Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-577/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, əmlak tələbi, X8 məntəqəsinin sahiblik və istifadəyə qaytarılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı “pul tələbi”nə dair, Cavabdehin İddiaçıya qarşı “pul tələbi, əmlak tələbi, X8 məntəqəsinin sahiblik və istifadəyə qaytarılması tələbləri”nə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun t arixli 2- 2(104)-71/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X2 məxsus X8 və satışı məntəqəsinin köçürülməsi və Cavabdeh adına rəsmiləşdirilməsi haqqında” Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli 6036 saylı sərəncamından görünür ki, şəhər əhalisinin və nəqliyyat vasitələrinin tələbatını təmin etmək məqsədilə X8 və satışı məntəqəsi təşkili və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Dəmiryolu xəstəxanasının cənub hissəsindəki boş ərazidə torpaq sahəsinin ayrılması və Cavabdeh adına rəsmiləşdirilməsi qərara alınmışdır.
2. Cavabdeh ilə İddiaçı1 arasında aşağıdakı şərtlərlə 2009-cu il 29 iyul tarixli barışıq sazişi bağlanmışdır: - İddiaçı1 X8 məntəqəsi və həmin məntəqənin yerləşdiyi əraziyə olan hüquqlarından imtina etməsi müqabilində Cavabdeh 140.000 ABŞ dolları məbləğində pul verməyi; - Cavabdeh X8 məntəqəsinin və həmin məntəqənin yerləşdiyi ərazinin (1998-ci il 30 dekabr tarixli sərəncamla ayrılmış sahənin) İddiaçı1 adına sənədləşdirilməsi və özəlləşdirilməsi üçün lazım olan sənədlərlə (etibarnamə, arayış və s.) təmin etməyi və ondan asılı olan bütün hüquqi hərəkətləri etməyi öhdəsinə götürmüşdür.
3. X7 Məhkəməsinin 2009-cu il 31 iyul tarixli 2-1(84)-221/2009 saylı qərardadı ilə Cavabdeh ilə İddiaçı1 arasında bağlanmış 2009-cu il 29 iyul tarixli barışıq sazişi yuxarıda qeyd edilən şərtlərlə təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir (hakim – Z.Zərbəliyev).
4. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2017-ci il 16 may tarixli qətnaməsi ilə Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 qarşı qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolu xəstəxanasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasından (yanacaq doldurma məntəqəsi) ibarət daşınmaz əmlakla bağlı 2010-cu il 2 fevral tarixində ********** qeydiyyat nömrəsi ilə 02 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququna dair qeydiyyatın, həmin qeydiyyata dair MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmi n əmlaka dair texniki pasportun ləğv olunması, məhkəmə xərclərinin Cavabdeh aid olunması qət edilmiş, qətnamə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2020-ci il 13 fevral tarixli 2(104)-1209/2020 saylı qətnaməsi ilə, Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2(102)-4567/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. Cavabdeh (bundan sonra – “Cavabdeh”) İddiaçı1 (bundan sonra – “İddiaçı1”) qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmir yol xəstəxanasının cənub hissəsində yerləşən maye-qaz doldurma məntəqəsində olan bütün avadanlıqlar, o cümlədən maye-qaz doldurmaq üçün nəzərdə tutulmuş bütün cihazlar – yüksək təzyiqli tutum 3 ədəd çən, yanğın əleyhinə 1 ədəd çən, yanğın əleyhinə digər alətlərlə lövhə, 2 ədəd kompressor resiverlə birgə, 1 ədəd qaz paylayıcı kolonka, sayğac 3 ədəd, yüksək təzyiqli borular və onların ventilləri, elektrik lövhəsi tərkibində elektrik sayğacı, elektrik avtomatları cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh iddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmir yol xəstəxanasının cənub hissəsində yerləşən maye-qaz doldurma məntəqəsi onun tərəfindən şəxsi vəsaiti hesabına inşa edilmiş və sahibkar kimi, həm qeyri-yaşayış sahəsi, həmçinin biznes fəaliyyəti 1999-cu ildən ona məxsus olmuş, X8 məntəqəsində sahibkarlıq fəaliyy ətinin həyata keçirilməsi ilə əlaqədar bütün sənədlər, habelə müvafiq lisenziyalar, icazələr və digər zəruri sənədlər onun adına rəsmiləşdirilmişdir. İddiaçı1 həmin maye-qaz doldurma məntəqəsində onun icazəsi ilə işləmiş və onların aralarında ilk dövrlər icarə münasibətləri olmuş, sonradan isə maddi imkanı olmadığından işçi kimi orada fəaliyyət göstərmişdir. İcarə müqaviləsi 1999-cu il 28 yanvar tarixindən başlayaraq davam etmişdir. İddiaçı1 obyekti işlətməyə cəhd etsə də, maddi imkanlarının olmaması səbəbindən, icarə müqaviləsinin bir sıra bəndlərini icra edə bilməmiş, bu səbəbdən obyektin lisenziya haqları və bütün xərcləri, o cümlədən məntəqədə olan bütün avadanlıqların pulu Cavabdeh tərəfindən ödənilmişdir. Bu səbəbdən, İddiaçı1 faktiki olaraq həmin obyektdə işçi kimi fəaliyyət göstərm iş, ilk dövrlər obyekti işlətməsinə görə icarə haqları və gəlir ödənilsə də, sonradan obyektin zərərə işlədiyini bildirərək, ödəniş etməmişdir. Bundan sonra, Cavabdehla İddiaçı1 arasında məhkəmə mübahisələri başlamış, ona məxsus maye-qaz doldurma məntəqəsindən çıxarılması barədə iddia qaldırdıqdan sonra İddiaçı1 qeyri-yaşayış sahəsinin ondan satın almaq üçün pul tapacağını, borc alıb 140.000 ABŞ dolları ödəyəcəyini bildirmiş və onunla 2009-cu ildə barışıq sazişi bağlamışdır. Bu zaman onların sazişinə görə, şərtləri qeyriyaşayış sahəsinin 140.000 ABŞ dolları müqabilində İddiaçı1 adına rəsmiləşdirilməsi olmuşdur. Lakin İddiaçı1 Cavabdeh aldadaraq, pulunu tam verməmiş, onun razılığı olmadan obyekti öz adına gizli olaraq dövlət reyestrində qeydiyyat aparılmaqla rəsmiləşdirmişdir. Bununla əlaqə dar uzun müddət məhkəmə araşdırmaları aparılmış, nəticədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2017-ci il 16 may tarixli 2(043)-1589/2017 saylı qətnaməsi ilə İddiaçı1 mübahisəli qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyatı və ona verilmiş çıxarış ləğv edilmişdir. Cavabdeh öz biznesini, yəni sahibkarlıq fəaliyyətini, o cümlədən qeyri-yaşayış sahəsində olan avadanlıqları, cihazları İddiaçı1 satmamış və bununla əlaqədar onunla hər hansı saziş bağlamamışdır. Əksinə, 2015-ci ilədək sahibkarlıqla əlaqədar bütün sənədlər, o cümlədən lisenziyalar Cavabdeh adına olmuşdur. İddiaçı1 maye-qaz doldurma məntəqəsindən istədiyi kimi istifadə etmiş, bu günədək gəlirdən heç bir vəsait ödəməmiş, onu mübahisəli qeyri-yaşayış sahəsinə buraxmamış, sahibkarlıq fəaliyyəti ilə əlaqədar ona heç bir maliyyə və gəlirlər barədə sənədləri təqdim etməmiş, obyektdə olan Cavabdeh vəsaiti hesabına alınmış avadanlıq və cihazların hansı vəziyyətdə olması barədə ona məlumat verməyərək, həmin avadanlıqları ona qaytarmamışdır.
7. Həmin iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
8. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2021-ci il 5 avqust tarixli 2(043)- 19/2021 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – R.Mustafayev).
9. Bundan başqa, Cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə 2020-ci il 1 dekabr tarixində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 maddi zərərə görə 1.500.000 manat, mənəvi zərərə görə isə 500.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xah iş etmiş, 2021-ci il 7 iyul tarixində iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, ilkin təqdim olunmuş iddia ərizəsində göstərilən tələblər olduğu kimi saxlanılmaqla, həmin tələblərin tam olaraq təmin edilməsi, həmçinin Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən mübahisəli maye-qaz doldurma məntəqəsinin Cavabdeh sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Cavabdeh 2021-ci il 19 oktyabr tarixində iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, əvvəlki iddia ərizəsində sonrakı dəyişiklik də nəzərə alınmaqla göstərilən bütün tələblərin olduğu kimi saxlanılması və tam təmin edilməsi, habelə iddia tələbinin maddi zərər hissəsinin 251.000 manat müəyyən edilərək, bu pul məbləğinin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
11. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında olan məhkəmə mübahisələri nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2(102)-4567/2020 saylı qərarı ilə sona çatmış və qeyd edilən qərarla Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən mübahisəli maye-qaz doldurma məntəqəsinə dair İddiaçı1 adına DƏDRX-də aparılmış mülkiyyət hüququna dair qeydiyyatın, sonuncuya DƏDRX-in Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış və texniki pasportun ləğv edilməsi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2017-ci il 16 may tarixli qətnaməsi qüvvəyə minmiş dir. İddiaçı1 adına DƏDRX-də qeydiyyatın, verilmiş çıxarış və texniki pasportun ləğv edilməsinə dair həmin məhkəmə aktının 2020-ci il 20 oktyabr tarixində qüvvəyə minməsini nəzərə alaraq və həmin məhkəmə aktını rəhbər tutaraq iddiaçı hesab etmişdir ki, İddiaçı1 qanunsuz olaraq 2009-cu ildən indiyə qədər mübahisəli maye-qaz doldurma məntəqəsindən istifadə edərək, ondan qanunsuz olaraq faydalanmışdır. Belə vəziyyətdə, yəni mübahisəli maye-qaz doldurma məntəqəsinin 2009-cu il tarixdən indiyə qədər İddiaçı1 qanunsuz istifadəsində olduğunu və həmin məntəqədən əldə edilən gəlirlərin də sonuncu tərəfindən götürüldüyünü nəzərə alaraq, İddiaçı1 həmin dövr ərzində mübahisəli yanacaq doldurma məntəqəsindən əldə etdiyi gəlirləri Cavabdeh qaytarmalı və sonuncu tərəfindən aparılan hesablamalara əsasən, 2009-cu il tarixdən indiyədək, yəni 11 il ərzində mübahisəli X8 məntəqəsindən əldə olunan gəlirlər 1.500.000 manat təşkil etmişdir. Həmçinin tərəflər arasında mübahisəli X8 məntəqəsi ilə əlaqədar uzun illər davam edən məhkəmə araşdırmaları nəticədə iddiaçının psixikasına və ümumilikdə səhhətinə mənfi təsir göstərməklə, ona ciddi mənəvi zərər yetirmişdir.
12. Həmin iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
13. Cavabdeh ərizə ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, 2(043)-476/2021 saylı işin Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2021-ci il 31 may tarixli 2(043)-476/2021 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – C.Tağıyev).
14. İddiaçı1 Cava bdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə 2021-ci il 22 yanvar tarixində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 140.000 ABŞ dollarının ödəniş anına manatla məzənnəsinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. İddiaçı1 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir tanıyır və şərikli olaraq X8 məntəqəsi işlətmişdirlər. Aralarında yaranan narazılığa görə Cavabdeh 2009-cu ildə ona qarşı X8 məntəqəsindən çıxarılma tələbinə dair iddia qaldırdığından o da Cavabdeh qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə iddia qaldırmışdır. Həmin məhkəmə çəkişməsi ən sonunda barışıq sazişi ilə sona yetmişdir. Belə ki, X7 Məhkəməsinin 2009-cu il 31 iyul tarixli 2-1 (84)-221/2009 saylı qərardadı ilə onların aralarında barışıq sazişi təsdiqlənmişdir. Həmin barışıq sazişinə əsasən, Cavabdeh 140.000 ABŞ dolları məbləğində pul verməyi öhdəsinə götürmüş, Cavabdeh isə X8 məntəqəsinin və həmin məntəqənin yerləşdiyi ərazinin onun adına sənədləşdirilməsi və özəlləşdirilməsi üçün lazım olan sənədlərlə təmin etməyi və ondan asılı olan bütün hüquqi hərəkətləri etməyi öhdəsinə götürmüşdür. Qərardad qəbul olunduqdan sonra X7 Məhkəməsinin 2009-cu il 11 noyabr tarixli 2-1(84)-221/2009 saylı icra vərəqəsi icra olunması üçün Gəncə şəhər Kəpəz Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Bölməsinə göndərilmişdir. Həmin bölmənin 2009-cu il 13 noyabr tarixli 980 saylı məktubu ilə icra vərəqəsi icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs inin Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsinə göndərilmişdir. Qərardad icra edilmiş və X8 məntəqəsi onun adına özəlləşdirilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Qeyd edilənlərdən görünür ki, Cavabdeh maye-qaz doldurma məntəqəsində olan payını 140.000 ABŞ dollarına ona satmışdır. Hazırki tarixədək maye-qaz doldurma məntəqəsi onun mülkiyyətində və istifadəsində olmuşdur. 2015-ci il tarixdən Cavabdeh ona qarşı müxtəlif əsassız iddiaları, eyni zamanda Cavabdeh arvadının ona qarşı qaldırdığı əsassız iddialarla o, faktiki olaraq mülkiyyət hüququndan məhrum edilmək üzrədir. Həmçinin qətnamələr indiyədək qanuni qüvvəyə minməmişdir. Məhkəmələrin mövqeyindən belə aydın olur ki, onun ümumiyyətlə mübahisəli maye-qaz dold urma məntəqəsinə heç bir hüququ yoxdur. Belə olan halda İddiaçı1 Cavabdeh ödədiyi 140.000 ABŞ dollarının aqibətinin necə olacağı sual olunur. Odur ki, hazırda Cavabdeh 140.000 ABŞ dollarının alınıb ona verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh 140.000 ABŞ dollarının ödənildiyini məhkəmə iclasında təqdim ediləcək sübutlar və şahid ifadələri ilə tam sübuta yetiriləcəkdir.
16. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 10 mart tarixli 2(044)- 819/2021 saylı qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – K.Hüseynov). 17. 2021-ci il 7 iyul tarixində Cavabdeh İddiaçı1 iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmas ını xahiş etmişdir.
18. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı1 tərəfindən 140.000 ABŞ dolları tələbinə dair irəli sürülən iddia əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2(102)-4567/2020 saylı Qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı1 tərəfindən barışıq sazişində qeyd olunmuş 140.000 ABŞ dollarının tam olaraq Cavabdeh ödənilməsi təsdiq olunmadığından məhkəmə Cavabdeh iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, həmin qərarla İddiaçı1 tərəfindən barışıq sazişində qeyd olunmuş 140.000 ABŞ dollarının tam olaraq Cavabdeh ödənilməsi təsdiq olunmadığından, Cavabdeh iddiası təmin edilərək, mübahisəli yanacaq doldurma məntəqəsinə dair İddiaçı1 adına DƏDRX-də aparılmış qeydiyyatın, həmin qeydiyyata dair çıxarış və həmin əmlaka dair texniki pasport ləğv edilmişdir. Yuxarıda göstərilən, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə İddiaçı1 tərəfindən 140.000 ABŞ dollarının tam olaraq Cavabdeh ödənilməsi təsdiq olunmamış və pulun ödənilməməsi faktını təsdiq edən həmin məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmişdir. Digər tərəfdən, İddiaçı1 eyni əsaslarla eyni iddia tələbi ilə artıq 2016-cı il 5 iyul tarixində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və həmin iş məhkəmənin icraatında olmuşdur. Belə olan halda müəyyən edilir ki, İddiaçı1 həmin dövrdə, yəni 2016-cı ilin iyul ayından etibarən pul tələbinə dair özünün müəyyən etdiyi əsaslar məlum olmuş və 5 ilə yaxın müddət keçdikdən sonra, sonuncu eyni əsaslar və eyni iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. İddiaçı1 hazırkı iddia tələbinə iddia müddəti də tətbiq edilməlidir. Lakin iddia müddətinin tətbiq edilməsi İddiaçı1 iddiasının tam olaraq əsassız və qanunsuz olduğunu istisna etməməlidir.
19. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 7 iyul tarixli 2-2(115)-752/2021 saylı qərardadı ilə Cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair iddiası üzrə 2-2(115)-752/2021 nömrəli kommersiya işi İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə 2-2(115)411/2021 saylı kommersiya işinə birləşdirilmiş, birləşmiş işlərə 2-2(115)-411/2021 nömrəsi verilmişdir (hakim – R.Məmmədov).
20. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 5 oktyabr tarixli 2-2(115)-411/2021 saylı qərardadı ilə Cavabdeh İddiaçı1 qarşı əmlak tələbinə dair iddiası üzrə 2 -2(115)-965/2021 nömrəli kommersiya işi məhkəmənin icraatında olan İddiaçı1 Cavabdeh qarşı pul tələbinə və Cavabdeh İddiaçı1 qarşı pul və maye-qaz doldurma məntəqəsinin sahiblik və istifadəsinə qaytarılması tələbinə dair 2-2(115)-411/2021 saylı kommersiya işinə birləşdirilmiş, birləşmiş işlərə 2-2(115)-411/2021 nömrəsi verilmişdir (hakim - R.Məmmədov).
21. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 4 noyabr tarixli 2-2(115)-411/2021 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, 60.000 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı1 xeyrinə tutulması qət olunmuş, iddianın qalan hissəsi təmin edilməmiş, Cavabdeh İddiaçı1 qarşı pul və X8 məntəqəsinin sahiblik və istifadəsinə qaytarılması tələbinə dair iddiası qismən təmin olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən maye-qaz doldurma məntəqəsinin Cavabdeh sahiblik və istifadəsinə verilməsi qət olunmuş, iddianın qalan hissəsi təmin edilməmiş, Cavabdeh İddiaçı1 qarşı əmlak tələbinə dair iddiası təmin edilməmişdir (hakim – R.Məmmədov).
22. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli Qərarına istinad etmişdir. Həmin qərarda göstərilmişdir ki, “apellyasiya instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, İddiaçı1 əvvəlki məhkəmə iclaslarında barışıq sazişində qeyd olunmuş 140.000 ABŞ dollarını Cavabdeh ödəməsini bildirsə də, Cavabdeh tə rəfindən alındığı etiraf edilən 60.000 ABŞ dolları istisna olunmaqla, qalan 80.000 ABŞ dollarını İddiaçı1 ödəməsini əsaslandıra və sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı1 əvvəlki izahatları məhkəmə kollegiyasını sübut edilməli faktlara inandırmaq üçün kifayət etmədiyindən məhkəmə kollegiyası MPMin 77.3-cü maddəsinə əsasən, İddiaçı1 diqqətini buna cəlb etməklə əlavə sübutların məhkəməyə təqdim edilməsini təklif edərək məhkəmə iclasının 2020-ci il 13 fevral tarixinə, saat 15:20-yə təyin olunması barədə ona bildiriş göndərsə də, İddiaçı1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, bununla da əlavə sübutların məhkəməyə təqdim etmə öhdəliyini yerinə yetirməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinin t ələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı1 tərəfindən barışıq sazişində qeyd olunmuş 140.000 ABŞ dollarının tam olaraq Cavabdeh ödənilməsi təsdiq olunmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.”
23. Göründüyü kimi, tərəflər arasında olmuş mübahisəyə məhkəmədə baxılarkən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı1 tərəfindən barışıq sazişində qeyd olunmuş 140.000 ABŞ dollarının tam olaraq Cavabdeh ödənilməsi təsdiq olunmamış, sonuncu tərəfindən alındığı etiraf edilən 60.000 ABŞ dolları istisna olunmaqla, qalan 80.000 ABŞ dollarının İddiaçı1 tərəfindən ödənilməsi sübut olunmamışdır. Göstərilənlərə əsasən, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, 60.000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı1 xeyrinə tutulmalıdır.
24. Cavabdeh İddiaçı1 qarşı pul və X8 məntəqəsinin sahiblik və istifadəsinə qaytarılması tələbinə gəldikdə məhkəmə hesab etmişdir ki, İddiaçı1 maye-qaz doldurma məntəqəsinə dair mülkiyyət hüququnu itirdiyindən və həmin daşınmaz əmlak onun qanunsuz istifadəsində olduğundan, əmlakın sahibi kimi Cavabdeh əmlakın qanunsuz sahiblikdən geri alınması barədə iddiası təmin edilməlidir. Cavabdeh İddiaçı1 qarşı pul və maye-qaz doldurma məntəqəsinin sahiblik və istif adəsinə qaytarılması tələbinə dair iddiası qismən təmin edilməli, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən maye-qaz doldurma məntəqəsi Cavabdeh sahiblik və istifadəsinə verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.
25. Cavabdeh maddi zərərin ödənilməsi ilə bağlı tələbini irəli sürərkən “X1” MMC-nin 2021-ci il 18 oktyabr tarixli 283 saylı rəyinə istinad edərək, ekspertiza tərəfindən maye qazdoldurma məntəqəsi təyinatlı qeyri-yaşayış sahəsinin 2009-cu ilin iyul ayından 2021-ci il sentyabr ayınadək, icarə haqqının ümumi dəyəri, obyektin səmərəlilik və gəlir gətirmə imkanlarından asılı olaraq, 251.000 manat məbləğində müəyyən edildiyi ilə əlaqələndirsə də, dövlətə məxsus daşınmaz əmlakın icarə haqqı istisna olmaql a, digər şəxslərə məxsus icarə haqqının məbləği qanunvericiliklə deyil, tərəflərin razılaşdıqları şərtlərlə müəyyən edilir.
26. Bundan başqa, həmin ekspertiza rəyini vermiş şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda, müvafiq səlahiyyətə malik olmayan şəxs tərəfindən verilmiş rəy qanunazidd olmaqla, həmin rəydən məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. Belə olan halda, Cavabdeh 251.000 manat məbləğində pul tələbinə dair iddiası təmin edilə bilməz.
27. Cavabdeh ona mənəvi ziyan dəyməsi ilə bağlı tələbinə gəldikdə məhkəmə qeyd etmişdir ki, bu hal da, öz təsdiqini tapmamışdır. Cavabdeh İddiaçı1 hərəkətləri nəticəsində mənəvi zərər çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
28. Həmçinin, Cavabdeh İddiaçı1 qarşı əmlak tələbinə dair iddiası Cavabdeh tərəfindən əmlakların ona məxsus olması ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən təmin olunmamalıdır.
29. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21, 152.5, 203.1, 425-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008ci il 3 noyabr tarixli qərarının 2-ci bəndinə, MPM-in 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. İddiaçı1 apellyasiya şikayəti verərək həmin qətnamənin İddiaçı1 pul tələbi ilə bağlı iddiasının təmin edilməmiş hissəsində ləğv olunaraq İddiaçı1 iddiasının tam təmin edilməsi, Cavabdeh iddialarının təmin olunmuş hissəsində ləğv edilərək iddiaların tam olaraq rədd edilməsi barədə qətnamə qəbul olunmasın ı xahiş etmişdir.
31. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin Cavabdeh iddia tələblərinin təmin olunmadığı hissədə ləğv olunması və həmin hissədə iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
32. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 may tarixli 2-2(104)-70/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.İsgəndərova, hakimlər – E.Xasməmmədov və İ.Həsənov).
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı1 şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilə maye-qaz doldurma məntəqəsinin Cavabdeh s ahiblik və istifadəsinə verilməsi ilə bağlı sonuncunun tələbinin təmin edilməsinin əsassız olması qeyd edilmiş, İddiaçı1 Cavabdeh 140.000 ABŞ dollarını verdiyi, həmçinin bu faktı təsdiq edəcək şahidləri olsa da, məhkəmə tərəfindən dindirilmədiyi və Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 17 iyun tarixli qətnaməsi ilə bu faktın tam sübuta yetirildiyi bildirilmişdir.
34. Müəyyən edilmişdir ki, şahidlərin dindirilməsi məqsədilə yenidən məhkəmə iclası təxirə salınmaqla İddiaçı1 şərait yaradılmış, lakin həmin şahidlərin iştirakı təmin edilməmiş, iş materiallarına əvvəldə təqdim olunan və hüquqi qiymət verilən X3 notarial ərizəsi təqdim edilmişdir. İddiaçı1 tərəfindən 140.000 ABŞ dollarının Cavabdeh tam olaraq ödənilməsi xüsusatına Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2(102)-4567/2020 saylı qərarı ilə qüvvədə saxlanılan Gəncə Apellyasiya Məhkəməsinin 2020-ci il 13 fevral tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. İddiaçı1 60.000 ABŞ dollarını Cavabdeh verməsi, 80.000 ABŞ dollarının isə təkzib edilməsi halı MPM-in 82.3-cü maddəsinə əsasən, preyudisial əhəmiyyətə malikdir. Mübahisəli məbləğ olan 140.000 ABŞ dollarının hansı hissədə Cavabdeh verilib-verilməməsi, məbləğin tamlığı və digər hallar artıq qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən edildiyindən həmin halın digər məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi istisna olunur.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarı ilə Cavabdeh mübahisəli yanacaq doldurma məntəqəsi üzərində mülkiyyət və sahiblik hüquqları bilavasitə b ərpa edilmiş, belə olan halda mülkiyyətçinin öz mülkiyyətindəki hər hansı obyektə istisnasız sahiblik və istifadə hüququ realizə olunmalı idi. Hazırki halda apellyasiya şikayəti verilmiş birinci instansiya məhkəməsinin qətnaməsi ilə Cavabdeh mülkiyyətində olan əmlaka hüququnun realizəsinə hüquqi qiymət verilmiş və əsaslı olaraq sonuncunun iddia tələbi qeyd olunan hissədə təmin olunmuşdur.
36. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbinin tərkib hissəsi olan maye-qaz yanacaq doldurma məntəqəsində olan bütün avadanlıqların alınaraq ona verilməsi hissəsində təmin edilməməsi ilə razılaşmamış və buna hüquqi qiymət verilməməsini qeyd etmişdir. Maye qaz yanacaq doldurma məntəqəsində yerləşən avadanlıqlar bilavasitə fərdi müəyyən olunan əşyalardır və onların təyinatı məhduddur. Belə olduqda yanacaq doldurma məntəqəsinin özünə Cavabdeh sahiblik və istifadə hüququnun realizəsinə yönələn tələbin təmini ilə bilavasitə həmin müəssisədə yerləşən avadanlıqlara da sonuncunun hüquqları bərqərar olmuşdur.
37. Qeyd olunan qeyri-yaşayış sahəsi 2009-cu il 29 iyul tarixli barışıq sazişinin icrası nəticəsi olaraq İddiaçı1 sahibliyinə keçmiş, bu illər ərzində sonuncu həmin əmlaka vicdanlı sahiblik etmiş, adına rəsmiləşdirilmişdir. Belə olduqda isə Cavabdeh iddia etdiyi kimi obyektdən istifadə etməməsinə görə hər hansı dəymiş maddi və mənəvi zərər istisna edilir. İş materiallarından göründüyü kimi, Cavabdehla digər tərəf İddiaçı1 əvvəldən işgüzar münasibətdə olsalar da, sonradan tərəflər arasında münasibətlər pozulmaqla aralarında uzunmüddətli məhkə mə çəkişmələri olmuş, bu müddət ərzində hər bir tərəf tələbinin əsaslı olduğunun ehtimal etmişdir. Beləliklə, yalnız Cavabdeh şifahi bildirdiyi formal mülahizələr əsasında iddianın maddi, mənəvi ziyan tələbinə dair hissədə sübut edilməsi mümkün olmadığından birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissədə təmin edilməməsi ilə bağlı əsaslı nəticəyə gəlmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 152.1-152.5 maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-ci il 23 fevral tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımın dan şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli qərarının 2-ci bəndinə, “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, MPM-in 14.2, 76.1, 77.1, 82.3, 88, 372-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
39. İddiaçı1 kassasiya şikayəti, daha sonra kassasiya şikayətinə əlavə verərək həmin qətnamənin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
40. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin Cavabdeh iddia tələblərinin təmin olunmadığı hissədə ləğv olunması və həmin hissədə iddia tələbinin təmin e dilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 11 noyabr tarixli 2-2(102)-614/2022 nömrəli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən, Cavabdeh iddiasının təmin olunmadığı hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və qətnamə digər hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – İ.Dadaşov, hakimlər – B.Qəribov və A.Abbasov).
42. Kassasiya instansiyası məhkəməsinin mövqeyi onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr tərəfindən isə İddiaçı1 2009-cu ildən indiyədək Cavabdeh məxsus daşınmaz əmlakdan barışıq sazişi üzrə razılaşdırılmış məbləği tam ödəməməklə, faktiki olaraq ondan qanunsuz faydalanmaqla, onu mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etməsi adekvat qiymətləndirilməmiş, maddi zərər tələbi üzrə Cavabdeh dəymiş faktiki zərərin miqdarının müəyyən edilməsi üzrə üzərlərinə düşən vəzifə yerinə yetirilməmişdir. MM-in 157.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdeh məxsus yanacaq doldurma məntəqəsində olan əmlaklara münasibətdə tam araşdırılma aparılmamış, bu əmlakların vahid kompleks olaraq yanacaq doldurma stansiyasının normal fəaliyyət göstərməsi üçün zəruriliyinə diqqət yetirilməmiş və qeyd olunan hallarla əlaqədar sübutlar bir-biri ilə əlaqələndirilməmişdir. Birinci instansiya məhkəməsi Cavab deh İddiaçı1 qarşı əmlak tələbinə dair iddiası üzrə Cavabdeh tərəfindən əmlakların sonuncuya məxsus olması ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən təmin olunmaması barədə nəticəyə gəlmiş, apellyasiya məhkəməsi isə maye qaz yanacaq doldurma məntəqəsində yerləşən avadanlıqların bilavasitə fərdi müəyyən olunan əşyalar olmaqla, onların təyinatının məhdud olduğunu, yanacaq doldurma məntəqəsinin özünə Cavabdeh sahiblik və istifadə hüququnun realizəsinə yönələn tələbin təmini ilə bilavasitə həmin müəssisədə yerləşən avadanlıqlara da sonuncunun hüquqlarının bərqərar olduğunu qeyd etmiş olsa da, sonda birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
43. Maddi zərərlə bağlı məhkəmələrin gəldiyi nəticə tam əsaslandırılmamaqla bərabər, MM-in 157-ci maddəsinin müddəalarına da uyğun d eyildir. Yuxarıda qeyd edilənlərlə bağlı işə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara MPM-in 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli və sübutları əlaqələndirməklə yekun nəticəyə gəlməlidir.
44. Cavabdeh kassasiya şikayətinin aşağı instansiyası məhkəmələrinin müvafiq səlahiyyətə malik olmayan şəxs tərəfindən verilmiş rəyin qanunazidd olması barədə mövqelərinin əsassız olması dəlili ilə bağlı razılaşmayan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr iddia tələbini qeyd olunan hissədə təmin etməməkdə haqlı olmuşdurlar. Belə ki, ə vvəla, “X1” MMC-nin 2021-ci il 18 oktyabr tarixli 283 saylı rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 1-ci hissəsinə görə, məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər.
45. Eyni zamanda, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanına və həmin Fərmanın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 28 dekabr tarixli 843s saylı Sərəncamına əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı təsdiq olunmalı, həmçinin məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası, məhk əmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları, Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları müəyyən edilməlidir. Lakin indiyədək həmin sənədlərin siyahısı və qaydaların təsdiq edilməsi ilə bağlı müvafiq normativhüquqi aktlar qəbul olunmamışdır.
46. İddiaçı1 kassasiya şikayətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı1 kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyasi məhkəməsi tərəfindən tam hüquqlu məhkəmə kimi İddiaçı1 şikayətinin dəlilləri ilə bağlı olan hissədə verilən hüquqi qiymətləndirmə ilə razılaşmış və məhkəmə tərəfindən sonuncunun vəsatəti təmin edilərək, şahidlərinin məhkəməyə gətirilməsi üçün iclas təxirə salınmış olsa da, İddiaçı1 özü növbəti məhkəmə iclasına gəlməmiş, həmçinin şahidlərini də məhkəməyə gətirməmişdir. Onun adına verilmiş çıxarış isə hazırkı mübahisəyə baxılanadək məhkəmə qaydasında ləğv olunduğundan İddiaçı1 həmin qeyri-yaşayış sahəsinə hər hansı hüququ ola bilməzdi və bu səbəbdən Cavabdeh əmlakın sonuncuya məxsusluğu barədə sənəd təqdim etmədiyi barədə dəlil də uğurlu hesab edilə bilməz. Apellyasiya məhkəməsi düzgün olaraq maye-qaz doldurma məntəqəsinin Cavabdeh sahiblik və istifadəsinə verilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə nəticəyə gəlmişdir ki, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qətnaməni həmin hissədə qanuni hesab etmişdir.
47. Kassasiya şikayətinin digər dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası İddiaçı1 şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
48. Həmçinin İddiaçı1 Cavabdeh 60.000 deyil, 80.000 ABŞ dolları ödədiyi barədə kassasiya şikayətinin dəlili də əsaslı hesab edilmir. Belə ki, bu hal bilavasitə işə baxmış məhkəmələr tərəfindən müəyyən edilməmiş, İddiaçı1 öz izahatında bu barədə dedikləri isə məhkəmənin müəyyən etdiyi hal kimi qiymətləndirilə bilməz.
49. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 21.1, 21.2, 152.1-152.5, 157.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair”, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarına, MPM-in 14.2, 77.1, 82.3, 88, 416-cı maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
50. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 mart tarixli 2-2(1 04)-71/2023 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir (sədrlik edən – M.Hüseynov, hakimlər – R.Cəfərov və S.Hüseynov).
51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 4 may tarixli 9/2269 saylı rəyinə əsasən, Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol Xəstəxanasının cənub hissəsində yerləşən “X8 Məntəqəsi” təyinatlı qeyri-yaşayış sahəsinin 2009-cu ilin iyul ayından 2021-ci ilin sentyabr ayına qədər olan müddətdə orta bazar qiymətlərinə uyğun aylıq icarə haqqının ümumi dəyəri təxminən 243.000 manat məbləğində müəyyən olunmuşdur. O cümlədən: iyul 2009 – dekabr 2014-cü illər üzrə - 99.000 manat; yanvar 2015 – dekabr 2018-ci illər üzrə - 912.000 manat; yanvar 2019 – avqust 2021-ci illər üzrə - 52.800 manat məbləğində müəyyən edilmiş dir. Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol Xəstəxanasının cənub hissəsində yerləşən “X8 Məntəqəsi” təyinatlı qeyri – yaşayış sahəsinin rentabellilik (yəni gəlirdən), tələb və təklifdən, tərəflər arasında olan sövdələşmədən asılı olaraq, qeyd edilən daşınmaz əmlak üzrə 2009-cu ilin iyul ayından 2021-ci ilin sentyabr ayına qədər olan müddətdə müəyyən edilmiş aylıq icarə haqqının dəyərində qismən dəyişiklik olması istisna edilməmişdir. Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol Xəstəxanasının cənub hissəsində yerləşən “X8 Məntəqəsi” təyinatlı qeyri – yaşayış sahəsinin 2009-cu ilin iyul ayndan 2021-ci ilin sentyabr ayına qədər olan rentabellik dərəcəsinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Bu səbəbdən də qeyd edilən sual üzrə tədqiqat aparılmadı.
52. İddiaçı1 2 023-cü il 31 may tarixdə apellyasiya məhkəməsinə vəsatət təqdim edərək, iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmiş, 2023-cü il 1 iyun tarixli 2-2(104)-71/2023 nömrəli məhkəmə iclasının protokolundan görünür ki, həmin vəsatət təmin edilməmişdir (hakim – M.Hüseynov).
53. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 2-2(104)-71/2023 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh İddiaçı1 qarşı iddiasının pul tələbinə dair hissədə təmin olunmaması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin olunması, İddiaçı1 144.000 manat pul vəsaiti əldən çıxmış gəlirin əvəz qismində alınıb Cavabdeh verilməsi, pul tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh apellyasiya şikayətinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir (sədrlik edən – M.Hüseynov, hakimlər – R.Cəfərov və S.Hüseynov).
54. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Ali Məhkəmənin Kommersiya kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2(102)- 614/2022 saylı qərarında qeyd olunur ki, işə baxan birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən İddiaçı1 2009-cu ildən indiyədək Cavabdeh məxsus daşınmaz əmlakdan barışıq sazişi üzrə razılaşdırılmış məbləği tam ödəməməklə, faktiki olaraqsa ondan qanunsuz faydalanmaqla, onu mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etməsi adekvat qiymətləndirilməmişdir... Bundan başqa, Cavabdeh məxsus X8 məntəqəsində olan əmlaklara (avadanlıq və cihazlara) münasibətdə də tam a raşdırılma aparılmamış, bu baxımdan Cavabdeh müvafiq iddia tələbinə əsaslandırılmış hüquqi qiymət verilməmişdir. Ona görə də Ali Məhkəmə Cavabdeh iddia tələblərini və onun apellyasiya şikayətinin dəlillərini qeyd olunan hissələrdə təkrarən araşdırıb həmin hissələr üzrə yeni qətnamə qəbul edilməsini apellyasiya məhkəməsinə həvalə etmişdir.
55. İddiaçı1 barışıq sazişinin bağlandığı 2009-cu ildən indiyədək Cavabdeh məxsus X8 məntəqəsindən tam hüquqlu mülkiyyətçi qismində maneəsiz faydalandığı (gəlir götürdüyü) halda, özü həmin yanacaqdoldurma məntəqəsinə görə Cavabdeh 140.000 ABŞ dolları əvəzinə cəmi 60.000 ABŞ dolları məbləğində pul verməklə sonuncuya maddi ziyan vurmuşdur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən mübahisəli obyekt İddiaçı1 alınıb qanuni mülkiyyətçisi Cavabd eh, həmin obyektə görə verilmiş 60.000 ABŞ dolları da sonuncudan alınıb İddiaçı1 qaytarılmalıdır. İddiaçı1 Cavabdeh məxsus yanacaqdoldurma məntəqəsini 10 ildən artıq müddətdə əvəzsiz istifadə edib təkbaşına faydalanmış, Cavabdeh isə həmin müddətdə öz obyektindən heç bir fayda (qazanc, gəlir) əldə edə bilməmişdir. Halbuki barışıq sazişinin bağlandığı 2009-cu ilədək tərəflər arasında uzun müddət (1999-2009-cu illərdə) icarə münasibətləri mövcud olmuşdur. 2015-ci ildən başlayaraq İddiaçı1 üzərinə mübahisəli obyektdən (X8 məntəqəsindən) qanuni mülkiyyətçinin iradəsi ziddinə istifadə etdiyi (faydalandığı) müddət üçün icarə haqqı hesablanmalı və hesablanan icarə haqqı Cavabdeh əldən çıxmış gəlirin əvəzi olaraq ödənilməli, sonuncuya məxsus X8 məntəqəsini, əvvəllər (2009-cu ilə qədər) olduğu kimi, icarəyə vermiş olsa idi, mübahisənin yarandığı 2015-ci ilin yanvarından mübahisəli əmlak (obyekt) üzərində onun hüquqlarının bərpa olunduğu 2021-ci ilin sentyabrınadək olan dövrdə adi mülki dövriyyə şəraitində orta icarə haqqı hesabı ilə gəlir əldə edə bilərdi ki, lakin İddiaçı1 qanunazidd davranışı nəticəsində bu imkandan məhrum olmuşdur.
56. Qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən mübahisəli obyekt İddiaçı1 alınıb qanuni mülkiyyətçisi Cavabdeh, həmin obyektə görə verilmiş 60.000 ABŞ dolları da Cavabdeh alınıb İddiaçı1 qaytarılmalı olduğundan, belə nəticə hasil olur ki, İddiaçı1 Cavabdeh məxsus yanacaqdoldurma məntəqəsini 10 ildən artıq müddətdə əvəzsiz istifadə edəndən sonra onu geri qaytarır. Belə vəziyyətdə İddiaçı1 həm də Cavabdeh (onun əmlakı) hesabına əsa ssız varlanmış şəxs qismində çıxış edir. Bu cür varlanma həyata keçirilməmiş əsasa, yəni İddiaçı1 tərəfindən barışıq sazişindən irəli gələn öhdəliyin yerinə yetirilməməsinə söykənmişdir (MM-in 1091-ci maddəsi). Ona görə də İddiaçı1 əsassız varlanan şəxs olaraq Cavabdeh (məhrum olana) dəymiş maddi zərərin (əlindən çıxmış faydanın) əvəzini ödəməlidir.
57. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 4 may tarixli 9/2269 saylı məhkəmə-əmtəəşünaslıq rəyinə istinad edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh dəymiş maddi ziyanın əvəzində onun xeyrinə İddiaçı1 144.000 manat məbləğində pul vəsaiti tutulmalıdır.
58. Cavabdehla İddiaçı1 əvvəldən işgüzar münasibətdə olsalar da, sonradan münasibətləri pozulmaqla aralarında uzun müddətli məhkəmə çəkişmələri olmuş, bu müddət ərzində hər bir tərəf tələbinin əsaslı olduğunu ehtimal etmişdir. Bu baxımdan, İddiaçı1 həmin məhkəmə çəkişmələrinin səbəbkarı olmaqla Cavabdeh mənəvi sarsıntı və iztirab verməsi barədə mülahizələri qəbuledilən deyildir. Ona görə də məhkəmə Cavabdeh İddiaçı1 qarşı mənəvi zərərin əvəzi tələbinə dair iddiasını əsaslı hesab etməmiş və həmin hissədə iddianı təmin etməmək qənaətinə gəlmişdir.
59. Cavabdeh mübahisəli X8 məntəqəsinə aid avadanlıq və cihazların (yüksək təzyiqli tutum 3 ədəd çən, yanğın əleyhinə 1 ədəd çən, yanğın əleyhinə digər alətlərlə lövhə, 2 ədəd kompressor resiverlə birgə, 1 ədəd qaz paylayıcı kolonka, sayğac 3 ədəd, yüksək təzyiqli borular və onların ventilləri, elektrik lövhəsi tərkibində elektrik sayğacı və elektrik avtom atları) İddiaçı1 alınaraq sonuncuya verilməsinə dair iddia tələbinin ayrıca təmin edilməsinə lüzum qalmamışdır. Belə ki, Cavabdeh mübahisəli X8 məntəqəsinin İddiaçı1 alınaraq onun sahiblik və istifadəsinə qaytarılması ilə bağlı təmin olunmuş iddiası həm də Cavabdeh həmin məntəqəyə aid avadanlıq və cihazların İddiaçı1 alınaraq ona verilməsi tələbini ehtiva edir. Ona görə ki, X8 məntəqəsi və onun fəaliyyətini təmin edən sözügedən avadanlıq və cihazlar vəhdət halında vahid daşınmaz əmlakı təşkil edirlər.
60. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1 və 3-cü hissələrinə, MM-in 21.1, 21.2, 152.1–152.5, 157.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair”, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarına, “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokoluna, MPM-in 14.2, 76.1, 77.1, 82.3, 88, 217.3, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
61. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 16 iyun tarixində iş üzrə tərəflərə göndərilmiş və poçt göndərişlərinin verilməsi haqqında xəbərnaməd ən görünür ki, qətnamə 2023-cü il 21 iyun tarixdə İddiaçı1 təqdim olunmuşdur.
62. İddiaçı1 2023-cü il 27 iyul tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
63. MM-in 21.1, 21.2-ci maddələri üzrə - Mübahisəli yanacaqdoldurma məntəqəsi mülkiyyət hüququ əsasında iddiaçının istifadəsində olmuşdur. Həmin yanacaqdoldurma məntəqəsi 2013-cü ildən zərərlə çalışdığına görə 2014-cü ilin yanvar ayında iddiaçı tərəfindən fəaliyyəti dayandırılmış və sonuncu tərəfindən heç bir fəaliyyət olmamışdır. Tərəflər arasında 2015-ci ilin əvvəllərində məhkəmə mübahisəsi yaranan zaman üm umiyyətlə həmin mübahisəli maye qaz yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərməmişdir. Belə olduğu halda, məhkəmə əsassız ekspertiza rəyinə əsaslanaraq Cavabdeh iddiasını qismən təmin etməkdə haqlı olmamışdır. Həmçinin iddiaçı tərəfindən işlədiyi dövrlə bağlı vergiyə verilən hesabatlar və illik dövriyyə ilə bağlı sənədlər məhkəməyə təqdim edildiyinə görə məhkəmə ekspert qarşısında sualı ya iddiaçının fəaliyyət göstərdiyi dövrdə əldə etdiyi illik gəlirinə görə və yaxud Gəncə şəhərində yerləşən başqa bir maye qaz yanacaqdoldurma məntəqəsinin aylıq və yaxud illik icarə haqqı ilə müəyyən edə bilərdi. Belə ki, Gəncə şəhərində heç bir yanacaqdoldurma məntəqəsinin, hətta şəhərin ən hərəkətli yerində belə heç bir yanacaqdoldurma məntəqəsinin aylıq icarə haqqı ekspertin rəyində göstərildiyi qədər olmamışdır. Yanacağın qiyməti dövlət tərəfindən müəyyən olduğu üçün, yanacaqdan gələn gəlir az miqdarda olduğuna görə həmin məntəqənin aylıq icarə haqqının ekspertin müəyyənləşdirdiyi qiymət kimi olması da ağlabatan olmamışdır. Ekspertiza hər hansı bir rəsmi məlumata istinad etmədən Cavabdeh əvvəlcə məhkəməyə vermiş olduğu X1nin rəyində qismən dəyişiklik etməklə oxşar rəy vermiş və məhkəmə də həmin əsassız, heç bir sübuta söykənməyən rəyə əsaslanaraq iddianı qismən təmin etmişdir.
64. MPM-in 101.6, 102.1-ci maddələri üzrə - Ekspert apellyasiya məhkəməsinin qərardadla göstərdiyi 1-ci suala dair rəy verərkən qiymətlərin dəyişilməsini istisna edilməməyi ilə bağlı qeyd vermişdir. Göründüyü kimi, ekspertin rəyi tam və dəqiq olmamaqla konkret heç bir sübutla əsaslandırılmamış və nəticə etibarı i lə qanunsuz rəy vermişdir. Həmçinin ekspertiza hər hansı mötəbər sənədə əsaslanaraq verilmişdirsə o zaman həmin sənədin ekspertdən tələb olunaraq alınması və bu sənədin məhkəmə iclasında tədqiq edilməsi xahiş olunsa da, məhkəmə bu halı araşdırmayaraq ədalətsiz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
65. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri
66. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edilsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız Cavabdeh İddiaçı1 qarşı iddiasının pul tələbi təmin edildiyi hissədə yoxlanılacaqdır.
67. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və p rosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
68. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur....” “Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır.... İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə bi rlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir....”
69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa dü şülür....” “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın....” “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesab ına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016ci il 23 fevral tarixli Qərarında müəyyən edilmişdir ki: “... Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir....”
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhk əmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”
72. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarında müəyyən edilmişdir ki: “2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxs i qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır....” 73. “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər ist isna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz....”
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
82. Sübut etməkd ən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər tərəflərin qarşılıqlı 218.1. Qə tnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
75. Son apellyasiya baxışında məhkəmənin qətnaməsilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh iddiasının pul tələbinə dair hissədə təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş və İddiaçı1 144.000 manat pul vəsaitinin əldən çıxmış gəlirin əvəzi qismində alınıb Cavabdeh verilməsi qət edilmiş, pul tələbi və apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
76. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən İddiaçı1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
77. Kassasiya şikayətinin dəlillərinə görə, mübahisəli yanacaqdoldurma məntəqəsi zərərlə çalışdığına görə 2014-cü ilin yanvar ayında İd diaçı1 tərəfindən fəaliyyəti dayandırılmış və sonuncu tərəfindən heç bir fəaliyyət olmamışdır. Tərəflər arasında 2015-ci ilin əvvəllərində məhkəmə mübahisəsi yaranan zaman ümumiyyətlə həmin mübahisəli maye qaz yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərməmişdir. Belə olduğu halda, məhkəmə əsassız ekspertiza rəyinə əsaslanaraq cavabdehin iddiasını qismən təmin etməkdə haqlı olmamışdır.
78. Mübahisələndirilən qətnamədə müəyyən edilən hadisələrin xronoloji ardıcıllığına nəzər saldıqda məlum olur ki, barışıq sazişinin bağlandığı 2009-cu ilədək tərəflər arasında uzun müddət (1999-2009-cu illərdə) icarə münasibətləri mövcud olmuşdur. Həmçinin İddiaçı1 barışıq sazişinin bağlandığı 2009-cu ildən Cavabdeh məxsus X8 məntəqəsindən tam hüquqlu mülkiyyətçi qismində maneəsiz faydalanmış (gəlir götürmüş), 2015-ci ilin əvvəlindən tərəflər arasında yenidən məhkəmə mübahisələri yaranmış, Cavabdeh İddiaçı1 ya obyektin razılaşdıqları pulunun ödənilməsini, ya da obyektin özünün geri qaytarılmasını tələb etməyə başlamış, lakin İddiaçı1 Cavabdeh tələblərinə məhəl qoymamışdır.
79. Ona görə də apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, 2015-ci ildən başlayaraq İddiaçı1 üzərinə mübahisəli obyektdən (X8 məntəqəsindən) qanuni mülkiyyətçinin iradəsi ziddinə istifadə etdiyi (faydalandığı) müddət üçün icarə haqqı hesablanmalı və hesablanan icarə haqqı Cavabdeh əldən çıxmış gəlirin əvəzi olaraq ödənilməlidir.
80. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini əsaslı hesab edərək bildirir ki, əldən çıxmış zərərin hesablanması üçün mübahisəli dövr üçün mübahisəli obyekt üzrə icarə haqqının məbləği əsas götürüldüyündən, həmin dövrdə İddiaçı1 faktiki fəaliyyət göstərib-göstərməməsi hazırkı mübahisənin həlli baxımından heç bir rol oynamır. Belə ki, Cavabdeh mübahisəli obyekti faktiki fəaliyyət göstərən digər sahibkarlıq subyektinin icarə versə idi, bundan gəlir götürə bilərdi. Lakin İddiaçı1 faktiki fəaliyyət göstərib-göstərməməyindən asılı olmayaraq həmin obyekti özündə saxlamaqla və Cavabdeh hər hansı haqqı ödəməməklə sonuncuya əldən çıxmış fayda formasında zərər vurmuşdur ki, onun da məbləğini məhkəmə haqlı olaraq icarə haqqının mümkün məbləğinə uyğun olaraq müəyyən etmişdir.
81. Bundan başqa, kassator hesab edir ki, iddiaçı tərəfindən işlədiyi dövrlə bağlı vergiyə verilən hesabatlar və illik dövriyyə ilə bağlı sənədlər məhkəməyə təqdim edildiyinə görə məhkəmə ekspert qarşısında sualı ya iddiaçının fəaliyyət göstərdiyi dövrdə əldə etdiyi illik gəlirinə görə və yaxud Gəncə şəhərində yerləşən başqa bir maye qaz yanacaqdoldurma məntəqəsinin aylıq və yaxud illik icarə haqqı ilə müəyyən edə bilərdi. Belə ki, Gəncə şəhərində heç bir yanacaqdoldurma məntəqəsinin, hətta şəhərin ən hərəkətli yerində belə heç bir yanacaqdoldurma məntəqəsinin aylıq icarə haqqı ekspertin rəyində göstərildiyi qədər olmamışdır.
82. Halbuki iş materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 2023-cü il 3 mart tarixli iclası protokolundan (İV cild, i/v 266-275) görünür ki, məhkəmə ekspertiza qarşısında qoyulması nəzərdə tutulan sualların məzmununu (ekspertizanın təyin edilməsinin məqsədləri formasında) bildirərək ekspertizanın keçirilməsi barədə proses iştirakçılarının fikrini soruşmuş, lakin cavabdeh tərəf buna dair hər hansı etiraz bildirməmiş, yaxud sualların məzmunu barədə hər hansı təklif verməmişdir. Odur ki, kassatorun ekspertiza qarşısında sualların məhkəmə tərəfindən düzgün qoyulmamasına dair dəlili əsassızdır.
83. Gəncə şəhərində heç bir yanacaqdoldurma məntəqəsinin aylıq icarə haqqının ekspertin rəyində göstərildiyi qədər olmamasına dair dəlil də yalnız subyektiv mülahizə xarakterli olduğundan heç cür əsaslı hesab edilə bilməz. Belə ki, bununla əlaqədar İddiaçı1 tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmır.
84. Kassatorun digər dəlilinə görə, ekspert 1-ci suala dair rəy verərkən qiymətlərin dəyişilməsinin istisna edilməməyi ilə bağlı qeyd vermişdir. Göründüyü kimi, ekspe rtin rəyi tam və dəqiq olmamaqla konkret heç bir sübutla əsaslandırılmamış və nəticə etibarı ilə qanunsuz rəy vermişdir.
85. Halbuki ekspertiza tədqiqatı qarşısında qoyulan sualın özü (“Gəncə şəhəri Kəpəz rayonu, Dəmiryol Xəstəxanasının cənub hissəsində yerləşən "X8 Məntəqəsi" təyinatlı qeyri-yaşayış sahəsinin 2009-ci ilin iyul ayından 2021-ci ilin sentyabr ayına qədər orta bazar qiymətləri nəzərə alınmaqla ümumi və müvafiq illər üzrə icarə haqqı nə qədər təşkil edə bilərdi?”) istənilən halda ona təqribi cavabın verilməsini şərtləndirirdi (ekspertiza qarşısında qoyulan suallarla bağlı İddiaçı1 tərəfindən hər hansı təklif verilməməsinə dair məhkəməm kollegiyasının mövqeyi artıq yuxarıda əks olunmuşdur).
86. Ekspertizanın əsaslandığı sənədin ekspertdən tələb olunaraq alınması və bu sənədin məhkəmə iclasında tədqiq edilməsinin xahiş olunmasına dair dəlillə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, nə İddiaçı1 vəkili tərəfindən verilmiş vəsatətdən (İ cild, i/v 206-207), nə də apellyasiya instansiyası məhkəməsinin 2023-cü il 1 iyun tarixli iclas protokolundan (İV cild, i/v 311-313) İddiaçı1 və ya onun nümayəndəsi və vəkilinin məhkəmədən bu barədə xahiş etməsi görünür.
87. Ümumiyyətlə isə, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlilləri yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərə findən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
88. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax bu qərarın 74-cü bəndinə) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax bu qərarın 74-cü bəndinə) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
89. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 2-2(104)-71/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
90. Göstəril ənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 22(104)-71/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.