Məhkəmə qərarları › İş №2-2(102)-578/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-578/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-578/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarə müqaviləsi; ödənilməmiş borc; müqavilə üzrə borcun əmlak verilməsi yolu ilə əvəzləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, İddiaçı, cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə1 iştirakları ilə, cavabdeh "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli, 2-2(103)-718/2021 saylı qətnaməsindən ver ilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – İddiaçı) ilə "xxxx" MMC (bundan sonra - MMC) arasında bağlanmış 2019-cu il 5 sentyabr tarixli, 229 nömrəli avadanlıqların icarə müqaviləsinə (bundan sonra – Müqavilə) əsasən, İddiaçı Müqaviləyə əlavədə göstərilən teleskopik dəmir dirəklər və taxta materialları tikinti, təmir, bərpa işləri məqsədi ilə MMC-nin sahibliyinə və istifadəsinə verməyi, MMC isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdələrinə götürmüşdürlər. Müqavilə 1il müddətinə bağlanmış, onun avadanlıqların təhviltəslimi haqqında aktın imzalandığı tarixdən hüquqi qüvvəsini alması, müddətinin başa çatmasına ən azı 10 təqvim günü qalanadək tərəflərdən hər hansı birinin müddətin uzadılmayacağı barədə digər tərəfi yazılı xəbə rdar etmədiyi təqdirdə, Müqavilənin 1 il müddətinə uzadılmış hesab edilməsi və bu qaydanın növbəti illərdə də tətbiqi nəzərdə tutulmuşdur.

2. Müqaviləyə edilmiş 2019-cu il 5 sentyabr tarixli 229 saylı Əlavə “Qiymətlərin Razılaşdırma Protkolu” kimi adlandırılmış, həmin protokoldaa Müqavilə predmetini təşkil edən betonaltı qəlib materiallarının miqdarının 1200 kv.m, məbləğin isə 16.667 manat təşkil etməsi göstərilmişdir. Protokolda qeyd olunmuşdur ki, işin bitimi son tarix müqavilə bağlandığı gündən etibarən altı ay müddətinə qədər 1200 kv.m qəliblər üçün 50000 manat təşkil edir.

3. Borcların üzləşdirilməsi barədə 2020-ci il 26 may tarixli aktdan görünür ki, Müqaviləyə əsasən, layihədə olan betonaltı qəlib materiallarının aylıq icarəsi 8.333 manat olmaqla, 2020-ci il 26 may tarixə qalıq borc məbləği 8.333 manat təşkil etmişdir.

4. Borcların üzləşdirilməsi barədə 2020-ci il 26 iyun tarixli aktdan görünür ki, Müqaviləyə əsasən layihədə olan betonaltı qəlib materiallarının aylıq icarəsi 8.333 manat olmaqla, 2020-ci il 20 iyun tarixə qalıq borc məbləği 1333 manat, cəmi borc isə 9.666 manat təşkil etmişdir.

5. Borcların üzləşdirilməsi barədə 2020-ci il 26 iyul tarixli aktdan görünür ki, Müqaviləyə əsasən layihədə olan betonaltı qəlib materiallarının aylıq icarəsi 8.333 mana olmaqla 2020-ci il 20 iyun tarixə borc 8.333 manat təşkil etmişdir.

6. Borcların üzləşdirilməsi barədə 2020-ci il 26 avqust tarixli aktdan görünür ki, Müqaviləyə əsasən layihədə olan betonaltı qəlib materiallarının aylıq icarəsi və qalıq borc məbləği 8.333 manat təşkil etmişdir.

7. EBAZ seriyalı, 690995 nömrəli 2021-ci il 5 aprel tarixli elektron qaiməyə əsasən İddiaçı tərəfindən MMC-yə icarəyə verilmiş malların yekun məbləği 34.665 manat təşkil etmişdir.

8. Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən MMC-yə ünvanlanmış 2021-ci il 12 aprel tarixli, ********* nömrəli məktubdan məlum olur ki, MMC tərəfindən inşa edilmiş mərtəbələrdə yerləşən 323 M nömrəli mənzil üzrə E.Adıgözəlovun adının "xxxx" MTK-ya göndərilməsinə baxmayaraq, sonuncu həmin mənzili qəbul etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh MMC-yə qarşı 2021-ci il 23 fevral tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 34,665 manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 manat vəsaitlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında betonaltı qəlib materiallarının tikinti, təmir bərpa işləri məqsədilə icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyəverən müqavilə bağlanıldığı andan betonaltı qəlib materiallarının icarəsini həyata keçirmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, icarəyəverən malları icarəçinin sahibliyinə və istifadəsinə verdikdən sonra icarəçi razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 2020-ci il 20 iyun tarixli qiymətlərin razılaşdırma protokolu ilə icarəy ə götürülmüş 1200 kv.m-lik betonaltı qəlib materialları geri qaytarmış, lakin 34.665 manat məbləğində icarə haqqını ödəməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 4 may tarixli, e-2-2(113)-1582/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim İ.Əhmədov).

12. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı Müqaviləyə əsasən üzərinə düşən öhdəliyini lazımı qaydada icra edərək Müqavilə predmetini təşkil edən 1200 kv.m betonaltı qəlib materiallarını cavabdehə icarəyə vermiş, cavabdeh isə 34.665 manat məbləğində icarə haqqı məbləğini ödəməmişdir. Belə ki, imza və möhürlə təsdiq edilmiş 2020-ci il 26 may, 2020-ci il 26 iyun, 2020-ci il 26 iyul və 2020-ci il 26 avqust tarixli üzləşdirmə aktları ilə tərəflər cavabdehin icarə haqqı üzrə 34.665 manat məbləğində borcunun olmasını təsdiq etmişd irlər. Həmçinin, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi də qeyd edilən faktı təsdiqləmişdir. İddiaçı həmçinin, ona hüquqi yardımın göstərilməsi ilə bağlı vəkilə 300 manat ödəniş etmiş və iddianın qaldırılması zamanı 31 manat dövlət rüsumu ödəmişdir. Qanunverilik məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə adi olunmasını müəyyən etmişdir.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 386.1, 398.1, 399.1, 442, 700.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 121.1, 119.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətna mə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli, 2-2(103)-718/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən R.Qurbanov, hakimlər R.Həsənov və H.Məmmədov).

16. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etməklə onun gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq isə bildirmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlandıqdan sonra həmin müqavilə üzrə ödənilməli olan icarə haqqının mənzillə əvəzləşdirilməsi ilə bağlı qarşılıqlı razılığın olmasına dair cavabde h məhkəməyə hər hansı sübutlarını təqdim etməmişdir. Cavabdeh özü etiraf etmişdir ki, tərəflər arasında bağlanmış 2019-cu il 17 dekabr tarixli müqaviləyə əsasən, MMC icarəyə götürdüyü ləvazimatların əvəzində ümumi sahəsi 56,1 kv.m, dəyəri 33.600 manat olan 1 otaqlı mənzili verməyi öhdəsinə götürsə də, müəyyən səbəblərdən tikinti işləri baş tutmamış, səlahiyyətli orqanların qərarı ilə tikili sökülmüş, MMC icarəyə götürdüyü materialların dəyərinin əvəzinə iddiaçıya verməli olduğu mənzili verə bilməmişdir. Tərəflər arasında sonradan da, Müqavilə üzrə ödənilməli olan icarə haqqının mənzillə əvəzləşdirilməsi ilə bağlı hər hansı razılıq əldə olunmamışdır.

17. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 27 iyul tarixdə iddiaçının vəkilinə və cavabdehin nümayəndəsinə məxsus şəxsi elektron kabinetd ə yerləşdirilmişdir.

18. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallarına və sübutlara əsasən iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

19. MMC ilə İddiaçı arasında Müqavilə üzrə ödənilməli məbləğin əvəzində sonuncuya MMC tərəfindən inşa ediləcək binanın 16-cı mərtəbəsində bir otaqlı mənzil təklif edilmiş, iddiaçı bu təkliflə razılaşdıqdan sonra bununla bağlı tərəflər arasında 2019cu il 17 dekabr tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, MMC icarəyə götürdüyü ləvazimatların əvəzində ümumi sahəsi 56,1 kv.m, dəyəri 33.600 manat olan bir otaqlı mənzil verməyi öhdəsinə götürmüş, iddiaçı isə həmin evi icarəyə verdiyi materialların dəyəri ilə əvəzləşdirməyi, qalan 5600 manat məbləği isə nağd olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin, MMC-dən asılı olmayan səbəblərdən müqavilədə göstərilmiş və onun tərəfindən inşa olunması planlaşdırılan binanın inşası baş tutmamış, həmin tikili səlahiyyətli orqanların qərarı ilə sökülmüşdür. MMC tərəfindən iddiaçıya digər bir binada mənzil təklif edilsə də, iddiaçı həmin mənzili əldə etməkdən imtina etmişdir. Göründüyü kimi, MMC iddiaçıya Müqavilə əsasında icarəyə götürdüyü materialların əvəzində hər hansı pul vəsaitlərini deyil, mənzil təqdim etməli olduğu halda, ondan asılı olmayan səbəblərdən özünün inşa etdiyi binadan mənzilin verilməsi mümkün olma mış, digər bir binadan mənzili isə iddiaçı qəbul etməmişdir. Bu səbəbdən, iddiaçı MMC-dən pul vəsaitlərini tələb etməkdə haqlı olmamışdır.

20. Cavabdeh həmçinin kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, məhkəmənin istinad etdiyi 2020-ci il 26 iyun tarixli üzləşdirmə aktı MMC tərəfindən təsdiq edilməmişdir. Məhkəmə cavabdehin etirazının dəlillərini əsaslı hesab etməmişdirsə, bu zaman iddiaçının iddia tələbinin əsaslandığı halları təsdiq edən sübutların mötəbərliyi məsələsinə diqqət yetirməli idi. İddiaçı isə MMC-nin ona borcunun olmasını sübuta yetirə bilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

21. Məhkəmə kollegiyası iclasında iddiaçı vəkilsiz iştirak etdiyindən, MPM-in təl əbləri baxımından onların izahatları dinlənilməmişdir.

22. Məhkəmə kollegiyası iclasında həmçinin cavabdehin qanuni təmsilçisi də vəkilsiz iştirak etdiyindən, MPM-in tələbləri baxımndan onun da izahatı dinlənilməmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələr i).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçü n onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əm lak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 119.1. Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə

121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xe yrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

28. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdırara q, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Cavabdehin kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, MMC iddiaçıya Müqavilə əsasında icarəyə götürdüyü materialların əvəzində hər hansı pul vəsaitlərini deyil, mənzil təqdim etməli olduğu halda, ondan asılı olmayan səbəblərdən özünün inşa etdiyi binadan mənzilin verilməsi mümkün olmamış, digər bir binadan mənzili isə iddiaçı qəbul etməmişdir. Bu səbəbdən, iddiaçı MMC-dən pul vəsaitlərini tələb etməkdə haqlı olmamışdır.

30. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirir.

31. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şə xslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;

32. Həmin məcəllənin, 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əmələ gəlməsi əsasıdır;

33. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilər lər. Hüquqi şəxs, öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (49.2).

34. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının mənası ilə əlaqədar olaraq hazırkı işlə bağlı qeyd edir ki, iddiaçı və cavabdeh tərəflər arasında 2019-cu il 5 sentyabr tarixli, 229 nömrəli avadanlıqların icarə müqaviləsi bağlanmış, MMC fəaliyyət qabiliyyətli subyekt kimi hüquqi şəxs olaraq müqaviləni direktorun imzası və möhürü ilə rəsmiləşdirilməsi yolu ilə təsdiq etmişdir.

35. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir g ötürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

36. Maddi hüquq normasının məzmunundan göründüyü kimi, əmlak kirayə müqaviləsi olan icarə müqaviləsinə əsasən, daşınar əmlaklar icarəyə verilə bilər və icarəçi həmin əmlakdan istifadə edərək gəlir götürməklə müqavilə ilə müəyyənləşdirilmiş icarə haqqını icarəyə verənə ödəməlidir.

37. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən Müqaviləyə Əlavədə göstərilən teleskopik dəmir dirəklər və taxta materiallar (avadanlıqlar) tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür.

38. İş materiallarından görünür ki, Müqaviləyə edilmiş 2019-cu il 5 sentyabr tarixli 22 9 saylı Əlavə “Qiymətlərin Razılaşdırma Protkolu” kimi adlandırılmış, həmin protokoldaa Müqavilə predmetini təşkil edən betonaltı qəlib materiallarının miqdarının 1200 kv.m, məbləğin isə 16.667 manat təşkil etməsi göstərilmişdir. Protokolda qeyd olunmuşdur ki, işin bitimi son tarix müqavilə bağlandığı gündən etibarən altı ay müddətinə qədər 1200 kv.m qəliblər üçün 50000 manat təşkil edir (bax §2).

39. İş materiallarından görünür ki, EBAZ seriyalı, 690995 nömrəli 2021-ci il 5 aprel tarixli elektron qaiməyə əsasən İddiaçı tərəfindən MMC-yə icarəyə verilmiş malların yekun məbləği 34.665 manat təşkil etmişdir (bax §7).

40. Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (Mülki Məcəllənin 399.1-ci maddəsi).

41. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri işdə olan sübutlar əsasında tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçının müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək müqavilənin predmetini təşkil edən 1200 k.m betonaltı qalib materialarını cavabdehə icarəyə verməsini, lakin cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etmədiyini və icarə haqqı olan 34,665 manat məbləğində pulu ödəmədiyini müəyyən etmişdirlər. Belə ki, tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmiş 26.05.2020-ci il, 26.06.2020-ci il, 26.07.2020-ci il ve 26.08.2020-ci il tarixli üzləşdirmə aktlarından görünür ki, hər iki tərəf cavabdeh MMC-nin icarə haqqını təşkil edən 34,665 manat məbləğində borcunun olmasını təsdiq etmişlər.

42. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında bağlanmış 2019-cu il 17 dekabr tarixli müqavilədə cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri, ünvan 1 ünvanda tikintisi həyata keçirilən binanın 16 mərtəbəsində yerləşən sah'si 56.1 kv.m olan mənzili iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi müqavilə faktiki fərdi müəyyən əşya ilə bağlı olmuşdur. Sonradan həmin obyekt məhv olduğundan cavabdeh tərəfindən onun iddiaçıya verilməsi mümkün olmamışdır. Lakin, cavabdeh həmin fərdi müəyyən əşyanın əvəzinə digər əşyanı verməyi iddiaçıya təklif etdiyindən iddiaçının digər əşyanı qəbul etməkdən imtinası onun iradəsindən asılı olmaqla iddiaçının imtina etmək hüququ mövcud olmuşdur. Yəni, cavabdehin müqavilədə n əzərdə tutulan konkret olaraq ünvanı, mərtəbəsi və sahəsi qeyd olunan fərdi müəyyən əşyanın əvəzinə iddiaçıya digər əşyanı təklif etməsi mümkün olsa da, iddiaçı digər əşyanı qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur.

43. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

44. Maddələrin tələbləri ndən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.

45. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

46. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

47. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.

48. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş və kassasiya şikayətinin cavabdehdən görülmüş işlə rin dəyəri kimi tam olaraq ödədiyi vəsaitdən əlavə 10% vəsaitin də tutulmalı olmasına dair dəlilləri əsaslı olmamışdır.

49. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli, 2-2(103)-718/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

50. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli, 2-2(103)-718/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar