Məhkəmə qərarları › İş №2-2(102)-576/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-576/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-576/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 aprel tarixli, 22(103)-343/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ 1. "xxxx" ASC və Cavabdeh MMC arasında 2009-cu il 9 iyun tarixli “Cari hesab haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti Bank tərəfindən Müştərinin adına həm milli, həm də xarici valyutalarda cari hesabın/hesabların açılmasından və cavabdehin tapşırığı ilə bank əməliyyatlarının aparılmasından ibarətdir.

2. Cavabdeh MMC 2014-cü il 25 fevral tarixində akkreditivin açılması üçün ərizə ilə banka müraciət edərək, benefisiar “X6 Co LLC” şirkətinin xeyrinə qüvvədə olma müddəti 2016-cı il 25 fevral tarixinədək olan 1.600.000 ABŞ dolları məbləğində akkreditiv açılmasını xahiş etmiş, bu məqsədlə "xxxx" ASC və Cavabdeh MMC arasında 2014-cü il 4 mart tarixli, 584/1 nömrəli Kredit sazişi bağlanmışdır. 3. 2014-cü il 4 mart tarixli, 584/1 nömrəli Kredi t sazişinin 3.1-ci bəndinə əsasən, borc alan cavabdeh hesabındakı vəsait təcrid edilmədən, “X6 Co LLC” şirkəti ilə imzalanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə 1.600.000 ABŞ dolları məbləğdə geri çağırılmayan, təsdiqlənmiş akkreditiv açır. Borc alan kredit xətti çərçivəsində ayrılan vəsaitlərdən istifadə etmək məqsədilə Banka Akkreditivin açılması üçün ərizə təqdim edir (sazişin 3.2-ci bəndi). Sazişin 3.3-cü bəndinə əsasən, borc alan akkreditiv üzrə ödəniş olduğu halda ödənilən vəsait məbləği qədər öz hesablaşma hesabında həmin vəsaitin təmin olunmasını öhdəsinə götürür. Borc alanın hesabında vəsait olmadığı halda akkreditiv üzrə ödəniş borc alanın Beynəlxalq Bankdakı ssuda hesabından debetə yazılmaqla həyata keçirilir və borc alanın Bank qarşısında ssuda borcu yaranı r (sazişin 3.4-cü bəndi). Borc alanın hesabında vəsait olmaması nəticəsində akkreditiv üzrə yaranan ssuda borcunu istifadə tarixindən 3 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür (sazişin 4.1-ci bəndi). Akkreditivin açılması üçün ərizənin tərəflərin səlahiyyətli şəxslərinin imzaları və möhürlərindən sonra gələn aşağı hissəsində 2014-cü il 4 mart tarixli, yəni 584/1 nömrəli Kredit sazişinin tarixi qeyd olunmuşdur. Akkreditiv 111İLC********** referensli kredit hesabına açılmışdır.

4. Cavabdeh MMC 2014-cü il 4 iyun tarixində Akkreditivin açılması üçün ərizə ilə banka müraciət edərək, benefisiar “G.C.S.P.A Peiner System” şirkətinin xeyrinə qüvvədə olma müddəti 2014-cü il 4 oktyabr tarixinədək olan 1.734.000 Avro məbləğdə akkreditiv açılmasını xahiş etmiş, bu məqsədlə "xxxx" ASC və Cavabdeh MMC arasında 2014-cü il 9 iyun tarixli, 615/1 nömrəli Kredit sazişi bağlanmışdır. 5. 2014-cü il 9 iyun tarixli, 615/1 nömrəli Kredit sazişinin 3.1-ci bəndinə əsasən, borc alan cavabdeh hesabındakı vəsait təcrid edilmədən, “G.C.S.P.A Peiner System” şirkəti ilə imzalanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə 1.734.000 Avro məbləğdə geri çağırılmayan, təsdiqlənmiş akkreditiv açır. Kredit sazişinin 3.2-ci bəndinə əsasən Borc alan kredit xətti çərçivəsində ayrılan vəsaitlərdən istifadə etmək məqsədilə Banka Akkreditivin açılması üçün ərizə təqdim edir (sazişin 3.2-ci bəndi). Kredit sazişinin 3.3-cü bəndinə əsasən, Borc alan akkreditiv üzrə ödəniş olduğu halda ödənilən vəsait məbləği qədər öz hesablaşma hesabında həmin vəsaitin təmin olunmasını öhdəsinə götürür. B orc alanın hesabında vəsait olmadığı halda akkreditiv üzrə ödəniş borc alanın Beynəlxalq Bankdakı ssuda hesabından debetə yazılmaqla həyata keçirilir və borc alanın Bank qarşısında ssuda borcu yaranır (sazişin 3.4-cü bəndi). Borc alanın hesabında vəsait olmaması nəticəsində akkreditiv üzrə yaranan ssuda borcunu istifadə tarixindən 3 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür (sazişin 4.1-ci bəndi). Akkreditivin açılması üçün ərizənin tərəflərin səlahiyyətli şəxslərinin imzaları və möhürlərindən sonra gələn aşağı hissəsində 2014-cü il 9 iyun tarixli, yəni 615/1 nömrəli Kredit sazişinin tarixi qeyd olunmuşdur. Akkreditiv 111İLC********** referensli kredit hesabına açılmışdır.

6. Cavabdeh MMC 2015-ci il 12 mart tarixində Akkreditivin açılması üçün ərizə ilə banka müraciət ed ərək, benefisiar “X5. ve Tic. A.Ş.” şirkətinin xeyrinə qüvvədə olma müddəti 2016-cı il 5 mart tarixinədək olan 10.000.000 Avro məbləğdə akkreditiv açılmasını xahiş etmiş, bu məqsədlə "xxxx" ASC və Cavabdeh MMC arasında 2015-ci il 13 mart tarixli, 686/2 nömrəli Kredit sazişi bağlanmışdır. 7. 2015-ci il 13 mart tarixli, 686/2 nömrəli Kredit sazişinin 4.1-ci bəndinə əsasən, borc alan cavabdehin hesabındakı vəsait təcrid edilmədən, “X5. ve Tic. A.Ş.” şirkəti ilə bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə 10.000.000 Avro məbləğdə birbaşa maliyyələşdirmə vasitəsilə istifadəni nəzərdə tutan kredit xətti açır. Borc alan kredit xətti çərçivəsində ayrılan vəsaitlərdən akkreditiv vasitəsilə istifadə etdikdə Banka Akkreditivin açılması üçün ərizə təqdim edir (sazişin 4.2-ci bənd i). Kredit sazişinin 4.4-cü bəndinə əsasən Kredit vəsaitindən istifadə müddəti 36 aydır. Akkreditivin açılması üçün ərizənin tərəflərin səlahiyyətli şəxslərinin imzaları və möhürlərindən sonra gələn aşağı hissəsində 2015-ci il 13 mart tarixli, yəni 686/2 nömrəli Kredit sazişinin tarixi qeyd olunmuş, kredit sazişinin 5.1-ci bəndinə əsasən borcalan akkreditiv açıldığı tarixdən etibarən akkreditiv tam ödənildiyi tarixədək akkreditivin istifadə olunmamış balansına illik 3 faiz hesabı ilə hesablanmış komissiyanı Banka ödəməyi öhdəsinə götürür. Akkreditiv 111İLC********** referensli kredit hesabına açılmışdır. 8. “Bankın müxbir hesablarından tutulmuş, müştəri tərəfindən ödənilməmiş qalan xarici bankların komisyon haqlarına dair məlumat”a əsasən, müxtəlif referensli, o cümlədən 111İLC**********, 111İLC********** və 111İLC********** referensli akkreditivlər üzrə "xxxx" ASC tərəfindən xarici banklara cəmi 982.819,97 Avro və 430.148,09 ABŞ dolları məbləğdə və Cavabdeh MMC-yə aid birincisi 2015-ci il 24 avqust tarixində (3.924,38 Avro və 1.414 ABŞ dolları), sonuncusu 2017-ci il 13 mart tarixində (1.095,90 Avro) olmaqla, ödənişlər edilmişdir. Həmin ödənişlərdən yalnız 569.221,46 Avro və 40.606,36 ABŞ dolları hissəsi 111İLC**********, 111İLC********** və 111İLC********** referensli akkreditivlərə aiddir, baxmayaraq ki, iddia ilə 623.861,70 Avro və 40.606,36 ABŞ dollarının ödənilməsi tələb olunmuşdur. 9. "xxxx" ASC tərəfindən "xxxx" QSC BOKT-a 2018-ci il 6 noyabr tarixli, 01/8973 nömrəli məktub ünvanlanaraq, "xxxx" ASC-dən tutulmuş xarici bankların komisyon haqlarının "xxxx" QSC-yə ötürü lməsi məsələsinə baxılması xahiş edilmiş, məktubda kredit tələblərinin "xxxx" QSC BOKT-a ötürülməsi ilə əlaqədar komisyon haqlarının müştəridən alınmasının mümkün olmadığı göstərilmişdir. 10. "xxxx" QSC BOKT tərəfindən "xxxx" ASC-nin 2018-ci il 6 noyabr tarixli məktubuna cavab olaraq göndərilmiş 2018-ci il 23 noyabr tarixli, 1-8/3388 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" ASC-nin balansından "xxxx" QSC-nin idarəetməsinə verilməsi məqsədəmüvafiq hesab edilmiş "xxxx" ASC-nin problemli aktivlərinin siyahısında qeyd olunan komisyon haqları üzrə tələblərin "xxxx" QSC-yə ötürülməsi nəzərdə tutulmamışdır. 11. "xxxx" ASC 2021-ci il 24 may tarixli, 04-6348/2021 nömrəli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək 623.861,70 Avro və 40.606,36 ABŞ dolları məbləğində pulun 7 gün müddəti ndə ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2021-ci il 14 iyun tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə ümumilikdə 623.861,70 Avro və 40.606,36 ABŞ dolları məbləğdə pul vəsaitlərinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən, tələbin icra tarixinədək göstərilən pul məbləğlərinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla müvafiq vəsaitlərin və 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2009-cu il 9 iyun tarixli cari hesab haqqında müqavilə bağlanılmış, müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehin adına həm milli, həm də xarici valyutalarda cari hesabın açılması, cavabdehin tapşırığı ilə bank əməliyyatlarının aparılması nəzərdə tutulmuşdur. Cavabdeh 2014-cü il 25 fevral tarixində akkreditivin açılması üçün ərizə ilə iddiaçıya müraciət edərək, benefisiar “X7 Co” LLC-nin xeyrinə 1.600.000 ABŞ dolları məbləğdə 2016-cı il 25 fevral tarixinədək qüvvədə olma müddəti olan akkreditiv açılmasını xahiş etmiş, akkreditiv (111İLC********** referensli) kredit hesabına açılmışdır. Cavabdeh 2014-cü il 4 iyun tarixində akkreditivin açılması üçün ərizə ilə iddiaçıya müraciət edərək, benefisiar “G.C.S.P.S Peiner System” ş irkətinin xeyrinə 1.734.000 Avro məbləğdə 2014-cü il 4 oktyabr tarixinədək qüvvədə olma müddəti olan akkreditiv açılmasını xahiş etmiş, akkreditiv (111İLC********** referensli) kredit hesabına açılmışdır. Cavabdeh 2015-ci il 12 mart tarixində akkreditivin açılması üçün ərizə ilə iddiaçıya müraciət edərək, benefisiar “X5. ve Tic. A.Ş” şirkətinin xeyrinə 10.000.000 Avro məbləğdə 2016-cı il 5 mart tarixinədək qüvvədə olma müddəti olan akkreditiv açılmasını xahiş etmiş, akkreditiv (111İLC********** referensli) kredit hesabına açılmışdır. İddiaçının İdarə Heyətinin “Bankın müxbir hesabları üzrə keçən sənədli əməliyyatların uçotunun tənzimlənməsi üzrə tədbirlərin görülməsi haqqında” 2017-ci il 13 iyul tarixli, 269 nömrəli qərarına əsasən, sənədli əməliyyatların aparılması zamanı müştərilərin adı ndan akkreditiv və qarantiyalar üzrə ödənişlər həyata keçirildikdə, xarici kontragentlərin qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsi və eyni zamanda həmin əməliyyatların bankın müxbir hesablarında düzgün uçotunun aparılmasının təmin edilməsi məqsədilə bank tərəfindən açılmış və qüvvədə olan, eyni zamanda gələcəkdə açılacaq bütün akkreditiv və qarantiya əməliyyatlarının yalnız bu məqsəd üçün nəzərdə tutulmuş MXS-lərə aid xüsusi aralıq hesabları vasitəsilə aparılması qərara alınmışdır. Eyni zamanda, qərarda akkreditivlərə görə müxbir hesablardan tutulmuş və bankın korporativ müştəriləri tərəfindən ödənilməmiş xarici bankların komisyon haqları barədə məlumatlar qeyd edilmişdir. Beləliklə, cavabdehin sifarişi əsasında açılmış akkreditivlər üzrə xarici banklara iddiaçı tərəfindən ödən ilmiş komisyon haqlar müştəri tərəfindən həmin banka ödənilməmişdir. 111İLC**********5, 111İLC********** və 111İLC********** referensli akkreditivlər üzrə iddiaçı tərəfindən ödənilmiş komisyon haqlar ümumilikdə 623.861,70 Avro və 40.606,36 ABŞ dolları təşkil edir.

14. İddia tələbinin maddi hüquqi əsası kimi MM-in 445.7, 980-ci maddələrinə istinad olunmuşdur.

15. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

16. Cavabdeh “İddia müddətinin tətbiqinə dair” ərizə təqdim etməklə, iddia ərizəsi üzrə iddia müddətinin ötürüldüyü nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü il 25 fevral tarixli və 2016-cı il 25 fevral tarixinədək qüvvədə olma müddəti olan “X6 Co LLC”-nin xeyrinə açılmış akkreditiv kredit müqaviləsi, 2014-cü il 4 iyun tarixli və 2014-cı il 4 oktyabr tarixinədək qüvvədə olma müddəti olan “G.C.S.P.A Peiner System” şirkətinin xeyrinə açılmış akkreditiv kredit müqaviləsi və 2015-ci il 12 mart tarixli və 2016-cı il 5 mart tarixinədək qüvvədə olma müddəti olan “X5. ve Tic. A.Ş.” şirkətinin xeyrinə açılmış akkreditiv kredit müqaviləsi üzrə 623.861,70 avro və 40.606,36 ABŞ dolları komissiya ödənildiyini qeyd edərək, göstərilən vəsait üzrə tələbin icra tarixinədək illik 5% hesablanmaqla müvafiq vəsaitin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Lakin iddia ərizəsində qeyd edilən tarixlərə istinad edərkən məlum olur ki, qeyd edilən müddətlər nəzərə alındıqda iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür.

18. Bakı Komme rsiya Məhkəməsinin 2021-ci il 24 sentyabr tarixli, e-2-2(113)3158/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 623.861,70 avro, 40.606,36 ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim – Z.Axundova).

19. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilənlərə əsasən, cavabdeh ərizə ilə iddiaçıya müraciət edərək Beynəlxalq Ticarət Palatasının sənədli akkreditivlər üçün unifikasiya edilmiş qayda və adətlərinin subyekti olan akkreditiv açılmasını xahiş etmişdir. İddiaçı tərəfindən akkreditivlər açılmış və həmin akkreditivlər üzrə iddiaçı tərəfindən xarici banklara ödənişlər edilmişdir (sonuncu ödəniş 2017-ci ildə). İddiaçı " xxxx" QSC-yə müraciət edərək tutulmuş xarici bankların komisyon haqlarının "xxxx" QSC-yə ötürülməsi məsələsinə baxılmasını xahiş etsə də, sonuncu problemli aktivlərinin siyahısında qeyd olunan komisyon haqları üzrə tələblərin ötürülməsi nəzərdə tutulmadığından bundan imtina etmişdir. Daha sonra iddiaçı tərəfindən həmin ödənişlərin ödənilməsi ilə bağlı 2021-ci il 24 may tarixli, 04-6348/2021 nömrəli pretenziya məktubu cavabdehə göndərilsə də, sonuncu tərəfindən hər hansı bir ödəniş edilməmişdir.

20. Məhkəmə iddia tələbinin MM-in 445.7-ci maddəsinə əsasən, tələbin icra tarixinədək göstərilən pul məbləğlərinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 faiz hesablanmaqla müvafiq vəsaitlərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə gö rə pulun cavabdehdən tutulmasını tələb etsə də, əsas məbləğin hansı müddət ərzində gecikdirilməsi, həmin pulun hansı məbləğdə olması, hesablanma qaydası və s. digər halları əsaslandırmamış, cavabdehə qarşı qeyrimüəyyən formada tələb irəli sürmüşdür. Ona görə iddia tələbi həmin hissədə əsassız olmaqla təmin edilməməlidir.

21. Cavabdehin nümayəndəsi hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermiş, məhkəmə isə iddia müddəti ötürülmədiyini hesab etmişdir.

22. Məhkəmə gəldiyi nəticəni MM-in 551.1, 551.2.1, 977.1, 979.1, 979.2, 979.3, 980.1, 980.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyas iya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 aprel tarixli, 2-2(103)-343/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddiaçının cavabdehə qarşı cavabdehdən onun xeyrinə ümumilikdə 623.861,70 Avro və 40.606,36 ABŞ dolları məbləğində pul vəsaitlərinin, MM-in 445.7-ci maddəsinə əsasən tələbin icra tarixinədək göstərilən pul məbləğlərinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla müvafiq vəsaitlərin tutulması tələblərinə dair iddiası təmin edilməmişdir (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – V.Baxışova və R.Qurbanov)

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin iş üzrə tələbetmə hüququnun iddiaçıya deyil, "xxxx" QSC-yə məxsus olması barədə dəlili ilə razılaşmır. "xxxx" QSC-nin iddiaçıya ünvanlanan 2018-ci il 23 noyabr tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının balansından "xxxx" QSC-nin idarəetməsinə verilməsi məqsədə müvafiq hesab edilmiş, iddiaçının problemli aktivlərinin siyahısında qeyd olunan komisyon haqları üzrə tələblərin ötürülməsi nəzərdə tutulmamış, iddiaçı hazırkı iddianın qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olmuşdur.

26. Şikayətin iddia müddətinin keçməsinə dair dəlili barədə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə iş üzrə iddia müddətinin ötürülmədiyini bildirsə də, bu qənaətini faktiki cəhətdən əsaslandırmamış, gəldiyi nəticənin qanuni əsası kimi isə maddi hü quq normalarının tətbiqində səhvə yol verərək, MM-in 551ci maddəsinə istinad etmişdir.

27. İddianın mahiyyəti üzrə əsaslı olub-olmaması məsələsinə gəldikdə, bu məqsədlə tərəflər arasında mübahisəli məqam kimi əvvəlcə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilməlidir. Cavabdeh müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin iddiaçı tərəfindən buraxıldığını, iddiaçı isə tərəflər arasında müqavilə hüquq münasibətləri yaranmadığı üçün işə 10 illik ümumi iddia müddətinin tətbiq edilməli olduğunu bildirmişdir. İddiaçının mülahizəsinə görə, ödənilməsi cavabdehdən tələb edilən komisyon haqları hər hansı müqavilədən deyil, akkreditivin açılması üçün ərizədən irəli gəlmişdir. İddiaçının qeyd olunan arqumentinə hüquqi qiymət verilməsi üçün iş üzrə “cavabdehin hazırkı iddia ilə yerinə yetirilməsi ondan tələb olunan komisyon haqlarını ödəmək öhdəliyi yaranmışdırmı?”, “bu öhdəlik müqaviləyə əsasən əmələ gəlmişdirmi?” və “iş üzrə iddia müddəti keçmişdirmi?” suallarına cavab verilməlidir.

28. Birinci sualla bağlı, MM-in 385.1, 980.2-ci maddələrinə əsasən, cavabdehin iş üzrə yerinə yetirilməsi ondan tələb olunan komisyon haqlarını ödəmək öhdəliyi yaranmış, cavabdeh də bu öhdəliyinin yarandığını mübahisə etməmişdir.

29. İkinci sualla bağlı, iddiaçının yerinə yetirilməsini cavabdehdən tələb etdiyi komisyon haqlarını ödəmək öhdəliyinin sonuncunun iddiaçıya vurduğu zərərlə yaxud onun iddiaçının hesabına əsassız varlanması ilə əlaqədar olmaması işin mübahisəsiz halıdır, bu öhdəliyin MM-də nəzərdə tutulan digər əsaslardan yarandığı məhkəmə tərəfindən müəyyən edilmir, iddiaç ı da bu əsasların mövcudluğuna istinad etmir. Odur ki, əgər hansısa öhdəlik yaranmışdırsa və bu öhdəliyin yaranma əsasları zərər vurulması, əsassız varlanma və MM-də nəzərdə tutulmuş digər əsaslar deyilsə, o halda sözügedən öhdəlik müqavilədən əmələ gəlmişdir. Bu baxımdan, akkreditivin açılması üçün bankla müştəri arasında hər bir halda bank hesabı müqaviləsi mövcud olmalıdır ki, belə bir müqavilə iddiaçı ilə cavabdeh arasında 2009-cu il 9 iyun tarixində bağlanmışdır. Məhz həmin bank hesabı müqaviləsinə görə iddiaçı cavabdehin adına açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştəri kimi onun sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürmüş və hazırkı k azusda da belə olmuşdur. Məsələnin müzakirə doğuran yanı isə ondan ibarət olmuşdur ki, qeyd olunan bank hesabı müqaviləsinə görə açılmış hesabda kifayət qədər vəsait olduqda akkreditiv həmin hesabda olan pul məbləği, olmadıqda isə bankın müştəriyə bu məqsədlə ayırdığı kredit hesabına açılır ki, baxılan işdə də ikinci hal baş vermişdir. Göründüyü kimi, hər iki halda tərəflər arasında bank hesabı müqaviləsinin mövcud olması zəruridir və həmin şərtə iş üzrə əməl olunur. İşdə olan kredit sazişlərindən də müəyyən olunmuşdur ki, hər üç kredit müqaviləsi sırf cavabdehə mübahisəli üç akkreditivin açılması məqsədilə bağlanmış, kredit xətti çərçivəsində ayrılan vəsaitlərdən istifadə etmək məqsədilə cavabdehin iddiaçıya akkreditivin açılması üçün ərizə ilə müraciət etməli olması bilavasitə həmin müqa vilələrdə təsbit olunmuş, başqa sözlə, iddiaçının istinad etdiyi akkreditivin açılması üçün ərizələr kredit sazişlərində nəzərdə tutulmuş, ərizələr kredit sazişləri bağlandıqdan sonra icra olunaraq, akkreditivlər də üç müxtəlif referensli kredit hesabına açılmışdır. Digər tərəfdən, iddiaçı yerinə yetirilməsini cavabdehdən tələb etdiyi komisyon haqlarını ödəmək öhdəliyinin müqavilədən qaynaqlanmadığını irəli sürməsinə baxmayaraq, "xxxx" QSC BOKT-a ünvanladığı 2018-ci il 6 noyabr tarixli məktubda onun özü komisyon haqlarını məhz kredit tələbləri kimi xarakterizə etmişdir. Həmçinin MM-in akkreditivi tənzimləyən normalarında dəfələrlə “akkreditivin şərtləri” sözlərindən istifadə edilir, şərtlər isə hər hansı məsələ ilə bağlı hüquq münasibətinə girən tərəflər arasında razılaşma, razılaşdırma, q arşılıqlı iradələrin ifadəsi, yəni müqavilə olduqda mövcud olur.

30. Bu kontekstdə, iş üzrə üçüncü sual pozitiv cavablandırılmalıdır. İddiaçı tərəfindən məhkəməyə mübahisəli komisyon haqlarının icraçı banklara ödənilməsi barədə ödəniş yaxud pulun hesabından silinməsi barədə sənədlər təqdim olunmasa da, onun bununla bağlı birinci instansiya məhkəməsinə təqdim etdiyi swift sənədlərində əks olunan məbləğlərin iddiaçıdan tutulduğu fərz olunan halda, sonuncunun tərtib etdiyi “Bankın müxbir hesablarından tutulmuş, müştəri tərəfindən ödənilməmiş qalan xarici bankların komisyon haqlarına dair məlumat”da göstərilmişdir ki, mübahisəli akkreditivlər üzrə xarici banklara sonuncu dəfə 2017-ci il 13 mart tarixində ödəniş edilmişdir. Kredit sazişləri və akkreditivin açılması üçün ərizələr komisyon haqlar ının ödənilməsi ilə bağlı hər hansı şərt və müddət ehtiva etmədiyindən, iddiaçı həmin öhdəliyin icrasını dərhal, yəni komisyon haqlarının iddiaçının müxbir hesablarından tutulduğu tarixdən tələb etmək hüququna malik idi (MM-in 427.2-ci maddəsi). Həmçinin, akkreditivlər açıldıqdan sonra cavabdehin icraçı banklar tərəfindən tutulan komisyon haqlarının akkreditivin icrası ilə əlaqədar emitent bankın bütün xərclərinin əvəzi olaraq iddiaçıya ödəmək öhdəliyi o şərtlə yaranmış olur ki, həmin akkreditivlər üzrə komisyon haqları iddiaçı tərəfindən icraçı banklara ödənilmiş olsun, başqa sözlə, cavabdehin bu öhdəliyinin icrası müddəti qeyd olunan şərtin baş verməsindən asılı olduğu üçün öhdəlik də həmin şərtin baş verdiyi gündən icra edilməli idi (MM-in 427.5-ci maddəsi). Eləcə də, iddiaçı bank xid mətlərinin haqqını hər bir ödəniş başa çatdıqdan sonra cavabdehin hesabındakı pul vəsaitindən tutmaq, yəni həmin məbləğləri ondan tələb etmək hüququna malik idi (MM-in 961.2-ci maddəsi). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır (MM-in 377.3-cü maddəsi). Bu təhlillər o nəticəyə gəlməyə əsas vermişdir ki, müqavilə tələblərindən irəli gələn öhdəliyin icrası ilə bağlı üç illik iddia müddəti, hər bir ödənişə münasibətdə ayrı nəzərə alınmaqla, iddiaçının onları ödədiyi yaxud ondan tutulduğu (güman olunan) tarixdən, yəni “Bankın müxbir hesablarından tutulmuş, müştəri tərəfindən ödənilməmiş qalan xarici bankların komisyon haql arına dair məlumat”da əks olunan ödəniş tarixlərindən başlamışdır. Bu isə iddia ərizəsinin birinci instansiya məhkəməsinə təqdim edildiyi 2021-ci il 14 iyun tarixini əsas götürülməklə, qanunla müəyyən edilən üç illik müddətin ötürülməsi deməkdir. Qeyd olunan məlumatda əks olunan ödəniş tarixlərindən hesablanmaqla üç illik iddia müddətinin hətta kredit sazişlərinə şamil olunmasının mümkünlüyü qəbul edilsə belə, sazişlərdə kreditin qaytarılması yaxud kredit vəsaitindən istifadə müddəti kimi qeyd olunan üç aylıq və üç illik müddətlər də iddia qaldırılan tarixdə artıq ötmüş olmuşdur.

31. İddiaçının apellyasiya şikayətinə etirazında banklar tərəfindən buraxılan akkreditivlərə tətbiq edilməsi üçün istinad etdiyi X1 (İnternational Chamber of Commerce) tərəfindən təsdiq edilən “Sənədli akkreditivl ərin tətbiqi və ümumi qaydaları” (Uniform Customs and Practice for Documentary Credits - UCP 600) məcburi hüquqi qüvvəyə malik olmadığı, könüllü və tövsiyə xarakteri daşıdığı, o cümlədən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.1-ci maddəsində sadalanan hüquqi aktlara aid olmadığı üçün mübahisəyə tətbiq oluna bilməz.

32. Məhkəmə kollegiyası iddiaçının apellyasiya instansiyasında təqdim etdiyi sənədləri, MPM-in 372.2-ci maddəsinin tələbinə əsasən qəbul etməmişdir. Bundan əlavə, öhdəliklərin könüllü restrukturizasiyası və bu prosesə tətbiq edilən moratorium iddiaçının öhdəlikləri barədədir, hazırkı mübahisə isə iddiaçının öhdəlikləri ilə deyil, hüquqları ilə bağlıdır.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 372.1, 372.2, 373.1, 373.2, 375.1, 375.2, 377.1, 377.3, 385.1, 386.1, 390.1, 427.2, 427.5, 442, 448.1, 448.2, 954.1, 960.1, 961.1, 961.2, 977.1, 980.2, 1091.1, 1091.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarına, MPM-in 13.1, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 10 may tarixində iddiaçı və cavabdehə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

35. İddiaçı həmin qətnamədən 2022-ci il 8 iyul tarixində kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

36. MM-in 373.2, 377.3, 379.1.3, 551, 977.1 və 980.2-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində apellyasiya şikayətində qeyd edilən üç əsasdan ikisinin (subyektiv hüququn olmaması, komisyon haqların ödənilməməsi) mübahisə predmeti daşımadığına dair (məhkəmə bu hissədə Bankın maraqları kontekstində çıxış edir) münasibət bildirsə də, bir hissədə (iddia müddətinin ötürüldüyünə dair) apellyatorla eyni fikirdə olduğunu qeyd etmişdir. Məhkəmənin bu hissədə səhv nəticəyə gəldiyini hesab edən iddiaçı bununla ba ğlı aşağıdakıları qeyd etmişdir.

37. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə (bax yuxarıda §26.) istinad edərək hesab etmişdir ki, məhkəmə kollegiyasının müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiqinə dair MPM-in 373.2-ci maddəsinə istinad etməsi yanlış tətbiq olmuşdur. Cavabdeh ərizə ilə iddiaçıya müraciət edərək Beynəlxalq Ticarət Palatasının sənədli akkreditivlər üçün unifikasiya edilmiş qayda və adətlərinin subyekti olan akkreditiv açılmasını xahiş etmiş, iddiaçı tərəfindən akkreditivlər açılmış və həmin akkreditivlər üzrə iddiaçı tərəfindən xarici banklara ödənişlər edilmişdir. İddiaçı kredit hesabına açılmış akkreditiv üzrə tələb hüququnun keçdiyi "xxxx" QSC-yə müraciət edərək tutulmuş xarici bankların komisyon haqlarının "xxxx" QSC-yə ötürülməsi məsələs inə baxılmasını xahiş etsə də, sonuncu tərəfindən problemli aktivlərinin siyahısında qeyd olunan komisyon haqları üzrə tələblərin ötürülməsi nəzərdə tutulmadığından bundan imtina edilmişdir. Daha sonra bank tərəfindən həmin ödənişlərin ödənilməsi ilə bağlı 2021-ci il 24 may tarixli, 046348/2021 nömrəli pretenziya məktubu cavabdehə göndərilsə də, cavabdeh tərəfindən vəsaitlə bağlı heç bir ödəniş edilməmişdir.

38. MM-in 977.1, 980.2-ci maddələrindən göründüyü kimi, cavabdehin akkreditivin açılması barədə ərizələri üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin bank qarşısında borcunun yarandığını və iddiaçının isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq, cavabdehdən qeyd olunan vəsaitin geri q aytarılması ilə bağlı tələb hüququ müqavilə üzrə öhdəliklərdən deyil, bank tərəfindən edilmiş icra hərəkətlərindən irəli gələn tələb etmə hüququ üzrə MM-in 551-ci maddəsinin təsiri altına düşdüyündən apellyasiya instansiyası məhkəməsi həmin maddənin deyil, 3 illik iddia müddətinin tətbiqinə dair MM-in 373.2-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır.

39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia müddətinin tətbiqinə dair hissədə əsaslı olub-olmaması məsələsinə gəldikdə isə bu məqsədlə tərəflər arasında mübahisəli məqam olaraq əvvəlcə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilməlidir. Sözügedən münasibətlərə 3 illik iddia müddəti tətbiq edilməli olsa belə, məhkəmə həmin 3 ili düzgün hesablamamış və MM-in 379.1.3-ci maddəsində qeyd olunan iddia müddəti ax ımının dayandırılması halını nəzərə almamışdır. Belə ki, 2015-ci il 15 iyul tarixli, 570 saylı "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”na əsasən, iddiaçıya məxsus problemli aktivləri (ödənilməyən komisyon haqlar problemli aktiv hesab olunur) müəyyən edilməsi və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" QSC BOKT-un idarəetməsinə verilməsi üçün tədbirlərin görülməsi tapşırıldığını, problemli aktivlərin ötürülməsi mürəkkəb və uzun proses olmaqla yanaşı dövlət tərəfindən likvidliyin (nağd vəsaitin və ya veksellərin) banka təqdim edilməsi müqabilində baş verən proses olduğunu, dövlət tərəfindən vəsaitin ayrılmasınının mərhələli şəkildə həyata keçirildiyini, fərmanın icrasının isə banka deyil Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, Mərkəzi Banka və sair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarına bağlı olduğunu və belə qərarların bank tərəfindən müstəqil şəkildə icra oluna bilməsinin mümkünsüzlüyü apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İddiaçı etirazda vurğulamışdır ki, problemli aktivlərin müəyyən edilməsi və siyahının təsdiq edilməsi tarixindən bank tərəfindən aparıla bilməzdi, əks halda problemli aktivlərin siyahısının təsdiq edilməsi mümkün olmazdı. 40. 2016-ci il 27 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə X2 yaradıldığını, 2017-ci il 31 iyul tarixində isə onun əsasnaməsi təsdiq edildiyini, əsasnaməyə əsasən, Şura ya maliyyə bazarlarında müəyyən istiqamətlər üzrə monitorinq və nəzarət etmək kimi vəzifələr aid edildiyi, 2016-cı il 29 dekabr tarixində isə X4 tərəfindən iddiaçının Tədbirlər Planı təsdiq edildiyi iddiaçı tərəfindən məhkəməyə bildirilmişdir. 2017ci il 10 fevral tarixində, yəni sözügedən Tədbirlər Planı təsdiq edildikdən sonra Prezidentin 570 saylı Fərmanının icrası ilə əlaqədər Nazirlər Kabineti tərəfindən 01s saylı Qərar qəbul edilməsi, qərara əsasən, iddiaçının müəyyən problemli aktivlərin "xxxx" QSC-yə ötürülməsi və onun müqabilində dövlət tərəfindən veksellərin buraxılması kimi məsələlərə məhkəmə tərəfindən qiymət verilməmişdir.

41. Əlavə olaraq 2017-ci il 4 may tarixində Nəsimi Rayon Məhkəməsinin 2(006)4543/2017 saylı qətnaməsi ilə iddiaçının öhdəliklərinin könüllü restrukturizasiya sı başlanmışdır. Restrukturizasiyaya başlamaq haqqında məhkəmənin qərarı qüvvəyə mindiyi tarixdən və restrukturizasiya planına əsasən, bankın öhdəliklərinin könüllü restrukturizasiyanın aparıldığı, lakin 180 gündən artıq olmayan müddət ərzində dayandırma (moratorium) tətbiq edilmiş, bankda sözügedən dayandırma 2020-ci il 1 sentyabr tarixinədək davam etmişdir. Qeyd edilən qətnamə ilə müəyyən edilən restrukturizasiya müddəti “Banklar haqqında” Qanunun 57-11.6-cı maddəsinə əsasən müvafiq məhkəmə qətnamələri əsasında bir neçə dəfə uzadılmış, həmin qətnamələr işin materiallarına əlavə edilmişdir. “Banklar haqqında” Qanunun 57-11.14-cü maddəsinə əsasən, bankın öhdəliklərinin könüllü restrukturizasiyası planının təsdiq edilməsi haqqında məhkəmə qərarı qüvvəyə mindiyi andan və restrukturizasiya pl anı qüvvədə olduğu müddət ərzində banka qarşı restrukturizasiya edilməsi nəzərdə tutulan öhdəliklər üzrə hər hansı müvafiq icra sənədi üzrə başlanılmış icraat dayandırılmalıdır, öhdəliklərinin restrukturizasiya edilməsi nəzərdə tutulan kreditorların banka qarşı həmin öhdəliklərdən irəli gələn tələblərinin icrası dayandırılır.

42. İddia ərizəsinə əlavə edilmiş akkreditivlər üzrə ödəniş sənədlərindən göründüyü kimi, iddiaçı tərəfindən akkreditivlər üzrə ödənişlər aparılarkən eyni zamanda emitent banklara komissiyaların ödənilməsi üzrə son müddətlər nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən akkreditiv ödənişləri həyata keçirilən zaman cavabdeh zəruri vəsaitlərə malik olmadığı üçün komissiya məbləğlərinin ödəniş tarixinə cavabdehin iddiaçıdakı hesablarından silinməsi mümkün olmamışdır. Lakin 201 5-ci ildə bankın sağlamlaşdırılması prosesinə başlanılması, 2017-ci ildən isə bankın öhdəliklərinin könüllü restrukturizasiyasının başlanılması ilə əlaqədar emitent banklara ödənilməli komissiyaların iddiaçı tərəfindən icrasına gec başlanılmışdır. İddiaçının öhdəliklərinin könüllü restrukturizasiyasına isə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli, e-22(113)-3724/2021saylı qətnaməsinə əsasən xitam verilmişdir.

43. MM-in 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanm ağa başlanır. MM-in 379.1.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə iddia müddətinin axımı dayandırılır.

44. Apellyasiya məhkəməsi bu iş üzrə müqavilə üzrə öhdəlikdən irəli gələn hallara dair 3 illik iddia müddətini tətbiq edəcəyi təqdirdə belə “xx-xx.2017 - xx.xx.2020-ci il” tarixədək olan dövrü iddia müddətinin tətbiqinə daxil etməkdə yanlışlığa yol vermişdir.

45. MPM-in 373.2-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi bankın şikayətə dair verdiyi etirazında banklar tərəfindən buraxılan akkreditivlərə tətbiq edilməsi üçün istinad etdiyi X1 (İnternational Chamber of Commerce) tərəfindən təsdiq edilən “Sənədli akkreditivlərin tətbiqi və ümumi qaydaları”nın (X3 for Documentary Credits -UCP 600) məcburi hüquqi qüvvəyə malik olmadığı, könüllü və tövsiyə xarakteri daşıdığı, o cümlədən, MPM-in 13.1-ci maddəsində sadalanan hüquqi aktlara aid olmadığını, həmçinin bankın apellyasiya instansiyasında təqdim etdiyi sənədlərin MPM-in 372.2-ci maddəsinin tələbinə əsasən qəbul edilməsinin mümkün olmadığına, öhdəliklərin könüllü restrukturizasiyası və bu prosesə tətbiq edilən moratoriumun isə bankın öhdəliklərinə aid olmasına dair yanlış nəticəyə gəlməsini isə kobud prosessual pozutu kimi kimi qiymətləndirir, işin qeyd edilən hallarının (sübutların) yenidən araşdırılmasına zərurət yarandığını xüsusi olaraq qeyd edirik. Belə ki, apellyasiya instansiyası məhkəməsinin verilmiş apellyasiya şikayətinə dair bank tərəfindən verilən etiraz və yuxarıda qeyd etdiyimiz hüquq müəyyənedici sən ədlərin hansı səbəbdən birinci instansiya məhkəməsində deyil apellyasiya məhkəməsində verildiyinə dair sualına buna birinci instansiya məhkəməsində zərurət olmadığını, Bakı Kommersiya məhkəməsində iddia müddəti ilə bağlı məsələyə MM-in 551-ci maddəsinin tələbləri baxımından baxıldığını, lakin apellyasiya məhkəməsində isə işin bu halı üzrə araşdırma aparıldığı zaman məsələyə ayrı mövqedə yanaşıldığına görə qeyd edilən sənədlərin məhz apellyasiya məhkəməsinə təqdim edilməsinin vacib olduğu iddiaçı tərəfindən məhkəməyə bildirilmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən sənədlərin ya böyük həcmli olması səbəbindən ya da iddiaçıya məlum olmayan digər səbəbdən araşdırmağa lazım bilməmiş, sadəcə MPM-in 372.2-ci maddəsini tətbiq etməklə kifayətlənərək bankın əda lətli məhkəmə araşdırılması hüququnu pozmaqla bərəbər iş üzrə doğru olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə bu hissədə qeyd edilən sənədlərə yeni sübutlar deyil, zəruri sübutlar kontekstində yanaşmalı və bu sənədlərə hüquqi, əsaslandırıcı qiymət verməli idi.

46. Xarici bankları komissiyaları müxtəlif tarixlərdə (2015, Xarici bankları komissiyaları müxtəlif tarixlərdə (2015, 2016 və 2017-ci illərdə) ödənilsə də, apellyasiya məhkəməsi bütün ödənişlərə eyni qaydada yanaşmışdır, halbuki 2016 və 2017-ci illərdə aparılan ödənişlər üzrə yuxarıda qeyd olunan dayanma halları tətbiq edildiyi halda 3 illik müddət bank tərəfindən ötürülməmiş hesab olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

48. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

49. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlar a istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

51. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yeti rməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.... 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəy yən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.... 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borc lu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

954. Bank hesabı müqaviləsi 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür....” “Maddə

960. Hesabın kreditləşdirilməsi 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keç irdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır....” “Maddə

961. Hesab əməliyyatlarının aparılmasına bankın xidmətlərinin haqqının ödənilməsi 961.1. Müştəri hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəyir. 961.2. Bu Məcəllənin 961.1-ci maddəsində nəzərdə tutulmuş bank xidmətlərinin haqqını bank hər bir əqd başa çatdıqdan sonra müştərinin hesabdakı pul vəsaitindən tuta bilər, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmasın.” “Maddə

977. Akkreditiv üzrə hesablaşmalar haqqında ümumi müddəalar 977.1. Akkreditiv üzrə hesablaşmalar zamanı ödəyicinin akkreditiv açılması haqqında tapşırığı və göstərişi ilə hərəkət edən bank (emitent bank) vəsait alana vəsait ödəməyi və ya köçürmə vekselini ödəməyi, aksept etməyi və ya uçota almağı və ya bu səlahiyyətləri başqa banka (icraçı banka) verməyi öhdəsinə götürür. Vəsait alana vəsaiti ödəyən və ya köçürmə vekselini ödəyən, aksept edən və ya uçota alan emitent banka icraçı bank haqqında qaydalar tətbiq olunur....” “Maddə

980. Akkreditivin icrası... 980.2. Əgər icraçı bank akkreditivin şərtlərinə müvafiq surətdə ödənişi icra etmiş və ya başqa əməliyyatı aparmışdırsa, emitent bank ona akkreditivin icrası ilə bağlı çəkdiyi xərclərin əvəzini ödəməlidir. Göstərilən xərclərin əvəzi, habelə akkreditivin icrası ilə əlaqədar emitent bankın bütün başqa xərclərinin əvəzi ödəyici tərəfindən ödənilir.”

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiya sının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir....”

53. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar 13.1. Məhkə mə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəz ərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 aprel tarixli, 22(103)-343/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

55. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçını n tərtib etdiyi “Bankın müxbir hesablarından tutulmuş, müştəri tərəfindən ödənilməmiş qalan xarici bankların komisyon haqlarına dair məlumat”a əsasən, mübahisəli akkreditivlər üzrə xarici banklara sonuncu dəfə 2017-ci il 13 mart tarixində ödəniş edilmiş və həmin vaxtdan etibarən iddiaçı cavabdehdən öhdəliyin icrasını dərhal tələb etmək hüququna malik olmuşdur.

56. Belə ki, akkreditivlər açıldıqdan sonra cavabdehin icraçı banklar tərəfindən tutulan komisyon haqlarının akkreditivin icrası ilə əlaqədar emitent bankın bütün xərclərinin əvəzi kimi iddiaçıya ödəmək öhdəliyi o şərtlə yaranmış olur ki, həmin akkreditivlər üzrə komisyon haqları iddiaçı tərəfindən icraçı banklara ödənilmiş olsun. Başqa sözlə, cavabdehin bu öhdəliyinin icrası müddəti qeyd olunan şərtin baş verməsindən asılı olduğu üçün öhdəlik də həmin şərtin baş verdiyi gündən icra edilməli idi. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı isə kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır.

57. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış 04 mart 2014-cü il tarixli, 584/1 nömrəli, 09 iyun 2014-cü il tarixli, 615/1 nömrəli kredit sazişlərinin 5.1-ci bəndlərində, 13 mart 2015-ci il tarixli, 686/2 saylı kredit sazişinin isə 5.2-ci bəndində borcalan akkreditiv açıldığı tarixdən etibarən akkreditiv tam ödənildiyi tarixədək akkreditivin istifadə olunmamış balansına illik 3 faiz hesabı ilə hesablanmış komissiyanı Banka ödəməyi öhdəsinə götürmüşdür. Qey d edilən hal isə bir daha hazırda ödənilməsi tələb olunan məbləğlərin məhz müqavilə öhdəliklərindən irəli gəldiyi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olduğunu təsdiq edir.

58. Beləliklə, apelyasiya məhkəməsi iş materiallarına əsaslanmaqla düzgün olaraq o qənaətə gəlmişdir ki, müqavilə tələblərindən irəli gələn öhdəliyin icrası ilə bağlı üç illik iddia müddəti, hər bir ödənişə münasibətdə ayrı-ayrılıqda nəzərə alınmaqla, “Bankın müxbir hesablarından tutulmuş, müştəri tərəfindən ödənilməmiş qalan xarici bankların komisyon haqlarına dair məlumat”da əks olunan ödəniş tarixlərindən başlamış və iddia ərizəsinin birinci instansiya məhkəməsinə təqdim edildiyi tarixə qanunla müəyyən edilən üç illik müddət hər hansı üzrlü səbəb olmadan ötürülmüşdür.

59. Kassasiya şikayətinin, res trukturizasiyaya başlamaq haqqında məhkəmənin qərarı qüvvəyə mindiyi tarixdən və restrukturizasiya planına əsasən, bankın öhdəliklərinin könüllü restrukturizasiyanın aparıldığı, lakin 180 gündən artıq olmayan müddət ərzində dayandırma (moratorium) tətbiq edildiyi, bankda sözügedən dayandırmanın 2020-ci il 1 sentyabr tarixinədək davam etdiyi, qətnamə ilə müəyyən edilən restrukturizasiya müddətinin “Banklar haqqında” Qanunun 57-11.6-cı maddəsinə əsasən müvafiq məhkəmə qətnamələri əsasında bir neçə dəfə uzadıldığı, bankın öhdəliklərinin restrukturizasiya edilməsi nəzərdə tutulan kreditorların banka qarşı həmin öhdəliklərdən irəli gələn tələblərinin icrasının dayandırıldığı barədə dəlilləri ilə əlaqədar isə qeyd edilməlidir ki, bu restrukturizasiya, kassasiya şikayətində də vurğulandığı kimi b ankın tələbetmə hüququna deyil, məhz onun digər fiziki və hüquqi şəxslər qarşısında öhdəliklərinə şamil edilmək üçün müəyyən edildiyindən, bu halın mövcudluğu hər hansı üzrlü səbəb olmadan buraxılmış iddia müddətinin bərpası üçün əsas ola bilməz.

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çə tin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

62. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar hərtərəfli araşdırılmış, onlara mülki prosessual normalara əsasən düzgün hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

63. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 aprel tarixli, 2-2(103)-343/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 aprel tarixli, 2-2(103)-343/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar