Məhkəmə qərarları › İş №2-2(102)-58/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-58/2025

07.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-58/2025 07.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ilk iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (x müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair” tələbinə dair, birləşdirilmiş (qarşılıqlı) iş üzrə iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar söz: hərrac protokolunun ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyest rində qeydin ləğv edilməsi, ipoteka hüququna xitam verilməsi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və s. tələbinə dair, həmçinin Cavabdeh2 ASC-nin "xxxx" MMC-yə qarşı əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair birləşdirilmiş kommersiya işləri üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-771/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfi ndən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Gəncə İnzibali-İqtisadi Məhkəməsinin 2015-ci il 30 yanvar tarixli 2-2(83)29/2015 nömrəli qətnaməsi ilə "xxxx" MMC-dən 2012-ci il 23 noyabr tarixli kredit müqaviləsindən irəli gələn 995.217,41 manat əsas borc, 328.791 manat faiz borcu, 11.383 manat dəbbə pulu, iddia qaldırıİması üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 1.335.451,41 manat məbləğində pul vəsaitinin tutularaq, "xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın 2012ci il 23 noyabr tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş cəmi 654.720 manat məbləğində qiymətləndirilmiş daşınar əmlaklara və 2012-ci il 23 noyabr tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və 1.800.000 manat məbləğində qiymətləndirilmiş ünvan 4ndə 5.0 hektar torpaq sahəsindən ibarət əmlak kompleksinə yönəldilməsi qət edilmişdir.

2. İcra sənədi 2016-cı il 21 oktyabr tarixində Gəncə Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.

3. Girov və ipoteka predmetlərinin satılması üçün 2016-cı il 20 dekabr tarixində Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən "xxxx" MMC-yə əmlak kompleksinin 1.800.000 manata, avadanlıqın isə 654.720 manata hərracdan satılması ilə bağlı sifariş məktubu verilmişdir.

4. Hərrac təşkilatçısı tərəfindən əmlakların satışı üzrə açıq hərrac 2017-ci il 27 mart tarixinə təyin edilmiş və həmin tarixdə ilkin hərrac keçirilmiş, alıcı olmadığından təkrar hərracın keçirilməsi 2017-ci i l 1 may tarixinə təyin edilmiş, əmlakların qiyməti 15% azaldaraq, əmlak kompleksinin 1.530.000 manata, avadanlıqın isə 556.512 manata satılması ilə bağlı təkrar hərrac keçirilmiş, hərracda alıcı olmadığından hərrac baş tutmamış və bu barədə 2017-ci il 5 may tarixində “Birja yeniliklərin” qəzetində elan dərc edilmişdir.

5. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 may tarixli 2-1(83)-1586/2017 nömrəli qərardadı ilə borclu "xxxx" MMC-nin ərizəsi təmin edilmiş və MMC-nin Gəncə şəhəri üzrə icra idarəsinin əmlakının yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və borclu "xxxx" MMCnin əmlakına dair qiymətləndirmə aparılması barədə iddia ərizəsi ilə bağlı işə mahiyyəti üzrə baxılıb, qəbul olunacaq qərar qanuni qüvvəsini alanadək Gəncə İnzi bati-İqtisadi Məhkəməsinin 2016-cı il 21 oktyabbr tarixli 2-2(82)-29/2015 nömrəli icra sənədinə əsasən "xxxx" MMC-yə məxsus əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi Azərbaycan Respublikası Xammal və X3 və MMC-yə qadağan edilməsi qərara alınmışdır.

6. Gəncə İnzibati Məhkəməsinin 2023-cü il 23 noyabr tarixli 2-1(83)-1586/2017 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 may tarixli 21(114)-1586/2017 nömrəli qərardadının ləğv edilməsi qərara alınmış və məhkəmənin x-ə ünvanladığı 2023-cü il 11 dekabr tarixli məktubunda Gəncə İnzbati Məhkəməsinin 2023-cü il 23 noyabr tarixli qərardadının 2023-cü il 11 dekabr tarixində qanuni qüvvəsini aldığı qeyd olunmuşdur.

7. Cavabdeh2 ASC-nin "xxxx" MMC-yə ünvanladığı 2023-cü il 24 noyabr tarixli məktubunda Gəncə İnziba ti-İqtisadi Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2-2(83)29/2015 nömrəli qətnaməsinin icrası ilə əlaqədar "xxxx" MMC-yə məxsus ünvan 4ndə 5,0 hektar torpaq sahəsindən ibarət əmlak kompleksinin harracda satılması barədə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən MMC-yə 2016-cı il 20 dekabr tarixli 13048/16 nömrəli sifariş məktubu verildiyi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 may tarixli 21(83)-1586/2017 nömrəli qərardadı ilə "xxxx" MMC-yə məxsus Gəncə şəhəri, Kəpəz Kimyaçılar küçəsində 5,0 hektar torpaq sahəsindən ibarət əmlak kompleksinin satılması və hərracın keçirilməsinin MMC-yə qadağan edildiyi, bu səbəbdən MMC hərracla bağı sonrakı hərəkətləri yerinə yetirə bilmədiyi, hal-hazırda Gəncə İnzibati Məhkəməsinin 2023cü il 23 noyabr tarixli 2-1(114)-1586/2017 nömrəli qə rardadının ləğv edilərək, "xxxx" MMCyə məxsus əmlakın satılması ilə əlaqədar keçirilməsi ilə bağlı MMC-nin üzərinə qoyulmuş qadağanın götürüldüyü və qeyd edilənlər nəzərə alınaraq Gəncə İnzibati Məhkəməsinin 2023-cü il 23 noyabr tarixli 2-1(114)-1586/2017 nömrəli qərardadı qanuni qüvvəsini aldıqdan sonra borclu "xxxx" MMC-yə məxsus olan ünvan 4ndə, 5 hektar torpaq sahəsində yerləşən ü/s 6315.45 kv.m olan əmlak kompleksinə dair təklifə “İpoteka haqqında” Azərbaycan Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bankın razı olduğu göstərilmiş, əmlak komleksinin Bankın balansına götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması xahiş edilmişdir.

8. Gəncə şəhəri üzrə İcra İdarəsinin "xxxx" MMC-yə və surətləri "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə ünvanladığı 2023-cü il 11 dekabr tarixli məktubu nda Gəncə İnzibatiİqtisadi Məhkəməsinin 2016-cı il 21 oktyabr tarixli 2-2(83)-29/2015 nömrəli icra sənədi üzrə tələbin yerinə yetirilməsi üçün 2016-cı il 20 dekabr tarixində icra sənədi icra olunması üçün hərrac mərkəzinə göndərildiyi göstərilmiş, hal-hazırda zərurət aradan qalxdığı üçün icra işinin yenidən davam etdirilməsi xahiş edilmişdir. 9. 2023-cü il 11 dekabr tarixli hərrac təşkilatının hərracın yekunlarına barədə 70/01 saylı protokoluna əsasən "xxxx" MMC-yə məxsus ünvan 4 ünvanında mülkiyyətində olan 5.0 hektar torpaq sahəsində yerləşən 6315,45 kv.m. ümumi, 6180,45 kv.m. əsas, 135 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi 1.530.000 manata Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. 10. ünvan 4 ünvanında yerləşən 6315,45 kv.m. əmlak kompleksi üzərində Cavabdeh2 ASC-nın mülkiyyət hü quqları 2023-cü il 12 dekabr tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

11. Birinci işdə "xxxx" MMC (bundan sonra-“MMC”) iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsiə müraciət edərək Cavabdeh2 ASC (bundan sonra “ASC”), "xxxx" MMC (bundan sonra-”) ilə x (bundan sonra-“İcra idarəsi”) arasında bağlanmış 2023-cü il 11 dekabr tarixli hərracın yekunları barədə 70/01 nömrəli Protokolun ləğv edilməsi, MMC-nin mülkiyyəti olan ünvan 4 ünvanında olan 5.0 hektar torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə (bundan sonra-"xxxx") dair hüquqların qeydiyyatının əsassız olmasını nəzərə alaraq ASC-nin adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi; MMC i lə ASC arasında əmlak kompleksinə dair bağlanmış 2012-ci il 23 noyabr tarixli 10-BİZ-3-0-2107-12 nömrəli ipoteka müqaviləsinə (bundan sonra-“ipoteka müqaviləsi”) xitam verilməsi, həmin müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrində ASC-nin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ASC-dən MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-yə ipoteka predmetinin əldə olunmasına dair təklif göndərmiş, hərracın yekunları barədə 2023-cü il 11 dekabr tarixli 70/01 nömrəli protokolda ipoteka saxlayan ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən əmlak kompleks ini 25% aşağı olan qiymətlə (1,147.500.00 manat) əldə etmək hüququnu bildirmişdir. İddiaçı hesab etmişdir ki, ASC əmlak kompleksini təkrar hərracın baş tutmamasının elan edildiyi gündən 6 il yarım keçdikdən sonra əldə etmişdir.

13. ASC iddiaya etirazında bildirmişdir ki, 2017-ci il 5 may tarixindən sonra 30 gün müddətində əmlakın bank tərəfindən əldə edilməsinə dair müqavilənin-protokolun imzalanmasının mümkün olmamasının səbəbi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 may tarixli 2-1(83)-1586/2017 nömrəli qərardadının həmin tarixdən qadağanın götürülməsi barədə Gəncə İnzibati Məhkəməsinin 2023-cü il 23 noyabr tarixli 2-1(114)-1586/2017 nömrəli qərardadın qanuni qüvvəsini alana qədər qüvvədə olmasıdır. Həmçinin ipotekaya xitam verilməsi tələbi də əsassızdır. Çünki iddiaçının is tinad etdiyi əsas, yəni ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilməsi vəziyyəti mövcud deyildir.

14. İkinci işdə ASC cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək əmlak kompleksinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. ASC iddia tələbini belə əsaslandırmışdır ki, əmlak kompleksinə dair onun mülkiyyət hüquqları 2023-cü il 12 dekabr tarixində ********** qeydiyyat nömrəsi ilə DƏDRXda qeydə alınmış və bankın adına çıxarış verilmişdir. Belə olan halda bankın mülkiyyətində olan həmin əmlak kompleksinin boşaldılaraq banka təhvil verilməsi zərurəti yaranmışdır.

16. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 18 mart tarixli e-2-2(115)-576/2024 nömrəli qərardadı ilə ASC-nin vəsatəti təmin edilmiş, hər iki iş bir icraatda birləşdirilərək baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 may tarixli e-2-2(113)-1479/2024 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı MMC-nin cavabdehlər x və ASC-yə qarşı “2023cü il 11 dekabr tarixli 70/01 nömrəli hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair” tələbinə dair ilk iddianın rədd edilməsi, birləşdirilmiş (qarşılıqlı) iddia üzrə iddiaçı ASC-nin cavabdeh MMC-yə qarşı iddia ərizəsinin təmin edilməsi, əmlak kompleksinin MMC tərəfindən boşaldılaraq ASC-yə təhvil verilməsi qət edilmişdir (hakim G.Namazova).

18. Birinci instansiya məhkəməsi göstərmişdir ki, MMC-nin iddia tələbinin və irəli sürdüyü dəlillərin hüquqi əsası yoxdur. Belə ki, hərracın keçirilməsi və yekunlarına dair protokolun imzalanması məhz MMC-nin iddia və müvəqqəti təminat tədbiri barədə ərizələr əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 may tarixli 2-1(83)-1586/2017 nömrəli qərardadı ilə əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi qadağan edilmiş, 2023-cü il 23 noyabr tarixli qərardadı ilə həmin qadağa aradan qaldırılmış, ASC qadağa aradan qalxan kimi 2023-cü il 24 noyabr tarixində əmlak komleksinin Bankın balansına götürülməsi barədə razılığını x yazılı qaydada bildirmişdir. Beləliklə, mübahisəli ipoteka əmlakının ipoteka saxlayan tərəfindən əldə olunması üçün qanunvericiliklə müyyən edilmiş 30 günlük müddət ötürülməmiş, əksinə məhkəmə qətnaməsinin uzun mü ddət icra olunmamasına borclu MMC-nin çoxsaylı iddia ərizələri səbəb olmuşdur.

