Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-580/2025 27.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyul tarixli 2-2(103)-1088/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qay dasında baxılmışdır. İş üzrə məhkəmə icraatı 1. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2024-ci il 17 aprel tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2017-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv edilməsi, 80 ay ərzində icarə haqqına görə yaranmış 16.000 manat borcun və 138 manat dövlət rüsumunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 3 sentyabr tarixli e-2-2(113)3061/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – K.Hüseynov).
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2024-cü il 27 dekabr tarixli 2-2(103)-1088/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilərək, 2017-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv olunmuş hesab edilməsi, cavabdehdən 7.200 manat pul və dövlət rüsumunun əvəzi olaraq 60 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuş, apellyasiya şikayətinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
5. Həmin qətnamədən cavabdeh tərəfindən 2025-ci il 21 iyun tarixində “Ele ktron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti verilmiş və şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin iş üzrə 2024-cü il 27 dekabr tarixli qətnaməsi rəsmi qaydada cavabdehə 2025-ci il 21 aprel tarixində təqdim edilmişdir. Buna görə də kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddət üzrlü sayılaraq bərpa olunmalıdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyul tarixli 2-2(103)-1088/2024 nömrəli qərardadı ilə prosessual müddətin bərpa edilməsi barədə cavabdehin qanuni təmsilçisi Bayram Ali tərəfindən verilmiş ərizə rədd edilmiş, apellyasiya məhkəməsinin iş üzrə qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
8. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin iş üzrə qətnaməsi 2025-ci il 9 yanvar tarixində cavabdehin qanuni təmsilçisi Ali Bayramın elektron kabinetinə yerləşdirilməklə və bu barədə bildiriş sonuncunun “Elektron məhkəmə” informasiya sistemində qeydiyyata alınmış elektron poçt ünvanına göndərilməklə cavabdehə rəsmi qaydada çatdırılmışdır. Odur ki, cavabdeh hazırkı kassasiya şikayətini qətnaməni rəsmi qaydada aldıqdan 3 ay 12 gün sonra “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirməklə həmin qətnamədən kassasiya şikayətini vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır. Cavabdeh kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə versə də, həmin ərizədə prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas verə biləcək hallara istinad etmişdir. Göstərilənlərə əsasən kollegiya prosessual müddətin bərpasına dair ərizənin rədd olunması qənaətinə gəlmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Azərbaycan Respublikasının Konstitusiyasının 65-ci maddəsi üzrə - Mülki və digər işlər üzrə şəxsin məhkəməyə təkrar müraciət hüququ konstitusion hüquq sayılır və bu hüquq şəxsin məhkəməyə çatımlılığını özündə ehtiva edir. M əhkəmə tərəfindən şəxsin bu hüququndan rahat və maneəsiz istifadə üçün ona lazımi şərait yaradılmalı, həmçinin onun hüququ qanunda nəzərdə tutulmuş hallarda qorunmalı, formal xarakterli hallara görə məhdudlaşdırılmamalıdır. İş materiallarından və elektron məhkəmə sistemindən müəyyən olunur ki, cavabdeh tərəfin apellyasiya məhkəməsinin mübahisəli qətnaməsinin məzmunundan məlumatı olmamış, yalnız 2025-ci il 21 aprel tarixində apellyasiya məhkəməsinin elektron məhkəmə sisteminə yerləşdirdiyi qətnaməni oxumaqla məlumatlı olmuşdur. Belə olan halda elektron məhkəmə sisteminə qətnamənin yerləşdirilmə tarixinin cavabdehə rəsmi qaydada verilmə tarixi kimi qəbul edilməsi və bu səbəbdən cavabdehin müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, məhkəməyə təkrar müraciət hüququnun məhdudla şdırılmasına gətirib çıxardır.
11. MPM-in 133.1, 134.1.5 və 405.0.1-ci maddələri - İş materiallarından, eləcə də elektron məhkəmə sistemindən müəyyən olunur ki, mübahisəli qətnamə cavabdeh tərəfindən 2025-ci il 21 aprel tarixində oxunulmuşdur. Məhkəmə tərəfindən mübahisəli qətnamə 2025-ci il 9 yanvar tarixində yerləşdirilsə də, cavabdeh tərəfindən həmin qətnamə oxunulmadığından, sonuncu qətnamədən məlumatsız olmuş, nəticədə məhkəmə qətnaməsi ona göndərilsə də, rəsmi qaydada verilməmişdir. Çünki rəsmi qaydada verilmə qətnamənin elektron məhkəmə sisteminə yerləşdirildiyi zaman deyil, tərəfin oxunduğu halda başa çatmış sayılmalıdır. Odur ki, cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi zamanı MPM-in 405.0.1-ci maddəsinin tələbləri pozulmamışdır.
12. Bundan başqa MPM-in 135.8-ci maddəsi nə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin normanın məzmunundan müəyyən olunur ki, burada ilkin olaraq söhbət qərarın yerləşdirilməsindən gedir və daha sonra həmin yerləşdirmə barədə şəxsi məlumatlandırma gəlir. Göründüyü kimi, burada qərarın rəsmi təqdim edilməsindən söhbət getmir. Bu da cavabdehin müddətin bərpasına dair ərizəsini əsaslı edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
14. Hazırkı icraat çərçivəsində apellyasiya məh kəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
17. MPM-in 135.5 və 138.8-ci maddələrinin (bax § 15) məzmunundan aydın olur ki, işdə məhkəmə sənədləri iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirildikdə və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırıldıqda məhkəmə sənədi r əsmi qaydada verilmiş hesab edilir.
18. Beləliklə, məhkəmə sənədlərinin işdə iştirak edən şəxsə rəsmi qaydada çatdırılmış hesab edilməsi üçün qanunda iki dispozisiya şərti müəyyən edilmişdir: a) sənədin, şəxsin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilməsi; b) ona bu barədə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) məlumat çatdırılması.
19. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2025-ci il 9 yanvar tarixində cavabdehin qanuni təmsilçisi Ali Bayramın elektron kabinetinə yerləşdirilmişdir (i/v 135).
20. Bu barədə çıxarışa əsasən, Ali Bayramın təsdiq edilmiş elektron ünvanı (email) vardır (mailto:Elvinaga@mail.Elektron ünvan ).
21. Bu o anlama gəlir ki, tərəfin qanuni nü mayəndəsi olan Ali Bayrama münasibətdə MPM-in 135.8-ci maddəsinin yalnız birinci dispozisiya şərti (qərardadın “elektron kabinet”də yerləşdirilməsi) deyil, həm də ikinci dispozisiya şərti (ona bu barədə həmin sistem üzərindən elektron poçt vasitəsilə məlumat çatdırılması) yerinə yetirilmişdir.
22. Belə ki, istənilən şəxs “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, sözügedən informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir.
23. Belə olan halda, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfə MPM-in 135.5 və 135.8-ci maddə lərinin tələblərinə uyğun olaraq, 2025-ci il 9 yanvar tarixində rəsmi qaydada çatdırılmış hesab edilməlidir.
24. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, qanuni və əsaslı qərardad qəbul etmişdir.
25. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyul tarixli 2-2(103)-1088/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 iyul tarixli 2 -2(103)-1088/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.