Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-570/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı iş üzrə Dövlət Torpaq və Xəritəçəkmə QƏRAR Açar sözlər: daimi istifadə hüququnun tanınması, 1,5 ha torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı “tor paq sahəsinə daimi istifadə hüququnun tanınması, 1,5 ha torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair kommersiya işi üzrə maraqlarına toxunan şəxs Kassator tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli, 2-2(103)1049/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 01.05.1996-cı il tarixdə 29169 saylı şəhadətnamə ilə kiçik müəssisənin 23.12.1995-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən təsisçinin dəyişməsi ilə əlaqədar yenidən dövlət qeydiyyatına alınmışdır.
2. Bakı şəhər İcra Hakimiyyətinin 10.08.1993-cü il tarixli, 1512 saylı sərəncamı ilə Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsinin qərbindəki mövcud istifadə vəziyyətində ərazi iş həyəti kimi istifadə edilməsi üçün İddiaçınə təhkim edilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçınə məxsus Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsinin qərbindəki ərazidə işçi həyətinin 23.02.1994-cii il tarixli inşaat pasportu tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsinin qərbindəki ərazidə yerləşən iddiaçının qanuni isti fadəsində olan 0,8 ha və müəssisənin faktiki istifadəsində olan 0,7 ha-ümumilikdə 1,5 ha torpaq sahəsinə iddiaçının daimi istifadə hüququnun tanınması, torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5. 1 saylı Yerli İqtisad Məhkəməsinin 2007-ci il 27 iyun tarixli, 1363/4-288 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – M.Ə.Ələkbərov).
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən 1993-cü il tarixindən müəssisəyə ayrılmış 0,8 ha ərazini və ona bitişik 0,7 ha ərazini əhatə edən sahə zibilliklərdən təmizlənərək hasara alınmış, abadlaşdırma işləri aparılmış, əraziyə qulluq edilir və bu ərazidən 10 ildən artıqdır ki, istifadə edilir.
7. Torpaqla bağlı bütün əqdlər dövlət qeydiyyatına alınmalı olduğuna, iddiaçı tərəfindən cavabdehə müraciət edilməsinə bamayaraq, müraciətə bu vaxta kimi cavab verilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 135.4, 139.1, 157.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir.
10. Kassator həmin qətnamənin onun maraqlarına toxunduğunu göstərərək 27.11.2020-ci il tarixdə apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli, 2-2(103)-1049/2021 saylı qərardadı ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), V.M.Məmmədov və C.A.Yusifov) 1 sayl ı Yerli İqtisad Məhkəməsinin 2007-ci il 27 iyun tarixli, 1363/4-288 saylı qətnaməsindən maraqlarına toxunan şəxs qismində Kassator tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan maraqlı şəxslər birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apelyasiya şikayəti vermək hüququna malikdirlər.
13. Hazırkı halda məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən və icra edilməsindən 10 ildən artıq müddət keçdikdən sonra Kassator həmin qətnamədən verdiyi şikayətə apelyasi ya qaydasında baxılmasını xahiş edir.
14. Kassator apelyasiya şikayətində mübahisələndirilən qətnamə ilə iddiaçının daimi istifadə hüququnun tanındığı torpaq sahəsinin onun babasının mülkiyyətində olduğunu və vərəsəlik qaydasında ona keçdiyini iddia etsə də, apelyasiya şikayətinə əlavə edilmiş sənədlərlə bu hal təsdiq edilmir. Şikayətə əlavə edilmiş arxiv arayışında “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Mərdəkan kəndində nadel torpaq sahələrinə malik torpaq sahiblərinin 08.05.1916-cı il tarixli siyahısında Mirzə X2 10 desyatinə bərabər torpaqda əkin sahəsi, sahəsi 2 desyatinə bərabər torpaqda bağı və evi olduğu qeyd edilmişdir. 15. 7 saylı xüsusi notariat ofisinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 23.01.2020-ci il tarixli məktubunda Kassator 23.10. 1937-ci ildə vəfat etmiş X1 vərəsəsi olduğu, vərəsəlik işinin 23.01.2020-ci ildə açıldığı qeyd edilmişdir.
16. Beləliklə, təqdim edilmiş sənədlərlə Kassator babası olduğu qeyd edilən Mirzə X3 məxsus olmuş Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin hazırkı iş üzrə iddiaçı müəssisənin daimi istifadə hüququnun tanındığı torpaq sahəsi olduğu və iddiaçının atasına, atasından isə ona vərəsəlik qaydasında keçdiyi təsdiq olunmadığından, iddiaçının 1 saylı Yerli İqtisad Məhkəməsinin 1363/4-288 saylı, 27 iyun 2007-ci il tarixli qətnaməsini apelyasiya qaydasında mübahisələndirməyə subyektiv hüququ olduğu müəyyən olunmur.
17. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 357.1, 357.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Kassator həmin qərardaddan kassasiy a şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 1049/2021 saylı, 17 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi və 1 saylı Yerli İqtisad Məhkəməsinin 1363/4-288 saylı, 27 iyun 2007-ci il tarixli qətnaməsindən tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılmasının mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassator babası X4 23 oktyabr 1937-ci il tarixdə yaşadığı Mərdəkan qəsəbəsində anadan olmuşdur. Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi ev 15/1A ünvanında yerləşən 2 desyatinə yaxın torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Babası dünyasını dəyişdikdən sonra həmin torpaq sahəsi onun və ailəsinin faktiki ol araq istifadə və sahibliyində olmuşdur. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət etmiş və adına vərəsəlik işi açılmışdır. Milli Arxiv İdarəsinin 21 yanvar 2020-ci il tarixli, A-6 saylı cavab məktubundan görünür ki, qeyd olunan ünvanda babasına məxsus 10 desyatin əkin sahəsi və 2 desyatinə yaxın bağ torpaq sahəsi olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin 24.11.2020-ci il tarixli məktubuna görə, babasına məxsus Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 15/1A ünvanında yerləşən torpaq sahəsi qeydiyyatdan keçməmişdir.
20. Yuxarıda qeyd olunan ünvanda yerləşən 1.5 ha torpaq sahəsinə İddiaçı daimi istifadə hüququnun tanınması Kassator maraqlarına toxunur və qanunla qorunan hüquqlarını pozur. Həmin 1.5 ha torpaq sahəsi faktiki olaraq onun istifadəsində və sahibliyində olmasına baxmayaraq, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisadi Məhkəməsinin № 1363/4-288 saylı, 27 iyun 2007-ci il tarixli qətnaməsi ilə iddiaçının daimi istifadəsinə verilmişdir. Kassator həmin məhkəmənin qətnaməsindən xəbəri olmamış, bu barədə məlumat aldıqdan sonra müxtəlif sənədləri toplamışdır. Bakı İnzibati Məhkəməsinin arxivindən qeyd edilən məhkəmə qətnaməsinin surətini almışdır.
21. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı iş üzrə tərəflər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçısının izahatı
23. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
24. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
25. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində ver ilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İş üzrə maraqlarına toxunan şəxs apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki halla rına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”. “Maddə
357. Apelyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli, 22(103)-1049/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
31. Kassator kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə əsasən iş də iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan maraqlı şəxslər birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apelyasiya şikayəti vermək hüququna malikdirlər. Hazırkı işdə isə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən və icra edilməsindən 10 ildən artıq müddət keçdikdən sonra Kassator həmin qətnamədən apelyasiya qaydasında şikayət verərək baxılmasını xahiş etmişdir.
32. Apelyasiya Məhkəməsi düzgün olaraq o nəticəyə gəlmişdir ki, Kassator apelyasiya şikayətində mübahisələndirilən qətnamə ilə iddiaçının daimi istifadə hüququnun tanındığı torpaq sahəsinin onun babasının mülkiyyətində olduğunu və vərəsəlik qaydasında ona keçdiyini iddia etsə də, apelyasiya şikayətinə əlavə edilmiş sənədlərlə bu hal t əsdiq edilməmiş, təqdim edilmiş sənədlərlə Mirzə X3 məxsus olmuş Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi ilə hazırkı iş üzrə iddiaçı müəssisənin daimi istifadə hüququnun tanındığı torpaq sahəsinin eyni torpaq sahəsi olduğu və Kassator atasına, atasından isə ona vərəsəlik qaydasında keçdiyi təsdiq olunmadığından, onun 1 saylı Yerli İqtisad Məhkəməsinin 1363/4-288 saylı, 27 iyun 2007-ci il tarixli qətnaməsini apelyasiya qaydasında mübahisələndirməyə subyektiv hüququ ola bilməz.
34. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə məhkəmə qətnaməsindən Kassator tərəfindən maraqlarına toxunan şəxs qismində verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş materialları və Kassator tərəfindən təqdim edilmiş sənədlərlə iddiaçı müəssisənin daimi istifadə hüququnun tanındığı torpaq sahəsinin, məhz vaxtilə Mirzə X3 məxsus olmuş torpaq sahəsi ilə eyni olduğu və vərəsəlik qaydasında həmin torpaq sahəsinin Kassator keçdiyi, beləliklə, mübahisələndirilən qətnamənin Kassator maraqlarına toxunması halı təsdiq edilmədiyindən kassasiya şikayətinin buna dair dəlilləri əsaslı hesab edilmir.
35. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli, 2-2(103)-1049/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
37. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli, 2-2(103)-1049/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.