Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-575/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması, kredit müqaviləsinin təqdim olunmaması, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim X1 məruzəsi ilə, hakimlər Elşanə Rafiq qızı Vəliyeva və X2 ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra - “iddiaçı”) Cavabdeh1 (bundan sonra - “cavabdeh”) qarşı “kredit borcunun qa ytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 12 iyun tarixli 22(103)-140/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçının mövqeyinə görə, 2015-ci il sentyabrın 18-də Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış **********014710000 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 6 % ödəmək şərtilə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir.
2. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə və hesabdan çıxarışa əsasən, 2015ci il 30 oktyabr tarixindən 2019-ci il 27 fevral tarixinədək olan dövr ərzində cavabdehin adına ümumilikdə 6675 (altı min altı yüz yetmiş beş) manat məbləğində ödənişlə r edilmiş, 50 manat məbləğində sonuncu ödəniş 2019-cu il fevralın 27-də həyata keçirilmişdir. Həmin ödəniş qəbzlərindən ikisində, yəni 2017-ci il 17 noyabr tarixli qəbzdə “Kimdən” qrafasında “X11”, 2017-ci il 20 dekabr tarixli qəbzdə isə “Əliyev Zaur”, digər qəbzlərdə isə cavabdehin adı qeyd olunmuşdur.
3. İddiaçının 2022-ci il aprelin 12-də təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh tərəfindən 2015-ci il 30 oktyabr tarixindən 2019-cu il 27 fevral tarixinədək əsas borc məbləğindən 4.680,43 manat, faiz borcundan 1.994,57 manat olmaqla, ümumilikdə 6.675 manat məbləğində ödəniş edildiyi qeyd olunmuşdur.
4. X10 kredit məlumatlarının sorğulanması saytından əldə olunmuş məlumata əsasən, cavabdehə verilmiş kredit üzrə restrukturizasiya olunmalı, dövlət büdcəsi hesabına kompensasiya olunmalı əsas kredit borclarına dair məlumatlar hazırda dəqiqləşdirilmə mərhələsindədir. 5. 2021-ci il iyunun 14-də iddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubunda 2015-ci il 18 sentyabr tarixli **********014710000 nömrəli kredit müqaviləsi üzrə 13.726,55 (on üç min yeddi yüz iyirmi altı manat əlli beş qəpik) manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 6. 2021-ci il dekabrın 20-də iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 427.3, 442, 445, 449.1, 465-ci maddələrinə əsaslanaraq, 10.319,57 (on min üç yüz on doqquz manat əlli yeddi qəpik) manat əsas, 1.100,80 (bir min yüz manat səksən qəpik) manat faiz, 899,06 (səkkiz yüz doxsan doqquz manat altı qəpik) manat cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli qərarına əsasən hesablanmış 1.407,12 (bir min dörd yüz yeddi manat on iki qəpik) manat, 200 (iki yüz) manat mediasiya xərci, 31,20 manat (otuz bir manat iyirmi qəpik) dövlət rüsumu, ümumilikdə 13.726,55 (on üç min yeddi yüz iyirmi altı manat əlli beş qəpik) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh iddiaya qarşı etiraz və izahatında bildirmişdir ki, Zaminbank” Açıq Səhmdar Cəmiyyətindən 15.000 (on beş min) manat məbləğində kredit götürməmiş və iddiaçının istinad etdiyi kredit müqaviləsini bağlamamış, iddiaçının tələbinin əsası kimi istinad edilən sübutlar siyahısında isə tərəflər arasında müqavilə öhdəliklərinin şərtlərini müəyyən edən 2015-ci il 18 sentyabr tarixli kredit müqaviləsi yoxdur. Eyni zamanda, iddiaçı cavabdehin iddia tələbində qeyd edilmiş pul vəsaitini götürməsini təsdiq edən sənədlər, kassa məxaric orderi təqdim etməmişdir.
8. Cavabdeh, həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçının istinad etdiyi 2015-ci il 18 sentyabr tarixli kredit müqaviləsi üzrə son ödəniş tarixi 2018-ci il sentyabrın 18-i olduğundan, həmin müqavilə üzrə iddia müddətinin son tarixi 2021-ci il 18 sentyabr tarixi müəyyən edilməlidir. Lakin iddiaçı iddia ərizəsini 2021-ci il noyabrın 22-də im zalamaqla iddia müddətini ötürmüşdür.
9. Bakı Kommersiya Məhkəməsinin (hakim X8) 2022-ci il 12 aprel tarixli e-22(113)-555/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 10.319,57 (on min üç yüz on doqquz manat, əlli yeddi qəpik) əsas borc, 1.100,80 manat (bir min yüz manat səksən qəpik) faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində xərc və iş üzrə ödənilmiş 31.20 manat (otuz bir manat iyirmi qəpik) dövlət rüsumu, ümumilikdə 11.651,57 manat (on bir min altı yüz əlli bir manat əlli yeddi qəpik) pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
10. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi 2015-ci il 18 sentyabr tari xli **********014710000 nömrəli kredit müqaviləsini məhkəməyə təqdim edə bilməsə də, işin hallarından məlum olur ki, həqiqətən də tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlər əmələ gəlmiş və həmin müqavilə üzrə cavabdehə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzləri və hesabdan çıxarışdan görünür ki, 2015-ci il 30 yanvar - 2019-cu il 27 fevral tarixlərini əhatə edən dövrdə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə müvafiq ödənişlər edilmiş, sonuncu ödəniş isə 2019-cu il 27 fevral tarixli ödəniş qəbzinə əsasən həmin tarixdə həyata keçirilmişdir. Buna görə də, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən olunmuş 3 il müddət ötürülmədən məhkəməyə müraciət edilmişdir.
11. Kredit məbləği cavabdeh tərəfindən qəbul olunduğundan, kredit və faizlərin bir hissəsi cavab deh tərəfindən ödənildiyindən, yəni cavabdeh kredit müqaviləsini bəyəndiyindən və bu bəyənmə cavabdehin kredit müqaviləsi üzrə hüquq və vəzifələrinin müqavilənin bağlandığı andan əmələ gəlməsinə səbəb olduğundan kredit müqaviləsi üzrə tələb edilən əsas borc və faiz borcu hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı tərəfindən tələb edilən cərimə məbləğinin müqavilədə nəzərdə tutulması ilə bağlı müvafiq sübutlar mövcud olmadığından bu hissədə isə iddia tələbi əsassızdır.
12. Eyni zamanda, MM-in 445 və 449-cu maddələrinin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas olmadığından iddia tələbi 1.407,12 (bir min dörd yüz yeddi manat on iki qəpik) manat məbləğinin ödənilməsi hissəsində də təmin edilməmişdir.
13. Məhkəmə qətnaməsi MM-in 373.2, 373.3, 399.1, 405.2, 409.4, 42 5.1, 431.1, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 448.3, 460.1, 462.1, 462.3, 739.1, 739.2-ci, maddələrinə istinad edilməklə əsaslandırılmışdır.
14. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Cavabdeh apellyasiya şikayətində iddia ərizəsinə qarşı etirazında və iddia müddətinin ötürülməsi barədə ərizəsində qeyd etdiyi faktiki və hüquqi halları təkrarlamaqla, bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetmə vəzifəsi düzgün müəyyən edilməmiş, iddiaçı iddia ərizəsində qeyd etdiyi şərtlərlə və məbləğdə kredit müqaviləsini məhkəməyə təqdim edə bilməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Kommer siya Kollegiyasının (sədrlik edən və məruzəçi X4, hakimlər X3 və X5) 2022-ci il 5 iyul tarixli 2-2(103)-582/2022 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etmiş kredit müqaviləsini, həmçinin 15.000 (on beş min) manat məbləğində pulun cavabdehə verilməsini əks etdirən sənədləri (kassa məxaric orderi, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmiş, bununla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
18. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir k i, iddia əsassız olduğu üçün cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilməsinə lüzum olmamışdır.
19. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (məruzəçi Bəhram Məmməd oğlu Məmmədli, hakimlər Bəhman Fərhad oğlu Qəribov və İlqar Ağababaş oğlu Dadaşov) 2022-ci il 22 noyabr tarixli 2-2(102)-707/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsin ə göndərilmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderlərini qeyri-mötəbər, cavabdehin sözlərini isə mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən banka 2015-ci il 30 oktyabr tarixindən 2019-cu il 27 fevral tarixinədək olan dövrdə əsas borc məbləğindən 4.680,43 manat (dörd min altı yüz səksən manat qırx üç qəpik), faiz borcundan 1.994,57 manat (bir min doqquz yüz doxsan dörd manat əlli yeddi qəpik) olmaqla ümumilikdə 6.675 (altı min altı yüz yetmiş beş) manat məbləğində ödəniş həyata keçirilmişdir.
22. Məhkəmənin mövqeyinə görə, cavabdeh iş materiallarında olan ödənişlərin digər kredit müqaviləsi üzrə həyata ke çirildiyini bildirsə də, bununla bağlı hər hansı tutarlı sənədi, o cümlədən digər kredit müqaviləsini məhkəməyə təqdim etməmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi sübutetmə qaydalarını (MPM-in 77.1 və 106.1-ci maddələri) pozaraq onun izahatını mötəbər sübut kimi qiymətləndirmişdir.
23. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozaraq, öz qətnaməsində Azərbaycan Respublikasının Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanması portalından (pk.cbar.az) çıxarılmış məlumata (bax, yuxarıda 4-cü paraqrafa) ümumiyyətlə istinad etməmiş və qiymət verməmiş, o cümlədən iş apellyasiya icraatında olarkən sözügedən məlumatların dəqiqləşdirilməsi prosesinin başa çatıb-çatmamasını, eləcə də bu portalın fəaliyyətinə məsul olan müvafiq d övlət qurumuna iddiaçı tərəfindən mübahisə predmeti olan müqavilənin təqdim edilib-edilməməsini aydınlaşdırmamışdır.
24. Məhkəmə qərarında öz qənaətini MPM-in 77.1, 88, 106.1, 217, 416-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (sədrlik edən və məruzəçi X9, hakimlər X6 və X7) 2023-cü il 12 iyun tarixli e-2-2(103)-140/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “1100,80 manat (bir min yüz manat səksən qəpik) məbləğində faiz borcunun cavabdehdən tutulması” hissəsində ləğv olunmuş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 10.319,57 manat (on min üç yüz on doqquz manat, əlli yeddi qəpik) əsas borc, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində xərc və iş üzrə ödənilmiş 31.20 manat (otuz bir manat iyirmi qəpik) dövlət rüsumu məbləğinin tutulması hissəsində əsaslı olsa da, 1.100,80 manat (bir min yüz manat səksən qəpik) faiz borcunun tutulması hissəsində əsaslı olmamışdır.
27. Məhkəmənin mövqeyinə görə, cavabdeh işdə olan ödəniş qəbzlərinin digər kredit müqaviləsi üzrə ödənişlərə aid olmasını bildirsə də, istinad etdiyi kredit müqaviləsini, bununla da öz dəlillərini əsaslandırmaq üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Mübahisənin predmeti olman kredit müqaviləsinin faktiki təqdim edilməməsinə baxmayaraq, işin faktiki halları (edilmiş ödənişlər və s.) müqavilənin mövcud olmasına dəlalət etmiş, lakin müqavilənin özü və şərtləri məhkəməyə birbaşa təqdim edilmədiyindən, hansı faiz məbləği əsasında borcun hesablanması konkret olaraq məlum deyildir. Belə olan halda, hər hansı dəlil olmadan iddiaçı tərəfindən irəli sürülən faiz məbləğinə dair cavabdehdən pul tutulması əsassızdır.
28. Məhkəmə qətnaməsi MM-in 373.2, 373.3, 405.2, 409.4, 425.1, 431.1, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 448.4, 449.1, 460.1, 462.1, 462.3, 739.1, 739.2-ci, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır.
29. Qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin tam ləğv olunması, işin yenidən baxılması üçün a pellyasiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
30. Kassator MM-in 324.4, 324.6, 385.1, 386.1, 389.1, 405.1, 739.1, 739.2 və 740cı maddələri tələblərinin pozulmasını bildirərək, qeyd etmişdir ki, iş üzrə iddia tələbinin əsasını təşkil edən hal tərəflər arasında müqavilənin bağlanması olmuş, lakin məhkəməyə bu halı sübut edən heç bir mötəbər sənəd təqdim edilməmişdir.
31. Bundan əlavə, kassator MPM-in 77.1-ci maddəsinin tələbləri pozulmasını bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin dəlillərinin formal mülahizələrə əsaslandığını bildirmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜY Ü, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Cavabdeh kassasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, kassasiya şikayətinin dəlilləri qətnamənin iddianın təmin edilən hissələri (əsas borc, mediasiya xərci və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulması) ilə bağlı olduğundan məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissələrdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
36. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....”
37. MPM-in müvaf iq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2. Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.” “Maddə 418-1. Kasasiya instansiyası mə hkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi 418-1.1. Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 418.6-cı maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadının əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.... 418-1.3. Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübah isəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. 418-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar....” 38. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun (10 iyun 1997-ci il, № 310-İQ) müvafiq maddəsində aşağıdakılar nəzərdə tutulur: “Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hazırki iş üzrə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin olunmamalıdır.
40. İlk növbədə qeyd edilməlidir, Ali Məhkəmədə oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit m üqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir (Ali Məhkəmənin 2(102)-1113/2021, 2(102)-2906/2021, 2-2(102)-239/2021, 2-2(102)-402/2022 və 2(102)-546/2023 nömrəli işlər üzrə qərarları).
41. Bununla da, “Məhkəmələr və hakimlər haq qında” Azərbaycan Respublikasının Qanununun 79-1-ci maddəsinin ikinci hissəsinin müddəalarına görə, hazırkı işə oxşar işlər üzrə vahid məhkəmə təcrübəsi formalaşmış hesab edilməlidir (bax, yuxarıda 38-ci paraqrafa).
42. İşə apellyasiya icraatı qaydasında birinci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası qeyd edilən mövqedən çıxış edərək, iddianı rədd etmişdir.
43. İşə kassasiya icraatı qaydasında birinci dəfə baxmış Ali Məhkəmənin Kommersiya Kollegiyası fərqli mövqe ifadə edərək, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərmişdir.
44. Bununla belə, Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qərar qəbul edilməsi üçün MPM-in 418-1-ci maddəsində müəyyən edilmiş qaydaya müraciət etmək zəruri deyil, çünki işə kassasiya icraatı qaydasında b irinci dəfə baxmış məhkəmə tərkibinin qəbul etdiyi qərar vahid məhkəmə təcrübəsinin dəyişməsinə gətirib çıxarmamışdır (bax, yuxarıda 40-cı paraqrafa).
45. Belə olan halda, Məhkəmə kollegiyası formalaşmış vahid məhkəmə təcrübəsinə uyğun qərar qəbul edilməsini məntiqi və məqsədəuyğun hesab edir.
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Qeyd edilən prinsip universal olaraq hazırkı iş üzrə araşdırma qaydasına tətbiq olunmalıdır.
47. Məhkəmə kollegiyası Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinə uyğun formalaşmış hüquqi mövqeyi xatırladaraq qeyd edir ki, hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəd olduğundan, həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi kredit müqaviləsinə istinad edilmədiyindən, iddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
48. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
49. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
50. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sübut et mək vəzifəsinə uyğun olaraq, iddiaçı kredit müqaviləsini, o cümlədən 15.000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutları işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
51. Həmçinin cavabdeh də bildirmişdir ki, onunla belə bir kredit müqaviləsi bağlanılmamış, göstərilən məbləğdə pul verilməmiş və kassa mədaxil orderləri digər kredit müqaviləsi üzrə ödənişlərə aiddir.
52. İddiaçı öz dəlillərini əsaslandırmaq üçün sübutları təqdim edə bilmədiyi halda, cavabdeh üzərində əks dəlilləri əsaslandırmaq üçün sübut təqdim etmək öhdəliyinin müəyyən edilməsi, ilk növbədə, tərəflərin bərabərliyi prinsipinə, ümumiyyətlə MPM-də əks etdirilmiş ədalət mühakiməsinin prinsiplərinə sığışmır.
53. Bu baxımdan, tərəflər arasında MM-in 739.1 və 739.2-ci maddələrinin tələblərinə uyğun kredit müqaviləsinin bağlanılması və cavabdehə həmin kredit müqaviləsi üzrə borcun verilməsi sübut olunmadığına görə tərəflər arasında MM-in 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır.
54. MPM-in 417.1 və 417.1.4-cü maddələrinin tələblərinə görə, kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
55. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, prosessual pozuntuya yol verilmiş, düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir.
56. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.
57. Məhkəmə kollegiyası iddia tələbinin məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, iddia tələbi rədd edildiyindən həmin hissədə də iddia tələbi rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
58. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-140/2023 nömrəli iş üzrə 2023-cü il 12 iyun tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclə ri iddiaçının özünə aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.