Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-575/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh “X4” MMC-nə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsinə xitam verilməsi və artıq ödənilmiş vəsaitin icarə haqqından çıxılması (ilkin), icarə haqqının ödənilməsi (qarşılıqlı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının, vəkilinin iştirakları ilə, İddiaçı cavabdeh “X4” MMC-nə qarşı ofis icarəsinə dair icarə müqaviləsinə xitam verilməsi və artı q ödənilmiş vəsaitin icarə haqqından çıxılması barədə ilkin, “X4” MMC-nin İddiaçı qarşı icarə haqqının ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə İddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-2(103)-905/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 01 yanvar 2020-ci il tarixli ofis sahəsinə dair icarə müqaviləsinə və həmin müqaviləyə 1 saylı əlavəyə görə, “X4” MMC ünvan 1 ünvanında yerləşən “Caspian Plaza” iş mərkəzinin 4-cü mərtəbəsində 62 kv.m. sahədən ibarət ofis sahəsini İddiaçı icarəyə verməyi, sonuncu isə 01 yanvar 2021-ci il tarixədək 944 manat (800+18%) (ƏDV daxil) olan aylıq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.
2. Xəzinə mədaxil orderi qəbzlərinə görə, İddiaçı tərəfindən “X4” MMC-yə 2020-ci il yanvar və fevral ayları ərzində 2370 manat məbləğində pul vəsaiti ödənilmiş və ödənişin təyinatı icarə haqqı kimi qeyd olunmuşdur.
3. İddiaçı nümayəndəsi tərəfindən 2020-ci ilin mart aprel may iyun ayları üçün müəyyən edilmiş icarə haqlarının ödənilməsindən azad edilməsi barədə “X4” MMC-yə göndərilmiş pretenziya məktubunda xüsusi karantin rejiminə görə ofis sahəsindən istifadə etməyin mümkünsüz olduğu bildirilmiş və müqaviləyə xitam verilməsi, əşyaların qaytarılması və 2020-ci ilin mart, aprel, may və iyun aylarına görə icarə haqqından azad edilməsi xahiş edilmişdir. 4. 20 iyun 2020-ci il tarixli akta görə, “Caspian Plaza” iş mərkəzinin 3-cü korpusunun 4-cü mərtəbəsində İddiaçı icarəyə götürdüyü ofis sahəsində olan əmlaklar siyahıya alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4” MMC-nin (bundan sonra – “cavabdeh”) üzərinə 2020-ci ilin martın 1-dən iyunun sonunadək 01.01.2020-ci il tarixli, ofis icarəsinə dair icarə müqaviləsi üzrə müəyyən edilmiş icarə haqqının ödənilməsindən iddiaçının azad edilməsi öhdəliyinin qoyulması və 01.01.2020-ci il tarixli, ofis icarəsinə dair icarə müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçı tərəfindən əlavə ödənilmiş 1406 manatın ümumi məbləğdən çıxılması və 01.01.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Həmçinin, “X4” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “X4” MMC arasında 01.01.2020-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə əsasən müəyyən edilmiş 6 aylıq 4800 manat+18% ƏDV= cəmi 5664 manat ödənilməmiş icarə haqqı və 30 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 aprel tarixli, e-2-2(113)-163/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilərək, 1406 manat məbləğində pul vəsaiti ödənilməli olan 5564 manat məbləğində icarə haqqından çıxılmaqla 4158 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş vəsa itin əvəzi qismində 22 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir (hakim – F.Qasımov).
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində fors – major halı kimi müharibə, yanğın, təbii fəlakət qeyd olunmuş, pandemiya, karantin və digər hallar əksini tapmamışdır (bax yuxarıda 1).
10. Lakin, iddiaçı cavabdehə məxsus ofis sahəsində tədrislə, yəni təlimlərin keçirilməsinin təşkili ilə məşğul olmuş, 2020-ci ilin mart ayından etibarən ölkədə elan olunmuş xüsusi karantin rejiminə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən onun cavabdeh olmadığı haldan irəli gələn səbəblərə görə həmin vaxtdan fəaliyyət göstərə bilməmişdir.
11. İddiaçı tərəfindən icarə haqqın dan əlavə qeyri – rəsmi olaraq hər ay 200 manat məbləğində pulun qeyri – rəsmi olaraq cavabdehə ödənilməsi həm işdə olan qəbzlərlə, həm də cavabdehin nümayəndəsinin izahatı ilə təsdiqini tapır.
12. Cavabdehin nümayəndəsi izahatında X1 artıq vergi ödənilməməsi üçün 1.416 manat məbləği rəsmi, 200 manatı isə qeyri – rəsmi ödənilməsini xahiş etdiyini, cavabdehin bununla razılaşdığını və 200 manat məbləğində pul vəsaitinin qeyri – rəsmi alındığınıi göstərsə də, təqdim olunmuş qəbzlər əsasında ödənilmiş 3.100 manat məbləğində pul vəsaitinin H.F.Quliyevadan alınmasının nə qanuni, nə də müqavilə əsası mövcud deyildir.
13. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 390.1, 700.1, 700.3, 675, 684.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-2(103)-905/2021 saylı qərardadı ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən) M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 aprel tarixli, e-2-2(113)-163/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iş materiallarındakı “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasə n Bakı Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli, e-2-2(113)-163/2021 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 10 may 2021-ci il tarixdə saat 14:33-də iddiaçının nümayəndəsi və vəkili X3 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
17. Lakin, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti 08 iyul 2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
18. Apelyasiya şikayətinin verilməsi müddəti 10 iyun 2021-ci il tarixdə bitdiyi halda, iddiaçının apelyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 08 iyul 2021-ci il tarixdə verilmişdir.
19. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 360, 363.1, 366.2-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və apelyasiya şikayətinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Baki Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli, e-2-2(113)-163/2021 saylı qətnaməsi iddiaçıya 09.06.2021-ci il tarixində rəsmi qaydada verilmişdir. Bununla bağlı sənədlər məhkəmədə iş materiallarında olsa da, məhkəmə həmin sənədlərə qiymət verməmişdir. Qətnamənin iddiaçının nümayəndəsinin məhkəmə elektron sistemindəki elektron kabinetə yerləşdirilməsi tərəfə çatdırılma hesab edilə bilməz.
22. Belə ki, MPM-in 135.5-ci maddəsinə əsasən Mülki P rosessual Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
23. MPM-in 135.8-ci maddəsinə əsasən isə Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
24. Maddənin də məzmununa görə, kommersiya mübahisələri üzrə məhkəmə sənədləri rəsmi qaydada tərəflərə o halda verilmiş sayılır ki, tərəflərin elektron məhkəmə sistemində yaradılmış elektron kabineti olsun.
25. İddiaçının elektron kabineti yoxdur. Qeyd edilən maddədə isə yalnız tərəflərin elektron kabineti old uğu halda, məhkəmə sənədləri həmin kabinetə yerləşdirildikdən və bununla bağlı tərəfə elektron qaydada məlumat verildikdən sonra çatdırılmış hesab olunur. Lakin məhkəmə bu halı nəzərə almamış, sadəcə olaraq nümayəndənin elektron kabinetinə yerləşdirilməni çatdırılma kimi qəbul etmişdir. Bu isə yuxarıda qeyd edilən normanın məzmununa ziddir. Çünki nümayəndə işdə tərəf hesab edilmir. Nümayəndə və vəkil işdə iştirak edən tərəflər siyahısına daxil deyildir.
26. Həmçinin mübahisələndirilən qətnamədən iddiaçının apelyasiya şikayəti vermək hüququ həmin qətnaməni rəsmi qaydada aldığı, yəni 09.06.2021-ci il tarixdən hesablanmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
28. İddiaçı və vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
29. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
30. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
31. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KA SSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işi n faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 1 35.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Maddə
360. Apelyasiya şikayətinin verilmə müddəti Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Maddə
363. Apelyasiya şikayətinin qaytarılması 363.1. Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. Apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə”. İV. ALİ MƏHKƏM ƏNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-2(103)-905/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iş materiallarındakı “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 aprel tarixli, e-2-2(113)-163/2021 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələbləri nə uyğun olaraq 10 may 2021-ci il tarixdə saat 14:33-də iddiaçının nümayəndəsi və vəkili X3 məxsus şəxsi elektron kabinetdə yerləşdirilsə də, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti 08 iyul 2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur (bax yuxarıda §§ 19-20).
39. Beləliklə, apelyasiya şikayətinin verilməsi müddəti 10 iyun 2021-ci il tarixdə bitdiyi halda, iddiaçının apelyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət burаxılmаqlа verilmişdir. Məhkəmə qətnaməsinin nümayəndənin elektron kabinetinə yerləşdirilməni çatdırılma kimi qəbul etməsinin səhv nəticəyə gəlməsi ilə bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, ofis icarəsinə dair icarə müqaviləsinə xitam verilm əsi və artıq ödənilmiş vəsaitin icarə haqqından çıxılması barədə apelyasiya şikayəti bilavasitə nümayəndə və vəkil V.Mehralıyevin şəxsi elektron kabineti vasitəsilə məhkəməyə təqdim edilmiş, bütün yazışmalar da həmin kabinet vasitəsilə həyata keçirilmiş, qətnamədən apelyasiya şikayəti də bilavasitə ərizəçi tərəfindən deyil, onun nümayəndəsi və vəkili tərəfindən verilmişdir. 40. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. 41. “Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı” işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinin 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
42. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddiaçının apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə k assasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı tərəfindən аpelyаsiyа şikаyətinin qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verildiyini, bir aylıq prosessual müddətin hər hansı bir üzürlü səbəb olmadan ötürüldüyünü, müddətin bərpası üçün ərizə vermədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
43. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyu l tarixli, 2-2(103)-905/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
45. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-2(103)-905/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.