Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-579/2022 29.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh qarşı iddia ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət qarışıq məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyul tarixli 2-2(115)-1585/2022 saylı qərardadına əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığ ı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Ağdam rayon Məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı, iddia ərizəsi ilə Ağdam rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan aldığı 8.090 manat pul məbləğinin, pulunu əsassız saxlamasına görə dəymiş ziyanın əvəzi olaraq 23.100 manatın və mənəvi ziyana görə 5.000 manat olmaqla, cəmi 36.190 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin yanvar ayında cavabdeh iddiaçıya onunla birlikdə iş qurub gəlir əldə etmək təklifi etmişdir. Bununla paralel olaraq cavabdeh özünə məxsus "xxxx" MMC-ni (hal hazırda Güvən Kamera adlandırılır) iddiaçı ilə birlikdə işlədəcəyini vəd etmişdir. 2019-cu ilin fevral ayında cavabdehin təklifinə əsasən iddiaçıdan 4.000 manat pul almışdır. İddiaçı ilə cavabdeh birlikdə Sədərək ticarət mərkəzinə mal almağa getmişlər və həmin puldan 3.600 manata müxtəlif cür xırdavat malları (elektrik məişət əşyaları, telefon aksessuarları, geyim əşyaları, uşaq oyuncaqları, məktəb ləvazimatları) almışlar. Sonradan qalan 400 manatı isə mağazanın reklam löhvələri və digər məsrəflər üçün xərcləmişlər. Bununla da, cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində yerləşən, 150 manata icarəyə götürdüyü 10 kv.m sahəsi olan mağaza fəaliyyətə başlamışdır. Mağaza fəaliyyətə başlayandan 1 ay sonra cavabdeh əlavə malların alın ması üçün iddiaçıdan 1.000 manat istəmiş, iddiaçı da həmin pul məbləğini cavabdehə vermişdir. 3. 2019-cu ilin mart ayında cavabdeh qol saatlarının alınması üçün iddiaçıdan 1.000 manat almışdır. Bundan 3-4 ay sonra cavabdeh mağazanın işləməsi üçün “Aliexpress” onlayn alış-veriş saytı vasitəsi ilə 1.600 manatlıq mal sifariş verərək mağazaya gətizdirmiş və hissə-hissə olmaqla ümumilikdə yenidən iddiaçıdan 1.000 manat pul almışdır. Bu müddət ərzində cavabdeh iddiaçıya heç bir məbləğ ödəməmiş və mağazanın tam işləməsindən sonra gəlir əldə edəcəklərinə söz vermişdir. 4. 2019-cu ilin oktyabr ayında iddiaçı mağazaya baş çəkən zaman qapısının kilidli, içərisinin isə boş olduğunu gördükdə, cavabdehə zəng edib məsələ ilə bağlı soruşmuş, cavabdeh alverin getmədiyini və həmin əşyaları özünün Bakı şəhər i, Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesində yerləşən mağazasında satacağını, iddiaçıya olan 7.000 manat pulunu verəcəyini bildirmişdir. Lakin cavabdeh borclu olduğu pulu qaytarmamışdır.
5. Ağdam rayon Məhkəməsinin 2022-ci il 23 iyun tarixli, 2(013)-1187/2021 saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R. Məmmədov).
6. Qərardad onunla əsaslandırılmışdır ki, iddia tələbinin mahiyyətindən və iş materiallarından görünür ki, tərəflər arasında yaranan pul mübahisəsi sahibkarlıq (kommersiya) fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır.
7. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti pozulmaqla verilmişdir. İddiaçı Gəncə Kommersiya Məhkəməsinə müraciət etmək əvəzinə Ağdam Rayon Mə hkəməsinə müraciət etmişdir.
8. Məhkəmə öz qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 26.1, 31.1, 44.2.2, 45.4-cü maddələrinə istinad edilmişdir. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
9. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyul tarixli, 2-2(115)-1585/2022 saylı qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Quliyeva).
10. Məhkəmə hesab etmişdir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar – işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin s ubyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır.
11. İddiaçı ümumiyyətlə sahibkarlıq f əaliyyəti ilə bağlı fiziki şəxs statusuna malik olmamış, onun sahibkarlıq fəaliyyətini həyata keçirməsinə dair işdə hər hansı məlumat yoxdur.
12. Tərəflər arasında hüquq münasibətləri yarandığı dövrdə-2019-cu ildə cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusuna malik olmamışdır (EMİS-dən çıxarışdan görünür ki, cavabdehə 2020-ci il 2 noyabr tarixdə VÖEN (**********) verilmişdir).
13. Mübahisəli hüquq münasibətinin xarakteri baxımından hazırkı mübahisənin məhz hər iki tərəfin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı olması da iş materiallarına əsasən müəyyən edilmir. Mübahisənin tərəflərdən yalnız birinin (hazırkı halda cavabdehin) sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması isə mübahisəyə kommersiya məhkəməsin də baxılmalı olması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə ki, tərəflər arasında mövcud olan mübahisə zamanı cavabdehin sahibkarlıq fəaliyyəti mövcud olmamışdır.
14. Hazırkı mübahisənin subyektiv tərkibi və hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsi hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.
15. Məhkəmə öz qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 11, 12, 13, 14, 26-cı bəndinə, MPM-nin 24.2, 25.1, 26.1, 31.1, 32.7-ci maddələrinə istinad edilmişdir. İİ.TƏTBİQ EDİLƏN HÜQUQ.
16. Azərbaycan Respublikası AMP-in “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yara nan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəmənin 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında nəzərdə tutulmuşdur: “...
26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.
27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə ol an, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğu n surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsləri n iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.
17. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiy a məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məh kəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; 403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
18. Ali Məhkəmənin hakimləri Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün Ağdam rayon Məhkəməsinə göndərilməlidir.
19. Belə ki, iş materiallarında olan elektron informasiya sistemindən çıxarılmış “Vergi ödəyicilərinin məlumatları” adlı sənəddən görünür ki, cavabdehə yalnız 2020-ci il 2 noyabr tarixində VÖEN (**********) verilmiş, iddiaçının isə fərdi sahibkar statusu yoxdur, beləliklə, cavabdehlə iddiaçı birgə fəaliyyət həyata keçirmək barədə razılığa gəldikləri zaman onlardan heç birinin fərdi sahibkar statusu olmamış və işdəki sənədlərə əsasən iddiaçı ümumiyyətlə qanunla müəyyən edilmiş qaydada sahibkar kimi qeydə alınmamış, müvafiq VÖEN-ə malik olmamışdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə v ə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi fəaliyyətdən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır.
21. Beləliklə, hazırkı mübahisə tərəflərin subyektiv tərkibi və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmçinin MPM-in 24, 25.1 və 26.1-cı maddələrinə uyğun olaraq, kommersiya mübahisəsi hesab edilə bilməz.
22. Yuxarıda qeyd edilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə mülki iş olaraq mahiyyəti üzrə baxılması üçün Ağdam rayon Məhkəməsinə göndərilməlidir.
23. Azərbaycn Respublikası MPM-nin 32.7, 403-1.6, 403-1.7 və 403-1.9-cu maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ:
24. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iş mahiyyəti üzrə baxılması üçün Ağdam rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.