Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-581/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı LPO "xxxx" ASC-nin cavabdeh “X2 GmbH” şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı LPO "xxxx" ASC-nin cavabdeh “X2 GmbH” şirkətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli 22(103)-13/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" ASC (bundan sonra – “ASC”) ilə “X2 GmbH” şirkəti (bundan sonra – “Şirkət”) arasında 2012-ci il 15 may tarixində KP/TB/GUAR-1/xx-xx-2012 saylı qarantiya müqaviləsi (bundan sonra – "xxxx") bağlanmışdır. 2. 15-05 saylı müqaviləyə görə: - Qarant (ASC) Prinsipalın (Şirkətin) tapşırığı ilə müqavilə üzrə öhdəçilik götürmüşdür ki, kənd təsərrüfatına aid ağır texnikanın alınması üçün 126.850 avrodan artıq olmayan məbləğin bu müqavilə ilə nəzərdə tutulan şərtlərlə və hüdudlarda Benefisiara – Almaniyanın “X1 GmbH” Şirkətinə (bundan sonra – “CGS GmbH”) ödənilməsi haqqında yazılı öhdəlikqarantiya verir (1.1-ci bənd). - Qarantiya verilməsinə görə Prinsipal Qarantiya məbləğinin 2012-ci il 15 may tarixindən həmin il 15 avqust tarixinə kimi illik 6% miqdarında haqq (minimum 1.000 AZ N) ödəməlidir (1.2-ci bənd). - CGS GmbH-dən kənd təsərrüfatına aid ağır texnikanın alınmasından sonra ödəniş şərtlərini pozduğu halda Qarant Benefisiarın yazılı tələbi ilə 126.850 avrodan artıq olmayan məbləği Benefisiara ödəməlidir (2.1-ci bəndi). - Qarant tərəfindən Benefisiara qarantiya üzrə hər hansı məbləğin ödənildiyi gün Prinsipalın Qarant qarşısında həmin məbləğdə kredit öhdəliyinin yarandığı gün hesab edilir və yaranmış borc illik 20% hesablanmaqla 90 bank günü müddətində müvafiq ssuda hesabında uçota alınır. Borc məbləği bu müddət ərzində qaytarılmadıqda Prinsipal əsas borc məbləğindən və faizlərdən əlavə Qaranta vaxtında qaytarılmayan məbləğin illik 30 % miqdarında cərimə faizləri ödəyir (4.4-cü bənd).
3. ASC ilə Şirkət arasında 2012-ci il 18 may tarixində KP/TB/GUAR-xx-xx-2012 saylı qarantiya müqaviləsi (bundan sonra – “18-05 saylı müqavilə”) bağlanmışdır. 4. 18-05 saylı müqavilə 2012-ci il 17 may tarixindən həmin il 15 avqust tarixinə kimi 475.925 avrodan artıq olmayan məbləğdə yazılı öhdəlik – qarantiya verilməklə 15-05 saylı müqavilə ilə eyni şərtlərlə bağlanmışdır (bax yuxarıda § 2).
5. ASC tərəfindən verilmiş 2013-cü il 19 noyabr tarixli 255/13 saylı arayışdan görünür ki, Şirkətin 15-05 saylı müqavilə üzrə 2013-cü il 14 noyabr tarixinə 7.881,91 avro ödənilməmiş faiz üzrə, 200 manat swift xərci, 200 manat ödənilməmiş düzəliş xərci, 15 avro ödənilməmiş benefisiar xərci, 225,35 avro ödənilməmiş ödəniş xərci üzrə, cəmi 8.122,26 avro, 400 manat, 18-05 saylı müqavilə üzrə 2013-cü il 13 noyabr tarixinə 125.850 avro ödənilməmiş əsas borc üzrə, 48.201,99 avro ödənil məmiş faizlər üzrə, cəmi 174.051,99 avro borcu vardır.
6. ASC tərəfindən verilmiş 2013-cü il 18 oktyabr tarixli 05/6965-13 saylı bildirişin təsdiq edilmiş surətindən görünür ki, Şirkətlə ASC arasında 2011-ci il 20 aprel tarixində bağlanmış 126.030 avro məbləğində qarantiya müqaviləsinin, bundan əlavə 2012-ci il 15 may tarixində bağlanmış qarantiya müqaviləsinin şərtlərinə əsasən, ASC tərəfindən Şirkətə 2012-ci il 12 sentyabr tarixindən 3 ay müddətinə 475.925 avro kredit vəsaiti ayrılmışdır. Qarantiya müqavilələrinin bəndlərindəki şərtlər yerinə yetirilməmiş, sözügedən müqavilələrə əsasən qarantiyalar üzrə haqq və komisyon haqları tam və vaxtlı-vaxtında həyata keçirilməmiş, müqavilələrin şərtləri pozulmuşdur. Belə ki, Şirkətin 2013-cü il 17 oktyabr üçün ASC-yə 2011ci il 20 aprel tarixli müq aviləyə əsasən qarantiyalar üzrə ödənilməmiş haqq və komisyon haqları 8.121 avro və 400 manat, 2012-ci il tarixli 15 may qarantiya müqaviləsinə əsasən qarantiyalar üzrə ödənilməmiş haqq və komisyon haqları 40.306,90 avro və 1.409,81 manat, ayrılmış kredit vəsaiti üzrə borc 125.850 avro, faiz borcu 34.812,98 avro, ümumilikdə 209.090,88 avro və 1.809,81 manat borcu vardır.
7. ASC tərəfindən 2013-cü il 18 oktyabr tarixli 05/6965-13 nömrəli bildirişlə Şirkətə yaranmış borc məbləğinin 3 gün ərzində banka könüllü ödənilməsi bildirilmiş, əks təqdirdə mübahisənin məhkəmə yolu ilə həll olunacağı barədə rəsmi xəbərdarlıq edilmişdir.
8. Şirkətin Azərbaycan Respublikasındakı Filialının dövlət reyestri məlumatlarının təsdiq edilmiş surətindən görünür ki, bu filial (VÖEN **********, təşkilati-hüquqi f orması-digər kommersiya təşkilatı) 2008-ci il 26 noyabr tarixində dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. ASC 2014-cü il 5 fevral tarixində Şirkətə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
10. İddia tələbi yuxarıda §§ 1-7-də göstərilən hallarla əsaslandırılmış və bildirilmişdir ki, ASC tərəfindən prosessual qanunvericilikdə təsbit olunmuş məhkəmə və ərazi aiddiyyəti qaydalarına tam əməl olunmuşdur. Belə ki, hazırkı cavabdeh hüquqi şəxsin daimi fəaliyyət göstərən qurumu X2 GmbH-nin Azərbaycan Respublikasındakı filialıdır ki, qarantiya müqavilələri məhz həmin qurum vasitəsilə hüquqi şəxslə bağlanmışdır.
11. Bu səbəblərdən dolayı ASC-nin nü mayəndəsi Şirkətdən ASC-nin xeyrinə 15-05 saylı müqavilə üzrə 7,881,91 avro faiz, 200 manat swift xərci, 200 manat ödənilməmiş düzəliş xərci, 15 avro ödənilməmiş benefisiar xərci, 225,35 avro ödənilməmiş ödəniş xərci, cəmi 8.122,26 avro, 400 manat borcun, 18-05 saylı müqavilə üzrə 125.850 avro əsas borc, 48.201,99 avro, cəmi 174.051,99 avro borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 may tarixli 2(82)1281/2014 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Şirkətdən 15-05 saylı müqavilə üzrə 7.881,91 avro faiz borcu, 18-05 saylı müqavilə üzrə 125.850 avro əsas borc, 48.201,99 avro faiz borcu, cəmi 181.933,9 avro borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edil miş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat tutularaq ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim – Z.Tağıyev).
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas və faiz borcunun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
14. Ödənilməmiş swift xərci, benefisiar xərci, düzəliş xərci və ödəniş xərcləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, ASC bu xərclərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.
15. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – “ARK”) 19-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 443.1, 445.2.1, 448.1, 449.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1, 217, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – “AMP”) “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının 10-cu bəndinə istinad etməklə əsaslandırmışdır.
16. Şirkət 2014-cü il 11 noyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 17. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 noyabr tarixli 2(82)1281/2014 saylı qərardadına əsasən apellyasiya şikayəti və ona əlavə olunan sənədlər geri qaytarılmışdır (hakim – Z.Tağıyev).
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 21 yanvar tarixli 2-2(103)-80/2015 saylı qərardadı ilə 2 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinin 2014cü il 12 noyabr tarixli 2(82)-1281/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – M.Tağızadə, hakimlər – N.Mustafayev, K.Abiyeva).
19. Şirkət 2018-ci il 2 avqust tarixində qərardaddan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 21 yanvar tarixli 2- 2(103)80/2015 saylı qərardadını və 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 9 dekabr tarixli 2(82)-1281/2014 saylı qərardadını ləğv edib, şikayətin mahiyyəti üzrə apellyasiya qaydasında araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 5 dekabr tarixli 2-2(102)-446/2018 saylı qərar ı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 21 yanvar tarixli 2-2(103)80/2018 saylı qərardadı ləğv edilmiş və iş apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – K.Bədəlov, hakimlər – İ.Dadaşov, S.Hüseynova).
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 fevral tarixli 2-2(103)-167/2019 saylı qərardadı ilə şikayət təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 noyabr tarixli 2-2(82)-1281/2014 saylı qərardadı ləğv edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 may tarixli 2-2(82)1281/2014 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət Şirkətə münasibətdə burax ılmamış hesab edilmiş, apellyasiya mümkün sayılmış, işə baxılması məhkəmə iclasına təyin edilmiş, eyni tarixli digər qərardadla iddiaçı "xxxx" ASC ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “ƏSF”) ilə əvəz edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – S.Seyidova, İ.Əhmədov). b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 iyun tarixli 2- 2(103)-250/2019 saylı qətnaməsi ilə Şirkətin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 may tarixli 2-2(82)-1281/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – S.Seyidova və İ.Məmmədov).
23. Məhkəmə kollegiyası b irinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin yeganə dəlilini əsassız saymışdır. Belə ki, 15-05 saylı və 18-05 saylı müqavilələr məhz Şirkətlə bağlanmışdır. MM-in 53.2-ci maddəsi də hüquqi şəxsin filialının onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölməsi olmasını təsbit etmişdir. Odur ki, MPM-in 261-ci maddəsində nəzərdə tutulan icraata xitam verilmə əsasları iş üzrə müəyyən edilmir.
24. Şirkətin təqdim etdiyi 2019-cu il 17 may tarixli müstəqil auditor rəyi onun ASC-yə olan borclarının ödənildiyini təsdiq edən sənəd deyil. Belə ki, MPM-in 81-ci maddəsinə əsasən, əgər Şirkət ASC-yə olan borcları bank vasitəsilə ödədiyini irəli sürürsə, həmin ödənişlərin təyinatını təsdiq edən sənədləri (ödəniş tapşırığı, mədaxil qəbzi, ekspert rəyi və sair) məhkəməyə təqdim etməli idi. Onun təqdim etdiyi digər materiallar isə Azərbaycan Respublikasının dövlət dilində olmadığı və tərcüməsi notariat qaydasında təsdiq edilmədiyi üçün müzakirə edilmir.
25. Məhkəmə bu qənaətini birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş hüquq normalarından başqa (bax yuxarıda § 15), həmçinin MM-in 53.2, 427.3, 448.2, 478, 489.1-ci, MPM-nin 81-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
26. Həmin qətnamədən Şirkət 2019-cu il 19 avqust tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 noyabr tarixli 2-2(102)-468/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 iyun tarixli 22(103)- 250/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – X.Məmmədov, hakimlər – A.Hüseynov və R.Nəbizadə).
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şirkət auditor rəyini qarantiya müqavilələri üzrə öhdəliklərin onun tərəfindən yerinə yetirilməsini təsdiq edən sübut kimi təqdim etmişdir. Müvafiq olaraq məhkəmənin, sübut dəyəri daşıdığı üçün həmin rəyi MPM-in 88-ci maddəsindən irəli gələn işdəki digər sübutlarla birgə tədqiq etmək və qiymətləndirmək vəzifəsi olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə sübutların mümkünlüyünə dair norma kimi çıxış edən MPM-in 81-ci maddəsinə istinadla ümumiyyətlə həmin sübutu yoxlamaqdan və qiymətləndirməkdən imtina etmiş, bu zaman prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
29. Hazırkı halda auditor rəyinə münasibətdə MPM-in 81-ci maddəsinin tətbiqi düzgün deyildir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsindən göründüyü kimi, auditor rəyi hər hansı halı qəti müəyyən edən sübutetmə vasitəsi deyil, hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.
30. Beləliklə, hüquqi əhəmiyyəti olan rəsmi sənəd kimi auditor rəyi məhkəmədə tərəflərin tələb və etirazlarını əsaslandıran halları müəyyən edən sübutetmə vasitələrindən biridir. Ona görə də, məhkəmə ona təqdim olunmuş auditor rəyini iş üzrə mübahisələndirilən halları aydınlaşdırmağa yönəlmiş sübutlardan biri kimi qəbul etməklə müvafiq qaydada tədqiq etmək və qiymətləndirmək vəzifəsi daşıyır.
31. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəyə prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində cavabdehin sübut kimi təqdim etdiyi auditor rəyinin yoxlanılması və qiymətləndirilməsi təmin edilməmişdir. Həmin sübuta qiymət verilməməsi müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilib-edilmədiy i ilə bağlı məsələ üzrə də nəticənin dəqiq müəyyən edilmədiyinə dəlalət edir. Təkrar apellyasiya baxışında auditor rəyinin, eləcə də ondan irəli gələn mümkün digər halların və sübutların işdəki digər sübutlarla birgə tədqiq edilməsi və qiymətləndirilməsi təmin olunmalıdır.
32. Məhkəmə öz qərarını MPM-in 76.1, 88-ci, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 mart tarixli 2-2(103)-80/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur (sədrlik edən – V.Baxışova, hakimlər – E.Nağıyeva, C.Yusifov): qarantiya müqavi lələrinin şərtlərinə əsasən Şirkət (filialı) tərəfindən 2014-cü il 12 may tarixinədək ASC-yə filialın həmin bankdakı hesabından akseptsiz qaydada silinmələr də nəzərə alınmaqla hansı məbləğdə ödəniş edilmişdir (əsas borc və faiz üzrə) və 2013-cü il 19 noyabr tarixinədək banka qalıq faiz borcu nə qədər təşkil etmişdir?
34. Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 17 iyul tarixli məhkəmə-mühasibat ekspertizasının 9/994 nömrəli rəyində qeyd olunmuşdur ki, 15-05 saylı müqavilə üzrə hesabdan çıxarış məlumatları tam təqdim edilmədiyindən, Şirkətin həmin müqavilə üzrə ASC-yə olan borcunu müəyyən etmək mümkün olmadı. Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 18-05 saylı müqavilə şərtləri əsas götürülməklə bu müqavilə üzrə Şirkət tərəfindən 350.075 avro məbləğində ödəniş olmuş və 2013-cü il 19 noyabr tarixinə ASC-yə olan faiz və əsas borcu 162.900,28 avro (əsas borc üzrə 125.850 avro, faiz borcu üzrə 37.050,28 avro) məbləğində müəyyən edilir.
35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(103)-80/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 may tarixli 2-2(82)-1281/2014 saylı qətnaməsi qismən -18-05 saylı müqavilə üzrə faiz borcu tutulması hissəsində dəyişdirilmiş, həmin müqavilə üzrə Şirkətdən ASC-nin xeyrinə 37.050,28 avro faiz borcunun tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, Şirkətdən Məhkəmə Ekspertiza Mərkəzinin hesabına 200 manat ekspertiza xərci tutulmuşdur (sədrlik edə n – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).
36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Almaniyanın “RGG GmbH” şirkətinin filialı Azərbaycan Respublikasında 2008-ci il 26 noyabr tarixində qeydiyyata alındığından Azərbaycan məhkəmələri Azərbaycanda filialı olan cavabdehə qarşı qaldırılmış iddiaya baxmaqda səlahiyyətli olmuşlar.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Şirkət tərəfindən təqdim edilmiş audit rəyində Şirkətin ASC-yə olan əsas və faiz borcunun tam ödənildiyi qeyd edilsə də, rəydə hansı müqavilə üzrə borcun tam ödənilməsinin nəzərdə tutulduğu, hər bir müqavilə üzrə faiz borcunun auditor tərəfindən hansı məbləğdə müəyyən edildiyi qeyd olunmamışdır. Bundan əlavə, rəydə Şirkətin ödənişinin cəmi 469.619,6 avro təşkil etdiyi qeyd edilsə də, ASC- nin maliyyə arayışlarına əsasən, hər iki müqavilə üzrə ödənişlərin məbləği 476.925 avro müəyyən olunur. Göründüyü kimi, auditor Şirkətin həyata keçirdiyi ödənişlərin məbləğini belə düzgün hesablamamış və ödənişləri ASC-nin arayışlarındakı məbləğlərdən az göstərmişdir. Eyni zamanda, hər iki qarantiya müqaviləsi üzrə əsas borcun məbləği ümumilikdə 602.775 avro təşkil etdiyi halda, Şirkətin cəmi 469.619,6 avro ödəniş etməklə bütün borcu ödədiyinə dair auditor rəyində qeyd edilənlərin əsassız olduğu müəyyən olunur. Buna görə də, həmin audit rəyi işin hər hansı halını müəyyən edən mötəbər sübut kimi qəbul edilə bilməz.
38. Şirkət tərəfindən məhkəməyə 15-05 saylı müqavilə üzrə faiz ödənildiyini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, həmin müqavilə üzrə Şirkə tdən faiz borcu tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.
39. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, 18-05 saylı müqavilə üzrə faiz borcu 37.050,28 avro məbləğində müəyyən edilməli, apellyasiya şikayətinin dəlilləri qalan hissələrdə əsassız hesab edilərək təmin edilməməlidir.
40. Məhkəmə bu qənaətini MPM-nin 14.2, 77.1, 88, 261, 440.1-ci maddələrinə, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
41. Həmin qətnamədən 2020-ci il 20 oktyabr tarixində ƏSF kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməyən hissədə tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Həmçinin həmin qətnamədən 2020-ci il 11 noyabr tarixində Şirkət kassasiya şikayəti verər ək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli 2-2(102)-56/2021 saylı qərarı ilə ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Şirkətin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-2(103)-80/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – B.Məmmədli, hakimlər – S.Hüseynova və B.Qəribov).
44. Məhkəmə kollegiyası iddiaçı kassatorun 2012-ci il 18 may tarixli qarantiya müqaviləsi üzrə ekspertin 37.050,28 avro məbləğində hesabladı ğı faiz borcunun azlığına dair dəlili ilə aşağıdakı səbəblərdən razılaşmır.
45. MPM-ə 2019-cu il 29 noyabr tarixində əlavə edilmiş və 2020-ci il 1 mart tarixindən qüvvəyə minmiş 102.3-cü maddəyə görə, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Lakin işin materiallarında olan 2020-ci il 26 avqust tarixli məhkəmə iclasının protokolundan görünür ki, sözügedən ekspert rəyi tədqiq olunarkən həmin iclasda iştirak edən Bankın nümayəndəsi belə vəsatət verməmişdir. Halbuki işin materiallarında olan xəbərnamədən görünür ki, ekspert rəyi Banka 2020-ci il 20 avqust tarixində təqdim olunmuşdur. Göründüyü kimi, Bankın həmin ekspert rəyi ilə ətraflı tanış olması və mövqeyinin formalaşdırılması üçün 6 gün vaxtı olmuşdur. Bununla əlaqədar iddiaçı kassato run faiz borcunun azlığı haqqında narazılığı qəbuledilməzdir.
46. Məhkəmə kollegiyası iş üzrə ekspertiza ilə bağlı qanun pozuntularına yol verilməsinə, ekspert rəyinin qüsurlu olmasına, auditor rəyinə düzgün qiymət verilməməsinə dair cavabdeh kassatorun dəlilləri ilə razılaşaraq bu məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab etmişdir.
47. İş materiallarından görünür ki, əlavə materialların təqdim olunmasına dair ekspertin vəsatəti daxil olduqdan sonra məhkəmə MPM-in 9-cu maddəsində nəzərdə tutulmuş çəkişmə prinsipini, habelə Şirkətin MPM-in 47.2-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqlarını pozaraq bununla bağlı birtərəfli qaydada yalnız Banka müraciət etmiş, Bankdan aldığı sənədləri qarşı tərəfin onlara dair münasibətini öyrənmədən ekspertə gön dərmişdir. Həmçinin, vəsatətə əsasən ekspertə təqdim olunmuş materiallar tam və hərtərəfli tədqiqatın aparılması üçün yetərli olmamışdır. Bunun nəticəsidir ki, ekspert rəyində 15-05 saylı müqavilə üzrə hesabdan çıxarış məlumatları tam təqdim edilmədiyindən ekspertiza qarşısında qoyulmuş iki sualdan birincisinə cavab vermək, həmin müqavilə üzrə borcu müəyyən etmək mümkün olmamışdır.
48. İşin materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 26 tarixli iclasının protokolundan görünür ki, Şirkət ekspertizanın nəticələri ilə razılaşmamış, ekspert rəy verərkən Şirkətin təqdim etdiyi audit rəyi və sənədlərini nəzərə almadığını, Bankın təqdim etdiyi hesabdan çıxarış ilə Şirkətin təqdim etdiyi sənədlər arasında ziddiyyətlərin aradan qaldırılmadığını bildirmiş, bu səbəbdən təkra r ekspertizasının aparılmasını təklif etmiş, qarşı tərəf bu təklifə etiraz etməyərək məsələni məhkəmənin mülahizəsinə buraxmışdır.
49. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi yerində müşavirə edərək heç bir əsas gətirmədən Şirkətin müvafiq vəsatətini təmin etməmiş, bununla da istinad olunan prosessual tələbi pozmuşdur. Həmin pozuntu mübahisənin düzgün həllinə imkan verməmiş, işin həllinə birbaşa təsir etmiş, iş üzrə bütün hallar araşdırılmamış, nəticədə əsaslandırılmamış qətnamə qəbul olunmuşdur.
50. Bundan başqa, məhkəmə Şirkətin təqdim etdiyi audit rəyini iki səbəbdən işin hər hansı halını müəyyən edən mötəbər sübut kimi qəbul etməmişdir. Birinci səbəb rəydə Şirkətin Banka olan əsas və faiz borcunun tam ödənildiyi qeyd edilsə də, hansı müqavilə üzrə borcun tam ödənilməsinin nə zərdə tutulduğu, hər bir müqavilə üzrə faiz borcunun hansı məbləğdə müəyyən edildiyinin qeyd olunmamasıdır. Lakin bu zaman məhkəmə nəzərə almamışdır ki, auditor qarşısında qoyulmuş sualın məqsədi və ona auditor rəyində verilmiş cavab Şirkətin baş ofisinə xidmət edən Almaniya bankından bilavasitə iddiaçı Bankın hesabına daxil olmuş vəsaitin auditi olmuşdur. Rəydə audit qarşısında qoyulmuş suala cavab olaraq bildirilmişdir ki, 2012-ci ilin oktyabr və dekabr aylarında “X2 GmbH” şirkətindən onun Azərbaycan Respublikasındakı filialının İddiaçı2 ASC-dəki hesabına ümumilikdə 469.619,6 avro vəsait daxil olmuşdur ki, bu da bank zəmanətlərinin və bank xidmət haqqının və faizlərin tam ödənilməsinə yönəldilmişdir. Audit rəyinin mötəbər sübut kimi qəbul edilməməsinin ikinci səbəbi isə rəydə Şirkətin et diyi ödənişin cəmi 469.619,6 avro təşkil etdiyi qeyd edilsə də, Bankın maliyyə arayışlarında hər iki müqavilə üzrə ödənişlərin məbləğinin 476.925 avro göstərilməsi, habelə əsas borcun məbləği ümumilikdə 602.775 avro təşkil etdiyi halda, rəydə Şirkətin cəmi 469.619,6 avro ödəniş etməklə bütün borcun ödənildiyinin qeyd edilməsi olmuşdur.
51. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Bankın birtərəfli qaydada təqdim etdiyi maliyyə arayışlarına əsaslanaraq audit rəyində göstərilmiş borcun hesablanmasının nəticələrini şübhə altına almış, audit rəyinə düzgün əsaslandırılmış qiymət verməyərək onu qeyri-mötəbər hesab etmiş, obyektivlik prinsipini gözləməmiş, beləliklə MPM-in 88-ci maddəsinin tələblərini də pozmuşdur.
52. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, audit rəyi nin mötəbər sübut kimi qəbul edilməməsi üçün məhkəmənin gətirdiyi hər iki səbəb əsassızdır. Məhkəmə Bankın təqdim etdiyi maliyyə arayışı, ekspert rəyi ilə audit rəyində əks olunanlar arasındakı ziddiyyəti aradan qaldırmaq, qaranlıq məqamlara aydınlıq gətirmək əvəzinə, audit rəyini əsassız olaraq qeyri-mötəbər sübut kimi kənara qoymuş, iş üzrə əsaslandırılmış qərar qəbul etməmişdir. Halbuki Ali Məhkəmənin iş üzrə qəbul etdiyi 2019-cu il 12 noyabr tarixli qərarda verilmiş göstəriş məhz təkrar apellyasiya baxışında auditor rəyinin, eləcə də ondan irəli gələn mümkün digər halların və sübutların işdəki digər sübutlarla birgə tədqiq edilməsi və qiymətləndirilməsi idi. Lakin həmin göstəriş yerinə yetirilmədiyindən MPM-in 420-ci maddəsinin tələbi pozulmuş, işdə olan qeyri-müəyyənliklər, ziddiyyə tlər aradan qaldırılmamışdır.
53. Məhkəmə öz qərarını MPM-in 47.2, 88, 102.3, 418.3, 420-ci maddələrinə, AMP-nin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarına; KMP-nin “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 25 fevral tarixli qərarına; İHAM-ın “Kraska İsveçrəyə qarşı iş üzrə” 1993-cü il 19 aprel tarixli qərarına; İHAM-ın “Van de Huk Niderlanda qarşı iş üzrə” 1994-cü il 19 aprel tarixli qərarına; İHAM-ın “Hiro Balani İspaniyaya qarşı iş üzrə” 1994-cü il 9 dekabr, “Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə” 2007-ci il 21 yanvar tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
54. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022 -ci il 9 mart tarixli 2-2(103)-13/2022 saylı qətnaməsi ilə Şirkətin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 12 may tarixli 2-2(82)-1281/2014 saylı qətnaməsi mübahisələndirilən, iddia tələbinin təmin edildiyi “cavabdehdən faiz məbləğlərinin tutulması” hissəsində dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə 2012-ci il 15 may tarixli KP/TB/GUAR-1/xx-xx-2012 saylı qarantiya müqaviləsi üzrə tutulmalı olan faiz borcu 7.428,48 avro; 2012-ci il 18 may tarixli KP/TB/GUAR/xx-xx-2012 saylı qarantiya müqaviləsi üzrə isə faiz borcu 37.050,28 avro məbləğində müəyyən edilmişdir. Qətnamənin iddianın təmin edildiyi qalan - 2012-ci il 18 may tarixli KP/TB/GUAR/xx-xx-2012 saylı müqavilə üzrə 125.850 avro məbləğində əsas borcun cavabdehdən tutulması h issəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – X.Cəmilova, hakimlər – A.Oruczadə və M.Tağızadə).
55. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq MM-in 739-cu maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu müqavilələrdən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilələrdən yaranan borc (birinci müqavilə üzrə faiz borcu, ikinci müqavilə üzrə əsas və faiz borcu) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qarantiya müqavilələri üzrə yaranmış faiz borclarının məbləğinə münasibətdə düz gün nəticəyə gəlməmişdir.
56. Belə ki, əvvəlki apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyinə əsasən ekspert tərəfindən tərəflər arasında bağlanmış 2012-ci il 15 may tarixli qarantiya müqaviləsinin şərtlərinə görə, 2014-cü il 12 may tarixədək Şirkət tərəfindən ASC-yə filialın həmin bankdakı hesabından akseptsiz qaydada silinmələr də nəzərə alınmaqla hansı məbləğdə ödənişin edilməsi (əsas borc və faiz üzrə) və 2013-cü il 19 noyabr tarixədək banka qalıq faiz borcunun nə qədər təşkil etməsi barədə suala cavab verilməmişdir.
57. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli 2-2(102)-56/2021 saylı qərarında qoyulmuş göstərişlər, ekspert qarşısında qoyulmuş suala tam cavab verilmədiyi və bunun gələcəkdə tərə flər arasında yeni mübahisə yaradacağı nəzərə alınaraq iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
58. Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 25 noyabr tarixli 9/5406 saylı ekspert rəyindən görünür ki, 2012-ci il 15 may tarixli KP/TB/GUAR-1/xx-xx-2012 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan borcu 2013-cü il 19 noyabr tarixə əsas borc üzrə 28.452,11 avro, faiz borcu üzrə 7.428,48 avro, 2014-cü il 12 may tarixə əsas borc üzrə 29.452,11 avro, faiz borcu üzrə 10.259,15 avro; cavabdehin iddiaçıya ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 2012-ci il 18 may tarixli KP/TB/GUAR-xx-xx2012 saylı qarantiya müqaviləsinin şərtləri əsas götürülməklə cavabdeh tərəfindən 350.075 avro məbləğində ödəniş olmuş, 2013-cü il 19 noyabr tarixə əsas borc üzrə 125.850 avro, faiz borcu üzrə 37.050,28 avro, 2013-cü il 19 noyabr tarixə əsas borc üzrə 125.850 avro, faiz borcu üzrə 49.145,86 avro olduğu müəyyən edilmişdir.
59. Kollegiya iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab etmişdir ki, həmin rəy iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış sənədləri əsasında verildiyindən, inandırıcı olmaqla, mötəbər sübut kimi qəbul edilməlidir.
60. Məhkəmə kollegiyası işin hallarını, iş materiallarında olan rəyin məlumatlarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə hər iki müqavilə üzrə cavabdehdən tutulmalı olan faiz borclarının məbləği dəyişdirilərək, ekspert rəyində qeyd olunan həcmdə müəyyən edilm əli, ikinci müqavilə üzrə cavabdehdən tutulmalı olan əsas borcun məbləği isə ekspert rəyi ilə də təsdiq olunduğundan qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
61. Şirkət tərəfindən müqavilələrinin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində sonuncu dəfə ekspert tərəfindən verilmiş rəydə göstərilən məbləğdən daha az borcunun qaldığı barədə heç bir sübut məhkəməyə təqdim edilməmiş, hətta məhkəmə iclasında nümayəndənin iştirakı belə təmin edilməmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 443.1, 445.2.1, 448.1, 449.1, 739.1-ci; MPM-in 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.
63. Qətnamə 2022-ci il 14 mart tarixli məktubla tərəflərə göndərilmiş, cavabdehə 2022ci il 28 mart tarixində çatdırılmışdır.
64. Şirkə t 2022-ci il 3 iyul tarixində kassasiya şikayəti verməklə qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
65. MPM-in 442-ci maddəsinin tələbləri pozulmuşdur – Məhkəmə tərəfindən öhdəliklərin icra edilməməsi ilə bağlı qənaəti iş materiallarında olan audit rəyi ilə zidiyyət təşkil edir. Keçirilmiş audit yoxlaması nəticələrinə görə, cavabdehin bank qarşısında öhdəliklərinin icra edildiyi müəyyən edilir. Məhkəmənin isə iddiaçı bank tərəfindən öz mənafeləri naminə məhkəməyə təqdim etdiyi arayış və digər sübutları əsas götürməklə gəldiyi qənaəti yalnış olmuşdur.
66. MPM-in 76.1-ci maddəsinin tələbləri pozulmuşdur – Tərəfimizdən məhkəməyə təqdim edilmiş "x xxx" MMC-nin 2019-cu il 17 may tarixli audit rəyində qeyd edilmiş faktlar Məhkəmə tərəfindən subut kimi qəbul edilməli olduğu halda qəbul edilməmişdir. İddiaçının məhkəməyə iddia tələbinin əsası kimi təqdim etdiyi hesabdan çıxarış maliyyə arayışı və bu sənədlər əsasında verilmiş ekspert rəyinə düzgün istinad etməmişdir. İddiaçının özü tərəfindən özünün mənafelərinə uyğun şəkildə verdiyi arayışın hüquqi qüvvəsinin olmamasını nəzərə almamışdır. İddiaçı tərəfindən qarantiya müqaviləsi şərtlərinin pozulması səbəbindən iddiaçı pul vəsaitinin köçürülməsini təsdiq edən mötəbər sənədləri (yazışmalar, bildirişlər, o cümlədən ödənişi təsdiq edən svifti) məhkəməyə təqdim edə bilməmişdir.
67. MPM-in 8.1-ci maddəsinin tələbləri pozulmuşdur - Məhkəmə ekspert qarşısında sual qoyarkən rəyin yalnız iddiaçı nın təqdim etdiyi sənədlər nəzərə alınmaqla verilməsini tələb etmiş, cavabdeh tərəfindən təqdim edilən audit rəyinə ekspert tərəfindən münasibət bildirilməsinə maneələr yaradılmışdır. Məhkəmənin ekspert rəyinin əsaslılığını “ekspertiza zamanı tədqiq edilmiş sənədlər”in iddiaçı tərəfindən verildiyi üçün mötəbər sübut kimi qəbul etməsi qənaəti ilə, tərəflərin və sübutların birindən digərinə münasidətdə üstün olması kimi qiymətləndirməklə, MPM-in “ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini” pozmaqla aparılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
68. ASC tərəfindən 2022-ci il 24 avqust tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, Şirkətin kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 9 ma rt tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Qeyd edilmişdir ki, cavabdeh ödənişlərlə bağlı etirazını bildirsə də, bununla bağlı sübutları, etirazının əsaslarını, Bankın təqdim etdiyi sübutların əksini göstərən sənədləri təqdim edə bilməmişdir. Şirkət tərəfindən verilən kassasiya şikayəti məhkəmə qətnaməsinin icrasının həyata keçirilməsinə mane olmaq məqsədi daşıyır. İddiaçının tələbləri məhkəmə prosesləri zamanı araşdırılmış və sözügedən məsələlərə hüquqi qiymət verilmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
69. Kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət (MPM-in 405.0.2ci maddəsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən bərpa edilməklə verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblər inə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
70. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
71. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜ QUQ
72. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun po zulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənl əşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....”
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli 2-2(103)-13/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
75. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli 2-2(102)-56/2021 saylı qərarı ilə maliyyə arayışı, ekspert rəyi və audit rəyi arasındakı ziddiyyətli məqamların aradan qaldırılması ilə bağlı göstərişlərin icrası məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə- mühasibatlıq ekspertizası təyin edilmişdir (bax yuxarıda §60). İddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış sənədləri əsasında verilmiş həmin rəy apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilərək mötəbər sübut kimi qəbul edilmiş və məhkəmə həmin rəyə istinadən belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə hər iki müqavilə üzrə cavabdehdən tutulmalı olan faiz borclarının məbləği dəyişdirilərək, ekspert rəyində qeyd olunan həcmdə müəyyən edilməli, ikinci müqavilə üzrə cavabdehdən tutulmalı olan əsas borcun məbləği isə ekspert rəyi ilə də təsdiq olunduğundan qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
76. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkəmə ekspert qarşı sında sual qoyarkən rəyini yalnız iddiaçının təqdim etdiyi sənədlər nəzərə alınmaqla verilməsini tələb etmiş, cavabdeh tərəfindən təqdim edilən audit rəyinə ekspert tərəfindən münasibət bildirilməsinə maneələr yaradılmışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, hər hansı sübutun qiymətləndirilməsi ekspert tərəfindən deyil, işə baxan məhkəmə tərəfindən qiymətləndirilə bilər. Digər tərəfdən isə yuxarıda qeyd edildiyi kimi ekspert rəyi və audit rəyi arasındakı ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə işə sonuncu dəfə baxan apelyasiya məhkəməsi tərəfindən əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aydınlaşdırılması üçün suallar qoymaq hüququ olsa da cavabdeh qanunvericilyin ona verdiyi bu imkandan da yararlanmamışdır.
76. Məhkəmə tərkibi həmçinin onu da nəzərə alır ki, cavabdeh Şirkət tərəfindən müqavilələrin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində ekspert tərəfindən verilmiş rəydə göstərilən məbləğdən daha az həcmdə borcun qaldığı barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, məhkəmə iclasında isə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir.
77. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq məhkəmə tərkibi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
78. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Respublikası MPM-nin 417419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR:
80. Cavabdeh “X2 GmbH” şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli 22(103)-13/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.