Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-573/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-573/2024 Bakı şəhəri Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, zaminlik müqaviləsinin mühüm şərtləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 iyun tarixli 22(103)-399/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən ve rilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 2009-cu il 7 avqust tarixli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Daha sonra tərəflər arasında bağlanmış 2019-cu il 25 oktyabr tarixli sazişlə uzunmüddətli kredit müqaviləsinə dəyişiklik edilərək kredit xəttinin müddəti 242 ay, məbləği 300000 ABŞ dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.
2. Uzunmmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 2019cu il 31 oktyabr tarixli kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti i lə 20000 manat kredit götürmüşdür.
3. Kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayan İddiaçı QSC ilə ipoteka qoyan Cavabdeh4 arasında 2019-cu il 26 oktyabr tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1i ünvanında yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 85,9 m2 olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evini 2009-cu il 7 avqust tarixində Bakı şəhərində bağlanmış kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Əsas öhdəlik iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2009-cu il 7 avqust tarixli kredit xətti müqaviləsi, tərəflər arasında bağlanan ayrıca razılaşmalardır. Kredit xətti müqaviləsinin müddəti 242 a y, faiz dərəcəsinin yuxarı həddi 28 faiz, kredit xətti məbləği 300000 ABŞ dolları təşkil edir.
4. Kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə ayrı-ayrılıqda 2019-cu il 31 oktyabr tarixində, Cavabdeh4 arasında isə 2019-cu il 25 oktyabr tarixində zaminli müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən borclu Cavabdeh2 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit xətti müqaviləsinin məbləği 300000 ABŞ dolları, müddəti 242 ay, illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı QSC (bundan sonra – i ddiaçı və ya bank) cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 2019-cu il 31 oktyabr tarixli krеdit razılaşması üzrə 15838,77 manat krеdit bоrcu, 3281 manat faiz bоrcu və 782,09 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 19901,86 manat bоrcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının, ödənilmiş 200 manat mediasiya xərcinin tutulması; tələbin Cavabdeh4 xüsusi mülkiyyətində olan ünvan 2i ünvanında 0.08 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 85,9 kv.m olan, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə (bundan sonra – ipoteka predmeti) yönəldilməsi, həmin evin açıq hərracda satılması və iddia tələbində göstərilən m əbləğin ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2022-ci il 10 oktyabr tarixindən banka qaytarmamışdır. Sonuncu götürdüyü krеdit bоrcundan 4161.23 manat ödəmiş, onun 15838.77 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləğ i üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2023-cü il 25 iyun tarixinə 258 gün üçün hesablanmış faiz borcu 3281 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 2023-cü il 25 iyun tarixinə 258 gün üçün hеsablanmış cərimə 782.09 manat təşkil etmişdir.
7. Cavabdeh1 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, N.Eyyubova ilə iddiaçı arasında uzunmüddətli kredit xətti müqaviləsinin müddəti 2019-cu il 7 avqust tarixində bitsə də, tərəflər müddəti bitmiş müqavilənin şərtlərinin dəyişdirilməsi, o cümlədən müddətinin uzadılması barədə 2019-cu il 25 oktyabr tarixində razılığa gəlmişlər və bundan sonra iddiaçı qüvvədən düşmüş uzunmüddətli kredit xətti müqaviləsi üzrə N.Eyyubovanın öhdəliklərinin icrasının təmin edilməsi üçün onunla zaminlik müqaviləsi bağlamışdır. Halbuki Mülki Məcəllənin 389.1-ci maddəsinin mənasına görə sözügedən müqavilənin müddəti 2019-cu il 7 avqust tarixində bitdiyi üçün o, 2019-cu il 25 oktyabr tarixində mövcud olmayıb və ona dəyişiklik edilə bilməzdi. O, N.Eyyubova ilə iddiaçı arasında 2009-cu il 7 avqust tarixində 120 ay müddətinə bağlanmış müqavilə üz rə 2019cu il 31 oktyabr tarixində zamin durmuş və həmin tarixdə sözügedən müqavilə üzrə N.Eyyubovanın iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. N.Eyyubova ilə iddiaçı arasında 2019-cu il 31 oktyabr tarixində bağlanmış kredit razılaşması ayrıca bir müqavilədir və ona qədər qüvvədən düşmüş uzunmüddətli kredit xətti müqaviləsinin tərkib hissəsi kimi götürülə bilməz. Belə ki, Cavabdeh1 2019-cu il 31 oktyabr tarixli kredit razılaşması üzrə N.Eyyubovanın öhdəliklərinin icrası üçün zamin durmamış və belə bir zaminlik müqaviləsini də iddiaçı ilə imzalamamış, 2019-cu il 31 oktyabr tarixli kredit razılaşması üzrə müxtəlif tarixli bir neçə ödəniş planlarında “tanış oldum, razıyam” ifadəsi qarşısında onun imzasının olması isə iddiaçı ilə onun arasında zaminlik müqaviləsinin olması anlamına gəlmi r. Bu kredit razılaşması (hansı ki, ayrıca bir müqavilədir və öhdəlikdir) üzrə borclu N.Eyyubovanın iddiaçı qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməmiş və əksini təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ödəniş planları üzərindəki imzaları Mülki Məcəllənin 470.1 və 471-ci maddələrinin imperativ tələblərini ödəmir və zaminlik müqaviləsi hesab oluna bilməz.
8. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, ipoteka predmeti olan fərdi yaşayış evi mövcud deyil, ötən il sökülüb və bu barədə iddiaçıya məlumat verilməmişdir. Hazırda boş torpaqdır və ipoteka öz əhəmiyyətini itiribdir. İddia tələbini qismən qəbul edərək əsas borcun tutulmasına və tutmanın ipoteka predmet inə yönəldiməsinə etiraz etməmiş, faiz və cərimə borclarının silinməsini, borcun zaminlər Cavabdeh1 və Cavabdeh3 tutulmamasını xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 17 yanvar tarixli, e-2-2(113)-435/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlərdən müştərək qaydada 15838,77 manat əsas borc, 3281 manat faiz borcu, 782,09 manat dəbbə pulu, ödənilmiş 245 manat dövlət rüsumu, ümumilikdə 20146,86 manat tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 20000 manat müəyyən edilməklə açıq hərracda satılması və əldə edilmiş vəsait hesabına ümumilikdə 20146,86 manat borcun tutularaq iddiaçıya ödənilməsi və satışdan artıq qalan vəsaitin Cavabdeh4 qaytarılması qət edilmişdir (hakim: Ülkər Həsənova ).
10. Məhkəmə müvafiq qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini (işin faktiki halları ilə təsdiq edilmişdir), nəticədə kredit müqavilələri üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən yaranmış kredit borcunun məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin təlbələrinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməlidir.
11. Məhkəmə, həmçinin Cavabdeh1 zaminlik müqaviləsinin bağlanmamış hesab edilməli olması barədə dəlili ilə r azılaşmayaraq qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2009-cu il 7 avqust tarixli kredit xətti müqaviləsinin müddəti xx.xx.2019-cu il 7 avqust tarixində bitmiş, daha sonra tərəflər arasında yenidən 2019-cu il 25 oktyabr tarixində kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilədə borcluya veriləcək kreditin yuxarı həddi, illlik faiz dərəcəsinin yuxarı həddi və kreditin qaytarılmalı müddəti konkret olaraq göstərilmiş, həmin müqavilədən sonra iddiaçı ilə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 arasında zaminlik və ipoteka müqavilələri imzalanmış, zaminlik müqavilələrində, habelə ipoteka müqaviləsində əsas öhdəliyin həcmi konkret olaraq göstərilmiş, iddiaçı ilə borclu Cavabdeh2 arasında bağlanmış 2019-cu il 31 oktyabr tarixli kredit müqaviləsi isə 2019-cu il 25 oktyabr tarixli kredit xətti müqaviləsi çərçivəsində bağlanmışdır. Bundan başqa iddiaçı ilə əsas borclu arasında kredit müqaviləsi bağlanarkən onlara dəyişiklik və əlavələr edilərkən zaminlərin və ipoteka qoyanın yazılı razılığı alınmış, həmin müqavilələr, müqavilələrdə onlara məxsus olan imzalar mübahisələndirilməmişdir.
12. Məhkəmə Mülki Məcəllənin 462.1-ci və tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə istinadla iddiaçının iddia ərizəsində tələb etdiyi kredit müqaviləsinə əsasən hesablanmış cərimə pulunu da əsaslı hesab etmişdir.
13. Məhkəm mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.5, 462.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Qanunun 4.1, 34, 39.3, 41.2-ci və Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14. 1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ona münasibətdə dəyişdirilməsini və iddiaçının ona münasibətdə tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
1. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 iyun tarixli, 2-2(103)-399/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: R.Qurbanov – sədrlik edən və məruzəçi, V.Baxışova və Z.Şirinov).
2. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2009-cu il 7 avqust tarixli kredit xətti müqaviləsinin müddəti 120 ay müəyyən edilsə də, 2019-cu il 25 oktyabr tarixində bağlanmış əlavə razılaşmaya əsasən onun müddəti 2029-cu il 7 oktyabr tarixinədək uzadılmışdır. Həmin əlavənin 2019-cu il 7 avqust tarixindən sonra bağlanması isə mübahisənin həlli baxımından hər hansı əhəmiyyət daşımır. Çünki Mülki Məcəllənin borc münasibətlərini tənzimləyən fəslində bunu (borc müqaviləsində müəyyən edilən müddət bitdikdən sonra onun müddətinin uzadılması) qadağan edən norma nəzərdə tutulmamışdır. İddiaçı ilə Cavabdeh2 da Mülki Məcəllənin 390-cı maddəsində təsbit edilmiş hüquqlarından istifadə edərək azad surətdə bağlanmış müqavilənin məzmununu və şərtlərini müəyyən etmişlər.
3. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, kredit xətti müqaviləsinə olan əlavə razılaşma ilə borcalana veriləcək kreditin yuxarı həddi, illlik faiz dərəcəsinin yuxarı həddi və kreditin qaytarılmalı müddəti konkret olaraq göstərilmiş, sonra iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqavilədə əsas öhdəliyin həcmi konkret olaraq göstərilmiş, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2019-cu il 31 oktyabr tarixli kredit razılaşması isə 2019-cu il 25 oktyabr tarixli əlavə ilə müəyyən edilən şərtlər çərçivəsində bağlanmışdır. Bundan sonra iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 2019-cu il 31 oktyabr tarixli krеdit razılaşmasına aid ödəniş planına 5 dəfə dəyişiklik edilmiş və hər yeni ödəniş planı ilə zamin Cavabdeh1 tanış olaraq öz razılığını imzası ilə təsdiq etmişdir.
4. Qeyd edilənlərə əsasən məhkəmə kolle giyası hesab etmişdir ki, Cavabdeh1 dəlilləri əsassız olmaqla yanaşı Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərinə ziddir. Bunda başqa iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsində Mülki Məcəllənin 470.1, 472.1 və 472.2-ci maddələrində müəyyən edilən hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh1 borclu olan Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğun olduğundan, eləcə də apellyasiya şikayətinin dəlilləri əsassız hesab edildiyindən mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
5. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 390.1, 390.5, 425.1, 470.1, 472.1, 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
6. Cavabdeh1 (vəkil Nümayəndə2) həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin ona münasibətdə təmin edilmiş hissəsində ləğv edilərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. Mülki Məcəllənin 324-cü maddəsi üzrə - 2019-cu il 31 oktyabr tarixli kredit razılaşması üzrə müxtəlif tarixli bir neçə ödəniş planında "tanış oldum, razıyam" ifadəsi və onun qarşısında Cavabdeh1 imzasının olması N.Eyyubovanın iddiaçı qarşısında öhdəliyi üçün Cavabdeh1 məsuliyyəti öz üzərinə götürməyi barədə iradəsini ifadə etmir.
8. Mülki Məcəllənin 389.1-ci maddəsi üzrə - uzunmüddətli kredit xətti müqaviləsinin müddəti 2019-cu il 7 avqust tarixində bitdiyi üçün o, 2019-cu il 25 oktyabr tarixində mövcud olmamışdır və həmin tarixdə ona dəyişiklik edilə bilməzdi. Həmin kredit xətti müqaviləsinin müddəti 2019-cu il 7 avqust tarixində bitənə qədər isə onun müddətinin uzadılması barədə tərəflər arasında heç bir yazılı razılaşma olmamışdır. Cavabdeh1 ilə bağlanmış 2019-cu il 31 oktyabr tarixli zaminlik müqaviləsi isə məhz həmin, müddəti 2019cu il 7 avqust tarixində bitmiş kredit xətti müqaviləsi üzrə N.Eyyubovanın öhdəliklərinin icrasının təmin edilməsi üçün bağlanmışdır.
9. Mülki Məcəllənin 460.1-ci maddəsi üzrə - 2019-cu il 31 oktyabr tarixli kredit razılaşması üzrə götürülmüş kredit hesabına N.Eyyubova 2019-cu il 7 avqust tarixində bitmiş uzunmüddətli kredit xətti müqaviləsi üzrə gecikmədə olmuş borcunu bağ lamışdır və həmin müqavilə üzrə heç bir öhdəlik mövcud deyildir. Cavabdeh1 zaminlik müqaviləsini bağladığı 2019-cu il 31 oktyabr tarixinə 2019-cu il 7 avqust tarixində müddəti bitmiş kredit müqaviləsi üzrə N.Eyyubovanın borcunun olması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Qüvvədə olan əsas öhdəlik olmadığından və icra olunmamış öhdəlik qalmadığından Cavabdeh1 zaminliyi ləğv olunmuş hesab edilməli idi.
10. Mülki Məcəllənin 470.1 və 471-ci maddələri üzrə - 2019-cu il 31 oktyabr tarixində bağlanmış kredit razılaşması üzrə N.Eyyubovanın iddiaçı qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün N.Eyyubova məsuliyyəti öz üzərinə götürməmişdir və əksini təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi 2019-cu il 31 o ktyabr tarixli kredit razılaşması üzrə ödəniş planlarında “tanış oldum, razıyam” ifadəsi qarşısında N.Eyyubovanın imzaları bu maddələrin imperativ tələblərini ödəmir və zaminlik müqaviləsi hesab oluna bilməz.
11. MPM-in 217.3-cü maddəsi üzrə - 2019-cu il 7 avqust tarixində uzunmüddətli kredit xətti müqaviləsinin müddəti başa çatdığından N.Eyyubovanın tamamilə yeni bir əqd - 2019-cu il 31 oktyabr tarixli kredit razılaşması üzrə götürdüyü kredit hesabına əvvəlki 2019-cu il 7 avqust tarixində uzunmüddətli kredit xətti müqaviləsi üzrə gecikmədə olmuş borcunu bağlaması və 2019-cu il 31 oktyabr tarixində həmin kredit xətti müqaviləsi üzrə N.Eyyubovanın öhdəliyinin olmamasına görə məhkəmə qətnaməsini əsaslandıra bilməmişdir.
12. MPM-in 77.1-ci maddəsi üzrə - 9-cu bənddə qeyd edilənlərə uyğun əs aslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
14. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
15. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlan ılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazım i şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....”
17. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
20. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəl diyi nəticə əsaslandırılmışdır. 21. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420 -ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
22. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, ilk iddia üzrə cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 iyun tarixli, 22(103)-399/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.