19. Məhkəmə MMC-nin ipoteka müqaviləsinə xitam verilməsi tələbinə münasibətdə göstərmişdir ki, bu tələblə bağlı MMC-nin istinad etdiyi hal, yəni ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı mövcud olmamışdır. Belə ki, MMC tərəfindən təkrar hərracın baş tutmaması barədə elan dərc edilməsindən - 2017-ci il 5 may tarixindən sonra 2017-ci il 24 may tarixində MMC İcra İdarəsinə (üçüncü şəxs "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinə) qarşı İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi iddiası ilə Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş, X4 Məhkəməsinin 2017-ci il 24 may tarixli 2-1(83)-1586/2017 nömrəli qərardadı ilə əmlakların satılması və hərracın keçirilməsi "xxxx" MMC-yə qadağan olunmuş, həmin qadağa isə Gəncə İnzibati Məhkəməsinin 2023-cü il 23 noyabr tarixli 21(114)-1586/2017 nömrəli qərardadı ilə götürülmüş, 2023-cü il 11 dekabr tarixə qanuni qüvvəyə minmiş və 30 günlük müddət ərzində MMC-nin ipoteka predmetinin əldə olunması ilə bağlı hərəkətləri mübahisələndirdikləri və əmlakın hərracdan satılması məhkəmə qərardadı ilə qadağan olunduğu üçün protokol 2023-cü ildə imzalanmışdır.

20. Məhkəmə ASC-nin iddia tələbinə münasibətdə bildirmişdir ki, əmlak kompleksi 1.147.500 manata onun tərəfindən əldə edilməklə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasında mülkiyyət hüquqları ASC-nin adına hüquqi qey diyyata alındığından ASC əmlakın boşaldılmasını tələb etməkdə haqlı olmuşdur.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 157.1, 157.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.2, 48.2, 43.7-1, 43.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1 və 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Həmin qətnamədən iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, MMC-nin iddia tələbinin təmin edilməsi, ASC-nin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Ape llyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-771/2024 nömrəli qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və Z.Şirinov).

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı "xxxx" MMC-nin iddia tələblərinin qanuni əsasını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hazırki işdə isə həmin maddənin dispozisiya şərtlərinin mövcüd olması müəyyən edilmir 2

5. Belə ki, hərracın keçirilməsi və yekunlarına dair protokolun imzalanması məhz iddiaçı MMC-nin iddia və müvəqqəti təminat tədbiri barədə ərizələr əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2-1(83)-1586/2017 saylı qərardadı ilə əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi qadağan edilmiş, 23 noyabr 2023-cü il tarixli qərardadı ilə həmin qadağa aradan qaldırılmış, ASC də qadağa aradan qalxan kimi 24 noyabr 2023-cü il tarixində əmlak komleksinin Bankın balansına götürülməsi barədə razılığını x-ə yazılı qaydada bildirilmiş və 23 noyabr 2023-cü il tarixli qərardad qüvvəyə mindiyi 11 dekabr 2023-cü il tarixində əmlak kompleksinin ASC-nin balansına götürülməsi barədə protokol imzalanmışdır. Beləliklə, mübahisəli ipoteka əmlakının ipoteka saxlayan tərəfindən əldə olunması üçün qanunvericiliklə müyyən edilmiş 30 günlük müddət ötürülməmişdir. Çünki təkrar hərracın keçirildiyi 01 may 2017-ci il tarixindən 11 dekabr 2023-cü il tarixinə qədər altı ildən artıq vaxt keçsə də, məhkəmə qərarı əsasında 24 may 2017-ci il tarixindən 11 dekabr 2023-cü il tarixinə qədər əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi qadağan edilmişdir. Ona görə də, təkrar hərracın keçirildiyi 01 may 2017-ci il tarixindən 11 dekabr 2023-cü il tarixinə qədər olan müddətdə əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsinə imkan verən müddət 30 gündən artıq olmamışdır.

26. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, Gəncə İnzibati-İqtisad Məhkəməsinin 2-1(83)-1586/2017 saylı 07 iyul 2017-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəs inə (üçüncü şəxs "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinə) qarşı Gəncə şəhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsinə dair iddiasının təmin edilməsi və Gəncə səhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtinası ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və borclu "xxxx" MMC-nin əmlakına dair yenidən qiymətləndirmənin aparılmasının qərara alınması mübahisənin həllinə təsir etmir. Çünki həmin qərar qəbul edilsə də, 27 mart 2017-ci il tarixində keçirilmiş birinci hərrac və 01 may 2017-ci il tarixində keçirilmiş təkrar hərracın nəticələri ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir.

27. Bundan başqa, həmin hərraclar keçirilərkən ipoteka predmetinin ilkin satış qiyməti icra sənədində qeyd edildiyi kimi 1.800.000 manat məbləğində müəyyən edilmişdir.

28. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 8-2(104)-02/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında isə ipoteka predmetinin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-29/2015 saylı, 30 yanvar 2015-ci il tarixli (yenidən icraya yönəldilmə ilə əlaqədar 21 oktyabr 2016-cı il tarixli) icra sənədində göstərilən qiymətlə icra hərəkətlərini davam etdirməsi vəzifəsi icra məmuruna izah edilmişdir. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" MMC tərəfindən irəli sürülmüş hərracın yekunları barədə protokolun ləğv edilməsi, ipoteka müqaviləsinə və Cavabdeh2 ASC-nin ipoteka hüququna xitam verilməsi barədə tələblər, həmçinin iddiaçı "xxxx" MMC tərəfindən irəli sürülmüş digər tələblər yuxarıda qeyd edilən tələblərdən irəli gəldiyi üçün əsassızdır və rədd edilməlidir.

29. İkinci iş üzrə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia əsaslıdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

31. Məhkəmə qeyd etmişdir ki, yalnız həmin üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcudd ur. Belə ki, mübahisəli daşınmaz əmlakın ASC-nin mülkiyyətində olması ƏMDX DƏDKR X5 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur.

32. Eyni zamanda, həmin daşınmaz əmlakın cavabdeh "xxxx" MMC-nin sahibliyində olması işin mübahisəsiz halıdır. Cavabdehin sahibliyi isə qanunsuzdur. Çünki onun həmin daşınmaz əmlaka dair hər hansı sahiblik və istifadə hüquqları mövcud deyil.

33. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, həmin iddia tələblərinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin bütün dispozisiya şərtləri mövcuddur və ona görə də, iddiaçı ASC-nin mübahisəli qeyri-yaşayış sahəsinin cavabdeh MMC tərəfindən boşaldılmasını tələb etməkdə tam haqlıdır.

34. Məhkəmə gəldiyi nəticəni MM-in 157.2 və 42 5.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2, 43.1.3, 43.1.4, 43.3, 43.4, 43.5, 43.7, 43.7-1, 43.8, 48.1.1, 48.1.2, 48.1.3 və 48.1.5-ci maddələrinə, MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

35. İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) MMC-nin kassasiya şikayətinin dəlilləri

36. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, MM-in 139.1, 149.2, 269.5-cu, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddələri üzrə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 28 oktyabr tarixli Qərarındakı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 2022-ci il 14 dekabr tarixli qərardadındakı hüquqi mövqelər üzrə dəlilləri - məhkəmələr ilk iddianın rədd edilməsi əsası kimi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 may tarixli 2-1(83)- 1586/2017 nömrəli qərardadı ilə əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsinin qadağan edilməsini göstərsələr də, həmin qərardaddan müəyyən olunur ki, qərardada əsasən əmlakın satılması ilə bağlı hərracın keçirilməsi "xxxx" MMC-yə qadağan edilmişdir. Lakin başqa hərrac təşkilatı vasitəsilə əmlakın satılması və hərracın keçirilməsinə heç bir maneə olmamışdır. Cavabd eh ASC tərəfindən hər dəfə ərizələr verilməklə qiymətləndirmə nəticəsində əmlak kompleksinin müəyyən edilmiş qiyməti mübahisələndirilmiş və icra sənədinin geri qaytarılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində həmin halları şərh etsə də MMC-nin qanuni əsaslarla açdığı məhkəmə mübahisələrinə və iddianın təmini tədbiri barədə ərizəsinə hərracın keçirilməsinin qarşısını almağa yaradılan süni maneələr kimi qiymət vermiş, ASC-nin hər dəfə əmlak kompleksinin yenidən qiymətləndirilməsi nəticəsində müəyyən edilmiş yeni qiymətini bəhanə edərək, ərizələr verməklə icra sənədinin geri qaytarılmasını və bununla da icra işinin gedişinə tələbkar tərəfindən maneələr yaradılaraq yekunda ipoteka predmetinin tələbkarın arzuladığı qiymətə əldə edilməsinə nail olmaq istəyinə çat dığını nəzərə almamışdır.

37. ASC müxtəlif tarixli məktublarla İcra İdarəsinə müraciətlər etmiş, bu müraciətlərin ikisində əmlakın yenidən qiymətləndirilməsi digərlərində isə icra hərəkətlərinin aparılmasının dayandırılması xahiş olunmuşdur. Başqa sözlə ASC ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmək əvəzinə ilk iddia üzrə MMC-ni uzun müddət məhkəmə təhdidi altında saxlamaqla ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş müddətdə əldə etməmiş, hər dəfə icra hərəkətlərinin aparılmasına süni maneələr yaratmışdır. Bununla da ASC yekunda əmlak kompleksini təkrar hərracın baş tutmamasının elan edildiyi gündən 6 il yarım keçdikdən sonra dəyərindən olduqca aşağı qiymətə əldə etmişdir. Bununla yanaşı ilkin hərracın keçirilməsi "xxxx" MMC-yə tapşırılsa da, 2020-ci i l 27 fevral tarixində icra idarəsi tərəfindən hərracın keçirilməsi barədə başqa hərrac təşkilatına - "xxxx" MMC-yə sifariş verilmişdir. ASC tərəfindən icra hərəkətlərinin aparılmasına süni maneələr yaradılması, İcra İdarəsi tərəfindən isə hərracın keçirilməsi qaydalarının pozulması, ilkin hərracın keçirilməsinin bir hüquqi şəxsə tapşırılmasına baxmayaraq, sonradan başqa hərrac təşkilatına sifariş göndərilməsi MMC-ni qanunsuz olaraq uzun müddət gözləmə mövqeyində saxlamaqla hüquq subyekti kimi onu müvafiq qaydada hərracda iştirak etmək və ipoteka predmetini əldə etmək hüquqlarından məhrum etmişdir. MMC-yə İcra İdarəsi tərəfindən əmlak kompleksinin açıq hərracda satışının təşkili "xxxx" MMC-yə sifariş edildikdən sonra ASC-nin 2023-cü il 2 noyabr tarixli ərizəsi əsasında İcra İdarəsinin "xxxx " MMC-yə ünvanlandığı 2023-cü il 6 noyabr tarixli məktub əsasında icra hərəkətlərinin dayandırılmasından sonra aparılmış digər icra hərəkətləri, o cümlədən ilkin hərracın bərpa edilməsi və satışın "xxxx" MMC vasitəsilə həyata keçirilməsinin davam etdirilməsi sözügedən əmlaklar 1.147.500 manata ASC-nin balansına keçdikdən sonra məlum olmuşdur. Açıq hərracda satış "xxxx" MMC tərəfindən aparılacağı, həmçinin, ilkin hərracın bərpa edilməsi MMC-yə məlum olacağı halda həmin əmlak kompleksini MMC özü də həmin qiymətə əldə etmək istəyərdi və hazırda da sözügedən əmlak kompleksini həmin qiymətə əldə etməyə hazırdır.

38. Əmlak kompleksinə tutma yönəldilməsi ilə bağlı artıq ilkin və təkrar hərrac keçirilib, lakin bu hərraclar baş tutmadığına görə, ipoteka predmetini əldə etmək ASC-yə təklif edilib. C avabdeh isə, əmlak kompleksini qanunvericiliklə tələb edilən müddət ərzində əldə etməyib. Belə ki, ASC, hərrac təşkilatı və icra şöbəsi arasında Hərracın yekunları barədə 70/01 nömrəli Protokol 2023-cü il 11 dekabr tarixdə bağlanmışdır (birinci instansiya məhkəməsi MMC-nin vəsatətini təmin edərərək həmin protokolu hərrac təşkilatından sorğu ilə almışdır və protokolun ancaq hərrac təşkilatı tərəfindən imzalandığı müəyyən olunmuşdur). Protokol imzalandıqdan sonra ASC tərəfindən ərizələr verilməklə icra hərəkətlərinin aparılması dayandırılmış, İcra İdarəsi tərəfindən başqa hərrac təşkilatına sifariş verilmiş, sonradan Bankın ərizəsi əsasında başqa təşkilatda hərracın keçirilməsi də dayandırılmış və cavabdehlər tərəfindən bu yollarla prosesin gedişatı süni surətdə uzadılaraq əmlak kompleksinin ilkin satış qiyməti tələbkarın istəyinə uyğun şəkildə müəyyən edilmişdir. Bu yolla təkrar hərracın baş tutmaması barədə elanın dərc edilməsindən 6 il yarım keçdikdən sonra bank tərəfindən əmlak kompleksi əldə edilmişdir. Bununla yanaşı girov və ipoteka predmetlərinin satılması üçün 2016-cı il 20 dekabr tarixdə İcra İdarəsi tərəfindən "xxxx" MMC-yə əmlak kompleksinin 1.800.000 manata, avadanlığın isə 654.720 manata hərracdan satılması ilə bağlı sifariş məktubu göndərildikdən sonra 2018-ci il 16 noyabr tarixində əmlak kompleksinin 5.700.000 manata, avadanlığın isə 654.720 manata satılması üçün "xxxx" MMC-yə yenidən sifariş verilməsi, həmçinin, "xxxx" MMC ilə yanaşı başqa hərrac təşkilatına-"xxxx" MMC-yə əmlak kompleksinin 1.800.000 manata, avadanlığın isə 654.720 manata hərracdan satılmas ı barədə İcra İdarəsi tərəfindən 2023-cü il 18 oktyabr tarixli məktubla yenidən sifariş göndərilməsi Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 may tarixli 2-1(83)-1586/2017 nömrəli qərardadı ilə əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsinin qadağan edilməsinin yalnız "xxxx" MMC-yə münasibətdə hüquqi qüvvəsinin olduğunu, başqa hərrac təşkilatı vasitəsilə hərracın keçirilməsinə və ASC tərəfindən əmlak kompleksinin əldə edilməsinə heç bir maneə olmadığını sübut edir. Həmçinin, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 7 iyul tarixli 2-1(83)-1586/2017 nömrəli qərarı ilə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtinası ilə bağlı hərəkətləri qeyri-qanuni hesab edilmiş, borclu MMC-nin əmlakına dair yenidən qiymətləndirmənin aparılması qərara alınmışdır ki, həmin qərar hazırda da qüvvədədir. Bu qərarın mövcudluğu isə faktiki olaraq Gəncə İnzibatiİqtisadi Məhkəməsinin 2017-ci il 24 may tarixli 2-1(83)- 1586/2017 nömrəli qərardadında müəyyən edilmiş qadağanın aradan qaldırılması anlamına gəlir və təsadüfi deyil ki, 2017ci il 7 iyul tarixli qərar qanuni qüvvəsini alaraq icraya yönəldildikdən sonra 2018-ci il 16 noyabr tarixdə əmlak kompleksinin 5.700.000 manata, avadanlığın isə 654.720 manata satılması üçün "xxxx" MMC-yə yenidən sifariş verilmişdir. Lakin ASC əmlak kompleksini əldə etmək əvəzinə icra hərəkətlərinin aparılmasına süni maneələr yaratmış, hərracın keçirilməsinin və icra işinin icraatının dayandırılması tələbi ilə İcra İdarəsinə müraciət etmiş, daha sonra icra idarəsinə müraciət edərək icra sənədinin icra olunmadan məhkəməyə qaytar ılmasını xahiş etmişdir.

39. MPM-in 9.1, 9.3-cü maddələri üzrə - apellyasiya məhkəməsi işin hallarını cavabdehin xeyrinə şərh etmiş, bankın öz hüquqlarından sui-istifadə etməklə əmlak kompleksini dəyərindən qat-qat aşağı qiymətə əldə etməsinə əhəmiyyət verməmiş, tərəflərə bərabər münasibət göstərməməklə MPM-in qeyd olunan maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. ASC kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, MMC şikayətində iş haqqında düzgün olmayan məlumatlar göstərmiş və həmin məlumatların düzgünlüyünü təsdiq edən heç bir sübutunu şikayətinə əlavə etməmişdir. MMC-nin hərracın baş tutmaması barədə elanın dərc edilməsindən 6 il yarım keçdikdən sonra hərracın yekunları barədə protokolun imzalanmasına istinad etməsi də qərəz li xarakter daşıyır. Belə ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 may tarixli qərardadı ilə əmlak kompleksinin satılması və hərracın keçirilməsi qadağan edilmişdir. Bu qərardadın mövcudluğu səbəbindən 30 gün müddətində bank tərəfindən əmlakın əldə edilməsi mümkünsüz olmuşdur. Məhkəmənin 2017-ci il 24 may tarixli qərardadı olduğundan hərrac mərkəzi hərracla bağlı sonrakı hərəkətləri (30 gün müddətində əmlakın bank tərəfindən əldə edilməsinə dair müqavilənin-protokolun imzalanmasını) yerinə yetirə bilməmişdir. Əmlakın balansa götürülməsi ilə bağlı hər hansı hərəkətin aparılması 2017-ci il 24 may tarixli qərardad qüvvədə olduğu müddətdə mümkün olmamışdır. Gəncə İnzibati Məhkəməsinin 2023-cü il 23 noyabr tarixli qərardadı ilə əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi i lə bağlı qadağa götürüldükdən sonra əmlak kompleksi bankın balansına götürülmüşdür. Bu səbəbdən, MMC-nin şikayətindəki dəlilləri əsassızdır. 41. 2017-ci ildən sonrakı 6 il ərzində MMC-nin özünün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını qəsdən süni maneə yaratmaq məqsədi daşıyan əsassız və qanunsuz müxtəlif şikayət və iddialardan dolayı hərrac protokolunun imzalanması 2023-cü ildə baş vermişdir.

42. İpotekaya xitam verilməsi tələbi də əsassız olmuşdur. Belə ki, ipotekaya xitam verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Çünki, MMC tərəfindən təkrar hərracın baş tutmaması barədə elan dərc edilməsindən-2017-ci il 5 may tarixindən sonra 2017-ci il 24 may tarixində MMC İcra İdarəsinə qarşı sonuncunun əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Yəni, 30 günlük müddət ərzində MMCnin ipoteka predmetinin əldə olunması ilə bağlı hərəkətləri mübahisələndirdikləri və uzun müddət məhkəmə çəkişmələri davam etdiyi üçün protokol 2023-cü ildə imzalanmışdır. Kassasiya baxışının hədləri

43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarını n nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 45.Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şər tlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” 46. “İpoteka haqqında” Azərbaycan müddəalarında nəzərdə tutulmuşdur: Respublikası Qanununun müvafiq “Maddə

43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir:... 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şə rtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.... 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bi lər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.... 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.[86] 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “Maddə

48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;... 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda....” 47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası “Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;...”

48. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə ba xılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya inst ansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 50. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmu ş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

51. Əvvəla kassasiya şikayətinin işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlilləri üzrə qeyd olunmalıdır ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir (MPM-nin 407.2-ci maddəsi).

52. İddiaçı MMC-nin kassasiya şikayətində qeyd etdiyi dəlillər, iddia tələbinin (birinci iş üzrə) və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.

53. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda §18-20, 24-33). Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM- nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə q ənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

55. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-771/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar