Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-58/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 MMC-yə qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apelly asiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli 2-2(103)-672/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 1. "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 2016-cı il 27 may tarixli 22-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsinə əsasən tərəflər kreditorun borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, borc alanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödəməsi barədə razılığa gəlmişlər.
2. Həmin müqavilənin: 1-ci bəndinə əsasən müqavilənin predmeti 3.324.754,04 ABŞ dol ları, kreditin müddəti 29 ay, kreditin illik faiz dərəcəsi 12 faiz təşkil edir. 3-cü bəndinə əsasən müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu kredit vəsaiti ilə alınmış bu müqavilədə göstərilən ipoteka və zaminlikdir. 5-ci bəndinə əsasən kredit üzrə kreditora çatmalı olan faizlər borc alan tərəfindən hər ayın 30 tarixinədək ödənilmədikdə həmin faizlər ötürülmüş faizlər hesab olunur. 8-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və tərəflər müqavilədə nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. 9.1-ci bəndinə görə bu müqavilə üzrə borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə ic ra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. 9.2-ci bəndinə görə borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu müqavilənin 1.14-cü bəndində nəzərdə tutulmuş miqdarında banka dəbbə pulu ödəməlidir. 1.14-cü bəndinə görə gecikdirilmiş borc yaranan halda tətbiq olunan sanksiyalar hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36% miqdarında müəyyən edilmişdir. 3. 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 12 iyun tarixli 01 nömrəli razılaşmaya əsasən müqavilə üzrə kreditin müddəti 2022-ci il 31 dekabr tarixədək uzadılması, kreditin illik faiz dərəcəsinin azaldılıb 8 faiz tə şkil etməsi, razılaşmanın imzalandığı tarixə 3.321.911,48 ABŞ dolları məbləğdə təşkil edən əsas borcun və 2018-ci il 18 aprel tarixdən hesablanan faiz borcunun ödənilməsinin yeni ödəniş qrafiki əsasında həyata keçirilməsi razılaşdırılmışdır. Razılaşmanın 1.8-ci bəndinə əsasən borc alanın müqavilə üzrə öhdəliklərinin icrasının təminatı aşağıdakılardır: Cavabdeh2 məxsus, Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161-də yerləşən 2 mərtəbəli 11 otaqlı 329 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi; Cavabdeh5 məxsus, Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161-də yerləşən 2 mərtəbəli 7 otaqlı 329 kv.m. ümumi sahədən ibarət məxsus fərdi yaşayış evi; Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-8 yaşayış kompleksi üzrə tələbetmə hüquqlarının girovu; Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-7 yaşayış kompleksi üzrə tələbetmə hüquqlarının girovu; Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-5 yaşayış kompleksi üzrə tələbetmə hüquqlarının girovu; Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m. olan B-2 yaşayış kompleksi üzrə tələbetmə hüquqlarının girovu; Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m. olan B1 yaşayış kompleksi üzrə tələbetmə hüquqlarının girovu; Cavabdeh1 məxsus Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161-də yerləşən 3 mərtəbəli 3 otaqlı 135,58 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi. 4. 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi üzrə 2020-ci il 12 mart tarixli 02 nömrəli razılaşmaya əsasən müqavilə üzrə kreditin illik faiz dərəcəsi 6 faiz həcmində müəyyən edilmişdir. 5. 5. "xxxx" İKB ASC, Cavabdeh4 (girov qoyan) və Cavabdeh3 MMC (borc alan) arasında bağlanılmış tələbetmə hüququnun girovu barədə 2018-ci il 12 iyun tarixli 23-BİZ- 1-0-39-16 nömrəli müqaviləyə əsasən girov qoyan 2016-cı il 27 may tarixli 23- BİZ-1-0-3916 nömrəli kredit müqaviləsinə əsasən girov saxlayan qarşısında olan kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-8 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-7 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-5 yaşayış kompleksi, Bak ı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m. olan B-2 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m. olan B-1 yaşayış kompleksi barəsində 07/16 nömrəli 2016-cı il 12 may tarixli, 08/16 nömrəli 2016-cı il 12 may tarixli, 09/16 nömrəli 2016-cı il 12 may tarixli və 17/18 nömrəli 2018-ci il 17 aprel tarixli maliyyə arayışları üzrə "xxxx" MMC qarşısında yaranmış tələbetmə hüquqlarını girov saxlayanın xeyrinə girovla yüklü etmişdir. 6. 2018-ci il 12 iyun tarixli 23-BİZ-1-0-39-16 nömrəli tələbetmə hüququnun girovu müqaviləsinə 01 nömrəli 2020-ci il 12 mart tarixli Əlavə Sazişə əsasən müqavilə üzrə kreditin illik faiz dərəcəsi 6 faiz müəyyən edilmişdir. 7. "xxxx" MMC tərəfindən verilmiş 07/16 nömrəli 2016-cı il 12 may tarixli maliyyə ar ayışına görə, X1 şosesi 12 ünvanda yerləşən A8 nömrəli yaşayış kompleksinin ödənişini tam həyata keçirmişdir və 2016-cı il 29 aprel tarixli 07/16 nömrəli müqaviləyə əsasən heç bir borcu yoxdur. Həmin maliyyə arayışının sonunda 2017-ci il 1 noyabr tarixli müqaviləyə əsasən X2 2016-cı il 29 aprel tarixli 07/16 nömrəli müqavilə üzrə öz hüquq və tələblərini Cavabdeh4 güzəşt etməsi barədə qeyd yazılmışdır. Qeyd C.Cabbarlının imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. 8. "xxxx" MMC tərəfindən verilmiş 07/16 nömrəli 2016-cı il 12 may tarixli maliyyə arayışına görə, X1 şosesi 12 ünvanda yerləşən A7 nömrəli yaşayış kompleksinin ödənişini tam həyata keçirmişdir və 2016-cı il 29 aprel tarixli 08/16 nömrəli müqaviləyə əsasən heç bir borcu yoxdur. Maliyyə arayışı "xxxx" MMC-nin imzası və mö hürü ilə təsdiq edilmişdir. Həmin maliyyə arayışının sonunda 2017-ci il 1 noyabr tarixli müqaviləyə əsasən X2 2016cı il 29 aprel tarixli 08/16 nömrəli müqavilə üzrə öz hüquq və tələblərini Cavabdeh4 güzəşt etməsi barədə qeyd yazılmışdır. Qeyd C.Cabbarlının imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. 9. "xxxx" MMC tərəfindən verilmiş 09/16 nömrəli 2016-cı il 12 may tarixli maliyyə arayışına görə, X1 şosesi 12 ünvanda yerləşən B2 nömrəli yaşayış kompleksinin ödənişini tam həyata keçirmişdir və 2016-cı il 29 aprel tarixli 08/16 nömrəli müqaviləyə əsasən heç bir borcu yoxdur. Maliyyə arayışı "xxxx" MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin maliyyə arayışının sonunda 2017-ci il 1 noyabr tarixli müqaviləyə əsasən X2 2016cı il 29 aprel tarixli 09/16 nömrəli müqavilə üzrə öz hüquq və tələblərini Cavabdeh4 güzəşt etməsi barədə qeyd yazılmışdır. Qeyd C.Cabbarlının imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. 10. "xxxx" MMC tərəfindən verilmiş 09/16 nömrəli 2016-cı il 12 may tarixli maliyyə arayışına görə, X1 şosesi 12 ünvanda yerləşən B1 nömrəli yaşayış kompleksinin ödənişini tam həyata keçirmişdir və 2016-cı il 29 aprel tarixli 10/16 nömrəli müqaviləyə əsasən heç bir borcu yoxdur. Maliyyə arayışı "xxxx" MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin maliyyə arayışının sonunda 2017-ci il 1 noyabr tarixli müqaviləyə əsasən X2 2016cı il 29 aprel tarixli 10/16 nömrəli müqavilə üzrə öz hüquq və tələblərini Cavabdeh4 güzəşt etməsi barədə qeyd yazılmışdır. Qeyd C.Cabbarlının imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. 11. "xxxx" İKB ASC (i poteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh5 (ipoteka qoyan) arasında bağlanmış 23-BİZ-1-0-39-16 nömrəli 2016-cı il 27 may tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan ilə borclu arasında 2016-cı il 26 may tarixli kredit müqaviləsinə əsasən 29 ay müddətinə ayrılmış 3.324.754,04 ABŞ dolları məbləğdə veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər 171,53 kv.m. yaşayış, 157,74 kv.m. köməkçi sahəsindən ibarət 11 otaqlı fərdi yaşayış evi, ünvan 2 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. köməkçi sahəsindən ibarət 7 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 3-cü bəndinə əsasən ipoteka i lə yüklü edilmiş əmlak 560.000 manat məbləğdə qiymətləndirilir, ipoteka ilə təmin edilmiş öhdəlik 29 ay müddətində icra edilməlidir. Müqavilənin 10-cu bəndinə əsasən əsas öhdəliyin, yaxud onun br hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir. 12. 2016-cı il 27 may tarixli, 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə 2018-ci il 12 iyun tarixli, 01 nömrəli sazişə əsasən 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilmişdir. Sazişin 4.1-ci bəndinə əsasən müqavilədə bütün “2016-cı il 26 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi” ifadəsi “2016-cı il 27 may tarixli 23-B İZ-1-0-39-16 nömrəli kredit müqaviləsi” ifadəsi ilə əvəz edilmişdir. 4.2ci bəndinə əsasən müqavilənin 2.1 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada dəyişdirilir: İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2-ci bəndində göstərilən əmlakı 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. 4.1-ci bəndinə görə bu müqavilə ilə 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi üzrə aşağıdakı kredit öhdəlikləri təmin edilir: 4.1.1. 3.759.928,74 ABŞ dolları təşkil edən kreditin qalıq məbləği; 4.1.2. xx.xx.2022-ci il tarixədək uzadılan kreditin qaytarılma müddəti; 4.1.3. 8% təşkil edən kredit üzə ödəniləcək illik faiz dərəcəsi; 4.1.4. 36% təşkil edən kreditin qa ytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək faiz dərəcəsi. 13. 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə 2020-ci il 12 mart tarixli 02 nömrəli sazişə əsasən 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilmişdir. Sazişin 2.1-ci bəndinə əsasən bu saziş üzrə tərəflərin öhdəlikləri 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli sonrakı ipoteka müqaviləsi ilə müəyyən edilir. 4.1-ci bəndinə əsasən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 6 faiz müəyyən edilmişdir.
14. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli 2006-cı il 13 dekabr tarixli çıxarışla Bakı şəhəri General Həmidov küçəsi məhəllə 3161-də 0,01716 ha torpaq sahəsində yerləşən 171,53 kv.m. yaşayış, -kv.m. qeyri-yaşayış, 157,74 kv.m. köməkçi sahəsindən ibarət 7 otaqlı 31 (B tik) fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh5 adına qeydiyyata alınmışdır.
15. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli 2016-cı il 3 iyun tarixli çıxarışla ünvan 6 yaşayış evi üzərində Cavabdeh5 hüququ "xxxx" İKB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.
16. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli 2018-ci il 20 iyun tarixli çıxarışla Cavabdeh5 məxsus ünvan 6 yaşayış evi üzərində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Yüklülüyün müddəti 2022-ci il 31 dekabr tarixə kimi, əsas öhdəliyin mahiyyəti və icra müddəti 2016-ci il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi və 2018-ci il 12 iyun tarixli 01 nömrəli sazişlə müəyyən edilmişdir.
17. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Elektron Çıxarışla 2020-ci il 18 mart tarixdə Cavabdeh5 məxsus ünvan 3 ünvanda yerləşən 31 (B tik) fərdi yaşayış evi üzərində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Əsas öhdəliyin mahiyyəti və icra müddəti 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi və 2020-ci il 12 mart tarixli 02 nömrəli sazişlə müəyyən edilmişdir. 18. "xxxx" İKB ASC (ipoteka saxlayan), Cavabdeh3 MMC (borc alan) və Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 2018-ci il 12 iyun tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 135,58 kv.m. olan, yaşayış sahəsi 87,1 kv.m. olan 3 otaqlı mənzili 2016-cı il 27 may tarixli, 23-BİZ-1-0-3916 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana (ipoteka saxlayan həm də kreditordur) ipotekaya verir. İpoteka ilə təmin edilmiş kreditləşmənin mənbəyi "xxxx" İKB ASC tərəfindən ayrılan vəsaitdir. Bu müqavilə üzrə ipoteka saxlayanın tələbi ilə onun hüquqları ipoteka qoyan və ya borc alan tərəfindən tərtib edilən və ipoteka saxlayana verilən ipoteka kağızı ilə rəsmiləşdirilə bilər. Müqavilənin: 2.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən əmlak 320.000 manat dəyərində qiymətləndirilir; 3.1.1-ci bəndinə əsasən kreditin qalıq məbləği 3.759.928,74 ABŞ dolları təşkil edir; 3.1.2-ci bəndinə əsasən kreditin qaytyarılma müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir; 3.1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi illik 8 faiz müəyyən edilmişdir; 9-cu bəndinə əsasən borc alan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər 30 gün çox gecikdirildikdə; borcalan tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir. 19. 2018-ci il 12 iyun tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə 2020-ci il 11 mart tarixli, 01 nömrəli sazişə əsasən 2018-ci il 12 iyun tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilmişdir. Sazişin 2.1-ci bəndinə əsasən bu əlavə saziş üzrə tərəflərin öhdəlikləri 2018-ci il 12 iyun tar ixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsi ilə müəyyən edilir. 4.1-ci bəndinə əsasən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 6 faiz müəyyən edilmişdir.
20. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli 2016-cı il 3 iyun tarixli çıxarışla ünvan 7 nömrəli evin 2 nömrəli mənzili üzərində X3 hüququ "xxxx" İKB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.
21. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışla X4 məxsus ünvan 7 nömrəli evin 2 nömrəli mənzili üzərində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Əsas öhdəliyin mahiyyəti və icra müddəti 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli Kredit müqaviləsi və 2020-ci il 11 mart tarixli 01 nömrəli sazişlə müəyyən edilir. 22. "xxxx " İKB ASC (ipoteka saxlayan) Cavabdeh3 MMC (borc alan) və X10 (ipoteka qoyan) arasında bağlanmış 23-BİZ-1-0-39-16 nömrəli 2016-cı il 27 may tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borclu Azorel” MMC arasında 2016-cı il 26 may tarixli kredit müqaviləsinə əsasən 29 ay müddətinə ayrılmış 3.324.754,04 ABŞ dolları məbləğdə veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər Bakı şəhəri ünvan 5 ünvanda yerləşən 171,98 kv.m. yaşayış, 157,74 kv.m. köməkçi sahəsindən ibarət 11 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 560.000 manat məbləğdə qiymətləndirilir. Müqavilənin: 3-cü bən dinə əsasən ipoteka ilə təmin edilmiş öhdəlik 29 ay müddətində icra edilməlidir; 10-cu bəndinə əsasən əsas öhdəliyin, yaxud onun br hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönəltmək hüququna malikdir. 23. 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə 2020-ci il 11 mart tarixli 01 nömrəli sazişə əsasən 2018-ci il 12 iyun tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilmişdir. Sazişin: 4.1-ci bəndinə əsasən müqavilədə bütün “2016-cı il 26 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi” ifadəsi “2016-cı il 27 may tarixli, 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi” ifadəsi ilə əvəz edilmi şdir; 4.2ci bəndinə əsasən müqavilənin 2.1 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada dəyişdirilir: 2.1. ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2-ci bəndində göstərilən əmlakı 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. Bu müqavilə ilə 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi üzrə aşağıdakı kredit öhdəlikləri təmin edilir: 4.1.1. 3.759.928,74 ABŞ dolları təşkil edən kreditin qalıq məbləği; 4.1.2. 2022-ci il 31 dekabr tarixədək uzadılan kreditin qaytarılma müddəti; 4.1.3. 8% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi; 4.1.4. 36% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək faiz dərəcəsi. 2 4. 2016-cı il 27 may tarixli, 23-BİZ-1-0-39-16 nömrəli sonrakı ipoteka müqaviləsinə əlavə 2021-ci il 12 mart tarixli 02 nömrəli sazişə əsasən 2016-cı il 27 may tarixli 23-BİZ-10-39-16 nömrəli ipoteka müqaviləsinə dəyişikliklər edilmişdir. Sazişin: 2.1-ci bəndinə əsasən bu əlavə saziş üzrə tərəflərin öhdəlikləri 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli ipoteka müqaviləsi ilə müəyyən edilir; 4.1-ci bəndinə əsasən kredit üzrə faiz dərəcəsi illik 6% müəyyən edilmişdir.
25. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli 2006-cı il 18 dekabr tarixli çıxarışla Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161-də mülkiyyətində olan 0,01719 ha torpaq üzərində yerləşən 171,98 kv.m. yaşayış, 157,74 kv.m. köməkçi sahəsindən ibarət 11 otaqlı 31 nömrəli (C tik) fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X6 adına qeydiyyata alınmışdır.
26. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli 2006-cı il 3 iyun tarixli çıxarışla Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 (C tik) fərdi yaşayış evi üzərində Cavabdeh2 hüququ "xxxx" İKB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.
27. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli 2018-ci il 14 iyun tarixli çıxarışla təsdiq edilir ki, X8 məxsus Bakı şəhəri General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 (Ctik) fərdi yaşayış evi üzərində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Yüklülüyün müddəti 2022-ci il 31 dekab r tarixədəkdir. Əsas öhdəliyin mahiyyəti və icra müddəti 2016-cı il 27 may tarixli 23-BİZ-1-039-16 nömrəli Kredit müqaviləsi və 2018-ci il 12 iyun tarixli 01 nömrəli sazişlə müəyyən edilir.
28. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Elektron Çıxarışla 2020-ci il 18 mart tarixdə X8 məxsus Bakı şəhəri General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 (C tik) fərdi yaşayış evi üzərində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Əsas öhdəliyin mahiyyəti və icra müddəti 2016-cı il 27 may tarixli 23-BİZ-1-0-39-16 nömrəli kredit müqaviləsi və 2020-ci il 12 mart tarixli 02 nömrəli sazişlə müəyyən edilir.
29. İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh5 2020-ci il 5 noyabr tarixli PAİMTD-15233/1 nömrəli xəbərdarlıq məktubu ünvanlanaraq ünvan 6 yaşayış evin ə tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alındığı bildirilmiş və ipoteka qoyan tərəfindən öhdəliklər yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
30. İddiaçı ASC tərəfindən ipoteka qoyan X5 (ipoteka qoyanın etibarnamə üzrə nümayəndəsi) 2020-ci il 18 noyabr tarixli PAİMTD-15472/1 nömrəli xəbərdarlıq məktubu ünvanlanaraq ünvan 7 nömrəli evin 2 nömrəli mənzilinə tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alındığı bildirilmiş və ipoteka qoyan tərəfindən öhdəliklər yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlı q edilmişdir.
