Məhkəmə qərarları › İş №2-2(102)-58/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-58/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-58/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-58/2024 Açar sözlər: icarə haqqı tələbi 01.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-409 /2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC və "xxxx" MMC arasında imzalanmış qeyri-yaşayış sahəsinin icarəsinə dair 2018-ci il 25 aprel tarixli 040-OB/18 nömrəli müqaviləyə əsasən, iddiaçı mülkiyyətində olan xxx1 prospektində yerləşən binanın birinci mərtəbəsində ümumi icarə sahəsi 422 m2 olan qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermişdir. İcarə müqaviləsinə 2021-ci il 14 dekabr tarixindən icarəyəverən tərəfindən qarşı tərəfə 2022-ci il 9 fevral tarixli bildiriş göndərilməklə birtərəfli qaydada xitam verilmişdir. Müqaviləyə xitam verildikdən sonra icarə sahəsinə buraxılmamış, lakin icarəyə verilmiş sahədə icarəçiyə məxsus əşyalar qalmışdır. Həmin müqavilənin: - 5.1-ci bəndinə əsasən, ic arə obyektinin ümumi icarə haqqının illik məbləği ƏDV daxil olmadan 75.960 manat təşkil etmişdir. Bu məbləğə icarə obyektindən istifadəyə görə 50.640 manat icarə haqqı və müqavilənin 5.6-cı bəndində göstərilən xidmətlərə görə 25.320 manat xərclər, icarəçinin avtomobilləri üçün müəyyən edilmiş, binanın zirzəmi parkinqində 3 və binanın önündə 1 parkinq yerinin icarə haqqı da həmin məbləğə daxildir. - 5.2-ci bəndinə əsasən, 5.1-ci bənddə göstərilən icarə haqqı məbləğinə elektrik və istilik enerjisinə görə ödənişlər, bütün telekommunikasiya xidmətləri və ödəmə mənbəyindən tutulan vergi daxil deyildir. - 5.7-ci bəndinə əsasən, istismar xərcləri (binanın və binaya bitişik ərazinin təmizlənməsi, binadan zibilin götürülməsi, binanın idarə edilməsi xidmətləri, binanın mühəndis-texniki infrastruktur undan istifadə, icarə obyektinin havalandırılması və s. xidmətlər üzrə ödənişlər və binanın mühafizə xidmətlərinin yeri bu müqavilənin 5.1-ci bəndində göstərilən məbləğə daxildir. - 5.8-ci bəndinə əsasən, elektrik, istilik enerjisi, isti və soyuq su təchizatına görə ödənişlər müvafiq sayğacların göstəricilərinə əsasən icarəçi tərəfindən aylıq həyata keçiriləcək.

2. İcarəyə verən "xxxx" MMC icarəçi "xxxx" MMC olmaqla tərtib edilmiş qeyri-yaşayış icarə sahələrinin 2018-ci il 25 aprel tarixli 040-OB/18 nömrəli təhvil-təslim aktına əsasən, 422 m2 təşkil edən qeyri-yaşayış tipli icarə sahəsi təhvil verilmişdir. 3. 2018-ci il 25 aprel tarixli 040-OB/18 nömrəli müqaviləyə 2018-ci il 30 may tarixli 3 nömrəli əlavəyə əsasən, 89 m2 olan 2 anbar "xxxx" MMC-nin adına 2018-ci il 1 iyun tarixindən 2021- ci il 31 avqust tarixinədək icarəyə verilmişdir. 4. "xxxx" MMC-nin direktoru 2019-cu il 11 mart tarixli 63 nömrəli məktubla "xxxx" MMC-nin direktoruna müraciət edərək, 2018-ci il 25 aprel tarixli 040-OB/18 nömrəli icarə müqaviləsi üzrə icarəyə götürülmüş 14 m2 yardımçı sahənin 2019-cu il 14 mart tarixindən etibarən icarəsinə xitam verilməsini xahiş etmişdir. 5. "xxxx" MMC tərəfindən 2020-ci il 9 iyun tarixindən etibarən müxtəlif tarixlərdə "xxxx" MMC-yə 2018-ci il 25 aprel tarixli 040-OB/18 nömrəli müqavilə üzrə elektron qaimələr göndərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 15 aprel tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edər ək, 2022-ci il 1 mart tarixinə olan əsas icarə haqlarının ƏDV daxil 138.848,92 manat, pul öhdəliklərinin yerinə yetirməsinin gecikdirilməsinə görə 109.737,21 manat dəbbə pulu, 12.844,96 manat kommunal xərclər, 1.200 manat vəkilə çəkilmiş xərclər olmaqla, cəmi 262.631,09 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və 552,63 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh icarəyə götürdüyü qeyriyaşayış sahəsinin icarə müddəti iddiaçı ilə cavabdeh arasında bağlanmış 2018-ci il 25 aprel tarixli 040-OB/18 nömrəli qeyri-yaşayış sahəsinin icarə müqaviləsinin (bundan sonra – “icarə müqaviləsi”) 4.1-ci bəndinə əsasən, 2028-ci il 31 avqust tarixinədək müəyyənləşdirilmişdir. İcarə müqaviləs inə 2021-ci il 14 dekabr tarixindən xitam verilmiş, 2022-ci il 1 mart tarixinə icarə borcu yaranmışdır. Cavabdehə borcun könüllü ödənilməsinə dair sonuncu dəfə 2022-ci il 21 fevral tarixli Ç-22-018 nömrəli pretenziya məktubu göndərilərək, iddiaçıya olan borcunun ödənilməsi tələb edilmiş, lakin bu günədək borc ödənilməmişdir. İcarə müqaviləsinin 8.2-ci bəndinə əsasən, müqavilə üzrə icarə müddətinin başa çatması və ya müqaviləyə vaxtından əvvəl xitam verilməsi zamanı icarəçi icarə obyektini vaxtında tərk etmədikdə (fors major halları istisna olmaqla) və icarəyəverənə təhvil vermədikdə, icarəyəverən icarəçidən icarə müddətinin başa çatmasından icarə obyektinin faktiki təhvil verilməsinə qədər olan müddətə görə ikiqat həcmdə icarə haqqı ödəməyi tələb etmək hüququna malikdir və icarəçi bu tələb i icra etməyə borcludur. İcarəçi tərəfindən icarə obyektinin boşaldılması və icarəyəverənə təhvil verməsinin istənilən belə gecikdirilməsi müqavilə üzrə icarə müddətinin uzadılması hesab edilə bilməz. İcarə müqavilənin 6.3.7-ci bəndinə əsasən, icarəçi pul öhdəliklərinin yerinə yetirməsinin gecikdirilməsinə görə icarəyəverənin tələbi ilə hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,3 faiz həcmində dəbbə pulu ödəyir. İcarə haqqının aylıq ödənişi hər ayın əvvəli 5 iş günündən gec olmayaraq avans ödənişi şəklində ödənildiyini nəzərə alınaraq, icarəçi tərəfindən ödənilməli olan dəbbə pulunun miqdarı cəmi 109.737,21 manatdır.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonuncu dəfə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 avqust tarixli e-2-2(113)-2206/2022 nömrəli qərardadı ilə geri qaytarılmış (hakim – A.Əliyeva), həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 sentyabr tarixli 2-2(103)-912/2022 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – N.Cəfərov, hakimlər – X.Sarıyev və E.Mehdiyev).

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə restoranların fəaliyyətinə ya icazə verilməmiş, ya da məhdudiyyətlərlə fəaliyyətinə icazə verilmişdir. Daha sonra isə müharibə dövrü başlamış və bunun nəticəsində restoran fəaliyyət göstərməmişdir. İddiaçı tərəf əvvəlcədən məlumat vermədən icarə obyektini qıfıllamış, içəridə olan cavabdehə məxsus malların götürülməsinə icazə verməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 dekabr tarixli e-2-2(113)2206/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən icarə müqaviləsi üzrə ƏDV daxil 138.848,92 manat icarə haqqı, 12.844,96 manat kommunal xərclər, vəkilə ödənilmiş 1.200 manat və 10.000 manat dəbbə pulunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – A.Əliyeva).

11. Məhkəmə qeyd etmişdir ki, icarə müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliklərini tam icra etsə də, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulmuş icarə haqlarını tam olaraq ödəməmişdir. Məhkəmə iddia tələbinin 2022-ci il 1 mart tarixinə olan əsas icarə haqları və kommunal xərclərə aid hissəsinə münasibətə qeyd etmişdir ki, iddia tələbi qeyd olunan hissədə iş materia lları ilə öz təsdiqini tapmışdır. İcarə müqaviləsi və iş materiallarından məlum olmuşdur ki, müqavilə üzrə aylıq icarə ödənişi ƏDV daxil 7.469,40 manat olmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən 2022-ci ilin yanvar və fevral ayları üzrə icarə haqqı icarə müqaviləsinin 8.2-ci bəndi əsasında ikiqat hesablanmışdır.

12. Həm iddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubunun məzmunundan, həm də iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından aydın olmuşdur ki, müqaviləyə 2021-ci il 14 dekabr tarixindən etibarən müqavilənin 11.2.3-cü bəndi əsasında xitam verilmişdir. İcarə müqaviləsinin 11.2.3-cü bənddə qeyd olunmuşdur ki, icarəçi ümumi icarə haqqının bu müqavilənin 5.4-cü bəndində göstərilən müddətdə ödənilməsini 30 gündən artıq müdddətdə gecikdirdikdə icarəyə verən tərəfin dən müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Belə olan halda, iddiaçı 2022-ci ilin yanvar və fevral ayları üzrə icarə haqqını ikiqat hesablamaqda haqlı olmuşdur.

13. Digər tərəfdən, cavabdeh geri qaytarılan qarşılıqlı iddia ərizəsində hesablanmış icarə haqları və kommunal xərclərin fors-major hallarda yarandığını qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iddiaya münasibəti ilə razılaşmamışdır. Belə ki, icarə müqaviləsinin 10.2-ci bəndində birbaşa olaraq nəzərdə tutulmuşdur ki, bu müqavilənin 10.1-ci bəndində göstərilmiş hallar baş verdiyi təqdirdə, bu halların təsiri nəticəsində öz öhdəliklərini icra etmək tam və ya qismən iqtidarında olmayan tərəf bu hallar barədə digər tərəfə 10 gün müddətində yazılı şəkildə bildiriş göndərməyi öhdəsinə götürür. Bildi rişdə bu halların xüsusiyyətləri haqqında məlumatlar və mümkün olduğu halda, bu halların tərəfin bu müqavilə üzrə öhdəliklərinin icrasının mümkünlüyünə təsir göstərməsinin qiymətləndirilməsi və öhdəliklərin icra müddəti öz əksini tapmalıdır. Cavabdehin qeyd etdiyi hallar müqavilənin icra edilməməsi üçün o halda əsaslı hesab oluna bilərdi ki, bununla bağlı qarşı tərəfə müqavilədə nəzərdə tutulmuş qaydada məlumat verildiyini sübuta yetirmiş olsun. Digər tərəfdən, məhkəmə iddiaçı tərəfindən cavabdehə elektron qaimələrin göndərildiyini və cavabdeh tərəfindən hər-hansı etirazın bildirilməməsini nəzərə alaraq hesab etmişdir ki, qeyd olunan hallar cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi üçün əsas ola bilməz.

14. Məhkəmə iddianın dəbbə pulu hissəsinə münasibətdə 10.000 manat də bbə pulunun tutulmasını ədalətli hesab etmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 462.1, 467, 675 və 700.1ci maddələrinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1 və 175.1.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 80-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun iddianın rədd edildiyi hissədə ləğv olunması və dəbbə pulu tələbi hissəsində iddianın tam təmin olunmasını xahiş etmişdir.

17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya ins tansiyası məhkəməsindəki icraat

18. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 17 iyul tarixli 9/4606 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, müqavilə üzrə icarə haqqı məbləği nəzərə alınmaqla cavabdeh tərəfindən 2020-ci il 7 yanvar tarixindən 2021-ci il 31 dekabr tarixinədək olan dövr üzrə iddiaçıya 195.174,66 manat məbləğində ödənişlər edilməli olduğu halda, ümumilikdə 74.786,68 manat məbləğində ödənişlər edilmişdir. Yəni, cavabdehin iddiaçıya 2021-ci il 14 dekab r tarixinə (icarə müqaviləsinə xitam verildiyi tarixə) icarə müqaviləsi üzrə qalıq icarə haqqı borcu 120.387,68 manat məbləğində olduğu müəyyən edilmişdir (195.174,66 - 74.786,68). Eyni zamanda, müqavilə şərtlərinə əsasən icarə haqqı ödənişlərinin gecikdirilməsinə görə həmin tarixədək ümumi gecikmə günlərinin sayı 4.019 gün olduğunu nəzərə alaraq ümumilikdə ödənilməli olan cərimənin məbləği 84.889,77 manat məbləğində müəyyən edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-409/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi icarə haqqı borcu ilə bağlı hissədə dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə 120.387,68 manat icarə haqqı üzrə borcun tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

20. Apellyasiya məhkəməsi iddiaçının şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləğinin hesablanması üçün ekspertiza təyin olunmuş, ekspert rəyinə (bax bu qərarın 18-ci bəndi) görə, ümumi gecikmə günlərinin sayı 4.019 manat olduğundan ümumi cərimə məbləği 84.889,77 manat təşkil etmişdir. Həmin rəyə əsasən müəyyən edilmişdir ki, dəbbə pulu tələbinin 84.889,77 manatdan artıq hissəsi əsassız olmuşdur. Məhkəmə iddiaçının ƏDV daxil tələb etdiyi borcun 138.848,92 manat təşkil etdiyini nəzərə alaraq hesab etmişdir ki, 84.889,77 manat dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, eyni zamanda işin hallarına görə icarəçi tərəfindən icarə haqları ilə bağlı ödənişlərin gecikdirildiyi ayların bir hissəsi pandemiya və müharibə dövrünə təsadüf etdiyindən məhkəmə tərəfindən MM-in 467-ci maddəsinə əsasən dəbbə pulu ilə bağlı borcun azaldılaraq 10.000 manat müəyyən edilməsi ağlabatan olmaqla, məhkəmə praktikasına uyğun olmuşdur.

21. Apellyasiya məhkəməsi cavabdehin şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsi və işə apellyasiya qaydasında baxılarkən iddiaçının təqdim etdiyi sənədlərdən müəyyən olunanlara əsasən, cavabdehdən tələb edilən icarə haqqı borcu 2020-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr ayları, 2021-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün hesablanmı şdır. 2020-ci ilin iyun ayı üçün tələb olunan məbləğ ƏDV daxil 4.399,72 manat olsa da, digər aylar üçün ƏDV daxil 7.469,40 manat təşkil etmiş və həmin aylar üzrə kommunal xərclər tələb edilmişdir.

22. Ekspert rəyinə (bax bu qərarın 18-ci bəndi) əsasən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya icarə müqaviləsinə xitam verildiyi tarixə (2021-ci il 14 dekabr) qalıq icarə haqqı borcu 74.786,68 manat ümumilikdə həyata keçirilmiş ödəniş nəzərə alınmaqla 120.387,68 manat təşkil edir.

23. İddiaçı 2022-ci ilin yanvar və fevral ayları üçün icarə müqaviləsinin 8.2-ci bəndinə əsasən cavabdehə icarə haqqını ikiqat məbləğdə hesablamışdır. Məhkəmə hesab etmişdir ki, icarə müqaviləsinin həmin bəndindəki ikiqat icarə haqqı ödənişi sahənin icarəçi tərəfindən vaxtında təhvil verilməməsinə görə müəyyənləşdi rilmiş dəbbə pulu məbləği kimi qiymətləndirilməlidir.

24. Cavabdehin ərizələrində qeyd olunanlara əsasən, 2021-ci il 20 dekabr tarixindən icarəçinin icarə obyektinə girişi qadağan edilmiş, iddiaçı tərəf icarəçinin 2021-ci ilin dekabr ayından faktiki olaraq icarəyə verilmiş sahədə fəaliyyət göstərmədiyini inkar etməmiş, sadəcə icarəyə verilmiş sahə icarəçi tərəfindən əşyalardan boşaldılmış şəkildə təhvil verilmədiyi üçün 2022-ci ilin yanvar və fevral ayları üçün də müqavilənin 8.2-ci bəndinə əsasən ödəniş tələb edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, icarə müqaviləsinə xitam verildikdən sonra icarəyə verilmiş obyekt icarəçinin sahibliyində və istifadəsində olmadığından icarə haqqı borcu ilə bağlı iddia yalnız 120.387,68 manat hissədə (2021-ci il 14 dekabr tarixinədək) əsaslı hesa b edilməlidir. Cavabdehin ödənilməmiş icarə haqq borcları olduğu təsdiq olunduğundan müqavilənin icarəyəverən tərəfindən birtərəfli qaydada ləğv edilməsinin qanunsuz olması barədə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

