007-ci il tarixli, 10340 saylı kredit müqaviləsi üzrə 1.980.472,77 ABŞ dolları əsas, 328.814,22 ABŞ dolları faiz borcu yaranmışdır ki, bununla bağlı cavabdehə 299.929,83 ABŞ dolları cərimə faizi hesablanmış, xx.xx.2008-ci il tarixli, 10590 saylı kredit müqaviləsi üzrə 6.769.617,04 ABŞ dolları əsas, 1.042.648,86 ABŞ dolları faiz borcu yaranmışdır ki, bununla bağlı cavabdehə 854.664,15 ABŞ dolları cərimə faizi hesablanmış, xx.xx.2008-ci il tarixli, 10627 saylı kredit müqaviləsi üzrə 4.764.282 ABŞ dolları əsas, 906.444,64 ABŞ dolları faiz borcu yaranmışdır ki, bununla bağlı cavabdehə 766.520 ABŞ dolları cərimə faizi hesablanmışdır. Hazırda iddiaçı qeyd edilən məbləğlərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir, cavabdeh isə iddiaçının tələb etdiyi məbləğdə borcunun olmasını mübahisələndirməmiş, bununla əlaqədar etirazları məhkəməyə təqdim etməmiş, yalnız kredit müqavilələri üzrə tələblərlə bağlı iddia müddətinin iddiaçı tərəfindən buraxıldığını bildirmişdir.

9. Cavabdeh iddiaçı ilə bağladığı kredit sazişi və kredit müqavilələri üzrə 2014-cü ildə borcunu etiraf edən hərəkətlər edərək iddiaçıya ödənişlər həyata keçirmiş, bununla da iddia müddətinin axımı kəsilmiş və iddia müddətinin axımı yenidən başlamışdır, iddiaçı isə iddia ərizəsini məhkəməyə xx.xx.2015-ci ildə təqdim etmişdir.

10. Belə olan halda iddiaçı tərəfindən iddia müddətinin buraxılması barədə cavabdehin dəlilinin heç bir əsası yoxdur.

11. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 373.2, 377.1, 380.1, 385.1, 442, 443, 445.2, 448.1, 448. 2, 462.1, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 03 noyabr tarixli qərardadı ilə iddiaçı «xxxx» ASC əsl İddiaçı QSC BOKT-la əvəz edilmişdir.

14. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 05 avqust tarixli, 2-2(103)-1/2020 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 15 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, “X8”nın bildirişlərinə, beynəlxalq ödəniş vasitəsi olan SWİFT-lə aparılan ödənişlərə və cavabdehin kredit hesabından çıxarışlara görə, kredit vəsaitlərindən mərhələli şəkildə istifadə edilmişdir. xx.xx.2007-ci il tarixli və xx.xx.2008-ci il tarixli kredit müqavilələri üzrə öhdəliyin icra müddətinin 2014-cü ildə, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 2015-ci ildə bitdiyi, iddiaçının hazırkı iddia tələbi ilə 2015-ci ilin iyul ayında məhkəməyə müraciət etdiyi nəzərə alınarsa 3 illik iddia müddəti bitməmişdir. Bundan əlavə iş materiallarındakı hesabdan çıxarışlar və maliyyə arayışlarından görünür ki, hər üç müqavilə üzrə cavabdeh tərəfindən 2014-cü ilin aprel ayınadə k ödənişlər etmişdir.

16. Məhkəmə cavabdehin apelyasiya şikayətinə əlavədə xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin 16 ay müddətinə bağlandığını və öhdəliyin icra müddətinin xx.xx.2011-ci il tarixdə bitdiyinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, həmin müqavilənin və xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin 4.1-ci bəndində qeyd edilmişdir ki, kredit xətti çərçivəsində istifadə edilən hər bir məbləğ istifadə tarixindən 6 il 6 ay ərzində qaytarılmalıdır. xx.xx.2007-ci il tarixli müqavilə üzrə kreditdən son dəfə xx.xx.2007-ci il tarixdə istifadə edildiyindən 6 il 6 ay xx.xx.2014-cü il tarixdə, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditdən son dəfə xx.xx.2008-ci ildə istifadə edildiyindən 6 il 6 ay xx.xx.2015-ci il tarixdə bitmiş olur. Cavabdeh apellyasiya şikayətində x x.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra müddətinin bitdiyi tarixi xx.xx.2013-cü il göstərməklə həmin müqavilə üzrə iddia müddətinin keçmədiyini özü təsdiq etmişdir. 17. xx.xx.2018-ci il tarixli, 1340 saylı ekspert rəyi ilə cavabdehin kredit müqavilələri üzrə ödəməli olduğu faizlər ödənişlərin qrafik üzrə həyata keçirildiyi təqdirdə tətbiq edilməli olan Eurıbor+0,45%+3% tətbiq edilməklə hesablandığından, kredit öhdəliyinin cavabdeh tərəfindən qrafik üzrə icra edilmədiyi halda faizlərin müqavilə şərtlərinə əsasən illik 15%-lə hesablanmalı olduğu ekspert tərəfindən nəzərə alınmadığından, həmin rəy cavabdehin kredit borclarının müəyyənləşdirilməsi üçün sübut kimi nəzərə alına bilməz. 18. xx.xx.2020-ci il tarixli 12602 saylı ekspert rəyində isə kredit öhdəliklərinin icra sının bitdiyi tarixlər düzgün müəyyən edilmədiyindən, məhkəmə həmin rəyə cavabdehin kredit borcunun məbləğini müəyyən edən sübut kimi istinad edilməsini mümkün hesab etməmişdir.

19. Belə ki, xx.xx.2007-ci il tarixli müqavilə üzrə “X8”nın Koreyanın “X1” şirkətinə ödənişi 856.834 ABŞ dolları xx.xx.2007-ci il tarixdə olmuş, həmin məbləğ üzrə ödəniş müqavilə şərtlərinə əsasən xx.xx.2008-ci il tarixdə aparılmalı idi. Belə olduğu halda ekspert tərəfindən kreditin bitmə tarixinin kreditin istifadə tarixindən deyil, müqavilə bağlandığı tarixdən 72 ay müəyyən edilməsi və kredit üzrə faiz borcunun həmin tarixədək müqavilə şərtlərinə uyğun olmamışdır. Digər kredit müqavilələri üzrə də ekspert kredit öhdəliyinin icra müddətini müqavilənin bağlandığı tarixdən hesablamaqla düzgün müəyyən etməmiş, nəticə də kredit öhdəliklərinin icra müddətinin bitmə tarixinə faizlər düzgün hesablanmamışdır. Bundan əlavə xx.xx.2007-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş faiz borcunun məbləği iddiaçı tərəfindən təqdim etdiyi maliyyə arayışında 219.929,83 ABŞ dolları qeyd edildiyi halda, ekspert 174.929,83 ABŞ dolları göstərmiş, xx.xx.2014-cü ildə ödənilmiş 45.000 ABŞ dolları faiz ödənişi nəzərə alınmamışdır.

20. Məhkəmə iddiaçı tərəfindən yalnız sonuncu məhkəmə iclasında təqdim edilmiş maliyyə arayışlarında cavabdehin kredit öhdəliklərinin icra müddətlərinin, kreditdən istifadə tarixlərinin, ödənişlərin məbləğinin və kredit üzrə qalıq borcların məbləğinin müqavilə şərtlərinə və işdəki sübutlara uyğun qeyd edildiyini hesab edərək, həmin arayışı mötəbər sübut hesab edir.

21. Cavabdehdən hər üç kredit müqaviləsi üzrə tutulmuş məbləğlər cavabdehin kredit müqavilələri üzrə qalıq borclarının həqiqi məbləğindən çox olmamış, o cümlədən öhdəliyin icrasının gecikdirilməsinə görə tutulmuş dəbbə pulu borcu əsas borcun məbləğinə nisbətdə tənasübsüz şəkildə yüksək olmamışdır.

22. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 373.2, 377.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. Apelyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdeh tərəf iclasın vaxtı barədə məlumatlandırılmamışdır. Məhkəmə qətnaməsində məhkəmə iclası barədə bildi rişin tərəfə çatmaması barədə məlumat əks edilmişdir. Bununla da, MPM-nin 418.4.5ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, yəni məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş, işə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışdır.

25. Məhkəmə öz qətnaməsində xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına istinad etmişdir, hansı hüquq normalarına görə xx.xx.2018-ci il tarixli, 1340 saylı və xx.xx.2020-ci il tarixli, 12602 saylı ekspertiza rəylərinə sübut qismində qiymət vermədiyini əsaslandırmamışdır. Bununla da, işə baxılan zaman iş materiallarındakı sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmişlər.

26. Bundan başqa, apelyasiya məhkəməsi borc üzrə tutulmuş cərimə nin tənasübsüz şəkildə yüksək olmadığı qənaətinə gəlmiş, lakin qeyd olunan məqamı hər hansı formada əsaslandırmamışdır.

27. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 88, 101.7, 103.1, 102-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı Cavabdehin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi X6 və vəkil XXXoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSA SİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin fakt iki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

32. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

146. İş üzrə icraat zamanı ünvanın dəyişməsi Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ün vanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

33. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir”. “Maddə

377. İddia müddətinin başlanması 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır”. “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin ic ra edilməməsi”. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşy alar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 05 avqust tarixli, 2-2(103)-1/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

35. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, məhkəmə öz qətnaməsində xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına istinad etmiş, hansı hüquq normalarına görə xx.xx.2018-ci il tarixli, 1340 saylı və xx.xx.2020-ci il tarixli, 12602 saylı ekspertiza rəylərinə sübut qismində qiymət vermədiyini əsaslandırmamış, bununla da, işə baxılan zaman iş materiallarındakı sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmişlər.

36. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarında cavabdehin kredit öhdəliklərinin icra müddətləri, kreditdən istifadə tarixləri, ödənişlərin məbləği və kredit üzrə qalıq borcların məbləği müqavilə şərtlərinə və işdəki sübutlara uyğun qeyd edildiyindən, həmin arayış apelyasiya məhkəməsi tərəfindən mötəbər sübut hesab edilmişdir. Apelyasiya məhkəməsi ekspert rəyləri ilə razılaşmamasını əsaslandıraraq qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli, 1340 saylı ekspert rəyi ilə cavabdehin kredit müqavilələri üzrə ödəməli olduğu faizlər ödənişlərin qrafik üzrə həyata keçirildiyi təqdirdə tətbiq edilməli olan Eurıbor+0,45%+3% tətbiq edilməklə hesablandığından, kredit öhdəliyinin cavabdeh tərəfindən qrafik üzrə icra edilmədiyi halda faizlərin müqavilə şərtlərinə əsasən illik 15%-lə hesablanmalı olduğu ekspert tərəfindən nəzərə alınmadığından, həmin rəy cavabdehin kredit borclarının müəyyənləşdirilməsi üçün sübut kimi nəzərə alına bilməz. xx.xx.2020-ci il tarixli, 12602 saylı ekspert rəyində isə kredit öhdəliklərinin icrasının bitdiyi tarixlər düzgün müəyyən edilmədiyindən, həmin rəyə cavabdehin kredit borcunun məbləğini müəyyən edən sübut kimi istinad edilməsi mümkün deyildir. Qeyd edilənlərə istinad etməklə kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin bu dəlill ərinə tənqidi yanaşır.

37. Kassasiya şikayətinin digər dəlilində isə qeyd edilmişdir ki, apelyasiya məhkəməsi borc üzrə tutulmuş cərimənin tənasübsüz şəkildə yüksək olmadığı qənaətinə gəlmiş, lakin qeyd olunan məqamı hər hansı formada əsaslandırmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, cavabdehdən hər üç kredit müqaviləsi üzrə tutulmuş məbləğlər onun kredit müqavilələri üzrə qalıq borclarının həqiqi məbləğindən çox deyildir, o cümlədən öhdəliyin icrasının gecikdirilməsinə görə tutulmuş dəbbə pulu borcu əsas borcun məbləğinə nisbətdə tənasübsüz şəkildə yüksək deyildir və buna görə də apelyasiya məhkəməsinin qətnaməsi dəbbə pulu hissəsində formalaşmış məhkəmə təcrübəsinə, Mülki Məcəllənin 462 və 467-ci maddələrinin müddəalarına uyğundur.

38. İşə baxılarkən cavabdeh tərəfin iclasın vaxt ı barədə məlumatlandırılmadığı və məhkəmə qətnaməsində məhkəmə iclası barədə bildirişin tərəfə çatmaması barədə məlumatların əks edilməsi barədə kassasiya şikayətinin dəlili ilə əlaqədar isə qeyd edilməlidir ki, cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək məqsədi ilə onun hüquqi ünvanına dəfələrlə məhkəmə bildirişləri göndərilmiş, bu bildirişlər cavabdehin həmin ünvandan “köçməsi”, “bağlanması” qeydləri ilə məhkəməyə qaytarılmış, cavabdehin hüquqi ünvanı və qanuni təmsilçisi barədə Kommersiya qurumlarının dövlət reyestrindən alınmış məlumatlardan onun hüquqi ünvanının dəyişmədiyi müəyyən edilmiş, qanuni təmsilçi X2 Bakı şəhəri, Nəsimi rayonu, 5 mkr., XXX ev 36, mənzil 35-ə müvafiq bildirişlər və SMS-lər göndərilsə də cavabdeh hər hansı üzrlü səbəblər olmadan məhkəmə iclaslarında iş tirak etməmişdir. Qeyd edilənlərə əsasən və cavabdehin iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat vermədiyini nəzərə alaraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilinə də tənqidi yanaşır.

39. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 05 avqust tarixli, 2-2(103)1/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

41. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 05 avqust tarixli, 2-2(103)-1/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar