Məhkəmə qərarları › İş №2-2(102)-574/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-574/2024

27.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-574/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: elektrik enerjisindən istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024- cü il 18 iyul tarixli 2-2(103)-717/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC tərəfindən tərtib olunmuş 2023-cü il 27 noyabr tarixli *nömrəli akta əsasən "xxxx" MMC-nin ünvanına baxış keçirilməsi nəticəsində müəyyən olunmuşdur ki, elektrik sayğacının qoşulma sxemi səhvdir. Bu səbəbdən sayğac axan yükü düzgün qeyd etmir. 2. "xxxx" ASC tərəfindən verilmiş 2023-cü il 7 dekabr tarixli icra vərəqinə əsasən, elektrik sayğacının qoşulma sxeminin səhvi səbəbindən sayğacın axan yükü düzgün qeyd etməməsi nəticəsində dəymiş ziyanın məbləği 10.096,70 manat təşkil edir. 3. "xxxx" MMC-nin abonent haqqında məlumatına əsasən, 2023-cü il 7 dekabr tarixində NDQ01814 nömrəli akt əsasında 10.096 manat borc hesab lanmışdır. 4. "xxxx" MMC-yə məxsus ünvanda sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi məqsədilə aparılacaq yoxlama (2023-cü il 27 noyabr tarixində) sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır. 5. "xxxx" MMC və "xxxx" ASC arasında 2024-cü il 7 yanvar tarixli enerji təchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin id diaçıdan **********6 nömrəli abunə kodu (**********01052 uçot nöqtəsi) üzrə tələb etdiyi 10.000 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır, iddiaçı enerji sərfiyyatına görə aylıq borclarını həmişə vaxtında ödəmişdir. 2024-cü il 9 yanvar tarixində cavabdehin X1 Təchizatı və Satış İdarəsi Salyan Elektrik Şəbəkəsi tərəfindən iddiaçıya verilmiş xəbərdarlıq məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus obyektin istifadə edilmiş elektirik enerjisinin sərfinə və ödənilməmiş cərimə məbləğinə görə 2024-cü il 1 yanvar tarixinə 12.276,31 manat debitor borcu yaranmışdır. Lakin iddiaçı həmin borcun nəyin əsasında hesablanmasından məlumatsızdır. Cavabdehin əməkdaşları iddiaçıya məxsus obyektdə hər hansı pozuntu barədə akt tərtib etmə mişlər və bu barədə məlumat verməmişlər. Cavabdehin əməkdaşları tərəfindən 2023-cü il 27 noyabr tarixində iddiaçıya məxsus obyektdə sayğaca baxış keçirilmiş və sayğacın yenisi ilə əvəz olunması, qoşulma sxeminin bərpa edilməsi tələbinə dair akt tərtib edilmişdir. Qeyd olunan aktda abonent tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməsi, kənar xəttin qoşulması, sayğaca müdaxilə edilməsi, enerji itkisinə yol verilən və digər neqativ halların aşkar edilməsinə dair hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda isə abonentin təqsiri olmadan yazılmış borc əsassız hesab edilməlidir.

8. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 2 may tarixli e-2-2(113)-2173/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçıy a əsassız hesablanmış 10.000 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilmişdir (hakim Ü.Həsənova).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, Mülki Məcəllənin 443.7-cü maddəsinin tələbinə əsasən, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri nəticəsində yaranmış olsun, başqa sözlə, borclu həmin zərərin yaranmasında təqsirli olsun. Cavabdeh aktla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanmış müqavilədə istehlakçının sayğacd a mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktla müəyyən edilir ki, elektrik sayğacında mövcud qüsur (sayğacın qoşulma sxeminin düzgün olmaması və axan yükü tam qeydə ala bilməməsi) sayğacın nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır.

11. Abonent saldosundan görünür ki, sayğac göstəricilərinə əsasən sayğacın nasaz olduğu müddətdə 2023-cü il 7 dekabr tarixli aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesa blanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2-ci bəndinə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus sahədə quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “Elektrik enerjisindən istifadə qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borclar iddiaçı tərəfindən ödənildiyindən, iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əla və borcun hesablanması qanunsuz və əsassızdır. İddiaçının silinməsini xahiş etdiyi borc məbləği 10.000 manat göstərildiyindən, məhkəmə iddia tələbindən kənara çıxmadan hesab etmişdir ki, iddia təmin edilməli, 10.000 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 443.7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmşdir. b) Apellyasiya instansiyası məhkəməsin dəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 iyul tarixli 2-2(103)-717/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – V.Baxışova və R.Qurbanov).

15. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçıya cərimə deyil, ay üzrə enerji sərfiyyatı hesablandığını bildirsə də, işin materiallarında olan abonent saldosundan görünür ki, sayğacın nasaz olduğu müddətdə 2023-cü il 7 dekabr tarixli aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda isteh lakçının təqsiri olmadan düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2-ci bəndinin və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə ziddir.

16. Cavabdeh tərtib etdiyi aktın əsaslılığını göstərən halları və dəlilləri təsdiq edən sübutları təqdim etmək vəzifəsini yerinə yetirməmişdir. Belə ki, cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxiləyə istinad etməmiş, sayğacın nasazlığında iddiaçını təqsirli bilməmişdir. Belə vəziyyətdə əlavə borc məbləğinin hesablanması əsası və qaydası (faktiki və hüquqi əsaslar) ətraflı şəkildə aktda qeyd edilməli idi. Cavabdeh şikayətdə aktın əsaslılığına dair heç bir sübut təqdim etməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərba ycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra -MPM) 77.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri: 19. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndi üzrə-cavabdeh tərəfindən sayğaca baxış keçirilərkən sayğacın qoşulma sxeminin səhv olması və axan yükü düzgün qeyd etmədiyi müəyyən edilmiş, bu səbəbdən akt tərtib edilərək əlavə olaraq iddiaç ıya 1 ay üzrə 10.096 manat sərfiyyat borcu hesablanmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın istinad edilən bəndində qeyd edilir ki, uçotun müvəqqəti pozulmasında istehlakçının təqsiri olmasa belə, hesablaşma Qaydaların tələblərinə uyğun aparılmalı və hesablanmış borc istehlakçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya məhkəməsi iddiaçının sayğacın yararsız hala düşməsində təqsirli olmadığı, həmçinin sayğacın nasaz olduğu dövrdə 2023-cü il 7 dekabr tarixli aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən hesablanmış borcun iddiaçı tərəfindən ödənildiyini əsas gətirərək, hesablanmış borc məbləğinin əsassız olduğu qənaətinə gəlmişdir. Halbuki, məhz tərtib edilmiş akta əsasən sayğac axan yükü düzgün qeyd etmədiyindən, iddiaçı tərəfindən ödənilən həmin məbləğ in düzgün hesablanmadığı aşkar olunmuş və iddiaçı həmin müddət üçün ödəniş aparsa belə, Qaydaların tələblərinə uyğun olaraq akta əsasən yenidən hesablaşma aparılaraq borc məbləği müəyyən edilmişdir.

20. MPM-nin 217.2-ci maddəsi üzrə-apellyasiya məhkəməsi öz qətnaməsində cavabdeh tərəfindən tərtib edilən aktın əsaslılığını göstərən halları və dəlliləri təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyinə və MPM-nin 77.2-ci maddəsinə istinad edərək, həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşdüyünü qeyd etmişdir. Lakin apellyasiya məhkəməsinin qətnaməsi qəbul edilən zaman MPM-nin 77.2-ci maddəsi artıq ləğv edilmişdir. Belə ki, qeyd edilən maddə 2021-ci il 9 iyul tarixli Qanunla ləğv edilmişdir. Məhkəmə qeyd edilən halı nəzərə almamış və ö z qətnaməsini əsaslandırarkən qüvvədən düşmüş hüquq normasına istinad edərək prossesual hüquq normasının pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olu nması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur....”

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq müddəalarında aşa ğıdakılar nəzərdə tutulur:

8. ELEKTRİK ENERJİSİNDƏN (AKTİV VƏ REAKTİV) İSTİFADƏYƏ GÖRƏ HESABLAŞMALAR... 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur.... 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır....

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən n əzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 28. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

29. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə istinad etsə də (mətni üçün bax yuxarıda 25-ci bənd) nəzərə alın malıdır ki, cavabdeh, işə mahiyyəti üzrə baxılarkən, qeyd olunan Qaydaların məhz 8.16-cı bəndinin tələblərinə uyğun olaraq, abonentin uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə dair məlumatlar əsasında mübahisəli borcu hesablamasına dair mötəbər sübutları təqdim etməmiş, bununla da MPM-nin 77.1-ci maddəsi ilə müəyyən edilmiş sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Cavabdehin 2023-cü il 7 dekabr tarixli «İcra vərəqi» adlanan sənədində də qeyd olunan Qaydaların 8.16-cı bəndinin tələblərinə əsasən mübahisəli borc üzrə hesablamanın aparıldığı göstərilməmiş, iddiaçının uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinin nə qədər təşkil etməsinə dair məlumatlara istinad edilməmişdir.

30. İşə apellyasiya qaydasında bax ılarkən cavabdehin mübahisəli borcla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, hesablanan borc iddiaçının ay üzrə istifadə etdiyi enerji sərfiyyatıdır.

31. İşin qeyd olunan halı ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya sayğac göstəricilərinə əsasən hesablanmış borc, iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2-ci bəndinin və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə ziddir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə MPM-nin 14.2, 77.1 və 217-ci maddəsinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

33. MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 iyul tarixli 2-2(103)-717/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar