Məhkəmə qərarları › İş №2-2(102)-571/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-571/2021

08.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-571/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" X8 Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, cavabdehin vəkilinin iştirakı ilə, iddiaçı "xxxx" X8 Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 may tarixli, 2-2(1 03)-215/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" X8 Cəmiyyəti ilə Cavabdeh İB arasında 31.07.2013-cü il tarixdə bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 1350-07-13 nömrəli müqaviləyə görə, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Sənaye obyektində istilik sistemini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-400 markalı, 80093146 nömrəli qaz sayğacı quraşdırılmışdır.

2. Müqavilənin 3.1-ci bəndinə əsasən qazın qiyməti hər 1 kub metr üçün 0,10 manat məbləğində müəyyən edilmişdir: 3.4-cü bəndinə əsasən hesab paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 3. 21 yanvar 2020-ci il tarixli, ******* nömrəli akta görə, 27.12.2019-cu il tarixdə Cavabdeh əməkdaşları tərəfindən "xxxx" X8 Cəmiyyətinə məxsus sənaye obyektinə təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlaması həyata keçirilən zaman sayğacdan kənar xətt aşkarlanmış və dəymiş ziyan hesablanmışdır. 4. 23.01.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə, "xxxx" X8 Cəmiyyətə məxsus sənaye obyektində (abonent kodu **********00000) 23.01.2020-ci il tarixli ******* nömrəli akt əsasında Qaz işlədicilərindən PQ-4-ün (restoran tipli) maksimal saatlıq qaz sə rfi 4.5 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal satlıq qaz sərfi 16 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Qızıdırışı kürənin maksimal saatlıq qaz sərfi 6 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, SQQ-nin maksimal saatlıq qaz sərfi 20 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.8 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan (4.5x24x90=9720kub.m, 16x2x24x90=69120 kub.m, 6x24x90 =12960 kub.m, 1.8x24x90=3888 kub.m, 2.6x24x90=5616 k ub.m) cəmi 144.504 kub.m hesablanmışdır. 5. "xxxx" X8 Cəmiyyətinin (abonent kodu **********00000) 01.10.2020-ci il tarixli abonenet saldosuna görə, müəssisəyə 2020-ci ilin yanvar ayına akt üzrə 28900,80 manat borc hesablanmışdır. 6. 24.02.2020-ci il tarixdə 01/10 nömrəli iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən tərtib edilmiş qanunsuz akt əsasında hesablanmış borcun silinməsi xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" X8 Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 28900,80 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.01.2020-ci il tarixli, ******* saylı akt əsasında iddiaçıya ziyan kimi hesablanmış 28900,8 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı X6 Departamenti tərəfindən təsdiq edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.01.2020-ci il tarixli, ******* saylı aktda Cəmiyyətdə 27.12.2019-cu il tarixdə sayğacdan kənar xəttin aşkarlandığı göstərilmiş və həmin akt əsasında kənar xətdən istifadə nəticəsində qaz sərfiyyatı 144804 m3 göstərilməklə dəymiş ziyan kimi Cəmiyyətə (abonent kodu: **********00001) 2890 0,80 manat hesablanmışdır. Lakin Cəmiyyət tərəfindən heç vaxt sayğacdan kənar xətdən istifadə edilməmiş, aşkarlanmış xəttin Cəmiyyətlə heç bir əlaqəsi olmamış və həmin xətt Cəmiyyətin qaz şəbəkəsinə, onun hər hansı bir avadanlığına qoşulmamışdır. Bununla yanaşı, Cəmiyyətin əksər bina, tikili, qurğuları və 237277,70 m2 torpaq sahəsi 11.06.2019-cu il tarixdən təhvil-qəbul aktı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilmişdir. Həmin bina, tikili, qurğuların, 237277,70 m2 torpaq sahəsinin yerləşdiyi ərazi isə məhz qaz sayğacının və borularının yerləşdiyi ərazi olduğundan, həmin ərazi və orada yerləşən bina, tikili və qurğular artıq Cəmiyyətin balansında deyil və Cəmiyyətin həmin ərazidən istifadə etmək hüququ yoxdur. Digər tərəfdən isə, Cəmiyyət kənar xətdən is tifadə etsəydi, 27.12.2019-cu il tarixdən etibarən onun qaz sərfiyyatı keçmiş aylarla müqayisədə nəzərə çarpacaq şəkildə ən azı 2 dəfə artardı. Lakin Cəmiyyətin qaz sərfiyyatı həmin tarixdən sonra nəzərə çarpacaq şəkildə artmamışdır. Belə ki, qazın sərfiyyatı 2019-cu ilin noyabr ayında 1015,60 manat, dekabr ayında 937,60 manat, 2020-ci ilin yanvar ayında 1338,40 manat olmuşdur. 2020-ci ilin yanvar ayının sərfiyyatı ilə 2019-cu ilin noyabr və dekabr ayı arasında olan fərq təxminən 322 manat - 400 manat arası olmuşdur ki, bu da nəzərə çarpacaq qədər fərq deyildir və bu fərq Cəmiyyətə olunan sifarişlərdən və istehsalatın həcmindən asılı olaraq yaranmışdır.

11. Cavabdeh eyni zamanda qanunsuz olaraq hesablanmış 28.900,80 manat borcun ödənilməsini tələb edir. Həmin xəttin Cəmiyyətin hər hansı bi r avadanlığına qoşulması və Cəmiyyət tərəfindən həmin xətdən istifadə edilməsi sübuta yetirilməmişdir və cavabdeh hüquqdan sui-istifadəyə yol verməklə istehlakçı kimi Cəmiyyətin hüquqlarını pozmuş, Cəmiyyətə əsassız olaraq dəymiş ziyan kimi 28.900,80 manat borc hesablamışdır və əsassız olaraq həmin məbləğin ödənilməsini Cəmiyyətdən tələb edir. Cəmiyyət tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək əsassız olaraq dəymiş ziyan kimi hesablanmış 28900,80 manat pulun silinməsi xahiş edilsə də, cavabdeh tərəfindən həmin məbləğin silinməsi istiqamətində heç bir tədbir görülməmişdir. 27.02.2020-ci il tarixdə isə cavabdeh heç bir xəbərdarlıq etmədən (müvafiq bildiriş göndərmədən) Cəmiyyətin qaz təchizatını dayandırmışdır. Belə olan halda isə Cəmiyyət qazdan istifadə edə bilmir və həm istehsa latın işi dayanmış olur, işçilərin iş keyfiyyəti aşağı düşür. Digər tərəfdən isə Cəmiyyətin əsas sifarişçisi ARDNŞ-dir və Cəmiyyətə heç bir xəbərdarlıq edilmədən qazın verilişinin kəsilməsi səbəbindən istehsalatda ləngimələr və dayanmalar baş verir ki, bu da ARDNŞ-in sifarişlərinin vaxtında icra oluna bilməməsi və Cəmiyyətə maddi zərərin dəyməsi ilə nəticələnir. Qeyd olunanlar isə ARDNŞ ilə Cəmiyyət arasında uzun illərdir ki, mövcud olan işgüzar münasibətlərin pozulmasına da gətirib çıxara bilər. Cavabdeh İB tərəfindən soyuq aylarda Cəmiyyətin qaz təchizatının dayandırılması və əsassız hesablanmış borcun ödənilməsinin tələb etməsi qanunsuzdur və bu hallar bir istehlakçı kimi Cəmiyyətin hüquqlarını kobud şəkildə pozur. Cavabdeh İB-nin əməkdaşlarının qeyriqanuni hərəkətləri nəticəsində "xx xx" TASC-nin sahibkarlıq fəaliyyətində ciddi problemlər yaranmış, əsassız olaraq ziyan ödətdirilməsi təhlükəsi ilə qarşılaşmışdır.

12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 21 oktyabr tarixli, e-2-2(113)-1038/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçıya məxsus sənaye obyektinə cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.01.2020-ci il tarixli akt əsasında hesablanmış 28.900,80 manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim – Z.Axundov).

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyya ta alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir.

14. İddiaçıya məxsus sənaye obyektinə (abonent kodu **********00000) cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.01.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 28900,80 manat borc silinməlidir.

15. Məhkəmə bu qənaətini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1, 2.1, 2.3, 20.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il t arixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 may tarixli, 2-2(103)-215/2021 saylı qətnaməsi ilə (hakimlər E.E.Nağıyeva (sədrlik edən), A.B.Nuriyeva və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 21 oktyabr tarixli, e-2-2(113)-1038/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apelyasiya i nstansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda §§12-14) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

19. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 20. "xxxx" Törəmə ASC-nin qanuni təmsilçisi və İdarə Heyətinin sədri 14.09.1956-cı il təvəllüdlü X2r. Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi onun adı ilə təqdim edilmişdir. Həmin iddia ərizəsinin bir nüsxəsi də Cavabdeh İB-nın hüquqi ünvanına göndərilmişdir.

21. Kassasiya şikayətinin verilməsi məqsədilə 12.08.2021-ci il tarixində Bakı Apelyasiya Məhkəməsinin inzibati bin asında iş materialları ilə tanış olarkən cavabdeh tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsi X4 tərəfindən imzalanmamışdır.

22. İddia ərizəsi "xxxx" Törəmə ASC-nin qanuni təmsilçisi X1 adından başqa bir şəxs tərəfindən imzalanmışdır.

23. X3 məxsus AZE 08824279 nömrəli şəxsiyyət vəsiqəsində göstərilən vəsiqə sahibinin imzası, onun tərəfindən icra olunması iddia ərizəsindəki, 24.02.2020-ci il tarixli pretenziyadakı, 10.03.2020-ci il tarixli etibarnamədəki, 31.07.2013-cü il tarixli qazın alqısatqı müqaviləsindəki, 26.11.2018-ci il tarixli ASAN 4-388 nömrəli qazın alqı-satqı müqaviləsindəki imza nümunələrindən fərqlənir.

24. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 152.1.2, 259.0.3-cü maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

26. Cavabdehin vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

27. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

28. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

29. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyi ni nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya inst ansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir”. “Maddə

3. Yoxlamaların qanuniliyi 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. “Maddə

20. Yoxlamanın aparılması 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir”.

35. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlm əklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 may tarixli, 2-2(103)-215/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

37. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir.

38. Cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etmədiyindən, həmin yoxlama nəticəsində hesablanan borc iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

39. Eyni zamanda cavabdeh kassasiya şikayətində iddiaçıya məxsus sənaye obyektinə məhz onun təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyətini y oxlamaq məqsədi ilə getdiyini inkar etmir və buna görə də bu yoxlama qanunvericiliyin istinad olunan tələblərinə əsasən yalnız rəsmi reyestrdə qeydiyyatdan keçdikdən sonra həyata keçirilə bilərdi.

40. Digər tərəfdən, iddiaçıya məxsus sənaye obyektinə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməsi məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir.

41. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin tərəfindən aparılmış yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəs ində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etmədiyini, iddiaçıya məxsus sənaye obyektinə təbii qazın uçotu və TQİQ-na riayət olunmasına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməsinin məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamalara aid edildiyini, belə yoxlamaların isə hüquqi nəticəsinin olmadığını, kassasiya şikayətində qeyd edilən dəlillərin işə apelyasiya şikayəti verilərkən irəli sürülmədiyini, cavabdehin birinci instansiya və apelyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının imzalalarını mübahisələndirmədiyini, iddia çının məhkəmə iclaslarında etibarnamə əsasında nümayəndə vasitəsilə təmsil olunduğunu, iddia ərizəsinin isə elektron kabinet vasitəsilə verildiyini nəzərə alaraq mübahisənin mahiyyətinə təsir etməyən kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

42. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 may tarixli, 2-2(103)-215/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 may tarixli, 22(103)-215/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar