Məhkəmə qərarları › İş №2-2(102)-577/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-577/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-577/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Beyləqan Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2025-ci il 5 may tarixində Cavabdeh2 və Cavabdeh1 (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, 30.000 manat pul və ödənilmiş 180 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Beyləqan Rayon Məhkəməsinin 2025-ci il 1 iyul tarixli 2(020)-1028/2025 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Nurullayev).

3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdehlər hər biri vergi ödəyicisidirlər. Məhkəmə araşdırmaları zamanı iş üzrə iddiaçı və cavabdehlərin hüquqi şəxs yaratmadan sahibkarlıq fəali yyəti ilə məşğul olmaları və hazırkı iddialarının onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması müəyyən edilmişdir. b) Şirvan Kommersiya Məhkəməsindəki icraat

4. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 22 iyul tarixli 2-2(121)2597/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – N.Misirzadə).

5. Kommersiya məhkəməsi qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan müəyyən olunanlara görə, iddiaçı və cavabdehlər vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

6. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı anbar tikmək üçün torpaq sahəsi axtaran zaman cavabdehlərlə tanış olmuş, cavabdehlərdən alacağı torpağ ın sənədləşdirilməsi üçün onlara pul vermiş, lakin cavabdehlər nə torpağın sənədlərini düzəltmişlər, nə də onun verdiyi pulu qaytarmışlar.

7. Göründüyü kimi, tərəflər arasında yaranan münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil, torpaq sahəsinin alqı-satqısı ilə bağlı olmuşdur. Belə olan halda, hazırkı iddia ərizəsi üzrə iddiaçı və cavabdehlərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları və mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması əsası ilə işin kommersiya məhkəməsinə göndərilməsi əsassız olmuşdur. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fi kir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məq sədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır”.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin hə yata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi

10. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir.

11. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 9) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

12. Eyni zamanda, Plenum Qərarının 11-ci bəndində for malaşdırılmış hüquqi mövqelərə (bax § 8) görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

13. İddia ərizəsinin məzmunundan da müəyyən olunanlara görə, iddiaçı ərizəsində cavabdehlərdən alacağı torpağın sənədləşdirilməsi üçün verdiyi pulu tələb etmişdir. İddiaçının bildirdiyinə görə, o, həmin pulu cavabdehlərin torpağın sənədlərini qaydasına salması üçün vermiş, lakin cavabdehlər nə sənədləri düzəltmiş, nə də həmin pulu qaytarmamışlar.

14. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş materiallarına ə sasən, iddiaçı və cavabdehlərin hər biri fərdi sahibkar statusuna (VÖEN-ə) malik olsalar da, eləcə də iddiaçı gələcəkdə almaq istədiyi torpaqda anbar tikməyi planlaşdırsa da, həmin xüsusatların heç biri hazırkı mübahisəni kommersiya mübahisəsi kimi qiymətləndirməyə əsas vermir.

15. Belə ki, əvvəla, cavabdehlərin sənədləri qaydaya saldıqdan sonra iddiaçıya torpağı məhz özlərinin sahibkarlıq fəaliyyətlərinin həyata keçirmələri məqsədilə satacaqlarını nəzərdə tutmaları, habelə torpağın təyinatının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verməsi iş materiallarından görünmür.

16. İkincisi və ən əsası isə, hazırkı mübahisə bilavasitə torpaq alqı-satqısı ilə deyil, gələcəkdə alqı-satqını mümkün etmək məqsədilə öncədən torpağın sənədlərinin qaydasına salınması üçün verilmiş pulun geri tələb edilməsi ilə bağlı yaranmışdır. Bu isə tərəflər arasında hazırkı mərhələdə yaranan münasibətlərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu ümumiyyətlə istisna edir.

17. Bu baxımdan, tərəflər arasındakı münasibətləri xarakteri və mübahisənin predmeti bilavasitə sahibkarlıqla bağlı deyildir. Odur ki, iddiaçı və cavabdehlərin fərdi sahibkar olmaları hazırkı işin məhkəmə aidiyyətinin müəyyən olunması baxımından heç bir əhəmiyyət kəsb etmir.

18. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, kommersiya məhkəməsinin məhkəmə aidiyyəti ilə bağlı gəldiyi yekun nəticə doğrudur. Hazırkı mübahisə mülki mübahisə hesab olunmalı, bu səbəbdən də ona ümumi məhkəmədə baxılmalıdır.

19. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi MPM-in 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar