Məhkəmə qərarları › İş №2-2(102)-572/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-572/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-572/2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iş üzrə Açar sözlər: pul tələbi 07.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının katibliyi ilə, İddiaçı MMC-nin vəkilinin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 iyun tarixli 2-2(103)-143/2021 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmı şdır. I. İŞİN HALLARİ

1. İş materiallarında olan 2011-ci il 21 noyabr tarixli 894993, 894994, 894995, 894996, 894997, 894998 saylı qaimə-fakturaların surətlərindən görünür ki, İddiaçı MMC (bundan sonra – “MMC”) tərəfindən 7.674,30 manat dəyərində müxtəlif növdə mallar Cavabdeh ASC-nin (bundan sonra - “ASC”) nümayəndəsi kimi çıxış edən "E.A" adlı şəxsə təqdim edilmişdir.

2. İş materiallarında olan 2011-ci il 21 noyabr tarixli 994861, 994737, 994738, 994862, 994863, 994860 saylı elektron vergi hesab-fakturalardan (bundan sonra - “EVHF”) görünür ki, həmin EVHF 894993, 894994, 894995, 894996, 894997, 894998 saylı qaimə-fakturalar əsasında 7.674.30 manat dəyərində təhvil alınmış mallar üzrə ödənişlərin həyata keçirilməsi üçün MMC tərəfindən ASC-yə göndərilmişdir.

3. İş materiallarında olan MMC tərəfindən ASC-yə ünvanlanmış 2014-cü il 17 fevral tarixli borcun ödənilməsi barədə bildirişdən görünür ki, tərəflər arasında mövcud olan alqı-satqı münasibətləri çərçivəsində müvafiq ödənişin ASC tərəfindən həyata keçirilmədiyi, 2014-cü il 17 fevral tarixinə MMC-yə olan borcun 7.674,30 manat təşkil etdiyi bildirilmiş və həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. MMC 2014-cü il 5 avqust tarixində ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ASC-dən 7.674,30 manat əsas borcun və 30 manat dövlət rüsumunun, cəmi 7.704,30 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi yuxarıda §§ 1-3-də göstərilmiş hallara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 430.1, 442, 445.1, 448.1, 448.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 35.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 3 sentyabr tarixli 2(81)-2611/2014 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, ASC-dən 7.674,30 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq MMC-yə ödənilməsi qət edilmişdir (hakim – İ.Əhmədov).

7. ASC 2019-cu il 22 avqust tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunaraq işə yenidən baxılmasını xahiş etmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 avqust tarixli 2(81)-2611 /2014 saylı qərardadı ilə həmin məhkəmənin 2014-cü il 3 sentyabr tarixli 2(81)-2611/2014 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir (hakim – A.Oruczadə). 9. 2019-cu il 8 oktyabr tarixində MMC iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş, ASC-dən 7.674,30 manat məbləğində əsas borcla yanaşı, onun 40 faizi (8 il x 5 faiz) həcmində, yəni 3.069,70 manat məbləğində dəbbə pulunun da tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, həmin ərizəsini MM-in 445.7, 467-ci, MPM-in 47.2, 53-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair” 2014-cü il 15 iyul Qərarına istinad etməklə əsaslandırmışdır. 10. 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 2019-cu il 14 noyabr tarixli 2-2(81)-1156/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir (hakim – A.Oruczadə).

11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 11.1. İşin mübahisəli halı odur ki, ASC ümumiyyətlə tərəflər arasında alqı-satqı münasibətlərin olmamasını və mövcud olan qaimə-fakturalar üzrə malların ASC-yə təqdim olunmadığını bildirir. 11.2. Məhkəmə tərəfindən müəyyən edilməli hal hazırkı mübahisənin yaranmasına əsas olan şifahi alqı-satqı münasibətlərin olub-olmaması və MMC tərəfindən ASC-yə malların verilib-verilməməsidir. 11.3. Qanunvericilikdə alqı-satqı müqaviləsinin mütləq şəkildə yazılı bağlanmasına dair prosessual norma mövcud de yildir. Alqı-satqı müqaviləsi şifahi formada bağlandıqda, həmin şifahi müqavilənin mövcudluğu tərəflər arasında aparılmış müvafiq sənədlərdə öz əksini tapmalıdır. 11.4. İddia tələbinin əsasında duran dəlil şifahi alqı-satqı müqaviləsi üzrə münasibətlərin olmasının ASC tərəfindən qaimə-fakturaların imzalanması ilə təsdiq olunması, həmçinin EVHF-dır. 11.5. MMC tərəfindən sübut kimi təqdim olunan sənədlər qaimə-fakturaların surətidir. Həmin qaiməfakturaların "təhvil aldı" qrafasında göstərilən "E.A" adlı şəxsin imzası, həmin malların ASC tərəfindən alınması kimi qiymətləndirilmir. Belə ki, qanunvericilikdə əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi zaman satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Məhkəmə araşdırılması zamanı isə müəyyən olunmuşdur ki, MMC tərəfindən mallar təqdim edildikdə "E.A" adlı şəxsin səlahiyyətləri yoxlanılmamış, həmin şəxsin ASC-nin səlahiyyətli nümayəndəsi olmağına dair etibarnamə alınmamışdır. Malların "E.A" adlı şəxs tərəfindən alındıqdan sonra məhz ASC-yə təqdim olunduğu anlamına gəlmir. 11.6. MMC öz izahatında ASC ilə olan digər alqı-satqı münasibətləri nəticəsində malların "E.A" adlı şəxsə təqdim olunduqdan sonra həmin malların dəyərinin ASC tərəfindən ödənilməsini qeyd etsə belə, MMC tərəfindən həmin mülahizəsinin dəlili kimi çıxış edən 2011-ci il 26 iyul tarixli 813784, 813785, 813786, 813787, eləcə də 2011-ci il 17 avqust il tarixli 819314 və 819315 nömrəli qaimə-fakturaları məhkəməyə təqdim etməmişdir. Həmin qaimə-fakturaların təqdim olunmaması isə "E.A" adlı şəxsin ASC ilə bir bağlantısının olub-olmaması nı müəyyən edilməsini qeyri-mümkün edir. 11.7. EVHF-yə gəldikdə, EVHF iş üzrə əsas sübut qismində çıxış etmir, bunlar yanakı sübutdur, yanakı sübutlar isə iş üzrə mövcud olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir ki, hazırkı iş üzrə MMC tərəfindən təqdim edilmiş qaimələrin surətindən başqa hər hansı sübut mövcud deyildir. 11.8. Beləliklə, işin qeyd olunan halları ilə birmənalı olaraq aydın olur ki, tərəflər arasında şifahi alqı- satqı müqaviləsinin mövcud olması ASC tərəfindən mübahisələndirildiyindən, hazırkı iddia tələbi üzrə sübutetmə yükü MMC-nin üzərinə düşür. Lakin MMC tərəfindən iddianın əsasında duran qaiməfakturaların əsilləri, həmçinin qaimə-faktura üzrə təhvil alan şəxsin məhz ASC-nin səlahiyyətli nümayəndəsi olmasına dair etibarnamə və ya alqı-satqı müqaviləsinə aid o lan əvvəlki qaimə-fakturalar təqdim edilməmişdir. Belə olan halda, MMC ilk öncə tərəflər arasında şifahi müqavilənin olmasını və həmin müqavilə əsasında malların ASC-yə təqdim edilməsini sübuta yetirə bilməmişdir.

12. Məhkəmə öz qətnaməsini MM-in 567, 570-ci, MPM-in 14.2, 77.1, 78.1, 119, 124.2, 217.3, 218.1-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il 18 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. 13. 2020-ci il 19 fevral tarixində MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apely asiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli 2-2(103)227/20 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 noyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).

15. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 15.1. İş materiallarına əsasən MMC-nin iddia ərizəsi və apellyasiya şikayətində göstərilən dəlilləri ilə MM-in tələblərinə müvafiq şəkildə tərəflər arasında alqı-satqı müqaviləsinin və 2011-ci il 21 noyabr tarixli qaimə-fakturalarla ASC-yə mal verildiyi təsdiq olunmur. 15.2. İş materiallarından və ASC-nin nümayəndəsinin hazırkı məhkəmə iclasına verdiyi izahatından müəyyən olunur ki, ASC tər əflər arasında alqı-saqı müqaviləsinin bağlandığını inkar edir və 2011-ci il 21 noyabr tarixli qaimə fakturaları (894993, 894994, 894996, 894997, 894998 nömrəli) qəbul etməyərək onların saxta olduğunu, tərəflərindən imzalanmadığı (başqa sözlə, qaimələrdə malları alan "E.A" adlı şəxsin onların işçisi olmadığını) mübahisələndirir. 15.3. Digər tərəfdən, MMC-nin təqdim etdiyi, işə əlavə edilən həmin 2011-ci il 21 noyabr tarixli qaimə-fakturalar kserosurətlərdir, onların əsilləri məhkəməyə təqdim edilməmişdir, ümumiyyətlə, əsilləri mövcud deyildir. 15.4. Belə ki, MMC iş materiallarına əlavə olunan “iddianın əsaslığı barədə” 2019-cu il 8 oktyabr tarixli yazılı izahatında (İ cild, i/v 86) həmin qaimələrin MMC-nin arxivində olan əsillərinin qanunla müəyyən edilən 5 il saxlama müddəti keçdiyindən m əhv edildiyini bildirmişdir. Başqa sözlə, həmin qaimə-fakturaların əsillərinin məhkəməyə təşdim edilmədiyi və onların mövcud olmadığı işin mübahisələndirilməyən halıdır. 15.5. Eyni zamanda, ASC-nin həmin qaimələrin saxta olduğunu mübahisələndirdiyi nəzərə alınaraq, 2011-ci il 21 noyabr tarixli qaimə-fakturaların əsilləri olmadan onların mötəbərliyi qəbul edilməzdir. 15.6. Məhz həmin əsaslara görə də MMC-nin əvvəllər də ASC ilə aralarında alqı-saqı münasibətlərinin mövcud olmasının təsdiqi olaraq istinad etdiyi 2011-ci il 26 iyul tarixli 813784, 813785, 813786, 813787 saylı, habelə 2011-ci il 17 avqust tarixli 819314 və 819315 saylı qaimə-fakturalalara əsasən ASC-yə ("E.A" adında nümayəndəsinə) mallar təhvil verdiyini, bununla da aralarında şifahi alqısatqı müqaviləsinin mövcud olduğunu müb ahisələndirən dəlillərin də mötəbər sübutetmə vasitələri kimi qiymətləndirilməsi istisna olunur. 15.7. İş materiallarına əsasən isə iddia tələbində istinad edilən halları təsdiq edə bilən başqa sübutlar da mövcud deyil.

16. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalarına (bax yuxarıda § 12), həmçinin əlavə olaraq MPM-in 89.3, 385.2-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

17. MMC 2020-ci il 22 iyul tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindək i birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 15 oktyabr tarixli 2-2(102)-278/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən – K.Abiyeva, hakimlər – İ.Dadaşov, B.Qəribov).

19. Kassasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 19.1. Məhkəmələrin gəldiyi nəticənin əsasında qaimə-fakturaların əsllərinin, malları təhvil alan şəxsin məhz cavabdehin səlahiyyətli nümayəndəsi olmasına dair etibarnamə və ya alğı-satqı müqaviləsinə aid olan əvvəlki qaimə-fakturaların təqdim edilməməsi dayanmışdır. EVHF sübut kimi ümumiyyətlə nəzərə alınmamış, həmçinin tərəflər arasında əvvəllər işgüzar münasibətlərin mövcud olub-olmaması araşdırılmamışdır. 19.2. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən işin müəyyən edilmiş faktiki hallarına yuxarıda qeyd olunan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, MMC-nin tələbinin əsasında tərəflər arasında mövcud olmuş alqı-satqı münasibətləri dayandığından apellyasiya instansiya məhkəməsi tərəfindən ilk növbədə həmin münasibətlərinin mövcud olub-olmaması araşdırılmalı idi. Yalnız qaimə-fakturaların əsillərinin olmaması tərəflər arasında alqı-satqı münasibətlərinin olmaması nəticəsinə gəlmək üçün kifayət deyildir. 19.3. Sözügedən qaimə-fakturaların əsillərinin olmadığını MMC özü də təsdiq edərək, qaiməfakturaların (Forma №2Q) əsillərinin tər tib edilmə müddətindən 8 il və məhkəmə qətnaməsinin qəbulundan 5 il müddətinin keçməsi səbəbindən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 4 aprel tarixli Q-09 saylı qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri”nin 7 saylı Əlavəsinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71.4-cü maddəsinə müvafiq olaraq arxivdə məhv edildiyi üçün təqdim edilməsinin mümkün olmadığını göstərmişdir. Həmçinin bildirmişdir ki, məhkəmənin iş üzrə qiyabi qətnamənin icrası ilə bağlı ASC-nin direktoru icra qurumunda dəfələrlə olduğundan MMC bu halı nəzərə alaraq məhkəmə qərarı barədə növbəti mərhələlərdə mübahisənin olmayacağı qənaətinə gə lmiş, ASC ilə münasibətlərinin əks olunduğu mühasibat sənədlərinin əsillərini müddətin keçməsinə görə məhv etmişdir. 19.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MMC-nin qaimə-fakturalarının əsillərinin məhv olması ilə bağlı gətirdiyi dəlilin düzgünlüyü yoxlanılaraq, hüquqi qiymət verilməmişdir. Halbuki işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 19.5. Bundan əlavə, qeyd edilməlidir ki, MMC-nin kassasiya şikayətində (həmçinin iddia ərizəsi, izahat, apellyasiya şikayətində) göstərilmişdir ki, qaimə-fakturaların əsillərini təqdim edə bilməsə də, həmin sənədlərin düzgünlüyü EVHF ilə öz təsdiqini tapır. 19.6. İşin materiallarından aydın olur ki, həqiqətən də bütün qaimə-fakturaların surətləri ilə eyni rekvizitləri daşıyan EVHF MMC tərəfindən tərtib edilərək ASC-yə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi MMC-nin şikayətinin dəlili olmasına baxmayaraq qətnaməsində müvafiq əsaslandırma aparmadan həmin EVHF-ni sübut kimi qiymətləndirməmişdir. 19.7. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən EVHF-nin sübut əhəmiyyəti qiymətləndirilərkən, onlarda olan məlumatlarla qaimə-fakturaların surətlərində olan məlumatların üst-üstə düşməsi, ASC üçün həm də vergi öhdəliyi yaradan həmin EVHF-yə sonuncu tərəfindən etiraz bildirilməməsi, mübahisələndirilməməsi nəzərə alınmamışdır. Bununla da sübutların qiymətləndi rilməsinə dair MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. 19.8. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab edərək həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik sübut kimi sənədlərin əsllərini və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin nəzərə alınmasını tələb etsə də, yalnız bu halı əsas götürməklə, işdə olan digər sübutlara qiymət verilməməklə nəticəyə gəlinməsi işin ədalətli araşdırılması prinsipinin pozulmasına səbəb olmuşdur. Belə ki, MMC qaimə-fakturaların əsllərini təqdim edə bilməməsini hüquqi baxımdan əsaslandırsa da, buna qiymət verilməmişdir. Zamana görə qüvvədə olmuş qanunvericiliyn tələblərinə görə EVHF qaimə-fakturalar əsasında verilə bilərdi. Başqa sözlə, EVHF-nın ASC-yə göndərilməsinin səbəbi qaimə-fakturaların mövcud olmasıdır. 19.9. Digər tərəfdən, işin materialında olan qaimə-fakturaların surətlərində "xxxx" qrafasında imzası ilə MMC-nin təqdim etdiyi malların alındığını təsdiq edən "xxxx" adlı şəxsin malalan müəssisənin nümayəndəsi olub-olmaması qiymətləndirilərkən, belə bir şəxsin müəssisənin işçisi olmadığını bildirən ASC-nin izahatının heç bir sübut olmadan (o cümlədən 2011-ci ilin noyabr ayı üzrə ASC-nin işçilərinin siyahısı və ya əmək müqavilələrinin qeydiyyatının aparıldığı dövlət sosial sığorta orqanlarının məlumatı və s.) qəbul edilməsi də yolverilməzdir. Bu halda sübutetmə yükü ASC-nin üzərinə düşür. Çünki mülki prosessual qanunvericilik yalnız tələbin deyil, etirazın da əsaslandırılmalı olduğunu birmənalı şəkildə müəyyən etmişdir.

20. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini MPM-in 88-ci maddəsi nə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Hazırkı apellyasiya icraatı zamanı A Xidmətinin (bundan sonra – “DVX”) Baş İdarəsi (bundan sonra – “Vergi İdarəsi”) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 22. 2021-ci il 9 mart tarixində MMC DVX-ya sorğu ilə müraciət ünvanlanlayaraq aşağıda qeyd edilən məlumatların verilməsini xahiş etmişdir: 22.1 AVİS məlumatlarına əsasən MMC tərəfindən ASC-yə 2011-ci il 21 noyabr tarixli HC seriyalı 994861, 994737, 994738, 994862, 994863 və 994860 nömrəli EVHF göndərilibmi? Bəhs edilən EVHF ləğv edilibmi? 22.2 Bəhs edilən EVHF MMC və ya ASC tərəfindən ləğv edilibmi?

23. Vergi İdarəsi tərəfindən MMC-yə təqdim edilmiş 2021-ci il 6 aprel tarixli **********83800 №-li məktubda qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən qeyd olunan EVHF tərəfinizdən ASC-yə təqdim edilmiş və ləğv edilməmişdir.

24. Eyni məzmunlu sorğu 2021-ci il 5 may tarixində MMC-nin nümayəndəsi və vəkili X2 tərəfindən Vergi İdarəsinə göndərilmişdir. 25. 2021-ci il 24 may tarixində həmin sorğuya cavab olaraq bildirilmişdir ki, MMC-nin ASC-yə HC seriyalı 994861, 994737, 994738, 994862, 994863 və 994860 nömrəli EVHF təqdim olunmuş və ləğv edilməmişdir.

26. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi (hakim – E.Nağıyeva) 2021-ci il 19 mart tarixində Vergi İdarəsinə və DVX-yə sorğular göndərmiş, sorğularda aşağıdakı suallar qeyd edilmişdir: 26.1 İşin obyektiv və hərtərəfli araşdırılması üçün iş materiallarında olan 2011-ci il 21 noyabr tarixli 894993, 894994, 894995, 894996, 894997 və 894998 nömrəli elektron qai mə fakturaların surətinə əsasən həmin qaimələr həqiqətən MMC və ASC-nin arasında baş vermiş olan malın təhvil-təslimini özündə əks etdirirmi? 26.2 Eyni zamanda, MMC tərəfindən ASC-yə 2011-ci il 21 noyabr tarixli HC seriyalı 994861, 994737, 994738, 994862, 994863 və 994860 nömrəli EVHF göndərilibmi? Bəhs edilən EVHF ləğv edilibmi?

27. Vergi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 2021-ci il 26 aprel tarixli **********885700 №-li və **********503000 №-li məktublarda qeyd edilmişdir ki, uçot baza məlumatlarında qeyd olunan elektron qaimə fakturalar və vergi hesab fakturaları təqdim olunmamışdır, həmçinin MMC tərəfindən təqdim edilən HC seriyalı 994861, 994737, 994738, 994862, 994863 və 994860 nömrəli EVHF ləğv edilmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin (hakim – E.Nağıyeva) 2021-ci il 2 7 aprel tarixində Vergi İdarəsinə və DVX-yə eyni məzmunlu (bax yuxarıda § 25) sorğular göndərmişdir.

29. Vergi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş: 29.1 2021-ci il 7 may tarixli **********335100 №-li cavab məktubunda qeyd edilmişdir ki, uçot baza məlumatlarında qeyd olunan elektron qaimə fakturalar və vergi hesab fakturaları təqdim olunmamışdır. 29.2 2021-ci il 21 may tarixli **********988900 №-li cavab məktubunda qeyd edilmişdir ki, qeyd olunan HC seriyalı 994861, 994737, 994738, 994862, 994863 və 994860 nömrəli EVHF təqdim olunmuş və ləğv edilməmişdir.

30. Bakı Apellyasiya Məhkəməsi (hakim – E.Nağıyeva) 2021-ci il 2 iyun tarixində Vergi İdarəsinə və DVX-yə eyni məzmunlu (bax yuxarıda § 25) sorğular göndərmişdir.

31. Vergi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 2021-ci il 8 i yun tarixli cavab məktubunda qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən müraciətdə qeyd olunan elektron vergi hesab fakturalar MMC tərəfindən ASC-yə təqdim edilmiş və ləğv edilməmişdir.

32. Bakı Apellyasiya Məhkəməsi (hakim – E.Nağıyeva) 2021-ci il 11 iyun tarixində "T" MMC-yə sorğu göndərmiş, sorğuda aşağıdakı sualı qoymuşdur: işin obyektiv və hərtərəfli araşdırılması üçün iş materiallarında olan 894993, 894994, 894995, 894996, 894997 və 894998 nömrəli qaimə fakturalar həqiqətən sizin müəssisə tərəfindən çap edilibmi, çap edilibsə, hansı tarixdə çap edilib və MMC-yə təhvil verilib? 33. "T" MMC-nin 2021-ci il 11 iyun tarixli 40 №-li cavab məktubunda bildirilir ki, MMC 2011-ci il 24 sentyabr tarixdə müraciət edərək tərəflər arasında bağlanmış müqaviləyə əsasən 10.000 dəst (seriya AE O/2 № 885001-895000) qaimə faktura forma QF-2 sifariş etmişdir və həmin iş hazırlanaraq sifarişçiyə təhvil verilmşdir. Mətbəə tərəfindən görülmüş işlərə görə Azərbaycan Respublikası Maliyyə və Vergilər Nazirliklərinə 2011-ci ilin sentyabr ayında hesabat verilmişdir.

34. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 iyun tarixli 2-2(103)143/21 saylı qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 noyabr tarixli 2-2(81)-1156/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Nağıyeva, hakimlər – H.Həmidov və İ.İbrahimli).

35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 35.1 Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəld iyi nəticə ilə razılaşır və qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin əsasları şifahi alqı-satqı müqaviləsi üzrə münasibətlərin olmasının ASC tərəfindən qaimə-fakturaların imzalanması ilə təsdiq olunması, həmçinin EVHF-dir. 35.2 İddia tələbinin əsası olan qaimə-fakturaların "təhvil aldı" qrafasında göstərilən "E.A" adlı şəxsin imzası, həmin malların ASC tərəfindən alınması, "E.A" adlı şəxsin səlahiyyətlərini təsdiq edən və onun ASC-nin əməkdaşı olmasını sübut edən hər hansı sənədlərin iş materiallarına əlavə edilməməsi səbəbindən əsassızdır. 35.3 Həmçinin MMC-nin iddia ərizəsindən və apellyasiya şikayətinin dəlilərindən görünür ki, 2011-ci il 21 noyabr tarixində 894993, 894994, 894996, 894997, 894998 №-li qaimə-fakturalarla ASC-yə müxtəlif növ mallar verdiyini və sonuncunun həmin malla ra görə 7.674,30 manat qalıq borcunun olduğunu iddia edir. 35.4 MMC qeyd edilən qaimə-fakturaların məhv edilməsini bildirsə də, işin məhkəmə icraatları zamanı MMC tərəfindən məhv edilmə barədə hər hansı sənəd-sübut, akt təqdim edilməmişdir. 35.5 Eyni zamanda iş materiallarında olan MMC tərəfindən təqdim edilmiş qaimə-fakturaların kserosurətlərində əsli ilə düzdür qeydi olsa da, həmin qeydi edən şəxsin soyadı, ata adı, vəzifəsi və tarix göstərilməmişdir. Eyni zamanda, qeyd edilən kserosurətlərdə "E.A" tərəfindən imzalanması görünsə də, həmin sənədlər kserosurət olduğundan ASC-nin möhürünün olması müəyyən edilmir. Tərəflər hüquqi şəxs olduğundan malı təhvil verən və alan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər əlavə olunmaqla, qaimələr hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir. 35.6 M MC-nin nümayəndəsi izahatında 2014-cü ildə qətnamənin icraya yönəldiyi zaman ASC-nin direktorunun borcu qəbul etdiyini və ərizə təqdim edərək müddət istədiyini bildirsə də, işin apellyasiya icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən təqdim olunmuş 33547/2014 saylı icra işinin əslinə baxış keçirilərkən bu məlumatlar öz təsdiqini tapmamışdır. 35.7 Tərəflər arasında olan EVHF ilə bağlı mübahisəli hal 2011-ci ildə baş versə də, üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, 2021-ci il 8 iyun tarixli cavab məktubunda malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərd sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-fakturanın təqdim edilməsinə “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçot u və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən isə 2018-ci il 1 yanvar tarixindən tətbiq edilməyə başlanıldığı qeyd edilmişdir. 35.8 Məhkəmə kollegiyası "T" MMC-nin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 2021-ci il 11 iyun tarixli 40 №-li məktubunda göstərilənlərə münasibətdə qeyd etmişdir ki, MMC tərəfindən 2011ci il 24 sentyabr tarixdə 10.000 dəst (seriya AEO/2 № 885001-895000) qaimə faktura forma QF-2 s ifariş edilsə də, bu hazırda əsilləri olmayan qaimə-fakturaların ASC-yə təqdim edilməsi kimi qiymətləndirilə bilməz.

36. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalarına (bax yuxarıda § 12), həmçinin əlavə olaraq MM-in 386.1-ci, MPM-in 81, 89.1, 217.4, 384-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

37. MMC 2021-ci il 5 avqust tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, onun ləğv edilməsi və kassasiya şikayəti ilə bağlı çəkilmiş 635 manat məhkəmə xərcinin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri 38.Kassasiya instansiyası məhkəməsi özünün 2020-ci il 15 oktyabr tarixli 2-2(102)- 278/2020 sayl ı qərarında aşağıda məcburi göstərişləri müəyyən etmişdir: 1) İş materiallarına əlavə edilmiş elektron vergi hesab fakturlarına hüquqi qiymət verilməsi və onların sübut qismində nəzərə alınması (qərarın 43cü bəndi); 2) EVHF-yə hüquqi qiymət verilərkən zamana görə qüvvədə olmuş qanunvericilik aktlarının tələblərinin nəzərə alınması, habelə EVHF-nin sübuti əhəmiyyəti qiymətləndirilərkən EVHF-da əks edilmiş məlumatların kağız qaimə fakturalarda əks etdirilən məlumatlar ilə müqayisə edilməsi və EVHFnin ASC tərəfindən təsdiqlənməsinin və ASC tərəfindən EVHF-yə etirazın bildirilməsinin səbəbinin aydınlaşdırılması (qərarın 44-46-cı bəndləri); 3) MMC tərəfindən kağız daşıyıcıda olan qaimə fakturaların əsillərinin təqdim edilə bilməməsinin səbəblərinə hüquqi qiymət verilərkən məhv olma ilə bağlı qa nunvericilik aktlarının tələblərinin nəzərə alınması (qərarın 40-41-ci bəndləri). Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin bəhs edilən məcburi göstərişləri icra edilməmiş və bu göstərişlərə səthi yanaşılmışdır. 39.Kassasiya instansiyası məhkəməsinin göstərişinə əsasən iş materiallarına MMC tərəfindən əlavə edilmiş 6 ədəd EVHF-nin sübuti əhəmiyyətinə qiymət verilərkən ASC tərəfindən irəli sürülmüş dəlillərin (fakturaların saxta olması barədə) araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən vergi orqanına müvafiq sorğu göndərilmişdir. İş üzrə dəfələrlə vergi orqanına sorğu göndərilmiş və ziddiyyətli məqamlara aydınlıq gətirilməsi xahiş edilmişdir. Nəticədə EVHF-nin təqdim edilməməsi və ləğv edilməsi ilə bağlı vergi orqanının təqdim etdiyi dah a əvvəlki məlumatların elektron sistemdə baş vermiş texniki səhv əsasında verildiyi və bu səbəbdən sonuncu məlumatlarda bu səhvin aradan qaldırıldığı, yəni elektron vergi hesab fakturaların MMC tərəfindən ASC-yə təqdim edildiyi və ləğv edilmədiyi təsdiqlənmişdir. 40.Kassasiya instansiyası məhkəməsinin qərarının 44-46-cı bəndlərində əks etdirilmiş məcburi göstərişlərə əsasən, iş materiallarına əlavə edilmiş EVHF-yə əsasən hüquqi qiymət verilərkən MPM-in 217.2-ci maddəsinə uyğun olaraq zamana görə qüvvədə olmuş AR Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarmın tətbiqi, uçotu və istifadə Qaydalarının”, o cümlədən Vergi Məcəlləsinin 176-ci maddəsinin, habelə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli qanunun 2.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi yuxanda bəhs edilən məcburi göstərişi nəinki icra etməmiş, həm də işin mahiyyətinə aidiyyəti olmayan “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na istinad etmiş və öz qətnaməsində elektron qaimə fakturalardan bəhs etmişdir. Aydın olduğu kimi, elektron vergi hesab faktura ilə elektron qaimə faktura ayrı-ayrı anlayışlar (sənədlər) olmaqla fərqli qanunvericilik aktları ilə tənzimlənir. İş materiallarından da aydın göründüyü kimi, cari işdə elektron qaimə faktura deyil, məhz EVHF müzakirə predmeti olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu fərqi ayıra bilmədən əsassız qətnamə qəbul etmişdir. Bun unla da aşağı instansiya məhkəməsi Konstitusiyanın 60ci və MPM-in 88-ci, 217.2-ci, 386-cı, 420-ci maddələrinin tələbini kobud surətdə pozmuş, yenidən elektron vergi hesab fakturalara düzgün sübuti hüquqi qiymət verməmiş və mübahisəyə baxarkən MMin 570.1.2-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməmişdir. Eyni zamanda, kassasiya instansiyası məhkəməsinin qərarının 45-ci bəndində haqlı olaraq qeyd edilmişdir ki, EVHF həm MMC, həm də ASC üçün vergi öhdəliyi (ƏDV) yaradan ilkin uçot sənədidir. Hazırkı şikayətə əlavə edilmiş çıxarışdan da aydın göründüyü kimi ASC-nin dövlət büdcəsinə vergi borcu yoxdur. Bu isə o deməkdir ki, ASC tərəfindən MMC-yə göndərilmiş EVHF əsasında onun üçün yaranmış vergi öhdəliyi tam olaraq icra edilmiş və ƏDV məbləği dövlət büdcəsinə tam olaraq ödənilmişdir. Bu fakt öz növbəsində ASC-nin etirazının əsassız olduğunu və iddia tələbinin əssaslı olduğunu ifadə etməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu fakta da hüquqi qiymət verməmişdir. 41.Apellyasiya instansiyası məhkəməsi istifadə müddəti səbəbindən məhv edilmiş kağız qaimə fakturaların əsillərinin iddiaçı tərəfindən təqdim edilməməsinə qiymət verərkən maddi hüquq normalarının tələblərini və kassasiya instansiyası məhkəməsinin qərarının 40-cı və 46-cı bəndləri ilə müəyyən edilmiş göstərişləri nəzərə almamışdır. Vergi Məcəlləsinin 71.4-cü maddəsinə əsasən mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Bu müddət bitdikdən sonra məhv etmənin hansı qaydada olması və hansı sənədlə rəsmiləşdirilməsi barədə qanunvericilik aktlarında hər hansı prosedur müəyyən edilməmişdir. Bununla belə, vaxtı keçmiş ilkin uçot sənədləri mütəmadi olaraq iddiaçının sifarişi ilə Azərbaycan Respublikasının Milli Arxiv idarəsi yanında İdarə Sənədlərini Qaydaya Salan Mərkəz tərəfindən məhv edilmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş "T" MMC-nin təqdim etdiyi 2021-ci il 11 iyun tarixli 40 nömrəli məktubu kağız qaimə fakturaların saxta olması barədə ASC-nin dəlilinin tamamilə əsasız olduğunu təsdiq etmiş olur. Çünki kağız qaimə fakturaların əsillərinin lisenziyalı şirkət tərəfindən çap edilməsi, onlar barədə məlumatın AR Maliyyə və Vergilər Nazirliyinə təqdim edilməsi, iş materiallarına əlavə edilmiş elektron vergi hesab fakturalarının əsas bölməsində kağız qaimə fakturalara istinad edilməsi və vergi orqanının təqdim etdiyi 2021-ci il 6 aprel tarixli **********583800 nömrəli məktubda da bu faktın təsdiqlənməsi həmin kağız qaimə fakturaların mötəbərliyini tam təsdiq etmiş olur. Eyni zamanda, bu faktlar kağız qaimə fakturaların mötəbərliyini təsdiq etdiyi üçün MPM-in 89-cu maddəsinin tələbi baxımından hazırki kağız qaimə fakturalar lazımı qaydada təsdiqlənmiş sübutlar olaraq qiymətləndirilməli və onların həqiqiliyinə şübhə yaradılmamalı idi. Lakin apellyasiya instansiyası hazırkı sübuta (2021-ci il 11 iyun tarixli 40 nömrəli məktuba) düzgün hüquqi qiymət verməmiş, bununla da Konstitusiyanın 60-cı, MPM-in 88, 386, 420-ci maddələrinin tələbi pozulmuşdur. 42.Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, MPM-in 88, 89, 386, 42 0ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71.4-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarının” 1.2-ci və 3.6-cı bəndlərinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli “Məhkəmə qətnaməsi haqqında” qərarının 2.2, 2.4, 6.3, 17-cü bəndinlərinə, İHAM-ın “Van de Huk Niderlanda qarşı” işi üzrə 1994-cü il 19 aprel tarixli qərarına istinad etməklə əsaslandırılmış dır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

43. ASC-nin vəkili Vəkil2 tərəfindən 2021-ci il 23 noyabr tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, MMC-nin kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 11 iyun tarixli qətnaməsini dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

44. Etirazda qeyd edilir ki, şikayət heç bir hüquqi əsas olmadan tərtib edilmişdir.

45. İş üzrə tərəflər arasında olan elektron qaimə-fakturalar ilə bağlı mübahisəli hal 2011-ci ildə baş versə də, üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, 2021-ci il 8 iyun tarixli cavab məktubunda malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərd sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-fakturanın təqdim edilmə sinə “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən isə 2018-ci il 1 yanvar tarixindən tətbiq edilməyə başlanıldığı qeyd edilmişdir. Belə olan halda MMC-nin kassasiya şikayəti təmin edilə bilməz. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

46. Məhkəmə iclasında iştirak edən MMC-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bi ldirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

47. Cavabdeh və 3-cü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 48.Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 49.MMC apellyasiya instansiyası məhkəməsinin qətnaməni bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). 50.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

51. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.” 52.MPM-in müvafiq müddəalarında (2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkə mə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rü sumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu maddədə göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhk əmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.” “Maddə

124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi... 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qət namə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir....” “Maddə

385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 53.Azərbaycan Respublikası Na zirlər Kabinetini (bundan sonra – “NK”) 2009-cu il 28 sentyabr tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadəsi” Qaydalarının müvafiq müdəalarında (zamana görə qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “2.3. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir.” 54.KMP-nin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli qərarda qeyd edilir ki: “Qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşd irilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.” “Bu baxımdan, nəzərə alınmalıdır ki, kassasiya məhkəməsinin göstərişləri yalnız yuxarıda şərh edilən prosessual qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində verilə bilər. Müvafiq olaraq, bu hədlərdən çıxmaqla istənilən göstərişlərin verilməsi işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburi xarakter daşımır. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddə sinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.” 55.KMP “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il 18 mart tarixli Qərarında qeyd etmişdir ki: “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandı rmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.” 56.İHAM-ın 2007-ci il 26 iyul tarixli “Mahmudov Rusiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki: “... Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ 57.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq, iddia tərəfinin izahatını dinləyərək hesab edir ki, kassatorun dəlilləri (bax yuxarıda §§ 38-41) əsaslı olduğundan kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 11 iyun tarixli 2-2(103)-143/2021 saylı qətn aməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. 58.İş materiallarında olan və ASC-nin etiraz etmədiyi, müvafiq qaydada ləğv edilməmiş EVHF-in üzərindəki “Əsas” qrafasının qarşısında hazırda mübahisə predmeti olan qaimə fakturaların seriya və nömrələri göstərilmişdir. Başqa sözlə, MMC-nin təqdim etdiyi EVHF kağız qaimə fakturalar əsasında onlara istinad edilməklə hazırlanmışdır. 59.Vergi orqanının həmin EVHF üzrə yekun mövqeyi ondan ibarət olmuşdur ki, EVHF-in MMC tərəfindən ASC-yə təqdim edildiyi və ləğv edilmədiyi təsdiqlənmişdir. 60.ASC-nin isə MMC-nin təqdim etdiyi və malların siyahısı, qiymətini özündə əks etdirən EVHF-ə etiraz etmədiyinin səbəblərini tutarlı dəlillərlə əsaslandırması iş materialları ilə müəyyən olunmur. 61.Ali Məhkəm ənin hazırkı iş üzrə qəbul etdiyi qərarda EVHF ilə bağlı göstərilmişdir ki, “İşin materiallarından aydın olur ki, həqiqətən də bütün qaimə-fakturaların surətləri ilə eyni rekvizitləri daşıyan EVHF MMC tərəfindən tərtib edilərək ASC-yə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi MMC-nin şikayətinin dəlili olmasına baxmayaraq qətnaməsində müvafiq əsaslandırma aparmadan həmin EVHF-ni sübut kimi qiymətləndirməmişdir.”, “Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən EVHF-nin sübut əhəmiyyəti qiymətləndirilərkən, onlarda olan məlumatlarla qaimə-fakturaların surətlərində olan məlumatların üst-üstə düşməsi, ASC üçün həm də vergi öhdəliyi yaradan həmin EVHF-yə sonuncu tərəfindən etiraz bildirilməməsi, mübahisələndirilməməsi nəzərə alınmamışdır.”, “Bununla da sübutların q iymətləndirilməsinə dair MPMin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Zamana görə qüvvədə olmuş qanunvericiliyn tələblərinə görə EVHF qaimə-fakturalar əsasında verilə bilərdi. Başqa sözlə, EVHF-nın ASC-yə göndərilməsinin səbəbi qaimə-fakturaların mövcud olmasıdır.” 62.Son apellyasiya baxışında isə məhkəmə bu məsələ ilə bağlı yalnız onu bildirməklə kifayətlənmişdir ki, tərəflər arasında olan EVHF ilə bağlı mübahisəli hal 2011-ci ildə baş versə də, üçüncü şəxsin 2021-ci il 8 iyun tarixli cavab məktubunda elektron qaimə-fakturanın təqdim edilməsinə “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən isə 2018-ci il 1 yanvar tarixindən tətbiq edilməyə başlanıldığı qeyd edilmişdir. 63.Bununla da apellyasiya instansiyası məhkəməsi nəinki Ali Məhkəmənin EVHF ilə bağlı göstərişlərini yerinə yetirməmiş, həmçinin hazırkı mübahisəyə “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında NK-nın Qərarını tətbiq edərkən maddi hüquq pozuntusuna yol vermişdir. 64.Belə ki, mübahisə predmeti olan EVHF MMC tərəfindən tərtib olunaraq ASC-yə göndərilərkən (2011-ci ildə) NK-nın 2009-cu il 28 sentyabr tarixli 156 saylı q ərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadəsi” Qaydaları (bax yuxarıda § 53) qüvvədə idi. 65.Beləliklə, apellyasiya baxışında məhkəmə NK-nın EVHF ilə bağlı 2009-cu il 28 sentyabr tarixli 156 saylı qərarını deyil, səhvən daha sonralar qəbul edilmiş elektron qaimə-fakturlala bağlı qərarını tətbiq etmiş, nəticədə Ali Məhkəmənin müvafiq göstərişləri yerinə yetirilməmiş vəziyyətdə qalmış, bu da yekun etibarilə MPM-in 88 və 420-ci maddələrinin (bax yuxarıda § 52) tələblərinin pozulmasına, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 52) uyğun gəlməyən əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. 66.KMP-nin formalaşdırdığı hüquqi mövqeyə görə (bax yuxarıda § 54), kassasiya məhkəməsinin prosessual qanunla müəyyən edilmiş hədlər daxilində verilmiş gö stərişləri apellyasiya məhkəməsi tərəfindən yol verilmiş səhvləri düzəltmək, yeni apellyasiya baxışında bu səhvlərin təkrarlanmasının qarşısını almaq məqsədini daşıyır, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. 67.Bundan başqa, iş materiallarına əlavə edilmiş mübahisə predmeti olan kağız qaimə fakturaları hazırlayaraq MMC-yə təhvil vermiş, onlar barədə məlumatı Maliyyə və Vergilər nazirliklərinə təqdim etmiş "T" MMC-nin 2021-ci il 11 iyun tarixli 40 nömrəli məktubu da həmin fakturaların saxta olmadığına dəlalət etdiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin sənədi işdə olan digər sübutlarla (EVHFdə olan məlumatlarla qaimə-fakturaların surətlərində olan məlumatların üst-üstə düşməsi, ASC-nin EVHF-i qanunvericiliyin tə ləblərinə uyğun şəkildə mübahisələndirməməsi, vergi orqanı tərəfindən həmin EVHF-in MMC tərəfindən ASC-yə təqdim edildiyinin və ləğv edilmədiyinin təsdiqləndiyini bildirməsi) ilə əlaqəli şəkildə təhlil edərək MMC-nin təqdim etdiyi sübutların mötəbərliyinə düzgün hüquqi qiymət verməmiş, MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. 68.Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi MMC-nin qaimə-fakturaların məhv edilməsi barədə hər hansı sənəd-sübut, akt təqdim etməməsi, qaimə-fakturaların kserosurətlərində əsli ilə düzdür qeydini edən şəxsin soyadı, ata adı vəzifəsi və tarixinin göstərilməməsi, kserosurətlərdə ASC-nin möhürünün olmaması barədə dəlillər hazırkı halda işin düzgün həllinə birbaşa təsir edə n xüsusatlar kimi qiymətləndirilə bilməz. 69.Bundan başqa, Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, tərəflər arasında əvvəllər işgüzar münasibətlərin mövcud olub-olmaması araşdırılmamışdır. 70.Buna baxmayaraq işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusat da son apellyasiya baxışında diqqətdən kənarda qalmış, məhkəmə bu məsələyə öz münasibətini bildirməmişdir. 71.Həmçinin Ali Məhkəmə qeyd etmişdir ki, işin materialında olan qaimə-fakturaların surətlərində "təhvil aldı" qrafasında imzası ilə iddiaçının təqdim etdiyi malların alındığını təsdiq edən "E.A" adlı şəxsin malalan müəssisənin nümayəndəsi olub-olmaması qiymətləndirilərkən, belə bir şəxsin müəssisənin işçisi olmadığını bildirən cavabdehin izahatının heç bir sübut olmadan (o cümlədən 2011-ci ilin noyabr ayı üzrə ca vabdehin işçilərinin siyahısı və ya əmək müqavilələrinin qeydiyyatının aparıldığı dövlət sosial sığorta orqanlarının məlumatı və s.) qəbul edilməsi də yolverilməzdir. Bu halda, sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki mülki prosessual qanunvericilik yalnız tələbin deyil, etirazın da əsaslandırılmalı olduğunu birmənalı şəkildə müəyyən etmişdir. 72.Lakin apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin (bax yuxarıda § 52) tələblərini bu göstərişə münasibətdə də pozaraq qaimə-fakturaların surətlərində "təhvil aldı" qrafasında imzası ilə iddiaçının təqdim etdiyi malların alındığını təsdiq edən "E.A" adlı şəxsin ASC-nin nümayəndəsinin olub-olmaması istiqamətində ümumiyyətlə araşdırma aparmamış, bu məsələyə hüquqi qiymət verməmiş, heç bir əsaslandırma gətirmədən Ali Məhkəmənin göstərişinin əksinə olaraq bununla bağlı sübutetmə yükünün faktiki olaraq cavabdeh deyil, iddiaçı tərəfin üzərinə düşdüyü nəticəsinə gəlmişdir. 73.Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Yeni apellyasiya baxışında məhkəmə yuxarıda göstərilənləri nəzərə almaqla Ali Məhkəmənin iş üzrə qəbul edilmiş 2020-ci il 15 oktyabr tarixli 2-2(102)-278/2020 saylı qərarında əks olunmuş göstərişləri tam yerinə yetirməli, iddia tələblərinə ədalətli və əsaslı qiymət verməlidir. 74.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyas ının 2021-ci il 11 iyun tarixli 2-2(103)143/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar