Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-578/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: nisyə satılmış əşyanın ödənilməsi, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 iyun tarixli 2-2(108)-12/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat q aydasında baxılmışdır. İşin halları
1. X2 və Cavabdeh arasında 2018-ci il 16 avqust tarixində son haqq-hesab aparılaraq, Cavabdeh Çingiz Şahbazova 179.660 ABŞ dolları borcu olması, Çingiz Şahbazovun həmin məbləğdən Cavabdeh lehinə 9660 ABŞ dollarını güzəşt etməsi və sonuncunun 170.000 ABŞ dolları borcu olduğuna dair iki tərəfin imzası ilə təsdiq olunan son hesab barədə sənəd imzalanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı X2 (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 170.000 ABŞ dolları məbləğində (ödəniş gününə rəsmi məzənnəyə uyğun olaraq) pulun, 400 manat mediasiya xərcinin və 179 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə cavabdeh iddiaçıya Azərbaycandan və Qazaxıstandan Rusiya Federasiyasına üzlük daşların göndərilməsi ilə məşğul olan şəxs kimi müraciət etmişdir. Onlar Bakı şəhərində görüşüb ümumi müzakirələr apararaq, Qazaxıstan Respublikasında istehsal edilən üzlük daşlarının Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərilməsi barədə razılaşma əldə etmişlər. İş fəaliyyətləri dövründə iddiaçı cavabdehi müxtəlif vaxtlarda Qazaxıstan Respublikasında istehsal edilən üzlük daşları ilə təmin etmiş, sonradan cavabdehə sarı rəngli üzlük daşlar lazım olduğuna görə iddiaçı Gürcüstan Respublikasında yerləşən və öz pulu hesabına alınmış daş karxanasından əlavə daşlarla da cavabdehi təmin etmiş, işlədikləri müddət ərzində cavabdeh aldığı daşların pulunu iddiaçıya sonradan ödəmişdir. 2018-ci il 16 avqust tarixində iddiaçı cavabdehlə birlikdə ümumi hesabat apararaq son haqq hesabı müzakirə etmiş və cavabdehin iddiaçıya 179.660 ABŞ dolları borclu qaldığı mübahisəsiz qaydada müəyyən edilmişdir. İddiaçı həmin məbləğdən 9660 ABŞ dollarını cavabdehə güzəşt etmiş və cavabdehin 170.000 ABŞ dolları borcu olduğuna dair iki tərəfin yazılı imzası ilə təsdiq olunan son hesab barədə sənəd imzalanmışdır. Cavabdeh maddi durumunun yaxşı olmadığını və həmin borcu iddiaçıya bir neçə ildən sonra hissə-hissə ödəyəcəyini bildirmiş, lakin aradan bu qədər müddət keçməsinə baxmayaraq iddiaçıya olan borcunu ödəməmişdir. Hətta cavabdehdə olan puldan 30.000 ABŞ dolları iddiaçının Gürcüstan Respublikasında istehsal edilən üzlük daşlardan əldə edilən gə lirinin 50 faizinə şərik olan Şahid3 ödənilməli olmuş, həmin pul ödənilmədiyindən Şahid3 ilə iddiaçının arasında məhkəmə mübahisəsi yaranmışdır. Bu müddət ərzində dəfələrlə cavabdehlə əlaqə saxlamaq istəsə də, onunla əlaqə yaratmaq mümkün olmamışdır. Şahid3 ilə iddiaçı arasında olan məhkəmə mübahisəsi zamanı cavabdeh tərəfindən Şahid3 ərizə göndərilmiş və həmin ərizədə guya cavabdehin iddiaçıya olan borcunu İbrahim adlı şəxsə ödədiyi qeyd olunmuşdur. Halbuki iddiaçı ümumiyyətlə İbrahim adlı şəxsi tanımamış və heç kimə belə bir səlahiyyət verməmişdir.
4. Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, hazırkı mübahisənin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) əsassız varlanmaya aid müddəaları təşkil edir. Tərəflər arasında borc münasibətləri olmamış, əsassız varlanmaya dair münasibətlər yaranmışdır. Cavabdeh iddiaçının hesabına həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa görə varlansa belə, iddiaçı MM-in 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırkı tələbinin faktiki əsası kimi 2018-ci il 16 avqust tarixli əlyazma çıxış edir, həmin əlyazmada son hesabın bağlandığı və cavabdehin iddiaçıya 170.000 manat borcu qaldığı qeyd olunmuşdur. Tərəflər arasında iş fəaliyyəti 2018-ci ilin avqust ayınadək davam etsə də, iddiaçı 5 il sonra, yəni 2023-cü ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.
5. Naxçıvan Muxtar Respublikası K ommersiya Məhkəməsinin 2024-cü il 11 yanvar tarixli e-2-2(123)-4/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, 170.000 ABŞ dolları məbləğində pulun ödəniləcək günün milli manat ekvivalentində məzənnəsi ilə cavabdehdən alınıb iddiaçıya ödənilməsi, 400 manat məbləğində mediasiya xərcinin və 179 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 400 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb dövlət gəlirlərinə ödənilməsi qət edilmişdir (hakimE.Salmanov).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında iddiaçının cavabdehə üzlük daşları göndərməsi, qarşılığında cavabdehin həmin daşların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürməsinə dair razılaş ma əldə edilərək, şifahi alqı-satqı müqaviləsi bağlamışdır.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 450.000 ABŞ dolları dəyərində üzlük daşları göndərmiş, cavabdeh həmin məbləğdən 270.000 ABŞ dollarını iddiaçıya ödəmiş, qalan 180.000 ABŞ dollarından 10.000 ABŞ dollarına yaxın məbləğ iddiaçı tərəfindən cavabdehə güzəşt edilmiş, nəticədə cavabdehin iddiaçıya 170.000 ABŞ dolları məbləğində borcu qalmışdır.
8. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, 2018-ci il 16 avqust tarixində iddiaçı ilə cavabdeh sonuncu dəfə ümumi hesabat aparmış, son haqqhesabı müzakirə etmiş və cavabdehin 179.660 ABŞ dolları borclu qaldığı mübahisəsiz qaydada müəyyən edilmiş, iddiaçı həmin məbləğdən cavabdehin lehinə 9660 ABŞ dollarını güzəşt etmiş və cavabdehin 170.000 ABŞ dolları borcu olduğuna dair iki tərəfin yazılı imzası ilə təsdiq olunan son hesab barədə sənəd imzalanmışdır.
9. Həmin hal iş materiallarına əlavə edilmiş hər iki tərəfin imzası ilə təsdiqlənən 2018ci il 16 avqust tarixli iki vərəqdən ibarət haqq-hesab yazısından ibarət əlyazma ilə, o cümlədən, məhkəmə iclasında dindirilmiş Şahid1 və Şahid2 şahid ifadələri ilə və cavabdeh tərəfin vəsatəti əsasında dəvət edilmiş Şahid3 ifadəsi ilə təsdiq edilmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsinə verilmiş sorğu nəticəsində Naxçıvan şəhər Məhkəməsinə göndərilən, cavabdehin 2021-ci il 23 avqust tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətində cavabdeh qeyd etmişdir ki, biznes ortağı olmuş Şahid3 və iddiaçı onunla 2018-ci il 8 avqust tarixinə kimi əməkdaşlıq etmiş, bu müddət ərzində Gürcüstan Respublikasından Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərdikləri «Eklari» üzlük daşının ümumi dəyəri 450.000 ABŞ dolları miqdarında olmuş, 450.000 ABŞ dollarından 270.000 ABŞ dolları iddiaçıya nağd ödənilmiş, qalan 180.000 ABŞ dolları miqdarında «Eklari» üzlük daşını isə iddiaçının göstərişi ilə Bakı daşı adı ilə İbrahim adlı müştəriyə vermiş, bu pula görə cavabdeh, iddiaçı olduğuna görə pulun alınıb-alınmaması barədə məlumatı yoxdur. Əlavə onu deyə bilər ki, iddiaçı onsuz həmin müştəri ilə əlaqə saxlamış, əlavə sifarişlər qəbul etmişdir. Onun Gürcüstan Respublikasından Çeçenistan Respublikasının Qroznı şəhərinə göndərilmiş «Eklari» üzlük daşına görə borcu qalmamışdır.
11. Göründüyü kimi, cavabdeh ərizəsində iddiaçıdan həqiqətən daş aldığını inkar etmir. Cavabdeh iddiaç ı ilə alqı-satqının ümumi məbləğinin 450.000 ABŞ dolları məbləğində olduğunu qəbul edir. Həmçinin cavabdeh notarial təsdiqli ərizəsində 180.000 ABŞ dolları məbləğindəki daşları iddiaçının sifarişi ilə İbrahim adlı şəxsə verdiyini bildirir. Məhkəmə cavabdehin notarial təsdiqli ərizəsində 180.000 ABŞ dolları məbləğindəki daşların iddiaçının sifarişi ilə İbrahim adlı şəxsə verdiyini qeyd etməsini, həmin məbləğdə göstərilən üzlük daşlarının cavabdehə iddiaçı tərəfindən göndərilməsinin təsdiqi kimi qiymətləndirərək hesab etmişdir ki, iddiaçı həmin hissədə iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir.
12. Eyni zamanda cavabdeh ərizəsində qeyd olunan daşları iddiaçının sifarişi ilə İbrahim adlı şəxsə verdiyini qeyd etsə də, həqiqətən də qeyd olunan məbləğdəki üzlük daşların İbrahim ad lı şəxsə verildiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdehin qeyd etdiyi halın əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamış, iki vərəqdən ibarət haqq-hesab yazısının mümkünlüyü şahid ifadələri əsasında təsdiq edilmiş, o cümlədən, cavabdeh tərəfin vəsatəti əsasında dəvət edilmiş Şahid3 2024-cü il 11 yanvar tarixli məhkəmə baxışı iclasında verdiyi ifadəsində “əvvəlki məhkəmələrdə də Zakirin dediyini yazdığını, Zakirin “Mən Çingiz dediyinə görə pulu İbrahimə vermişəm” dediyini, sonra Şahid3 əlaqə yaradıb İbrahimin özünün Zakiri axtardığını öyrəndiyini, Zakirin İbrahimə pul borclu olduğunu, aldatdığını, bütün pulları, heç malı da axıra qədər vermədiyini” bildirməklə cavabdehin notarial təsdiqli ərizəsində qeyd edilmiş 180.000 ABŞ d olları miqdarında «Eklari» üzlük daşının iddiaçının göstərişi ilə Bakı daşı adı ilə İbrahim adlı müştəriyə verməsini təkzib etmişdir. Məhkəmə tərəfindən bu hal borclunun öhdəliyin icrasından yayınması kimi qiymətləndirilmişdir.
13. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən aydın olur ki, 2018-ci ilin yay aylarında cavabdeh Bakıya gələrək iddiaçı ilə görüşmüş, həmçinin Şahid1 da onlarla birlikdə olmuşdur. Bu zaman iddiaçı bloknotunu açıb aralarında olan haqq-hesab üzrə cavabdehin axırıncı qalan borcunu qeyd etmiş, cavabdehin iddiaçıya sonda 170.000 dollar borcu qalmışdır. Cavabdeh də “Çingiz, mən sənə keçən dəfə də dedim, mənim bir il, il yarıma qədər heç cür imkanım yoxdur nəsə etməyə. Ondan sonra mən bu problemləri bitirib borcu ödəməyə başlayanda 3-4 ilə hiss ə-hissə bağlayaram” deyərək pulu verə bilməməyini Çeçenistandakı işlərinin zəif olmağı ilə əlaqələndirmişdir.
14. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən aydın olur ki, sonuncu cavabdehi ilk dəfə oteldə görmüş, cavabdehlə iddiaçı onların qaldığı oteldə görüşərək haqq-hesab etmiş, cavabdehin iddiaçıya 180.000 dollar verəcəyinin olduğu razılaşdırılmış, cavabdeh “180.000 dollar borcum qalıb, bu vəziyyətdəyəm deyə ödəyə bilmirəm, alacaqlarım var ala bilmirəm, işləməyə başlayacam, ən azı mənə bir il möhlət verin, bir ildən sonra hissə-hissə ödəyə bilərəm 2-3 ilə, məbləğ böyükdür, birdən-birə mən onu heç cür verə bilmərəm” deyə bildirmişdir.
15. Beləliklə, dindirilmiş şahidlərin ifadələrində hər hansı ziddiyyət və uyğunsuzluq aşkar edilmədən, iddiaçının nümay əndəsinin izahatı və iddia tələbi ilə üst-üstə düşdüyündən məhkəmə hesab etmişdir ki, şahid ifadələri özlüyündə həqiqiliyinə təminat vermişdir.
16. Bundan əlavə məhkəmə cavabdehin nümayəndəsi tərəfindən ünvanlanmış iddia müddətinin tətbiqi barədə ərizənin əsassız varlanmadan irəli gələn hüquq və vəzifələrə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iş materialları nəzərdən keçirilərək tərəflərin izahatlarına, şahid ifadələrinə və təqdim edilmiş sübutlara qiymət verildikdə müəyyən edilir ki, tərəflər arasında yaranmış mülki hüquq və vəzifələrin əmələ gəlmə əsası kimi MM-nin 14.2.7-ci maddəsi ilə nəzərdə tutulmuş “Əsassız varlanma” müddəasının rəhbər tutulması əsaslı deyildir. Hazırkı mübahisə üzrə yaranmış hüquq və vəzifələrin qanunvericiliklə nəzərdə tutulmuş müqavilə əsasında ə mələ gəldiyini görmək mümkündür. Yəni tərəflər qarşılıqlı razılıq əsasında öz daxili iradələrini bildirərək müəyyən üsul növü seçmişdir ki, həmin növ mülki qanunvericiliklə tənzimlənən şifahi formada bağlanılan müqavilələrə aid edilmişdir. Belə olduğu halda mübahisəli hüquq münasibəti üzrə hüquq və vəzifələr əsassız varlanmadan deyil, əqdlər üzrə yarandığından tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Bununla yanaşı tərəflər arasında müəyyən edilmiş şifahi müqavilədən alqı-satqı müqaviləsinin tərkib hissələri olan əsas elementlərdən müqavilənin tərəflərinin, predmetinin, məzmununun, o cümlədən, qiymətinin mövcudluğunu görmək mümkündür. Digər bir tərəfdən isə hazırkı mübahisə üzrə məhrum olanın hesabına əmlakının əldə edilməsi halı müəyyən edilməmişdir. Belə ki, işin hallarına nəzər saldıqda, yaranmış borc məbləğinin cavabdehin üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməməyi səbəbindən yarandığı, iddiaçının alqı-satqı müqaviləsinin şərtlərindən irəli gələn öhdəliyinə müvafiq olaraq satılması məqsədilə üzlük daşlarının cavabdeh şəxsə göndərildiyi, lakin cavabdehin müxtəlif bəhanələr gətirib borcun hissə-hissə ödəniləcəyini bildirərək güzəşt edilmiş müddət ərzində öhdəliyin icrasından boyun qaçırdığı müəyyən edilir.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi bir tərəfdən cavabdehin iddiaçıya olan borcunun inkar edilməməsi həqiqətini özündə əks etdirir. Belə ki, ərizənin verilməsi ilə cavabdeh tərəf borcunun olmadığını mübahisələndirməmiş, yaranmış borc m əbləği üzrə müəyyən müddət keçdiyindən, üstəlik həmin məbləği əsassız varlanma əsasında əldə edilən əmlak olaraq qiymətləndirərək iddiaçı qarşısında məsul şəxs qismində özünü qələmə verərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
18. Bununla yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tələb üzrə iddia müddəti keçməmişdir. Belə ki, şahid ifadələri qarşlıqlı əlaqələndirildikdə 2018-ci ilin 16 avqust tarixində aparılmış son haqq-hesab üzrə yaranan 170.000 ABŞ dolları məbləğində borcun ödənilməsi üçün cavabdeh tərəfindən bir il, il yarım güzəşt verilməsinin tələb edildiyi görünür. 2018-ci il 16 avqust tarixindən 1 il müddətinə güzəşt verildiyi nəzərə alındıqda, iddia müddətinin axımının 2019-cu il 16 avqust tarixindən ertəsi gün, 2019-cu il 17 avqust tarixindən başladığı, həmin tarixdən başlanan iddia müddətinə 3 il müddət tətbiq olunduqda, 2022-ci il 17 avqust tarixinə qədər iddiaçının ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu müəyyən edilir.
19. İddiaçı 2021-ci il 14 oktyabr tarixində iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyindən, iddia müddətinin axımı kəsilmişdir. Həmin iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2022-ci il 13 iyul tarixli 2(108)-65/2022 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 2022-ci il 10 fevral tarixli e2(078)72/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilmiş, həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 6 sentyabr tarixli 2(102)-4970/2022 nömrəli qərarı ilə dəyişdi rilmədən saxlanılmışdır. Baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilən iddia ərizəsi və ona əlavə edilən sənədlər həmin məhkəmənin 2022-ci il 6 oktyabr tarixli 2-2(123)-85/2022 saylı qərardadı ilə geri qaytarıldığından, həmin qərardadın qəbul edildiyi 2022-ci il 6 oktyabr tarixindən iddia müddətinin axımı yenidən başlamışdır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmədiyindən, iddia müddəti 2022-ci il 6 oktyabr tarixindən ertəsi gün, 2022-ci il 7 oktyabr tarixindən başlayaraq 2025-ci il 7 oktyabr tarixinədək olan dövrü əhatə etdiyindən, hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi qanunsuzdur.
20. Məhkəmə gəldiyi nəticəni MM-nin 324.1, 324.2, 329.2, 329.3, 330.1, 368, 373.2, 377.3, 380.1, 380.2, 385.1, 386.1, 389.3, 390.1, 425.1, 427.2, 442, 448.1, 567, 568.1, 600.1, 600.4 və 1091.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024cü il 5 iyun tarixli 2-2(108)-12/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “iddia tələbinin təmin edilərək, 170.000 ABŞ dolları məbləğində pulun ödəniləcək günün milli manat ekvivalentində məzənnəsi ilə cavabdehdən alınıb iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilmiş, iddia qismən təmin edilərək, 289.000 Azərbaycan manatının ca vabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim S.Bəylərli, hakimlər V.Quliyev və M.Allahverdiyev).
23. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı və cavabdeh üzlük daşlarının alqı-satqısı ilə bağlı sövdələşmiş, iddiaçı şifahi razılaşma üzrə üzlük daşları cavabdehə vermiş, tərəflər arasında əvvəlcədən şifahi razılaşmaya müvafiq olaraq işgüzar əlaqələr yaranıb davam etmiş, iddiaçı Gürcüstan Respublikası və başqa yerlərdə istehsal edilən üzlük daşları nisyə alqı-satqı (əşyaların nisyə satışı) müqaviləsi əsasında Rusiya Federasiyası, Çeçenistan Respublikasının Qroznı şəhərinə-cavabdehə göndərmiş, cavabdeh isə iddiaçıdan aldığı qeyd olunan daşların satışını həyata keçirib qazanc əld ə etməklə müəyyən müddət sonra həmin daşlara görə razılaşdırılmış qiymətlə müvafiq pul məbləğinin bir qismini iddiaçıya ödəmiş, iddia üzrə tələb olunan və apellyasiya şikayətində mübahisələndirilməyən üzlük daşların müəyyənləşdirilmiş pul məbləği (qiyməti) isə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Həmin faktlar iş materiallarında olan izahatlarla yanaşı, iddiaçı və cavabdeh tərəfindən imzalanmış son haqq-hesaba dair razılaşma sənədi (İİ cild, iş v. 59-60) və cavabdehin imzasının həqiqiliyi təsdiq edilən 2021ci il 11 oktyabr tarixli sənədlə (İİ cild, iş v. 63) də təsdiq olunur. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında əşyaların nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış və cavabdeh öhdəliyini lazımi qaydada icra etməmişdir, yəni konkret olaraq mübahis ənin hüquqi əsasını əsassız varlanma deyil, nisyə alqı-satqı (alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi) müqaviləsi təşkil edir.
24. Hazırkı mübahisə üzrə müqavilənin tərəfləri satıcı iddiaçı, alıcı isə cavabdehdir. Müqavilənin predmeti üzlük daşlardır. Müqavilənin qiymətini hər kvadrat daşa görə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləği təşkil edir. Müqavilənin müddəti tərəflərin iradəsinə görə üzlük daşların alıcıya verilməsindən onun qiymətinin ödənilməsinədək olan dövrü əhatə edir. Müqavilənin məzmunu isə tərəflərin hüquq və vəzifələrində ifadə olunur. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində tərəflər arasında alqı-satqı ilə bağlı heç bir müqavilənin olmamasını vurğulasa da, məhkəmə baxışı iclasında verdiyi izahatında “Şir van Məhkəməsində müvafiq işə baxılarkən cavabdeh tərəfindən məhkəməyə göndərilmiş notarial qaydada təsdiq olunmuş sənədə münasibətdə qeyd edirəm ki, şifahi qaydada biri mal alıb, biri satıb, qeyd etdiyim kimi şifahi qaydada həyata keçirilib. Təbii ki, bu mənim hüquqi mövqeyimdir” ifadəsi ilə tərəflər arasında üzlük daşların nisyə alqı-satqı müqaviləsinin olmasını etiraf etmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin MM-in 375-ci və 1095-ci maddələrinin düzgün tətbiq edilməməsinə dair dəlillərini əsassız hesab edərək, hazırkı mübahisəyə iddia müddətinin tətbiq olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
26. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnamə çıxararkən 2005-ci il 24 iyun tarixli 949-İİQD nömrəli Qanunla MM-də n çıxarılmış 330-cu maddəyə istinad etməsi dəlili ilə bağlı qeyd edilmişdir ki, həmin maddi hüquq norması tətbiq olunarkən səhvə yol verilmişdir. Lakin sözügedən qətnamədə hazırkı mübahisənin hüquqi əsasının nisyə alqı-satqı (alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi) müqaviləsi təşkil etməsi nəticəsinə gəlinmiş və MM-nin 329.2, 329.3, 567, 600.1-ci və s. maddələrinə istinad olunmuşdur. Ona görə də səhvən MM-dən çıxarılmış 330-cu maddəyə istinad olunması Mülki Prosessual Məcəllənin 385.1-385.1.1 və 386-cı maddələri baxımından qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab oluna bilməz.
27. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə cavabdeh in iddiaçıya ödəməli olduğu pul məbləğinin həcmi düzgün müəyyən olunmamışdır. Ona görə də qətnamə müvafiq hissədə dəyişdirilməlidir. Belə ki, şərh olunduğu kimi hazırkı mübahisə üzrə tərəflərin arasında şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bazarda qiymətlərin dəyişməsi nisyə satılmış əşyanın qiymətinə təsir göstərmir. Nisyə satılmış əşyanın qiyməti ödənilərkən satış günü qüvvədə olmuş qiymətlər nəzərə alınır, yəni bu qiymət əsasında əşya alıcıya satılır və bu qiymət sabit qalır, dəyişmir. Başqa sözlə, nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi (azalması və ya artması), əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (MM-in 600.2-ci maddəsi). İş materiallarından isə görünür ki, iddiaçının cavabdehlə üzlük daşların qiymətini n sonradan artırılması və ya azaldılması ilə bağlı aralarında heç bir razılaşma olmamış, iddiaçı cavabdehə ABŞ dolları deyil, müəyyənləşdirilmiş qiymətlə üzlük daşını satmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin 2024-cü il 27 may tarixli 01/135 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnələr barədə rəsmi məlumatlarına əsasən 2018-ci il 16 avqust tarixində, yəni tərəflər arasında son hesablaşma aparıldığı vaxt (alqı-satqı vaxtı hansı məbləğ ilə razılaşmışlarsa, həmin məbləğlər əsas götürülmüşdür) 1 ABŞ dolları 1,7000 Azərbaycan manatına, 170.000 ABŞ dolları isə 289.000 Azərbaycan manatına bərabər olmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 14.2.1, 329.2, 329.3, 372.2, 373.2, 377.3, 380.1, 380.2, 3 85.1, 386.1, 406.1, 425.1, 427.2, 442, 448.1, 567, 598.1, 600.1, 600.2, 600.4 və 1091.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
29. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində, qətnamənin qismən-289.000 Azərbaycan manatının cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, həmin hissədə 170.000 ABŞ dolları məbləğində pulun ödəniləcək günün milli manat ekvivalentində məzənnəsi ilə cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.
30. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri:
31. İddiaçı MM-nin 439.1, 439.2, 4 39.7-ci maddələrinin məzmununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 10-cu bəndinə istinad edərək bildirmişdir ki, qeyd olunan normaların tələbləri baxımından, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə dair apellyasiya məhkəməsinin mövqeyi əsassız olmuşdur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri:
32. MM-nin 1091 və 1095-ci maddələri üzrə - hazırkı işdə cavabdeh iddiaçının hesabına həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa görə varlansa belə, qeyd olunan maddəyə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddiaçı da həmin müddəti ötürmüşdür. Be lə ki, tərəflər arasında borc münasibətləri olmamış, əsassız varlanmaya dair münasibətlər yaranmışdır. Çünki iddiaçının hazırkı tələbinin faktiki əsası kimi 2018-ci il 16 avqust tarixli əlyazma çıxış edir. Həmin əlyazmada son hesabın bağlandığı və cavabdehin iddiaçıya 170.000 manat borcu qaldığı qeyd olunmuşdur. Birgə iş görmək üçün tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Tərəflər arasında iş fəaliyyəti qeyd olunduğu kimi 2018-ci ilin avqust ayınadək davam etsə də, iddiaçı 5 il sonra, yəni 2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq, cavabdeh iddiaçıdan pulun ödənilməsi üçün vaxt istəməmişdir. Məhkəmə qeyd olunan halı obyektiv araşdırmadan, cavabdeh tərəfin fikrini dinləmədən, yalnız şahidin ifadəsinə əsaslanaraq cavabdehin iddiaçıdan həqiqətən vaxt istəməsi qənaətinə gəlmişdir.
33. MM-nin 375-ci maddəsi üzrə-cavabdeh tərəfindən məhkəməyə iş üzrə iddia müddətinin tətbiq olunması ilə bağlı yazılı ərizə təqdim olunsa da, məhkəmə tərəfindən iddia müddəti düzgün müəyyən olunmamış və tətbiq olunmamışdır.
34. MM-nin 386-cı maddəsi üzrə - məhkəmə öz qətnaməsində qeyd olunan normaya istinad etsə də, tərəflər arasında heç bir müqavilənin bağlanmamasını və tərəflər arasında yaranmış münasibətlərin hüquqi əsası olmamasını nəzərə almamış, formal mülahizələrə əsaslanaraq tərəflər arasındakı münasibətləri şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik kimi qeyd etmişdir.
35. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra-“MPM”) 77 və 88-ci maddələri üzrə - birinci instansiya məhkəməsi qətnamə qəbul edərkə n sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların mötəbərliyi məsələsini ümumiyyətlə araşdırmamış, iddiaçı tərəfindən təqdim olunmuş sübutların qanuni yolla əldə edilibedilməməsini aydınlaşdırmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndiri lməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur....” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
377. İddia müddətinin başlanması... 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonr a hesablanmağa başlanır....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tu tulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyi bsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqav ilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur....”
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya mə hkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
43. Məhkəmə kollegiyası cavabdehin tərəflər arasındakı mübahisənin hüquqi əsasını əsas sız varlanma təşkil etməsi və əsassız varlanmadan irəli gələn tələblər üzrə iddia müddətinin keçməsinə dair kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, baxılan işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında əşyaların nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış və cavabdeh həmin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 170.000 ABŞ dolları məbləğində borcunun qalması işin materiallarında olan izahatlarla yanaşı, iddiaçı və cavabdeh tərəfindən imzalanmış son haqq-hesaba dair razılaşma sənədi (İİ cild, iş v. 59-60) ilə təsdiq olunmuşdur.
44. Qeyd olunmalıdır ki, əsassız varlanmanın anlayışı MM-nin 1091-ci maddəsində təsbit edilmişdir. Həmi n maddənin dispozisiya şərtləri baxımından, əsassız varlanma dedikdə hüquqi əsas olmadan şəxsin (varlanmış şəxsin), başqa şəxsin(məhrum olanın) hesabına əmlak əldə etməsi nəzərdə tutulur. Bu zaman varlanmaya haqq qazandıran hüquqi əsas və ya müqavilə əsası olmur. Yəni əmlakı əldə edən şəxs əldə etməyə dair heç bir hüquqi əsasa və müqavilə əsasına istinad edə bilmir.
45. İşə mahiyyəti üzrə baxılarkən, cavabdeh iddia tələbinə qarşı etirazında da mübahisənin hüquqi əsasını əsassız varlanma təşkil etməsinə istinad etsə də, bununla bağlı mötəbər sübutlarını təqdim edə bilməmiş, əksinə müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik miünasibətləri yaranmışdır.
46. İddia müddətinin ötürülməsinə gəldikdə, мəhkəmə kollegiyası işə baxmış məhkəmələr tərəfindən iddia müddətinin axımının başlandığı vaxtın şahid ifadələrinə istinadla müəyyən edilməsi ilə razılaşmasa da, iddia müddətinin buraxılmamasına dair nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, tərəflər arasında nisyə satılmış əşyanın dəyərinin ödənilməsi vaxtı dəqiq müəyyən edilmədiyi üçün hər iki tərəfin imzaladığı, son haqq-hesaba dair razılaşma sənədində göstərilən borcun ödənilməsi müddəti, ММ-нин 427.2-ci maddəsinə əsasən, kreditorun (iddiaçının) tələb etməsi ilə məhdudlaşmışdır. Belə ki, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (MM-nin 427.2-ci maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gə ldiyi nəticə MM-nin 427.2-ci və 373, 375 və 377-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
47. Məhkəmə kollegiyası iddiaçının kassaiya şikayətinin dəlilləri ilə aşağıdakılara əsasən razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini “iddia tələbinin təmin edilərək, 170.000 ABŞ dolları məbləğində pulun ödəniləcək günün milli manat ekvivalentində məzənnəsi ilə cavabdehdən alınıb iddiaçıya ödənilməsi” hissəsində dəyişdirməklə, MM-nin 600.2-ci maddəsini düzgün tətbiq etməmiş, həmin Məcəllənin 439-cu maddəsinin tələbləri pozulmuşdur.
48. Belə ki, MM-nin 600.2-ci maddəsinin tələblərinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavil ədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
49. Qeyd olunan maddi hüquq normasına əsaslanmaqla nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, baxılan işdə iddiaçının nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi səbəbindən yenidən hesablaşma aparılmasından yaranan tələbi mövcud deyildir. Başqa sözlə, iddiaçı, nisyə satdığı malın dəyərinin dəyişməsinə istinadla hər hansı tələb irəli sürmür, xarici valyutada ifadə olunmuş borcun tutulmasını xahiş edir. Qeyd olunan məsələ isə MM-nin 439.2-ci maddəsi ilə tənzimlənir.
50. Həmin maddənin tələbinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Y enidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» 2015-ci il 14 may tarixli qərarında göstərilmişdir ki, «Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada apar ılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur.
52. Göründüyü kimi, iddia olunan borcun ödəniləcək günün milli manat ekvivalentində məzənnəsi ilə cavabdehdən alınıb iddiaçıya ödənilməsinə dair iddiaçının tələbi MM-nin 439.2-ci maddəsinin tələbinə və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarındakı hüquqi mövqeyə uyğun olmuşdur.
53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi hüquq normaları nın pozulmasına görə ləğv edilməli, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsinə zərurət olmadığından, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməli, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, cavabdehin kassasiya şikayəti isə təmin edilməməlidir.
54. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçının kassasiya şikayəti təmin edilsin. Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 iyun tarixli 2-2(108)-12/2024 saylı qətnaməsi ləğv edilsin. Yeni qərar qəbul edilərək, iddia təmin edilsin. 170.000 (bir yüz yetmiş min) ABŞ dolları məbləğində pul, manatın ödəniş gününə məzənnəsi ilə cavabdehdən iddiaçının xeyrinə tutu lsun. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 (dörd yüz ) manat məbləğində xərc, iddia ərizəsinin verilməsinə görə 179 (bir yüz yetmiş doqquz ) manat məbləğində, kassasiya şikayətinin verilməsinə görə 289,5 (iki yüz səksən doqquz manat əlli qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, 400 ( dörd yüz ) manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət gəlirlərinə tutulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.