Məhkəmə qərarları › İş №2-2(102)-58/2019

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-58/2019

06.02.2019 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-58/2019 06.02.2019 ALİ MƏHKƏMƏ İş № 2-2(102)-58/19 Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri 2019-cu il 06 fevral Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi ilə, İddiaçı x1 cavabdeh x2-yə qarşı “zərərin ödənilməsi və s” tələblərinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 3 oktyabr tarixli 2-2(103)-468/2018 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T əsviri hissə: İşin halları: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin üzərinə onun mərkəzi ofisində istifadə etdiyi kompüterlərinə yüklədiyi iddiaçıya məxsus proqram təminatlarının lisenziyalaşdırılmasını həyata keçirərək bu haqda məhkəməyə rəsmi məlumat verilməsi, cavabdeh tərəfindən zərər vurulmanın qarşısının alınması tədbiri kimi, cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, iddiaçının razılığı olmadan iddiaçıya məxsus proqram təminatlarının qeyri-qanuni istifadəsi ilə əlaqədar fəaliyyətini dayandırmaq vəzifəsinin qoyulması, cavabdehdən indiyədək yol verdiyi qanun pozuntularına yəni, hüquq sahibinin razılığı olmadan və ona heç bir haqq ödəmədən piratçılıq yolu ilə əldə edərək iddiaçıya məxsus proqram təminatlarından istifadə nəticəsində iddiaçıya vurduğu zərərə görə iddiaçıya qanunla nəzərdə tutulmuş qaydada 55.000 manat məbləğində kompensasiyanın, hazırkı məhkəmə çəkişməsi ilə bağlı iddiaçının məhkəmədə təmsil olunması ilə əlaqədar, iddiaçının FİNA LLP hüquq şirkətinə ödədiyi 3.000 ABŞ dolları məbləğində vəkil və qanuni nümayəndə xərclərinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya məcburi qaydada ödəməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 8 iyun tarixli 2-2(82)-395/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, iddiaçıya məxsus proqram təminatlarının qeyri-qanuni istifadəsi ilə əlaqədar fəaliyyəti dayandırmaq vəzifəsinin cavabdehə həvalə olunması, cavabdehdən iddiaçıya vurduğu zərərə görə 55.000 manat məb ləğində kompensasiyanın iddiaçının xeyirinə tutulması, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 3 oktyabr tarixli 2-2(103)-468/2018 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya icraatı zamanı tərəflər mübahisəni sülh yolu ilə həll etmək istədik lərini bəyan etmiş, yazılı formada tərtib və təsdiq edilmiş barışıq sazişini məhkəməyə təqdim etmişlər. Sazişin şərtlərinə görə:

1. İddiaçı x1 x2-yə qarşı 2017-ci il 13 iyun tarixli, AA105/0617 saylı x2 ilə x3 arasında bağlanılmış müqaviləyə dair tələbindən və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 8 iyun tarixli 2-2(82)-395/2018 nömrəli qətnaməsinə əsasən qət edilmiş 55.000 manat məbləğində olan pul vəsaitinin 49.500 manat hissəsindən imtina edir.

2. Cavabdeh x2 ümumi dəyəri təqribən 64.000 manat olan aşağıda göstərilmiş x1 proqram təminatı üçün lisenziyalarını almaq öhdəliyini üzərinə götürür: № 1 2 3 4 5 6 7 8 Malların adı, təsviri və növü WinPro 10 SNGL OLP NL Legalization GetGenuine wCOA Office 365 Business WinSvrSTDCore 2019 SNGL OLP 2Lic NL CoreLic WinSvrCAL 2019 SN GL OLP NL DvcCAL ExchgSvrStd 2019 SNGL OLP NL ExchgStdCAL 2019 SNGL OLP NL DvcCAL SQLSvrStdCore 2017 SNGL OLP 2Lic NL CoreLic Qlfd WinRmtDsktpSrvcsCAL 2019 SNGL OLP NL DvcCAL SKU Ölçü vahidi Miqdar FQC-09481 ədəd 30 5c9fd4cc-Y ədəd 50 9EM-00653 ədəd 80 R18-05767 ədəd 50 312-04405 ədəd 3 381-04491 ədəd 50 7NQ-01158 ədəd 1 6VC-03759 ədəd 20

3. Cavabdeh x2 bu Sazişin 2-ci bəndində qeyd edilmiş məhsulları bu Saziş Ali Məhkəmə tərəfindən təsdiq edildiyi gündən 5 (beş) iş günü müddətində almağı öhdəsinə götürür.

4. Cavabdeh x2 dəymiş ziyan kimi 5.500 manatı onun ABŞ dolları ekvivalenti ilə bu Saziş Ali Məhkəmə tərəfindən təsdiq edildiyi gündən 5 (beş) iş günü müddətində x1 aşağıda qeyd olunan bank hesabına ödəməyi öhdəsinə götürür: Beneficiary name: Account number: Beneficiary bank: x1 ********** x4 ABA#: ********* SWİFT: BOFAUS3N

5. Tərəflər öhdəlik götürürlər ki, bu Saziş imzalandığı gündən etibarən 2 (iki) iş günü müddətində Ali Məhkəməyə bu Sazişin təsdiq edilməsi və hazırki iqtisadi işin icraatına xitam verilməsi barədə ərizə ilə müraciət edəcəklər.

6. Bu Sazişin müddəaları pozularsa, öhdəliklərin məcburi qaydada icra edilməsi üçün icra vərəqəsi veriləcəkdir.

7. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik tərəflərin hər birinə 1 (bir) nüsxə və məhkəməyə təqdim etmək üçün 1 (bir) nüsxə, cəmi 3 (üç) nüsxədə hazırlandı. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırıcı hissə: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icra at iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin /bundan sonra mətndə - MPM/ 139.2.9-cu maddəsi). Barışıq sazişi təsdiq olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 52.3-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini p ozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı iş üzrə tərəflər mübahisənin predmeti barədə sərəncam hüququna malikdirlər, sazişin şərtləri qanunvericiliyə zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 261.0, 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 417.1.5-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin...261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Nəticəvi hissə: Yuxarıdakılara göstərilənlərə və MPM-in 52.3, 261.0.5, 262-264, 417.1.5-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Tərəflərin aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilir:

8. İddiaçı x1 x2-yə qarşı 2017-ci il 13 iyun tarixli, AA105/0617 saylı x2 ilə x3 arasında bağlanılmış müqaviləyə dair tələbindən və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 8 iyun tarixli 2-2(82)-395/2018 nömrəli qətnaməsinə əsasən qət edilmiş 55.000 manat məbləğində olan pul vəsaitinin 49.500 manat hissəsindən imtina edir.

9. Cavabdeh x2 ümumi dəyəri təqribən 64.000 manat olan aşağıda göstərilmiş x1 proqram təminatı üçün lisenziyalarını almaq öhdəliyini üzərinə götürür: № 1 2 3 4 5 6 7 8 Malların adı, təsviri və növü WinPro 10 SNGL OLP NL Legalization GetGenuine wCOA Office 365 Business WinSvrSTDCore 2019 SNGL OLP 2Lic NL CoreLic WinSvrCAL 2019 SNGL OLP NL DvcCAL ExchgSvrStd 2019 SNGL OLP NL ExchgStdCAL 2019 SNGL OLP NL DvcCAL SQLSvrStdCore 2017 SNGL OLP 2Lic NL CoreLic Qlfd WinRmtDsktpSrvcsCAL 2019 SNGL OLP NL DvcCAL SKU Ölçü vahidi Miqdar FQC-09481 ədəd 30 5c9fd4cc-Y ədəd 50 9EM-00653 ədəd 80 R18-05767 ədəd 50 312-04405 ədəd 3 381-04491 ədəd 50 7NQ-01158 ədəd 1 6VC-03759 ədəd 20

10. Cavabdeh x2 bu Sazişin 2-ci bəndində qeyd edilmiş məhsulları bu Saziş Ali Məhkəmə tərəfindən təsdiq edildiyi gündən 5 (beş) iş günü müddətində almağı öhdəsinə götürür.

11. Cavabdeh x2 dəymiş ziyan kimi 5.500 manatı onun ABŞ doll arı ekvivalenti ilə bu Saziş Ali Məhkəmə tərəfindən təsdiq edildiyi gündən 5 (beş) iş günü müddətində x1 aşağıda qeyd olunan bank hesabına ödəməyi öhdəsinə götürür: Beneficiary name: Account number: Beneficiary bank: x1 ********** x4 ABA#: ********* SWİFT: BOFAUS3N

12. Tərəflər öhdəlik götürürlər ki, bu Saziş imzalandığı gündən etibarən 2 (iki) iş günü müddətində Ali Məhkəməyə bu Sazişin təsdiq edilməsi və hazırki iqtisadi işin icraatına xitam verilməsi barədə ərizə ilə müraciət edəcəklər.

13. Bu Sazişin müddəaları pozularsa, öhdəliklərin məcburi qaydada icra edilməsi üçün icra vərəqəsi veriləcəkdir.

14. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik tərəflərin hər birinə 1 (bir) nüsxə və məhkəməyə təqdim etmək üçün 1 (bir) nüsxə, cəmi 3 (üç) nüsxədə hazırlandı. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 3 oktyabr tarixli 2-2(103)-468/2018 nömrəli qətnaməsi ləğv edilir. İş üzrə icraata xitam verilir. Tərəflərə izah edilir ki, bu iş üzrə icraata xitam verildiyi vaxtdan eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar