Məhkəmə qərarları › İş №2-2(102)-58/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-58/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-58/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit üzrə əsas borc və faiz borcunun hesablanması, gecikməyə görə faiz borcunun hesablandığı dövr giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bun dan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)764/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdeh (Borcalan) ilə ”İddiaçı” ASC arasında xx xxxxxx 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilə üzrə Bank Borcalana 6 ay müddətində qaytarmaq şərti ilə 2.100.000 manat məbləğində kredit verməyi, Borcalan aldığı krediti və bu borc üzrə hesablanmış faizləri 6 ay ərzində ödəniş qrafiki əsasında ödəməyi öhdəsinə götürmüşdür. x xxxxxx 2017-ci il tarixli “Kredit öhdəliyi üzrə əsas, faiz, c ərimə borcunun məbləğinə dair” maliyyə arayışında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin borcunun 2.357.250,01 manat (əsas borc-2.100.000 manat, faiz borcu204.166,67 manat, dəbbə pulu-53.083,34 manat) olduğu göstərilmişdir. xx xxxxxx 2014-cü il tarixli “Kredit ödəmə cədvəli”ndən görünür ki, cavabdehə 2.100.000 manat 10%-lə 6 ay müddətinə kredit verilmişdir. İddiaçı tərəfindən verilmiş x xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehə xx.xx.2014-xx.xx.2015-ci il müddətə 42 nömrəli kredit müqaviləsinə əsasən 2.100.000 AZN kredit verilmiş, xx.xx.2016-cı il tarixdə kredit üzrə 312.084 AZN son ödəniş edilmişdir. Cavabdehin müddətin sonuna əsas məbləğ olaraq 2.100.000 AZN, faiz borcu olaraq 105.000 AZN borcu vardır. Ədliyyə Nazirliyi Məhkəmə Eksper tizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 25233 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 042 saylı, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin iddiaçıya x xxxxxx 2017-ci il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) olan borcu 2,305.000,00 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 2,100.000,00 manat, faiz borcu üzrə 205.000,00 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxxxx 2014cü il tarixli, 042 saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar mə lumat olmadığı üçün xx xxxxxx 2017-ci il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) cavabdehə cərimə borcu hesablanmamışdır. x xxxxxx 2017-ci il tarixli xəbərnamədə qeyd olunmuşdur ki, iddiaçı ilə cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx.xx.2014-cü il tarixli, 042 saylı kredit müqaviləsinə əsasən Borcalana 2.100.000 məbləğində illik 20 % olmaqla 6 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən borcalan LPO Bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq LPO İddiaçı ASC-yə olan əsas və faiz borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları Borcalan tərəfi ndən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edə bilər. Sizdən xx.xx.2017-ci il tarixədək hesablanmış 2,100.000 AZN əsas və 204.166.67 AZN faiz və 53083.34 AZN cərimə (dəbbə) məbləğində borcunuzu xəbərdarlıq məktubunu aldığınız vaxtdan etibarən 5 gün müddətində iddiaçıya tam ödənilməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək cavabdehin digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlaklar satılacaq. Məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kred it müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin miqdarında dəbbə pulunun ödənilməsi də tələb olunacaqdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 042 saylı kredit müqaviləsi üzrə maliyyə arayışına əsasən qalan ******* AZN əsas borcun, 478333,34 manat faiz borcun, 472.500 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (MM 449.1-ci maddəsinə uyğun olaraq) əsasən hesablanan faiz məbləği, cəmi 3.050.833,34 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən, kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka ******* manat məbləğində əsas borcu, 204166.67 manat məbləğində faiz borcu, 53083.34 manat məbləğində cərimə (dəbbə pulu) borcu, ümumilikdə 2,357.250.01 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cüm lədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan “Kredit müqaviləsi” üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 149cu, 216-cı 217-ci, 385-ci, 428.4-cü, 442-ci 445.1-ci 448.1-ci, 449.4-cü və 462.3-cü maddələrinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-2(82)-59/2019 saylı iş) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 042 saylı kredit müqaviləsi üzrə maliyyə arayışına əsasən qalan 2.100.000 manat əsas borcun, 478.333,34 manat faiz borcun, 472.500 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (MM 449.1-ci maddəsinə uyğun olaraq) əsasən hesablanan faiz məbləği, cəmi 3.050.833.34 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6məruzəçi, X3 və X4 2-2(103)-764/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasınınx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilib borcun düzgün hesablanmaqla yeni qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Prosessual hüquq norması kimi MPM-in 88-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdeh nə birinci instansiya, nə də apellyasiya mərhələsində ekspert rəyi ilə tanış edilmişdir. Ekspertiza onun iştirakı olmadan keçirilmişdir. Ona görə də həmin ekspert rəyi sübut sayıla bilməz. Məhkəmə bu rəyi sübut saymaqla MPM-in 88-ci maddəsini düzgün tətbiq etməmişdir. tərəflərin izahatı: İddiaçının vəkili şikayətin dəlillərini qəbul etməmiş, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandıma hissəsi: Tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə əsasında istehlak məqsədilə 6 ay müddətinə illik 10 faiz dərəcəsi ilə cavabdehə ödənilmiş 2.100.000 manat məbləğində kredit üzrə 2.100.000 manat əsas borcun, 478.333,34 manat faiz borcunun, 472.500 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan faiz məbləğinin, cəmi 3.050.833,34 manat borcun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıdakı məhkəmə qərarları qəbul edilmişdir. İşin hallarından görünür ki, cavabdeh aldığı kreditin məbləği, onun qaytarılması barə də müqavilənin şərtləri (o cümlədən faiz borcu və cərimə) barədə mübahisə açmamışdır. Mübahisə yaranmış borcun məbləği barədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə, əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsi barədə müqavilə münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl e tmiş, cavabdeh isə öhdəliyi icra etməmiş, nəticədə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdeh olduğundan müqavilədə müəyyənləşdirilmiş məbləği ödəmədiyindən onun dəyərini qaytarmaq öhdəliyi daşımışdır. 2.100.000 manat əsas borcun tutulması hissəsində məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli rəyi ilə cavabdehin rəyindən görünür ki, cavabdehin x xxxxxx 2017-ci il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) borcu 2.305.000,00 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə-2.100.000,00 manat, faiz borcu üzrə 205.000,00 manat. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə cərimə bo rcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün x xxxxxx 2017-ci il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) cavabdehə cərimə borcu hesablanmamışdır. İddiaçının iddia tələbində qeyd etdiyi 2.100.000 manat əsas borcu ekspert rəyi ilə təsdiq edilir. Ekspert rəyində 205.000 faiz borcunun məbləği x xxxxxx 2017-ci il tarixə qədər olan dövr üçün hesablanmışdır. İddiaçı x xxxxxx 2019-cu il tarixli ərizəsində 478.333,34 manat faiz borcunun ərizə təqdim edilən tarixə olan məbləği olduğunu bildirmişdir. Apellyasiya məhkəməsi qətnaməsində faiz borcunun 478.333,34 manat olmasını, həmin borcun hansı qaydada hesablamasını əsaslandırmamışdır. Müqavilə şərtlərinə görə kredit 6 ay müddətinə verilmişdir. Tərəflərin təsdiq etdiyi ödəniş cədvəlində faiz borcu xx xxxxxx 2015-ci ildən xx xxxx 20 16-ci ilə qədər olan 6 ayı əhatə etməklə hər aylar üzrə məbləğlər qeyd edilməklə 6 üçün cəmi məbləğ 61.673,57 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlə r müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur...Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Konstitusiya Məhkəməsinin Plenum qərarına görə kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, y əni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Hazırkı işdə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olaraq ödəniş cədvəlində 6 aylıq müddət üçün hər ay üzrə faizlərin məbləği və cəmi məbləğ təsdiq edilmişdir. Kredit müqaviləsində faiz borcunun ümumi məbləği 61.673,57 manat müəyyən edildiyi halda, məhkəmə faiz borcunun 478.333,34 manat hesablanması ilə bağlı hər hansı faktiki və hüquqi əsaslandırma aparmamışdır. Bundan başqa, iddia tələbinin bir hissəsi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına və Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun 472.500 manat cərimənin tutulmasıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə görə borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 0% cərimə və tarixi keçmiş kredit üzrə 20% faizi ödəyir. Apellyasiya məhkəməsi qətnamədə 472.500 manat cərimənin yaranması əsaslarını, cərimənin Mülki Məcəllənin 449.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına və müqavilə tələbinə uyğun müəyyən etməsi ilə bağlı araşdırma aparmayaraq 472.500 manat cərimə tutulması barədə gəldiyi nəticəni əsaslandırmamışdır. Bəhs olu nan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, kassasiya şikayəti qismən əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən faiz borcu və faiz məbləğinin tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar apellyasiya baxışına göndərilməli, cavabdehdən əsas borcun tutulması hissəsində qətnamə əsaslı olduğundan bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. Kassasiya şikayətində yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Yeni qərar qəbul edilməsi üçün MPM-in 427.1.4-cü maddəsinin tələbləri ödənilmədiyindən bu hissədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-c u maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-764/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qətnaməsi faiz borcu və faiz məbləğinin tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar Cavabdeh 2.100.000 manat əsas borc tutulub iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar