Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-57/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdeh “X6” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: əldən çıxmış faydanın tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh “X6” MMC-yə qarşı əldən çıxmış faydanın tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022- ci il 19 avqust tarixli 2-2(103)-601/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında bax ılmışdır. İŞİN HALLARİ
1. İddiaçı ASC-nin hüquqi varisi olduğu "xxxx" İKB ASC ilə “X7” MMC arasında 2015-ci il 26 avqust tarixində bağlanmış 23-BİZ-2-0-437-15 saylı kredit müqaviləsinə (bundan sonra – Müqavilə) əsasən MMC 5.000.000 ABŞ dolları vəsaiti illik 14% dərəcəsi ilə 2020-ci il 31 avqust tarixədək kreditə götürmüşdür. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəliklərini icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc - yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1 % miqdarında banka dəbbə pulu ödəməlidir.
2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2019-cu il 21 iyun tarixli 2(011)101/2019 saylı qətnaməsi ilə ilk iddia tələbi üzrə iddiaçı "xxxx" ASC-nin “X7” MMC-yə, X2, X3 və X4 qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, cavabdeh “X8" MMC-dən kredit müqaviləsi üzrə 56.754,88 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində faiz borcunun "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın X1 mülkiyyətində olan və "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın satış qiymətinin 934.740 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, artıq qalan məbləğin X4 geri qaytarılması, həmin ipoteka predmetinin satıldıqdan sonra bir ay müddətində cavabdeh X5 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması qət edilmiş, həmçinin qa rşılıqlı iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" İKB ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi və kreditin bağlanma tarixinin müqaviləyə uyğun olaraq 2020-ci il 31 avqust kimi qeyd edilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin olunmuş, Müqavilənin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixi 2020-ci il 31 avqust olaraq müəyyən edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 28 noyabr tarixli 2(103)12378/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 21 iyun tarixli, 2(011)-101/2019 saylı qətnaməsi qismən ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, Müqavilə ləğv e dilmiş, Müqaviləyə əsasən 2017-ci il 5 may tarixə ödənilməmiş 701.640 ABŞ dolları məbləğində əsas, 56.754,88 ABŞ dolları məbləğində faiz borcu, cəmi 758.394,88 ABŞ dolları (yeddi yüz əlli səkkiz min üç yüz doxsan dörd ABŞ dolları səksən səkkiz sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manat və xidmət haqqının əvəzi olan 180 manat, cəmi 300 manat məbləğində pulun cavabdehdən tutulması, tutmanın X5 tərəfindən ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 1.512.630 manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 934.740 (doqquz yüz otuz dörd min yeddi yüz qırx) manat məbləğində müəyyən edilmiş, iddiaçı tələbi qalan hissədə əsassız olduğu üçün təmin edilməmiş, qarşılıqlı iddia tələbi Müqavilənin 1.8-ci bəndinə uyğun olaraq kr editin bağlanma tarixinin 2020-ci il 31 avqust olduğunun müəyyən edilməsi hissəsində təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 3 sentyabr tarixli 2(102)-3067/2020-ci il saylı qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən verilmiş 2021-ci il 30 mart tarixli, 01/1792 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17/68160200-16 saylı, 2021-ci il 4 mart tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş: a) Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Dərnəgül qəsəbəsində yerləşə n ümumi sahəsi 1680.7 kv.m olan qeyri-yaşayış binası; b) Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsində ümumi sahəsi 1038.6 kv.m olan qeyriyaşayış binası təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 2021ci il 30 mart tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7ci maddəsinə əsasən ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 964301.62 və 595896.75 manat olmaqla ipoteka saxlayana təklif olunur.
6. Hərracın yekunları barədə 29/11 saylı, 2021-ci il 9 aprel tarixli protokola əsasən Nəcibə Ağayevaya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Dərnəgül qəsəbəsində yerləşən ümumi sahəsi 1680.7 kv.m olan qeyri-yaşayış binası (ipoteka predmeti) tələbkar (Bank) tərəfindən əldə edilmişdir.
7. Hərrac ın yekunları barədə 29/12 saylı, 2021-ci il 9 aprel tarixli protokola əsasən Nəcibə Ağayevaya məxsus Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül qəsəbəsində ümumi sahəsi 1038.6 kv.m olan qeyri-yaşayış binası (ipoteka predmeti) tələbkar (Bank) tərəfindən əldə edilmişdir.
8. İddiaçı ASC tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən 2021-ci il 26 aprel tarixinə “X8" MMC Müqavilə üzrə Banka əldən çıxmış fayda olaraq hesablanmış ümumi borcu 54.233.43 ABŞ dolları təşkil edir.
9. İddiaçı ASC tərəfindən “X8" MMC-yə ünvanlanmış 2021-ci il 26 aprel tarixli, KBD-6541 saylı xəbərdarlıq məktubunda sonuncudan 54.233,43 ABŞ dolları məbləğində əldən çıxmış faydanın 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda qanunvericiliklə nəzərdə tutulmuş prosessual hərəkətlərin icrasına başlanılacağı barədə xə bərdarlıq edilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdeh “X7” MMC-yə (bundan sonra“cavabdeh”) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən Müqavilə üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 54.233.43 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Müqaviləyə əsasən iddiaçıdan illik 14%-lə 60 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit götürmüş, sonradan Müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2021-ci il aprelin 26-dək cavabdehin Müqavilə üzrə iddiaçıya (əldən çıxmış fay da olaraq hesablanmış 5%) ümumilikdə cəmi 54.233,43 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 442, 467, 445.2.1, 445.7, 449.1, 501-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad olunmuşdur.
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 iyul tarixli, e-2-2(113)-2766/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim Ü.Həsənova).
14. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına istinad etmiş və g əldiyi nəticə ilə bağlı göstərmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. MM-in 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdi rilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir.
15. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 399.1, 442, 445.1, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 449.1-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına isti nad etməklə əsaslandırılmışdır.
16. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(103)-1084/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi 4.533,93 ABŞ dolları pulun tutulması hissəsində rədd edilmişdir (sədrlik edənməruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və V.Məmmədov).
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 4 45.7-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası həmin normanın tələbinə görə yalnız əsas borc məbləğinə hesablanmalı və bu halda, müqavilə şərtlərinə əsasən öhdəliyin icra müddətinin bitdiyi tarixə ödənilməli olan faiz məbləği nəzərə alınmamalıdır. Belə ki, faizə faiz hesablanması qanunla qadağan edildiyindən iddia yalnız 701.640 ABŞ dolları əsas borc tələbinə 17 ay üçün illik 5 %-lə hesablanmış 49.699,5 ABŞ dolları əldən çıxmış faydanın tutulması hissəsində əsaslı hesab edilməli, faiz məbləğində hesablanmış 4533,93 ABŞ dolları pulun tutulması hissəsində isə rədd edilməlidir.
19. Həmin məhkəmə gəldiyi nəticəni MM-nin 445.7-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
20. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 5 aprel tarixli, 2-2(102)128/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 oktyabr tarixli, 2-2(103)-1084/2021 saylı qətnaməsi qismən – cavabdehdən 49.699,5 ABŞ dolları vəsaitin tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məh kəməsinə qaytarılmışdır (məruzəçi hakim B.Qəribov, hakimlər İ.Dadaşov, B.Məmmədli).
22. Kassasiya instansiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə bağlı göstərmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli qərarında göstərilmişdir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizləri n girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.
23. İşin materiallarından göründüyü kimi tərəflər arasında “kreditin verilmə tarixi” olaraq 2015-ci il 26 avqust, “kreditin bağlanma tarixi” kimi isə 2020-ci il 31 avqust tarixi göstərilən müqavilə bağlanmışdır. 24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi ko ntragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Mülki Məcəlləninin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
25. Konstitusiya Məhkəməsi tərəfindən verilən şərhdə göstərilən mövqe baxımından məhkəmə qeyd etmişdir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə zidd olmayan formada bağlanmış kredit müqaviləsində kredit (əsas borc və faiz) öhdəliklərinin son icrası tarixi kimi 2020-ci il 31 avqust tarixi müəyyənləşdirildiyindən, bu müddət keçməmiş iddiaçı tərəfindən hansı əsasla əldən çıxmış faydanın tələb olunması aydın olmamış, apellyasiya instansiyası məhkəməsi göstərilən hala hüquqi qiymət verməmişdir.
