Məhkəmə qərarları › İş №2-2(102)-577/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-577/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-577/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 iyun tarixli, 22(103)-578/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı ic raat qaydasında baxılmışdır. İşin halları: 1. 2013-cü il 15 avqust tarixli 7524 saylı ipoteka müqaviləsinə görə, "xxxx" ASC və Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MMC-yə illik 9% 120 ay müddətinə 73.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İpoteka predmeti Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 kv.m. ümumi sahədən ibarət 21 mərtəbəli qeyriyaşayış, ofis və qonaq evi binasıdır. İpoteka ilə yüklü edilmiş əmlak 120.000.000 manat məbləğində qiymətləndirilir. 2. 2013-cü il 15 avqust tarixli 7524 saylı müqaviləyə əsasən, borclu Cavabdeh MMC Banka 73.000.000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etmiş, borcun etirafı və ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Həmin müqavi lənin: - 2.3-cü bəndinə əsasən tərəflər bu müqaviləni bağlamaqla 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2012-ci il 10 aprel tarixli 2-(81)-1383/2012 saylı qətnaməsinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2012-ci il 6 avqust tarixli 21(103)-415/2012 saylı qətnaməsinin və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2013-cü il 13 mart tarixli 2-1(102)-27/13 saylı qərarının icrasına və icra tərəfindən icraatın aparılmasına ehtiyac olmadığı barədə razılığa gəlmişlər. - 4-cü bəndinə əsasən borc vəsaitinin ödəmə müddəti 2013-cü il 1 sentyabr tarixindən 120 ay təşkil etmiş və 2023-cü il 1 sentyabr tarixində başa çatmışdır. - 6-cı bəndinə əsasən faizlər illik 9% dərəcəsi ilə hesablanmış və bu müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədə qeyd olunan cədvələ uyğ un borclu tərəfindən banka ödənilməlidir. - 7.2-ci bəndinə əsasən, borclu bankdan bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə pul vəsaitini bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə olan cədvələ uyğun ödəməlidir. - 9.3-cü bəndinə əsasən gecikdirilmiş borca görə borclu əlavə olaraq illik 3% ilə hesablanan cərimə faizi ödəməlidir. - 11.1-ci bəndinə əsasən, borclu 1 saylı Əlavədə olan cədvələ uyğun öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. - 11.2-ci bəndinə əsasən, borclu bu müqavilə ilə müəyyən edilmiş müddətdə borc vəsaitini və ona hesablanan faizləri ödəməlidir. 3. 2015-ci il 1 dekabr tarixli 7524 saylı müqaviləyə 1 saylı dəyişikliklərə görə, 7524 saylı müqaviləyə aşağıdakı məzmunda yeni bəndlər əlavə edilir: tərəflər təsdiq edir ki, bu müqavilə üzrə 2015-ci il 1 dekabr tarixinə hər hansı əsasla borclunun banka ödəməli olduğu, bankın isə borcludan tələb edə bildiyi əsas məbləğ 50.657.985 ABŞ dolları və hesablanmış faiz borcu 12.440.257,40 ABŞ dollarıdır. Həmçinin 7524 saylı müqavilənin 4.2-ci bəndində 120 ay sözləri 184, 4.3-cü bəndində 2023-cü il 1 sentyabr tarixində sözləri 2029-cu il 1 yanvar tarixində, 6.1-ci bəndində 9% sözləri 6%, 7.2, 7.3, 9.2, 11.1 bəndlərində 1 saylı Əlavədə sözləri 2 saylı Əlavədə sözləri ilə əvəz edilmişdir. 4. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101s sayl ı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 2015-ci il 11 avqust və 2017-ci il 21 aprel tarixli müqavilələrin əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı QSC BOKT Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2013-cü il 15 avqust tarixli 7524 saylı müqavilə üzrə cəmi 120.228.307,10 manat (əsas borc 71.023.749,20 manat, faiz borcu 49.204.557,90 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 50.000 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan cavabdehin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 kv.m ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin cavabdehin pul vəsaitlərinə və digər əmlaklarına yönəldilməsi, həmin pul vəsaitləri və əmlaklar hesabına borcun qalan hissəsinin ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbir ləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 2015-ci il 11 avqust və 2017-ci il 21 aprel tarixli müqavilələrin əsasında iddiaçıya keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı cavabdehin ASC-yə olan müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 2017-ci il 13 iyun tarixli, S23 saylı təhvil-təslim aktı əsasında iddiaçıya təhvil verilmişdir. Həmin akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə ASC-yə cəmi 58.999.970,98 ABŞ dolları (əsas borc 44.075.000 ABŞ dolları, faiz borcu 14.924.970,98 ABŞ dolları) məblə ğində borcu olmuşdur. Həmin borc cavabdeh ilə ASC-nin Mərkəzi filialı arasında bağlanmış müqaviləyə və həmin müqaviləyə 2015-ci il 1 dekabr tarixli 1 saylı dəyişikliyə əsasən yaranmışdır. Borc üzrə tələb hüququ iddiaçıya keçdikdən sonra iddiaçı tərəfindən 15.098.133,11 ABŞ dolları məbləğində faiz hesablanmış, borcdan cəmi 5.151.163,62 ABŞ dolları (əsas borc 2.296.324 ABŞ dolları, faiz borcu 2.854.839,62 ABŞ dolları) məbləğində ödəniş hesabına azalma olmuşdur. Beləliklə, 2023-cü il 13 iyun tarixinə cavabdehin hazırkı günə müqavilə üzrə cəmi borcu 68.946.940,47 ABŞ dolları (əsas borc 41.778.676 ABŞ dolları, faiz borcu 27.168.264,47 ABŞ dolları) məbləğindədir. Həmin borc iddiaçının balansında Azərbaycan manatı ekvivalentində cəmi 117.209.798,80 manat (əsas borc 71.023.749,20 manat, faiz borcu 46.186.049,60 manat) təşkil etmişdir. Bu borcun təminatı olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2010-cu 12 iyun tarixində DƏDRXdə 30 nömrəli reyestr kitabının 2761 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışa əsasən cavabdehin mülkiyyətindəki qeyri-yaşayış binası ipoteka saxlayan ASC-nin Mərkəzi filialı ilə ipoteka verən cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdehin müqavilədən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün ASC-nin Mərkəzi filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bununla bağlı DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli dövlət re yestrindən çıxarış verilmişdir. Bu borc üzrə tələb hüququ ASC-dən iddiaçıya keçdikdən sonra isə həmin qeyri-yaşayış binası üzərində iddiaçının adına ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qalıq borcunu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh qeyd edilən b orcunu iddiaçıya qaytarmaq niyyətində deyil. İddiaçı §1-3-də göstərilənlərə istinadən qeyd etmişdir ki, cavabdeh həmin müqavilənin 11.1 və 11.2-ci bəndlərində nəzərdə tutulmuş müddətdə borc vəsaitini və ona hesablanan faizləri ödəməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 mart tarixli, e-2-2(113)-145/2024 nömrəli qətnaməsi ilə (hakim E.Z.Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71.023.749,20 manat əsas borcun, 46.505.656,37 manat faiz borcunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 2.249.085,38 manat faiz borcunun, cəmi 119.778.490,95 manatın, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pulun tutularaq İddiaçı QSC BOKT-a ö dənilməsi, tutmanın ilkin satış qiyməti 120.000.000 manat olan ipoteka predmeti Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 kv.m ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləği Cavabdeh MMC-nin pul vəsaitləri və digər əmlaklarının hesabına ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pul tələbi hissəsində iddia təmin edilməlidir.

10. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, İddiaçı QSC BOKT-nin 2023-cü il 13 iyun tarixində yaranmış borcun ödənilməsi ilə bağlı pretenziya ilə Cavabdeh MMC-yə müraciət etdiyinə görə faiz borcu qismən, həmin tarixə olan müqavilə şərtlərinə uyğun 46.505.656,37 manat məbləğində, həmin tarixdən 2024-cü il 1 fevral tarixədək isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesabla nmaqla 2.249.085,38 (71.023.749,20 manat x 5%: 360 gün x 228 gün) manat məbləğində təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində tərəflərin razılaşdırdığı 120.000.000 manat məbləğində müəyyən edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 445.7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 iyun tarixli, 2-2(103)- 578/2024 nömrəli qətnaməsi ilə (hakim V.Ə.Baxışovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Qurbanovdan və Z.A.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 1024-cü il 12 mart tarixli, e-2-2(113)-145/2024 nömrəli qətnaməsi qismən – Cavabdeh MMC-dən İddiaçı QSC BOKT-un xeyrinə 2.249.085,38 manatın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə faiz tutulması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi ilk öncə cavabdehin apellyasiya şikayətində qeyd edilmiş iş üzrə icraata xitam verilməli olduğuna dair mülahizələrə hüququ qiymət verilərək göstərmişdir icraata xitam verilməsinin əsasları Mülki Prosessual Məcəllənin 261-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 261.0.6-cı maddəsində nəzərdə tutulur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa iş üzrə icraata xitam verilməlidir. Hazırkı halda cavabdeh tərəfindən məhkəməyə tərəflər arasındakı mübahisə üzrə beynəlxalq arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olduğuna dair sübut təqdim edilmədiyindən iş üzrə icraata xitam verilməsi üçün qanuni əsasın mövcudluğu müəyyən olunmur.

16. Apellyasiya şikayətində MPM-in 261.0.1-ci maddəsinə istinad olunaraq işə məhkəmədə baxılmalı olmaması əsasından xitam verilməli olduğu qeyd edilsə də, məhkəmə bu mülahizəni də əsassız hesab etmişdir. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2-ci maddəyə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Qeyd edilən normaların tələblərinə əsasən iddiaçının iddia tələbinə məhkəmə tərəfindən baxılmalı olmadığına dair mülahizələrin qanuni əsası yoxdur.

17. Mübahisənin xarici elementli olması ilə bağlı da cavabdehin dəlilləri apellyasiya məhkəməsi tərəfindən əsassız hesab edilmişdir. Belə ki, həm iddiaçı, həm də cavabdeh Azərbaycan Respublikasının hüquqi şəxsləridir. İddianın faktiki əsası kimi istinad edilmiş 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə və 15 avqust 2013-cü il tarixli 7524 saylı ipoteka müqaviləsi Azərbaycan Respublikasında bağlanmış və ipoteka ilə yüklü edilmiş əmlak da Azərbaycan Respublikası ərazisində yerləşir. Buna görə də, hazırkı mübahisəyə xarici elementli mübahisə olaraq baxılması üçün qanuni əsas mövcud deyildir. Bundan əlavə 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilənin 16.2-ci və 17.2-ci bəndlərində qeyd edilmişdir ki, tərəflər arasında danışıqlar yolu ilə aradan qaldırıla bilməyən mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll olunacaqdır. Eyni şərt 15 avqust 2013-cü il tarixli 7524 saylı ipoteka müqaviləsinin də 10-cu bəndində nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən apelly asiya kollegiyası hesab etmişdir ki, Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olmuş, məhkəmə aidiyyəti ilə bağlı tələblər pozulmamışdır.

18. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 15 avqust 2013-cü il tarixli 7524 saylı müqaviləyə əsasən Cavabdeh MMC banka müxtəlif kredit müqavilələri və məhkəmə qətnamələri əsasında bank qarşısında ümumilikdə 73.000.000 ABŞ dolları borcu olduğunu etiraf edərək həmin borcu müqaviləyə əlavədə göstərilmiş faizlə, həmin əlavədə müəyyən edilmiş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 saylı Əlavədə əsas borcun illik 9 faiz ödəməklə 2023-cü il 1 sentyabr tarixədək qaytarılması nəzərdə tutulsa da, 2 saylı Əlavədən görünür ki, tərəflər arasında 2016-cı il 1 mart tarixdən etibarən qalıq 50.000.000 ABŞ dolları borcun illik 6 faiz ödənilməklə 2029-ci il 1 yanvar tarixədək qaytarılması nəzərdə tutulmuş, sonuncu əlavə ilə bank tərəfindən borclunun həm kredit faizi azaldılmış, həm öhdəliyin icra müddəti artırılmışdır.

19. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101s Saylı Sərəncamının icrası ilə əlaqədar olaraq Cavabdeh MMC-nin "xxxx" ASC-yə olan borcunu tələb hüququ İddiaçı QSC BOKT-a ötürülmüş, 2017-ci il 13 iyun tarixli S-23 saylı təhvil-təslim aktına əsasən borc İddiaçı QSC BOKT-a ötürülərkən qalıq əsas borc 44.075.000 ABŞ dolları, faiz borcu 14.924.970,98 ABŞ dolları olmuşdur. İşdəki 2023-cü il 13 iyun tarixli maliyyə arayış ından görünür ki, öhdəlik üzrə tələb hüququ İddiaçı QSC BOKT-na keçdikdən sonra cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər hesabına əsas borc azalaraq 41.778.676 ABŞ dolları (manat ekvivalenti 71.023.749, 20 manat) təşkil etmiş, faiz borcu isə 27.356.268,45 ABŞ dollarınadək (manat ekvivalenti 46.505.656,37 manat) artmışdır.

20. Cavabdeh tərəfindən ödənişlər 2 saylı Əlavə əsasında tərtib edilmiş ödəniş qrafikinə uyğun həyata keçirilmədiyindən iddiaçı 2023-cü il 14 iyun tarixdə cavabdehə pretenziya məktubu göndərməklə 71.023.749,20 manat əsas borcun, 46.505.656,37 manat faiz borcunun ödənilməsini tələb etmiş, bununla da müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini bəyan etmişdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdeh tərəf müqavilənin ləğv edilməsinə etiraz bildirməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehdən kredit borcu üzrə faizlər yalnız müqavilə ləğv edildiyi tarixədək tutula bilər.

22. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən cavabdeh tərəf birinci instansiya məhkəməsinə kredit öhdəliyi üzrə ödənişlərin iddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd edilən məbləğdən daha artıq olduğuna dair hər hansı mötəbər sübut təqdim etmədiyindən və ümumiyyətlə ödənişlərin məbləği mübahisə predmeti olmadığından, iddiaçının xeyrinə 71.023.749,20 manat əsas borc, 46.505.656,37 manat müqavilə üzrə faiz borcunun tutulması hissəsində qətnamə qanuni və əsaslı hesab edilmişdir.

23. Cavabdeh tərəfin apellyasiya instansiyası mərhələsində ödənişlərlə bağlı təqdim etdiyi ödəniş sənədlərinin yerləşdirildiyi daşıyıcı (CD disk) ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin bu sübutu təqdim etməyə kifayət qədər imkanı olduğu halda qeyd edilən sübut birinci instansiya mərhələsində təqdim edilmədiyindən qəbul oluna MPM-in 78.1-ci, 372.2-ci maddələrinə əsasən qəbul bilməz.

24. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş 50.000 manat vəsaitin 2024-cü il 29 aprel tarixdə ödənilməsi barədə ödəniş qəbzləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu ödənişlər qətnamə qəbul edildikdən sonra həyata keçirildiyindən qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz, lakin icra mərhələsində nəzərə alınmaqla ümumi borcdan çıxılmalıdır.

25. Məhkəmə apellyasiya şikayəti ilə bu hissədə razılaşmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış, iddiaçının cavabdehdən MM-in 445.7-ci maddəsinə əsasən illik 5 faizlə əldən çıxmış fayda tutulması barədə tələbi olmadığı halda həmin normaya əsasən 2.249.085,38 manat faiz borcu tutmuşdur. Bu hissədə MPM-nin 218.3-cü maddəsinin pozuntusu müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə bu hissədə qismən ləğv edilməlidir.

26. İpoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən düzgün müəyyən edilmədiyinə dair apellyasiya şikayətindəki mülahizələrlə bağlı məhkəmə qeyd etmişdir ki, işdəki 2013-cü il 15 avqust tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdehin mülkiyyətin də olan əmlak ipoteka ilə yüklü edilərkən "xxxx" MMC-nin 2013-cü il 31 iyul tarixli ekspert rəyinə əsasən (müqavilənin 3.3-cü bəndi) 120.000.000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi əmlakın bazar və likvid dəyərinin müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 19 yanvar tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmiş, əsas kimi göstərilmişdir ki, ekspert məhkəmə tərəfindən təyin edilmiş vaxtda tədqiqat obyektinin olduğu ünvana getmiş, lakin tədqiqat obyektinə baxış keçirilməsi üçün şərait (faktiki olaraq bütün mərtəbələrdə ayrı-ayrı şirkətlər fəaliyyət göstərmişdir) yaradılmamışdır. MPM-in 97.5-ci maddəsinə əsasən tərəf e kspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

27. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın bazar və likvid dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə fəaliyyəti ilə məşğul olan və Azərbaycan Qiymətləndiricilər Cə miyyətinin üzvü olan "xxxx" MMC-yə və "xxxx" MMC-yə mütəxəssis rəyi verilməsi üçün müraciət edilmiş, hər iki şirkət əmlaka baxış keçirilməsi üçün şərait yaradılması və zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə cavabdehə telefon vasitəsi ilə və e-mail ünvanına məktub göndərilsə də nəticəsi olmadığından mütəxəssis rəyi verilməsindən imtina edilmişdir.

28. İpoteka qoyulmuş əmlakın hazırkı bazar və likvid dəyərinin müəyyən edilməsi üçün cavabdeh tərəfindən ekspertə və mütəxəssislərə şərait yaradılmadığından, apellyasiya məhkəməsi hesab etmişdir ki, əmlakın ilkin satış qiymətinin işdə olan sübut tərəflər arasında bağlanmış ipoteka müqaviləsindəki qiymət əsasında müəyyən edilməsi prosessual normaların tələblərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, əmlak aç ıq hərrac yolu ilə satılacağından əgər əmlakın real dəyəri həqiqətən 120.000.000 manatdan artıqdırsa hərracda bu qiymətdən daha artıq qiymətə satılması mümkündür.

29. Cavabdeh tərəfindən təqdim edilmiş “X2” MMC-nin hesabatında ipoteka predmeti olan əmlakın bazar dəyərinin 316.903.120 manat olduğu qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu hesabat ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. İlk olaraq, ipoteka predmetinin ilkin satış qiyməti kimi onun bazar dəyəri deyil, likvid dəyəri göstərilməli olduğu halda “X2” MMC-nin təqdim etdiyi hesabatda əmlakın likvid dəyəri göstərilməmişdir. Bundan əlavə, hesabatdan görünür ki, uyğun obyektlərin müqayisəli təhlili aparılmadan və analoji obyektləri n bazar dəyəri ilə müqayisə olunmadan ipoteka qoyulmuş əmlakın bazar dəyəri ümumi əməliyyat gəlirlərinin (13.187.534,73 manat), icarəyəverənin əməliyyat xərclərinin (7.620.503,78 manat), boşdayanma xərci 10%, effektiv məcmu gəlir (5.010.327,85 manat), fiziki aşınma 5,6%, icarədən gələn xalis əməliyyat gəliri, kapitallaşdırma əmsalı (0,015), yaxşılaşdırma üçün çəkilmiş xərclər (824.496,43 manat), müstəqil əsas vəsait kimi balansa daxil edilmiş aktivlər və binanın dəyərinin üzərinə əlavə edilmiş kapitallaşdırmalar (761.990,44 manat) toplanması ilə hesablanmış, bu məlumatların hansı sənədlər əsasında müəyyənləşdirildiyi qeyd edilməmişdir. Buna görə də, apellyasiya kollegiyası mübahisələndirilən qətnamənin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməsi üçün əsas müəyyən etməmişdir.

30. A pellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 194.1, 194.2, 199.1, 202, 317.1, 319.1, 319.4, 385.1, 739.1, 741, 882.1, 882.2, 882.3, 882.4-cü, “İpoteka haqqında” Qanunun 1.0.9, 39.3, 39.3.1, 39.3.2, 39.3.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 218.3, 372.2-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

31. Cavabdeh MMC kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 32.1. Azərbaycan Respu blikası Konstitusiyasının 71 və 60-cı, “İnsan hüquqlarına və əsas azadlıqlarına dair” Avropa Konvensiyasının 6-cı maddələri üzrə - məhkəmə araşdırılması qərəzli aparılmış, apellyasiya məhkəməsi tərəfindən cavabdehin ədalətli məhkəmə araşdırması hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəf birinci instansiya məhkəməsinə kredit öhdəliyi üzrə ödənişlərin iddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd edilən məbləğdən daha artıq olduğuna dair hər hansı mötəbər sübut təqdim etmədiyindən və ümumiyyətlə ödənişlərin məbləği mübahisə predmeti olmadığından iddiaçının xeyrinə 71.023.749,20 manat əsas borc, 46.505.656,37 manat müqavilə üzrə faiz borcunun tutulması hissəsində qətnamənin qanuni və əsaslı hesab edilməsinə dair mövqeyi mübahisənin mahiyyətinin məhkəmə üçün aydın olmamasına, işə ko r-koranə baxılmasına dəlalət edir. Cavabdeh tərəfin apellyasiya instansiyası mərhələsində ödənişlərlə bağlı təqdim etdiyi ödəniş sənədlərinin yerləşdirildiyi daşıyıcının (CD disk) qəbul edilməməsi ilə bağlı mövqeyi də ədalətli məhkəmə araşdırması hüququnun, tərəflərin bərabərliyi və çəkişmə prinsipi kimi mühüm hüquqi postulatların heçə sayılması qənaətinə gəlməyə imkan verir. Apellyasiya kollegiyası işin araşdırılmasında və həqiqətin müəyyən edilməsində maraqlı olmamış, işə baxılması görüntüsü yaratmaqla cavabdehin xeyrinə olan və iddianın əsassızlığını ortaya çıxaran sübutları qiymətləndirməkdən bilərəkdən yayınmışdır. Məhkəmə "xxxx" ASC ilə Cavabdeh MMC arasında 2013-cü il 15 avqust tarixdə kredit müqaviləsinin bağlanılması şəraitini, sonrakı dəyişiklikləri araşdırmamış, borcun iddiaçı t ərəfindən hansı əsasla tələb edilməsinə aydınlıq gətirməmiş və qətnamədə səhvlərə yol verərək, yalnız 2013-cü il 15 avqust tarixli kredit müqaviləsinə istinad etmiş, həmin müqavilənin qüvvəsinin 2023-cü il 01 sentyabr tarixdə deyil, 2029-cu il 01 yanvar tarixdə, kredit faizinin 9% deyil, 6% müəyyən edildiyi barədə həmin Müqavilənin şərtləri ilə eyni qüvvəli olan 01 dekabr 2015-ci il tarixli 1 saylı Dəyişikliyi kənarda saxlamışdır. Həmçinin, məhkəmə 2006-cı ilin ikinci yarısında Cavabdeh MMC-nin binasının tikintisinin 2007-ci ilin sonunda 55.000.000 ABŞ dolları bank maliyyəsi tələb edəcəyi, həmin kreditin 2023-cü ilə qədər tam ödəniləcəyi, faiz və əsas borcla birgə ümumi ödənişlərin 100.600.000 ABŞ dolları olacağı nəzərdə tutulduğu halları araşdırmamış və 2006-cı il 12 oktyabr tarixində ABB -yə göndərilən pul vəsaitlərinin hərəkəti haqqında məlumatları diqqətə almamışdır. Nəticə etibarı ilə həm bu, həm də digər qanunsuz davranışlar səbəbindən tikintidə gecikmələr baş vermiş və tikintini yalnız 2009-cu il 30 iyun tarixdə, 18 ay gecikmə ilə başa çatdırmaq mümkün olmuşdur. Gecikmə nəticəsində azı 15.000.000 ABŞ dolları itki olmuş və həmin məbləğin kreditin bağlanılmasına yönəldilməsi nəzərdə tutulmuşdur. 2020-ci ilin mart ayına qədər Cavabdeh MMC borc hesabına cəmi 77.000.000 ABŞ dolları ödənilibsə, əgər gecikdirilmə olmasaydı daha azı 15.000.000 ABŞ dolları ödənilər və ödəniş məbləği 92.000.000 ABŞ dolları olardı. Nəticədə göstərilən tarixə Cavabdeh MMC-nin borcu 8.600.000 ABŞ dolları təşkil edə bilərdi. 2013-cü il 15 avqust tarixli 7524 saylı müqavilənin iddiaçıya heç bir aidi yyəti olmamış, həmin müqavilə mübahisə tərəfləri arasında borc münasibətlərinin yaranmasının hüquqi əsasını təşkil edə bilməzdi. Belə ki, iddiaçının təqdim etdiyi həmin müqavilənin tərəfləri "xxxx" ASC və Cavabdeh MMC olmuşdur. İddiaçı QSC BOKT isə həmin müqavilə üzrə 21 aprel 2017-ci il tarixdə mövcud olan problemli aktivləri: cəmi 58.999.970,98 ABŞ dollarını, əsas borc 44.075.000,00 ABŞ dolları, 14.924.970,98 ABŞ dolları faiz borcunu 2017-ci il 13 iyun tarixli, S-23 saylı aktla qəbul etmişdir. Məhkəmə həmin sənədlər iş materiallarında olduğu halda onların tərəflər arasında müzakirəsini təmin etməmişdir. Bu hal da əsassız və qanunsuz qətnamə çıxarılmasına ciddi təsir etmişdir. 32.2. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsi üzrə apellyasiya instansiyası məhkəməsi kredit bor cunun məbləği ilə bağlı mübahisənin mövcud olduğunu və bununla bağlı cavabdehin birinci instansiya məhkəməsinə sübut təqdim etmək imkanının olmadığını qəbul edərək, müvafiq sübutların məhkəməyə təqdim edilməsini cavabdeh tərəfə təklif etsə də, şikayət olunan qətnamədə həmin sübutların apellyasiya instansiyası məhkəməsində təqdim olunması səbəbindən qəbul edilmədiyini göstərməklə qərəzli və qeyri-obyektiv mövqeyini nümayiş etdirmişdir. 32.3. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 127-ci maddələri üzrə şikayət olunan məhkəmə qətnaməsinin çıxarılması zamanı göstərilən maddələrin tələbləri pozulmuşdur. 32.4. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsi üzrə - məhkəmə cavabdehin öz hüquqlarını və azadlıqlarını müdafiə etmək və bu zaman qanunla qadağan olunmayan üsul və va sitələrdən istifadə etmək imkanlarını qanunu pozmaqla məhdudlaşdırmış, vəsatətlərə qanunvericiliyə uyğun baxmamış, onları həll etməmiş və iş üzrə araşdırma aparmadan qərar qəbul etmişdir. 32.5. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 17-ci maddəsi üzrə apellyasiya instansiyası məhkəməsi əmlakın qiymətəndirilməsi üçün məhkəmə iclasından kənar mütəxəssis cəlb etmiş, həmin mütəxəssislərin necə və hansı xüsusiyyətlərinə görə seçilməsi aydınlaşdırmamışdır. İş üzrə mütəxəssis rəyinin alınması ilə bağlı məhkəmə qərardadı olmamış, tərəflərə mütəxəssisə müraciət olunması barədə məlumat verilməmişdir. İş üzrə məhkəmə iclasında sədrlik edən mütəxəssisin cəlb edildiyini, onun məhkəmə ilə əlaqə saxlayaraq əmlaka baxış keçirilməsi mümkün olmadığından qiymətləndirmənin keçirilməsindən imtina olunduğu nu bildirmişdir. Halbuki, cavabdeh tərəf mütəxəssis qismində kimin və ya kimlərin cəlb olunduğunu bilməmiş, heç kim əmlakın qiymətləndirilməsi üçün sözügedən əmlakın yerləşdiyi yerə yaxınlaşmamış, belə müraciət olmamışdır. 32.6. Mülki Prosessual Məcəllənin 28-32, 170, 217.1, 261-ci maddələri, 2006-cı il 6 dekabr tarixli “X1 və İnvestisiyaların müdafiəsi haqqında” beynəlxalq hüquq normaları üzrə - apellyasiya məhkəməsi iddiaçının ərizəsinin təmin edilməsi ilə bağlı mövqeyini əsaslandıra bilməmiş, təqdim edilmiş sübutları qiymətləndirməmiş, birtərəfli mövqe nümayiş etdirilməklə ümumi mülahizələr irəli sürmüşdür. Hətta məhkəmə heç bir ciddi araşdırma aparmadan borcun məbləğində ən az 50.000 manat azalma olduğunu göstərsə də, hansısa subyektiv mülahizələrdən çıxış edərək, bu hissədə qətnamənin dəyişdirilməsinə ehtiyac olmadığını, yalnız icra mərhələsində ümumi borcdan çıxılmalı olmasını göstərməklə özünəməxsus yanaşma nümayiş etdirmişdir. Məhkəmə müqavilə və 2013-cü il 15 avqust tarixli 7524 saylı ipoteka müqaviləsinin Azərbaycan Respublikasında bağlanması, ipoteka ilə yüklü edilmiş əmlakın Azərbaycan Respublikası ərazisində yerləşməsi əsası ilə mübahisənin xarici elementli mübahisə olmaması qənaətinə gəlsə də, istinad olunan müqavilələr üzrə hazırkı iş üzrə iddiaçının tərəf olmadığını və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün hüququnun olmaması kimi mühüm hala qiymət verməkdən yayınmışdır. İddiaçı ərizəsində mübahisənin təfərrüatını, xüsusilə mübahisənin təsisçilərlə, təsis hüquqlarının əldə edilməsi, pay qoyuluşu ilə bağlı olduğunu qəsdən gizlətməklə, bu məsəl ələri bitmiş kimi təqdim etməyə cəhd göstərmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı öz təzyiqlərini gücləndirilməsi fonunda cavabdeh, “LynxGroup İnternational LTD”, Müdüroğlu və başqaları tərəfindən investisiya mübahisəsinin həlli ilə bağlı Azərbaycan hökumətinə 2023-cü il 9 may tarixində yazılı müraciət edildikdən sonra, iddiaçı aidiyyət qaydalarına və investisiya mübahisələrini həllinin beynəlxalq qaydalarını pozaraq iddialarla dövlət məhkəmələrinə üz tutmuşdur. Azərbaycan Hökumətinə verilmiş müraciətin dostcasına həll edilməsi baş tutmadığından qarşı tərəf İnvestisiya Mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəzə müraciət etməli olmuşdur. Həmin müraciət Beynəlxalq Mərkəzdə rəsmən qeydə alınmış və icraata götürülmüşdür. 32.7. Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsi üzrə - apellyasiya kollegiyası ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini təkrarlayaraq əmlakın qiymətləndirilməsinə cəhd edilməsi, lakin cavabdeh tərəfindən buna şərait yaradılmaması bildirsə də, əmlakın real olaraq qiymətləndirilməsi və əsaslı rəy alınması marağında olmamışdır. Cavabdeh tərəfindən təqdim edilən qiymətləndirmə hesabatından görünür ki, tədqiqat obyektinin dəyərinin müəyyən olunması üçün 3 əsas yanaşmadan müqayisə, xərc və gəlir yanaşmasından istifadə edilmişdir. Qiymətləndirmə hesabatı kifayət qədər əsaslandırılmış, obyektin qiymətləndirilməsi üçün istifadə olunan məlumatlar geniş şərh edilmişdir. 32.8. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi üzrə - apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol veri lmiş kobud maddi və prosessual hüquq normalarının pozuntusuna obyektiv qiymət verməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş “X2” MMC-nin hesabatında ipoteka predmeti olan əmlakın bazar dəyərinin 316.903.120 manat olması ilə bağlı ekspert rəyinin mötəbərliyinə dair hər hansı bir araşdırma aparmadan “ipoteka predmetinin ilkin satış qiyməti kimi onun bazar dəyəri deyil, likvid dəyəri göstərilməli olduğu halda “X2” MMC-nin təqdim etdiyi hesabatda əmlakın likvid dəyəri göstərilməmişdir” kimi əsassız mülahizələr nəticəsində təqdim olunmuş sübutların düzgün qiymətləndirilməsini təmin etməmişdir. 32.9. Mülki Prosessual Məcəllənin 9 və 88-ci maddələri üzrə - Şikayət olunan qətnamədə sadəcə iddiaçının istinad etdiyi kredit və ipoteka müqaviləsi, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı kimi sənədlər sübut qismində sadalansa da, cavabdehin apellyasiya şikayətinə əlavə olunmuş 1 və 2 saylı hesabatlar, kredit əməliyyatlarına dair CD disk, cavabdehin təqdim etdiyi ipoteka predmetinin qiymətləndirməsinə dair hesabat ümumiyyətlə göstərilməmişdir. Məhkəmə kredit mübahisəsi üzrə işə baxsa da, cavabdehin hansı səbəbdən qətnamədən apellyasiya şikayəti verməsinin, kredit borcunun ödənilməsi ilə bağlı mövqeyinin nədən ibarət olmasının mahiyyətinə varmamış, iddiaçının istinad etdiyi borcun əsaslı olub-olmamasını araşdırmamış, cavabdehin təqdim etdiyi kreditin ödənilməsi qrafikinə ümumiyyətlə diqqət yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz təklifinə əsasən cavabdeh tərəfindən təqdim edilmiş kredit borcunun düzgün hesablanmamasını təsdiq edən kredit əməliyyatına da ir sənədlərin qiymətləndirilməsini, iş üzrə xüsusi bilik tələb edən halların aydınlaşdırılması üçün ekspert rəyinin alınmasını, ipoteka predmeti olan əmlakın qanunvericiliyin tələblərinə müvafiq olaraq qiymətləndirilməsini təmin etməmiş, iddiaçı və mütəxəssis qismində adını qeyd etdiyi şirkətlərlə qeyri-prosessual əlaqələrə girərək mütəxəssisləri cəlb edilməsi ilə, hansı əmlakın qiymətəndirilməsi, qiymətləndirmənin hansı müddətdə və qaydada həyata keçirilməsi ilə bağlı qərardad çıxarmadan, tərəflərə bəlli olmayan şəraitdə mütəxəssis tərəfindən qiymətləndirmədən imtina olunduğunu bildirmişdir. 32.10. Mülki Prosessual Məcəllənin 367.2-ci maddəsi üzrə - apellyasiya məhkəməsinin hazırkı işə baxılması üçün xüsusi səy göstərməsi işin apellyasiya məhkəməsində qeydə alınmasında və məhkəmə kollegiy asının icraatına verilməsindən dərhal sonra icraata götürülməsi barədə qərardad qəbul olunmasında və məhkəmə iclasının həmin qərardadın qəbulundan 20 gün müddət keçmədən təyin olunmasında özünü göstərmişdir. Belə ki, cavabdehin birinci instansiya məhkəməsinin 2024-cü il 12 mart tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti 2024-cü il 3 may tarixində qeydiyyata alınmış, məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə 2024-cü il 7 may tarixində qərardad qəbul etmiş və iş üzrə baxış iclasını 15 gün sonraya 2024-cü il 22 may tarixinə təyin etmişdir. Bununla da, prosessual qanunvericiliyin tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmuş, cavabdehin prosessual qaydalara əməl edilməsi ilə bağlı mövqeyi nəzərə alınmamışdır.

33. Kassasiya şikayətinə Azərb aycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

34. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

35. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki halların ın prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

36. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirmədiyindən, cavabdeh isə həmin qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verm əli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bil ərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kre ditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, bo rc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 38. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü m addəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin i ştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı şikayətin dəlillərinə uyğun olan apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmiş, işin halları tam və hərtərəfli araşdırılmaqla, gəldiyi nəticə qanunvericiliyə uyğun əsaslandırılmışdır (bax 15-30).

42. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırkı iddia "xxxx" ASC və cavabdeh arasında bağlanmış 2013-cü il 15 avqust tarixli borcun etirafı haqqında müqaviləyə və həmin müqaviləyə 2015-ci il 1 dekabr tarixli dəyişikliyə əsaslanmışdır. Cavabdeh həmin müqavilələrin etibarlılığını mübahisələndirməmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara əsasən müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101s Saylı Sərəncamının icrası ilə əlaqədar olaraq Cavabdeh MMC-nin "xxxx" ASC-yə olan borcunu tələb hüququ İddiaçı QSC BOKT-a ötürülmüş, cavabdeh borcun etirafı haqqında müqaviləni vaxtında və lazımi qaydada icra etməmiş və Mülki Məcəllənin 194-cü maddəsinə əsasən iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ yaranmışdır.

44. Kassasiya şikayətinin dəlilləri üzrə mə hkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdeh apellyasiya məhkəməsi tərəfindən işin qeyri-obyektiv araşdırmasını, cavabdehin təqdim etdiyi sübutlara qiymət verməməsini iddia etsə də, belə hallar iş materialları ilə müəyyən olunmur. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən sübutetmə vəzifəsi tərəflər arasında düzgün bölüşdürülmüş və sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaları pozulmamışdır.

45. O cümlədən, apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə ödənişləri təsdiq edən CD diski birinci instansiya mərhələsində təqdim edilmədiyindən, Mülki Prosessual Məcəllənin 78.1-ci, 372.2-ci maddələrinə əsasən qəbul bilməz. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Məhkəmə icraatın sonrakı mərhələlərində, o cümlədən apellyasiya icraatında sübutların təqdim olunması üçün xüsusi şərtlərə riayət olunmalıdır ki, hazırkı halda belə əsaslar müəyyən olunmur. Qeyd olunmalıdır ki, sübutların təqdim olunması ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri məcburi xarakter daşıyır və bu tələblərə riayət olunması heç bir halda məhkəmə tərəfindən çəkişmə prinsipinin pozulması, işin qərəzli aparması kimi qiymətləndirilə bilməz.

46. Kassasiya şikayətinin digər dəlili ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlıdır. Bu hissədə də apellyasiya məhkəməsinin qiymətləndirilməsi qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarına əsasən birinci instansiya məhkəməsi əmlakın bazar və likvid dəyərinin müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 19 yanvar tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmiş, əsas kimi göstərilmişdir ki, ekspert məhkəmə tərəfindən təyin edilmiş vaxtda tədqiqat obyektinin olduğu ünvana getmiş, lakin tədqiqat obyektinə baxış keçirilməsi üçün şərait yaradılmamışdır. Həmçinin işə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın bazar və likvid dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə fəaliyyəti ilə məşğul olan və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü olan "xxxx" MMC-yə və "xxxx" MMC-yə mütəxəssis rəyi v erilməsi üçün müraciət edilmiş, hər iki şirkət əmlaka baxış keçirilməsi üçün şərait yaradılması və zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə cavabdehə telefon vasitəsi ilə və e-mail ünvanına məktub göndərilsə də, nəticəsi olmadığından mütəxəssis rəyi verilməsindən imtina edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 97.5ci maddəsini düzgün tətbiq edərək, ipoteka predmetinin ilkin satış qiymətini işdə olan sübutlar əsasında, yəni ipoteka müqaviləsi ilə razılaşdırılmış qiymətlə müəyyən etmişdir.

47. Cavabdeh tərəfindən təqdim edilmiş “X2” MMC-nin mütəxəssis rəyi apellyasiya məhkəməsi tərəfindən səlahiyyətləri çərçivəsində qiymətləndirilmişdir. Sübutlara qiymət verilməsi kassasiya məhkəməsinin səlahiyyətlərində olmadığı üçün məhkəmə kollegiyası bununl a bağlı da kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir.

48. Nəhayət iş üzrə icraata xitam verilməsi ilə bağlı kassasiya şikayətinin dəlili də əsassızdır. Yuxarıda qeyd olunduğu kimi, həm iddiaçı, həm də cavabdeh Azərbaycan Respublikasının hüquqi şəxsləridir, iddianın faktiki əsası kimi istinad edilmiş 15 avqust 2013-cü il tarixli borcun etirafı haqqında və ipoteka müqavilələri Azərbaycan Respublikasında bağlanmış, həmin müqavilələrdə mübahisələrin Azərbaycan Respublikası məhkəmələri tərəfindən və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll olunacağı barədə razılaşdırılmışdır. Odur ki, iş üzrə icraata xitam verilməsi üçün Mülki Prosessual Məcəllənin 261.0.1 və 261.0.6-cı maddələri ilə nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

49. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin g əldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 iyun tarixli, 2-2(103)-578/2024 nömrəl i qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar