Məhkəmə qərarları › İş №2-2(102)-580/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-580/2021

08.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-580/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, cavabdehin vəkilininiştirakı ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" ASC-yə qarşı ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-2(103)-538/2021 saylı qətnaməsindən iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı tərəfindən cavabdehə vergi borcunun ödənilməsinə dair bildiriş göndərilərək, 09.04.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 29.656,56 manat məbləğində vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 2. "xxxx" ASC ver gi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün iddiaçı tərəfdən vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 09.04.2019-cu il tarixli, **********3 nömrəli qərar qəbul olunmuşdur. Qərara əsasən cavabdeh «Bakı Ağac Emalı” ASC-yə məxsus əmlak siyahıya alınmış və bu barədə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********3 saylı, 13.05.2019-cu il tarixli protokol və akt tərtib edilmişdir. 3. 16.05.2019-cu il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" ASC-yə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 09.04.2019-cu il tarixli qərara əsasən 13.05.2019-cu il tarixdə 55000 manat dəyərində olan əmlak siyahıya alınmışdır, əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.10.2020-ci il tarixli, 9/3683 saylı ekspert rəyinə görə, cəmiyyət tərəfindən aparılmış 09.04.2019-cu il tarixdən sonrakı ödənişlər həmin tarixə olan borca yönləndirildiyi təqdirdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" ASC-nin 09.04. 2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş borc məbləği 13.656,56 manat (49006.56-35350) müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 09.04.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 29.656,56 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 55.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilmə si barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14.055,56 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə 55.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, borc məbləği ödənilməmiş, hal-hazırda cavabdehin qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 14055,56 manat ödənilməmiş borcu qalm ışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli, e-2-2(113)-110/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehin dövlət büdcəsinə olan 14055,56 manat (on dörd min əlli beş manat əlli altı qəpik) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 55.000 (əlli beş min manat) manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 14055,56 manat (on dörd min əlli beş manat əlli altı qəpik) məbləğində vergi borcu və 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mə rkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Axundova).

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi ödəyicisi olan cavabdeh vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də cavabdehin dövlət büdcəsinə olan 14.055,56 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 55.000 manat dəyərində əmlakı siyahıya alınmışdır.

10. Həmçinin iddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmişdir. Mübahisəli əmlakların siyahıya alınması haqqında tərtib edilmiş protokol və akt cavabdehin səlahiyyətli nümayəndəsi tərəfi ndən imzalanmışdır.

11. Cavabdehin vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən, iddiaçı vergi borcunun onun əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Vergilər Məcəlləsinin (bundan sonra – “Vergilər Məcəlləsi”) 89.1, 89.7, 89.10, 90.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-2(103)-538/2021 saylı qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən) V.Məmmədov və V.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli, e-2-2(113)-110/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə və ödəniş tapşırıqlarına əsasən Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli, e-2-2(113)-110/2020 saylı qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən 09.03.2021-ci il tarixdə 3.000 manat, 01.04.2021-ci il tarixdə 1.000 manat, 05.04.2021-ci il tarixdə 1.000 manat, 28.04.2021-ci il tarixdə 5.000 manat, 08.05.2021-ci il tarixdə 1.000 manat, 21.05.2021-ci il tarixdə 2.000 manat, 31.05.2021-ci il tarixdə 3.000 manat, cəmi 16.000 manat məbləğində ödəniş edilmişdir.

16. Eyni zamanda cavabdeh 09.04.2019-cu il tarixinə dövlət büdcəsinə olan 14.055,56 manat borcunun ödənilib-ödənilməməsi barədə məlumatları və bunu təsdiq edən sənədləri, o cümlədən cavabdehin şəxsi hesab vərəqəsini məhkəməyə təqdim edilməsi və məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin edilməsi üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə bildiriş-sorğu göndərilsə də, lakin sorğuya heç bir cavab verilməmiş, habelə iddiaçının nümayəndəsi məhkəmədə iştirak etməmişdir.

17. İddiaçı istinad etdiyi hallarla bağlı sübutları, o cümlədən cavabdehin hazırki tarixə olan şəxsi hesab vərəqəsini məhkəməyə təqdim etməkdən y ayınmışdır.

18. Belə olan halda cavabdehin yuxarıda qeyd olunan ümumilikdə 16.000 manat məbləğində ödənişləri məhz 09.04.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 14.055,56 manat borcu əhatə edir.

19. Cavabdeh həmin borcu artıqlaması ilə ödəmiş və onun həmin tarixə ödənilməli olan vergi borcu mövcud deyildir.

20. Məhkəmə bu qənaətini Vergi Məcəlləsinin 89.1, 89.7, 89.10, 90.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

22. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilən ödənişlər muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və hüquqi şə xsin torpaq vergisi üzrədir. Halbuki, icraat vərəqəsi üzrə olan 14.055.56 manat borcunun tərkibi 13.514,26 manat - vaxtında ödənilməmiş faizlərdən 541,35 manat - maliyyə sanksiyalarından ibarətdir. Belə olan halda, iddia tələbi üzrə 4055,56 manat məbləğində borc mövcud olduğundan, iddia ərizəsi təmin edilməlidir.

23. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir.

24. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Vergi Məcəllənin 16.1.1-ci, 78.1-ci və 77.3-cü maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

27. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

28. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

29. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haq qında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

30. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfind ən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir”. “Maddə

90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarını n tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-2(103)-538/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

37. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə və ödəniş tapşırıqlarına əsasən Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən 09.03.2021-ci il və 31.05.2021-ci il tarixləri arasında 14.055,56 manat borc qarşılığında 16.000 manat məbləğində ödəniş edilmişdir (bax iş materiallarındakı 8385-ci vərəqə).

38. Eyni zamanda cavab deh 09.04.2019-cu il tarixinə dövlət büdcəsinə olan 14055,56 manat borcunun ödənilib-ödənilməməsi barədə məlumatları və bunu təsdiq edən sənədləri, o cümlədən cavabdehin şəxsi hesab vərəqəsini məhkəməyə təqdim edilməsi və məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin edilməsi üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə bildiriş-sorğu göndərilsə də, sorğuya heç bir cavab verilməmiş, iddiaçının nümayəndəsi məhkəmədə iştirak etməmişdir.

39. Apelyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı istinad etdiyi hallarla bağlı sübutları, o cümlədən cavabdehin hazırki tarixə olan şəxsi hesab vərəqəsini məhkəməyə təqdim etməkdən yayındığından, cavabdehin yuxarıda qeyd olunan ümumilikdə 16000 manat məbləğində ödənişləri məhz 09.04.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 14055,56 manat borcu əhatə edir. Yəni cavabdeh həmin borcu artıqlaması ilə ödəmişdir, onun həmin tarixə ödənilməli olan vergi borcu mövcud deyildir.

40. Qeyd edilənlərə əsasən cavabdehin icraat vərəqəsi üzrə olan 14.055.56 manat borcunun tərkibi 13514,26 manat - vaxtında ödənilməmiş faizlərdən 541,35 manat maliyyə sanksiyalarından ibarət olduğu, belə olan halda iddia tələbi üzrə 4055,56 manat məbləğində borcun mövcud olması barədə iddiaçının işin faktiki halları ilə bağlı dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

41. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehi n təqdim etdiyi ödəniş qəbzlərinə və ödəniş tapşırıqlarına əsasən iddiaçıya borclu olmamasının iş materialları ilə təsdiq olunduğunu və iddiaçı tərəfindən məhkəməyə qeyd olunan borcun olmasına dair hər-hansı sübutun təqdim edilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

42. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-2(103)-538/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Re spublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

44. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-2(103)-538/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar