Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-581/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: kredit müqaviləsi; gecikdirilmiş vaxt üçün illik 5 faiz tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyul tarixli 2-2(103)596/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydas ında baxılmışdır. İşin halları 1. "xxxx" ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh MMC arasında 2007-ci il 1 iyun tarixində bağlanmış kredit müqaviləsindən yaranmış mübahisə üzrə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2009-cu il 12 fevral tarixli 2(81)-562/2009 saylı qətnaməsi ilə Bankın iddiası təmin edilmişdir. Qeyd edilmiş qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli 2-1(103)-147/2010 saylı qətnaməsi ilə qismən ləğv edilərək, Cavabdeh MMC-dən "xxxx" ASC-nin xeyrinə 2007-ci il 1 iyun tarixli kredit müqaviləsinə əsasən 43.317 manat əsas borcun, 7.215,82 manat faiz borcunun, 4.079,54 manat cərimə borcunun, cəmi 54.612,36 manat borcun tutulması, borcun girov qoyulmuş ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin hərracdan satılması və əldə olunmuş vəsait hesabın a ödənilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli 2-1(103)-147/2010 saylı qətnaməsi üzrə 2010-cu il 8 noyabr tarixdə icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmişdir. 3. 2010-cu il 30 noyabr tarixində Səbail rayon İcra Şöbəsi tərəfindən qeyd edilmiş icra vərəqəsi əsasında icraata başlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 24 noyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 33.905,17 manat məbləğin və ödənilmiş 210 manat dövlət rüsumunun (mediasiya xərcinin) cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (iddiaçı) ilə cavabdeh arasında bağlanan 2007-ci il 1 iyun tarixli kredit müqaviləsinə əsasən Borc alana 50.000 manat məbləğində illik 22% olmaqla 18 ay müddətinə kredit verilmiş, borcun təminatı olaraq, ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. "xxxx" ASC (iddiaçı) cavabdehdən 2007-ci il 1 iyun tarixli kredit müqaviləsinə əsasən 50.000 manat əsas borcun, 7.215,82 manat faiz borcunun, 4.079,54 manat cərimənin və 19,80 manat dövlət rüsumunun tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı Yerli İqti sad Məhkəməsinin 2009-cu il 12 fevral tarixli 2(81)-562/2009 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli 21(103)-147/2010 saylı qətnaməsi ilə cavabdehdən "xxxx" ASC-nin xeyrinə 2007-ci il 1 iyun tarixli kredit müqaviləsinə əsasən 43.317 manat əsas borcun, 7.215,82 manat faiz borcunun, 4.079,54 manat cərimə borcunun, cəmi 54.612,36 manat borcun tutulması, borcun ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin hərracdan satılması hesabına ödənilməsi qət olunmuşdur. Cavabdehin Banka 2010-cu il 29 aprel tarixindən 2022-ci il 29 sentyabr tarixinədək 2007-ci il 1 iyun tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5%) 33.905,17 manat borcu vardır.
6. Cav abdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, məhkəmə qətnaməsinin icra olunmamasının səbəbləri iddiaçının özünün qanunsuz hərəkətləri ilə bağlıdır. Bu vaxta kimi icra qanuni əsaslarla dayandırılmışdır. Burada cavabdehin hər hansı qeyri-qanuni hərəkəti olmamışdır. Faktiki olaraq cavabdeh uzun illərdir ki, fəaliyyətini dayandırıb. Bu barədə Dövlət Vergi Xidməti tərəfindən verilmiş sənədlər etiraza əlavə olunur. Digər tərəfdən, Bank kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirməsə də cavabdeh tərəfindən kreditin təminatı olaraq banka əmlak təqdim olunmuşdur. Bank da əmlakı dəyərləndirərək kreditin təminatı olaraq həmin əmlakı ipoteka ilə yüklü etmişdir. İddiaçı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2009-cu il 12 fevral tarixli qətnaməsinə istinad edərək, h əmin qətnamə ilə iddia tələblərinin təmin edilməsini və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini bildirir. Halbuki istinad olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2009-cu il 1 iyul tarixli qətnaməsi ilə dəyişdirilmiş, sonradan həmin qətnamədən də tərəflərin hər biri tərəfindən verilmiş kasasiya şikayətləri əsasında Ali Məhkəmədə yenidən baxılmış və Ali Məhkəmənin 2009-cu il 4 dekabr tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsi ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2009-cu il 12 fevral tarixli qətnaməsi dəyişdirilmiş, 6.683 manat əsas kredit borcunun tutulması və girov əmlak yetərli olmadıqda c avabdehin başqa əmlakı hesabına borcun qalan hissəsinin ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan - cavabdeh ilə Nikoyl İKB arasında bağlanılmış 2007-ci il 1 iyun tarixli 450307 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən Nikoyl İKB-nin xeyrinə 2007-ci il 1 iyun tarixli 450307 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 43.317 manat məbləğində əsas kredit borcunun, 7.215.82 manat məbləğində faiz borcunun, gecikdirməyə görə 2008-ci il 1 iyun tarixinədək hesablanmış 4.079,54 manat cərimənin, cəmi 54.612,36 manatın tutulması, borcun girov qoyulmuş ünvan 2 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına ödənilməsi, iddia üzrə ödənilmiş 19,80 manat dövlət rüsumunun cavabdehdən Ni koyl İKB-nin xeyrinə tutulması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırda qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsi ilə cavabdeh ilə Nikoyl-İKB arasında olan mülki mübahisəyə yekun hüquqi qiymət verilərək son qoyulmuş, həmin qətnamə ilə tərəflər arasında qarşılıqlı mülki hüquq münasibətləri, hüquq və öhdəlikləri yaradan müqaviləyə xitam verilmiş, yaranmış borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi qət edilmişdir. Bununla da cavabdehin bank qarşısında hər hansı öhdəliyi qalmamışdır. Xitam verilmiş kredit müqaviləsi üzrə hər hansı öhdəliyi əsas gətirərək cavabdehdən əlavə pul tələb etməyin heç bir hüquqi əsası yoxdur. İddiaçı iddia tələblərinin hüquqi əsası kimi MM-in 442, 448, 21, 445.1, 445.7-ci maddələ rinə istinad edir və gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsini tələb edir. Qeyd olunan maddələr borclunun öz risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyətindən bəhs edilir və MM-in 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə gecikdirilmiş vaxt üçün illik 5 % ödənilməsini tələb etmək hüququna malik olduğu qeyd olunur. İşin hallarından göründüyü kimi, borcalan cavabdeh kredit müqaviləsi üzrə öz risklərinin təminatı olaraq ipoteka ilə yüklü edilməsi üçün daşınmaz əmlak təqdim edib. Bank eyni zamanda gələcəkdə baş verə biləcək risklərdən sığortalanmaq üçün daşınmaz əmlakı ipoteka ilə yüklü edib və bu günə qədər də daşınmaz əmlak iddiaçının yüklülüyü ndədir. Yəni bank bu gün də ipoteka saxlayandır. Bununla yanaşı, iddiaçı öz hüququndan istifadə edərək MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş məbləğdən daha yüksək məbləğ tələb etmiş və həmin tələblərə baxılaraq qətnamə çıxarılmışdır. Bu gün də həmin qətnamə qanuni qüvvədədir. Qətnamənin icra olunmamasına görə cavabdeh məsuliyyət daşımır. İddiaçı istinad etdiyi maddələri düzgün təfsir etmir. İddiaçı 2010-cu ildən 2022-ci il tarixinədək olan müddət, yəni 12 il müddətinə 5% ödəniş tələb edir. Sual yaranır ki, iddiaçı əldə edə biləcəyi faydadan məhrum olurdusa, nəyə görə daha tez iddia qaldırmırdı və ya nə üçün 12 il gözləyirdi? Qanunla iddia tələbi ilə bağlı müəyyənləşdirilmiş iddia müddətləri vardır. İddia ərizəsi həmin iddia müddətləri daxilində verilməli idi. İddiaçı qeyd etmişdir ki, onlara tələblə bağlı müvafiq sənədlər göndərilmişdir. Əslində isə iddiaçı tərəfindən, o cümlədən icra məmuru tərəfindən məhkəməyə təqdim olunan sənədlər onlara verilməmişdir. Tərəflər arasında olan kredit müqaviləsi üzrə tələblərə baxılmış və hüquqi qiymət verilmişdir. Hazırkı vəziyyətdə cavabdehin iddiaçı bank qarşısında hər hansı öhdəliyi yoxdur. İddiaçı xitam verilmiş müqavilə əsasında 12 il sonra əsassız iddia qaldıraraq pul tələb etmişdir ki, bunun da heç bir hüquqi əsası yoxdur.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 aprel tarixli e-2-2(113)-415/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – K.Hüseynov).
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmə əsası məhz Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 2 9 aprel tarixli 2-1(103)-147/2010 saylı qətnaməsinin icra edilməməsinin nəticəsidir.
9. MM-in 445.7-ci maddəsinin təbiəti məhz pul öhdəliyinin icra edilməməsi ilə bağlı bir növ qanundan irəli gələn dəbbə xarakteri daşıyır. Yəni qanunun qeyd edilmiş normasına istinad etməklə məhz mövcud olan, yəni xitam (və yaxud ləğv) edilməmiş öhdəlik münasibətlərinin olması şərtdir. Məhkəmənin qətnaməsi isə hər hansı bir yeni öhdəlik münasibətləri yaratmır, əksinə, mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək bir növ tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə məhkəmənin qətnaməsi ilə qərar qəbul etməklə xitam etmiş olur. Yəni məhkəmənin qətnaməsi (indiki mübahisə ilə bağlı) qəbul edildikdən sonra tərəflər arasında mövcud olmuş öhdəlik münasibətləri d avam etmir.
10. Belə olan halda, yəni Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsinin icra edilməməsi ilə bağlı iddiaçı tərəfin MM-in 445.7-ci maddəsinə istinad etməklə pul tələbi barədə iddiası, qanun normasında olan dispozitiv şərtlərlə üst-üstə düşməməsi səbəbindən təmin edilə bilməz.
11. Bundan başqa, məhkəmə tərəfindən həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsinin icrası ilə bağlı icra materialları tələb edilmiş (müvafiq sənədlərin surətləri işə əlavə edilmişdir) və qeyd edilmiş icra materiallarında borclunun qətnamənin icrası ilə bağlı hər hansı qərəzli maneələrin yaradılması aşkar olunmamışdır.
12. Qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsində ipoteka predmetinin ilkin satış qiymət i müəyyən edilməmişdir. 13. 2011-ci il 14 yanvar tarixli Səbail rayon İcra Şöbəsinin icra məmurunun qəbul etmiş olduğu qərarla ipoteka predmetinin qiymətləndirilməsi ilə məqsədi ilə qiymətləndirici dəvət edilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən 2011-ci il 4 oktyabr tarixində rəy verilərək ipoteka predmetinin qiyməti 35.000 manat müəyyən edilmişdir.
14. Azərbaycan Respublikası Respublika Xammal və X6 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən hərracın keçirilməsi 2015-ci il 5 yanvar tarixinə təyin edilmişdir. Ancaq qeyd edilmiş hərracın nəticəsi ilə bağlı hər hansı məlumat yoxdur.
15. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2022-ci il 24 avqust tarixli 2(004)2852/2022 saylı qətnaməsi ilə X2 İddiaçı ASC və qeyrilərinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və s.” t ələbinə dair iddiası təmin edilməmiş və qeyd edilmiş qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli 2(103)-7317/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır.
16. Göründüyü kimi, cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsinin icrası ilə bağlı hər hansı qərəzli olaraq boyun qaçıran hərəkətləri müşahidə olunmamışdır.
17. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 385.1, 386.1, 442, 445.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin tam ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-ci il 1 3 iyul tarixli 2-2(103)-596/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – E.Kazımov və V.Baxışova).
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmış və iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə əlavə olaraq göstərmişdir ki, iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsi zərurəti yoxdur.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.7-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iş üzrə iddianın təmi n olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 442-ci maddəsi üzrə - Tərəflər arasında bağlanmış 2007-ci il 1 iyun tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən kreditin tam ödənilməməsi bu müddət ərzində öhdəliyin lazımınca icra edilməməsinə gətirib çıxarmışdır. Belə olan halda isə MM-in 442-ci maddəsində göstərilən halın baş verdiyi aydın şəkildə görünür. Lakin istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi bu halı nəzərə almamışdır.
24. MM-in 445.7-ci maddəsi üzrə - Öhdəliyin lazımınca icra edilməməsi hazırda Bankın cavabdehdən MM-in 445.7-ci maddəsini əsas götürməklə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ nu yaradır.
25. MM-in 449.1-ci maddəsi üzrə - Cavabdeh üzərinə düşən öhdəliyi 2022-ci il 29 sentyabr tarixinədək icra etməli olduğu halda, icra etməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlar 449.1-ci maddənin tərkibini yaradır.
26. MM-in 449.3-cü maddəsi üzrə - Kreditin məbləği kifayət qədər çox olduğundan, müqavilənin uzun müddət icra olunmaması Banka xeyli miqdarda zərər vurmuşdur. Bu isə özlüyündə kreditorun, yəni Bankın ona dəymiş zərəri tələb etmək hüququnu yaradır.
27. MPM-in 88-ci maddəsi üzrə - İddiaçı tərəfindən məhkəmə qətnaməsinin icra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkəmə təqdim edilmiş sübutlara obyektiv yanaşmamış, nəticədə isə bankın hüquqları kobud surətdə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri
28. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, kassasiya şikayətinin əsasları ilə verilən tələb arasındakı əlaqə düzgün qiymətləndirilmədiyindən iddiaçının şikayətinin mahiyyəti yoxdur. Qarşı tərəf nəzərə almalıdır ki, müqavilə əsasında yaranmış öhdəliyin lazımı şəkildə icra edilməməsi ilə bağlı mübahisə Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsi ilə həllini tapmışdır. Bununla anlaşılan nəticə odur ki, qeyd etdiyi öhdəlik hüququnun pozulması üçün ilk növbədə tərəflə cavabdeh arasında öhdəliyin olması vacib şərtdir. Əgər hazırda tərəfin tələbi varsa belə, bu məhz Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsinin icra edilməməsinin nəticəsidir. Məhkəmənin qətnaməsi isə hər hansı yeni öhdəlik münasibətləri y aratmır, əksinə, mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək bir növ tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə qərar qəbul etməklə xitam etmiş olur. Yəni, məhkəmənin qətnaməsi (indiki mübahisə ilə bağlı) qəbul edildikdən sonra tərəflər arasında mövcud olmuş öhdəlik münasibətləri davam etmir. Bu isə ona əsas verir ki, iddiaçının özünə haqq qazandırdığı 445.7-ci maddənin belə heç bir hüquqi dayanağı yoxdur. Çünki mahiyyət etibarı ilə həmin maddənin təbiəti məhz pul öhdəliyinin icra edilməməsi ilə bağlıdır, yəni bir növ qanundan irəli gələn dəbbə xarakteri daşıyır. Qısaca, bu normaya istinad etməklə məhz mövcud olan və davam edən, yəni xitam (və yaxud ləğv) edilməmiş öhdəlik münasibətlərinin olması şərtdir. Bundan başqa, kredit müqavilə si imzalandıqdan sonra bank özü öz üzərinə götürdüyü öhdəliyi pozaraq faktiki olaraq kredit məbləğini cavabdehə verməmişdir. Məhz bu səbəbdən birinci instansiya məhkəməsində kredit borcunun tələb olunması ilə bağlı bankın iddiasına baxılarkən cavabdeh tərəfindən etirazlar verilmişdir. Mülki işin materiallarına əlavə edilmiş sənədlərdə bu fakt öz əksini tapır. Lakin buna baxmayaraq iddia tələbi qismən təmin olunması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə məhkəmə tərəfindən qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsinin icra olunmamasının səbəbləri qismində iddiaçının özünün qanunsuz hərəkətlərinin olması və icranın qanuni əsaslarla dayandırıldığı barədə də məlumatlar verilmişdir. Cavabdehin hər hansı qeyri-qanuni hərəkəti olmamışdır. Həmçinin cavabdeh uzun illərdir ki, fəaliyyətini dayandırıb. Bu barədə Dövlət Vergi Xidməti tərəfindən verilmiş sənədlər də iş materiallarında əksini tapır. Bundan əlavə, bank kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirməsə də cavabdeh tərəfindən kreditin təminatı olaraq banka əmlak təqdim olunmuşdur.
29. Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsi ilə tərəflər arasında olan mülki mübahisəyə yekun hüquqi qiymət verilərək son qoyulmuş, həmin qətnamə ilə tərəflər arasında qarşılıqlı mülki hüquq münasibətləri, hüquq və öhdəlikləri yaradan müqaviləyə xitam verilmiş, yaranmış borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi qət edilmiş, bununla da cavabdehin bank qarşısında hər hansı öhdəliyi qalmamışdır. Xitam verilmiş kredit müqaviləsi üzrə hər hansı bir öhdəliyi əsas gətirərək cavabd ehdən əlavə pul tələb etməyin heç bir hüquqi əsası yoxdur. Çünki məhkəmə qət etmişdir ki, cavabdehin borcu ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılmaqla əldə edilmiş vəsait hesabına ödənilməlidir. Cavabdeh bu qətnamə ilə razılaşmasa da, iddiaçı özü bununla razılaşmışdır. 2023-cü il 13 iyul tarixli 2-2(103)596/2023 nömrəli qərardan da göründüyü kimi, apellyasiya məhkəməsində işin mahiyyət üzrə araşdırılması zamanı icra materiallarında borclu tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı qərəzli maneələrin yaradılması mövcud olmamış, qətnamənin icrası ilə bağlı hər hansı qərəzli olaraq boyun qaçıran hərəkət müşahidə olunmamışdır. Borcalan cavabdeh kredit müqaviləsi üzrə öz risklərinin təminatı olaraq ipoteka ilə yüklü edilməsi üçün daşınmaz əmlak təqdim edib. Bank eyni zaman da gələcəkdə baş verə biləcək risklərdən sığortalanmaq üçün daşınmaz əmlakı ipoteka ilə yüklü edib. Bununla yanaşı, iddiaçı öz hüququndan istifadə edərək MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş məbləğdən daha yüksək məbləğ tələb edib və həmin tələblərə baxılaraq qətnamə çıxarılıb. Bu gün də həmin qətnamə qanuni qüvvədədir.
30. Həmçinin iddiaçı 2010-cu ildən 2022-ci il tarixinədək olan müddət yəni 12 il müddətinə 5% ödəniş tələb edir. Qanunla iddia tələbi ilə bağlı müəyyənləşdirilmiş iddia müddətləri vardır. İddia ərizəsi həmin iddia müddətləri daxilində verilməli idi. Apellyasiya qərarında iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməmişdir. Kassasiya baxışının hədləri
31. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
399. Müqavilənin qüvvəsi... 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavil ə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (zamana görə qüvvədə olan redaksiyası)....” “Maddə
528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.”
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki: “... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddə sinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir....”
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki: “... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəl dildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin b əzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar)....”
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Baxılan işdə iddiaçı 2010-cu il 29 aprel tarixindən (əvvəlki mübahisə üzrə məhkəmənin icra vərəqəsinin verilmə tarixi) 2022-ci il 29 sentyabr tarixinədək 2007-ci il 1 iyun tarixli kredit müqaviləsi üzrə cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 33.905,17 tutulmasını məhkəmədən xahiş etmiş, iddia rədd edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.
38. Apellya siya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə ondan ibarət olmuşdur ki: 1) məhkəmə qətnaməsi hər hansı yeni öhdəlik münasibətləri yaratmır, əksinə, mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək bir növ tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə məhkəmənin qətnaməsi ilə qərar qəbul etməklə xitam etmiş olur. Yəni məhkəmənin qətnaməsi (indiki mübahisə ilə bağlı) qəbul edildikdən sonra tərəflər arasında mövcud olmuş öhdəlik münasibətləri davam etmir. Belə olan halda yəni, Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli saylı qətnaməsinin icra edilməməsi ilə bağlı iddiaçı tərəfin MM-in 445.7-ci maddəsinə istinad etməklə pul tələbi barədə iddiası, qanun normasında olan dispozitiv şərtlərlə üst-üstə düşməməsi səbəbindən təmin edilə bilməz. 2) Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2010-cu il 29 aprel tarixli qətnaməsi ilə bağlı icra materiallarında borclu tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı qərəzli maneələrin yaradılması aşkar olunmamışdır.
39. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır.
40. Öhdəliklərin icrasının xitam edilməsinin ən birinci və əsas yolu öhdəliklərin icra olunmasıdır. MM-in 528-ci maddəsində (bax § 33) öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi nəzərdə tutulmuşdur.
41. MM-in 399.3 və 399.4-cü maddələrinin (bax § 33) tələblərinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamın a səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
42. MM-in 445.7-ci maddəsinin tələbi (zamana görə qüvvədə olan redaksiyada - bax bu § 33) ondan ibarət idi ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 34) görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 35) görə, öhdəliyin pozulması səbəbind ən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilmişdir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırm amaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 2009-cu il 9 iyul tarixli Qərar).
45. Məhkəmə kollegiyası yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil veril ənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
46. Belə ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxm ış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir.
47. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə (bax § 33) uyğun olaraq, tələb etməsi üçün maneə deyildir.
48. Bununla yanaşı, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə istinadən hesab edir ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, o cümlədən ipoteka predmetini aidiyyəti icra qurumuna təhvil verib-verməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub-olmamasının düzgün müəyyən edilməsidir. Ümumiyyətlə, məhkəmə zərərin həcminə qiymət verərkən istənilən halda tərəflərin, eyni zamanda ipoteka qoyulmuş əmlakın sahibinin davranışlarının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını, eləcə də öz hüquqlarını həyata k eçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edib-etməmələrini, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinib-çəkinməmələrini MM-in müvafiq olaraq 21.3 və 425-ci maddələrinin (bax § 33) tələbləri kontekstindən də qiymətləndirməlidir.
49. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, hər hansı qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə borclu (cavabdeh) tər əfindən maneçilik törədilib-törədilməməsi barədə yekun qənaətə məhkəmə yalnız həmin qətnamə üzrə icra işinin materialları ilə bilavasitə tanış olduqdan sonra gələ bilər.
50. İş materiallarında olan tərəflər arasındakı kredit müqaviləsinin təminatı kimi ipoteka predmeti olan mənzilin mülkiyyətçisi olan X2 iddiaçıya və digərlərinə qarşı qaldırdığı iddia üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 19 dekabr tarixli 2(103)-7317/2022 saylı qətnaməsinin (İ cild, i/v 164-177) əsaslandırıcı hissəsində göstərilmişdir ki, iddiaçı (ipoteka qoyan X4) əsassız iddia qaldırmaqla icra hərəkətlərinin qarşısını almışdır.
51. Həmin qətnamədən məlum olur ki, J.İsgəndərova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 4 saylı evin ipotekaya qoyulmasın a dair “Nikoyl” İKB ilə 2007-ci il 1 iyun tarixində bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin evin həbsdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir və iddiası rədd olunmuş, məhkəmənin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
52. Daha sonra isə J.İsgəndərova həmin ipoteka müqaviləsinə xitam verilməsi, sözügedən ipoteka predmeti olan evin ipoteka yüklülüyündən azad olunmasına dair digər iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin bu dəfə də onun iddiası əsassız və qanunsuz hesab edilərək, rədd edilmiş, məhkəmənin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
53. Belə ki, işdə olan icra materiallarından məlum olur ki, sözügedən iddiaya məhkəmələrdə baxılması ilə əlaqədar icra sənədi üzrə icraat J.İsgəndərovanın müraciəti ilə müvafiq m əhkəmə tərəfindən 2011-ci il 6 dekabr tarixində dayandırılmış, icra icraatı 2014cü il 18 sentyabr tarixindən davam etdirilmişdir (İ cild, i/v 85-86, 131-138).
54. Bundan başqa, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində, elektron internet vergi idarəsinin məlumatında (İ cild, i/v 24, 37) əks olunmuş cavabdehin hüquqi ünvanı ilə həmin müqavilənin təminatı kimi ipoteka qoyulmuş və tutma yönəldilmiş mənzilin ünvanı eynidir.
55. Bundan başqa, işdəki icra materiallarında olan Qanuni nümayəndə (cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi) müvafiq icra qurumuna yazdığı 2011-ci il 3 oktyabr tarixli ərizədən görünür ki, ipoteka qoyulmuş mənzilin mülkiyyətçisi X1 TX-in anasıdır (İ cild, i/v 79, 80).
56. Həmçinin icra materiallarında X2 Qanuni nümayəndə ilə b irlikdə, ipoteka qoyulmuş mənzil barəsində icra tədbirlərinin həyata keçirilməsinə maneçilik törətmələri barədə müvafiq icra qurumunun, polis idarəsinin və digər qurumların əməkdaşları tərəfindən tərtib olunmuş 2011-ci il 24 iyun və 4 oktyabr tarixli aktlar mövcuddur (İ cild, i/v 76-78, 80, 81).
57. Eləcə də müvafiq qiymətləndirici şirkətin icra qurumuna yazdığı 2022-ci il 28 mart tarixli məktubdan məlum olur ki, X4 əmlaka baxış keçirilməsinə icazə verməmişdir (İ cild, i/v 89).
58. Bundan başqa, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 2023-cü il 1 mart tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəməyə bildirdiklərindən aydın olur ki, o, ipoteka qoyulmuş mənzildə yaşayır; icra məmuru əmlaka baxış keçirmək üçün gələrkən ona mənzilə daxil olmağa və əmlak ı qiymətləndirməyə imkan verməmişdir; həmçinin müəyyən edilmiş qiymətlə razı olmadıqlarından icra məmurunun qərarından şikayət verilmişdir (İ cild, i/v 109).
59. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi borclu tərəfindən qətnamənin icrası ilə bağlı hər hansı qərəzli maneələrin yaradılmasının aşkar olunmadığına dair nəticəyə gələrkən yuxarıda qeyd olunmuş xüsusatları nəzərə almamış, ümumiyyətlə bu istiqamətdə hər hansı hüquqi qiymətləndirmə aparmamışdır.
60. O da qeyd olunmalıdır ki, borcu ilə ipoteka qoyan şəxslərin ayrı-ayrı şəxslər olması heç də borclunu aktiv şəkildə icra hərəkətlərinin həyata keçirilməsinə köməklik göstərmək imkanından məhrum azad etmir. Belə ki, hər hansı şəxsin yaxından bilmədiyi, tanımadığı digər şəxsin borcunun təminatı kim i öz əmlakını itirmək risqi altında ipoteka qoyması sağlam məntiqə, düşüncəyə sığacaq bir şey deyildir. Elə kreditor da məhz bu yaxınlığa güvənərək həmin əmlakın ipoteka qoyulmasına razılaşır və kredit alana borc verir. Digər tərəfdən, borcun vaxtında və tam ödənilməsində ilk növbədə borclunun özü maraqlı olmalıdır. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasına qərəzli şəkildə maneçilik törədilməsində ipoteka qoyulan əmlakların mülkiyyətçiləri ilə yanaşı, borclular da müəyyən mənada təqsirkar hesab edilməlidirlər.
61. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunu düzgün tətbiq etməmiş, eləcə də tam hüquqlu məh kəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax bu qərarın 36-cı bəndinə) tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax bu qərarın 36-cı bəndinə) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
62. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyul tarixli 2-2(103)-596/2023 saylı qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
63. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
64. Həmçinin əvvəlki apellyasiya baxışında iddia tələbi əsaslı hesab edilmədyindən iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməmişdir. Odur ki, yeni apelly asiya baxışından məhkəmə cavabdehin sözügedən müraciətinə də hüquqi qiymət verməlidir.
65. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 iyul tarixli 22(103)-596/2023 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.