26. İşin hallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 28 noyabr tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış müqavilə ləğv edilməklə cavabdehdən əsas və faiz borlarının ipoteka predmetlərinə yönəldilməklə iddiaçının xeyrinə tutulması qət edilmiş, Ali Məhkəmənin 2020-ci il 3 sentyabr tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, məhkəmə qətnaməsi ilə ilkin satış qiyməti 1.512.630 manat və 934.740 manat müəyyən edilmiş ipoteka predmetləri olan iki qeyri-yaşayış binası iddiaçı tərəfindən əldə edilmişdir.
27. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə tutulması nəzərdə tutulan borc ipoteka predmetinə yönəldilməklə məhkəmə qətnam əsi ilə ilkin satış qiyməti müvafiq olaraq 1.512.630 manat və 934.740 manat təşkil edən həmin ipoteka predmetləri 2021-ci il 9 aprel tarixdə iddiaçı tərəfindən əldə olunduğundan, cavabdehdən gecikdirilmiş vaxt üçün MM-nin 445.7-ci maddəsinin tələbinə əsasən 5 faizlə hesablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır.
28. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, məhkəmənin gəldiyi nəticə qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına və onlara verilmiş şərhə uyğun olmamışdır.
29. Məhkəmə gəldiyi nəticəni MM-in 6.2, 49.2, 14.2.1, 390.1, 445.7, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına, MPM-in 217.3, 418.1, 417.1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 19 avqust tarixli, 2-2(103)-601/2022ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(112)-2766/2021 saylı, 2021-ci il 7 iyul tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim M.Tağızadə, hakiml ər A.Oruczadə, K.Əkbərov).
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları §1-9-da göstərilən qaydada müəyyən edilmiş və göstərilmişdir ki, tərəflər fəaliyyət qabiliyyətli hüquqi şəxs kimi qanunvericiliyin tələblərinə zidd olmayan müqavilə bağlamış, müqavilədə kredit öhdəliklərinin icrası üçün son tarix kimi 2020-ci il 31 avqust tarixi müəyyən edilmişdir. Tərəflər arasında qanunvericiliyin tələblərinə zidd olmayan formada bağlanmış kredit müqaviləsində kredit (əsas borc və faiz) öhdəliklərinin son icrası tarixi kimi 2020-ci il 31 avqust tarixi müəyyənləşdirildiyindən, bu müddət keçməmiş iddiaçı tərəfindən hansı əsasla əldən çıxmış faydanın tələb olunması aydın olmamış, birinci instansiya məhkəməsi isə göstərilən hala hüquqi qiymət verməmişdir.
32. Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə b ağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Mülki Məcəlləninin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
33. Konstitusiya Məhkəməsi tərəfindən verilən şərhdə göstərilən mövqe baxımından həmin məhkəmə vurğulamışdır ki, tərəflər arasında qanunvericiliyin tələblərinə zidd olmayan formada bağlanmış kredit müqaviləsində kredit (əsas borc və faiz) öhdəliklərinin son icrası tarixi kimi 2020-ci il 31 avqust tarixi müəyyənləşdirildiyindən, bu müddət keçməmiş iddiaçı tərəfindən hansı əsasla əldən çıxmış faydanın tələb olunması aydın olmamış, birinci instansiya məhkəməsi isə göstərilən hala hü quqi qiymət verməmişdir.
34. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə dair yekun nəticəsini əsaslandırarkən qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi geci kdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz bankın əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir.”
35. İşin hallarından müəyyən olunmüşdür ki, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə ləğv edilməklə cavabdehdən əsas və faiz borclarının ipoteka predmetlərinə yönəldilməklə iddiaçının xeyrinə tutulması qət edilmiş, Ali Məhkəmənin 2020-ci il 3 sentyabr tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin, məhkəmə qətnaməsi ilə ilkin satış qiyməti 1.512.630 manat və 934.740 manat müəyyən edilmiş ipoteka predmetləri olan iki qeyri-yaşayış binası iddiaçı tərəfindən əldə edilmişdir.
36. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə tutulması nəzərdə tutulan borc ipoteka predmetinə yönəldilməklə məhkəmə qətnaməsi ilə ilkin satış qiyməti müvafiq olaraq 1.512.630 manat və 934.740 manat təşkil edən həmin ipoteka predmetləri 2021-ci il 9 aprel tarixdə iddiaçı tərəfindən əldə olunduğundan, cavabdehdən gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır.
37. Həmçinin, “Azərbaycan Respub likası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.
38. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyini nəzərə alan məhkəmə vurğulamağı zəruri hesab etmişdir ki, hazırkı işin halları üzrə məhkəmə qətnaməsi əsasında müvafiq borc məbləğinin ipoteka predmetinə yönəldilməklə tutulmasına dair prosedur çərçivəsində borclu tərəfindən hər hansı maneə yaradılmamış, əksinə girov əmlakın verilməsi könüllü olaraq həyata keçirilmişdir. Bu halın əksini sübut edən hər hansı dəlil isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, işin materiallarına əlavə edilməmişdir.
39. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin apellyasiya şikayəti təmin ediməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır.
40. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 390.1, 399.1, 445.7, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun 2009-cu il 9 iyul tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 385.1, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
41. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 16 sentyabr tarixli qərardadı ilə qətnamənin nəticə hissəsində “Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 iyul tarixli, e-2-2 (113)-2766/2021 saylı qətnaməsi ləğv edilsin, iddia rədd edilsin” ifadəsi “Bakı Kommersiya Məhkəməsinin e-2-2(112)-2766/2021 saylı, 2021-ci il 7 iyul tarixli qətnaməsi cavabdehdən 49.699,5 ABŞ dolları vəsaitin tutulması hissəsində ləğv edilsin, iddia həmin hissədə də rədd edilsin ” kimi oxunması qərara alınmışdır edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b) Kassasiya şikayətinin dəlilləri
42. MM-in 442-ci maddəsinin tələbləri pozulmuşdur- cavabdehlə "xxxx" İKB ASC arasında bağlanmış 2015-ci il 26 avqust tarixli, 23-BİZ-2-0-437-15 №-li kredit müqaviləsi illik 14 faizlə 60 ay müddətinə bağlanmış və bu müddət ərzində cavabdeh tərəfindən krediti tam ödənilməməsi öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Belə olan halda isə Azərbaycan Respublikası MM-in 442-ci maddəsində göstərilən halın baş verdiyi aydın şəkildə görünür.
43. MM-in 445.7-ci maddəsinin tələbi pozulmuşdur-öhdəliyin lazımınca icra edilməməsi hal-hazırda bankın cavabdehdən MM-in 445.7-ci maddəsini əsas götürməklə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tə ləb etmək hüququnu yaradır.
44. MM-in 449.1 və 449.3-cü maddələrinin tələbləri pozulmuşdur-cavabdeh üzərinə düşən öhdəliyi 2020-ci il 31 avqust tarixədək icra etməli olduğu halda, icra etməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh yalnız məhkəmədə iddia qaldırıldıqdan sonra ödənişlər etməyə başlamışdır. Faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Kreditin məbləği kifayət qədər çox olduğundan, müqavilənin uzun müddət icra olunmaması banka xeyli miqdarda zərər vurmuş dur. Bu isə özlüyündə kreditorun, yəni bankın ona dəymiş zərəri tələb etmək hüququnu yaradır.
45. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillər hissəsində yalnız MPM-nin 88 və 390-cı maddələrinin mətnlərinə istinad olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən həmin maddələrin pozulmasının nədən ibarət olması göstərilməmişdir.
46. Kassasiya şikayətinin digər məsələlər hissəsində işin faktiki halları sadalanmaqla hazırda cavabdehin 2015-ci il 26 avqust tarixli, 23-BİZ-2-0-437-15 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyinə görə illik 5 faizlə hesablanmış 2021-ci il 26 aprel tarixədək ümumilikdə 54.233,43 ABŞ dolları borcunun olması göstərilmiş, həmçinin qeyd olunmuşdur ki, kredit borcunu vaxtında ödəmə məklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
48. Kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Şikayətin mümkün sayılmaması üçün əsaslar müəyyən edilməmişdir.
49. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
50. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdir mək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.... 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əs asən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya b ilərlər....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” 51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfində n girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müdd əa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.
53. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 55. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
56. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kass asiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edildiyindən, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməl idir.
58. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 avqust tarixli, 22(103)-601/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov E.Y.Şamayev