31. İddiaçı ASC tərəfindən borclu Cavabdeh4 2020-ci il 14 oktyabr tarixli PAİMTD13807 nömrəli xəbərdarlıq məktubu ünvanlanaraq borclunun İddiaçı ASC-yə 2016-cı il 27 may tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi barədə bildirilmişdir.
32. İddiaçı ASC tərəfindən borc alan Cavabdeh3 MMC-yə 2020-ci il 5 noyabr tarixli PAİMTD-15230 nömrəli xəbərdarlıq məktubu ünvanlanaraq borc alanın kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini təmin etmədiyi, ödəmə müddətlərini pozduğu, kreditorun kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququnun yarandığı və borc alan tərəfindən təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı ASC-yə olan əsas və faiz borcunun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildirilmişdir.
33. İddiaçı ASC-nin ipoteka qoyana ünvanladığı 2020-ci il 5 noyabr tarixli ipotekaya tutma yönəldilməsi barədə bildiriş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinə ünvanladığı 2020-ci il 18 noyabr tarixli müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinin 2020-ci il 20 noyabr tarixli təsdiqetmə barədə bildirişinə əsasən Cavabdeh5 məxsus ünvan 6 yaşayış evinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.
34. İddiaçı ASC-nin ipoteka qoyana ünvanladığı 2020-ci il 18 noyabr tarixli ipotekaya tutma yönəldilməsi barədə bildiriş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ər azi idarəsinə ünvanladığı 2020-ci il 20 noyabr tarixli müraciət və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinin 2020-ci il 26 noyabr tarixli təsdiqetmə barədə bildirişinə əsasən X4 məxsus ünvan 7 nömrəli evin 2 nömrəli mənzilinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.
35. İddiaçı ASC-nin ipoteka qoyana ünvanladığı 2020-ci il 5 noyabr tarixli ipotekaya tutma yönəldilməsi barədə bildiriş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinə ünvanladığı 2020-ci il 20 noyabr tarixli müraciət və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinin 2020-ci il 26 noyabr tarixli təsdiqetmə barədə bildirişi ilə təsdiq edilir ki, Cavabdeh2 məxsus Bakı şəhəri General Həmido v küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 (C tik) fərdi yaşayış evinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır.
36. Maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə 2021-ci il 8 iyun tarixə əsas borcu 2.574.484,25 ABŞ dolları, faiz borcu 122.433,77 ABŞ dolları, cərimə borcu 194.485,33 ABŞ dolları təşkil edir.
37. Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin 2019-cu il 22 noyabr tarixli **********986800 nömrəli çıxarışına əsasən iddiaçı "xxxx" İKB ASC-nin adı İddiaçı ASC-yə dəyişdirilmişdir. 38. "xxxx" MMC-nin 2021-ci il 9 aprel tarixli LP-067/21 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 31 nömrəli evin 2 nömrəli mənzilini n hazırkı bazar qiyməti 320.000 manat, likvid qiyməti 288.000 manat dəyərində; Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 31 (c tik) nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiyməti 1.000.000 manat, likvid qiyməti 900.000 manat dəyərində; Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 31 (b tik) nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiyməti 900.000 manat likvid qiyməti 810.000 manat dəyərində müəyyən edilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
39. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) iddia tələbi və ona əlavələr edərək, Cavabdeh3 MMC-dən iddiaçının xeyrinə 2016-cı il 27 may tarixli kredit müqaviləsi üzrə 2.574.484,25 ABŞ dolları əsas, 122.433,77 ABŞ dolları faiz, 194.485,33 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 2.891.403,35 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh5 mülkiyyətindəki ünvan 9 ünvanında yerləşən, 7 otaqlı, 171.53 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Btik) saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun ünvan 9 ünvanında yerləşən, 7 otaqlı, 171.53 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Btik ) saylı fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 9 ünvanında yerləşən, 3 otaqlı, 135.58 kv.m ümumi, 87.1 kv.m yaşayış sahədən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 9 ünvanında yerləşən, 3 otaqlı, 135.58 kv.m ümumi, 87.1 kv.m yaşayış sahədən ibarət 31 nömrəli evin, 2 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; tutmanın Cavabdeh2 mülkiyyətindəki ünvan 9 ünvanında yerləşən, 11 otaqlı, 171.98 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Ctik ) saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ünvan 9 ünvanında yerləşən, 11 otaqlı, 171.98 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Ctik ) saylı fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; Borcun əvəzi girov qoyulmuş Cavabdeh4 Bakı şəhəri, Salyan Şossesi 12 ünvanında yerləşən, ümumi sahəsi 535 kv.m olan A-8yaşayış kompleksi, Bakı şəhəri, Salyan Şossesi 12 ünvanında yerləşən, ümumi sahəsi 535 kv.m olan A-7 yaşayış kompleksi, Bakı şəhəri, Salyan Şossesi 12 ünvanında yerləşən, ümumi sahəsi 535 kv.m olan A-5 yaşayış kompleksi, Bakı şəhəri, Salyan Şossesi 12 ünvanında yerləşən, ümumi sahəsi 520 kv.m olan B-2 yaşayış kompleksi, Bakı şəhəri, Salyan Şossesi 12 ünvanında yerləşən, ümumi sahəsi 520 kv.m olan B-l yaşayış kompleksi barəsində 07/16 saylı 2016cı il 12 may tarixli, 08/16 saylı xx.xx.2016-cı il tarixli, 09/16 saylı 2016-cı il 12 may tarixli, 10/16 saylı 2016-cı il 12 may tarixli, 17/18 saylı 2016-cı il 12 may tarixli maliyyə arayışları üzrə "xxxx" MMC qarşısında yaranmış t ələbetmə hüquqlarına yönəldilməsi hesabına borcun ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh5 mülkiyyətindəki ünvan 9 ünvanında yerləşən, 7 otaqlı, 171.53 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Btik ) saylı fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh5 və digər şəxslərin ünvan 9 ünvanında yerləşən, 7 otaqlı, 171.53 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Btik ) saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh5 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh1 mülkiyyətindəki ünvan 9 ünvanında yerləşən, 3 otaqlı, 135.58 kv.m ümumi, 87.1 kv.m yaşayış sahədən ibarət 31 nömrəli evin, 2 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 9 ünvanında yerləşən, 3 otaqlı, 135.58 kv.m ümumi, 87.1 kv.m yaşayış sahədən ibarət 31 nömrəli evin, 2 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh2 mülkiyyətindəki ünvan 11 ünvanında yerləşən, 11 otaqlı, 171.98 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Ctik ) saylı fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin ünvan 9 ünvanında yerləşən, 11 otaqlı, 171.98 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31 (Ctik ) saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 27 may 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
40. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-ci il 27 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC "xxxx" İKB ASC-nin “11 saylı” filialından illik 12%lə 29 ay müddətinə 3.324.754,04 ABŞ dolları məbləğində kredit götürmüşdür. 2018-ci il 12 iyun tarixli kredit müqaviləsi üzrə 1 №li razılaşmaya əsasən kreditin müddəti 2022-ci il 31 dekabr tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq, Cavabdeh5 mülkiyyətindəki ünva n 9 ünvanında yerləşən, 7 otaqlı, 171.53 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31(Btik) saylı fərdi yaşayış evi 2016-cı il 27 may tarixli ipoteka müqaviləsi ilə, Cavabdeh1 mülkiyyətindəki ünvan 9 ünvanında yerləşən, 3 otaqlı, 135.58 kv.m ümumi, 87.1 kv.m yaşayış sahədən ibarət 31 nömrəli evin, 2 nömrəli mənzili 2018-ci il 12 iyun tarixli ipoteka müqaviləsi ilə, Cavabdeh2 mülkiyyətindəki ünvan 9 ünvanında yerləşən, 11 otaqlı, 171.98 kv.m yaşayış, 157.74 kv.m yardımçı sahədən ibarət 31(Ctik ) saylı fərdi yaşayış evi 2016-ci il 27 may tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 12 iyun tarixli №23-BİZ-1-0-39-16 saylı tələbetmə hüququnun girovu müqaviləsinə əsasən Cavabdeh4 Bakı şəhəri, Salyan Şossesi 12 ünvanında yerləşən,ümumi sahəsi 535 kv.m olan A8 yaşayış kompleksi, Bakı şəhəri, Salyan Şossesi 12 ünvanında yerləşən,ümumi sahəsi 535 kv.m olan A-7 yaşayış kompleksi, Bakı şəhəri, Salyan Şossesi 12 ünvanında yerləşən, ümumi sahəsi 535 kv.m olan A-5 yaşayış kompleksi, Bakı şəhəri, Salyan Şossesi 12 ünvanında yerləşən, ümumi sahəsi 520 kv.m olan B-2 yaşayış kompleksi, Bakı şəhəri, Salyan Şossesi 12 ünvanında yerləşən, ümumi sahəsi 520 kv.m olan B-1 yaşayış kompleksi barəsində 07/16 saylı 2016-cı il 12 may tarixli, 08/16 saylı xx.xx.2016-cı il tarixli, 09/16 saylı 2016-cı il 12 may tarixli, 10/16 saylı 2016-cı il 12 may tarixli, 17/18 saylı 2016cı il 12 may tarixli maliyyə arayışları üzrə "xxxx" MMC qarşısında yaranmış tələbetmə hüquqlarını kredit müqaviləsi nə əsasən yaranmış kredit öhdəliyinin təminatı qismində girov qoymuşdur. 2016-ci il 27 may tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il dekabrın 9-dək Cavabdeh3 MMC-nin 2016-ci il 27 may tarixli kredit müqaviləsi üzrə banka 2.918.101,75 ABŞ dolları əsas, 215.576,05 ABŞ dolları faiz, 70.091,61 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 3.203.769,41 ABŞ dolları borcu vardır.
41. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 295, 317.1, 442, 445.2.1, 448.1, 449.4, 465.2, “İpoteka haqqında” Azərbaycan Respublik ası Qanununun 4, 34.1.1, 39.1-ci maddələrinə istinad etmişdir.
42. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
43. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 iyun tarixli e-2-2(113)-956/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 2016-cı il 27 may tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh3 MMC-dən 2.574.484,25 ABŞ dolları məbləğində əsas borc, 122.433,77 ABŞ dolları məbləğində faiz borcu, 50.000 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 2.746.918,02 ABŞ dolları məbləğində borc ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 60 manat məb ləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilmiş, tələb üzrə tutma Cavabdeh5 mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən, 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (Btik) saylı fərdi yaşayış evinə yönəldilmiş, həmin əmlak açıq hərracda satılmış, əmlakın ilkin satış qiyməti 810.000 manat məbləğində müəyyən edilmiş, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbi ödənilmiş, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh5 qaytarılmış, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 9 ünvanında 0,01716 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahədən ibarət olan 31 nömrəli evin, 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahədən ibarət 3 otaqlı 2 nömrəli mə nzilinə yönəldilmiş, həmin əmlak açıq hərracda satılmış, əmlakın ilkin satış qiyməti 288.000 manat məbləğində müəyyən edilmiş, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbi ödənilmiş, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmış, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən, 171,98 kv.m.yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (Ctik) saylı fərdi yaşayış evinə yönəldilmiş, həmin əmlak açıq hərracda satılmış, əmlakın ilkin satış qiyməti 900.000 manat məbləğində müəyyən edilmiş, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbi ödənilmiş, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmas ı, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
44. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 MMC mübahisəli kredit müqaviləsi əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə iddiaçının iddiası əsaslı olduğundan təmin edilməlidir.
45. Cavabdeh3 MMC-nin 2016-cı il 31 may tariхli 2017/00438-01 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə göt ürdüyü öhdəliyi lazımı qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı cavabdehdən 2.574.484,25 ABŞ dolları məbləğdə əsas və 122.433,77 ABŞ dolları məbləğdə faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
46. İddiaçının 194.485,33 ABŞ dolları məbləğdə dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia qismən əsaslıdır. Cavabdeh3 MMC-nin kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəl iklərin lazımı qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Belə olan halda məhkəmə tutulması tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq 50.000 ABŞ dolları məbləğdə müəyyən edilməsini ədalətli hesab edir.
47. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilmişdir ki, Cavabdeh3 MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda mə hkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməlidir.
48. İddianın ipoteka predmetlərinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanların və digər şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaklara olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin ipoteka predmetləri olan daşınmaz əmlaklardan çıxarılmaları, həmin əmlakların boşaldılması və banka təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxs us olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının, ipoteka qoyanların və digər şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi həmin şəxslərin qanunla qorunan hüquqlarını pozur.
49. Məhkəmə əvvəla qeyd etmişdir ki, iddiaçı borcun girov predmetinə yönəldilməsi barədə tələb irəli sürsə də, girov müqaviləsinin predmeti olan tələbetmə hüququnun mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, müqavilənin əsasında bağlandığı maliyyə arayışları yalnız C.Cabarlı adlı şəxs tərəfindən "xxxx" MMC-yə ödəniş edilməsini təsdiq edən sənəd olmaqla nə C.Cabarlının yaşayış sahəsinin verilməsini tələb etmək hüququnun yaranması, nə də həmin tələb etmək hüququnun Cavabdeh4 güzəşt edilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir. Həmin hüquqla rın yaranması əsası qismində çıxış edən müqavilələr isə məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlərə əsasən girov predmeti olan tələbetmə hüququnun mövcud olub-olmamasını müəyyən etmək mümkün deyildir. Digər tərəfdən, mübahisəli girov müqaviləsi üzrə girov predmeti daşınmaz əmlak üzrə hüquq olduğu halda girov müqaviləsi sadə yazılı formada bağlanmış və dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, sözügedən girov müqaviləsi həmin əqd üçün qanunla müəyyən edilmiş formaya dair tələblərə riayət edilmədən bağlandığından əhəmiyyətsiz əqddir. Məhkəmə borcun girov müqaviləsi üzrə tələbetmə hüququna yönəldilməsi hissəsinə münasibətdə iddia tələbinin hüquqi əsasını olub-olmadığını araşdırıraq belə qənaətə gəlmişdir ki, həmin tələbin əsaslandığı müqavilə əhəmiyyətsiz əqd olduğundan iddiaçının həmin müqavilə üzrə irəli sürdüyü tələbin hüquqi əsası mövcud deyil. Odur ki, həmin hissədə iddia rədd edilməlidir.
50. Məhkəmə bu qənaətini MM-in 144.1-ci, 139.1-ci, 269-cu, 270.1-ci, 303.1-ci 303.3cü, 303.4-cü, 329.1-ci, 385.1-ci, 386-cı maddələrinə, 421.2-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 462.1-ci, 467-ci, 739-cu, 743-cü, “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci, 34.1-ci, 34.1.1-ci, 34.1.3-ci, 34.1.4-cü, 41.1-ci maddələrinə, “İpoteka haqqında” AR Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli qərardadına və Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
51. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh MMC ondan apellyasiya şikayətləri verərək, iddiaçı qətnamənin qismən ləğv edilərək, iddianın tam təmin edilməsini, cavabdeh MMC iddianın qismən təmin edilən hissədə ləğv edilməsini, iddianın həmin hissədə də rədd edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
52. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)-672/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-956/2021 nömrəli iş üzrə 30 iyun 2022- ci il tarixli qətnaməsi qismən - Cavabdeh5 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (B tik) nömrəli fərdi yaşayış evindən, Cavabdeh1 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 nömrəli evin 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 2 nömrəli mənzilindən, Cavabdeh2 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 171,98 kv.m.yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (C tik) nömrəli saylı fərdi yaşayış evindən çıxarılmaları və həmin əmlakların boşaldılması tələbləri rədd ed ilən, həmçinin, 50.000 ABŞ dolları məbləğdə dəbbə pulunun (ümumilikdə 2.746.918,02 ABŞ dolları məbləğdə borcun) tutulması hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissələrdə iddia qismən təmin edilmiş, Cavabdeh5 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (B tik) nömrəli fərdi yaşayış evindən, Cavabdeh1 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 31 nömrəli evin 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 2 nömrəli mənzilindən, Cavabdeh2 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerl əşən 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (C tik) nömrəli saylı fərdi yaşayış evindən - həmin əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində tərk etmədikdə məcburi qaydada çıxarılması və əmlakların boşaldılması, Cavabdeh3 MMC-dən 125.000 ABŞ dolları məbləğdə dəbbə pulu, ümumilikdə 2.821.918,02 ABŞ dolları məbləğdə borcun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə qiyməti üzrə manatla tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh3 MMCnin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov, V.Baxışova).
53. Məhkəmə kollegiyası hesab etmişdir ki, kredit müqaviləsinə əsasən alınan p ulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh MMC müqavilə üzrə iddiaçıya olan bütün borclarını, o cümlədən əsas, faiz və dəbbə pulu borclarını ödəməli, borcun tutulması öhdəliyin icrasının təminatı olan cavabdehlərə məxsus ipoteka predmetlərinə yönəldilməlidir.
54. İlk olaraq, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin tələbetmə hüququnun girovu müqaviləsinin qanunla nəzərdə tutulmuş qaydalara riayət etməklə bağlanması barədə dəlili ilə razılaşmamışdır. Belə ki, iddiaçı həmin girov müqviləsinin hansı qanunla nəzərdə tutulan qaydalara riayət etməklə bağladığını dəqiqləşd irməmiş, mücərrəd ifadələrlə formal mülahizələr irəli sürmüşdür. İkincisi, sözügedən girov müqaviləsi həmin əqd üçün MM-in 303.3, 303.4, 144.1 və 139.1-ci maddələri ilə müəyyən edilmiş formaya dair tələblərə riayət edilmədən bağlandığından, eyni Məcəllənin 329.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqddir.
55. İddiaçının apellyasiya şikayətinin tutma ipoteka predmeti əmlaklara yönəldikdə və əmlaklar satıldıqdan 1 ay sonra mülkiyyətçilərin və digər şəxslərin həmin əmlaklara olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mülkiyyətçilərin və digər şəxslərin sözügedən əmlaklardan çıxarılmaları, əmlakların boşaldılması və iddiaçıya təhvil verilməsi barədə dəlili isə mülkiyyətçilərə münasibətdə qismən əsaslıdır. Belə ki, əvvəlcə, digər şəxslərin kimliyi məhkəməyə məlum olmadığından, həmçinin h azırkı iş üzrə cavabdeh qismində cəlb edilmədiyindən onlara qarşı məhkəmə qərarının çıxarılması mümkün deyil. Bundan başqa, istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbini əmlakın mülkiyyətçisi irəli sürə bilər. Digər tərəfdən, onun bu istifadə hüququ əmlak satılıb, mülkiyyətçisi dəyişənə qədər qüvvəsində qalır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsi ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrini tələb etmiş, 59.4-cü maddəsi isə həmin şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcb uri qaydada çıxarılmalarını tənzimləmiş, ipoteka predmeti əmlakların ipoteka qoyan tərəfindən ipoteka saxlayana təhvil verilməsi isə, göründüyü kimi, vəzifə kimi Qanunla ipoteka qoyana həvalə edilməmişdir.
56. İddiaçının apellyasiya şikayətinin məhkəmənin əsas borc məbləğini nəzərə almayaraq, ona münasibətdə cərimə borcunu tənasübsüz surətdə azaltmasına dair dəlili də qismən əsaslıdır. Belə ki, kreditorun həm əmlak mənafeləri və formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla, 2.574.484,25 ABŞ dolları məbləğdə əsas borca nisbətdə 125.000 ABŞ dolları məbləğdə dəbbə pulunun tutulması daha qanuni, əsaslı və ədalətli sayılar. Belə ki, qeyd olunan nəticə sadə riyazi hesablamalarla əldə oluna biləcəyindən, bununla bağlı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruri deyil.
57. Ca vabdeh MMC-nin apellyasiya şikayətinin faiz borcu məbləğinin də yüksək olması ilə bağlı dəlili əsassızdır. Belə ki, cavabdeh razılaşmadığı borcun əslində nə məbləğdə olmalı olduğunu bildirməmiş, nəyə görə ekspertiza təyin edilməli olmasını əsaslandırmamış, heç bir hesablama aparmamış və nəticə irəli sürməmişdir.
58. Cavabdeh MMC-nin apellyasiya şikayətinin ipoteka predmetləri olan əmlakların satış qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilməsinə dair dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi məsələ ilə bağlı "xxxx" MMC-nin mütəxəssis rəylərini almış, rəylərin mötəbərliyi cavabdeh MMC tərəfindən mübahisə edilməmiş, belə əsaslar işdən də müəyyən olunmamış, cavabdehin özü də ekspertiza keçirilməsini tələb etdiyi əmlakların likvid dəyəri haqqında konkret arqumen tlərə istinad etməmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 139.1, 144.1, 303.1, 303.3, 303.4, 329.1, 421.2, 424.2, 424.3, 427.3, 439.2, 442, 448.1, 448.2, 462.1, 467, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Qanununun 34.1, 34.1.1, 34.1.3, 39.3, 39.3.3, 41.1, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə da ir” 2020-ci il 20 iyul tarixli qərardadına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarına, MPM-in 14.2, 77.1, 217.1, 217.3, 384.0, 384.0.2, 385.1, 385.1.1, 386-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
60. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 4 oktyabr tarixində tərəflərin şəxsi elektron kabinetlərində yerləşdirilmişdir.
61. İddiaçı 2022-ci il 8 dekabr tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)-672/2022 saylı qətnaməsinin qism ən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
62. Cavabdeh 2022-ci il 1 noyabr tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)-672/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b) İddiaçının kassasiya şikayətinin dəlilləri
63. MM-in 428.4, 465.2, 385.1, 445.2.1, 442, 462.3, 445.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bank könüllü olaraq cavabdehlərin öz üzərinə düşən öhdəlikləri icra etmdəyindən borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Qeyd olunmuşdur ki, kredit müqaviləsinə əsasən cavabdeh öhdəliyini icra etməyəcəyi təqdirdə kreditora cərimə də ödəməyi öz öhdəsinə götürmüşdür.
64. İş üzrə iddaçı ilə Cavabdeh3 MMC arasında 2016-cı il 27 may tarixdə 22-BİZ-1-039-16 saylı kredit müqaviləsi bağlanmış və cavabdeh üzərinə düşən öhdəliyi 29 ay müddətinə icra etməli olduğu halda könüllü olaraq icra etməmişdir. Bu isə Bankın borcludan öz üzərinə düşən vəzifəni icrasını tələb etmək hüququnu yaratmışdır.
65. Tərəflər arasında kredit müqaviləsi 29 ay müddətinə bağlanmış, lakin göstərilən müddət ərzində öhədliyin icra edilməməsi Cavabdeh3 MMC və digər cavabdehlərin iradəsindən asılı olaraq baş vermişdir. Qeyd olunmuşdur ki, Cavabdeh3 MMC tərəfindən kreditin tam ödənilməməsi öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Belə olan halda isə MM-in 442-ci maddəsində göstərilən halın baş verdiyi aydın şəkildə görünür. Cavabdeh üzərinə düşən öhdəliklərini icra etmədiyinə görə bank cavabdehlərdən əsas borcdan əlavə faiz və miqdarını sərbəst müəyyənləşdirdiyi məbləğdə dəbbə pulu tələb etməkdə tam haqlıdır. Borclu üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyinə görə əsas borcdan əlavə faiz və dəbbə pulunu da ödəməlidir.
66. MPM-in 385.1.1, 385.1.2, 385.1.4, 390-cı maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməmiş və düzgün nəticəyə gəlməmişdir. Məhkəmə girov müqaviləsini nəzərə almamaqla yalnış qənaətə gəlmiş və bu qətnamənin ləğvi üçün kifayət qədər əsas yaratmışdır. a) Cavabdehin kassasiya şikayətinin dəlilləri
67. MM-in 467-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçının tələb etdiyi 122.433,77 ABŞ dolları məbləğində faiz borcu, 125.000 ABŞ dolları məbləğində dəbbə pulu cərimə MM-in 467-ci maddəsinə tələblərinə uyğun olaraq yüksək olduğundan həmin cərimə məbləği məhkəmə tərəfindən azaldılmamışdır. Halbuki, MM-in 467-ci maddəsinə tələblərinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə həddindən artıq tələb olunan 122.433,77 ABŞ dolları məbləğində faiz borcu, 125.000 ABŞ dolları məbləğində dəbbə pulu cəriməni azaltmalı idi. Əksinə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin 50.000 ABŞ dollar dəbbə pulunu artıraraq qanunsuz olaraq 125.000 A BŞ dollar dəbbə pulunun tutulması barədə qətnamə qəbul etmişdir.
68. Məhkəmə ekspertiza fəaliyyəti haqqında qanunun 11-ci maddəsinin tələblərini pozulmuşdur. Məhkəmə ekspertiza fəaliyyəti haqqında qanunun 11-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət gös tərə bilər. Reyestrə daxil edilmiş şəxslər məhkəmə ekspertizasının aparılması və ekspert rəyinin hazırlanması ilə əlaqədar məhkəmə ekspertləri üçün bu Qanunla və müvafiq prosessual qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir, vəzifələri yerinə yetirirlər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər. Belə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və mütəxəssis rəyin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 2021-ci il 9 aprel tarixli, LP-067/21 saylı mütəxəssis rəyinə əsasən ünvan 9, 31 saylı evin 2 saylı mənzilin hazırkı bazar qiyməti 320.000 manat, likvid qiyməti 288.000 manat dəyərində; Bakı şəhəri, Yasamal rayonu, GeneralHəmidov küçəsi, məhəllə 3161, 31 (ctik) say lı fərdi yaşayış evinin hazırkı bazar qiyməti 1.000.000 manat, likvid qiyməti 900.000 manat dəyərində; ünvan 9, 31 (btik) saylı fərdi yaşayış evinin hazırkı bazar qiyməti 900.000 manat, likvid qiyməti 810.000 manat dəyərində müəyyən edilmişdir. Hansı ki, "xxxx" MMCnin ümumiyyətlə qiymətləndirmə ilə bağlı ekspert rəyi vermək hüququna malik deyil, çünki həmin cəmiyyətə Ədliyyə Nazirliyi tərəfindən ekspertiza fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilməmişdir və onun adı məhkəmə ekspertləri reyestrində qeydə alınmamışdır. Ekspertiza keçirilməsi "xxxx" MMC tərəfindən yox, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən keçirilə bilərdi. Məhkəmə tərəfindən həmin əmlakların satış qiymətini müəyyən edilməsi ilə bağ lı mütləq şəkildə ekspertiza keçirilməlidir.
69. MPM-in 14.1, 14.2, 9.1, 97.1, 101.1, 101.2, 101.3, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. Bu iş üzrə məhkəmə işin hərtərəfli, tam və obyektiv bu iş üzrə əhəmiyyətli halları aydınlaşdırmamış, qanunsuz və əsassız olaraq qətnamə qəbul etmişdir. Düzgün araşdırılması və aydınlaşdırılması üçün mütləq şəkildə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli idi. Lakin çox təəssüf ki, məhkəmə tərəfindən ekspertiza keçirilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
70. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
71. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
72. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
73. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏ N HÜQUQ
74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır....” “Maddə
144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır....” “Maddə
303. Hüququn girovu 303.1. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir.... 303.3. Girov qoyulmuş hüququn borclusuna girov haqqında dərhal bildiriş verilməlidir. 303.4. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır....” “Maddə
329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
439. Pul öh dəliklərinin icrası... 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icr a edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məh kəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc vermə klə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 75. “İpoteka haqqında” Azərbaycan Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;...” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilm əsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə
41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər....” “Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərz ində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.”
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir....”
77. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.”
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 v ə 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.”
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi ş ikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)672/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.
81. Həm iddiaçı, həm də cavabdeh kassasiya şikayətində məhkəmə tərəfindən müəyyənləşdirilmiş dəbbə pulunun məbləğini mübahisələndirmiş, o cümlədən cavabdeh faiz borcunun məbləği ni də mübahisələndirərək həmin məbləğin məhkəmə tərəfindən azaldılmalı olduğunu qeyd etmişdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, kreditorun həm əmlak mənafeləri və formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla, 2.574.484,25 ABŞ dolları məbləğdə əsas borca nisbətdə 125.000 ABŞ dolları məbləğdə dəbbə pulunun tutulması daha qanuni, əsaslı və ədalətli sayılar. Qeyd olunan nəticə sadə riyazi hesablamalarla əldə oluna biləcəyindən, bununla bağlı iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi zəruri deyil. Məhkəmə kollegiyası bu zaman apelyasiya instansiyası məhkəməsinin dəbbə pulu hissəsində gəldiyi nəticənin, dəbbə pulunun əsas borca nisbəti ilə bağlı son zaman formalaşmış məhkəmə təcrübəsinə və MMnin 467-ci maddəsinin müddəalarına uyğun old uğunu da nəzərə alır.
82. Apellyasiya instansiyası məhkəməsi cavabdehin faiz borcu məbləğinin yüksək olması ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh, razılaşmadığı borcun əslində nə məbləğdə olmalı olduğunu bildirməmiş, heç bir hesablama aparmamış və nəticə irəli sürməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırda cavabdehlərdən ödənilməsi tələb olunan əsas borcun məbləği iddia ərizəsinə əsasən 2016-cı il 27 may tarixli kredit müqaviləsi üzrə 2.574.484,25 ABŞ dolları olmuş və kredit vəsaitinin 29 ay müddətinə və illik 12 faiz dərəcəsi ilə verildiyi nəzərə alındıqda, məhkəmələr tərəfindən tutulması qət edilmiş 122.433,77 ABŞ dolları faiz borcunun əsas borc məbləğinin heç beş faizini də təşkil etmədiyi aydın olur ki, bu da həddindən ar tıq yüksək məbləğ hesab edilə bilməz.
83. Cavabdehin kassasiya şikayətinin ipoteka predmetləri olan əmlakların satış qiymətinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilməsinə dair dəlili həm də onun apellyasiya şikayətinin dəlilini təşkil etmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilin əsassız olması nəticəsinə gələrək mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məsələ ilə bağlı "xxxx" MMC-nin mütəxəssis rəylərini almış, rəylərin mötəbərliyi cavabdeh MMC tərəfindən mübahisə edilməmiş, belə əsaslar işdən də müəyyən olunmamış, cavabdehin özü də ekspertiza keçirilməsini tələb etdiyi əmlakların likvid dəyəri haqqında konkret arqumentlərə istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi bu nəticə ilə razılaşır.
84. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılaraq, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirildiyindən, iddiaçının və cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri də əsaslı hesab edilmir.
85. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyi şdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)-672/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
86. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:
87. Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)-672/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.