25. Kommunal xərclərin məbləği cavabdeh tərəfindən mübahisələndirilmədiyindən qətnamənin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Məhkəmə cavabdehin öhdəliyin icrasına maneə olan hal ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, Operativ Qərargah tərəfindən 2020-ci il 14 mart tarixindən restoran və kafelərdə iş rejimi saat 21.00-dək müəyyən edilmiş, 2020-ci il 29 may tarixindən isə xidmət saatı 22-00-dək uzadılmışdır. Göründüyü kimi, pandemiya ilə əlaqədar restoranların fəaliyyəti qadağan olunmamı ş, müəyyən vaxtla məhdudlaşdırılmışdır. Cavabdeh 2020-ci ilin iyun ayınadək icarə haqqı ödənişləri həyata keçirdiyi üçün həmin dövrlə bağlı hər hansı mübahisə mövcud deyil. 2020-ci ilin iyun ayından sonrakı dövrlə bağlı icarə haqlarına pandemiya ilə bağlı güzəşt edilməsi üçün icarəçinin qarşı tərəfə müraciəti olmamışdır. Halbuki, öhdəliyin icrasına maneə olan hallar barədə borclunun kreditora bildiriş verməli olduğuna dair vəzifəsi həm MM-in 448.4-cü maddəsinin tələbindən, həm də tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndinin tələbindən irəli gəlmişdir.

27. Cavabdeh tərəfindən iddiaçıya öhdəliyin icrasında maneə olan hallar barədə qarşılıqlı iddia ilə bağlı pretenziya məktubunadək yazılı bildiriş verilməmişdir. Həmçinin, Azərbaycan Respublikasında 2020-ci il 27 sentyabr tarixində n 2020-ci il 10 noyabr tarixinədək hərbi vəziyyət elan edilsə də, döyüş əməliyyatları Qarabağ bölgəsində getdiyi üçün bu vəziyyətin Bakı şəhərində fəaliyyət göstərən kafe və restoranların iş fəaliyyətinə əhəmiyyətli təsiri olmamışdır. 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək kafe və restoranların iş saatlarına və iş rejiminə (açıq hava tələbi və s) müəyyən məhdudiyyətlər qoyulsa da, fəaliyyətləri tam qadağan olunmadığı üçün gəlir əldə etmək imkanından məhrum olmadıqlarından cavabdehin öhdəliyinin icrasından imtina etməsi üçün əsaslar olmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 421.2, 425.1, 442, 443.1, 448.1, 448.4, 462.1, 467, 675, 700.1 və 705-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə tərəfindən cavabdehin müqavilə öhdəliklərini lazimi qaydada yerinə yetirə bilməməsi üçün əsas olmuş hallar lazımi qaydada araşdırılmamışdır. İcarə müqaviləsi bağlanarkən ölkə ərazisində ictimai-iaşə xidmətinin həyata keçirilməsi üçün tam əlverişli şərait mövcud olmuşdur. Cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsini icarəyə götürərək, avadanlıqlar almış və qeyri-yaşayış sahəsini işlək vəziyyətə gətirmişdir. Cavabdeh sonradan pandemiya ilə bağlı fəaliyyətini dayandırmış, həmin dövrə qədər icarə haqqı bor cu olmamış və öhdəliklərini vaxtında icra etmişdir. Cavabdeh icarə haqlarının ödənilməsini həyata keçirə bilməməsini pandemiya və müharibə ilə əlaqədar olmasını bildirdiyi halda, icarə haqlarının ödənilməsinin gecikdirilməsinə görə iddiaçı icarə müqaviləsinə birtərəfli qaydada xitam verə bilməzdi. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə baxmayaraq, iddiaçı icarə müqaviləsinə birtərəfli qaydada xitam verməklə cavabdehin obyektdəki fəaliyyətini məhdudlaşdırmış və cavabdehə məxsus avadanlıqların da sonuncuya təqdim olunmasından imtina etmiş, bu yolla da cavabdehə külli miqdarda zərər vurmuşdur.

31. Məhkəmə prosesi zamanı prosessual normaların pozulması ilə əlaqədar cavabdehin qeyd olunan xüsusatlarla bağlı sübutlarının məhkəməyə təqdim olunması mümkün olmamışdır. Müqavilə üzrə aylıq icarə ö dənişi ƏDV daxil 7.469,40 manat olmuşdur. İddiaçı tərəfindən 2022-ci ilin yanvar və fevral ayları üzrə icarə haqqı icarə müqaviləsinin 8.2-ci bəndi əsasında ikiqat hesablanmışdır. İcarə müqaviləsi üzrə iddiaçının cavabdehə məktub göndərməklə müqaviləyə xitam verməsi və cavabdehin icarə obyektindən faktiki istifadə etməsini məhdudlaşdırması MM-in müvafiq normalarına ziddir. Cavabdehin pandemiya və müharibə ilə əlaqədar icarə haqlarını ödəyə bilməməsinə dair ünvanladığı məktublar və şifahi müraciətləri olduğu halda, həmçinin cavabdeh tərəfindən icarə obyektinə avadanlıqlar və təmirlə bağlı külli miqdarda xərclər çəkildiyi üçün, iddiaçı icarə müqaviləsinə birtərəfli qaydada xitam verməklə icarə obyektinin faktiki istifadəsini məhdulaşdıra bilməzdi. İddiaçı icarə obyektinin istifadəsini məhd udlaşdırmazdan öncə məhkəməyə müraciət etməli və məhkəmə qaydasında icarə obyektinin boşaldılaraq təhvil verilməsinə nail olmalı idi.

32. MM-in 65.4, 77.1, 82.1, 150.1.6, 217.3 və 218.1-ci maddələrinin, “X1 Haqqında” Azərbaycan Respublikasının Qanununun 13.5-ci maddəsinin, MPM-in 10-1.3-cü maddəsinin tələbi pozulmuşdur. 2022-ci il 19 oktyabr tarixinə təyin edilmiş hazırlıq iclasından öncə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə cavabdehin iş materialları ilə tanış olması üçün müvafiq sənədlərin sistemə daxil olunması, qarşılıqlı iddia ərizəsinin təqdim ediləcəyi və hazırlıq iclasının təxirə salınması barədə cavabdeh ərizə təqdim etmişdir. 2022-ci il 19 oktyabr tarixində cavabdehin hazırlıq iclasında iştirak etməməsinə, qarşılıqlı iddia təqdim etməsinə və qarşılıqlı iddianın qarşı tərəfə təqdim olunmasına baxmayaraq, 2022-ci il 19 oktyabr tarixli qərardad ilə 2022-ci il 14 noyabr tarixinə məhkəmə baxışı təyin olunmuşdur. Bundan başqa, 2022-ci il 1 noyabr tarixli qərardadla qarşılıqlı iddia ərizəsinin qarşı tərəfə təqdim olunmasına dair sübutun əlavə olunmaması əsas gətirilərək geri qaytarılmışdır. 2022-ci il 14 noyabr tarixində də məhkəmə baxışı zamanı cavabdeh qarşılıqlı iddia ərizəsini təqdim etsə də, 2022-ci il 18 noyabr tarixli qərardadla qarşılıqlı iddia ərizəsinin təqdim olunması üçün prosessual müddətin keçməsi və məhkəmə baxışı zamanı təqdim olunması əsas gətirilərək geri qaytarılmışdır.

33. MPM-in 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Sözügedən normada iddia ərizəsinin verilmə sinin ümumi əsasları nəzərdə tutulmuşdur. Qarşılıqlı iddia ərizəsinin qarşı tərəfə təqdim olunmasının sübut edilməsinin iddianı təqdim edən tərəfin üzərinə qoyulması və mediasiya prosesinə cəlb olunması məcəllədə nəzərdə tutulmamışdır. Məhkəmədə iştirak edən tərəf “Elektron Məhkəmə” informasiya sisteminə daxil olunan sənədləri görür və dərhal qarşılıqlı iddia barədə məlumat əldə edə bilir. Qeyd olunan hallarla bağlı 2022-ci il 21 noyabr tarixində qərəzli mövqe ilə əlaqədar hakimə də etiraz ərizəsi ilə məhkəməyə müraciət olunmasına baxmayaraq, ərizəyə baxılmamış və mövqe bildirilməmişdir.

34. Bundan başqa, məhkəmə iddiaçının mülahizələrinə görə hesabladığı icarə haqqı məbləğini əsaslı hesab etmiş və bununla bağlı hər hansı məhkəmə ekspertizası təyin etməmişdir. Ödəniş tələbi ilə bağlı iddia larda tələb olunan məbləğlərin həqiqətə uyğun olub-olmaması və obyektiv hesablanmasının təmin olunması üçün məhkəmə-mühasibat ekspertizası təyin olunmalıdır. Ekspert ödənilmiş və qalıq borc məbləğini müəyyən etdikdən sonra həmin rəy əsasında məhkəmə öz mövqeyini bildirə bilər.

35. İddiaçı cavabdehi icarə obyektinə girməyə icazə verməməklə, cavabdehə məxsus külli miqdar dəyəri olan avadanlıqları geri qaytarmaqdan imtina etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə bu faktı araşdırmaqla xüsusi qərardad çıxarmalı və aidiyyəti üzrə göndərməli idi. Çünki, qanunvericiliyin tələblərinə görə, icarə müqaviləsinin şərtlərinin tələblərinə əsasən icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya müqaviləyə xitam veri lməsi tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmaması və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

37. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin forma və məzmununa düzgün riayət olunmamış, MPM-ə Əlavə 3-də göstərilən kassasiya şikayətinin formasına uyğun tərtib olunmamışdır.

38. Bundan başqa, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulduğu və ya düzgün tətbiq olunmadığı göstərilməmiş, yalnız işə baxmış birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması sadala nmışdır. Həmçinin, kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan faktiki halların aydınlaşdırılmadığına və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmişdir. MPM-in 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri

39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı m addələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o z aman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurl arla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icra nın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir.)...” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisn a edilir.” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə

705. İcarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün ko mpensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.”

42. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırmaqla apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir.

44. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, cavabdeh icarə haqlarının ödənilməsini həyata keçirə bilməməsini pandemiya və müharibə ilə əlaqədar olmasını bildirdiyi halda, icarə haqlarının ödənilməsinin gecikdirilməsinə görə iddiaçı icarə müqaviləsinə birtərəfli qa ydada xitam verə, həmçinin icarə obyektinə və avadanlıqları külli miqdarda xərc çəkildiyi üçün onun icarə obyektindən istifadəsi məhdudlaşdıra bilməzdi.

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma aparılmaqla lazımi hüquqi qiymət verildiyindən və məhkəmə kollegiyası həmin mövqe ilə razılaşdığından göstərilən hüquqi qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

46. Bununla belə, hazırkı halda cavabdeh tərəfindən 2020-ci ilin iyun ayınadək icarə haqqı ödənişləri həyata keçirildiyi üçün həmin dövrlə bağlı hər hansı mübahisə yoxdur. 2020-ci ilin iyun ayından sonrakı dövrlə bağlı icarə haqlarına pandemiya ilə bağlı güzəşt edilməsi üçün icarəçinin qarşı tərəfə mü raciəti olmamışdır. Halbuki öhdəliyin icrasına maneə olan hallar barədə borclunun kreditora bildiriş verməli olduğuna dair vəzifəsi həm MM-nin 448.4-cü maddəsinin tələbindən, həm də tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndinin tələbindən irəli gəlir. Müqavilənin 10.2-ci bəndində qeyd edilir ki, bu müqavilənin 10.1-ci bəndində nəzərdə tutulmuş hallar(zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major)) baş verdiyi təqdirdə, bu halların təsiri nəticəsində öz öhdəliklərini icra etmək, tam və ya qismən iqtidarından olmayan tərəf bu hallar barədə digər tərəfə 10 gün müddətində yazılı şəkildə bildiriş göndərməyi öhdəsinə götürü r. Bildirişdə bu halların xüsusiyyətləri haqqında məlumatlar və mümkün olduğu halda, bu halların tərəfin bu müqavilə üzrə öhdəliklərinin icrasının mümkünlüyünə təsir göstərməsinin qiymətləndirilməsi və öhdəliklərin icra müddəti öz əksini tapmalıdır. 10.3-cü bənddə qeyd edilir ki, fors-major halların mövcudluğu barədə vaxtında məlumat verməmə müvafiq tərəfi gələcəkdə həmin hallara istinad etmək hüququndan məhrum edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya öhdəliyin icrasında maneə olan hallar barədə qarşılıqlı iddia ilə bağlı pretenziya məktubunadək yazılı bildiriş verilmədiyindən (belə bir bildirişin verilməsi iş materiallarından görünmür), Azərbaycan Respublikasında 2020-ci il 27 sentyabr tarixdən 2020-ci il 10 noyabr tarixədək (2-ci Qara bağ müharibəsi dövründə) hərbi vəziyyət elan edilsə də döyüş əməliyyatları Qarabağ bölgəsində getdiyi üçün bu vəziyyətin Bakı şəhərində fəaliyyət göstərən kafe və restoranların iş fəaliyyətinə əhəmiyyətli təsiri olmadığından, 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək kafe və restoranların iş saatlarına və iş rejiminə (açıq hava tələbi və s) müəyyən məhdudiyyətlər qoyulsa da, fəaliyyətləri tam qadağan edilmədiyi üçün gəlir əldə etmək imkanından məhrum olmadıqlarından cavabdehin öhdəliyinin icrasından imtina etməsi üçün əsaslar olmamışdır.

47. Kassasiya şikayətinin icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməli olmamasına dair dəlilinə münasibətdə qeyd olunmalıdır ki, icarə müqaviləsinin 11.2.3-cü bəndində qeyd olunmuşdur ki, icarəçi ümumi icarə haqqının bu müqavilənin 5. 4-cü bəndində göstərilən müddətdə ödənilməsini 30 gündən artıq müdddətdə gecikdirdikdə icarəyə verən tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarında göstərilmişdir ki, İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

48. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ödənilməmiş icarə haqq borcları olduğu təsdiq edil diyindən müqavilənin icarəyəverən tərəfindən birtərəfli qaydada ləğv edilməsinin qanunsuz olması barədə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.

49. Kassasiya şikayətinin §35-də göstərilən dəlilinə münasibətdə qeyd olunmalıdır ki, MM-in 698-ci maddəsinin məzmunu baxımından şikayətin bu dəlili də əsaslı sayıla bilməz.

50. Kassasiya şikayətinin qarşılıqlı iddia tələbinin geri qaytarılmasının düzgün olmamasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, MPM-in 155.1-ci maddəsinə əsasən, Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən isə, işdə iştirak edən şəxs iddia ərizəsinin surə tini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Hazırkı işdən göründüyü kimi iddia ərizəsi məhkəməyə 2022-ci il 15 aprel tarixdə daxil olmuş, 2022-ci il 18 may tarixdə verilmiş qarşılıqlı iddia ərizəsi isə mülki prosessual qanunvericiliyin pretenziya və mediasiya qaydalarına riayət olunmaması əsası ilə 2022-ci il 20 may tarixli, 2022-ci il 3 avqust tarixli və 2022-ci il 1 noyabr tarixli qərardadlarla geri qaytarılmış, sonda isə 2022-ci il 14 noyabr tarixli qərardadla qanunvericiliklə nəzərdə tutulmuş müddətin keçməsindən sonra, yəni 2022-ci il 14 noyabr tarixdə verilmiş qarşılıqlı iddia ərizəsi geri qa ytarılmışdır. Göründüyü kimi, cavabdeh qarşılıqlı iddia ərizəsini mülki prosessual qanunvericiliyin tələblərinə uyğun vermədiyindən onun kassasiya şikayətinin qarşılıqlı iddia ərizəsinin məhkəmə tərəfindən geri qaytarılmasının qanuni olmamasına dair dəlilləri də əsaslı sayıla bilməz.

51. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyi n tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri üzrə yuxarıda göstərilən qaydada hüquqi qiymətləndirmə aparıldığından kassasiya şikayətinə qarşı etirazın dəlilləri üzrə də əlavə hüquqi qiymətləndirmənin aparılmasına zərurət aradan qalxmışdır.

53. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarına qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilmiş, düzgün nəticəyə gəlinmişdir və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-409/2023 nömrəli qətnaməsinin ləğv olun ması üçün əsas ola bilməz.

54. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Şərh edilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-409/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar